NHMT - Çoxtərəfli Qrupun (ÇQ) hüquqi statusunun müəyyən olunması ilə bağlı Tövsiyə sənədi

Çoxtərəfli Qrupun (ÇQ) hüquqi statusunun müəyyən olunması ilə bağlı Tövsiyə sənədi

Çoxtərəfli Qrupun (ÇQ) hüquqi statusunun müəyyən olunması ilə bağlı Tövsiyə sənədi

 

Azərbaycanda Mədən hasilatı sənayesində şəffaflıq təşəbbüsü üzrə mövcud olan sənədlər, o cümlədən  “Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsünün Azərbaycan Respublikasında tətbiqinə dair qarşılıqlı anlaşma haqqında” Memorandumu və ona əlavələr, eləcə də “Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsünün Azərbaycanda tətbiqinə dair Çoxtərəfli Qrupun təşkili və fəaliyyəti haqqında  Razılaşma sənədləri MHŞT yeni standartlarına[1] uyğun deyildir. Hazırda MHŞT üzvü olan ölkələrin bir çoxunda yeni standartların tətbiqi istiqamətində fəaliyyətlər həyata keçirilir. Bu ölkələrin bir qismi MHŞT-ya dair tələbləri mövcud qanunvericilik aktlarında, o cümlədən informasiya əldə edilməsi ilə bağlı qanunvericilikdə, mineral ehtiyatlar və onlardan istifadəni tənzimləyən qanunvericilik aktlarında və ətraf mühitə  dair qanunvericilik aktlarında əks etdirirlər. Bir neçə ölkədə[2] MHŞT haqqında ayrı qanun qəbul olunmuşdur. Bir qısım ölkələr isə MHŞT ilə bağlı razılaşma sənədlərində müvafiq dəyişikliklər etməklə yeni standartların tətbiqinə nail olmaq istəyirlər. Azərbaycan sonuncu ölkələrə aiddir, baxmayaraq ki, Qeyri-Hökumət Təşkilatlarının Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyasının sifarişi ilə hələ 2010-cü ildə “Mədən Hasilatı üzrə Şəffaflıq Təşəbbüsü haqqında qanun layihəsi hazırlanmış və həmin layihə 2013-cü ildə yeni standartlara uyğunlaşdırılmışdır.

 

Təqdim edilən tövsiyələr  Azərbaycanda mədən sənayesində şəffaflığın təmin olunmasına, ictimaiyyətin hasilat sənayesindən əldə edilən gəlirlərə dair müfəssəl məlumatlar əldə etməsinə, mədən hasilatının ətraf sosial və ekoloji mühitə təsirlərinə dair məlumatların əldə edilməsinə, eləcə də bu gəlirlərin xərclənməsi ilə bağlı məlumatlara çıxışı üçün qanunvericiliyin təkmilləşdirilməsinə istiqamətlənmişdir.

 

1. Mədən Hasilatında Şəffaflıq Təşəbbüsünün (MHŞT) Çoxtərəfli Qrupu fəaliyyətində publik funksiyalar yerinə yetirir. Eyni zamanda MHŞT-nin, 11 iyul 2013-cü il tarixində qəbul olunmuş yeni standartları Çoxtərəfli Qrupun (ÇQ) müstəqil olması üçün bir sıra yeni tələblər irəli sürür.

 

1.1. ÇQ -nin öz büdcəsi olmalı və müstəqil şəkildə fəaliyyət göstərməlidir.Bu baxımdan ÇQ-nin hüquqi statusu müəyyən edilməlidir.

 

1.2. ÇQ ölkə Prezidentinin Fərmanı ilə Publik Hüquqi Şəxs (PHŞ) statusu verilməsi məqsədəuyğundur.

 

1.3. PHŞ olaraq ÇQ-nın katibliyi formalaşdırılmalı, tərkibi isə ÇQ-ni təşkil edən hökumət, biznes və vətəndaş cəmiyyəti tərəfindən formalaşmalıdır.

