Asiya İnkişaf Bankının krediti hesabına həyata keçirilən yol şəbəkəsinə İnkişaf Proqramı Masallı-Astara Avtomobil yolunun yenidənqurulması layihəsinni icarasinda informasiyalara çıxış imkanları haqqında qısa icmal
Layihə haqqında
Masallı-Astara yolunun yenidən qurulması Layihəsinin məqsədi Səmərəli və təhlükəsiz beynəlxalq standartlara uygun yol şəbəkəsinin qurulması üçün investisiya ayrılmasıdır. Layihə Massallı Astara arasinda 59 km sürətli yolun tikintisi, layihə ərazisində yerli əhəmiyyətli yolların yenidən qurulması, Yol tərəzilərinin tikintisi, yol xidmət avadanliqlarının alınması və yol şəbəkəsinin idaraə edilməsi üçün potensialın yaradılmasından ibarətdir. Layihənin icrasına 2011-ci ildə başlanıb 2013-cü ildə başa çatdırılması nəzərəd tutulur. Layihə Asiya İnkişaf Bankının krediti hesabina reallaşdırılır.
İnformasiyaların açıqlanması
AİB tərəfindən hələ 2005-ci ildən İctimai Əlaqəlaər və İnformasiyanın Açıqlanması və Mübadiləsi siyasəti sənədi qəbul edilmişdir. Bu sənəd sonradan təkmilləşdirilərək 2011-ci ildə yeni variantda qəbul edilmişdir.
Qəbul edilmiş Siyasət səsnədində Layihənin təsirinə məruz qalan əhalinini və digər maraqlı qruplar üçün informasiyanın açiqlanması prinsipi mühüm yer tutur ki bu da təsadüfi deyildir. Son illərdə bütün dünyada informasiya əldə edilməsi hüququnun reallaşdırılmasına çox ciddi fikir verilməyə başlanmışdır.
İnformasiya azadlıgı beynəlxalq və konstutision qanunvericilik ilə qorunan fündamental insan hüquqlarındn biri hesab edilir. Bir sıra dövlətlər o cümlədən Azərbaycan Respublikası vətəndəşların informasiya əldə etmək hüquqlarını təsbit edən qanunlar qəbul etmişdir.
İctimai Əlaqlər və İnformasiyanın Açıqlanması və Mübadiləsi siyasətinin qəbul edilməsi AİB-nın fəliyyətində şəffaflığının təmin edilməsi və AİB olan inamın artırlmasına xidmət edir.
Layihənin təsirinə məruz qalan əhalinini və digər maraqlı qruplar ilə dialoqun stimulaşdırılması üçün müxtəlif dövlət və qeyri-dövlət layihələri, proqramları haqqinda (ekeoloji və sosial məsələlər daxil olmaqla) informasiyalar bu qrupların başa düşdüyi şəkildə və formada onlara çatdırılmalıdır.
İnformasiyalara çıxış imkanlarının qiymətləndirlməsi məqsədilə
I. Layihənin həyata keçirildiyi ərazilərdə müsahibələr keçirilmişdir.
1.Yerli əhali Layihə haqqinda məlumatlandırılıbmı?
2.Layihə kocürmə və torpaq ayırma proqramını (TAP) nəzərdə tuturmu?
3.Köçürülməyə məruz qala biləcək əhali ilə müzakirələr aparılıbmı?
- Müzakirələrdə iştirak etmak istəyən maraqlı tərəflər necə məlumatlandırılıb?
- İctimai müzakirələr harada keçirilib?
6.Bütün arzuedənlər müzakirələrdə iştirak, çıxış edə blibmi ?
7.Dinləmələrdə protokol aparılıbmi, aparılıbsa kim tərəfindən? Bu protokol sonradan tanıiş olmaq üçün arzu edənlərə təqdim edilibmi ?
8.İctimai müzakirələrdə köçürmə, torpaqayırma ekoloji, yerli icmalarin həyatına təsirlər haqqinda əhalinin təklifləri nəzərə alinibmi?
9.Köçürməyə məruz qalan insanlara qanunvericilikdə nəzəərdə tutulmuş qaydada bildirişlər verilibmi?
10.Şirkət köçürmədən qaçmaq üçün alternativ yollar arayıbmi?
11.Əhalinin şikayətvermə mexanizimləri haqqinda məlumatı varmı.
