NHMT - Dövlət ehtiyacları üçün torpaqların alınması

Dövlət ehtiyacları üçün torpaqların alınması

Bu vəsait  Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatı İctimai Birliyi tərəfindən Beynəlxalq Maliyyə İnstitutları tərəfindən ayrılan kreditlərə ictimai nəzarətin təskili çərcivəsində hazırlanmışdır.


Dövlət ehtiyacları üçün torpaqların alınması

 
Əsas məqsədimiz:
 
Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətində olan torpaqların dövlət ehtiyacları üçün alınması ilə əlaqədar maarifləndirilmə.


Hal hazırda Azərbaycan Respublikasında vətəndaşların və bələdiyyələrin mülkiyyətində olan torpaqların dövlət ehtiyacları üçün alınması prosesləri gedir. Oğuz-Bakı-Qəbələ su kəmərinin çəkilşi ilə əlaqədar dövlət sifarişçisi olan “Azərsu” SC tərəfindən, neft sənayesində məskulaşan torpaqların geri alınması məqsədi ilə ARDNŞ tərəfindən, Ələt-Astara yolunun tikintisi ilə əlaqədar dövlət sifarişçisi olan “Azəryolservis” SC tərəfindən Salyan, Biləsuvar, Masallı, Lənkəran və Astara rayonlarında yaşayan əhalidən, Bakı şəhərinin M. Fizuli və Ş. Bədəlbəyli kücələrində dövlət sifarişçisi olan Bakı şəhər İcra Hakimiyyəti tərəfindən bu küçələrdə yaşayan əhalidən, Azneft meydanından Bayıl qəsəbəsinədək yolun tikintisi ilə əlaqədar bu ərazidə yaşayan əhalidən, elektrik xətlərinin altına düşən əhalidən torpaqların “Azərenerji” SC tərfindən və sair sahələrdə mülkiyyətdə olan və ya vətəndaşların məskunlaşdığı torpaqların dövlət ehtiyacları üçün alınması davam edir. Bir çox hallarda bu proses vətəndaşların ziyanına olmaqla həyata keçirilir. Bu məqsədlə keçirilən monitorinq və təcrübələr təsdiq edir ki, bu əsasən aşağıdakı səbəblərdən baş verir:
 
 Bu prosesləri həyata keçirən dövlət sifarişçisinin və ya digər dövlət orqanlarının vəzifəli şəxslərinin və icraçılarının Azərbaycan Respublikasının qanunvericiliyinə əməl etməməsi;
 Vətəndaşların Azərbaycan Respublikasının bu sahədə olan qanunvericiliyindən məlumatsız olması;
 Vətəndaşlarının kompensasiya aqlmaq hüquqlarına inamlarının az olması, bu səbəbdən hüquqlarının müdafiəsi ilə əlaqədar heç bir addım atmamaları, kompensasiyanın ən az miqdarda və ya ümumiyyətlə verilməməsi ilə barışmaları;
 Hüquq mühafizə İcra hakimiyyətləri orqanları tərəfindən vətəndaşlara edilən müxtəlif formada təzyiq və hədələr;
 Bu hüquqları bərpa etməli olan məhkəmə orqanlarının süründürməçiliyi və ya qanuni qərarlar qəbul etməmələri və sair.

 

Yadda saxlayın:
 
 Bu kitabda qeyd etdiyimiz bütün hüquq münasibətləri və hüquq normalarının həyata keçirilməsi həm dövlət sifarişçiləri, həm də bu təsirə məruz qalan vətəndaşlar üçün məcburidir və yalnız torpaqların dövlət ehtiyacları üçün alınması proseslərinə aiddir.
 Torpaqların dövlət ehtiyacları üçün alınmasıilə əlaqədar olmayan torpaqla əlaqədar digər alq-satqı əməliyyatlarının keçirilməsi isə künüllüdür, məcburi surətdə həyata keçirilə bilməz, vətəndaş öz mülkiyyətində olan torpaqlarını digər
dövlət orqanlarına, bələdiyyələrə, hüquqi və ya fiziki şəxslərə satmaya bilər, satdıqda isə istədiyi qiymətə, o cümlədən bazar qiymətlərindən də yüksək qiymətə sata bilər. Bu onların müstəsna mülkiyyət hüququdur.


Daşınmaz əmlakın dövlət ehtiyacları üçün alınması barədə qərar:

Daşınmaz əmlakın dövlət ehtiyacları üçün alınması barədə qərar Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin, Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin birgə vəsatəti əsasında baxılıb qəbul edilir və Qərarla daşınmaz əmlakın dövlət ehtiyacları üçün alınmasını dövlətin adından həyata keçirəcək müvafiq dövlət orqanı və ya dövlət müəssisəsi “Sifarişçi” müəyyən edilir.


Azərbaycan Respublikasında torpaqların dövlət ehtiyacları üçün alınması:
 
 Azərbaycan Respublikasının Konstitusiyasından;
 Az ərbaycan Respublikasının Torpaq Məcəlləsindən;
 Azərbaycan Respublikasının Mülki Məcəlləsindən;
 Azərbaycan Respublikasının Mənzil Məcəlləsindən;
 Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında Azərbaycan Respublikasının Qanunundan;
 Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarından, tərəfdar çıxdığı beynəlxalq qanunlardan və müqavilələrdən ibarətdir.

 

Azərbaycan Respublikası qanunvericiliyinə əsasən:

“Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər”.

“Dövlət tələb etdikdə dövlət tərəfindən mülkiyyət yalnız qanunla icazə verilmiş hallarda yolların və digər kommunikasiya xətlərinin çəkilməsi, sərhəd zolağının müəyyən edilməsi və ya müdafiə 5 əhəmiyyətli obyektlərin tikilməsi məqsədilə müvafiq dövlət orqanı tərəfindən və yalnız bazar dəyəri miqdarında qabaqcadan əvəzi ödənilməklə geri alına bilər”.
 
“Dövlət ehtiyacları üçün alınan torpaq sahələrinin satınalma qiyməti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada hesablanaraq bildirişin göndərildiyi gündən sonra 80 təqvim günündən tez və 120 təqvim günündən gec olmayaraq mülkiyyətçiyə ödənilir”.

Dövlət ehtiyacları üçün alınan torpaq sahəsinin mülkiyyətçisi bildirişin göndərildiyi gündən sonra 90 təqvim günündən tez və 180 təqvim günündən gec olmayaraq alınan torpaq sahəsini azad etməlidir.

Dövlət ehtiyacları üçün  torpaqların alınması – dövlət ehtiyacları üçün bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaq (onun müəyyən hissəsi) üzərində mülkiyyət, istifadə və icarə hüquqlarına, bu torpaqdan istifadəyə dair müəyyən edilmiş
yüklülüklər (məhdudiyyətlər) də daxil olmaqla xitam verilməsi yolu ilə həmin torpağın (onun müəyyən hissəsinin) mülkiyyətçidən könüllü və ya məcburi qaydada əvəzi ödənilməklə dövlət tərəfindən satın alınması, həmçinin istifadədə və (və ya) icarədə olan dövlət torpaqlarının müvafiq kompensasiya ödənilməklə istifadəçidən və ya icarəçidən geri alınmasıdır;

Alınan torpaq – mülkiyyətdə olan, üzərində istifadə və icarə kimi hüquqların, habelə torpaq sahəsindən istifadəyə dair yüklülüklərin (məhdudiyyətlərin) mövcud olduğu və ya olmadığı, hər hansı tikilinin altında olan və ya olmayan torpaq sahələri, habelə torpaq sahəsi ilə bağlı daşınmaz əmlakdır (sututarlar, meşələr, çoxillik əkmələr, tikililər, qurğular və bu kimi digər obyektlər);


Tikili – torpaqla möhkəm bağlı olub təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan bütün əmlak, o cümlədən binalar, qurğular, yaşayış və qeyri-yaşayış sahələri, bağ evləri, divar, hasar, yarımçıq (inşası başa çatdırılmamış) tikili və bu kimi digər obyektlər;

Kompensasiya – Qanuna əsasən torpaqların alınması və ya torpağa dair hüquqları ilə bağlı alınmanın təsirinə məruz qalan şəxslərə verilən, pul, əmlak və ya digər formada ifadə olunan əvəzdir;               

İddiaçı – alınmanın təsirinə məruz qalan, kompensasiya iddiasında olan şəxsdir.
 
