NHMT - Dünya Bankı(DB)tərəfindən ayrılan kredit hesabına reallaşdırılan Yol şəbəkəsinin inkişafı proqramı, Şimal-Cənub avtomobil yolunun Ələt-Astara hissəsinin (Salyan rayonu) yenidənqurulması layihəsinin ətraf və sosial mühitə təsirlərin qiymətləndirilməsi

Dünya Bankı(DB)tərəfindən ayrılan kredit hesabına reallaşdırılan Yol şəbəkəsinin inkişafı proqramı, Şimal-Cənub avtomobil yolunun Ələt-Astara hissəsinin (Salyan rayonu) yenidənqurulması layihəsinin ətraf və sosial mühitə təsirlərin qiymətləndirilməsi

Dünya Bankı(DB) tərəfindən ayrılan kredit hesabına reallaşdırılan Yol şəbəkəsinin inkişafı proqramı, Şimal-Cənub avtomobil yolunun Ələt-Astara hissəsinin (Salyan rayonu) yenidənqurulması layihəsinin ətraf və sosial mühitə təsirlərin qiymətləndirilməsi

 

Müstəqil monitorinq hesabatı

Bakı, Aprel, 2012-ci il

 

Mündəricat

1. Məsuliyyətdən azad olma

2. Giriş

3. İşçi hüquqları

4. Dövlət ehtiyacları üçün torpaqları əlanması ilə əlaqədar

 

1. Məsuliyyətdən azad olma

Bu hesabat monitorinqi aparılan tərəflərin fəaliyyəti ilə bağlı müxtəlif məlumatların əldə olunması, sənədlərin öyrənilməsi və təhlil edilməsi, müşahidələr, müsahibələr, sorğular, saytların monitorinqi, ekspert rəyləri, benefisiarlarla görüşlər və rəsmi məlumatla yoxlamalar nəticəsində əldə edilmiş tapıntılara əsaslanır. Hesabatın müəllifləri etiraf edirlər ki, burada verilmiş fikirlər onların şəxsi fikirləridir və bunlar layihənin sponsorunun yeritdiyi siyasət və fikirləri əks etdirmir. Məlumatların verilməsi və təhlil zamanı edilmiş hər hansı səhv, nəyinsə nəzərdən qaçırılması və qeyri-səlis izaha görə yalnız hesabatın müəllifləri məsuliyyət daşıyır.          

 

2. Giriş

Yolun Dünya Bankı tərəfindən maliyyələşdirilən hissəsi 

Layihə Dünya Bankının idarə heyəti tərəfindən 29 Aprel 2008-ci ildə təsdiqlənmişdir, 16 Dekabr 2008-ci ildə isə Azərbaycan Respublikası ilə Dünya Bankı arasında 300 mln  məbləğində Kredit Müqaviləsi imzalanıb. Bu laiyhə Dünya Bankının  Azərbaycan ilə əməkdaşlıq strategiyasına uyğun olaraq

Magistral Yol II layihəsi çərçivəsində Ələt-Astara Avtomobil Yolu) bir hissəsi olmaqla, Azərbaycanın paytaxtı ilə cənub sərhəddində qonşusunu birləşdirir. Bu layihə əmtəə və xidmətlərin Bakıya(dan) və cənubda Astara sərhəddində qonşu İrana daşınmasının inkişaf etdirilməsi məqsədini qarşıya qoyur.Layihənin icraçısı Azəryolservisdir.

Layihənin əsas komponentləri aşağıdakılardan ibarətdir.

  • Komponent 1: Magistralın Ələt və Masallı rayonları arasında qalmış hissələrinin yaxşılaşdırılması və Bakıda Tağıyev və Sahil küçələri arasındakı yolun, həmçinin magistrala aparan 200 km-lik yolun və yerli əhəmiyyətli yolların reabilitasiyası.
  • Komponent 2: Nəqliyyat Nazirliyinə və Azəryolservisə layihənin icrasında dəstək olmaq üçün texniki yardımın, treninq və malların təmin edilməsi 

