NHMT - Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatı İB 2022-ci il üzrə İllik Hesabat

Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatı İB 2022-ci il üzrə İllik Hesabat

Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatı İB 2022-ci il üzrə İllik Hesabat

 

Mündəricat

 

1. Giriş

2. Qiymətləndirmə

2.1. Alternativ enerjiyə qoyulan milyardlıq investisiyanın şəffalığı və icra vəziyyəti

2.2. Dünyada və Azərbaycanda “yaşıl enerji” üçün investisiyalar: mövcud durumun və prespektiv imkanların analizi

2.3. Azərbaycanda tullantıların enerjiyə çevrilməsi üçün perspektivlər mövcud vəziyyət və potensial  imkanlar

2.4. Neftdən gələn gəlirlərin insan kapitalının inkişafindakı yeri: Xarici ölkələrin ali məktəblərində təhsil almaq üçün icra olunan dövlət proqramlarının effektivliyi və şəffaflığı

 

3. Monitorinq

 

3.1. Neft sektorunda əmək qanunvericiliyinin və digər normativ hüquqi Aktların icra vəziyyəti

3.2. Hasilat sənayesində fəaliyyət göstərən şirkətlərin ətraf mühitə təsiri 

4. Hüquqi yardım

4.1. Marifləndirmə məlumatlandırma

4.2. Məhkəmə vasitəsilə hüquqi yardım

 

yanvar 2023 – ci il

 

1. Giriş

 

Hesabat Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatı İctimai Birliyi (NHMT İB) ekspertləri tərəfindən aparılan monitorinq, qiymətləndirmələr, ölkənin neft sektorunda çalışan işçilərin  müraciətləri, şikayət ərizələri, təşkilatın aktiv üzvlərinin verdiyi yoxlanılmış məlumatlar, informasiya sorğularına verilmiş cavablar, mətbuatda dərc olunan məlumatlar, təşkilat tərəfindən aparılan məhkəmə çəkişmələri və s. əsasında hazırlamışdır. Hesabat 2022-ci ili əhatə edir.  

 

2Qiymətləndirmə

 

2.1. Alternativ enerjiyə qoyulan milyardlıq investisiyanın şəffalığı və icra vəziyyəti                                                                           

 

Azərbaycanda alternativ (bərpa olunan) enerji ilə bağlı tədbirlər 2004-ci ildən start götürməyə başlayıb. Bununla bağlı, 2004-cu ildə “Alternativ və bərpa olunan enerji mənbələrindən istifadə edilməsi üzrə Dövlət Proqramı” qəbul olundu və qarşıya bir sıra hədəflər qoyuldu. Lakin Dövlət Proqramının qarşısına qoyulan 20 bəndlik məqsədlərin icrasında ciddi problemlər yaşandı. Sözügedən sənəddə alternativ enerji (bərpa olunan) mənbələrindən istifadənin sürətləndirilməsi məqsədilə qanunvericilik və normativ hüquqi bazanın təkmilləşdirilməsi, beynəlxalq təcrübənin öyrənilməsi, respublika ərazisizində  bərpa olunan enerji mənbələrinin elmi-tədqiqat işinin mütəmadi qurulması üçün mərkəzin yaradılması, bu istiqamətdə müəyyən stimullaşdırıcı tədbirlərin həyata keçirilməsi nəzərdə tutulmuşdu. Bundan əlavə, sovet dövründə tikilən və sonrakı dövrlərdə aşınmaya məruz qalan bir sıra kiçik su elektrik stansiyalarının özəlləşdirilməsi, yeni su, günəş və külək stansiyalarının tətdiqi və təmini həyata keçirilməli idi. Bu istiqamətdə qanunvercilik bazasının yaradılması 2005-2007-ci illərdə nəzərdə tutulsa da, yalnız 2021-ci ildə “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında”, Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Qanunları qəbul olundu.