Torpağın alına biləcəyi dövlət ehtiyacları:
 
 Dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin (magistral neft və qaz boru kəmərlərinin, kanalizasiya, yüksək gərginlikli elektrik xətlərinin, hidrotexniki qurğuların) çəkilməsi və quraşdırılması; 
 Sərhədboyu zolaqda dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi;
 Müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərin tikilməsi;
 Dövlət əhəmiyyətli dağ-mədən sənayesi obyektlərinin tikilməsi.
Torpaqlar dövlət ehtiyacları üçün yalnız bu hallarda alına bilər, digər hallarda bu əsasla geri alına bilməz.
 
Torpağın alınması ilə bağlı dövlətin əsas səlahiyyətləri:
 
Dövlət ehtiyacları üçün tələb olunan hər hansı torpaq və ya paylı mülkiyyətdə olan torpaqda müvafiq pay (paylar) mülkiyyətçi (mülkiyyətçilər) ilə razılaşma əsasında, belə razılıq əldə edilmədikdə isə, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında məcburi qaydada dövlət tərəfindən kompensasiya ödənilməklə alına bilər.
Dövlət, alınmanın təsirinə məruz qalan şəxslərlə razılıq əldə etməkdə və həmin torpaq üçün bazar qiymətini və ya bərpa qiymətini ödəməkdə bütün səylərindən istifadə etmək öhdəliyini daşıyır və bu öhdəliyi yerinə yetirənədək müəyyən edilmiş müvafiq səlahiyyətlərdən istifadə edə bilməz.

Alına bilən torpaqlar:


İstifadədə, icarədə olmasından və torpaq sahəsindən istifadəyə dair müəyyən edilmiş yüklülüklərdən (məhdudiyyətlərdən) asılı olmayaraq aşağıdakı torpaqlar dövlət ehtiyacları üçün alına bilər:
 xüsusi mülkiyyətdə olan torpaqlar;
 bələdiyyə mülkiyyətində olan torpaqlar;
 Dövlət mülkiyyətində olan torpaqlar üzərində istifadə və icarə hüquqları dövlət ehtiyacları üçün geri alınır.
 
Torpaqları dövlət ehtiyacları üçün alan orqan:
 
Torpaqları dövlət ehtiyacları üçün alan orqan torpağın alınmasını zəruri edən dövlət ehtiyacının mövcudluğu barədə qərarla müəyyən olunur və torpaqların dövlət ehtiyacları üçün alınmasını konkret halda dövlətin adından icra edir. Alan orqan müəyyənləşdirilərkən həmin orqanların qanunvericiliklə müəyyən edilmiş fəaliyyət istiqamətləri, onların təklif olunan layihənin həyata keçirilməsi üçün tələb olunan maliyyə və digər zəruri imkanları nəzərə alınmalıdır.
Müvafiq icra hakimiyyəti orqanı Qanunun tələblərinə riayət olunmasını təmin etmək məqsədilə torpağın alınması ilə bağlı aşağıdakılarla məhdudlaşmayan müəyyən şərtlər irəli sürə bilər:
 təklif edilən alınma ilə bağlı ictimai məsləhətləşmələrin keçirilməsi;
 iddiaçıya təklif olunan kompensasiyaya əlavə olaraq ödəniləcək kompensasiyaların növlərinin və məbləğlərinin müəyyən edilməsi;
 torpaqların dövlət ehtiyacları üçün alınması prosesinin icrası planı və ya onun bir hissəsi;
 kompensasiyaların növlərinin, ödəniş formalarının və müddətlərinin müəyyən edilməsi.
Alan orqan torpağın alınmasının icrası ilə bağlı məsuliyyət daşıyır və torpağın alınması prosesində iştirak edən bütün digər orqanlar (təşkilatlar) tələb olunan müddət çərçivəsində alan orqan tərəfindən onlara edilmiş müraciətləri təmin etməlidirlər.


Alınmanın təsirinə məruz qalan şəxs:
Torpağın və ya onun müəyyən hissəsinin alınması nəticəsində öz torpağından köçürülən və həmin torpaqda yaşamaq və ondan istifadə hüququnu itirən, torpağının və digər əmlakının miqdarının, dəyərinin və ya faydalılığının azalmasına məruz qalan, sahibkarlıq fəaliyyətini tam və ya qismən davam etdirmək iqtidarında olmayan, iş yerini itirən, ümumi istifadə imkanlarını əldə etməkdən məhrum olan, əmlakını n, yaxud da yaşamaq üçün vasitələrinin hər hansı digər itkisi və azalmasına məruz qalan şəxs alınmanın təsirinə məruz qalan şəxs hesab edilir. Alınmanın təsirinə məruz qalan şəxs Qanunla müəyyən olunmuş qaydada itki və məhrumiyyətlər nəzərə alınmaqla kompensasiya almaq hüququna malikdir. Aşağıdakılar da alınmanın təsirinə məruz qalan şəxslər hesab edilirlər: torpaqla bağlı dövlə t qeydiyyatına alınmış mülkiyyət, istifadə və ya icarə hüquqları olan, habelə qanunvericiliklə dövlət qeydiyyatı tələb olunmayan qanunauyğun istifadə və ya icarə hüquqları olan şəxslər; siyahıya alma dövründə yazılı sənədlərlə təsdiq edilən torpaqla bağlı qanuni, lakin dövlət qeydiyyatına alınmamış mülkiyyət, istifadə və ya icarə hüquqları olan şəxslər; ikinci əldən icar əyə verən qismində icarəçi, üçüncü şəxslərə istifadəyə verən qismində istifadəçi və ya istifadəçi ilə şifahi və ya 

9 yazılı həqiqi sübutla təsdiq edilən razılaşma əsasında torpağı qısa müddətli istifadə edən şəxslər;torpağa hüququnun yaranmasına səbəb olan, qanun tərəfindən tanınan uzun müddətli istifadə əsasında torpaqda yaşayan şəxslər; yaşadıqları torpaqla bağlı qanuni hüquqları olmayan şəxslər. Torpaqların dövlət ehtiyacları üçün alınmasına qədər olan icraat: 

Torpağın alınmasını zəruri edən dövlət ehtiyacının mövcudluğu müvafiq icra hakimiyyəti orqanının qərarı ilə müəyyən edilir. Həmin qərarla alan orqan müəyyən edilir və torpağın alınması barədə qərarın qəbul edilməsinə hazırlıq başlanılır. Torpağın alınması barədə qərarın qə bul edilməsinə hazırlıq dövründə aşağıdakılar yerinə yetirilməlidir:

 dövlət ehtiyacının təmin edilməsi üçün alınmanın təsirinə məruz qalan torpaqların sərhədlərinin müəyyən edilməsi, onların kateqoriyalarını, dəqiq ölçülərini, növlərini və yerləşməsini əks etdirən yerquruluşu xəritəsinin (kağız və elektron daşıyıcıda) tərtib edilməsi;

 alınması təklif olunan torpağın kateqoriyalarının və mülkiyyət növünün müəyyənləşdirilməsi; alınmanın təsirinə məruz qala biləcək şəxslərin tam siyahısının tərtib edilməsi;

 alınma üçün tələb olunan maliyyə vəsaitinin ilkin məbləğinin və onun maliyyələşmə mənbələrinin müəyyən edilməsi;

 Qanunla nəzərdə tutulmuş digər əlavə tədbirlərin tədbirlərin həyata keçirilməsi.