12. Şikayətvermə mexanizm sadə və əlçatandırmı? (şikayət qutusu asılıb, ictimai qəbullar keçirilibmi və s.)
Müsahibələrin keçirlməsindən alinmış ümümi nəticələr
İcmalar ilə ictimai dinləmələr demək olar ki, aparılmayıb və yaxud bu müzakirələr formal xarakter dasıyıb.Yol tikintisinin təsirlərinə məruz qalan icmalarda layihə haqqinda informasiya lövhələri asılmayıb. Əhaliyə layihə və onun təsirlərini əks etdirən bukletlər yaddaş kitabçaları paylanmamışdır. KİV -də layihə haqqinda gedən məlumatlar isə çox az olmaqla yanaşı əsasən ümumi məlumatlardan ibarətdir və özündə layihənin əsaslandırılması, miqyası və təsirləri haqinda heç bir əhəmiyyətli informasiya daşımır. Layihənin həyata keçirilməsi üçün əhalidən torpaqlarin alınması nəzərdə tutulur. Lakin əhalinin torpaq alınması və köçürmə palanları haqqında məlumatları cox azdır. Köçürməyəa mərüz qalan insanlar ilə fərdi müzakirəlrə aparəlmayıb.Dövlaət ehiyacları üçün torpaqların alınması qaydalarinda nəzərdə tutulan prosedurlara riayət olünmayıb.İctimai müzakilər formal olaraq keçrilib və bütün maraqlı tərəflərin iştirakı təmin olunmayıb. İctimai müzakirələrə hökumətin siyasətini təndiq edən təşkilatlar dəvət edilməyib.İctimai müzakirələrin protokolları açıqlanmayıb.Yerlərdə kemirilən müzakirələrdə əsaəsn yerli icra hakimiyyəri və bələdiyyə orqanlarının nümayəndələri çıxış edib.İcma üzvləri tərəfindən təkliflərin qedə alinması hallarına rast gəlinməyib. Şikayət etmə mexanixmləri haqqında əhaliyə məlumatlar verilməyib və insanların bu mexanizmin mıvcudluğu və ondan istifadə qaydaları haqqinda məlümütları yoxdur.
Tövsiyə:
- İctimaiyyət ilə əalaqələrin yaradəlması işi AİB-nəzarətinə götürülməli və bopcalandan/müştəridən bu sahəadə iələrin səmsərli qurulması tələb edilməlidir. İcmala ilə əlaqəlarin qurlmasına AİB nümayəndələri cəlb edilməlidir. Bu prosesə maraq qruplarının nümayəndələri də cəlb edilməli, tədbirlər planı hazırlanaraq həyata keçirilməlidir.
- Şikayət etmə mexanizmləri haqqında icmalara məlumatlar verilməli və əlavə olaraq digər əlcatan mexanizmlər (qaynar xətt,şikayət qutuları, elektron poçt və.s) tətbiq edilməldir.
2. Asiya İnkişaf Bankı maraqlı qrupları bu cür informasiyalar ilə təmin etmək və nəzərdə tutulan layihə haqqında fikir və rəylərin qeydə alınması üçün borcalan/müştəri ilə sıx əlaqə yaratmalı və icimaiyyət ilə əlaqlaər üçün məsul şəxsləri təyin etməlidir.
Əhali ilə müzakirələr aparmaq və informasiyalarin catdırılmasını tımin etmək, maraq qruplarından alınan təklifləri qeydə almaq üçün məsul şəxslər təyin edilməmişdir. Əhali layihə haqqında bəzi informasiyaları yerli İcra Hakimiyyəti və Bələdiyyə orqanları vasitəsi ilə almışdır.
Tövsiyə:
Tikintinin aparıldığı dövrdə ictimaiyyətlə əlaqələr üzrə məsul şəxslər təyin edilməli zonalar (layihələr) üzrə informasiya-məlumat mərkəzləri yaradılmalıdır.
3. Siyasət sənədi və kredit sazişi ətraf və sosial mühitə təsirlər haqqında məlumatların açıqlanmasını tələb edir.
Tikintinin ekoloji təsirlərini qiymatləndirmsini və bu təsirlərin yumşaldılması üçün tədbirləri nəzərdə tutan Ətraf Mühitə Təsirlərin Qiymətləndirlməsi sənədi (ƏMTQ) yaxud Ətraf mühitin ilkin tədqiqat (ƏMİT) sənədi ictimaiyyət və maraqlı qruplar üçün açıqlanmayıb. Eyni zamanda Tikintinin sosial təsirləri əhalinin həyat şəraitinə təsirləri haqqında məlumatlar yoxdur.
