SUAL 1
1. Sual: Uşağa qulluq etməklə əlaqədar qadınlar hansı müddətə qismən ödənişli sosial məzuniyyət hüququndan istifadə edə bilərlər?
Cavab: Uşağa bilavasitə qulluq edən qadınlar uşağın üç yaşı tamam olanadək, ona qulluq etməkdən ötrü qanunvericiliklə müəyyən edilmiş məbləğdə müavinat verilən qismən ödənişli sosial məzuniyyət almaq hüququna malikdirlər. Uşağa qulluq edən qadınlar yazılı ərizə əsasında qismən ödənişli sosial məzuniyyət hüququndan tam, yaxud hissə-hissə istifadə edə bilərlər.