Neft və qaz hasilatinin ətraf mühitə və insan sağlamlığına təsirləri
Müqayisəli qiymətləndirmə
Məkan: Salyan, Neftçala, Ağcabədi, Şirvan, Ucar
Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən karbohidrogen hasilatı prosesində ətraf mühitin mühafizəsi haqqında qanunvericiliyin və bu sahədə qəbul olunmuş normativ hüquqi aktların tələblərinin pozulması, formalaşan tullantıların ətraf mühitə atılması, yerləşdirilməsi və axıdılması ilə əlaqədar uyğun olaraq 2015-ci ildə “Salyan OIL Limited” Şirkəti 3970 manat, Garasu Operating Compani şirkəti 7200 manat, Neftchala Operating Company şirkəti 5270 manat, Shirvan Operating Compani LTD şirkəti 12060 manat, 2016-cı ildə Garasu Operating Compani şirkəti 7150 manat, Neftchala Operating Company şirkəti 5230 manat, Shirvan Operating Compani LTD
şirkəti 12115 manat, 2017-ci ildə Garasu Operating Compani şirkəti 7240 manat, Neftchala Operating Company şirkəti 5180 manat, Shirvan Operating Compani LTD şirkəti 12 211 manat məbləğində cərimə olunublar.
Neft layihələrinin ətraf sosial mühitə təsiri ilə əlaqədar risqə məruz qalan ərazilərdə müxtəlif qurumlar, ekspertlər tərəfindən aparılan monitorinq və qiymətləndirmələr, təsdiq edir ki, hasilat zamanı ətraf mühit aşağıdakı təsirlərə məruz qalır
- Atmosferə atılan emissiyalar (səmt qazları‐metan, uçucu üzvi birləşmələr, qazın yandırılması və s);
- Quyu avadanlıqlarında və kompressor stansiyalarında sudan istifadə, yuma nəticəsində çirkləndirici maddələrin yerüstü və qrunt sulara, o cümlədən Xəzər dənizinə atılması;
- Neftlə bərabər yüksək minerallaşmış lay sularının səthə çıxarılması;
- Torpaqların neft və neft məhsulları ilə çirklənməsi;
- Qazma şlamları və onların basdırılması;
- Qəza hadisələri nəticəsində neft dağılmaları;
- İstismardan çıxarılmış texniki avadanlıqlar, üzən vasitələrin qalıqları və təmir‐tikinti işləri nəticəsində formalaşan bərk tullantılar.
Bu da risqə məruz qalan əhalinin sağlamlığına ciddi təsir edir. Bu təsirin nə dərəcədə ciddi olduğunu müəyyənləşdirilməsi üçün NHMT eksperti tərəfindən müqayisəli qiymətləndirilmə aparılmışdır.
Müqayisəli qiymətləndirmə aşağıdakı rayonlarda aparılmışdır. Qiymətləndirmə üçün əhali sayı eyni olan rayonlar seçilmişdir:
- Salyan (əhalisi 135,6 min) və Ağcabədi rayonu (əhalisi 133,3 min),
- Neftçala (əhalisi 86,5 min), Şirvan şəhəri (əhalisi 85,0) və Ucar rayonu (əhalisi 86,6 min)
Ərazilərində neft, qaz hasil edilən Salyan Bakıdan 129 km, Neftçala 169 km, Şirvan 133 km məsafədə, ərazilərində neft layihələri reallaşdırılmayan Ucar (Bakıdan 235 km neft hasil olunan ərazidən 150 km aralı), Ağcabədi (Bakıdan 360 km. Neft hasil olan ərazidən 200 km aralı) məsafədədir.
Seçilmiş rayonlarda 4 Əməliyyat şirkəti: Salyanoyl ƏŞ, Global Energy Azerbaijan Group (“GEA”) məxsus Karasu Operating Company, Neftchala Operating Company və Shirvan Operating Company fəaliyyət göstərir.
Qiymətləndirilmənin aparılması üçün seçilmiş ərazilərdə hasil olan neft və qazın miqdarı, bu zaman ətraf mühitə atılan tullantı və bunun nəticəsində əhalinin sağlamlığına olan təsir müəyyənləşdirilmişdir. Lakin, bu ərazilərdə fəaliyyət göstərən hər bir neft şirkətinin hasil etdiyi neft və qazın miqdarı ictimaiyyət üçün açıq olmadığından, hasil olan neft və qazın miqdarı ərazi üzrə Dövlət Statistika Komitəsinin saytından götürülmüşdür.1 (Bax: cədvəl 1, 2, 3, 4, 5, 6)
2010-2016 illərdə regionlar üzrə neft və qazın dinamikası
Cədvəl 1. Salyan
2010 | 2012 | 2013 | 2014 | 2015 | 2016 | |
Neft, min ton | 225 | 195,9 | 190,8 | 186,5 | 178,1 | 169,1 |
o cümlədən əmtəəlik | 221,8 | 193,1 | 187,3 | 183,7 | 175,3 | 166,7 |
Qaz, mlyn. kub m | 28,4 | 42,5 | 47,5 | 43,1 | 48,4 | 56,1 |
o cümlədən əmtəəlik | 14,1 | 24,3 | 30,2 | 32,6 | 34,9 | 38,5 |
Cədvəl 2. Neftçala
2010 | 2012 | 2013 | 2014 | 2015 | 2016 | |
Qaz, min ton | 28,4 | 10,4 | 1,8 | 1,3 | 1,1 | 1,0 |
o cümlədən əmtəəlik | 26,4 | 8,9 | 0,4 | ― | ― | ― |
Neft, mlyn. kub m | 49,1 | 37,9 | 42,0 | 45,5 | 40,4 | 34,8 |
o cümlədən əmtəəlik | 48,4 | 37,1 | 40,9 | 44,4 | 39,2 | 34,1 |
Cədvəl 3. Şirvan
2010 | 2012 | 2013 | 2014 | 2015 | 2016 | |
Xam neft (ümumi), min ton | 420,9 | 337,6 | 312,5 | 297,8 | 258,5 | 244,1 |
Təbii qaz, mlyn. kub m | 18,5 | 16,9 | 12,4 | 18,4 | 19,9 | 19,5 |
o cümlədən əmtəəlik | 9,0 | 10 | 12,4 | 10,0 | 8,6 | 7,7 |
1 https://www.stat.gov.az/source/regions
https://www.stat.gov.az/source/environment
Cədvəl 4. 2016-cı ildә inqrediyentlәr üzrә ölkәnin iqtisadi vә inzibati rayon vә şәhәrlәrinin atmosfer havasına stasionar mәnbәlәrdәn atılan çirklәndirici maddәlәr (ton)
(Air pollutant emissions from stationary sources by ingredients by economic and administrative regions and towns of the country in 2016)
NN | İqtisadi vә inzibati rayon vә şәhәrlәrin adları |
Atmosfer havasına atılan çirklәndirici maddәlәr - cәmi Air pollutant emissions - total |
o cümlәdәn: including: | ||||
bәrk maddәlәr particulates |
qazaoxşar vә maye maddәlәr gaseous and liquid matters |
onlardan: of which: | |||||
kükürd anhidridi sulfuric anhydride (SO² ) |
karbon oksidi carbon oxide (CO) |
azot oksidlәri nitrogen oxides (NO² ) |
|||||
1 | Salyan rayonu | 11491,4 | 60,4 | 11431,0 | 3,7 | 118,0 | 21,1 |
2 | Ağcabədi rayonu | 44,4 | 5,4 | 39,0 | 2,1 | 7,8 | 1,0 |
3 | Neftçala rayonu | 108,8 | 2,3 | 106,5 | 3,7 | 46,2 | 4,2 |
4 | Şirvan şəhəri | 6414,5 | 64,4 | 6350,1 | 329,3 | 379,2 | 2574,5 |
5 | Ucar rayonu | 59,1 | 3,5 | 55,6 | 0,3 | 1,2 | 0,1 |
Cədvəldən göründüyü kimi Salyan rayonunda atmosfer havasına atılan çirklәndirici maddәlәrin miqdarı Ağcəbədi rayonuna nisbətən 268 dəfə çoxdur. Neftçala rayonunda atmosfer havasına atılan çirklәndirici maddәlәr miqdarı Ucar rayonuna nisbətən 2 dəfə, Şirvan rayonunda isə Ucar rayonuna nisbən 108 dəfə çoxdur.
