NHMT - Təşkilatimızın ekspertləri tərəfindən, Günəşli yatağında 10-cu platformada baş vermiş qəza ilə bağlı hazırlayıb ictimaiyyətə təqdim etdiyimiz qiymətləndirməyə dünən(11.03.16) ARDNŞ-dən cavab aldıq

Təşkilatimızın ekspertləri tərəfindən, Günəşli yatağında 10-cu platformada baş vermiş qəza ilə bağlı hazırlayıb ictimaiyyətə təqdim etdiyimiz qiymətləndirməyə dünən(11.03.16) ARDNŞ-dən cavab aldıq

Ümumiyyətlə QHT sorğularına həmişə etinasız münasibət bəsləyən ARDNŞ-dən bu qiymətləndirməyə cavab sənədinin hazırlanması təqdirə layiqdir. Amma onu da qeyd edim ki, ARDNŞ təbii ki, yenə də yerli QHT-yə cavab verməzdi(bunu təcrübə göstərir), sadəcə buna səbəb bizim hesabatın ofisi Londonda yerləşən beynəlxalq “Biznes və İnsan Haqları Resurs Mərkəzi”nin saytında yerləşdirilməsi və bu mərkəzin şirkətə yazdığı məktub idi.


Onu da qeyd edim ki, Qiymətləndirməni tərtib edərkən biz reallığa, gördüklərimizə, faktlara, qanunlara, mətbu orqanlarında yerləşdirilmiş yazılara, ekspert münasibətlərinə, beynəlxalq təcrübəyə və s. istinad etmişik, bu bizim hadisəyə verdiyimiz qiymətləndirmə yanaşmamızdır və biz təbii ki, öz fikrimizdə də qalırıq.


ARDNŞ də təbii özünü müdafiəyə çalışaraq sənəd hazırlayıb. Və biz də onların yazdıqlarının çoxu ilə razılaşmırıq, ən azı bir misal:

 

- ölmüş və itkin düşmüşlərin dəqiqləşdirilmiş siyahısı yalnız iki ay sonra(bizim hesabatdan sonra) 29 yanvar 2016-cı ildə şirkət saytına qoyulub, qəza zamanı platformada olanların ailələrinə 4-5 dekabrda çay, kofe və yaxud psixoloji yardımla bağlı yazdıqları ilə isə tamamilə razı deyiləm. Ən çoxu isə, hələ də bu vaxtadək bu qədər itkiyə(maddi, mənəvi, insan itki və ölümü) görə heç kim cəzalandırılmayıb! Sənədi müzakirə edib, hamısına yenidən cavab vermək fikrində də deyiləm. Amma yenə də əziyyət çəkib cavab məktubu hazırlayanlara təşəkkür edirəm. Məsləhət görərdim ARDNŞ rəhbərliyi ictimaiyyətlə əlaqələri yaxşılaşdırsın, öz işçilərinin bilik və bacarıqlarını artırsın(bu rəhbər işçi və mütəxəssislərə də aiddir) beynəlxalq təcrübəni öyrənsin və tətbiq etsin, yalnız beynəlxalq QHT-rə deyil, birinci növbədə ölkə QHT-nə hörmətlə yanaşsın.