 

Alan orqanın məlumat toplamaq vəzifəsi:

Alan orqan torpağın alınması haqqında təklifin hazırlanması zamanı zəruri olan bütün məlumatları toplamalıdır. Məlumat toplanması məqsədi ilə alan orqan təklif edilən alınmanın əhatə etdiyi şəxslər və torpaqla bağlı aşağıdakı məlumatların verilməsi, bu məlumatların toplanması üçün birgə işlənilməsi və (və ya) dəqiqləşdirilməsi barədə müraciət etməlidir:

 həmin torpaqda yaşayan alınmanın təsirinə məruz qalan şəxslərin siyahısına dair – müvafiq icra hakimiyyəti orqanlarına və bələdiyyəyə;

 

xüsusi mülkiyyətdə olan torpaqlar üzrə:

 alınmanın təsirinə məruz qalan şəxslərin mülkiyyət, istifadə, icarə və digər qanuni hüquqlar əsasında sahiblik etdikləri alınması təklif olunan torpaq sahələri və onlar üzərində sahiblik növünə dair – müvafiq icra hakimiyyəti orqanlarına;  həmin torpaqda mövcud olan tikililər, habelə inşa edilməsi nəzərdə tutulan bina və obyektlərin qanunvericiliyə uyğun olaraq təsdiq edilmiş layihələri haqqında məlumatlar üzrə – müvafiq icra hakimiyyəti orqanlarına;

 alınmanın təsirinə məruz qalan şəxslərin mülkiyyət, istifadə, icarə və digər qanuni hüquqlar əsasında sahiblik etdikləri alınması təklif olunan torpaq sahələri və tikililərin ilkin qiymətinə dair – müvafiq icra hakimiyyəti orqanlarına;

 

bələdiyyə mülkiyyətində olan torpaqlar üzrə:

 bələdiyyəyə mülkiyyətində olan alınması təklif edilən torpaq sahələri, həmin torpaq sahələrində mövcud tikililər haqqında məlumat, onlar üzərində sahiblik növü üzrə – müvafiq icra hakimiyyəti orqanlarına və bələdiyyələrə;

 bələdiyyə mülkiyyətində olan torpaqlarda yaşayan alınmanın təsirinə məruz qalan şəxslərin ilkin hesablanmış sayı, onların həmin torpaqdan istifadə və müvafiq tikili üzərində sahiblik növü üzrə – müvafiq icra hakimiyyəti orqanlarına və bələdiyyələrə;

 hüquqi şəxslərin istifadəsində olan alınması təklif edilən bələdiyyə mülkiyyətindəki torpaq sahələri, həmin torpaq sahələrində mövcud tikililər haqqında məlumat, onlar üzərində sahiblik növünə dair – müvafiq icra hakimiyyəti orqanlarına və bələdiyyələrə;

 bələdiyyə mülkiyyətində olan alınması təklif olunan torpaq sahələrinin ilkin qiymətləndirilməsinə dair – müvafiq icra hakimiyyəti orqanlarına;

 

dövlət mülkiyyətində olan torpaqlar üzrə:

 dövlət orqanlarının istifadəsində olan alınması təklif edilən torpaq sahələri, həmin torpaq sahələrində mövcud tikililər haqqında məlumat, onlar üzərində sahiblik növünə dair – müvafiq icra hakimiyyəti orqanlarına;

 dövlət mülkiyyətində olan torpaqlarda yaşayan, alınmanın təsirinə məruz qalan şəxslərin ilkin hesablanmış sayı, onların həmin torpaqdan istifadə və müvafiq tikili üzərində sahiblik növünə dair – müvafiq icra hakimiyyəti orqanlarına;

 hüquqi şəxslərin istifadəsində olan alınması təklif edilən dövlət torpaq sahələri, həmin torpaq sahələrində mövcud tikililər haqqında məlumat, onlar üzərində sahiblik növünə dair – müvafiq icra hakimiyyəti orqanlarına;

 istifadədə olan alınması təklif edilən torpaq sahələrinin ilkin qiymətləndirilməsinə dair – müvafiq icra hakimiyyəti orqanlarına;

 torpağın qeyri-qanuni tutulması halları kimi, alınması təklif olunan torpaqdan hər hansı qanuni hüquq olmadan yaşamaq üçün və ya digər məqsədlərlə faktiki daimi istifadə edən şəxslərin sayının ilkin hesablanmasına dair – müvafiq icra hakimiyyəti orqanlarına və bələdiyyəyə;

 tələb olunduğu hallarda köçürülmə və yerdəyişmə üçün təqdim edilə biləcək torpaq və həmin torpağın cari istifadə növünə dair – müvafiq icra hakimiyyəti orqanlarına;

 

Alınmanın təsirinə məruz qalan şəxslərin və torpaqların siyahıya alınması: Alınmanın təsirinə məruz qalan şəxslər və torpaqlar sorğu ilə alınmış məlumatlar əsasında alan orqan tərəfindən siyahıya alınır. Siyahıyaalma sorğunun tarixinə (siyahıyaalma tarixi kimi müəyyən edilir) mövcud olan vəziyyətə əsasən aparılır. Alınmanın təsirinə məruz qalan şəxslərin və torpağın siyahıya alınması zamanı aşağıda göstərilən şəxslər də nəzərə alınır:

 alınmanın təsirinə məruz qalan şəxslərin siyahıyaalınma tarixinədək doğulmuş, onlar tərəfindən qanunvericiliyə uyğun olaraq övladlığa götürülən uşaqları, habelə həmin şəxslərin siyahıyaalma tarixindən sonrakı altı ayadək olan müddətdə doğulmuş uşaqları və siyahıyaalınma tarixinədək qanunvericiliyə uyğun olaraq övladlığa götürmək haqqında müraciət etmiş və siyahıyaalınma tarixindən sonrakı altı ayadək olan müddətdə övladlığa götürülən uşaqları;

 alınmanın təsirinə məruz qalan vəfat etmiş şəxsin varisləri. Vətəndaşların məlumatlandırılması. Rəsmi elan: Alan orqan məlumatları topladıqdan sonra torpağın alınması haqqında hazırlanan təkliflə bağlı rəsmi elan verir. Rəsmi elanda aşağıda göstərilən məlumatlar əks olunur:

 alınmanın təsirinə məruz qalan torpaqların yerləşdiyi ərazi (o cümlədən, müvafiq şəhər, qəsəbə və ya kənd, onların daxil olduqları inzibati ərazi vahidi (rayon, şəhər və ya şəhər rayonu), mövcud olduqda ünvanı, habelə digər dəqiqləşdirici məlumatlar);

 torpağın alınmasını zəruri edən dövlət ehtiyacının ümumi mahiyyəti;

 torpağın alınması təklifinin şərtlərini izah etmək və alınma ilə bağlı etirazların edilməsinə imkan vermək üçün alınmanın təsirinə məruz qalan torpaqda və ya onun yaxınlığında keçiriləcək ictimai iclasın tarixi;

 alan orqanın məqsədə müvafiq hesab etdiyi digər məlumatlar. Rəsmi elan alınmanın təsirinə məruz qalan torpağın aydın təsviri olan ərazisindən asılı olaraq müəyyən edilmiş miqyasda tərtib edilən yerquruluşu xəritəsi ilə müşayiət olunmalıdır. Rəsmi elan və müvafiq yerquruluşu xəritəsi alınmanın təsirinə məruz qalan torpağın yerləşdiyi inzibati ərazi vahidi üzrə müvafiq icra hakimiyyəti orqanının, habelə alınmanın təsirinə məruz qalan torpağın yerləşdiyi inzibati ərazi dairəsi üzrə müvafiq icra hakimiyyəti orqanının nümayəndəliyinin və müvafiq bələdiyyənin inzibati binasının rəsmi bildirişlər lövhəsində və alınmanın təsirinə məruz qalan torpağa yaxın olan və görünən yerlərdə asılır, habelə kütləvi informasiya vasitələrində yayılır.

 

Rəsmi elanın alınmanın təsirinə məruz qalan şəxslərə çatdırılması:

Alan orqan rəsmi elanın mahiyyətini alınmanın təsirinə məruz qalan torpaqda yaşayan bütün şəxslərin, alınmanın təsirinə məruz qalan torpaqda mülkiyyət, istifadə və icarə kimi hüquqları olan şəxslərin, alınmanın təsirinə məruz qalan torpağın alınması ilə bağlı kompensasiya hüququna malik olan şəxslər kimi alan orqan tərəfindən tanınan şəxslərin diqqətinə çatdırmaq üçün bütün müvafiq zəruri tədbirləri görməlidir. Alan orqan bütün şəxslərə rəsmi elanın mahiyyəti barədə bildiriş göndərməlidir. Rəsmi elanda göstərilən ərazidə həyata keçirilən tədbirlər: Rəsmi elanda göstərilən ərazidə qanunvericiliyə uyğun olaraq aşağıdakı tədbirlər həyata keçirilə bilər:

 torpağa daxil olmaq, mərzləmək, səviyyəsini ölçmək və plana almaq;

 torpağın süxurunu qazmaq və ya burğu ilə deşmək;

 alınmanın təsirinə məruz qalan torpağın sərhədlərini müəyyən etmək;

 göstərilən səviyyələri, sərhədləri nişanlarla qeyd etmək.

Bu işlərlə əlaqədar nəzərdə tutulmuş tədbirlər nəticəsində torpağa dəyən zərərə görə torpağın mülkiyyətçisinə, istifadəçisinə və icarəçisinə müvafiq kompensasiya ödənilir. İctimai iclas: Alan orqan torpağın alınması təklifi ilə bağlı bir və ya daha çox ictimai iclas keçirir. Alınmanın təsirinə məruz qalan torpaq birdən artıq inzibati ərazi vahidinin ərazisində yerləşdikdə ictimai iclas hər bir inzibati ərazi vahidi üzrə ayrılıqda keçirilir. İctimai iclasın məqsədi aşağıdakılardır:  alınmanın təsirinə məruz qalan torpaqda yaşayan sakinləri və həmin torpaqda mülkiyyət, istifadə və ya icarə hüquqları olan şəxsləri torpağın alınmasını tələb edəcək layihə və alınmanın təsirinə məruz qalan torpaq haqqında məlumatlandırmaq;

 torpağı tərk etmələri tələb olunacaq sakinləri onların köçürülmə planının hazırlanması, onların həmin planın hazırlanmasında və icrasında iştirakı ilə bağlı tədbirlər haqqında məlumatlandırmaq;

 alınmanın təsirinə məruz qalan şəxsləri ödəniləcək kompensasiyanın növləri, habelə kompensasiyanın müəyyən edilməsi və ödənilməsi qayda və üsulları haqqında məlumatlandırmaq;

 alınmanın təsirinə məruz qalan şəxsləri alınma ilə bağlı şikayətlərin qəbul edilməsi və baxılması qaydası haqqında məlumatlandırmaq;

 təklif edilən alınma ilə bağlı olan məsələlərə dair hər hansı sakin, maraqlı şəxs və ya digər şəxs və ya təşkilatın nümayəndəsi tərəfindən edilə biləcək bəyanatları və ya etirazları dinləmək və qeyd etmək;

 ictimai iclasda torpağın və ya onun müəyyən hissəsinin alınması ilə bağlı irəli sürülən hər hansı alternativ təklifləri müzakirə etmək;

 ictimai iclası aparan şəxsin və ya şəxslərin rəyinə görə torpağın və ya onun müəyyən hissəsinin alınmasının zəruriliyinə dair əsaslandırılmış və ədalətli fikir formala şdırmağa yardım edəcək digər məsələləri müzakirə etmək

 

Alan orqan ictimai iclasın keçiriləcəyi ərazi üzrə müvafiq icra hakimiyyəti orqanı ilə birlikdə:

 ictimai iclasın keçiriləcəyi tarixi və yeri müəyyənləşdirir, göstərilən yerlərdə yerləşdirilməsini təmin edir və nəzarət orqanını məlumatlandırır;

 ictimai iclasda nümayəndəsinin iştirakını təmin edir;

 ictimai iclasda torpağın alınması və bunun səbəbləri ilə bağlı bütün məlumatları təqdim edir;

 ictimai iclasın nəticələrinə dair hesabat hazırlayır və həmin hesabatı bu Qanunun 18-ci maddəsinə əsasən alan orqan tərəfindən müvafiq icra hakimiyyəti orqanına təqdim olunan sənədlərə daxil edir;

 ictimai iclasın təşkilinə və idarə edilməsinə dair zəruri olan və ya nəzarət orqanı tərəfindən tapşırıla biləcək digər funksiyaları icra edir.

İctimai iclas nəzarət orqanının nümayəndəsinin iştirakı olmadan keçirilə bilməz. İctimai iclasın keçirilməsi: İctimai iclasın keçirilməsinə məsul olan şəxs (ictimai iclası aparan şəxs) aşağıdakıları təmin etmək öhdəliyi daşıyır:

 alınması təklif olunan torpaqda yaşayan sakinlərə, maraqlı şəxslərə, habelə ictimai iclasda iştirak etmək arzusunda olması zənn edilən bütün digər şəxslərə ictimai iclasın keçiriləcəyi yer və ictimai iclasın keçirilməsi ilə bağlı digər müvafiq məlumat haqqında geniş şəkildə məlumat vermək;

 ictimai iclasda çıxış etmək arzusunda olan bütün şəxslərə imkan yaratmaq və zərurət olduqda, çıxışların edilməsində köməklik göstə rmək;

 ictimai iclasların ədalətli keçirilməsini təmin etmək.

 ictimai iclasın protokolunu tərtib etmək. Nəzarət orqanının ictimai iclasda iştirak edən nümayəndəsinin ictimai iclası aparan şəxs tərəfindən Qanunun tələblərinə riayət etməsini təmin etmək məqsədilə iclasın gedişinə müdaxilə etmək hüququ vardır. İctimai iclas haqqında hesabat: Nəzarət orqanının ictimai iclasda iştirak edən nümayəndəsi mümkün qədər qısa müddət ərzində onun nəticələrinə dair hesabat hazırlayır və nəzarət orqanına təqdim edir. Hesabatda:

 torpağın alınması, həmin torpaqdakı şəxslərin köçürülməsi və kompensasiyanın ödənilməsi ilə bağlı tədbirlər üzrə təkliflər ümumiləşdirilir;

 alan orqanın fəaliyyəti ilə əlaqədar edilmiş çıxışlardakı təklif və etirazlar qeyd olunur;

 ictimai iclasda müzakirə edilmiş digər məsələlərin təhlili və şərhi, onlara dair tövsiyələr verilir;

Nəzarət orqanı təqdim edilmiş hesabatı, habelə hesabatda göstərilən məsələlərə dair məqsədəuyğun hesab etdiyi qeyd və tövsiyələri müvafiq icra hakimiyyəti orqanına təqdim edir. Torpağın alınması haqqında təklif: Yuxarıda göstərilənlər həyata keçirildikdən sonra alan orqan torpağın alınması haqqında təklifi müvafiq icra hakimiyyəti orqanına təqdim edir. Torpağın alınması haqqında təklif aşağıdakıları əhatə etməlidir:

 torpağın alınması zəruriliyinin əsaslandırılmasını;

 alınmanın təsirinə məruz qala biləcək şəxslərin sayı və onların məruz qalacağı təsirin izahını;

 alınma, habelə bununla bağlı baş verə biləcək köçürülmə ilə bağlı xərclər smetası və maliyyələşmənin mənbəyini;

 ictimai iclaslara dair hesabat, o cümlədən alınma ilə bağlı əsas etirazlar və alan orqanın bu etirazlara münasibətini;

 alan orqanın alınan torpaqda müvafiq layihənin icrasına başlaması üçün tələb olunan müddəti;

 köçürülmə planının hazırlanmasının zəruri olduğu hallarda həmin planın hazırlanması üçün tələb olunan müddəti;

 alınması təklif olunan torpağın kateqoriyaları (təyinatları) və mülkiyyət növü barədə məlumatları;

 alınmanın təsirinə məruz qalan şəxslərin köçürülməsi və yerdəyişməsi tələb olunduğu hallarda bu m əqsədlə təqdim edilə biləcək torpaq və həmin torpağın cari istifadə növünə dair məlumat;

 alan orqandan yerinə yetirilməsi təmin edilməsi tələb olunan digər məsələləri.