NHMT-nın monitorinq qrupu davamlı olaraq layihənin ətraf mühitə təsirini öyrənmək məqsədilə layihə reallaşdırılan Salyan rayonunda layihə təsirinə məruz qalan yerli əhali ilə, icma qrupları, yerli QHT-lərlə görüşlər keçirtmişdir.Hüquqları pozulmuş əhaliyə və layihə reallaşdıran Todini şirkətinin işçilərinə hüquqi yardım göstərilmişdir. Monitorinq qrupu tərəfindən layihə reallaşdıran Azəryolservizin əməkdaşlarından, yerli icra nümayəndələrindən müsahibələr götürülmüşdür. NHMT-nin apardığı monitorinqlər zamanı monitorinq qrupu tərəfindən layihənin reallaşdırılması ilə əlaqədar yeni tapıntılar müşahidə olundu. Belə ki,

 

3. İşçi hüquqları

2011-ci ilinu fevralından başlayan layihə(Ələt-Astara yolunun çəkilişi) çərçivəsində Todini şirkətində 700 fəhlə çalışıb.Sonradan onların 200 nəfəri ixtisara salınıb. 15 oktyabrda 500 fəhlənin hamısı işi və texnikanın hərəkətini dayandırmışdı. NHMT monitorinq qrupu öz yerli tərəfdaşları ilə birlikdə araşdırmalar apardı və məlum oldu ki,

Yerli işçilərə qarşı diskrinimasiya var. Bu həm yaşayış şəraiti,həm də əmək haqqınnın ödənilməsində müşahidə olundu

 

3.1. Yaşayış şəraiti

Yerli işçilərin yaşayış otağı

 

İşçilər üçün ayrılmış yaşayış yerləri eyni həcmli olmaqla səyyar otaqlardan ibarətdir (hər otağın sahəsi 24 kv.m-dir.)

Həmin otaqlarda:

- Xarici işçilər bir otaqda (24 kv.m) iki nəfər nəfər yaşayır. Otaqlar tam təhciz olunub(kondinsioner, televizor və s.).

- Azərbaycanlı fəhlələr bir otaqda(24 kv.m) 6 nəfər yaşayır(ölkə qanunvericiliyinə görə yaşıyış üçün sanitar norma bir nəfər üçün 8 kv.m nəzərdə tutulub). Otaqlarda televizor, kondinsioner və s. lazımı avadanlıq yoxdur.

 

Yeməkxana

Yerli işçilər üçün yeməkxana

 

Əcnəbilər  üçün yeməkxana

 

3.2. Əmək haqqı

Eyni işi görən əcnəbi qreyderçi-operator 3000 avro əmək haqqı alırsa yerlilər 300-400 azn alır.

 

3.3. Əmək müqaviləsi və əmək haqqı

Fəhlələr işə götürülərkən onlarla finish-contract deyilən əmək müqaviləsi bağlanır.Bunun müddəti isə 1 aylıq nəzərdə tutulub.Fəhlələr iddia edir ki kim öz hüquqlarını tələb edirsə dərhal onun finish-contractına xitam verilir.Yerinə başqa işçi qəbul olunur.lƏmək haqlarının hesablanması qaydaları da fəhlələri təmin etmir.  Əmək haqqı çox azdır. Fəhlələri ən çox qəzəbləndirən isə şirkətin Salyandakı meneceri İtalyalı Brokalettinin onlara qarşı təhqiredici ifadələrin işlətməsi ,bəzi qeri-etik hərəkətləridir. Fəhlələr əl yumaq üçün yuyucu vasitələrlə təmin olunmurlar. İş paltarını isə fəhlələr evlərindən gətirirlər. Yalnız az bir sayda fəhlə şirkətin köhnə (istifdə olunmuş) xüsusi geyimləri  ilə təmin olunur

Bundan başqa yerli olmayan fəhlələr üçün paket-many deyilən, yemək və qalmaq üçün kompensasiya şəklində 150 azn ödəniş nəzərdə tutulub ki bu da son vaxtlar ödənilmir

 

4. Dövlət ehtiyacları üçün torpaqları əlanması ilə əlaqədar

Bununla əlaqədar monitorinq qrupu hələ də həllini tapmamış problemlər aşkar etdi.Problemlər  həm layihə sifarişçisi Azəryolsevisə,həm də Dünya Bankına göndərilmişdir.

Azəryolservisə göndərilən məktublarda qeyd olunmuş problemlər  öz həllini tapmamışdır.Əksinə həmişə şikayətçinin haqsız olduğunu sübuta yetirməyə çalışmışdılar.

