Yerli səviyyədə Açıq Hökumət Təşəbbüslərinin tətbiqi vəziyyətinin qiymətləndirilməsi üzrə Monitorinq Hesabatı
Qeyd
Bu hesabat Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının (NHMT) monitorinq qrupu tərəfindən toplanmış və yoxlanılmış məlumatlar, informasiya sorğularına verilmiş cavablar, mətbuatda dərc olunan məlumatlar, sosioloji sorğu əsasında hazırlanmışdır. Hesabatda Azərbaycan Respublikasında Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı (MFP) icrasının vəziyyəti öyrənilmiş, təşkilatın aşkar etdiyi problemlər öz əksini tapmış, həmin problemlərin həlli üçün təklif və tövsiyələr də verilmişdir. Hesabatın müəllifləri etiraf edirlər ki, burada verilmiş fikirlər onların şəxsi fikirləridir və bunlar layihənin sponsorunun yeritdiyi siyasət və fikirləri əks etdirmir. Məlumatların verilməsi və təhlil zamanı edilmiş hər hansı səhv, nəyinsə nəzərdən qaçırılması və qeyri-səlis izaha görə yalnız hesabatın müəllifləri məsuliyyət daşıyır. Monitorinq Gəlirlərə Nəzarət İnstitutunun (Revenue Watch Institute (“RWI”) dəstəyi ilə reallaşdırılan “Yerli səviyyədə Açıq Hökumət Təşəbbüslərinin tətbiqi vəziyyətinin qiymətləndirilməsi üzrə Monitorinqi” layihəsi çərçivəsində çərçivəsində həyata keçirilmişdir. Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatı İctimai Birliyi Layihəyə verdiyi dəstəyə görə Revenue Watch Institute (“RWI”) təşəkkür edir.
1.1. Giriş
2. Monitorinq hesabatının qısa icmalı
3. Monitorinqin İstiqimatləri 2 Mündəricat
4. Monitorinq istiqamətləri üzrə əldə olunan nəticələrin analizi
5. Monitorinq nəticələrini əks etdirən Cədvəl
6. Təklif və tövsiyələr
1. Giriş
2010-cu ilin sentyabrında bir sıra dövlətlərin iştirakı ilə Açıq Hökumət Tərəfdaşlığı Bəyannaməsinin qəbulu qlobal şəffaflıq təşəbbüslərinin genişlənməsi istiqamətində mühüm addım oldu. Sənəddə vurğulanırdı ki, özünün beynəlxalq öhdəliklərinidə şəffalıq və açıqlıq prinsiplərinə əməl etmək öhdəliyinə malik və bu istiqamətdə vətəndaşların gözləntilərini doğrultmağı özünə hədəf seçən dövlətlər kollektiv hökumətin məqsədlərinə nail olunmasına imkan verən açıq hökumət ideyasını dünyada yaymağı əsas məqsədlərindən biri olaraq bəyan edir. Açıq Hökumət Tərəfdaşlığı Təşəbbüsünün üzvləri olan təşəbbüskar-dövlətlər İnsan hüquqları haqqında Ümumdünya Bəyannamədə təsbit olunmuş prinsiplərə, korrupsiyaya qarşı BMT Konvensiyasına və insan hüquqları və yaxşı idarəetmə ilə bağlı beynəlxalq sənədlərə sadiq qalan bütün ölkələr üçün bu platformanın açıq olduqlarını bəyan etdilər. Bunun ardınca, 2011-ci ilin yanvarında ABŞ-ın paytaxtı Vaşinqton şəhərində dünya liderlərinin, vətəndaş cəmiyyəti təmsilçilərinin və biznez nümayəndələrinin iştirakı ilə «Açıq hökumət» təşəbbüsü daha geniş formatda müzakirə olundu. Həmin müzakirələrdə cavab axtarılan əsas sual bu idi: hökumətin açıqlığı və ictimai iştirakçılığı necə irəli aparmaq olar? İlk görüşdə 8 dövlətin, dünya üzrə 10 vətəndaş cəmiyyəti təmsilçisinin iştirakı ilə, ABŞ və Braziliyanın rəhbərliyi altında təşklat komitəsi yaradıldı. Komitənin əsas vəzifəsi kimi «Açıq hökumət» təşəbbüsünün arxitekturasının işlənməsi müəyyən edildi. Həmin ilin sentyabrında Nyu-York şəhərində 8 ölkənin təsisçiliyi ilə «Açıq Hökumət Tərəfdaşlığı» rəsmi olaraq elan olundu, 43 dövlətin təşəbbüsə qoşulmaqda bağlı niyyəti bəyan edildi. Üç ay sonra, 2011-ci ilin dekabrında Braziliyadə 43 yeni üzv dövlətin iştirakı ilə işçi görüş oldu və «Açıq hökumət» təşəbbüsə ilə bağlı mili fəaliyyət planlarının işlənməsinin müzakirəsi aparıldı. Bu görüşün nəticəsi olaraq artıq Açıq Hökumət Tərəfdaşlığı könüllü beynəlxalq təşəbbüs olaraq meydana çıxdı. Azərbaycan bu Bəyannaməyyə 2012-çi ildə qoşulmuş və bu sahədə təşəbbüsləri davam etdirmək məqsədi ilə ölkədə Açıq Hökumətin təşviqinə dair 2012-2015–ci illər üçün Milli Fəliyyət Planını (MFP) qəbul edilmişdir. MFP–da aşağıdakı 4 istiqamət müəyyən edilib:
· Dövlət orqanlarının fəaliyyətində şəffaflığın artırılması
· Hesabatlılığın təmin edilməsi
· İctimaiyyətin iştirakının genişləndirilməsi
· Yeni texnologiyaların tətbiqi
MFP-da 2012-2014-cü illər ərzində Açıq Hökumətin Təşviqinin həyata keçirilməsi üçün müxtəlif tədbirlər, onların həyata keçirlməsi müddətləri və cavabdeh icra orqnları müəyyən edilmişdir. MFP planının qəbul edilməsindən bir ildən artıq vaxt keçməyinə baxmayaraq, planın icra olunmasının vəziyyəti haqqında cəmiyyərdə məlumatlılıq səviyyəsi çox aşağııdr. Əhalinin ictimai fəalllığının aşağı olması, vətəndaş cəmiyyətinin və siyasi instituların zəif inkişaf etməsi, keyfiyyətli informasiya-kommunikasiya infrastrukturunun olmamaslı cəbəbindən bu vəziyyət regionlarda özünü daha çox göstərir. Bu amili nəzərə alaraq Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatı İctimai birliyi monitorinqini həyata keçirmişdir.Monitorinq yerli vətəndaş cəmiyyəti təşkilatları və fəallarını iştirakı ilə Lənkəran, Şirvan şəhərləri, Salyan, Neftçala rayonlarında keçirilmiş və əldə edilmiş nəticələrdən ibərət hesabat hazırlanmışdır. Hesabatda Açıq Hökumətin təşviqinə dair 2012-2015–ci illər üçün MFP icrasının vəziyyəti qiymətləndirilmiş aşkar edilmiş müsbət tendensiyalar, uygunsuzluqlar və problemlər öz əksini tapmış, həmçinin MFP icrasında səmərəliliyin artırlması üçün üçün təklif və tövsiyələr də verilmişdir. 2. Monitorinq hesabatının qısa icmalı
Açıq hökumətlərin təşviqi üzrə beynəlxalq təşəbbüs 4 istiqamət üzrə fəaliyyətlərin həyata keçirilməsini məqsədəuyğun sayır: (i) fiskal şəffaflığın; (ii) informasiyalara əlçatanlığın; (iii) 3 ictimai iştirakçılığın; (iv) gəlir və əmlak bəyannaməsinin açıqlanmasının təmin edilməsi. Dövlət orqanlarının fəliyyəti haqqında informasiyaların yetərincə olmaması, qərarların qəbulunda icmaların iştirakının çox mühüm bir hal olduğunu və layihə müddətinin az olmasını nəzərə alan monitorinq qrupu MFP-da nəzərdə tutulan istiqamətlərdən yalnız ikisi üzrə - dövlət orqanlarının fəaliyyətində ictimai iştirakçıq və dövlət orqanlarının öz fəaliyyəti barədə ictimaiyyəti məlumatlandırması istiqaməti üzrə monitorinqin aparılmasını qərara almışdır. İctimai iştirakçılıq üzrə monitorinq nə üçün zəruridir? Reallıqda yelərdə ictimai fəallar ilə dialoq çox aşagı səviyyədə qurulub. QHT-nın, KİV və vətəndaşların sorgularına cavablar verilmir. Bundan əlavə, QHT-nın yerlərdə regional və ya ölkə üzrə mövcud olan problemlərin müzakirəsi ilə tədbirlərin keçirilməsinə qanunsuz olara manelər yaradılır və əksər hallarda bu cür tədbirlərin keçeirilməsinə imkan verilmir. Regionlarda həyata keçirilən layihələr və ya dövlət proqramları haqqında müzakirələrə, ictimai dinləmələr keçirilmir və ya formal olaraq keçirilən tədbirlərə heç də bütün maraqlı tərəflər dəvət olunmur. Bu layihə və proqramların icrası ilə bağlı QHT və yerli icmaların təşəbbüsləri, səsləndirfiyi təklif və tövsiyələr nəzərə