Torpağın alınması haqqında təklifə onun yerləşdiyi yeri, sahəsini və sərhədlərini göstərən yerquruluşu xəritəsi əlavə olunur. Torpağın alınması haqqında təklif müvafiq icra hakimiyyəti orqanı tərəfindən aşağıdakı orqan və təşkilatlara göndərilə bilər:

 sorğuda göstərilmiş, lakin təqdim edildiyi gündən etibarən 30 təqvim günündən çox olmayan müddətdə cavablandırılması şərti ilə, təkliflə və ya onun müəyyən hissəsi ilə bağlı rəylərin verilməsi məqsədilə müvafiq icra hakimiyyəti orqanlarına və (və ya) dövlət təşkilatlarına;

 sorğuda göstərilmiş müddətdə cavablandırılması (təqdim olunması) şərti ilə, təkliflə və ya onun müəyyən hissəsi ilə bağlı hesabatı hazırlamaq məqsədilə nəzarət orqanına;

 sorğuda göstərilmiş müddətdə cavablandırılması (təqdim olunması) şərti ilə, maliyyə imkanlarının təsdiqlənməsi üçün müvafiq icra hakimiyyəti orqanına və (və ya) müvafiq təşkilatlara;

 sorğuda göstərilmiş müddətdə cavablandırılması (təqdim edilməsi) şərti ilə, nəzərdə tutulmuş obyektlərin tikintisinə və ya salınmasına, yaxud həmin obyektlərin yerləşdirilməsi üçün digər müvafiq binaların ayrılmasına dair təkliflər verilməsi üçün müvafiq icra hakimiyyəti orqanlarına. Qanunla müəyyən edilmiş müddətdə rəy və ya hesabat müvafiq icra hakimiyyəti orqanına təqdim edilmədikdə və sorğu edilən rəyin və ya hesabatın təqdim edilməsi üçün müəyyən edilmiş müddətin uzadılması barədə müraciət edilmədikdə, yaxud müraciət edildiyi təqdirdə müddətin uzadılmasından imtina olunduqda sorğu edilənin torpağın alınması təklifinə etirazının olmadığı kimi qəbul edilir. 

Torpağın alınması təklifi ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qərarın qəbul edilməsi: Müvafiq icra hakimiyyəti orqanı Qanuna uyğun olaraq təqdim edilmiş torpağın alınması təklifi və bununla bağlı sənədləri, habelə məqsədəuyğun hesab etdiyi digər sənədləri araşdırdıqdan sonra alan orqanın təklifini tam və ya qismən nəzərə almaqla torpağın dövlət ehtiyacları üçün alınması barədə qərar qəbul edə bilər. Torpağın dövlət ehtiyacları üçün alınması barədə qərara alınan torpağın yerləşdiyi yeri, sahəsini və sərhədlərini göstərən müvafiq yerquruluşu xəritəsi əlavə olunur. Müvafiq icra hakimiyyəti orqanının torpağın alınması haqqında qərarı ilə alınan torpağın, həmçinin həmin torpağın hər bir mülkiyyətçisinə məxsus hissələrinin və onlarla birlikdə alınacaq digər əmlakın qiymətləndirilməsi üçün qiymətləndirmə komissiyası yaradılır. Müvafiq icra hakimiyyəti orqanı torpağın alınması barədə qərarda torpağın alınması ilə bağlı planın hazırlanması və ya kompensasiyanın ödənilməsi məqsədilə müvafiq icra hakimiyyəti orqanına vəsaitlərin ayrılmasına dair tapşırıqlar verə, habelə alınmanın təsirinə məruz qalacaq şəxslərin mənafeyi nəzərə alınmaqla zəruri hesab etdiyi əlavə şərtlər müəyyən edə bilər. Torpağın dövlət ehtiyacları üçün alınması barədə qərarda alınan torpaqda mövcud olan dövlət mülkiyyətində olan sosial təyinatlı obyektlərin (o cümlədən, səhiyyə müəssisələri, təhsil müəssisələri, uşaq evləri və bağçalar, kitabxanalar, mədəniyyət evləri, məişət evləri, mədə niyyət, idman və istirahət meydançaları, parklar, əhalinin ictimai tələbatının ödənilməsinə xidmət edən digər obyektlər), onların yerləşdiyi ərazidə yaşayan və ya həmin ərazidən köçürülən əhalinin tələbatları nəzərə alınmaqla bu cür obyektlərin tikintisinə və ya salınmasına, yaxud həmin obyektlərin yerləşdirilməsi üçün digər müvafiq binaların ayrılmasına dair tə dbirlər nəzərdə tutulmalıdır.

 

Torpağın alınması barədə qərarın hüquqi qüvvəsi:

20 Torpağın alınması barədə qərarın qəbul edildiyi tarixdən:

 həmin torpaq alınan torpaq kimi tanınır;

 alınan torpaqda yaşayan və ya ondan istifadə edən v’siyahıya alınmış şəxslər alınmanın təsirinə məruz qalan hesab edilir;

 alan orqan alınan torpağın alınması ilə bağlı tələb olunan tədbirləri yerinə yetirmək öhdəliyini daşıyır;

 köçürülmə planı və (və ya) təlimatı tələb olunan hallarda, alan orqan onların alınmanın təsirinə məruz qalan şəxslərlə məsləhətləşməklə ağlabatan müddətdə hazırlanmasını təmin etmək öhdəliyini daşıyır;

 alan orqan alınmanın təsirinə məruz qalan şəxslərə və torpağın alınması nəticəsində zərər çəkəcək digər şəxslər və təşkilatlara ödəniləcək kompensasiyanın müəyyən edilməsi məqsədilə alınan torpağın və həmin torpaqda yerləşən tikililərin (inşası başa çatdırılmamı ş tikililər də daxil olmaqla), məhsulun, bitkilərin, bütün digər təbii əşyaların və tikilmiş əmlakın qiymətləndirilməsində qiymətləndirmə komissiyasına kömək etmək öhdəliyini daşıyır;

 alan orqan alınmanın təsirinə məruz qalan şəxslərə və torpağın alınması nəticəsində zərər çəkəcək dig ər şəxslər və təşkilatlara kompensasiya ödəmək öhdəliyini daşıyır;

 alan orqan kompensasiyanın ödənilməsi məqsədilə aidiyyəti dövlət orqanlarından vəsait almaq üçün zəruri sənədləri hazırlamaq öhdəliyini daşıyır. Mülkiyyətində alınan torpaq olan şəxslər torpağın alınması barədə qərarın qəbul edildiyi tarixədək torpaqda mövcud tikililərdə zəruri təmir işləri istisna edilməklə, torpağın alınması barədə qərarın qəbul edildiyi tarixdən sonra həmin torpaqda tikintiyə başlamaq və ya digər şəxsə tikintiyə başlamağa icazə vermək hüquqlarına malik deyildir və həmin tarixdən sonra torpaqda inşası başlanılmış tikilinin əvəzi ödənilmir. Torpağın alınması barədə qərarın qə bul edildiyi tarixdən sonra həmin tarixədək mülkiyyətində alınan torpaq olan şəxslərin sahiblik və istifadə hüquqları istisna olmaqla, həmin torpaqla bağlı bütün hüquqları kompensasiya almaq hüququna çevrilir. Bu Qanunun 28-ci maddəsinə əsasən dövlətin hüquqları alınmamış hər hansı torpağın alınmasından imtina etdiyi hallar və bu Qanunun 50.1-ci maddəsinə əsasən torpağın alınmasından imtina hesab edilən hallar istisna olmaqla bu hüquq qanunla müəyyən olunmuş qaydada digər şəxslərə keçə bilər. Torpağın alınması haqqında qərar qəbul olunduqdan sonrakı tədbirlər: 