 NHMT-  monitorinq qrupu monitorinq zamanı ortaya çıxan problemləri vaxtaşırı Dünya Bankının yerli və Vaşinqton ofisinə göndərmişdir.İntensiv azışmalar  nəticəsində ölkəyə Dünya Bankı layihəsi üzrə Sosial Normaların təhlili Missiyası  (23-25 noyabr, 2011) Bakıya gələrkən  problemləri yerində araşdırmışdır.(bax:cədvəl)

Missiya tərəfindən verilmiş təklif və tövsiyyələri NHMT müsbət hal kimi qeyd edir

 

Dünya Bankı(DB) tərəfindən ayrılan kredit hesabına reallaşdırılan Yol şəbəkəsinin inkişafı proqramı, Şimal-Cənub avtomobil yolunun Ələt-Astara hissəsinin yenidənqurulması layihəsinin ətraf və sosial mühitə təsirlərin qiymətləndirilməsi.

(noyabr 2011-aprel 2012)

Problemlər, görülən işlər və reallıqlar

         Problemlər

 

 Qaldırılan problemə Dünya Bankının münasibəti

 Monitorinq qrupunun rəyi

 

Bu layihə çərçivəsində 659 hektar torpağın alınması nəzərdə tutulur. Bunlardan 276 hektar özəl ərazi, 133 hektar bələdiyyənin və 250 hektar isə dövlətə məxsusdur. Torpaqların alınması və kompensasiyaların ödənilməsi prosesi başa çatıb

 3 nəfər torpaq mülkiyyətçisi məhkəməyə müraciət edib

 Evlərindən köçürülmüş ailələrin sayı   5-dir və onların hər birinə kompensasiya ödənilib. Bundan əlavə, onların köçürülməsinə yardım göstərilib. 

 

Dövlət ehtiyacları üçün torpaqların alınmasınana dair:

 

Torpaqların əvəzlənməzi ilə bağlı hələ də həll olunmamış 8 müraciətlə bağlı heç bir irəliləyiş yoxdur.Artıq bir il keçdiyinə baxmayaraq torpaq mülkiyyətçiləri hələ də torpaqla təmin olunmayıblar.Onların torpaqla təmin olunmaması bu insanların yaşayış tərzinə ciddi təsir edir.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Torpağın hissələrə ayrılması və kəsilmiş suvarma sistemi

Yolun çəkilişi ilə əlaqədar mülkiyyətçiyə məxsus olan sahədə əkilmiş yem bitkilərinə dəymiş ziyan

 

Salyan rayonu, Noxudlu kəndi.Cahangirov Hilal Allahqulu oğlunun. torpaq sahəsi Bakı-Ələt yolunun çəkilişi ilə əlaqədar 2 yerə bölünüb. Yol onun torpaq sahəsinin ortasından keçir. Yola düşən hissəyə görə 2000 manat kompensasiya ödənilib. Özündə qalan torpaq sahəsinin bir hissəsindən əkin sahəsi üçün istifadə etsə də,  digər hissəsindən istifadə edə bilmir. Yolun çəkilməsi ilə əlaqədar həmin hissəyə gedən su kanalları ləğv olunduqdan sudan istifadə edə  bilmir və ona dəymiş bu ziyan ödənilmir.

Bundan əlavə   yolun çəkilişi zamanı ona aid olan torpaq sahəsindəki yem bitkilərinə də ziyan dəyib

 

 

 

 

 

 

 

 

 

 

 

 

Yol çəkilişi ilə əlaqədar əldən çıxmış fayda düzgün hesablanmayıb

 

Bəylərov  Şirzad İdris oğlu. Xalac kəndi.  