alınmır. Oxşar səbələr üzündən reginlarda vətəndaşların ictimai məlumatlara çıxış imkanlarının da qiymətləndorolməsi olduqca mühümdür. Reallıqda yerli dövlət qurumları öz hesabatlarını ya ictimiyyət üçün qapalı saxlayırlar, ya da açıqlanan hesabatlara açıqlanması gərək olan heş də bütüm məlumat və göstəriciləri daxil etmirlər. Məlumatların dövri açıqlanması, internet vasitəsilə yayılması da problem olaraq qalır. Bütün bunları nəzərə alaraq yerli dövlət idarəçiliyində ictimai iştirakçılıq və ictimai informasiyalara əlçatanlıqla bağlı MFP-da nəzərdə tutulan fəaliyyətlərin müstəql monitorinqinə zərurət var. MFP icra edilməsi vəziyyətini araşdıraraq Açıq Hökumət Tərəfdaşlığını təşviq etmək, Azərbaycanın reqionlarında şəffaflığın artılmasına nail olmaq məqsədi güdən bu monitorinq zamanı müxtəlif üsullardan istifadə edilib. MPF-nin icra vəziyyətini qiymətləndirmək üçün yerli dövlət hakimiyyəti orqanlarına sorğular göndərilib, müxtəlif maraq qrupları sorğular keçirilib, yerli media analiz edilib, yerli dövlət orqanlarının internet saytları təhlil olunub. Monitorinq zamanı müxtəli məsələlərin öyrəniləməsi ilə bağlı 4 rayon və şəhər Lənkəran, Şirvan şəhər, Salyan, Neftçala rayon icra hakimiyyətləri orqanlarına 10-dan artıq informasiya sorğusu göndərilmiş, adı çəkilən inzibati ərazi vahidilər üzrə 200 nəfər arasında sorğu keçirilmiş, son iki illik dövr üzrə yerli dövlət orqanlarının internet saytlarının materilları təhlil olunmuşdur. Monitorinqin nəticələri göstərir ki, MFP-nın icrası üzrə bilavasitə yerli səviyyədə həyata keçirilməsi nəzərdə tutulan bir sıra fəaliyyətlər ümumiyyətlə reallaşdırılmayıb, müəyyən qrup fəaliyyətlər isə qismən və ya tam icra olunub. İcrası baş tutmayan əsas fəaliyyətlərə daxildir:
· Yerli dövlət orqanlarının nəzdində ictimai şuralar və əməkdaşlıq şəbəkələri yaradılmayıb;
· Yerli dövlət orqanlarının öz fəaliyyəti barədə mətbuat konfransları keçirməsi və ictimaiyyətlə birbaşa ünsiyyət formasında tədbirlər tədbirlər təşkil etməsi təmin olunmayıb;
· Yerli dövlət orqanlarının fəaliyyətlərini tənzimləyən qanunvericilik aktlarına dair bələdçilərin hazırlanması və əhali arasında yayılması təmin olunmayıb. Bu istiqamətlər üzrə fəliyyətlər monitorinq aparılan şəhər və rayonıarın heç birində həyata keçirilməyib.
MFP-da nəzərdə tutulan aşağıdakı fəaliyyətlər qismən həyata keçirilib
· Yerli dövlət orqanlarının öz fəaliyyətinə dair illik məruzələr tərtib etməsi və internet səhifələrində açıqlaması təcrübəsinə monitorinq aparılan 4 ərazidən 1-də (Neftçala rayonu üzrə) rast gəlinib;
· Yerli dövlət orqanlarının öz fəaliyyətləri barədə ictimaiyyəti müntəzəm məlumatlandırması təcrübəsi var. Lakin informasiyaların müntəzəm yayılması və zəruri olan informasiyaları çatdırılması sahəsində problemlər qalır. Məsələn, rayon ərazisində 4 xərclənən büdcə vəsaitləri barədə heç vaxt məlumat verilmir.
· Yerli dövlət orqanlarında informasiya məsələləri üzrə məsul şəxslərin müəyyən edilib. Lakin bu şəxslərin effektib fəaliyyət göstərməsi üçün zəruri olan informasiya azadlığı ilə bağlı daxili icraat qaydaları qəbul edilməyib.
· Dövlət orqanları tərəfindən “Açıq qapı” vətəndaş forumlarının keçirilməsi
təcrübəsindən istifadə olunub. Monitorinqin keçirildiyi 4 ərazidən 3-də ictimaiyyətlə belə açıq görüşlərin keçirildiyini dəqiqləşdirmək mümkün olub. Neftçala rayonu üzrə ““Açıq qapı” yaxud rayon əhalisi ilə səyyar görüşlərin keçirilməsi haqqında məlumatların əldə olunması mümkün olmayıb. · İnternet resurslarından istifadə sayəsində dövlət idarəetməsində ictimai iştirakçılığın təmin edilməsi istiqamətində addımlar atılıb. Belə ki, rayon (şəhərİ icra hakimiyyəti qurumlarının saytlarında vətəndaşların təklif və rəylərinin qəbul edilməsi üçün elektron ünvanlar yerləşdirilib, həmin saytların hamısında “Elektron müraciət” bölməsi yaradılıb. 3. Monitorinqin istiqamətləri
Monitorinq «Açıq Hökumətin təşviqinə dair 2012-2015–ci illər üzrə» Milli Fəaliyyət Planında nəzərdə tutulan aşağıdakı 2 istiqamət üzrə aparılıb:
(i) İctimai iştirakçılığın monitornqi
Dövlət idarəetməsində ictimai iştirakçılıq ayrı-ayrı sosial qrupların maraq və mənafelərini reallaşdırmaq məqsədilə vətəndaş cəmiyyəti institutlarının, həmçinin vətəndaşların bilavasitə özlərinin hakimiyyət strukturları ilə qarşılıqlı fəaliyyətidir. İdarəetmə fəaliyyətinə təsir mexanizmi kimi ictimai iştirakçılıq ictimai maraqlara uyğun daha effektiv qərarların qəbuluna, eyni zamanda qəbul edilmiş qərarların icrası üzərində fəal ictimai nəzarətin formalaşdırılmasına, vətəndaşlarla hakimiyyət arasında etimadın yaranmasına, müxtəlif problemlərin həllilə bağlı hakmiyyətlə ictimaiyyət arasında konsensusun əldə olunmasına, cəmiyyətin ehtiyaclarının daha dəqiq müəyyənləşdirilməsinə təminat verir. Monitorinq çərçivəsində yerli dövlət idarəçiliyində ictimai iştirakçılıq üzrə istiqamətlər üzrə qiymətləndirmə aparılması təklif olunur:
1.1. Yerli dövlət idarəetmə orqanlarının nəzdində ictimai şuraların və əməkdaşlıq şəbəkələrinin yaradılması sahəsində mövcud vəziyyətin qiymətləndirilməsi. Milli Fəaliyyət Planı”nın 4.1-ci bəndində qeyd olunur ki, həm mərkəzi, həm də yerli icra hakimiyyəti orqanları əhaliyə xidmət göstərən dövlət orqanları tərəfindən vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlığın təkmilləşdirilməsi üçün müvafiq şuraların və ya əməkdaşlıq şəbəkələrinin yaradılmasına məsuluyyət daşıyır. Bu fəaliyyətin 2012-2013-cü illər ərzində həyata keçirilməsi nəzərdə tutulurdu;
1.2. İnternet resurslarından istifadə sayəsində dövlət idarəetməsində ictimai iştirakçılığın təmin edilməsi vəziyyətinin qiymətləndirilməsi. Planın 4.3-cü bəndində qeyd olunur ki, ictimai maraq kəsb edən qərarların qəbul edilməsi prosesində ictimaiyyətin iştirakını genişləndirmək vasitəsi kimi internet səhifələrindən istifadə edilməli, internet səhifələrində vətəndaşların təklif və rəylərinin qəbul edilməsi, müzakirələrin təşkil edilməsi, interaktiv sual-cavab bölmələrinin yaradılması təmin olunmalıdır. Sənədə görə, bu fəaliyyət 2012-ci ildən başlayaraq müntəzəm həyata keçirilməlidir;
1.3. Dövlət orqanları tərəfindən “Açıq qapı” vətəndaş forumlarının keçirilməsi vəziyyətinin qiymətləndirilməsi. Planının 4.4-cü maddəsində qeyd edilir ki, idarəetmədə ictimai iştirakçılığın reallaşdırma formalarından biri kimi dövlət orqanları tərəfindən “Açıq qapı” vətəndaş forumlarının keçirilməlidir. Sənədə görə, bu fəaliyyət 2012-ci ildən başlayaraq müntəzəm həyata keçirilməlidir. 5 Monitorinqdə nəzərdə tutulan fəaliyyətlərin həyata keçirilib-keçirilmədiyinin öyrənilməsi nəzərdə tutulmuşdu. İctimai iştirakçılıq üzrə qiymətləndirmə çərçivəsində aşağıdakı monitorinq sualları seçilmişdi:
· Rayon (şəhər) İcra Hakimiyyətlərinin nəzdində İctimai Şuralar yaradılıbmı, əgər yaradılbsa, nə dərəcədə real fəaliyyət göstərirlər?