Daha ətraflı: http://www.nhmt-az.org/frontend/pages/human-rights-inner.php?id=189

 

2.2. Dünyada və Azərbaycanda “yaşıl enerji” üçün investisiyalar: mövcud durumun və prespektiv imkanların analizi

 

Azərbaycan hökuməti alternativ enerjiyə sürətli keçidi təmin etmək üçün 2030-cu il üçün hədəfinə görə, ölkənin ümumi enerji istehsalı gücündə bərpaolunan mənbələrin payı hazırkı 17.3%-dən 30%-ə çatdırılmalıdır “VPC” şirkəti tərəfindən hazırlanmış hesabata əsasən, qarşıya qoyulan hədəfə nail olmaq üçün 1500 MVt qoyuluş gücündə yeni bərpa olunan enerji stansiyaları quraşdırılmalıdır ki, bu ümumi gücün də 2020-2022-ci illərdə 440 MVt, 2023-2025-ci illərdə 460 MVt, 2026-2030-cu illərdə 600 MVt olmaqla 3 dövrdə şəbəkəyə inteqrasiya ediləcəyi bildirilir.

 

Daha ətraflı: http://nhmt-az.org/frontend/pages/human-rights-inner.php?id=188 

 

2.3. Azərbaycanda tullantıların enerjiyə çevrilməsi üçün perspektivlər mövcud vəziyyət və potensial  imkanlar

 

Hazırda Azərbaycanda bərk məişət tullantılarını emal edən yalnız 1 müəssisə var. Bakı şəhərinin Balaxanı qəsəbəsində fəaliyyət göstərən bu müəssisə ölkə prezidentinin 28 sentyabr 2006-cı il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006-2010-cu illər üçün Kompleks Tədbirlər Planı”na uyğun qurulub. Zavodun tikintisini Fransanın “Constructions Industrielles de la Méditerranée S.A.” şirkəti həyata keçirib və müəssisə 2012-ci ilin dekabrında işə salınb. Zavod il ərzində 750-800 min tona qədər tullantı qəbul edir. Qəbul edilən tullantılar çeşidləndikdən sonra təkrar emala yararlı kütlə ayrılaraq emal müəssisələrinə göndərilir. İllik gücü 200 min ton olan çeşdiləmə zavodu qabaqcıl alman texnologiyaları əsasında qurulmuşdur.  

 

Daha ətrafli: http://www.nhmt-az.org/frontend/pages/human-rights-inner.php?id=187

   

2.4. Neftdən gələn gəlirlərin insan kapitalının inkişafindakı yeri: Xarici ölkələrin ali məktəblərində təhsil almaq üçün icra olunan dövlət proqramlarının effektivliyi və şəffaflığı

Azərbaycan sözügedən hesabatda insan kapitalı ilə bağlı göstəricilərində region dövlətlərindən belə geridir. Məsələn, sərvətlərin formalaşmasında insan kapitalının payı Ermənistanda 60 faiz, Gürcüstanda 47 faiz təşkil edib.

Region dövlətlərlə müqayisədə Azərbaycanın resurs ölkəsi olması məhsul buraxılışında da neft-qaz hasılatının üstünlüyü özünü göstərir. Ötən il Azərbaycan ixracının 88 faizi neft-qaz sektorunun payına düşmüşdü. Ölkə iqtisadiyyatına yatırılmış birbaşa investisiyaların strukturunda neft-qaz sektorunun xüsusi çəkisi 83 faizə yaxındır. Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının “Neftdən gələn gəlirlərin insan kapitalının inkişafındakı yeri” adlı tədqiqatında neft-qaz sektorundan daxil olan vəsaitin insan inkişafına, xüsusilə təhsilinə yönələn hissəsinə dair təhlili təqdim edir.  Daha ətraflı:

 

http://www.nhmt-az.org/frontend/pages/oil-income-inner.php?id=186

Hazırlanmış tədqiqat yazıları: Energetika Nazirliyinə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinə, İqtisadi İnkişaf Nazirliyinə, Azərbaycan Neft Fonduna, SOCAR, Ölkədə fəaliyyət göstərən diplomatik korpuslara QHT koalisiyaları, sosial şəbəkələrdə yayılmış, Təşkilatın saytında(nhmt-az.org) və Tvitter hesabında yerləşdirilmişdir. Hesabat dövrü ərzində  saytın ümumi ziyarətçi sayı 7100, ümumi səhifə baxışı sayı  9995 olub.

 

 

3. Monitorinq

 

3.1. Neft sektorunda əmək qanunvericiliyinin və digər normativ hüquqi Aktların icra vəziyyəti

 

Aparılan monitorinqlər zamanı Azərbaycan Respublikası Əmək Məcəlləsinin (ARƏM) aşağıda qeyd olunan maddələrinin, Nazirlər Kabinetinin qərarlarının və s.qanunvericiliklərin pozulma faktları müşahidə olundu:

 

Maddə 5.1. Azərbaycan Respublikasının xarici dövlətlərlə, beynəlxalq təşkilatlarla bağladığı müqavilələrində başqa hal nəzərdə tutulmayıbsa, bu Məcəllə müvafiq xarici dövlətlərin, onların fiziki və hüquqi şəxslərinin, beynəlxalq təşkilatların, eləcə də vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təsis etdikləri və qanunvericilikdə nəzərdə tutulmuş qaydada dövlət qeydiyyatına alınıb, fəaliyyət göstərən iş yerlərində heç bir şərt qoyulmadan tətbiq edilir.

 

Müşahidə olunub:

 

Bahar Enerji Əməliyyat Şirkətində[1]

 

- İl ərzində əmək haqqları 2 ay gecikdirilməklə verilib.

- İşçilərin əlavə iş saatları ödənilməyib, bu da onların ümumi əmək haqının azalması ilə  nəticələnmişdir.

- Şikayət edən işçlər bildirirlər ki, işlədikləri 12 ildə əmək haqqları heç bir vaxt artırılmayıb.

- Zərərli iş şəraitində işləyən işçilər süd və digər qida məhsulları ilə təmin olunmayıblar.  

 

BUE Kaspian” LLC şirkətində

 

“BUE Kaspian LLC” şirkəti Azərbaycan Respublikası Əmək Məcəlləsinin 16 (Əmək münasibətlərində ayrı-seçkiliyin yolverilməzliyi), 154 (Əmək haqqı) və 169 (Boşdayanma vaxtı əməyin ödənilməsi) maddələrinin tələblərini pozmuşdur. Müraciət edən işçilər əmək haqqlarının düzgün ödənilməməsi, ayrı seçkiliyə yol verilməsi və qanunsuz olaraq boşdayanma hallarına yol verilməsindən şikayətçi olmuşlar.

 

“Enermech Limited” Şirkətinin AR-da Filialı, “Büro Veritas Azeri” Məhdud  Məsuliyyətli Cəmiyyəti  tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin aşağıdakı maddələri pozulmuş, ixtisarlar formal və qərəzli aparılmışdır.

 

  • 70-ci maddəsinin (b bəndi “İşçilərin sayının azaldılması və ştatlrın ixtisarı”)

  

  • 71-ci maddə (İxtisarların aparılması üçün müvafiq əsaslandırılmaların aparılmaması və işçilərə digər iş yerlərinin təklif edilməməsi)

 

  • 77-ci maddə (İxtisarların aparılması zamanı işçilər üçün Əmək məcəlləsində nəzərdə tutulan güzəşt və təminatlrın nəzərə alınmaması)

 

  • 78-ci maddə (  İşçilərin ixtisarı zamanı işdə saxlanmağa üstünlüyü olan şəxslər )

 

  • 79-cu maddə (İxtisarların aparılması zamanı işçilər üçün Əmək məcəlləsində nəzərdə tutulan qaydada İşəgötürən tərəfindən bu əsasla işdən çıxarılmanın qadağan olunmasını nəzərdə tutan hüquq normasının nəzərə alınmaması.). Elə işçilər vardır ki, İşəgötürən tərəfindən Əmək müqaviləsinin ləğv edilməsi qadağandır.

 

  • 80-cı  maddə (Həmkarlar təşkilatı tərəfindən istisnasız olaraq bu əsasla işçilərin kütləvi surətdə işdən azad olunmasına razılıq verilməsi)

 

Maddə 16. Əmək münasibətlərində ayrı-seçkiliyin yolverilməzliyi [2]

 

Hasilat sənayesində diskriminasiyanın əsas səbəblərində biri qohumbazlıqdır, xüsusən bu işə qəbul, əmək haqqının ödənilməsi və əmək müqaviləsinin ləğv olunması zamanı özünü göstərir. Bunun nəticəsində də çoxlu sayda işçi diskriminasiyaya məruz qalır. Bəzən işçilərin siyasi baxışlarına görə də təqib olunması müşahidə olunur. Müxalifət partiyasının üzvülüyündə olan şəxslərin peşəkarlıq və ixtisas dərəcəsindən asılı olaraq nəinki yüksək vəzifə hətta kiçik və orta rəis vəzifələrinə belə irəli çəkilməsi qeyri-mümkündür. İşə qəbulla əlaqədar tərtib olunmuş anketlərdə işçinin hansı siyasi partiyanın üzvü olması barədə xüsusi bənd var. Diskrinimasiya halları SOCAR idarə və müəssisələrində  gedən ixtisarlar zamanı, işə qəbul zamanı özünü daha çox biruzə verdi. Yüksək vəzifəli şəxslərin qohumları idarəetmədə və başqa sahələrdə çoxluq təşkil edir. Məs: SOCAR strukturuna daxil olan, "Azərbaycan Neft Təsərrüfatı" jurnalının Baş redaktorun  əksər ailə üzvüləri həmin redaksiyada çalışır. SOCAR strukturuna daxil olan Neftqazelmitədqiqatlayihə" İnstitututunun yüksək vəzifəli şəxslərin hamısının ailə üzvüləri də həmin institutda çalışır [3].

 

SOCAR strukturuna daxil olan idarə və müəssisələrdə çalışan işçilərlə bağlanmış əmək müqaviləsinin “Əmək müqaviləsinə xitam verilməsi” bölməsinə əlavə olunan “d” bəndinə əsasən [4]

SOCAR-ın əksər idarələrində təqaüd yaşına çatan işçilərin təqaüdə göndərilməsinə fərqli qaydada baxılır. Belə ki, bəzi işçilər 65 yaşına çatdıqda dərhal öz xahişi ilə işdən azad edilir. Bəziləri isə 1-5 il arası SOCAR prezidentinin icazəsi ilə təqdimat əsasında, bəziləri isə təqdimatsız, şəxsi münasibətlərə görə 70-80( 90 yaşlı da müşahidə olunur) yaşadək işdə saxlanılır.

 

SOCAR prezidenti Rövşən Nəcəfin 19.08.2022-ci il tarixində SOCAR 2210003030040020A00125 saylı, “SOCAR-ın işçilərinə bəzi əlavə ödənişlərin təyin edilməsinin tənzimlənməsi Qaydaları”nın təsdiq və tətbiq edilməsi haqqında əmri və həmin əmrə əlavə olunmuş "SOCAR-da (qurumlar və vəzifələr üzrə) peşəkarlığa görə aylıq əlavə ödənişin yuxarı hədləri cədvəli" Azərbaycan Respublikasının Əmək Məcəlləsinin(ARƏM) 16 (Əmək münasibətlərində ayrı-seçkiliyin yolverilməzliyi ) və 157 (Əməyin ödənilməsi sistemi və növləri ) maddələrinə ziddir. Belə ki, peşəkarlığa görə əlavələr şirkətin bütün işçilərinə deyil, müəyyən hissəsinə şamil edilmişdir. Ödənişlər aşağı dərəcəli və fəhlə və qulluqçu kateqoriyasına aid edilmir.

 

Qeyd: SOCAR-n 19 avqust 2022-ci il tarixli işçilərin əmək haqqına əlavələrin edilməsi barədə qanunsuz Əmrinə əmək qanunvericiliyinə əməl edilməsinə ictimai və dövlət nəzarətini həyata keçirən Həmkarlar təşkilatları və Dövlət Əmək müfəttişliyi tərəfindən heç bir etiraz edilməmişdir.

 

SOCAR–a işə qəbul socar.az saytı üzərindən vakansiyalara müraciət əsasında aparılır. Vakansiyaya müraciət edənlər işə qəbulla bağlı bir neçə mərhələni keçdikdən sonra işə qəbul olunurlar. Lakin oktyabr-dekabr aylarında  vakansiyaya müraciət etmədən birbaşa SOCAR prezidentinin əmri əsasında 100-ə yaxın yeni işçi qəbul edilib və hamısına da işə qəbul əmri verilən gündən 2000 manatdan yuxarı peşəkarlıq təyin edilib.

 

Bu ilin avqust ayında maaş artımı ilə bağlı verilən məlum əmrdən sonra icrası guya dayandırılsa da Protokol İdarəsinə qəbul edilən yeni işçilərin əksəriyyətinə 17-ci dərəcə (3000-dək əmək haqqı) və 6000 manat məbləğində peşəkarlıq təyin olunub. Hansı ki, 30 ildən çox rəhbər vəzifədə çalışan işçilərin peşəkarlığı 2000-3000 manat arasıdı.

 

SOCARSS – 010.2015 Standartına uyğun olan, SOCAR-da illərlə çalışan ixtisaslı kadrların bəzilərinə peşəkarlıq ümumiyyətlə təyin olunmur. Lakin bu günədək neft sahəsində ümumiyyətlə çalışmayan yeni işə qəbul olunanlar gələn gündən  peşəkarlıq təyin olunub.