 

Bakı-Ələt yolunun çəkilişi ilə əlaqədar 102 ağacı məhv edilib. 1963-cü ilin qüvvədən düşən qərarına əsasən  onun bank hesabına 1063 manat məbləğində .pul köçürülüb.Bəylərov Şirzad pulun miqdarı ilə razılaşmayaraq təklif olunan məbləğdən imtina edib  O qeyd edir ki,  bu ağacları o 2003-cü ildə əkmişdir. O 12 ağacın çıxarılmasına o şərtlə icazə vermişdir ki, həmin ağacların kompensasiyası düzgün ödənilsin. Eyni zamanda həmin torpaq sahəsində 50-dən çox şaftalı ağacı olmuşdur ki, bu ağacların da bir illik gəliri 80-90 manat olmuşdur. O düşünür ki,gəlir itirildiyi üçün bu ağacların 7 illik qiymətləri hesablanıb ona ödənilməli idi. Lakin belə bir ödəniş həyata keçirilməyib. Bundan əlavə cənab Ş.Bəylərova dəymiş ziyanla əlaqədar ödəniləcək məbləğlə əlaqədar köçürülmə planına əsasən məlumatlandırıcı bildiriş təqdim olunmayıb

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Todini şirkəti

Monitorinq qrupunun rəyi

 

 İşçilərin təqdim etdikləri sənədlərin və Əmək müqavilələrinin araşdırılması göstərir ki, bu şirkət tərəfindən Azərbaycan Respublikasının Əmək Məcəlləsi aşağıdakı sahələrdə pozulur:

  -  İşçi ilə işəgötürən arasında bağlanmış Əmək müqavilələri Əmək Məcəlləsinin tələblərinə uyğun tərtib olunmamışdır;

 -  İşəgötürən işçinin əmək funksiyasını əmək müqaviləsində nəzərdə tutulan, bir və ya bir neçə vəzifə, ixtisas, yaxud peşə üzrə yerinə yetirməli olduğu müvafiq işin və ya göstərməli olduğu xidmətin dairəsini dəqiq və birmənalı müəyyən etmir;       

-   İşçilərlə 1 və ya 2 aylıq qısamüddətli Əmək Müqavilələri bağlanılır; (halbuki bu Əmək müqavilələri müddətli olmaqla ən azı Lahiyə müddətinə olmalıdır).

-İşçilərin Əmək haqqları olduqca azdır; Belə ki, sürücü vəzifəsində işləyən işçinin tarif vəzifə maaşı 140 manatdır, fəhlənin tarif maaşı 90 manatdır. İşçilər, müstəsna halların olub - olmamasından asılı olmayaraq normadan artıq işlədilir;

- İşçilərə iş günü ərzində nahar fasiləsi və ya dincəlmək üçün vaxt verilmir, onlar şənbə, bazar, bayram və digər iş günü olmayan iş günlərində qanunsuz olaraq işlədilir;Bu məcburi əməkdir.

- Şirkətin inzibatçısı Alesandro Brakaletti tərəfindən Azərbaycanlı işçilərə qarşı kobudluq edilir və nalayiq hərəkətlərə yol verilir və sair.

-Yerli və xarici işçilər arasında əmək haqqı və əmək şəraiti sahəsində diskriminasiyaya yol verilir.

 

  •  

 

 

 

 

     

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Köçünülən ailələrə yardım

 

   Suxanlı kəndində  Qırxçıraq kənd massivində yaşayan Mirişov Miralının  oğlu üçün tikdiyi yeni ev Ələt-Astara yolunun üstünə düşüb.Problem onda idi ki həmin qapı-pəncərəsi, tavanı və döşəməsi olmayan evin rəsmi heç bir qeydiyyat sənədi də yoxdur.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Dövlət ehtiyacları üçün torpaqların alınmasınana dair:

 

Biz torpaqların əvəzlənməzi ilə bağlı hələ də həll olunmamış 8 müraciətlə bağlı LİQ-lə işləri davam etdiririk. Bizə məlumat verilib ki, belə bir proses ilk dəfə həyata keçirildiyinə görə Hökumət səviyyəsində sənədlərin hazırlanması hələ tamamlanmayıb. Həmçinin, bizə verilən məlumata görə, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi sənədləri təsdiq olunmaq üçün Nazirlər Kabinetinə təqdim etmək üzrədir. Biz məsələnin monitorinqini LİQ vasitəsilə davam etdirəcəyik.