· İctimai Şuraların fəaliyyətlərini tənzimləyən rəsmi reqlamentlərlər təsdiqlənibmi?
· İctimai Şuralarda ictimai təmsilçiliyin meyarları müəyyən olunubmu və müstəqil fəaliyyət göstərən vətəndaş cəmiyyətinin bu prosesə cəlb edilibmi?
· İctimai Şuraların fəaliyyətinin əks etdirən hansısa əyani vasitələr – KİV materialları, hesabatlar, ictimai tədbirlərin keçirildiyini təsdiqləyən informasiya mənbələri varmı?
· Yerli dövlət idareətmə orqanlarının internet səhifələrində vətəndaşların təklif və rəylərinin qəbul edilməsi üçün xüsusi bölmə varmı?
· İnternet səhifələrində müzakirələrin təşkil edilməsi və interaktiv sual-cavab üçün xüsusi bölmə varmı?
· “Açıq qapı” vətəndaş forumları keçirilirmi və belə forumların təşkililə qaydaları ilə bağlı hər hansı təlimat varmı?
(ii) İnformasiyalara əlçatanlığının monitorinqi
İctimai yükü olan informasiyaların açıqlığı və əlçatanlığı hökumətin açıqlığı üçün ən mühüm şərtlərdən biridir. İctimai informasiyalar qanunvericiliklə müəyyənləşdirilən ictimai vəzifələrin yerinə yetirilməsi prosesində yaradılan və ya əldə edilən faktlar, rəylər, bilgilərdir. İnformasiyaların açıqlığı olmadan vətəndaş cəmiyyətinin hökumətin fəaliyyəti üzərində fəal ictimai nəzarəti təmin etməsi də mümkünsüzdür. “Dövlət sirri haqqında” Qanunun 1.0.1-ci maddəsinə əsasən, dövlətin hərbi, xarici-siyasi, iqtisadi, kəşfiyyat, əks-kəşfiyyat və əməliyyat-axtarış fəaliyyəti ilə bağlı olan, dövlət tərəfindən mühafizə edilən və yayılması ölkənin təhlükəsizliyinə ziyan vura bilən məlumatlar dövlət sirri hesab olunur və bu informasiyalar istisna olmaqla dövlət idarəetməsindəki bütün məlumatların açıqlığına təminat verilir. Fəaliyyət Planında informasiya açıqlığı ilə bağlı nəzərdə tutulan müddəalar bilavasitə ölkə qanunvericiliyində informasiyaların əlçatanlığına dair hüqüqi mexanizmlərə əsaslanır. Belə ki, ölkə Konstitusiyasının 50-ci maddısinə görə, hər kəsin qanuni yolla istədiyi məlumatı axtarmaq, əldə etmək, ötürmək, hazırlamaq və yaymaq azadlığı var. “Məlumat azadlığı haqqında” Qanunun 5-ci maddəsinə görə, məlumatın açıqlığı və onun mübadilə edilməsinin azadlığı informasiya azadlığının həyata keçirilməsinin əsas prinsiplərindən biridir. “İnformasiya əldə etmək haqqında” Qanunun 6-cı maddəsinə əsasən, informasiyanı açıqlamaq dövlət orqanlarının əsas vəzifəsidir, informasiyanın maksimum açıqlığı təmin olunmalıdır, informasiya əldə etmək hüququnun pozulmasına görə informasiya sahibləri məsuliyyət daşıyırlar. Monitorinq çərçivəsində informasiya əlçatanlığı ilə bağlı aşağıdakı istiqamətlər üzrə qiymətləndirmə aparılması təklif olunur:
2.1. Yerli dövlət orqanlarında informasiya məsələləri üzrə məsul şəxslərin müəyyən edilməsi vəziyyətinin qiymətləndirilməsi. MFP-nın 1.1-ci bəndinə görə yerli icra hakimiyyəti orqanları informasiya azadlığı üzrə məsul şəxsləri müəyyənləşdirməli, informasiya azadlığı ilə bağlı daxili icraat qaydalarının qəbul edilməsi və bu barədə ictimaiyyəti məlumatlandırılmalıdır. Bu öhdəlik üçün icra müddətə 2012-2014-cü illər müəyyən edilib. 2.2. Yerli dövlət orqanlarının öz fəaliyyətləri barədə ictimaiyyəti müntəzəm məlumatlandırması vəziyyətinin qiymətləndirməsi. MFP-nın 2.1-ci bəndinə görə, yerli dövlət orqanları öz fəaliyyəti 6 barədə məlumatları mütəmadi, yenilənmiş əsaslarla internet səhifələrində yerləşdirməlidirlər. Bu öhdəliyin 2012-ci ildən başlayaraq müntəzəm icra edilməsi nəzərdə tutulur;
2.3. Yerli dövlət orqanlarının öz fəaliyyətinə dair illik məruzələr tərtib etməsi və internet səhifələrində açıqlaması vəziyyətinin qiymətləndirməsi. MFP-nın 2.2-ci bəndinə görə, yerli dövlət orqanları öz fəaliyyəti barədə illik məruzələr tərtib etməli və internet səhifələrində açıqlamalıdırlar. Bu öhdəliyin 2012-ci ildən başlayaraq müntəzəm icra edilməsi nəzərdə tutulur;
2.4 Yerli dövlət orqanlarının öz fəaliyyəti barədə mətbuat konfransları və ictimaiyyətlə birbaşa ünsiyyət formasında tədbirlər keçirməsi vəziyyətinin qiymətləndirməsi. MFP-nın 2.3-cü bəndinə əsasən, yerli dövlət orqanları öz fəaliyyəti barədə mətbuat konfransları və ictimaiyyətlə birbaşa ünsiyyət formasında tədbirlər keçirməlidirlər. Bu öhdəliyin 2012-ci ildən başlayaraq müntəzəm icra edilməsi nəzərdə tutulur;
2.5 Yerli dövlət orqanlarının fəaliyyətlərini tənzimləyən qanunvericilik aktlarına dair bələdçilərin hazırlanması və əhali arasında yayılması vəziyyətinin qiymətləndirməsi MPF-nın 2.4-cü bəndinə görə, yerli dövlət orqanları öz fəaliyyətlərini tənzimləyən qanunvericilik aktlarının anlaşılan sadə dildə yazılmış versiyasını və bələdçi qaydalarını tərtib etməli və vətəndaşlar arasında yaymalıdırlar. Bu öhdəliyin 2012-ci ildən başlayaraq müntəzəm icra edilməsi nəzərdə tutulur. Monitorinqdə zamanı ictimai informasiyaların əlçatanlığı üzrə qiymətləndirmə çərçivəsində aşağıdakı monitorinq sualları seçilmişdi:
· İnformasiya azadlığı üzrə məsul şəxs təyin olunubmu?
· İnformasiya azadlığı ilə bağlı daxili icraat qaydaları varmı və əgər varsa bu sənəd və hər kəs üçün əlçatan sənəddirmi?
· Dövlət orqanları öz fəaliyyəti barədə illik məruzələri internet səhifələrində açıqlanırmı?
· Yerli dövlət orqanları öz fəaliyyətlərini tənzimləyən qanunvericilik aktlarını izah edən bələdçi qaydalarını tərtib edib əhali arasında paylanırmı?
· Yerli dövlət orqanları öz fəaliyyəti barədə mətbuat konfransları və ictimaiyyətlə birbaşa ünsiyyət formasında tədbirlər keçirilirmi?
· MFP icraya başladığı dövrdən (2012-ci ildən) yerli dövlət orqanları öz fəaliyyəti barədə məlumatları internet səhifələrində yerləşdirirlərmi, əgər yerləşdirirlərsə həmin məlumatlar nə dərəcədə mütəmadi yenilənir. Yerlərdə bilavasitə monitorinqi aparan ekspertlər məhz bu suallar əsasında monitorinq metodologiyasında təklif olunan uyğun üsullardan birini və ya bir neçəsini tətbiq etməklə yuxarıda göstərilən 2 istiqamət üzrə MFP-nın real icra vəziyyətini qiymətləndirib.
Monitorinqin aparılma üsulları
l Rəsmi dövlət hakimiyyəti orqanları üçün sorğular;
l Müxtəlif maraq qrupları və əhali arasında sosioloji sorğular;
l Rəsmi dövlət hakimiyyəti orqanlarının və müxtəlif maraq qruplarının təmsilçilərindən müsahibələrin götürülməsi;
l Yerli medianın analizi;
l Araşdırma obyekti kimi seçilmiş istiqamətlərdə əyani müşahidələrin aparılması.