 

NHMT İB hesab edir ki, 

 

  • SOCAR prezidenti cənab Rövşən Nəcəfin 19.08.2022-ci il tarixli “SOCAR-ın işçilərinə bəzi əlavə ödənişlərin təyin edilməsinin tənzimlənməsi Qaydaları”nın təsdiq və tətbiq edilməsi haqqında əmri dəyişdirilməli, əmr ölkənin müvafiq qanunvericiliyinə uyğun tərtib olunmalıdır [5].

 

  • Əmək Məcəlləsinin ayrı-seçkiliyin qadağan olunması barədə 16(Əmək münasibətlərində ayrı-seçkiliyin yolverilməzliyi) maddəsinə uyğun olaraq Əmr yalnız rəhbərliyə və yuxarı heyət işçilərinə deyil, fəhlə və qulluqçular, orta heyətə daxil olan işçilər də daxil olmaqla bütün işçilərə aid edilməlidir.

 

  • Əmək Məcəlləsinin 157(Əməyin ödənilməsi sistemi və növləri) maddəsinə uyğun olaraq əlavə ödənişlər vəzifə və ya tutduğu peşəyə görə deyil, əmək funksiyasının yerinə yetirilmə bacarığına və peşəkarlığa görə təyin edilməlidir.

 

  • Peşəkarlığa görə işçinin əmək haqqına əlavə edilməsi attestasiyanın keçirilməsi barədə Əmək Məcəlləsinin tələblərinə uyğun  olunmalıdır.

 

  • Peşəkarlığın müəyyən edilməsi meyarları SOCAR tərəfindən əvvəlcədən hazırlanmalı və təsdiq edilməlidir.

.

  • Peşəkarlığın müəyyən edilməsində ayrı seçkiliyə və sui-istifadə hallarına yol verən rəhbər işçilərin məsuliyyəti barədə əvvəlcədən qaydalar işlənib hazırlansın və təsdiq edilsin.

 

Gender bərabərliyi:

 

Dəyər zənciri boyu gender bərabərliyinin təmin edilməsi, bərabər və ədalətli imkanların yaradılması.

01.04.2022 tarixinə SOCAR işçlərinin faktiki sayı 48540 nəfər təşkil edir. Qadınların sayı 7817 nəfər (16,1%). 01 yanvar 2021-ci il tarixinə işçilərin faktiki sayı 50 861 nəfər, qadınların sayı 8252 nəfər olub.

 

Maddə 21.3. (Müəssisələrdə siyasi partiyaların, dini qurumların fəaliyyətinə yol verilmir)

SOCAR strukturuna daxil olan idarə və müəssisələrdə, birgə müəssisələrdə və əməliyyat şirkətlərinin əksəriyyətində iqtidar partiyası olan “Yeni Azərbaycan” (YAP)partiyasının özəyi var. İşçilər məcburi surətdə bu partiyaya üzv olunur. Mart ayından etibarən isə idarə və müəssisələrdə ,müəssisə rəhbərinin iştirakçılığı və rəhbərliyi ilə YAP iclas keçirir və bu iclaslarda məhz işəgötürənin  təkidi ilə YAP üzvü olan işçilərə məcburi ərizə yazdırılıb onların əmək haqqının 1%-nin YAP hesabına köçürülür.

 

Maddə  45.4. [6] (Əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır).  

SOCAR və onun tərəfdaş olduğu Əməliyyat şirkətlərində işin daimi xarakterə malik olduğuna baxmayaraq işçilərlə müddətli əmək müqaviləsi bağlanılır. Azərbaycanın neft sənayesində ən böyük hüquq pozuntusu olan bu proses işçilərlə bağlanmış müddətli əmək müqaviləsinin 1, 2, 3, 6 ay və ən çoxu 1 il müddətinə bağlanması hələ də davam edir. Bunun nəticəsində hər yüzlərlə insan öz iş yerini itirir.

