NHMT - Hasilat sənayesinin (Salyan rayonu, Şirvan şəhəri) ətraf mühitə və insan sağlamlığına təsirləri

Hasilat sənayesinin (Salyan rayonu, Şirvan şəhəri) ətraf mühitə və insan sağlamlığına təsirləri

Hasilat sənayesinin  (Salyan rayonu, Şirvan şəhəri) ətraf mühitə və insan sağlamlığına təsirləri

 

1.Giriş

Hasilat sənayesinin respublikamız üçün çox böyük əhəmiyyətə malik olması, bütün cəmiyyətin ətraf mühitin vəziyyətinin sağlamlaşdırması və ekoloji tarazlığın bərpa edilməsi prosesinə cəlb edilməsini tələb edir. Bu prosesdə fəal iştirak etmək üçün ictimaiyyət hasilat sənayesinin ətraf mühitə və insan sağlamlığına təsirləri, bu sahədə fəaliyyət göstərən şirkətlərin təsirlərin minimuma endirməsi və yumşaldılması tədbirləri, onların ekoloji və sosial məsuliyyətləri haqqında məlumatlı olmalıdır. Neft hasilatı zamani hava hövzəsinə karbohidrogen, kükürd dioksid, karbon oksidi və sair kimyəvi birləşmələr atılır. Və nəticədə neqativ ekoloji vəziyyət yaranır və insan sağlamliğına mənfi təsir edir.

 Ətraf mühit insanların sağlamlığına bir neçə yolla – müxtəlif fiziki, kimyəvi və bioloji risk faktorlarına məruz qoymaqla təsir göstərir. Ümumdünya Səhiyyə Təşkilatına görə beş ən böyük ekoloji risklər – yararsız su və normalara cavab verməyən sanitariya şəraiti, qapalı məkanlarda tüstü, qurğuşun təsirinə məruz qalma, ətraf havanın çirkli olması və iqlimin dəyişməsi – qlobal miqyasda ölüm və xəstəlik hallarının 10%-nə və 5 yaşından aşağı uşaqlar arasında ölüm və xəstəlik hallarının dördə birinə görə cavabdehdir. Ümumiyyətlə neft hasilatı sənayəsinin ətraf mühitə və insan saglamlığına təsirləri butun dünyada diqqət mərkəzindədir.

 Neft hasilatının insan sağlamlığına təsirləri haqda aparılan bir çox tədqiqatlar göstərir ki, hasilat zamanı ətraf mühit aşağıdakı təsirlərə məruz qalır:

  • Atmosferə atılan emissiyalar (səmt qazları‐metan, uçucu üzvi birləşmələr, qazın yandırılması və s);
  • Quyu avadanlıqlarında və kompressor stansiyalarında sudan istifadə, yuma nəticəsində çirkləndirici maddələrin yerüstü və qrunt sulara, o cümlədən Xəzər dənizinə atılması;
  • Neftlə bərabər yüksək minerallaşmış lay sularının səthə çıxarılması;
  • Torpaqların neft və neft məhsulları ilə çirklənməsi;
  • Qazma şlamları və onların basdırılması;
  • Qəza hadisələri nəticəsində neft dağılmaları;
  • İstismardan çıxarılmış texniki avadanlıqlar, üzən vasitələrin qalıqları və təmir‐tikinti işləri nəticəsində formalaşan bərk tullantılar.

 

Bu da riskə məruz qalan əhalinin sağlamlığına ciddi təsir edir. Bu təsirin nə dərəcədə ciddi olduğunu müəyyənləşdirilməsi üçün NHMT eksperti tərəfindən qiymətləndirilmə aparılmışdır.

Qiymətləndirmə aşağıdakı rayonlarda aparılmışdır

- Salyan rayonu - əhalisi 137,1 min (1 yanvar 2018 ilə), ərazisi-1 799 km² GPS koordinatları: N 39°45′ E 49°00′  

- Şirvan şəhəri - əhalisi 86,5 min, ərazisi-727 km² GPS koordinatları; N 39°55′55″ E48°55′13″

 

Kür çayının aşağı axınının sol sahilində yerləşən Şirvan və Salyan düzləri geniş sahəni əhatə edir. Bu ərazidə Salyanoyl ƏŞ, Global Energy Azerbaijan Group (“GEA”) məxsus Karasu Operating Company və Shirvan Operating Company fəaliyyət göstərir.