Monitorinqin coğrafiyası və əməkdaşlıq olunmuş qurumlar
Monitorinq 2013-cü il- avqust-oktyabr aylarında, NHMT İB ekspert qrupu tərəfindən tərtib olunmuş monitorinq metodologiyası əsasında, Lənkəran, Salyan, Neftçala rayonları və Şirvan şəhərində həyata keçirilmişdir. 7 Monitorinq istiqamətləri üzrə əldə olunan nəticələrin analizi
Ölkənin müxtəlif şəhər və rayonunu əhatə edən monitorinqin nəticələri göstərir ki, Milli Fəaliyyət Planının icrasına start verilməsindən il yarım vaxt ötsə də, və bəzi fəaliyyətlərin artıq başa çatmalı olmasına baxmayaraq, yerli dövlət idarəetmə orqanları nəzərdə tutulan fəaliyyətlərin həyata keçirilməsində fəal deyillər. Sənəddə əks olunan fəaliyyətlərin müəyyən hissəsi ümumiyyətlə icra olunmur, digər qism fəaliyyətlərin keyfiyyətli icrasında problemlər var. Beləliklə, monitorinq metodologiyasına uyğun olaraq seçilmiş konkret istiqamətlər və indikatorlar üzrə qiymətləndirmələr MFP-nin yerli səviyyədə icrası ilə bağlı aşağıdakı məqamları ortaya qoyb:
1) Yerli dövlət orqanlarının nəzdində ictimai şuraların və əməkdaşlıq şəbəkələrinin yaradılması sahəsində vəziyyət Bu istiqamətdə monitorinqin əsas vəzifəsi MFP-yə əsasən yerli dövlət idarəetmə orqanlarının nəzdində yaradılması nəzərdə tutulan İctimai Şuraların formalaşdırılması sahəsində vəziyyətin, bu qurmların statusu, real fəaliyyət imkanları, formalaşdırılması prinsipləri ilə bağlı real durumun aydınlaşdırılması idi. Monitorinq nəticəsində məlum olub ki:
· MFP-nın icrasına start verilməsindən ötən il yarım ərzində monitorinq obyekti kimi seçilmiş inzibati-ərazi vahidlərindən heç birində yerli dövlət hakimiyyət orqanlarının nəzdində ictimai şuraların və ya əməkdaşlıq şəbəkələrinin yaradılması təmin olunmayıb.
· Yerli dövlət qurumları ilə aparılan söhbətlərdən aydın olub ki, bu orqanlarda İctima Şuraların statusu, onların mümkün fəaliyyəti barədə təsəvvür yetərli səviyyədə deyil;
· İctimai Şuraların fəaliyyətinin əks etdirən hansısa əyani vasitələr – KİV materialları, hesabatlar, ictimai tədbirlərin keçirildiyini təsdiqləyən informasiya mənbələri yoxdur;
· İctimai Şuraların yaradılmasının hansı səbəbdən ləngiməsi ilə bağlı müxtəlif dövlət hakimiyyət orqanlarına göndərilən sorğulara hər hansı cavab verilməyib.
Qeyd: Bütün rayon və şəhərlərdə yerli dövlət idarəetmə orqanlarından ikisində - polis şöbələrinin və sosial müdafiə mərkəzlərinin nəzdində hələ MFP-nın təsdiqlənməsindən əvvəl “ictimai şura” və “ictimai komissiya” adlı qrumlar olub. Lakin bu qurumlarda ictimai təmsilçiliyin hansı meyarlar əsasında müəyyən edildiyi, onların hansı real fəaliyyətə malik olması barədə monitorinq çərçivəsində hər hansı məlumat əldə etmək mümkün olmayıb. Xüsusilə də sosial müdafiə mərkəzlərinin nəzdində fəaliyyət göstərən anoloji qurumlar “ictimai komissiya” adlandırılsa da, onların tərkibinə daxil olan 9 nəfərdən 8-i dövlət qurumlarını, yalnız 1 nəfəri yerli QHT-ləri təmsil edir. Amma hətta həmin QHT təmsilçisinin hansl meyarlar əsasında seçimi, reallıqda müstəqil vətəndaş cəmiyyəti qurumlarının təmsil edib-etməməsi qeyri-müəyyən olaraq qalır. Nəticə: İctimai Şuraların ilk növbədə rayon (şəhər) icra hakimiyyəti başçılarının yanında yaradılması mühüm olsa da, həmin strukturlar yaradılmayıb. Belə şuraların statusu və fəaliyyətini tənzimləyən nümunəvi təlimat və reqlamentlər işlənməyib.
2) İnternet resurslarından istifadə sayəsində dövlət idarəetməsində ictimai iştirakçılığın təmin edilməsi sahəsində vəziyyət Bu istiqamətdə monitorinqin əsas vəzifəsi MFP-nin tələblərinə uyğun olaraq vətəndaşların idarəetmə prosesinə cəlb olunması, ictimai qərarların qəbulunda onların rəyinin nəzərə alınması məqsədilə yerli dövlət idarəetmə orqanlarının özlərinin internet saytlarından nə dərəcədə effektiv istifadə etdiyini qiymətləndirmək idi. Monitorinq nəticəsində məlum olub ki:
· Rayon və şəhər icra hakimiyyəti qurumlarının saytlarında vətəndaşların təklif və 8 rəylərinin qəbul edilməsi üçün elektron ünvanlar yerləşdirilib. Bundan əlavə həmin saytların hamısında “Elektron müraciət” bölməsi yaradılıb. Vətəndaşlar bu bolməyə daxil ola, ad və soyadını, cinsini, sosial statusunu əlaqə vasitələrini qeyd etdikdən sonra isə “təklif”, “şikayət”, “ərizə” linklərindən birini seçə bilər. Bunun ardınca ekranda açılan geniş səhifədə öz qeydlərini yazmaqla “Göndər” düyməsi vasitəsilə ünvana yönəldilə bilər. Vətəndaşların elektron ünvanlar və elektron müraciət imkanlarından nə dərəcədə fəal istifadə etməsilə bağlı ekspertlərin yerli icra hakimiyyətlərinə müraciətləri cavablandırılmayıb.
· Monitorinqə cəlb olunan rayon və şəhər icra hakimiyyəti qurumlarının heç birinin saytında müzakirələrin təşkil edilməsi və interaktiv sual-cavab üçün xüsusi bölmə yaradılmayıb. Yəni, hazırkı saytlarda vətəndaşlara bu orqanlarla onlayn əlaqə imkanı yaradılmayıb, interaktiv əlaqə faktiki olaraq birtərəflidir.
Nəticə: Yerli icra hakimiyyəti orqanlarının elektron ünvanlara malik olması, internet saytları vasitəsilə elektron müraciət imkanı yaratması internet resursları hesabına vətəndaşların yerli dövlət idarəetməsinə cəlb olunması baxımından müsbət addımlardır. Lakin bu prosesin daha fəal və şəffaf keçməsi baxımından internet saytlarında vətəndaşlarla dövlət orqanlarının interaktiv əlaqə imkanı olduqca mühümdür. Bu cür əlaqə dövlət qurumlarının vətəndaşların elektron müraciətlərinə dərhal, sürünürməçilik etmədən bilavasitə sayt vasitəsilə cavabların göndərilməsini nəzərdə tutur. İnteraktiv virtual əlaqə vəzifəli şəxsləri vətəndaşların rəy, təklif və şikayətlərinə daha məsuliyyətli yanaşmağa məcbur edər.
3) Dövlət orqanları tərəfindən “Açıq qapı” vətəndaş forumlarının keçirilməsinin vəziyyəti Bu istiqamətdə monitorinqin əsas vəzifəsi MFP-də nəzərdə tutulduğu kimi, sakinlərin və yaşayış məntəqələrinin problelərini öyrənmək, həmin problemlərin həllilə bağlı insanların rəylərini nəzərə almaq məqsədilə “Açıq qapı” vətəndaş forumlarının keçirilib-keçirilmədiyini aydınlaşdırmaq idi. Monitorinq nəticəsində məlum olub ki:
· Monitorinq aparılan ərazilərdə rayon icra hakimiyyəti orqanları “Açıq qapı”, “Açıq mikrafon” adı altında vətəndaşlarla görüşlər keçirirlər;
· Salyan rayonunda İcra Hakimiyyətinin rəhbərləri MFP-nin icra olunduğu dövrdə rayon mərkəzində “Açıq mikrafon” adı ilə vətəndaşlar üçün təşkil olunan görüşlərlə birgə kəndlər də nəzərə alnsa, bütövlükdə rayon ərazisində 10-dək görüş təşkil edilib. Kəndlərdən fərqli olaraq rayon mərkəzində keçirilən görüşlərdə problemlər müşahidə olunub. Belə ki, bəzi görüşlərdə sadə vətəndaşlardan daha çox kəndə (qəsəbə) icra nümayəndələrinin, bələdiyyə üzvlərinin və müxtəlif büdcə təşkilatlatlarının təmsilçilərinin iştirakı təmin olunmuşdu. Tədbirlə bağlı öncədən elanlar vurulmamışdı və dəvətlər fərdi qaydada olmuşdur.
· Lənkəranda MFP-nın icra olunduğu dövrdə rayon icra hakimiyyəti rayon mərkəzində və kəndlərində vətəndaşlarla 51 görüş keçirilib.
· Nefçala rayonunda və Şirvan şəhərində MFP-da nəzərdə tutulan “Açıq qapı” formatında görüşlər keçirilməyib. Nəticə: MFP-na uyğun olaraq vətəndaşlarla yerli hakimiyyət orqnlarını açıq görüşlərinin keçirilməsi heç də bütün rayonlarda baş vermir. Məsələn, Lənkəranda il yarımda 50-dən artıq görüş keçirildiyi halda, Neftçalada hətta 1 görüşün belə keçirilməsi barədə məlumat yoxdur.
4) Yerli dövlət orqanlarında informasiya məsələləri üzrə məsul şəxslərin müəyyən edilməsinin vəziyyəti. Monitorinq çərçivəsində icra hakimiyyəti orqanlarına göndərilən informasiya sorğularına göndərilən cavablardan aydın olur ki, monitorinq aparılan hər ərazi üzrə rayon (şəhər) icra hakimiyyətlərində 9 informasiya məsələləri üzrə məsul şəxslər təyin olunub. Eyni zamanda, bu rayon və şəhərlərin icra hakimiyyətlərinin bu qurumların iternet saytlarında yerləşdirilən strukturunda da «informasiya təminatı və təhlili sektoru» adlı qurumun olması bu məlumatın səhihliyini təsdiqləyir. Lakin MFP-na görə, informasiyaya məsul şəxsin müəyyən edilməsilə yanaşı, rayon (şəhər) icra hakimiyyətləri informasiya azadlığı ilə bağlı daxili icraat qaydalarını qəbul etməli və bu barədə ictimaiyyəti məlumatlandırılmalı idi. Lakin monitorinq zamanı aydın olub ki, bu fəaliyyətlə icra olunmayıb.
Nəticə: MFP-na uyğun olaraq rayon (şəhər) icra hakimiyyətlərində informasiya məsələləri üzrə məsul şəxslər təyin olunsa da, informasiya azadlığı ilə bağlı daxili icraat qaydalarının qəbul edilməsi təmin olunmayıb.
5) Yerli dövlət orqanlarının öz fəaliyyətləri barədə ictimaiyyəti müntəzəm məlumatlandırmasının vəziyyəti
Monitorinq prosesində rayon (şəhər) icra hakimiyyəti orqanlarının öz faliyyətləri haqqında ictimiyyətin müntəzəm məlumatlandırılması üçün mətbuat konfransları keçirmələri, pres-relizlərin yayılması təcrübəsinə rast gəlinməmişdir. Monitorinq aparılant regionlarda mərkəzi icra hakimiyyəti orqanlarının yerli bolmələrində də oxşar vəziyyət müşahidə olunub. Yerlərdə ancaq rayon (şəhər) İH –nin orqanları olan qəzetlər fəliyyət göstərir. Lakin bu nəşrlər demək olar ki, ictimaiyyətin informasiya təlabatını ödəmir. Xüsusilə də regionlarda sərf olunan ictimai vəsaitlərin təyinatı və həcmi, ayrı-ayrı dövlət təşkilatların üzrə büdcə xərcləmələrinə dair hesabatlar, dövlət əmlakından istifadənin vəziyyəti, dövlət satınalınmalarına dair informasiyalar, dövlət şirkət və müəssisələrinin əhalidən topladığı kommunal xidmət haqlarının həcmi və onların istifadə vəziyyəti, təhsil və səhiyyənin real vəziyyətini əks etdirən kəmiyyət və keyfiyyət göstəriciləri kimi vacib məlumatların heç biri nə rəsmi yerli qəzetlərdə, nə də rəsmi internet saytlarında çap olunub ictimaiyyət arasında yayılmır. Bunladan savayı, Regionlarda həyata keçirilən dövlət layihələri və proqramları haqqında məlumatlar, icra hakimiyyəti və digər yerli dövlət orqanları üzrə ştat cədvəllərinə uygun olaraq əmək haqları, vakant iş yerləri və işə qəbul qaydaları haqqında məlumatlar açıqlanmır. İcra hakimiyyəti orqanlarının, xüsusilə də mərkəzi icra hakimiyyəti orqanlarının yerli bölmələri təklif etdiyi xidmət növləri və onlardan istifadə vəziyyəti haqqında məlumatlar yayılmır.
Nəticə: İstər yerli rəsmi qəzetlər, istərsə də saytlar ictimaiyyət üçün vacib və yararlı məlumatları deyil, yalnız icra hakimiyyəti qurumlarının icazə verdiyi, insanlar üçün əhəmiyyət daşımayan, rəqəmlərdən və iqtisadi göstəricilərdən deyil, söz yığınından ibarət olan məlumatlar daha çox yayılır. Bu mənzərə onu deməyə əsas verir ki, yerli hakimiyyət orqanlarının rüb, yarım və il ərzində ictimaiyyətə yaymalı olduğu ictimai məlumatların nümunəvi siyahısı təsdiqlənməlidir.
6) Yerli dövlət orqanlarının öz fəaliyyətinə dair illik məruzələr tərtib etməsi və internet səhifələrində açıqlaması vəziyyəti
Monitorinq aparılan rayon və şəhərlərinin hamısında icra hakimiyyəti başçılarının illik hesabat məruzləri yerli qəzetlərdə çapa olunsa da, bu qurumların heç də hamısı hesabatlarını internet saytlarında yerləşdirilmirlər. Monitorinqin nəticələri göstədi ki: Yerli İcra hakimiyyəti orqanlarnın rəsmi saytlarında İH-nin illik hesabatları barədə məlumatlar yerləşdirmidir. (Salyan 14 fevral 2013-cü il, Neftcala 13 fevral 2013-cü il, Şirvan 18 Fevral 2013 il , Lənkəran 9 Fevral 2013) (i) Salyan RİH başçısının illik və yarım illik hesabat-məruzələri deyil, bu hesabatların təqdim olunduğu tədbirlər barədə qısa məlumatlar saytda yerləşdirilir. Həmin məlumatlara daxildir:
· http://salyan-ih.gov.az/news/46.html “Rayonda 2012-ci ilin yekunları müzakirə 10 olunmuşdur”.
· http://salyan-ih.gov.az/news/63.html. “Salyan rayonunda 2013-cü ilin birinci rübünə yekun vuruldu
· http://salyan-ih.gov.az/news/100.html “Salyan rayonunun sosial-iqtisadi inkişafının 9 aylıq yekunlarına həsr olunmuş müşavirə keçirilmişdir”. Bu kiçik həcmli materiallarda yalnız İH başçısının hesabat verməsi və hesabatla bağlı çıxış edən vəzifəli şəxslərin adları qeyd olunub. Hesabatın məzmunu isə təqdim edilməyib.
Qeyd: Salyan RİH-nin hesabatı bu qurumun təsisiçisi olduğu “Qələbə” qəzetində dərc olunur. (ii) Lənkəran RİH başçısının illik hesabat-məruzələri barədə məlumatlar RİH-nin təsisiçisi olduğu “Lənkəran” qəzetində dərc olunur. Bu hesabatlar RİH-nin internet saytında (http://lenkeranih.gov.az/index.html) yerləşdirilmir. MFP-nın icra olunduğu dövrdə cəmi bir dəfə - 2013-cü ilin otyabrında ilin 9 ayı üzrə keçirilən hesabat yığıncağı barədə məlumat və hesabatın məzmunu haqda qısa icmal saytda yerləşdirilmişdir. Həmin materialla bu linkdə tanış olmaq mümkündür: http://lenkeran-ih.gov.az/news/360.html “Şura iclasinda 9 ayin yekunlari müzakirə edildi” (iii) Neftçala RİH başçısının illik hesabat-məruzələri barədə məlumatlar RİH-nin təsisiçisi olduğu “Gündoğar” qəzetində dərc olunub. Bu hesabatlar həmçinin RİH-nin internet saytında http://www.neftchala-ih.gov.az/) yerləşdirilib. Monitorinq nəticələrinə görə, RİH son ilyarımda hesabat xaraterli aşağıdakı materiallar saytda yerləşdirilib:
· “2012-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş Neftçala rayonu İcra Hakimiyyətinin başçısı cənab İ.M. Vəliyevin hesabatı” - http://www.neftchala-ih.gov.az/news/15.html · Neftçala Rayonu İcra Hakimiyyətinin 2012-ci ildə gördüyü işlər, 2013-cü ildə qarşısında duran məsələlər barədə Rayon İcra Hakimiyyəti başçısının hesabatı http://www.neftchala-ih.gov.az/news/34.html
· Neftçala rayonu İcra Hakimiyyəti başçısının 2013-cü ilin birinci rübünün sosialiqtisadi inkişafının yekunlarına həsr olunmuş hesabat http://www.neftchalaih.gov.az/news/45.html
(iv) Şirvan şəhər İH başçısının illik hesabat-məruzələri barədə məlumatlar şəhər İH-nin təsisiçisi olduğu “İşıq” qəzetində dərc olunur. Bu hesabatlar RİH-nin internet saytında (http://shirvanih.gov.az/) yerləşdirilmir. Saytda yalnız 2013-cü ilin 1-ci yarısının yekunlarına dair hesabatın verilməsi barədə məlumat yerləşdirilib. Məlumat cəmi 2 cümlədən ibarətdir: “Şirvan şəhərinin sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş yığıncaq keçirlib. Yığıncaqda 300 nəfər iştirak edib.” Məlumatla bu linkdə tanış olmaq mümkündür. http://shirvan-ih.gov.az/news/70.html “Şirvan şəhərində 2013-cü ilin I yarımilliyinin yekunlarına həsr olunmuş yığıncaq keçirildi”.