İkinci Magistral Yol Layihəsi çərçivəsində torpaqların alınması ilə bağlı yerinə yetirilməmiş tədbirlərin vəziyyəti (missiyanın məlumatı noyabr 2011)

 

  1. Torpaqların əvəzlənməsi.  Layihə çərçivəsində təsirə məruz qalmış torpaq sahiblərindən səkkizi (8) torpaqlarının əvəzlənməsinə üstünlük verib. Onlardan 5-nin torpağı həyətyanı sahə, 3-nün torpağı isə kənd təsərrüfatı sahəsidir. Proses gözlənildiyindən daha uzun çəkir və artıq bir ildən çoxdur ki həll olunmayıb. Missiyaya məlumat verildi ki, proses aşağıdakı müxtəlif səbəblərə görə yubanır: (i) ilk dəfədir ki, belə əvəzlənmə aparılır və sənədlər gözlənildiyindən daha uzun çəkir; (ii) təsirə məruz qalmış şəxslərin bəziləri itirdikləri kənd təsərrüfatı sahəsi əvəzinə həyətyanı sahənin ayrılmasını istəyiblər ki, bu da vəziyyəti bir qədər də mürəkkəbləşdirib; (iii) torpaq kateqoriyalarının dəyişdirilməsi müəyyən prosesi tələb edir ki, bu da çox vaxt aparır; (iv) bu halda Kənd Təsərrüfatı Nazirliyinin təsdiqi tələb olunur (artıq təsdiq olunub). Missiyaya məlumat verildi ki, Nazirlər Kabineti prosesi tamamlamaq istəyir və sənədlər artıq tam hazırdır. Onların tezliklə təsdiq olunması gözlənilir. Nazirlər Kabineti təsdiq etdikdən sonra LİQ bir ay ərzində torpaqların benefisiarlara ötürülməsi prosesini tamamlayacaq.

 

 

Torpağın hissələrə ayrılması və kəsilmiş suvarma sistemi:

 

 

 

 Cənab Hilal Cahangirovun suvarma sisteminin dağılması məsələsinə gəldikdə isə, LİQ tərəfindən bizə məlumat verilib ki, onların Monitorinq üzrə Məsləhətçisi bu şəxslə görüşüb və aydınlaşdırıb ki, cənab Cahangirovun ərazisi layihə nəticəsində təsirə məruz qalıb, ancaq onun torpağı iki hissəyə ayrılmayıb.

İkinci Magistral Yol Layihəsi çərçivəsində torpaqların alınması ilə bağlı yerinə yetirilməmiş tədbirlərin vəziyyəti (missiyanın məlumatı noyabr 2011)

 

Yem bitkilərinin iktisinə görə kompensasiya tələb etmiş üçüncü(Cahangirov Hilal) şəxsin müraciəti hazırda yoxlanılır və bütün əlaqədar tərəflər tərəfindən imzalanmış akt torpaq sahibinə çatdırılıb. O, işlə bağlı məmnunluğunu bildirib və xahiş edib ki, vəsait tezliklə ona ödənilsin. Bu işə uyğun olaraq LİQ iddianı hazırlayacaq və kompensasiyanı müvafiq qaydada ödəyəcək. 

 

 

 

 

Ağaclara dəyən ziyana görə kompensasiyaya dair:

 Bu məsələyə gəldikdə isə, bizə məlumat verilib ki, “Azəryolservis”in Torpaqların Alınması üzrə Şöbəsi ağacların itirilməsinə görə verilmiş kompensasiyanın məbləğindən narazı olan və bununla əlaqədar şikayət etmiş iki torpaq sahibi ilə görüşlər keçirib. Torpaqların alınması üzrə şöbə və torpaq sahibləri yenilənmiş kompensasiya məbləğlərində razılığa gəliblər. Cənab Şirzad Bəylərov ağaclara dəyən ziyana görə 3,231 AZN məbləğində kompensasiya alıb.

 

Yuxarıda qeyd olunan məlumatlar öz təsdiqini tapmalıdır. Bununla əlaqədar oktyabr və ya noyabr ayında missiyanın səfərini planlaşdırırıq.

 .

İkinci Magistral Yol Layihəsi çərçivəsində torpaqların alınması ilə bağlı yerinə yetirilməmiş tədbirlərin vəziyyəti (missiyanın məlumatı noyabr 2011)

 

(b)   Ağacların/yem bitkilərinin itkisinə görə kompensasiyanın ödənilməsi. Ağaclar və yem bitkilərinin itkisinə görə kompensasiyanın ödənilməsi ilə bağlı öz həllini tapmamış üç iş var. Hazırda bu şəxslərin şikayətlərinə baxılır. Təsirə məruz qalmış torpaq sahiblərindən birinin bank hesabına bir qədər əvvəl 3,231 AZN məbləğində kompensasiya köçürülmüşdür, lakin o, ödənilmiş məbləğdən məmnun olmadığı üçün vəsaiti götürmür. Missiya bu şəxslə görüşməyə cəhd göstərdi, ancaq onunla görüşmək mümkün olmadı. Ancaq o, daha sonra missiyanın üzvlərindən biri ilə danışıb və bildirib ki, kompensasiya məbləği ilə razı deyil. 

