SUAL 41
Sual: İnzibati həbs hansı halda tətbiq edilir?
Cavab: İnzibati həbs, yalnız müstəsna hallarda, inzibati xətaların ayrı-ayrı növlərinə görə on beş gün müddətinədək müəyyən olunur və tətbiq edilir.
Hamilə qadınlar və ya himayəsində səkkiz yaşınadək uşağı olan qadınlar, səkkiz yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, birinci və ya ikinci qrup əlillər, habelə altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər barəsində inzibati həbs tətbiq edila bilməz.
İnzibati qaydada tutma müddəti inzibati həbs müddətinə əlavə edilir.