Nəticə: Şəhər və rayon icra hakimiyyəti başçılarının öz fəaliyyətinə dair hesabatları son dərəcə məhdud sayda nəşr olunan rəsmi yerli qəzetlərdə çap edilir. Monitorinq olunan inzibati-ərazi vahidlərindən yalnız Neftçala rayonu istisnadır. Burada qısa həcmdə də olsa, axır ilyarımda hesabatlar rəsmi qəzetdə çaq olunmaqla yanaşı, internet saytında da yerləşdirilib. Yerli qəzetlər məhdud tirajla nəşr edilməklə yanaşı, həm də onları köşklərdən əldə etmək mümkünsüdür. Çünki bütün nüsxələr abunə formasında yerli dövlət hakimiyyəti orqanlarına və büdcə təşkilatlarına verilir. Saytlarda ayrıca olaraq “Hesabat” bölməsnin olması çox mühümdür. Çünki, məsələn, Neftçalada hesabatlar “Xəbərlər” bölməsində yerləşdirilir. Belə vəziyyətdə hesabatları axtarıb tapmaq çətinləşir. 11 Amma hətta Neftçala rayon İH-nin qısa həcmli heasabatı bu qurumun səlahiyyət dairəsinə uyğu görməli olduğu (öhdəlik daşıdığı) bütün işləri əhatə etmir. Bu səbəbdən hər bir rayon (şəhər) icra hakimiyyətinin hesabatlılığı üçün standartlar işlənməli, həmi standartlarda hesabatın bölmələri, hesabatda əks etdirilməsi vacib olan məlumat və göstəricilərin siyahısı, hesabatın tədqin olunma dövriliyi və yayılma formaları norma olaraq müəyyən edilməlidir. 7) Yerli dövlət orqanlarının öz fəaliyyəti barədə mətbuat konfransları və ictimaiyyətlə birbaşa ünsiyyət formasında tədbirlər keçirməsi vəziyyəti.
MFP-na uyğun olaraq monitorinq aparılan rayon və şəhərlərdə yerli icra hakimiyyəti orqanlarının və mərkəzi icra hakimiyyəti təsisatlarının yerli bölmələrinin öz fəaliyyəti barədə müntəzəm mətbuat konfransları, brifinqlər, vətəndaş cəmiyyəti qurumları üçün açıq müzakirə görüşlər keçirməsi təcrübəsinə rast gəlinməyib.
Nəticə: Hələlik yerli hakimiyyət orqanları əsas ictimai nəzarət institutları kimi QHT və medianın rolunu görə bilmir. Bu səbəbdən həmin qurumlar öz fəaliyyətləri barədə müntəzəm mətbuat konfransları, brifinqlər, vətəndaş cəmiyyəti üçün açıq müzakirə görüşlər keçirməyə lüzum görmür. Görünür MFP-nın keyfiyyətli və nəticəli icrası üçün yerli hakimiyyət orqanlarının mətbuat və QHT-lərlə işi üçün təlimlərin təşkilinə, bu sahədə maarifləndirici bələdçilərin və təlimatların hazırlanmasına ehtiyac var.
8) Yerli dövlət orqanlarının fəaliyyətlərini tənzimləyən qanunvericilik aktlarına dair bələdçilərin hazırlanması və əhali arasında yayılması vəziyyəti.
Sıravi vətəndaşlar üçün hüquqi terminlər zəngin qanunları və digər normativ-hüquqi aktları oxuyub anlamaq heç də həmişə asan olmur. Bu səbəbdən bilavasitə yerli hakimiyyətlərin fəaliyyəti ilə bağlı normativ-hüquqi sənədlərin xüsusi bələdçilər formatında, izahedici şəkildə çap olunaraq əhali arasında yayılması nəzərdə tutulmuşdu. Lakin monitorinqin nəticələri göstərir ki, araşdırmanın aparlıdığı heç bir ərazidə bu təcrübədən istifadə olunmayıb.
Nəticə: Monitorinq üzə çıxardı ki, MFP-nda nəzərdə tutulan bu fəaliyyətdə yerli səviyyədə icra olunmamış qalır. Amma bir neçə vacib sənəd var ki, onların bələdçi halında hazırlanaraq əhali arasında paylanması vacibdir. Həmin sənədlərə daxildir: “Dövlət qulluğu haqqında”, Dövlət qulluqçusunun etik davranış qaydaları haqqında”, “İnformasiya əldə etmək haqqında” və “Korrupsiyaya qarşı mübarizə haqqında” Qanunlar, “Yerli icra hakimiyyətləri haqqında” Əsasnamə. Burada variantlardan biri budur ki, Dövlət Qulluğu üzrə Komissiya bu sənədlərin nümunəvi formasını hazırlayır və yerli hakimiyyət orqanları həmin forma əsasında kütləvi nəşri təmin edir. Digər variant isə budur ki, QHT Şurasının dəstətilə vətəndaş cəmiyyəti təşkilatları bu sənədləri pilot qaydada seçilmiş bir rayon (şəhər) icra hakimiyyətü üçün hazırlaya bilər. Sonradan bütün icra hakimiyyəti həmin nümunəni götürərək kütləvi çapını həyata keçirə bilər.
Problemin həllinə yönəlik təkliflərin ümumiləşdirilməsi
“Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”nın yerli səviyyədə icrası üzrə Monitorinq Qrupu aşkarladığı problemlərdən və tapıntılardan çıxış edərək Fəaliyyət Planın icrasını təkmilləşdirmək məqsədilə aşığıdakı təkliflərin reallaşdırılması zəruri hesab edir:
· Yerli dövlət orqanlarının nəzdində yaradılması nəzərdə tutulan ictimai şuraların nümunəvi təlimatının hazırlanmasına ehtiyac var. Həmin təlimatda ictimai şuraların 12 formalaşdırılması qaydaları, prinsipləri, onun tərkibinin müəyyən olunması meyarları, bu qurumun statusu, mandatı, salahiyyətləri, vəzifələri və hüquqları əks etdirilməlidir;
· İnternet resurslarından istifadə etməklə dövlət idarəetməsində ictimai iştirakçılığın təmin olunmasının effektivliyini yüksəltməyə ehtiyac var. Bunun üçün yerli dövlət orqanlarının saytlarnda ictimai müzakirələrin təşkil edilməsi və interaktiv sual-cavab üçün xüsusi bölmə yaradılmalıdır.
· Yerli dövlət qurumlarında tətbiq olunmaq məqsədilə informasiya azadlığı ilə bağlı daxili icraat qaydalarının nümunəvi forması hazırlanmalıdır.
· Yerli dövlət orqanlarının öz fəaliyyətləri barədə ictimaiyyəti müntəzəm məlumatlandırmasına dair qaydaların hazırlanmasına ehtiyac var. Bu məlumatların çap olunma dövriliyi, internet saytlarında yerləşdirilməsi, onların müntəzəm yenilənməsi, qəzetlər vasittəsilə çapı da həmin qaydalarda öz əksini tapmalıdır. Qaydalarda dərci məcburi olan informasiyaların siyahısına aşağıdakı məlumatların daxil edilməsi mütləqdir:
- Rayon (şəhər) üzrə büdcə proqnozları, büdcənin icra göstəriciləri;
- ayrı-ayrı dövlət təşkilatların üzrə büdcə xərcləmələrinə dair hesabatlar;
- ətraf mühitin vəziyyətinə, ətraf mühitə ziyan vurulmasına və təhlükəli ekoloji təsirlər; - ştat cədvəlləri, vəzifəli şəxslərin adları, soyadları, telefon nömrələri, elektron poçt ünvanları, həmçinin onların təhsili və ixtisasları;
- əmr, sərəncam və qərarlar (qüvvəyə mindiyi gündən);
- ümumiləşdirilmiş statistik məlumatlar, o cümlədən cinayətlərin və inzibati xətaların ümumiləşdirilmiş statistikası;
- fəaliyyət barədə hesabatlar;
- yerli səviyyədə həyata keçirilən dövlət proqramlarının icra vəziyyəti, inların icrasına sərf olunan vəsaitlər;
- məhkəmə aktları;
- kommunal xidmətlərin (qaz, elektrik enerjisi, su) istehlakının səviyyəsinə dair məlumatlar
- dövlət şirkət və müəssisələrinin əhalidən topladığı kommunal xidmət haqlarının həcmi və onların istifadə vəziyyəti;
- dövlət əmlakından istifadənin vəziyyəti;
- dövlət satınalınmalarına dair informasiyalar;
- təhsil və səhiyyənin real vəziyyətini əks etdirən kəmiyyət və keyfiyyət göstəriciləri.