Orta hesabla Salyan rayonunda adam başına 84,7 kq atmosfer havasına atılan çirklәndirici maddәlәr düşür, halbuki Azərbaycan üzrə adam başına 11 kq düşür. Müqayisə etdiyimiz Ağcəbədi rayonunda bu göstərici 0,33 kq təşkil edir. Neftçala rayonunda 1,25 kq, Şirvan şəhərində 75,5 kq və Ucar rayonunda atmosfer havasına atılan çirklәndirici maddәlәrin adam başına düşən miqdarı 0,68 kq-dır.
Ərazinin 1 kv. km-nә düşәn atmosfer havasına atılan çirklәndirici maddәlәrin miqdarı respublika üzrə 2166 kq/km² bərabərdir. Bu rəqəm Salyan rayonu üzrə 7182,1 kq/km² təşkil edir. Ağcəbədi rayonunda 25,2 kq/km², Neftçala rayonunda 75,0 kq/km², Şirvan ş. 91635 kq/km², Ucar rayonu 71,2 kq/km².
Salyan, Neftçala rayonlarının və Şirvan şəhərinin atmosfer havasına atılan çirklәndirici maddәlәrin miqdarı müqayisə etsək görərik ki, çirklәndirici maddәlәr miqdarı neft və qaz hasilatinın həcmi ilə duz mütənasib gəlir. Yuxarıdakı hesablamalardan görmək olar ki, neft və qaz hasilatı bölgələrdə ərazinin hər 1 kv. km və adam başına düşən inqrediyentlәr üzrә stasionar mәnbәlәrdәn atmosfer havasına atılan çirklәndirici maddәlәrin miqdarı digər rayonlara nisbətən yüksəkdir.
Cədvəl 5. Ölkәnin iqtisadi vә inzibati rayon vә şәhәrlәri üzrә çirkab suların atılması 1 (milyon kub metr)
(Discharger of waste water by economic and administrative regions and towns of the country 1) (million m³)
NN | İqtisadi vә inzibati rayon vә şәhәrlәrin adları | 2005 | 2010 | 2013 | 2014 | 2015 | 2016 |
1 | Salyan | 1529,5 | 2818,1 | 1728,3 | 1713,3 | 1818,8 | 1839,7 |
2 | Ağcabədi | 3,0 | 0,2 | 0,4 | 0,3 | 0,4 | 0,3 |
3 | Neftçala | 216,0 | 215,7 | 425,1 | 358,4 | 378,8 | 440,9 |
4 | Şirvan | 2321,3 | 1747,9 | 1897,5 | 2083,8 | 2027,3 | 2083,0 |
5 | Ucar | 0,01 | 0,1 | 0,6 | 0,0 | 0,0 | 1,2 |
Bu göstəricilərə görə də neft və qaz hasilatı olan rayonlar ətraf mühiti çirkləndirməsində öndədirlər. Cədvəl 5 gördüyumüz kimi ən çox çirkab sular Salyan rayonu 1839,7 milyon kub metr, Şirvan ş. 2083,0 milyon kub metr, Neftçala rayonu 440,9 milyon kub metr yaranır. Müqayisə etdiyimiz rayonlarda çirkab suların həcmi dəfələrlə azdır. Ağcabədi rayonu 0,3 milyon kub metr və Ucar rayonu 1,2 milyon kub metr.
Beləliklə iki parametr üzrə statistik məlumatların təhlili göstərdiki neft və qaz hasilatı regionlarında (Salyan, Neftçala, Şirvan) stasionar mənbələrdən atmosfer havasına atılan çirkləndirıcı maddələrin və atılan çirkab suların həcmi digər rayonlarla müqayisədə yüksəkdir. Bu isə bu bölgələrdə insan sağlamlığına ciddi fəsadlar yarada bilər.