Torpağın alınması haqqında qərar qəbul olunduqdan sonra alan orqan müvafiq icra hakimiyyəti orqanları ilə birlikdə 30 gün müddətində aşağıdakıları hazırlayır:

 alınan hər bir torpağın və ya onun müəyyən hissəsinin, habelə bu hissənin daxil olduğu torpaq sahəsinin sərhədləri və ölçüləri göstərilməklə alınan torpaqların yerləşdiyi ərazinin yerquruluşu xəritəsini;

Aşağıdakı məlumatlar əks etdirilməklə həmin sahələrin siyahısını:

 torpağın mülkiyyətçisi yazılı sənədlərlə təsdiq edilən torpaqla bağlı qanuni, lakin hüquqları dövlət qeydiyyatına alınmamış şəxs və torpağa hüququnun yaranmasına səbəb olan, qanun tərəfindən tanınan uzun müddətli istifadə əsasında torpaqda yaşayan şəxs;

 əgər məlumdursa, alınan hər bir torpaqda və ya onun müəyyən hissəsində yaşayan və ya ondan istifadə edən hər hansı digər şəxslərin mövcud hüquqlarının növü;

 alınan hər bir torpağın və ya onun müəyyən hissəsinin, habelə həmin hissənin daxil olduğu torpaq sahəsinin sərhədləri və ölçüləri göstərilm əklə yerquruluşu xəritəsindən çıxarışı. Torpağın alınması qrupunun (qruplarının) təşkili: Alınma prosesini həyata keçirmək məqsədilə alan orqan müvafiq icra hakimiyyəti orqanlarının nümayəndələrinin də daxil olduğu tərkibdə torpağın alınması qrupunu (qruplarını) təşkil edir. Torpağın alınması qrupu (qrupları) alınan torpaq üzrə və ya bir neçə qrup olmaqla həmin torpağın hissələri üzrə təşkil edilə bilər.

Torpağın alınması qrupunun funksiyaları aşağıdakılardır:

 aşağıdakılarla bağlı proseduralar və onların yerinə yetirilməsi müddətləri haqqında izah vermək üçün alınmanın təsirinə məruz qalan şəxslərlə fərdi qaydada və ya qruplarla, yaxud onların nümayəndələri ilə görüşlər keçirmək:

 onlara məxsus torpaq sahəsinin və digər daşınmaz və daşınar əmlakın qiymətləndirilməsi;

 onlara ödəniləcək kompensasiyaya dair hüquqları;

 onlara ödənilə biləcək kompensasiyanın növləri və kompensasiyanın müxtəlif növlərinin faydası;

 kompensasiyanın ödənilməsi üzrə tədbirlər;

 onların yerdəyişməsi və köçürülməsi ilə bağlı tədbirlər;

 onların torpaq üzərində hüquqlarının verilməsi (dövlətə keçməsi);

 alınmanın təsirinə məruz qalan şəxslərlə danışıqlar aparmaq;

 alınmanın tə sirinə məruz qalan şəxslərin torpaqlarının zəruri olduqda mərzlənməsini (mərz nişanlarının qoyulması (basdırılması) qanunvericiliklə müəyyən olunmuş qaydada təşkil etmək və qiymətləndirilməsini təmin etmək;

 alınmanın təsirinə məruz qalan şəxsləri alınma prosesinin bütün mərhələ və məsələləri barə də məlumatlandırmaq;

 alınmanın təsirinə məruz qalan şəxslər tərəfindən alınma prosesi ilə bağlı qrupa və ya qrup üzvünə verilən hər hansı şikayətləri qəbul etmək, onları cavablandırmaq və həll etməyə cəhd göstərmək;

 köçürülmə planının və ya təlimatının hazırlanmasında planlaşdırıcı ilə birgə işləmək və ona köməklik göstərmək;

 dövlət orqanlarının istifadəsində olan torpaqların alınması ilə bağlı həmin dövlət orqanlarının nümayəndələri ilə görüşmək;

 bələdiyyə torpaqlarının alınması ilə bağlı həmin bələdiyyələrin nümayəndələri ilə görüşmək.

 

Torpağın satın alınmasına razılıq bildirişi:

Torpağın alınması barədə qərar qəbul edildikdən sonra alan orqan şəxslərə həmin torpaqlar üzərində hüquqların danışıq (könüllü alğı-satqı) yolu ilə satın alınmasına razılığı barədə bildiriş göndərir. Bildirişdə aşağıdakılar qısa izahını əks etdirir:

 torpağın satın alınmasının məqsədi;

 torpağın danışıq yolu ilə satın alınması mümkün olmadıqda, torpağın alınmasının bu Qanunla müəyyən edilmiş alternativi;

 mülkiyyətçinin bu iş üzrə müstəqil məsləhətçi axtara bilməsi imkanına dair izahat daxil olmaqla, könüllü danışıq yolu ilə satışın qaydaları (tələb olunan sənədlər, prosedurlar və s.). Alınmanın təsirinə məruz qalan şəxs torpaq üzərində hüquqların danışıq (könüllü alğı-satqı) yolu ilə satışına razı olduqda, bildirişi alan gündən 30 təqvim günü ərzində öz razılığı barədə alan orqanı yazılı şəkildə məlumatlandırır. Torpağın alınması qrupunun üzvləri bildiriş göndərilmiş bütün mülkiyyətçilərə bildirişi izah və müzakirə etmək məqsədilə görüşlər keçirirlər. Torpağın alınması qrupunun heç bir üzvünün mülkiyyətçidən torpağı satın almaq üçün təklif vermək və ya torpağın satın alınmasına razılıq verilməsini tələb etmək, yaxud mülkiyyətçidən torpağı alan orqana satmaq təklifini qəbul etmək hüququ yoxdur.

 

Torpağın mərzlənməsi və qiymətləndirilməsi:

Alınmanın təsirinə məruz qalan şəxs torpaq üzərində hüquqların danışıq (könüllü alğı-satqı) yolu ilə satışına razılığı barədə alan orqanı yazılı şəkildə məlumatlandırdığı hallarda alan orqan həmin şəxslərin torpaqlarının qiymətləndirilməsini təmin edir. Torpağın alınmasına dair təklifin verilməsindən əvvə l alan orqan könüllü alğı-satqıya razılıq vermiş alınmanın təsirinə məruz qalan şəxslərin razılığı ilə torpağın keyfiyyətini qiymətləndirmək üçün torpağa daxil ola, ondan nümunə götürə, zərurət olduqda torpağın qanunvericiliyə uyğun olaraq mərzlənməsini təmin edə, habelə torpağın bazar və ya bərpa qiymətinin müəyyən edilməsi üçün zəruri olan digər hərəkətləri edə bilər. Alınan torpağın satın alındığı qiymətin növü və məzmunu kompensasiya ilə eyniyyət təşkil edir, lakin bu zaman torpağı könüllü qaydada satmağa həvəsləndirmək məqsədi ilə satıcıya bu qiymətlə yanaşı onun məbləğinin 10 faizi miqdarında əlavə ödəniş həyata keçirilir. Alan orqan bu fəslə uyğun olaraq alınan torpağın qiymətinin növünü və məzmununu bilavasitə öz mütəxəssisləri və ya dəvət olunmuş müstəqil qiymətləndiricinin köməyi ilə müəyyənləşdirir, lakin hər bir halda satıcıya təklif və ya yeni təklif göndərməzdən əvvəl qiym ətin növünü və məzmununu nəzarət orqanı ilə razılaşdırır.