· Yerli dövlət orqanlarının öz fəaliyyətinə dair illik hesabatlarının tərtibinin vahid qaydaları işlənməlidir. Həmin qaydalarda İH başçılarının hesabatının Yerli İcra Hakimiyyətləri haqqında Əsasnaməyə uyğun hazırlanması, Əsasnamədə İH–ləri üçün nəzərdə tutulan səlahiyyət istiqamətlərinə uyğun fəaliyyətlərin icra olunma vəziyyətinin statistik məlumatlar əsasında göstərilməsinin vacibliyi qeyd edilməli, hesabatların tan həcmdə saytda yerləşdirilməsi müddəası əks etdirilməlidir.
· Yerli hakimiyyətlərin fəaliyyəti ilə bağlı normativ-hüquqi sənədlərin sadə vətəndaşlar üçün anlaşıqlı dildə, xüsusi bələdçilər formatında çap olunaraq əhali arasında yayılması təmin olunmalıdır. Xüsüsilə də “Dövlət qulluğu haqqında”, Dövlət qulluqçusunun etik davranış qaydaları haqqında”, “İnformasiya əldə etmək haqqında” və “Korrupsiyaya qarşı mübarizə haqqında” Qanunlar, “Yerli icra hakimiyyətləri haqqında” Əsasnamənin izahedici şəkildə əhali arasında yayılmasına ehtiyac var. Bu işi Dövlət Qulluğu üzrə Komissiyası həmin sənədlərin nümunəvi formasını hazırlamaqla da həyata keçirə bilər, QHT Şurasının dəstətilə vətəndaş cəmiyyəti təşkilatları bu sənədləri pilot qaydada seçilmiş bir rayon (şəhər) icra hakimiyyəti üçün də hazırlaya bilər.
· Yerli dövlət orqanları ildə ən azı bir dəfə yerli media orqanları və QHT-lərin iştirakı ilə brifinqlərin və mətbuat konfranslarının keçirilməsini təmin etməlidir.
Monitorinq nəticələrini əks etdirən Cədvəl
Milli Fəaliyyətdə Planına uyğun olaraq seçilmiş Monitorinq istiqamətləri |
Monitorinq istiqamətləri üzrə nəzərdə tutulan fəaliyyətlər |
Salyan rayonu üzrə | Neftçala rayonu üzrə | Şirvan şəhəri üzrə | Lənkəran şəhəri üzrə |
---|---|---|---|---|---|
Yerli idarəetmədə iştirakçılıq səviyyəsinin qiymətləndirilməsi |
Yerli dövlət idarəetmə orqanlarının nəzdində ictimai şuraların və əməkdaşlıq şəbəkələrinin yaradılması |
Monitorinq obyekti kimi seçilmiş inzibati-ərazi vahidlərindən heç birində yerli dövlət hakimiyyət orqanlarının nəzdində ictimai şuraların və ya əməkdaşlıq şəbəkələrinin yaradılması təmin olunmayıb. Yerli dövlət qurumları ilə aparılan müsahibələrdən aydın olub ki, bu orqanlarda İctima Şuraların statusu, onların mümkün fəaliyyəti barədə təsəvvür yetərli səviyyədə deyil; İctimai Şuraların fəaliyyətinin əks etdirən hansısa əyani vasitələr – KİV materialları, hesabatlar, ictimai tədbirlərin keçirildiyini təsdiqləyən informasiya mənbələri yoxdur; İctimai Şuraların yaradılmasının hansı səbəbdən ləngiməsi ilə bağlı müxtəlif dövlət hakimiyyət orqanlarına göndərilən sorğulara hər hansı cavab verilməyib. İctimai Şuraların ilk növbədə rayon (şəhər) icra hakimiyyəti başçılarının yanında yaradılması mühüm olsa da, həmin strukturlar yaradılmayıb. Belə şuraların statusu və fəaliyyətini tənzimləyən nümunəvi təlimat və reqlamentlər işlənməyib. | |||
Fəaliyyətlərin icra Vəziyyəti | MFP-da nəzərdə tutulan bu fəaliyyət Monitorinq obyekti kimi seçilmiş inzibati-ərazi vahidlərindən heç birində İcra olunmayıb |
||||
İnternet resurslarından istifadə sayəsində dövlət idarəetməsində ictimai iştirakçılığın təmin edilməsi |
Salyan rayonu üzrə | Neftçala rayonu üzrə | Şirvan şəhəri üzrə | Lənkəran şəhəri üzrə | |
Rayon və şəhər icra hakimiyyəti qurumlarının saytlarında vətəndaşların təklif və rəylərinin qəbul edilməsi üçün elektron ünvanlar yerləşdirilib. Bundan əlavə həmin saytların hamısında “Elektron müraciət” bölməsi yaradılıb. Vətəndaşların elektron ünvanlar və elektron müraciət imkanlarından nə dərəcədə fəal istifadə etməsilə bağlı ekspertlərin yerli icra hakimiyyətlərinə müraciətləri cvblandırılmayıb. Monitorinqə cəlb olunan rayon və şəhər icra hakimiyyəti qurumlarının heç birinin saytında müzakirələrin təşkil edilməsi və interaktiv sual-cavab üçün xüsusi bölmə yaradılmayıb. Yəni, hazırkı saytlarda vətəndaşlara bu orqanlarla onlayn əlaqə imkanı yaradılmayıb, interaktiv əlaqə faktiki olaraq birtərəflidir. Yerli icra hakimiyyəti orqanlarının elektron ünvanlara malik olması, internet saytları vasitəsilə elektron müraciət imkanı yaratması internet resursları hesabına vətəndaşların yerli dövlət idarəetməsinə cəlb olunması baxımından müsbət addımlardır. Lakin bu prosesin daha fəal və şəffaf keçməsi baxımından internet saytlarında vətəndaşlarla dövlət orqanlarının interaktiv əlaqə imkanı olduqca mühümdür. Bu cür əlaqə dövlət qurumlarının vətəndaşların elektron müraciətlərinə dərhal, sürünürməçilik etmədən bilavasitə sayt vasitəsilə cavabların göndərilməsini nəzərdə tutur. İnteraktiv virtual əlaqənin mövcud olması vəzifəli şəxsləri vətəndaşların rəy, təklif və şikayətlərinə daha məsuliyyətli yanaşmağa məcbur edə bilər |
|||||
Fəaliyyətlərin icra Vəziyyəti | MFP-da nəzərdə tutulan bu fəaliyyət Monitorinq obyekti kimi seçilmiş inzibati-ərazi vahidlərindən hər birində eyni səviyyədə - Qismən İcra olunub | ||||
Dövlət orqanları tərəfindən “Açıq qapı” vətəndaş forumlarının keçirilməsi |
Salyan rayonu üzrə | Neftçala rayonu üzrə | Şirvan şəhəri üzrə | Lənkəran şəhəri üzrə | |
Salyan rayonunda İcra mərkəzində görüşlərlə alnsa, ərazisində edilib. daha (qəsəbə) bələdiyyə büdcə təmsilçilərinin olunmuşdu. öncədən dəvətlər |
Neftçala rayonunda MFP-da nəzərdə tutulan “Açıqqapı” formatında görüşlər keçirilməyib. |
Şirvan şəhərində MFP-da nəzərdə tutulan “Açıq qapı” formatında görüşlər keçirlməyib |
Lənkəranda MFP-nın icra olunduğu dövrdə rayon icra hakimiyyəti rayon mərkəzində və kəndlərində vətəndaşlarla 51səyyar görüş keçirilib. | ||
Fəaliyyətlərin İcra Vəziyyəti | MFP-da nəzərdə tutulan bu fəaliyyət ümümilikdə Qismən İcra olunub | ||||
İnformasiyalara əlçatanlıq vəziyyətinin qiymətləndirilməsi |
Yerli dövlət orqanlarında informasiya məsələləri üzrə məsul şəxslərin müəyyən edilməsi |
Salyan rayonu üzrə | Neftçala rayonu üzrə | Şirvan şəhəri üzrə | Lənkəran şəhəri üzrə |
Monitorinq çərçivəsində icra hakimiyyəti orqanlarına göndərilən informasiya sorğularına göndərilən cavablardan aydın olur ki, monitorinq aparılan hər ərazi üzrə rayon (şəhər) icra hakimiyyətlərində informasiya məsələləri üzrə məsul şəxslər təyin olunub. Eyni zamanda, bu rayon və şəhərlərin icra hakimiyyətlərinin bu qurumların iternet saytlarında yerləşdirilən strukturunda da «informasiya təminatı və təhlili sektoru» adlı qurumun olması bu məlumatın səhihliyini təsdiqləyir. Lakin MFP-na görə, informasiyaya məsul şəxsin müəyyən edilməsilə yanaşı, rayon (şəhər) icra hakimiyyətləri informasiya azadlığı ilə bağlı daxili icraat qaydalarını qəbul etməli və bu barədə ictimaiyyəti məlumatlandırılmalı idi. Lakin monitorinq zamanı aydın olub ki, bu fəaliyyətlər icra olunmayıb. | |||||