 

  • Missiya, həmçinin, tövsiyə edir ki, Mühəndisin nümayəndələri ayda bir dəfə yerli kənd camaatı ilə görüşlər keçirsin, müvəqqəti təsirlə bağlı onların narazılıqları və təkliflərini dinləsin.

 

.

 

 

 

 

 

 

Todini şirkəti ilə məşğulluq məsələlərinə dair:

Missiyanın rəyi

Əmək müqaviləsi ilə bağlı məsələlər

 

Missiyanın nəticələri. Podratçılar və işçilərlə aparılmış müzakirələr və görüşlər nəticəsində missiya aşağıdakı qənaətə gəlmişdir və əmək müqaviləsinin şərtlərinin yaxşılaşdırılması üçün bunları tövsiyə edir:

  • İşçilər ümumilikdə iş mühiti və şəraitdən razıdır, ancaq aldıqları əmək haqları və iş vaxtından əlavə əmək imkanlarından məmnun deyillər;
  • İşçilərə onlara verilən aylıq əmək haqlarındakı fərqlərin səbəbləri aydın deyil;
  • Müqavilənin qısamüddətli olması və müqavilələrin avtomatik qaydada yenilənməsi əmək məcəlləsinin müddəaları ilə uzlaşmır;
  • İşçilər aldıqları az əmək haqlarından əlavə iş imkanlarını arzulayırlar, ancaq hazırda belə imkanlar mövcud deyil, çünki işlərin sürəti yavaş gedir və hava şəraiti buna imkan vermir;
  • Bir otaqda qalan işçilərin sayı dərhal 4 nəfərə azaldılmalıdır;
  • İşçiliərin narazılıqlarını və şikayətlərini bildirmələri üçün hər hansı müstəqil mexanizm mövcud deyil.

 

Missiyanın tövsiyələri. Yuxarıdakı nəticələrə uyğun olaraq Missiya iş şəraitini yaxşılaşdırmaq və işçilərin etibarlılıq səviyyəsini artırmaq məqsədilə LİQ-lə aşağıdakı tədbirlərin görülməsinə razılıq verdi.

 

  • Tikintiyə nəzarət mühəndisinin nümayəndəsi işçilərə verilən əmək haqları ödənişlərinə nəzarət edəcək ki, onlar sənədlərdə əks olunmuş həqiqi məbləğləri alsınlar və işçilərə onların əmək haqları və işdən kənar əmək imkanları üçün ödənişlər barəsində izahat verilsin. Mühəndis LİQ-ə təsdiq edəcək ki, əmək haqları sənədlərdə qeyd olunan məlumatlara uyğun ödənilib. Bu tədbir dərhal icra olunmalıdır.

 