 

 1970-ci ildə Azərbaycanda çıxarılan neftin 16,3%-i bu ərazidə[1] hasil olunurdu. Lakın, hazırda isə onun respublikada tutduğu xüsusi çəkisi azalmışdır. Azərbaycanın quru səthində bu ərazi neft hasilatına görə yalnız Abşeron neftli-qazlı rayonundan geri qalır. Neft və qaz sənayesinin gələcək inkişafı isə yalnız yeni neft yataqlarının istismara verilməsi ilə deyil, eyni zamanda istismar olunan yataqlarda yerin daha dərin (5-6 km) qatlarında yerləşən neft ehtiyatının mənimsənilməsindən də asılıdır.

Qiymətləndirmə zamanı əhalinin sağlamlıq vəziyyəti, ümumi xəstələnmə səviyyəsi əsas meyar kimi qəbul edilmişdir. Bunun üçün Salyan rayonunda və Şirvan şəhərində əhalinin sağlamlığı üzrə statistik məlumatların təhlili aparılmışdır.

Qiymətləndirilmənin aparılması üçün seçilmiş reqionlarda hasil olan neft və qazın miqdarı, bu zaman ətraf mühitə atılan tullantı və bunun nəticəsində əhalinin sağlamlığına olan təsirlər riyazi-statistik üsullarla analiz edilmişdir. Hasil olan neft və qazın miqdarı, ərazi üzrə atılan tullantılar və xəstəliklərə dair məlumatlar Dövlət Statistika Komitəsinin saytından götürülmüşdür[2]

 

2. 2012-2017  illərdə Salyan rayonu və Şirvan şəhəri  üzrə neft və qazın hasilat dinamikası

 

Cədvəl 1. Salyan

 

2012

2013

2014

2015

2016

2017

Neft, min ton

195,9

190,8

186,5

178,1

169,1

162,5

Qaz, mlyn. kub m

42,5

47,5

43,1

48,4

56,1

54,0

 

Cədvəl 2. Şirvan ş

 

2012

2013

2014

2015

2016

2017

Xam neft (ümumi), min ton

337,6

312,5

297,8

258,5

244,1

244,6

Təbii qaz, mlyn. kub m

16,9

19,2

18,4

19,9

19,5

21,1

 

3. Stasionar mənbələrdən atılan çirkləndirici maddələr (min ton)

Göründüyü kimi(cədvəl 3) Orta hesabla Salyan rayonunda adam başına 31,4 kq. (2016 ildə bu 84,7 kq. olmuşdur) atmosfer havasına atılan çirklәndirici maddәlәr düşür, halbuki Azərbaycan üzrə adam başına təxminən 18 kq düşür. Şirvan şəhərində isə adam başına 60,1 (2016 il 75,5) kq. Ərazinin 1 kv. km-nә düşәn atmosfer havasına atılan çirklәndirici maddәlәrin miqdarı respublika üzrə 2125,9 kq/km² bərabərdir. Bu rəqəm Salyan rayonu üzrə  2390,1 Şirvan ş. üzrə 7152,7 kq/km².

 

Cədvəl 3

 

2013

2014

2015

2016

2017

Azərbaycan

197,3

189,3

178,0

187,6

184,1

Salyan r-nu

4,46

4,67

5,2

11,5

4,3

Şirvan ş.

8,1

7,1

6,5

6,4

5,2

 

Bir il ərzində adam başına atılan çirklәndirici maddələrin miqdarı Salyan rayonunu üzrə 2,6 dəfə azalmışdır, həmcinin Şirvan şəhəri üzrə də bu göstərici nisbətən azalmışdır. Yuxarıdaki hesablamalardan görmək olar ki, Salyan r-nu və Şirvan ş. üzrə atmosfer havasına atılan çirklәndirici maddәlәrin miqdarı həm adam başına həm də ərazinin 1 km² düşən çirkləndirici maddələrin miqdarı ölkə üzrə göstəricidən xeyli yüksəkdir.