 

MHŞT ölkələrinin bir qismində bu praktika tətbiq olunmaqdadır. Belə olan halda ÇQ-nin MHŞT proseslərinə effektiv nəzarəti daha yaxşı  təmin oluna bilər.

 

 

Yuxarıda qeyd olunanları nəzərə alaraq, aşağıdakı təkliflərimizi müzakirə Çoxtərəfli Qrupun müzakirəsinə çıxarılmasını xahiş edirəm:

 

1. MHŞT ÇQ-yə publik hüquqi şəxs statusu verilməsi üçün Prezidentə müraciət edilsin;

 

2. PHŞ olaraq ÇQ-nın əsasnamə layihəsi hazırlansın və müraciətlə birgə ölkə Prezidentinə təqdim edilsin;

 

 

2. Tərəfləri təmsil edən çoxtərəfli qrup üzvlərinin səlahiyyətləri dəqiq müəyyən olunmalıdır.

 

Mədən Hasilatı üzrə Şəffaflıq Təşəbbüsünün Azərbaycan Respublikasında tətbiqinə dair qarşılıqlı anlaşma haqqında Memorandumun 14.3. maddəsində göstərilir ki, "ÇQ-nin hər üzvü tərəfindən iclasda bildirilən mövqe müvafiq tərəfin mövqeyi hesab olunur. Buna görə də ÇQ üzvləri iclasdan əvvəl müzakirə olunan məsələlərə dair təklifləri təmsil etdikləri Tərəflə razılaşdırırlar".

 

Bu prinsipin tətbiqi ÇQ də kollegiallığın faktiki olaraq mövcud olmadığın göstərir. Əslində ÇQ üzvü seçilən və ya təyin olunan hər bir əsas üzv və ya əsas üzvü əvəz edən ehtiyat üzv (əvəz etdiyi zaman) müstəqil səs hüququna malik olmalıdır.

 

1. ÇQ üzvlərinin hər birinin müstəqil səsi olmalıdır. ÇQ tərkibi daha geniş olmalı, orada dövlət tərəfindən parlament üzvləri, biznes tərəfdən işəgötürən birliklərinin nümayəndələri, Vətəndaş cəmiyyəti tərəfindən digər vətəndaş cəmiyyəti subyektləri də təmsil olunmalıdır;

 

2. ÇQ üzvlərinin fəaliyyəti dövründə müəyyən immuniteti (məsələn əmək müqaviləsinə işəgötürənin təşəbbüsü ilə xitam verildikdə ÇQ-yə əsaslandırılmış məktub yollamalı, ÇQ-nin razılığı olmadan ƏM-ə xitam verilməməlidir və s.)

 

3. Hasilat sənayesinə daxil olan və MHŞT-yə qoşulan şirkətlərin Məsuliyyətli Biznes Davranışının (Responsible Business Conduct) təmin olunması, həmçinin onların həyata keçirdikləri ictimai sərmayə proqramlarının müəyyən edilməsi və həyata keçirilməsində şəffaflığın və səmərəliliyin artırılması vacib məsələlərdəndir. Ölkənin sərvətindən bəhrələnən biznesin cəmiyyət və öz işçi heyəti qarşısında məsuliyyətli olması birbaşa olmasa da dolayı yolla MHŞT proseslərinə aidiyyəti vardır. CQ MHŞT üzvü olan şirkətlərin İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının müəyyən etdiyi Məsuliyyətli Biznes Davranış (Responsible Business Conduct) qaydlarına uyğunlaşması, işçi heyətinə münasibətdə insan hüquqları standartlarını tətbiq etmələri və ictimai sərmayə proqramlarını şəffaf və səmərəli etmələri üçün qaydalar müəyyən etməlidir.

 


[1] http://eiti.org/document/standard

[2] Nigeriya, Liberiya və Norveç