  • LİQ tikintiyə nəzarət mühəndisindən tələb edəcək ki, müxtəlif iş növləri üzrə orta əmək haqları baxımından mövcud oxşar müqavilələr üçün təcrübələri araşdırsın və müxtəlif iş növləri üçün yeni bazis əmək haqqı strukturunu hazırlasın. İşdən kənar əmək, həftəlik istirahət günləri və digər əlaqəli şərtlərlə bağlı qaydalar da araşdırılmalıdır. Məşğulluğun müddəti üçün müqavilədə olan cari müddəa əmək məcəlləsi ilə uzlaşmır. Məcəlləyə görə, İşverəndən tələb olunur ki, işin ehtimal olunan müddətini qiymətləndirsin və müqavilələri buna uyğun olaraq icra etsin. Bu kontekstdə, missiya tövsiyə edir ki, Mühəndis müxtəlif iş növləri üçün ehtimal olunan müddəti qiymətləndirsin və müxtəlif işlər üçün minimum müqavilə müddətlərini tövsiyə etsin. Mühəndis, həmçinin, Sənaye və Əmək məcəlləsi təcrübəsi əsasında işçilər üçün təmin olunan əvəzedici və məmnunluq gətirən imkanların siyahısını hazırlasın və standartları müəyyənləşdirsin. Yeni standartlar və əmək haqqı strukturu hazırlandıqdan sonra bunları layihə çərçivəsində bütün müqavilələr üçün eyni şəkildə tətbiq etmək lazımdır. Bunlar geniş şəkildə yayılmalıdır ki, podratçı tərəfindən işçilər üçün nəzərdə tutulmuş hüqüq və imtiyazlarla bağlı maarifləndirmə işinin səviyyəsi artırılsın. Mühəndis müqavilənin yuxarıda qeyd olunan müddəaları ilə bağlı podratçının onlara riayət etməsinə xüsusi diqqət yetirməlidir (Bənd 6.2 və Alt-bənd 6.23).
  • LİQ təmin etməlidir ki, tikintiyə nəzarət mühəndisinin heyətindən Müstəqil Nümayəndə həftədə bir dəfə ərazilərdə müəyyən olunmuş konkret müddətlərdə işləsin. O, işçilərin narazılıqlarını və şikayətlərini dinləyəcək. Ərazinin müxtəlif yerlərində elanlar yerləşdirməklə bu şəxslərin əraziyə gələcəyini geniş şəkildə elan etmək lazımdır.
  • Tikintiyə nəzarət mühəndisi ayda və ya rübdə bir dəfə LİQ-ə hesabat verməlidir ki, hər bir müqavilə üzrə ayda neçə iş yeri açılıb. Buraya həm ixtisassız, həm də ixtisaslı işçilər, həm yerli (səhərlər işə gələn və axşamlar evinə qayıdan şəxslər) və kənardan gələn işçilər daxilidir. Bu rəqəmlər həm cari vəziyyətdə, həm də ümumi şəkildə hesabatda əks olunmalıdır. Bu hesabat LİQ-ə göndəriləcək. LİQ isə öz növbəsində gələcəkdə hazırlayacağı rüblük irəliləyiş hesabatlarının bir hissəsi kimi bunlardan yararlanacaq.

 

 

Köçürülmüş ailələrə yardım.(müsbət hal)

 

Tiknti müddətində icraçı qurum 2011-ci ilin iyun ayında Çuxanlı Kəndinin (km 44+600-45+900) yaxınlığında icazəsi olmayan 5 tikintinin köçürülməsi məsələsi ilə üzləşmişdir. Bu 5 aildən dördü nəhayət köçürülmüşdü. Beşinci ailənin köçürülməməsi üçün yolun oxunda müəyyən dəyişikliklər edilmişdir. Missiya bu köçürülmüş ailələrdən biri ilə görüşmüş və öyrənmişdir ki, LİQ bu ailələrə yardım göstərib. Missiya öyrənmişdir ki, təsirə məruz qalmış bütün bu ailələr itirdikləri tikililəri üçün kompensasiya almış. Onlardan biri həm də tikinti materialları ilə təmin olunmuşdur, çünki o, digərləri ilə müqayisədə yalnız kiçik kompensasiya almışdır. Bütün bu ailələr onlara yerli bələdiyyə tərəfindən ayrılmış ərazilərdə yolun yaxınlığında evlərini yenidən tikiblər. Missiyanın görüşdüyü şəxs qeyd etdi ki, yeni evləri nisbətən böyükdür və əvvəlki evlərlə müqayisədə daha keyfiyyətlidir. Təsirə məruz qalmış bütün insanlara yardım göstərildiyindən və onlar tam köçürüldüyündən bu məsələni bağlanmış hesab etmək olar.