 

Neft hasilatı dinamikası və stasionar mənbələrdən emissiyalarin dinamikası arasındakı korrelyasiya əmsalları hesablanmışdir. Bu əmsallar Salyan rayonu üzrə -0,37 Şirvan şəhəri üçün 0,89 təşkil etmişdir. Göründüyü kimi Şirvan şəhərinin atmosfer havasına atılan çirklәndirici maddәlәrin miqdarı neft və qaz hasilatinın həcmi ilə düz mütənasib gəlir. Lakin Salyan rayonunda əksinə korrelyasiya əmsali -0,37 və tərs mütənasib asılılığ var.

 

4. Çirkab suların atılması (milyon kub metr)

2017-ci ildə atılan çirkab suların Azərbaycan üzrə həcmi 5452,6 milyon kub metrdir ki, bu çirkab sularının 3675,8 milyon kub metri(64%) Salyan rayonu və Şirvan şəhəri tərəfindən atılır. 2017-ci ildə Şirvan şəhərində çirkab sularının artması daha çox müşahidə olunub (cədvəl 5)

 

Cədvəl  4.

 

2013

2014

2015

2016

2017

Azərbaycan

5173,2

5357,7  

5575,0

5672,5

5452,6

Salyan r-nu

1728,3

1713,3  

1818,8

1839,7

1657,2

Şirvan ş.

1897,5

2083,8 

2027,3

2083,0

2018,6

 

Beləliklə iki parametr üzrə statistik məlumatların təhlili göstərdiki neft və qaz hasilati regionlarında (Salyan, Şirvan) stasionar mənbələrdən atmosfer havasına atılan çirkləndirici maddələrin və atılan çirkab suların həcmi orta respublika üzrə rəqəmlərlə müqayisədə yüksəkdir. Bu isə bu bölgələrdə insan sağlamlığına ciddi fəsadlar yarada bilər.

 

5. Neft hasilatı zamanı yaranan ətraf mühiti çirkləndirən maddələr

Sənaye müəssisələri tərəfindən ətraf mühitin çirklənməsi və insanın sağlamlığının pozulması (İ.P.Gerasimova görə, 1979) cədvəlinə əsasən stasionar mənbələrdən atmosfer havasına atılan çirkləndirici maddələrin insan sağlamlığına təsiri belədir:

Azot 2 – oksid

Sağlamlığa təsiri. Azot 2-oksid selikli qişaya və tənəffüs orqanlarına qıcıqlandırıcı təsir göstərir. Çox yüksək konsentrasiyada (məsələn, sənaye müəssisəsində qəza zamanı) NO2-nin təsiri ağciyərlərin dərhal ağır zədələnməsinə səsəb olur. NO2-nin sağlamlığa təsiri şəhərlərdə real müşahidə olunan xeyli aşağı konsentrasiyada da təzahür oluna 160 bilər. NO2-nin yüksək konsentrasiyasının uzun müddətli təsiri orqanizmin geniş spektrdə cavab reaksiyasına, ilk növbədə respirator sistemində (məsələn, astmatiklərdə) müşahidə olunur. Bronxial astma xəstəliyi olan şəxslərdə NO²-nin 380-560 mkq/m3 konsentrasiyası ağciyərlərdə dəyişkənliyə səbəb olur. NO²-nin konsentrasiyanın hər 10 mkq/m3 səviyyədə yüksəlməsi, bronxial astmalarda tutmaları 6,5%, aşağı tənəffüs yollarının xəstələnməsi tezliyini 6,6%, yuxarı tənəffüs yollarınınkını isə 3,8% artırır.

 

SXEM 1. Azot oksidinin insan orqanizminə təsirləri

 

Kükürd 2-oksid.

Tullantıların kütləvi miqdarına görə SO² digər atmosfer çirkləndiriciləri arasında ön cərgədə durur. Kükürd 2-oksidin sorulması onun burun və udlaq boşluğunun selikli qişası ilə kontaktda olduqda dərhal başlayır. Kükürd 2-oksidin təsirindən yaranan zərərli effektin qiymətləndirilməsi ehtimalını ümumi ölüm, ürək-damar xəstəlikləri, tənəffüs orqanları xəstəlikləri və astmatiklərin tutmalarının sayının armtası ilə irəli sürmək olar. Kükürd 2-oksidin havadakı törəmə məhsulu sayılan sulfat turşusu əsasən tənəffüs orqanlarına təsir göstərir.