Tövsiyə:
ƏMTQ və ƏMİT sənədlərinin hazırlanmasına məsul dövlət qurumlarından, borcalandan bu mühümsənədlərin açıqlanması və bu sənədlərin müzakirəsində maraqlı tərəflərin iştirakını təmin edilməsi tələb edilməlidir.
4. Qəbul edilmiş siyasətdə mühüm yeri AİB fəlliyyətlərinə dair informasiyalar o cümlədən Layihə haqqında arayış təşkil edir. Arayış layihənin qısa məzmunundan ibarət olaraq bütün informasiyaları dolğun şəkildə özündə əks etdirməli və AİB -nın rəsmi saytında yerləşdirilməlidir.
Layihə haqqında arayışda əsasasən aşağlıdakı məlumatlar əks etdirlməlidir.
N |
Layihə haqqinda informasiya
|
Öhdəliklərin vəziyyəti |
Qeyd |
1 |
Layihənin adı
|
+ |
|
2 |
Sahə və temetik təsnifatı
|
+ |
|
3 |
Layihənin N-si
|
+ |
|
4 |
Yardimin növü və ya üsulu |
+ |
|
5 |
Ölkə və coğrafi ərazi |
+ |
|
6 |
əsas ideya və yaxud təsvir |
+ |
|
7 |
İnkişaf prosesinə nailiyyət və nəticələrə təsirlər |
+ |
|
8 |
Maliyyələşmə mənbələri və həcmi, maliyyələşmə planı, borc vəsitlərinin və texniki yardimlarin cəlb edilməsi |
+ |
|
9 |
Icraedici təşkilat və yaxud müştıri |
+ |
|
10 |
Təhlükəsizlik kateqoriyasl |
+ |
|
11 |
Ekoloji və sosial məsələlərin icmalı |
-- |
Ancaq kateqoriyası qeyd edilib əlavə məlumat yoxdur |
12 |
Ölkə ilə əlaqələr |
-- |
|
13 |
Regional və sahə strategiyası |
-- |
|
14 |
əlaqələr maraqlı tərəflər ilə müzakirə və onların iştirakı haqqında informasiyalar |
-- |
Maraqlı tərəflər onlar ilə əlaqələr haqqinda informasiyalar yoxdur. |
15 |
maddi-texnikiи təminat haqqinda mümkün və məsləhətləşmələr |
-- |
|
16 |
Məsul departament yaxud əməkdəşın adı
|
+ |
|
17 |
Layihə arayışinin hazırlanma tarixi və təsdiq edilmə tarixi |
+ |
|
18 |
layihə arayışı yenilənmə tarixi |
-- |
|
19 |
ölkə ilə əlaqəalr |
-- |
|
20 |
kredit müqavilələrinin yerinə yetirilmə vəziyyəti |
-- |
|
21 |
Planlaşdırma,hazırlanma, və reallaşdırma müddəti |
+ |
|
Cədvəldə qeyd olunan istiqamətlər üzrə bəzi məlumatlar əks etdrilsədə bu məlumatlar dolgun deyil və bəzi halalrda çətin başa düşüləndir.
Məlumatlarin əksəriyyəti ingilis diliindədir. Azərbaycan dilində sənədlər demək olar ki yoxdur. Saytdan istifadə qaydaları rahat və asan deyildir.
Tövsiyə:
AİB-nin www.adb.org saytndan istifadə qaydaları asanlaşdırılmaqla bərabər ölkə üzrə ayrıca saytın yaradılması məqsədəuyğundur. Bu sayt ölkə ofisi tərəfindən yaradıla bilər və AİB ölkədə fəaliyyətləri asan və başa düşülən dildə maraqlı tərəflərə catdırıla bilər.
5. Siyasət sənədinə əsasən AİB öz rəsmi saytında yerli əhalinin məcburi köçürülməsi prosesinin monitorinqi və ekoloji monitorinqlər haqqında heabatları yerləşdirməlidir.
ADB-nin rəsmi saytinda bu hesabatlara rast gəlinmədi.
Tövsiyə: Müstəqil və maraqlı tərəflərin iştirakı ilə monitorinqlər keçirlməsinə AİB tərəfidən dəstək verilməlidir