 

 

 

 

 

 

 

 

 

 

 

Dövlət ehtiyacları üçün torpaqların alınmasınana dair

 

 

 

 

 

 

 

 

Azərbaycan Nazirlər Kabinetinin 27 S 13 fevral 2012-ci il tarixli sərəncamı ilə 8 mülkiyyətçinin torpağı əvəzlənmişdir.bu Azərbaycanda 1-ci dəfədir ki.tətbiq edilmişdir

Müsbət hal

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

cənab Hilal Cahangirova yem bitkilərinin itkisinə görə   kompensasiya aprel 2012-ci ildə ödənilmişdir

 

 

 

 

 

 

 

Ağaclara dəyən ziyana görə kompensasiyaya dair:

 

 

 

 

 

 

 

 

 

 

 

Monitorinq qrupu  cənab Şirzad Bəylərovla yenidən görüşüb və   məlum olub ki,   -cənab Ş.Bəylərov  sifarişçi qurum Azəryolsevisin müraciəti əsasında dəfələrlə  polis idarəsinə çağrılıb və ona dəymiş ziyanla əlaqədar ödəniləcək kompensasiya ilə niyə razılaşmadığı üçün ondan izahat tələb olunub.,??   (mənfi hal)

 - Mart 2012-ci ildə Azəryolservis tərəfindən  ona dəymiş ziyanla əlaqədar,köçürülmə planına uyğun məlumatlandırıcı izahat təqdim olunmuşdur.(müsbət hal)

 -cənab Ş.Bəylərov təklif olunan məbləğlə razı deyil.O düşünür ki,ona çatacaq məbləğ  düzgün hesablanmayıb.2012-ci ilAprel ayının 6 –də məhkəmə qərarı olmadan Azəryolservis tərəfindən Ş.Bəylərova məxsus ağaclar kəsilmişdir Mənfi hal

 

 

 

 

Todini şirkəti ilə məşğulluq məsələlərinə dair Missiyanınn rəyi yerinə yetirilməmişdir

Mənfi hal

 

 

 

 

 

 

 

 

 

 

Missiyanın fəaliyyəti təşkilat tərəfindən uğurla və müsbət bir hal kimi qiymətləndirilir.lakin missiyanın verdiyi təklif və tövsiyyələrin bir çox qismi hələ də

yerinə yetirilmədiyindən Bank  tərəfindən ciddi nəzarətə ehtiyac var

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 Köçürülmüş ailələrə yardım.(müsbət hal)

    

Mmonitorinq qrupunun Müraciətindən sonra     köçürülmə komissiyasının üzvü olan  rayon torpaq şöbəsinin müdiri Oqtay Quliyev və işçiləri, Azəryolsevisin müvafiq qurumunun əməkdaşları ərazidə olaraq Miralı Mirişovla razılığa gəliblər.Nəticədə təsirə məruz qalan evin sahibinə yaxın sahədən 0,25 hektar torpaq sahəsi ayrılıb ki adı çəkilən evi söküb həmin yerdə yenidən tiksin.Həmin tikintini aparmaq üçün   Miralı Mirişova 4000 AZN nəğd pul da verilib.Bundan başqa O.Quliyev mənə bildirdi ki əlavə olaraq  həmin ailəyə əldən çıxmış gəlirə görə daha 2000 AZN ödənilməsinə çalışacaqlar

 

 

 

 

 

 

 

 

 

Təkliflər

  • Bank öz siyasətlərinin müştəri tərfindən yerinə yetirilməsinə   nəzarəti gücləndirməlidir. Aparılan monitorinqlərin nəticələri göstərir ki, bankın köçürülmə və informasiyaya çıxış siyasəti sifarişçi təşkilat(Azəryolservis) tərəfindən mütamadi olaraq pozulmuşdur:
  • Dünya Bankı tərəfindən maliyələşdirilən layihələr ictimaiyyət üçün açıq olmalıdır. İctimaiyyətin qərar qəbul edilməsində iştirak etməsi üçün layihənin əsas sənədlərinin ilkin mərhəldə  azərbaycan dilinə tərcümə etmək  lazımdır ki, ictimaiyyət layihənin icrası ilə vaxtında tanış ola bilsin; Layihələr ingilis dilində olduğundan icmanın layihə barədə məlumat alma imkanı məhdudlaşır.
  • Bankın veb səhifəsində layihəyə aid informasiyalar vaxtaşırı yenilənməlidir
  • Köçürülmə planı əvvəlcədən maraqlı tərəflərlə müzakirə olunmalıdır
  • Layihənin dizaynı  ilə əlaqədar köçürülməyə məruz qalan insanlarla məsləhətləşmələr aparılmalıdır
  • Şikayətlərin idarə olunması mexanizmi müstəqil olmalıdır., Bu məqsədlə yaradılmış qrup müstəqil deyil,layihə sifarişçisi Azəryolservisin nəzarəti altındadır.