Karbon 1-oksid (karbon monooksid)  

CO (dəm qazı) tullantıların kütləsinə görə asılı hissəciklər və kükürd 2-oksiddən sonra üçüncü yerdə durur. Karbon 1-oksidin yüksək konsentrasiyası kəskin zəhərlənməyə səbəb olur. Xroniki təsir zamanı qanda karboksihemoqlobinin miqdarının artması və uşaqlarda psixi hərəkət reaksiyasının dəyişməsi müşahidə olunur.

 

SXEM 2. Karbon oksidinin insan orqanizminə təsirləri

 

 

6. Neft hasilatının insan sağlamlığına təsirləri.

 

2012-2017-ci illər üzrə Salyan rayonu və Şirvan şəhəri üzrə bütün xəstəliklər haqda statistik məlumatlar

Cədvəl 5

 

 

2012

2013

2014

2015

2016

2017

Azərbaycan üzrə

1686887

1739584

1852918

1824086

1867071

1875652

Salyan r-nu

12423

12481

13237

22421

28725

30513

Şirvan ş.

5721

4842

5557

5600

4822

4797

 

Salyan rayonu və Şirvan şəhəri üzrə illər üzrə xəstələnənlərin neft hasilatının həcmi ilə əlaqəli dinamikası (qrafik 1 və 2)  Bu iki göstəricilərin asılılığını müəyyən etmək üçün korrelyasiya əmsalı hesablanmışdır. Bu əmsal Salyan rayonu üzrə - 0,97 və Şirvan ş. üzrə 0,5 təşkil etmişdir.

 

QRAFİK 1.

 

QRAFİK 2.

 

7. 2016-cı ildə ölkənin şəhər və rayonları üzrə əhalinin əsas xəstəlik sinifləri üzrə xəstələnməsi

Cədvəldə (cədvəl 6) qrafiklərdə (3,4) Salyan rayonu və Şirvan şəhərində əsas xəstəliklər üzrə statistik məlumatlar verilmişdir. Cədvəldən göründüyü kimi Salyan rayonunda tənəffüs orqanlarının xəstəlikləri qeydə alınmış insanların sayı 12267 nəfərdır. Şirvan rayonunda isə 914 nəfərdir. Həmçinin bu ərazilərdə qan dövranı sisteminin xəstəlikləri geniş yayılmışdır.

 

Cədvəl 6

 

8. Nəticə:

 

1. Qiymətləndirmə aparılan ərazilərdə neft hasilatı həcmi ilə ətraf mühitə təsir intensivliyi arasında birbaşa əlaqə mövcuddur.

Baxılan dövrdə neft hasilatı olan ərazilərdə statistik məlumatların təhlili nəticəsində çirkləndirici tullantıların daha yüksək səviyyəsi qeydə alındı. Tullantıların əhəmiyyətli bir hissəsi karbonmonoksit və UÜB (uçucu üzvi birləşmələr), həmçinin kükürd dioksidi və asılı qatı maddələrin (взвешенные вещества) üzərinə düşürdü. Neft hasilatı artdıqca bu tullantıların səviyyəsi də ona uyğun artır. Bu ərazilərdə neft hasilatı dinamikası və stasionar mənbələrdən emissiyalarin dinamikası arasındakı korrelyasiya əmsalları müvafiq olaraq Salyan rayonu üzrə -0,37 Şirvan şəhəri üçün 0,89 təşkil etmişdir.

2. İntensiv neft hasilatı olan ərazilərdə əhalinin xəstələnməsinin əsas payı tənəffüs xəstəliklərinə aiddir.

Yayılma dərəcəsinə görə üstünlük təşkil edən səkkiz xəstəlik siniflərindən, əhalinin bütün yaş qruplarında nisbətin ən az nisbəti bədxassəli yeni törəmələr (1%), ən çox isə - tənəffüs xəstəlikləri Salyan rayonu üzrə (55%), Şirvan şəhəri üçün 30% təşkil edir.

Başqa öıkələrdə aparılan tədqiqatlar göstərir ki, rayonlar üzrə neft hasilatı artdıqca əhali arasında tənəffüs xəstəliklərinə yoluxma nisbətinin artması çirkli tullantıların və hər şeydən əvvəl karbonmonoksit və UÜB-lərin ən yüksək səviyyədə müşahidə olunduğu intensiv neft hasilatı olan ərazilərdə maksimum həddə çatır. Qiymətləndirilmə aparılan ərazilər yaxınlığında olan rayonlar üzrə statistik məlumatlar olmadığından bu məsələni araşdira bilmədik.

