SUAL 22
Sual: Məhkumların müraciətləri və onlara baxılması qaydaları haqqında məlumat verməyinizi xahiş edirəm.
Cavab: Məhkumların da qanunvericiliklə nəzərdə tutulan qaydada müraciət etmək hüquqları vardır. Məhkumların təklif, ərizə və şikayətləri yazılı və şifahi verilə bilər. Məhkumların cəzanı icra edən müəssisə və ya orqanın vəzifəli şəxslərinin qərar və hərəkətlərinə dair təklif, ərizə və şikayətləri həmin qərarların və hərəkətlərin icrasını dayandırmır.
Məhkumların təklif, ərizə və şikayət göndərdiyi orqan və ya vəzifəli şəxslər onlara qanunvericiliklə müəyyən edilmiş müddətdə baxmalı və nəticəsi barədə məhkuma yazılı məlumat verməlidirlər. Cəzanı icra edən müəssisə və ya orqanın vəzifəli şəxsləri məhkumları müəyyən edilmiş və onlara bildirmiş günlərdə və saatlarda qəbul edir.