 

Maddə 65 (İşçilərin attestasiyası, onun keçirilməsi qaydaları və şərtləri), 66 (Attestasiya olunmayan işçilər) Nazirlər Kabinetinin 23.05 .2001-ci il tarixli, 97 saylı qərarının Azərbaycan Respublikasında işçilərin attestasiyasının keçirilməsi qaydalarının 2.4. bəndi (Attestasiya komissiyasının üzvləri tərəfindən işçiyə yalnız tutduğu vəzifəyə (peşəyə) əmək funksiyasına, ixtisasına (peşəsinə) dair, yerinə  yetirdiyi işlər və onların nəticələri barədə, habelə tutduğu vəzifəyə (peşəyə) uyğunluğunu müəyyən etmək üçün zəruri olan əmək müqaviləsi  ilə müəyyən edilmiş hüquqları, vəzifələri dairəsinə aid olan məsələlərlə əlaqədar suallar verilir. Attestasiya olunan işçinin siyasi baxışlarına, mənəvi, əxlaqi kamilliyinə, şəxsiyyətinə, etiqadına və digər sırf şəxsi dəyərlərinə görə, o cümlədən onun intizamlılıq dərəcəsinə görə  peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi yolverilməzdir)

 

  • İşçilər ölkənin əmək qanunvericiliyində nəzərdə tutulmayan imtahan, müsahibə, müsabiqə və testlərdən keçirilir[7]

 

  • SOCAR strukturuna daxil olan Neftqazelmitədqiqat İnstitututu, SOCAR tərəfdaşı “SOCAR Petrolium” Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 65 (İşçilərin attestasiyası, onun keçirilməsi qaydaları və şərtləri), 66 (Attestasiya olunmayan işçilər) ci maddəsinin və Nazirlər Kabinetinin 23.05.2001-ci il tarixli, 97 saylı qərarının tələbləri pozulmuş, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmayan qaydada işçilərin bilik və bacarığnı, peşəkarlıq səviyyəsini yoxlamaq məqsədi ilə  qanunsuz  imtahan, test, müsahibə və müsabiqələr keçirilmişdir.

 

  • Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmayan  imtahan, test, müshibə və müsabiqələrdən keçməyən işçilərə hədə qorxu gəlinir, təzyiqlər edilir və müxtəlif yollarla əmək müqavilələri ləğv edilir.  Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmayan qanunsuz imtahan, test, müsahibə və müsabiqələr keçirən müəssisələrə qarşı nə yuxarı təşkilat olan SOCAR tərəfindən,  əmək qanunvericiliyi sisteminə daxil olan normativ hüquqi aktların dürüst və eyni cür tətbiq edilməsinə, onların tələblərinin düzgün yerinə yetirilməsinə nəzarət etməli olan Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən, nə də ictimai nəzarəti həyata keçirən Həmkarlar Təşkilatları tərəfindən hər hansı bir addım atılmamış, həmin müəssisələrin rəhbərləri məsuliyyətə cəlb olunmamış və qanunsuzluqlar aradan qaldırılmamışdır

 

Maddə 70 (İşəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsasları), 73 ( Müddətli əmək müqaviləsinə xitam verilməsi qaydası) 75 (Əmək müqaviləsində nəzərdə tutulan hallarda ona xitam verilməsinin tənzimlənməsi), 68 (c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi) 56 (Əmək şəraitinin şərtlərinin dəyişdirilməsi)

Avqust 2022-ci ildə SOCAR prezidentinin əmri ilə H.Əliyev adına neftayırma zavodu, SOCAR Methanol, SOCAR Carbamide, SOCAR Polymer, Qaz Emalı zavodu və "Azərkimya" və digər emal müəssisələri, SOCAR_Downstream Management (SDM) MMC birləşdirilir. Proses zamanı yeni yaradılmış SOCAR Downstream Management (SDM) tərəfindən işçilərin aşağıdakı hüquqları pozulması müşahidə olunur;

 

  • Müəssisənin mülkiyyətçisi dəyişdikdə rəhbər həyətə daxil olan işçilərdən başqa qalan bütün işçilərlə əvvəlki mülkiyyətçi arasında bağlanmış əmək müqavilələri və onların şərtləri yeni mülkiyyətçi tərəfindən qüvvədə saxlanılır.

 

  • İşçilərin əmək müqavilələri müəyyən edilmiş qaydalara əməl edilməklə yalnız Əmək Məcəlləsinin 70(İşəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsasları), 73 ( Müddətli əmək müqaviləsinə xitam verilməsi qaydası75 (Əmək müqaviləsində nəzərdə tutulan hallarda ona xitam verilməsinin tənzimlənməsi) maddələrində nəzərdə tutulan müvafiq əsaslarla ləğv edilə bilər.