Sənaye müəssisələri tərəfindən ətraf mühitin çirklənməsi və insanın sağlamlığının pozulması (İ.P.Gerasimova görə, 1979) cədvəlinə əsasən stasionar mənbələrdən atmosfer havasına atılan çirkləndirici maddələrin insan sağlamlığına təsiri belədir:
Azot 2 – oksid
Sağlamlığa təsiri. Azot 2-oksid selikli qişaya və tənəffüs orqanlarına qıcıqlandırıcı təsir göstərir. Çox yüksək konsentrasiyada (məsələn, sənaye müəssisəsində qəza zamanı) NO2-nin təsiri ağciyərlərin dərhal ağır zədələnməsinə səbəb olur. NO2-nin sağlamlığa təsiri şəhərlərdə real müşahidə olunan xeyli aşağı konsentrasiyada da təzahür oluna 160 bilər. NO2-nin yüksək konsentrasiyasının uzun müddətli təsiri orqanizmin geniş spektrdə cavab reaksiyasına, ilk növbədə respirator sistemində (məsələn, astmatiklərdə) müşahidə olunur. Bronxial astma xəstəliyi olan şəxslərdə NO²-nin 380-560 mkq/m3 konsentrasiyası ağciyərlərdə dəyişkənliyə səbəb olur. NO²-nin konsentrasiyanın hər 10 mkq/m3 səviyyədə yüksəlməsi, bronxial astmalarda tutmaları 6,5%, aşağı tənəffüs yollarının xəstələnməsi tezliyini 6,6%, yuxarı tənəffüs yollarınınkını isə 3,8% artırır.
Kükürd 2-oksid.
Tullantıların kütləvi miqdarına görə SO² digər atmosfer çirkləndiriciləri arasında ön cərgədə durur. Kükürd 2-oksidin sorulması onun burun və udlaq boşluğunun selikli qişası ilə kontaktda olduqda dərhal başlayır. Kükürd 2-oksidin təsirindən yaranan zərərli effektin qiymətləndirilməsi ehtimalını ümumi ölüm, ürək-damar xəstəlikləri, tənəffüs orqanları xəstəlikləri və astmatiklərin tutmalarının sayının armtası ilə irəli sürmək olar. Kükürd 2-oksidin havadakı törəmə məhsulu sayılan sulfat turşusu əsasən tənəffüs orqanlarına təsir göstərir.
Karbon 1-oksid (karbon monooksid) – CO (dəm qazı) tullantıların kütləsinə görə asılı hissəciklər və kükürd 2-oksiddən sonra üçüncü yerdə durur. Karbon 1-oksidin yüksək konsentrasiyası kəskin zəhərlənməyə səbəb olur. Xroniki təsir zamanı qanda karboksihemoqlobinin miqdarının artması və uşaqlarda psixi hərəkət reaksiyasının dəiyşməsi müşahidə olunur.
Qeyd etdiyimiz rayonlarda bu maddələrin əhalin sağlamlığına təsirlərini nəzərdən keçirmək ücün cədvəl 6-ya nəzər salsaq görərik ki, Salyan rayonunda tənəffüs orqanlarının xəstəlikləri qeydə alınmış insanların sayı 11603 nəfərdir, Ağcabədi rayonunda 2361 nəfərdir. Bu isə təxminən 5 dəfə azdır. Qan dövranı sisteminin xəstəlikləri Salyan rayonunda 3789 nəfərdə qeydə alınıb, Ağcabədi rayonunda isə 813 nəfərdə, bu isə 4,6 dəfə aşağıdır. Bu tendensiya başqa göstəricilərdə də müşahidə olunur. Bütun yuxarıda qeyd etdiyimizdən belə nəticəyə gəlib çıxmaq olar ki, neft və qaz hasilatı bölgələrində ətraf mühitə ciddi zərər vurulur, bu isə öz növbəsində əhalinin sağlamlığına təhlükə yaradır. İnsanlara, onların sağlamlığı üçün sağlam və təhlükəsiz ətraf mühit zəruridir.