Fəaliyyətlərin İcra Vəziyyəti | MFP-da nəzərdə tutulan bu fəaliyyət Monitorinq obyekti kimi seçilmiş inzibati-ərazi vahidlərindən hər birində eyni səviyyədə - Qismən İcra olunub | ||||
Yerli dövlət orqanlarının öz fəaliyyətləri barədə ictimaiyyəti müntəzəm məlumatlandırm ası |
Salyan rayonu üzrə | Neftçala rayonu üzrə | Şirvan şəhəri üzrə | Lənkəran şəhəri üzrə | |
Monitorinq prosesində rayon (şəhər) icra hakimiyyəti orqanlarının öz faliyyətləri haqqında ictimiyyətin müntəzəm məlumatlandırılması üçün mətbuat konfransları keçirmələri, pres-relizlərin yayılması təcrübəsinə rast gəlinməmişdir. Monitorinq aparılant regionlarda mərkəzi icra hakimiyyəti orqanlarının yerli bolmələrində də oxşar vəziyyət müşahidə olunub. Yerlərdə ancaq rayon (şəhər) İH –nin orqanları olan qəzetlər fəliyyət göstərir. Lakin bu nəşrlər demək olar ki, ictimaiyyətin informasiya təlabatını ödəmir. Xüsusilə də regionlarda sərf olunan ictimai vəsaitlərin təyinatı və həcmi, ayrı-ayrı dövlət təşkilatların üzrə büdcə xərcləmələrinə dair hesabatlar, dövlət əmlakından istifadənin vəziyyəti, dövlət satınalınmalarına dair informasiyalar, dövlət şirkət və müəssisələrinin əhalidən topladığı kommunal xidmət haqlarının həcmi və onların istifadə vəziyyəti, təhsil və səhiyyənin real vəziyyətini əks etdirən kəmiyyət və keyfiyyət göstəriciləri kimi vacib məlumatların heç biri nə rəsmi yerli qəzetlərdə, nə də rəsmi internet saytlarında çap olunub ictimaiyyət arasında yayılmır. Bunlardan savayı, Regionlarda həyata keçirilən dövlət layihələri və proqramları haqqında məlumatlar, icra hakimiyyəti və digər yerli dövlət orqanları üzrə ştat cədvəllərinə uygun olaraq əmək haqları, vakant iş yerləri və işə qəbul qaydaları haqqında məlumatlar açıqlanmır. İcra hakimiyyəti orqanlarının, xüsusilə də mərkəzi icra hakimiyyəti orqanlarının yerli bölmələri təklif etdiyi xidmət növləri və onlardan istifadə vəziyyəti haqqında məlumatlar yayılmır. | |||||
Fəaliyyətlərin İcra Vəziyyəti | MFP-da nəzərdə tutulan bu fəaliyyət Monitorinq obyekti kimi seçilmiş inzibati-ərazi vahidlərindən hər birində eyni səviyyədə - Qismən İcra olunub |
||||
Yerli dövlət orqanlarının öz fəaliyyətinə dair illik məruzələr tərtib etməsi və internet səhifələrində açıqlaması |
Salyan rayonu üzrə | Neftçala rayonu üzrə | Şirvan şəhəri üzrə | Lənkəran şəhəri üzrə | |
İcra hakimiyyətinin rəsmi saytında İH-nin illik hesabatları barədə məlumatlar yerləşdirmidir. 14 fevral 2013-cü il, Salyan RİH başçısının illik və yarım illik hesabat-məruzələri deyil, bu hesabatların təqdim olunduğu tədbirlər barədə qısa məlumatlar saytda yerləşdirilir. |
RİH başçısının illik hesabat-məruzələri barədə məlumatlar RİH-nin təsisiçisi olduğu “Gündoğar” qəzetində dərc olunub. Bu hesabatlar həmçinin RİH-nin internet saytında yerləşdirilib. Monitorinq nəticələrinə görə, RİH son ilyarımda hesabat xarakterli materiallar saytda yerləşdirilib:illik,yarım illik,rüblük hesabatlar |
ŞİH başçısının illik hesabat-məruzələri barədə məlumatlar şəhər İH-nin təsisiçisi olduğu “İşıq” qəzetində dərc olunur. Bu hesabatlar RİH-nin internet saytında yerləşdirilmir. Saytda yalnız 2013-cü ilin 1-c yarısının yekunlarına dair hesabatın verilməsi barədə məlumat yerləşdirilib. |
ŞİH başçısının illik hesabat-məruzələri barədə məlumatlar İHnin təsisiçisi olduğu “Lənkəran” qəzetində dərc olunur. |
||
İH başçılarının öz fəaliyyətinə dair hesabatları son dərəcə məhdud sayda nəşr olunan rəsmi yerli qəzetlərdə çapedilir. Monitorinq olunan inzibati-ərazi vahidlərindən yalnız Neftçala rayonu istisnadır. Burada qısa həcmdə də olsa, axır ilyarımda hesabatlar rəsmi qəzetdə çaq olunmaqla yanaşı, internet saytında da yerləşdirilib. Saytlarda ayrıca olaraq “Hesabat” bölməsnin olması çox mühümdür. Belə vəziyyətdə hesabatları axtarıb tapmaq çətinləşir. İH hesabatlılığı üçün standartlar işlənməli, həmi standartlarda hesabatın bölmələri, hesabatda əks etdirilməsi vacib olan məlumat və göstəricilərin siyahısı, hesabatın tədqin olunma dövriliyi və yayılma formaları norma olaraq müəyyən edilməlidir. | |||||
Fəaliyyətlərin İcra Vəziyyəti |
MFP-da nəzərdə tutulan bu fəaliyyət Monitorinq obyekti kimi seçilmiş inzibatiərazi vahidlərindən hər birində demək olar ki, eyni səviyyədə - Qismən İcra olunub |
||||
Yerli dövlət orqanlarının öz fəaliyyəti barədə mətbuat konfransları və ictimaiyyətlə birbaşa ünsiyyət formasında tədbirlər keçirməsi |
Salyan rayonu üzrə | Neftçala rayonu üzrə | Şirvan şəhəri üzrə | Lənkəran şəhəri üzrə | |
MFP-na uyğun olaraq monitorinq aparılan rayon və şəhərlərdə yerli icra hakimiyyəti orqanlarının və mərkəzi icra hakimiyyəti təsisatlarının yerli bölmələrinin öz fəaliyyəti barədə müntəzəm mətbuat konfransları, brifinqlər, vətəndaş cəmiyyəti qurumları üçün açıq müzakirə görüşlər keçirməsi təcrübəsinə rast gəlinməyib. | |||||
Fəaliyyətlərin İcra Vəziyyəti |
MFP-da nəzərdə tutulan bu fəaliyyət Monitorinq obyekti kimi seçilmiş inzibati ərazi vahidlərindən heç birində İcra Edilməyib |
||||
Yerli dövlət orqanlarının fəaliyyətlərini tənzimləyən qanunvericilik aktlarına dair bələdçilərin hazırlanması və əhali arasında yayılması |
Salyan rayonu üzrə | Neftçala rayonu üzrə | Şirvan şəhəri üzrə | Lənkəran şəhəri üzrə | |
Sıravi vətəndaşlar üçün hüquqi terminlər zəngin qanunları və digər normativ-hüquqi aktları oxuyub anlamaq heç də həmişə asan olmur. Bu səbəbdən bilavasitə yerli hakimiyyətlərin fəaliyyəti ilə bağlı normativ-hüquqi sənədlərin xüsusi bələdçilər formatında, izahedici şəkildə çap olunaraq əhali arasında yayılması nəzərdə tutulmuşdu. Lakin monitorinqin nəticələri göstərir ki, araşdırmanın aparlıdığı heç bir ərazidə bu təcrübədən istifadə olunmayıb. | |||||
Fəaliyyətlərin İcra Vəziyyəti |
MFP-da nəzərdə tutulan bu fəaliyyət Monitorinq obyekti kimi seçilmiş inzibati ərazi vahidlərindən heç birində İcra Edilməyib |