 

  • Yeni mülkiyyətçi tərəfindən müəssisənin işəgötürəninin (rəhbərinin), onun müavinlərinin, baş mühasibin və bilavasitə idarəetmə funksiyasını yerinə yetirən digər struktur bölmələrin rəhbərlərinin əmək müqavilələrinə mülkiyyətçinin dəyişməsi ilə əlaqədar Əmək Məcəlləsinin maddə 68- (c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi;) «ç» bəndi ilə xitam verilə və ya bu Məcəllənin 56 (Əmək şəraitinin şərtlərinin dəyişdirilməsi) maddəsində nəzərdə tutulan qaydada onların əmək müqavilələrinin şərtləri dəyişdirilə bilər.

 

Qeyd: Mülkiyyətçinin dəyişməsi ilə əlaqədar yeni mülkiyyətçi və ya işəgötürən tərəfindən sahibkarlıq fəaliyyəti və hüququndan sui-istifadə edərək işçilərin peşəkarlıq səviyyəsini, əmək funksiyasını icra etmək bacarıqlarını, mülkiyyətçinin sahibkarlıq fəaliyyətinə xələl gətirə bilən səriştəsizliklərini aşkara çıxarmadan onların əmək müqavilələrinin kütləvi şəkildə ləğv edilməsi yolverilməzdir. Yeni mülkiyyətçi və ya işəgötürən işçilərin peşəkarlıq səviyyəsini, müəssisədə mövcud olan iş yerlərinin sahibkarlıq fəaliyyətini sərbəst surətdə həyata keçirmək üçün zəruriliyini iş yerlərinin və işçilərin attestasiyasını keçirməklə müəyyən etməlidir.

 

Maddə 70 e-bəndi (dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda onunla bağlanmış əmək müqaviləsi ləğv edilə bilər) tələblərinin pozulması.

 

SOCAR dövlət büdcəsindən maliyyələşmir. Lakin SOCAR və onun tərkibinə daxil olan bütün müəssisələrində , işçilərə təzyiq edilərək, yaş həddi ilə əlaqədar əmək müqaviləsinin ləğv edilməsi barədə əmək müqaviləsinə razılaşmalar əlavə edilmişdir. Halbuki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin  43.3 maddəsinə əsasən işçilərin Əmək məcəlləsində nəzərdə tutulan hüquq və güzəştləri məhdudlaşdırıla bilməz.

 

Maddə 7 (Əmək münasibətlərinin qanunvericiliklə və müqavilə bağlamaqla tənzimlənməsi), 12 (İşəgötürənin əsas vəzifələri və məsuliyyəti), 69 (Əmək müqaviləsinin işçi tərəfindən ləğv edilməsi qaydası), 68 (Əmək müqaviləsinə xitam verilməsinin əsasları), 72 (Əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilən hallar), 74 (Tərəflərin iradəsindən asılı olmayan hallarda əmək müqaviləsinə xitam verilməsinin əsasları) və 77 (Əmək müqaviləsinə xitam verilərkən işçilərin təminatları).

Abbasov Vüqar uzun illər SOCAR-ın “Qaz İxrac” İdarəsinin Astara Magistral Qaz Kəmərləri Sahəsində: kompressor stansiyasında, “nasos qurğularının maşinisti” peşəsində işləyib.

 

2019-cu ilin Oktyabr ayında Vüqar Abbasov xəstələnmiş və onkoloji xəstəliklə əlaqədar 2 il 7 ay müalicə almışdır. Bu müalicə uzun müddət davam etmiş, işləyə-işəyə ambulator və sair müalicə və müayinələr almışdır. 2021-ci ilin sentyabr ayından isə artıq işə çıxa bilməmş, 6 ay ərzində intensiv müayinə, müalicə və kimya terepeya qəbul etmişdir. 6 ay müddətində əmək qabliyyətinin itirilməsi barədə Xəstəlik vərəqələri almış və müvafiq qaydada işlədiyi müəssisəyə təqdim etmişdir.

 

2022-ci ilin Mart ayının 14-də qanunvericiliyə əsasən Vüqar Abbasova xəstəlik vərəqəsi verilməsi dayandırılmış, sənədləri Astara Mərkəzi Xəstəxanası tərəfindən Tibbi Sosial Ekspert Komissiyasına göndərilmişdir. Tibbi Sosial Ekspert Komissiyası Vüqar Abbasova vəfatından əvvəl 2-ci qrup əlillik dərəcəsi təyin etmişdir.

