NHMT - Sual: İnzibati mübahisələrdə İddia müddətləri barədə məlumat verməyinizi xahiş edirəm. NHMT -

SUAL 38

Sual: İnzibati mübahisələrdə İddia müddətləri barədə məlumat verməyinizi xahiş edirəm.

Cavab: Mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər.

Məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər.