SUAL 2
2. Sual: Dəniz və çay donamasında işləyən hansı işçilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyasına çıxmaq hüququ vardır?
Cavab: Əmək Pensiyaları haqqında Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığorta olunanların: kişilər - 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısının 21.1-ci maddəsinə əsasən dəniz və çay donamasında işləyən:
• Fəhlələr: gəmilərdə qazan təmizlənməsi ilə məşğul olan qazan təmizləyiciləri, bərk yanacaqla işləyən gəmi ocaqçıları.
• Üzən heyət: dəniz, çay donamasının və balıqçılar sənaye donamasının gəmi heyəti (daimi liman akvatoriyasında işləyən liman gəmiçiləri, yardımçı xidmət gəmiləri, xidməti, şəhərətrafı və şəhərdaxili yol gəmiləri istisna olmaqla).
• Üzən heyət: xidməti köməkçi donama və liman donaması gəmilərində maşın komandası liman akvatoriyasında daimi işləyənlər (xidməti gediş gəliş, şəhərətrafı və şəhərdaxili yollar istisna olmaqla).
• Üzən heyət: duru yanacaqla işləyən gəmi ocaqçıları.
• Üzən heyət: bütün adlarda maşinistlər.
• Üzən heyət: bütün adlarda motorçular.
• Üzən heyət: mexaniklər, onların köməkçiləri, baş və böyük müxaniklər.
• Üzən heyət: elektrik mexanikləri, onların köməkçiləri, böyük elektrik müxanikləri.
• Sahil heyəti: partladıcılar.
• Sahil heyəti: doklarda gəmilərin rənglənməsi və sayrılması ilə məşğul olan rəngsazlar, tryum motorçuları- peşələrində çalışan işçilərin güzəştli şərtlərlərlə yaşa görə əmək pensiyası almaq hüququ vardır.