NHMT - Sual: Aliment tutulması barədə tələbin verilməsi müddətləri barədə məlumat verməyinizi xahiş edirəm. NHMT -

SUAL 18

Sual: Aliment tutulması barədə tələbin verilməsi müddətləri barədə məlumat verməyinizi xahiş edirəm.

Cavab: Aliment almaq hüququ olan şəxs, aliment ödənilməsi barədə saziş üzrə əvvəllər ona aliment ödənilməmişsə, aliment almaq hüququnun yarandığı vaxtdan asılı olmayaraq istənilən müddətdə məhkəməyə aliment tutulması barədə ərizə ilə müraciət etmək hüququna malikdir.

Aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur.

Məhkəmə iddiaçının aliment almaq üçün məhkəməyə müraciət edənədək tədbirlər gördüyünü, lakin aliment ödəməli olan şəxsin onu verməkdən boyun qaçırması nəticəsində alimentin alınmadığını müəyyən edərsə, əvvəlki dövr üçün aliment 3 illik müddət həddində verilə bilər.