 

Torpağın satın alınması təklifi:

Alan orqan torpaq üzərində hüquqların danışıq (könüllü alğı-satqı) yolu ilə satışına razılıq vermiş alınmanın təsirinə məruz qalan şəxslərə aşağıdakıları əks etdirən torpağın satın alı nması barədə yazılı təklif verir:

 alınmanın təsirinə məruz qalan şəxsin adı, soyadı, atasının adı və ünvanı (hüquqi şəxslərə münasibətdə - adı və hüquqi ünvanı);

 torpağın təsviri, onun sahəsi və sərhədləri;

 satın alınması təklif olunan hissə (pay) haqqında məlumat;

 təklif olunan qiymət;

 alınmanın təsirinə məruz qalan şəxsin 30 təqvim günündən artıq olmayan müddətə təklifə yazılı cavab verməli olduğu barədə məlumat;

 torpağın dəyərinin ödənildiyi gündən etibarən mülkiyyətçinin satın alınan torpağı boşaltmalı olduğu müddət;

 torpağı boşaltmağın zəruriliyi ilə bağlı köçürülmə yə dair bu Qanunun V fəsli ilə müəyyən olunmuş hüquqlar;

 alan orqan tərəfindən məqsədəuyğun hesab edilən digər məlumatlar.

 

Torpağın satın alınması təklifi alan orqanın rəhbəri tərəfindən imzalanır və həmin orqanın möhürü ilə təsdiqlənir. Təklif alan orqanın vəzifəli şəxsləri tərəfindən alınmanın təsirinə məruz qalan şəxsə çatdırılır, alınmanın təsirinə məruz qalan şəxs və ya onun nümayəndəsi isə onun alınmasını öz imzası ilə təsdiq edir.

 

Təkliflə bağlı danışıqlar:

Torpağının satın alınması təklifini qəbul etməzdən əvvəl alınmanın təsirinə məruz qalan şəxs təklifin şərtlərinə dair izahın verilməsi və ya təklifə dəyişikliklər edilməsi barədə alan orqana müraciət edə bilə r.Alan orqan qanunvericiliyin tələblərini pozmamaq və təklif edilən qiymətə dəyişiklik edildikdə bunu nəzarət orqanı ilə razılaşdırmaq şərti ilə torpağın satın alınması təklifinə müvafiq dəyişikliklər edə bilər. Torpağın satın alınması təklifinə müvafiq dəyişikliklər edildikdə yeni təklif müəyyən edilmiş qaydada alınmanı n təsirinə məruz qalan şəxsə çatdırılır. Alınmanın təsirinə məruz qalan şəxs təqdim edilmiş yeni təkliflə razı olduqda, həmin təklifi alan gündən 10 təqvim günü ərzində öz razılığı barədə alan orqanı yazılı şəkildə məlumatlandırır.

 

Torpağın satın alınması təklifinin qəbul olunması və müqavilə nin bağlanması:

Torpağın satın alınması təklifinin qəbul olunması yazılı formada tərtib edilir və satılan torpağın mülkiyyətçisi tərəfindən imzalanır. Torpağın satın alınması təklifi qəbul edilərkən onun hər bir şərtinin qəbul olunduğu aydın ifadə edilməlidir. Torpağın satın alınması mülkiyyətçi tərəfindən torpağın satın alınması təklifinin Qanuna uyğun olaraq qəbul olunması şərti ilə, dövlətin adından alan orqanla alınmanın təsirinə məruz qalan şəxs arasında Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq bağlanan alğı-satqı müqaviləsi ilə rəsmiləşdirilir.

 

Torpağın satın alınması təklifinin qəbul olunmasından sonra alan orqanın hərəkətləri:

Torpağın alqı-satqı müqaviləsi bağlandıqdan sonra alan orqan 90 təqvim günü ərzində aşağıdakıları həyata keçirir:

 mülkiyyətçiyə torpağın dəyərini tam ödəyir;

 torpaqla bağlı hüquqların dövlətə verilməsi (keçməsi) üçün öz xərcləri hesabına lazımi tədbirləri görür;

 satılan torpaq mülkiyyətçinin, onun ailəsinin yaşayış yeri olduğu halda, torpağın dəyəri mülkiyyətçiyə tam ödənildikdən sonra mülkiyyətçiyə torpağı boşaltmaqda və yeni yaşayış yerinə köçməkdə köməklik göstərir.

 satılan torpağa dair hüquqlarla bağlı müvafiq sənədləri təqdim etməklə alan orqana köməklik göstərmək öhdəliyi daşıyır.

 

Pul kompensasiyasının ödənilməsi üsulu:

Veriləcək kompensasiya tam və ya qismən, birdəfəlik və ya hissəhissə pul məbləği ilə ödəniş formasında ödəniləcəyi hallarda kompensasiya bank hesabına ödənilir. Alınmanın təsirinə məruz qalan şəxslər bank hesabına malik olmadıqda, alan orqan öz vəsaiti hesabına alınmanın təsirinə məruz qalan şəxslərin adına bank hesabı açmaq və bu hesabdan istifadə olunmasında həmin şəxslərə yardım göstərmək öhdəliyi daşıyır. Alınmanın təsirinə məruz qalan şəxsin bank hesabı olduğu halda pul kompensasiyası həmin bank hesabına ödənilir. Pul kompensasiyası almaq hüququna malik olan ailənin üzvü olan alınmanın təsirinə məruz qalan şəxs öz vəsaiti hesabına və alan orqanın yardımı ilə öz adına kompensasiyanın ödəniləcəyi bank hesabı aça bilər. Alan orqan bu madd ənin tətbiq ediləcəyi hər hansı bank hesabı ilə bağlı həmin hesabdan istifadə ediləcəyi ilk bir il ərzində bütün xərcləri ödəmək öhdəliyi daşıyır. Alınan torpaq ümumi mülkiyyətdə olduqda, alan orqan pul kompensasiyasını bütün mülkiyyətçilərə onların payına mütənasib olaraq ödəyir və ödəniş zamanı hər bir mülkiyyətçidən qəbzin imzalanmasını tələb edir. Bildirişlərin çatdırılması üsulları: Hansı şəxslərə göndərilməli olan bildirişlər bilavasitə və ya poçt rabitəsi vasitəsilə onlara çatdırılmalıdır.

 

Bildirişlərin müvafiq şəxslərə vaxtında çatdırılmasına əmin olmaq üçün bildirişi göndərən aşağıdakı əlavə üsullarla çatdırılmanın həyata keçirilməsinə dair göstəriş verə bilər:

 bildirişi həmin şəxslə birgə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə çatdırmaq;

 bildirişi ünvan sahibinin işlədiyi yer üzrə müdiriyyətə çatdırmaq;

 bildirişin nüsxəsini torpağın yerləşdiyi ərazidə və ya torpaq sahəsinə ən yaxın yerdə, torpağın yerləşdiyi ərazi üzrə bələdiyyə və yerli icra hakimiyyəti orqanının binalarında görünən yerlərdə yerləşdirmək;

 bildirişi Azərbaycan Respublikası ərazisində nəşr edilən bir və ya bir neçə kütləvi informasiya vasitəsində dərc etmək;

 bildirişin məzmununu televiziya və radio vasitəsilə yayımlamaq;

 bildirişin mahiyyəti haqqında müvafiq şəxslərə məlumatın verilməsinin digər səmərəli üsullarını tətbiq etmək.