Nəticə
Qiymətləndirməyə əsasən qeyd etmək olar ki, müvafiq məsul qurumlar və şirkətlər tərəfindən:
- “Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikasının qanunun 78-ci maddəsi (Ətraf mühitin mühafizəsi haqqında qanunvericiliyin pozulmasına görə məsuliyyət) müvafiq qurumlar tərəfindən yerinə yetirilmir. Yəni ətraf mühitin mühafizəsi haqqında qanunvericiliyin pozulmasında təqsirkar olan hüquqi və fiziki şəxslər, o cümlədən vəzifəli şəxslər Azərbaycan Respublikasının Mülki, İnzibati Xətalar və Cinayət məcəllələrində nəzərdə tutulmuş hallarda məsuliyyət daşıyırlar. Ekoloji hüquq pozuntusu, özü cinayətdir, lakin ekoloji hüquq pozuntularına görə bu vaxtadək heç bir məsul şəxs məsuliyyətə cəlb olunmayıb. Əhalinin sağlamlığına ziyan vuran şirkətlərin cəzalanması bəzi hallarda yalnız cərimələnmə ilə nəticələnir.
- Azərbaycan Respublikasının Konstitusiyasının 39-cu maddəsi(Hər kəsin sağlam ətraf mühitdə yaşamaq hüququ vardır) və “Əhalinin Sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü Maddəsi( əhalinin sağlamlığının qorunması sahəsində dövlətin vəzifələrindən biri ətraf mühitin qorunmasının, ekoloji təhlükəsizliyin təmin edilməsidir) pozulur.
Azərbaycanda ətraf mühitin qorunmasının başlıca prinsiplərindən biri ətraf mühitin qorunması sahəsində əhali və ictimai təşkilatların iştirak etməsidir. (Ətraf mühitin mühafizəsi haqqında “Azərbaycan Respublikasının qanunun Maddə 73) Təəssüflər olsun ki, sahə üzrə ərazidə heç bir ictimai və vətəndaş nəzarəti müşahidə olunmur.
Cədvəl 6. 2016-cı ildə ölkənin şəhər və rayonları üzrə əhalinin əsas xəstəlik sinifləri üzrə xəstələnməsi
Şəhər və rayonların adları |
Qeydə alınan bütün xəstəlik lər |
onlardan: | |||||||||
bəzi infek sion və parazi tar xəstəlik lər |
yeni törə mə lər |
qan, qan yaradıcı orqan ların xəstəlik ləri və immun mexaniz min prosesə cəlb olun ması ilə gedən ayrı-ayrı pozuntu lar |
endok rin sistem in xəstə likləri, maddə lər mübadi ləsi və qida lanma pozun tuları |
əsəb siste mi və hissiy yat orqan ları nın xəstə lik ləri1 |
qan dövranı sistemi nin xəstə likləri |
SA1 |
həzm sistemi nin xəstə likləri |
dəri və dəri altı toxuma nın xəstə likləri |
sümük əzələ sistemi və birləş dirici toxuma ların xəstə likləri |
||
Azərbaycan Respublika sı - cəmi |
1 867 071 | 116 827 | 11761 | 67 831 | 53 246 | 186 730 | 142 277 | 749 438 | 163 009 | 43 936 | 29 393 |
Salyan rayonu | 28 725 | 712 | 63 | 383 | 688 | 1 856 | 3 789 | 11 603 | 1 275 | 33 | 408 |
Ağcabədi rayonu | 8 747 | 82 | 75 | 229 | 400 | 2 249 | 813 | 2 361 | 345 | 3 | 23 |
Neftçala rayonu | 11 826 | 105 | 88 | 729 | 232 | 1 039 | 1 268 | 4 845 | 1 613 | 401 | 39 |
Şirvan şəhəri | 4 822 | 250 | 100 | 216 | 686 | 468 | 178 | 688 | 287 | 24 | 25 |
Ucar rayonu | 9 006 | 380 | 93 | 674 | 708 | 140 | 1 473 | 2 595 | 1 376 | 29 | 48 |