3. Tədqiq olunan ərazidə neft istehsalı müəssisələrinin təsiri altında atmosfer havasının və yeraltı suların çirklənməsindən əhalinin sağlamlığına kanserogen təsirlərin inkişaf riski səviyyəsi məqbuldur.

Neft hasilatı zamanı ətraf mühitin tərkib hissələrinə daxil olan çirkləndiricilərin konsentrasiyası gigiyena normalarından artıq olmadığından kəskin zəhərlənmə qeyd olunmur. Sağlamlıq üzrə kənara çıxmalar  əsasən, tənəffüs xəstəliklərinin inkişafına kömək edən az konsentrasiyası olan azot dioksidi, hidrogen sulfid, karbohidrogenlər, karbonmonoksit və asılı qatı maddələr habelə həzm, endokrin və sidik-cinsiyyət sistemi orqanlarının xəstəliklərinə gətirib çıxaran neft məhsulları və duzların xroniki təsiri ilə əlaqələndirilir.

 

Rəy

Qiymətləndirməyə əsasən qeyd etmək olar ki, müvafiq məsul qurumlar və şirkətlər tərəfindən:

 - “Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikasının qanunun 78-ci maddəsi (Ətraf mühitin mühafizəsi haqqında qanunvericiliyin pozulmasına görə məsuliyyət) müvafiq qurumlar tərəfindən yerinə yetirilmir. Yəni ətraf mühitin mühafizəsi haqqında qanunvericiliyin pozulmasında təqsirkar olan hüquqi və fiziki şəxslər, o cümlədən vəzifəli şəxslər Azərbaycan Respublikasının Mülki, İnzibati Xətalar və Cinayət məcəllələrində nəzərdə tutulmuş hallarda məsuliyyət daşıyırlar. Ekoloji hüquq pozuntusu, özü cinayətdir. Lakin ekoloji hüquq pozuntularına görə bu vaxtadək heç bir məsul şəxs məsuliyyətə cəlb olunmayıb. Əhalinin sağlamlığına ziyan vuran şirkətlərin cəzalanması bəzi hallarda yalnız cərimələnmə ilə nəticələnir.

  

- Azərbaycan Respublikasının Konstitusiyasının 39-cu maddəsi(Hər kəsin sağlam ətraf mühitdə yaşamaq hüququ vardır) və “Əhalinin Sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü Maddəsi(əhalinin sağlamlığının qorunması sahəsində dövlətin vəzifələrindən biri ətraf mühitin qorunmasının, ekoloji təhlükəsizliyin təmin edilməsidir) pozulur.

 

Azərbaycanda ətraf mühitin qorunmasının başlıca prinsiplərindən biri ətraf mühitin qorunması sahəsində əhali və ictimai təşkilatların iştirak etməsidir. (Ətraf mühitin mühafizəsi haqqında “Azərbaycan Respublikasının qanunun Maddə 73) Təəssüflər olsun ki, sahə üzrə ərazidə heç bir ictimai və vətəndaş nəzarəti müşahidə olunmur.

 

 

İstifadə olunan ədəbiyyat

1. Pfeiffer M, Viliani F, Dora C. Managing the public health impacts of natural resource extraction activities. Geneva: World Healt Organization (WHO); 2010.

2. Артемьева А.А. Оценка риска для здоровья населения муниципальных районов Удмуртской Республики с интенсивной нефтедобычей // Вестник Удмуртского университета. Биология.Науки о Земле. 2011. Вып. 1. С. 3-17.

3. Рыбаков Д.С., Статистическая оценка связи между показателями смертности и выбросами загрязняющих веществ в условиях урбанизации // Принципы экологии. 2014. Т. 3. № 1. С. 59–73.

4. Cristina O’Callaghan-GordoMartí Orta-Martínez, and Manolis Kogevinas. Health effects of non-occupational exposure to oil extraction, Environ Health. 2016; 15: 56.

5. Johnston JE, Lim E, Roh H., Impact of upstream oil extraction and environmental public health: A review of the evidence., Sci Total Environ. 2019 Mar 20;657:187-199.


[1] Ərazi-Zalyan rayonu və Şirvan şəhərinin yerləşdiyi sahə

[2]  https://www.stat.gov.az/