 

Hər hansı bir məlumatın dərc olunması və ya alınmanın təsirinə məruz qalacağı güman edilən bütün şəxslərin nəzərinə çatdırılması üçün yayılmalı olduğu hallarda rəsmi bildiriş:

 aid olduğu ərazidə mümkün qədər nəzərə çarpan yerdə asılmalıdır;

 torpağın yerləşdiyi ərazi vahidi üzrə yerli icra hakimiyyəti orqanının rəsmi lövhələrində və həmin orqanın müəyyən etdiyi digər ictimai yerlərdə nəzərə çarpan tərzdə asılmalıdır;

 həmin ərazidə yaşayan və işləyən şəxslərə bu məqsədlə bələdiyyə və ya müvafiq icra hakimiyyəti orqanları tərəfindən təşkil olunan iclaslarda şifahi şəkildə bildirilməlidir;

 Azərbaycan Respublikası ərazisində nəşr edilən və yayılan bir və ya bir neçə kütləvi informasiya vasitəsində dərc edilməli, habelə televiziya və radio vasitəsilə yayımlanmalıdır.

 

Giriş hüquqları: Bu tədbirlərin həyata keçirilməsi üçün alan orqan tərəfindən səlahiyyət verilmiş şəxs 48 saatdan az olmayan müddətdə bu barədə əvvəlcədən bildiriş verməklə, gün ərzində saat 8.00-18.00 arasında olan münasib vaxtda alınan torpağa (yaşayış sahəsi istisna olmaqla) daxil olmaq hüququna malikdir. Torpağa daxil olmaq üçün zəruri olan bildirişdə səlahiyyətli şəxsin torpağa daxil olmağının məqsədi və təxmini vaxtı göstərilir. Torpağa girmək səlahiyyəti verilmiş hər hansı şəxs bu barədə alan orqan tərəfindən imzalanmış və daxil olma zamanı təqdim edilməli olan yazılı sənədlə təmin olunur. Səlahiyyət verilmiş hər hansı şəxs daxil olduğu zaman torpağa və ya torpaqda olan hər hansı əşyaya ziyan vurduqda alan orqan belə ziyanın qiymətləndirilməsi üçün müvafiq tədbirlər görür və həmin qiymətləndirmə əsasında torpağın və torpaqda olan əşyanın sahibinə dərhal kompensasiya ödəyir. 

Alınma ilə bağlı məhkəmə müdafiəsi: Alan orqanın və ya torpağın alınması qrupunun hərəkətləri nəticəsində zərər çəkmiş alınmanın təsirinə məruz qalan şəxs və ya həmin torpaqda hüququnun olması iddiası ilə çıxış edən şəxs, yaxud həmin torpaqda belə hüququ olan şəxs hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu gündən 90 gün müddətində alan orqanın və ya torpağın alınması qrupunun müvafiq aktlarından və ya onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) yuxarı orqana və (və ya) qanunvericiliyə uyğun olaraq məhkəm əyə müraciət edə bilər. Torpağın və ya onun müəyyən hissəsinin müvafiq layihə üçün alınmasının zəruri olmadığını iddia edən, habelə ödənilən kompensasiyanın məbləği ilə razı olmayan alınmanın təsirinə məruz qalan şəxs qanunvericiliyə uyğun olaraq məhkəməyə müraciət edə bilər. Bu maddənin heç bir müddəası alınmanın təsirinə məruz qalan şəxs, torpağın alınması qrupu, alan orqan və ya alınma prosesində iştirak edən digər orqan tərəfindən mübahisənin alternativ həlli üsullarından istifadə edilməsinə və ya məhkəməyə ərizə verilənədək mübahisənin digər həlli üsulları ilə bağlı razılığın əldə edilməsinə mane olan hal kimi qəbul edilə bilməz.

 

Şikayətlərin baxılması komissiyası:

Müvafiq icra hakimiyyəti orqanı tərəfindən zəruri hesab edilən hallarda alınmanın təsirinə məruz qalan şəxslərin köçürülməsi tələb olunan torpağın yerləşdiyi inzibati ərazi vahidi üzrə müvafiq icra hakimiyyəti orqanı Qanuna uyğun olaraq torpağın alınması ilə əlaqədar alınmanın təsirinə məruz qalan şəxslər tərəfindən verilmiş şikayətləri həll etmək üçün dinləmək, araşdırmaq və bütün səylərini istifadə etmək funksiyalarına malik olan, müvafiq şəxslərdən ibarət şikayə tlərin baxılması komissiyası təşkil edir. Şikayətlərin baxılması komissiyasının tərkibi azı üç, çoxu beş nəfərdən ibarət olmaqla, həmin şəxslərin ən azı biri işlərin dinlənilməsi və mübahisə edən tərəflər arasında mübahisələrdə vasitəçiliyin aparılmasında müəyyən bilik və ya bacarığa, ən azı biri isə mübahisənin yarandığı ərazi ilə bağlı müəyyən biliklərə malik olmalıdır.

 

Şikayətlərin baxılması komissiyası aşağıdakılara əməl etməlidir:

 mübahisədə bütün tərəflərə tələblərini irəli sürmək imkanı verməyə;

 mübahisənin tərəflərini şikayət üzrə qarşılıqlı qaneedici qərarın qəbul olunması üçün onların arasında vasitəçi qismində şikayətlərin baxılması komissiyasının çıxış etməsi ilə razılaşmağa dəvət etməyə;

 tərəflərin, yaxud onlardan birinin vasitəçiliklə razılaşmadığı halda, şikayət üzrə tövsiyələr hazırlamağa;

 şikayətin həllini tapmaq üçün şikayətlərin baxılması komissiyasının səmərəli hesab etdiyi digər tədbirləri görməyə.

 

Alınmanın təsirinə məruz qalan şəxs hüquqlarının pozulması ilə bağlı şikayətlərin baxılması komissiyasına şikayət verə bilər, lakin bu hal şikayətin köçürülmə komissiyasına və ya nəzarət orqanına təqdim etməyin şərti kimi olmamalıdır. Şikayətin təqdim olunduğu şikayətlərin baxılması komissiyası onun həll olunması üçün zəruri tədbirlər görür, şikayət üzrə tərəfləri barışdırmağa səy göstərir və lazım olduqda belə qərarları qəbul etmək istiqamətində alan orqana tövsiyələrini verə bilər. Alan orqan kompensasiyanın məbləğinə dair tövsiyələr istisna olmaqla, şikayətlərin baxılması komissiyasının tövsiyələrini qəbul edib müvafiq tədbirlər görür, yaxud məsələ üzrə müvafiq qərar qəbul edilməsi üçün şikayəti nəzarət orqanına göndərir. Alan orqan kompensasiyanın məbləğinə dair şikayətlərin baxılması komissiyasının tövsiyələrini onlara dair rəyi ilə birlikdə nəzarət orqanına təqdim edir. Şikayətlərin baxılması komissiyasının qərarı ilə razı olmayan alınmanın təsirinə məruz qalan şəxs şikayəti nəzarət orqanına təqdim edə (göndərə) bilər. Nəzarət orqanı təqdim edilmiş kompensasiyanın məbləğinə dair şikayətlərin baxılması komissiyasının tövsiyələrini və onlara dair alan orqanın rəyini həmin tövsiyə və rəyə dair təklifləri ilə birlikdə qiymətləndirmə komissiyasına göndərir. Nəzarət orqanının qərarı ilə razı olmayan şəxs məhkəməyə müraciət edə bilər.

 

Mülkiyyət hüquqlarının məhkəmə vasitəsi ilə müdafiəsi:

 Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərə findən müdafiə olunur.

 Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqlarının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət edə bilər.

 Dövlət ehtiyacları üçün torpaqların alınması ilə əlaqədar yuxarıda göstərilən hüquqlarınız pozulduğunuz halda siz Azərbaycan Respublikası məhkəmələrinə və İnsan Hüquqları üzrə Avropa məhkəməsinə müraciət etməklə öz hüquqlarının bərpa olunmasına və ədalətli kompensasiya almağa nail olmağa çalışmalısınız.

 Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatı İctimai Birliyi bu sahədə sizə hüquqi yardım göstərə bilər.