 

SOCAR “Qaz İxrac” İdarəsinin Astara Magistral Qaz Kəmərləri Sahəsinin Rəisi Zair Rzayevin göstərişi ilə Sahənin Kadrlar üzrə Mütəxəssisi Nuru adlı vəzifəli şəxs 30 mart 2022-ci il tarixində Vüqar Abbasovun evinə  gəlməklə ağır yataq xəstəsi Vüqar Abbasova təzyiq edərək, hədə qorxu yolu ilə  işdən azad olması barədə Ərizə yazdırmışdır. 17 gün sonra isə işçi vəfat edib. [8].

 

Maddə 211. (Əməyin mühafizəsinin normativ hüquqi tənzimlənməsi)  

Təşkilata daxil olan müraciətlərdə qeyd olunub ki, zərərli işdə çalışan işçilərin pulsuz müalicə-profilaktik yeməklər, süd və ona bərabər tutulan məhsullarla təmin olunmasında problemlər mövcuddur. Problem şirkət strukturuna daxil olan bir çox idarələrdə müşahidə olunub.

 

  • SOCAR strukturuna daxil olan idarə və müəssisələrdə işçilər vaxtaşırı xüsusi geyimlərlə təchiz olunmur.

 

  • Dəniz obyektlərində neftçilərə iaşə xidməti göstərən Xəzəriaşə MMC [9]-dən çoxlu sayda şikayət olmasına baxmayaraq SOCAR həmin qurumla əməkdaşlığını davam etdirir. Dəniz platformalarında işçilərə verilən aylıq ərzaq normasını cürbəcür meyvələr,şirniyyat, cemlər, ət, toyuq, olsa da,işçilərə bu menyüdə adı qeyd olunan ərzaq, meyvə, şirniyyatı verilmir.

 

  • İş yerlərində,yataqxanalarda, dəniz platformalarında işçilər qızdırıcı-soyutma sistemlərinin işləməməsindən əziyyət çəkirlər.

 

  • Avqust ayında dənizdə neft qaz hasil edən Neft Daşlarında və 28 May adına NQÇİ-yə məxsus bir çox dəniz Platformalarında dəniz suyunu təmizləyən OSMOS qurğusu xarab olduğu(menbran sıradan çıxıb) 2000-dən yuxarı işçinin təmiz su ilə təchizatında yaranmış problem hələ də həllini tapmayıb.

 

  • Maddə 207, 209, 215, 222 (Əməyin mühafizəsi sahəsində mülkiyyətçinin və işəgötürənlərin vəzifələri, Sağlam və təhlükəsiz əməyin mühafizəsi şəraitinin təmn edilməsi)

 

Hesabat dövrü ərzində təşkilat üzvülərinin topladığı məlumata əsasən, 2022-ci il ərzində ölkənin hasilat sənayesində qanunvericiliyin pozulması nəticəsində 26 işçi xəsarət alıb, 2 nəfər həlak olmuşdur. Xəsarət alanlardan 18 nəfər SOCAR, 7 nəfər Balaxanı ƏŞ, 1 nəfər SOCAR-Petroleum QSC(Qapalı Səhmdar Cəmiyyəti) işçisi olub. 2 nəfər SOCAR işçisi iş yerində həlak olub [10].

 

Monitorinq nəticələrinə əsasən yaranan bəzi suallara aydınlıq gətirmək üçün “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanununun 9- cu maddəsinə əsasən, Dövlət Əmək Müfəttişliyi Xidmətinin [11] (DƏMX) informasiya sahibi olduğunu nəzərə alıb, 5.01.2023-cü il tarixində bu Xidmətə aşağıdakı suallardan ibarət informasiya sorğusu göndərdik: 

     

2022-ci il ərzində;

 

1. Dövlət Əmək Müfəttişliyi Xidməti (DƏMX) tərəfindən Azərbaycanın neft sektorunda (SOCAR, xarici neft şirkətləri ,onların podratçı, subpodratçı tərəfdaşları) bədbəxt hadisə nəticəsində əmək xəsarəti almış (sağlamlığını itirmiş), həlak olmuş və peşə xəstəliyinə tutulmuş neçə nəfər işçi qeydə alınmışdır?

 

Cavab: həlak olmuş - 3 nəfər, xəsarət alan - 24 nəfər

 

2. İstehsalatda baş verən bədbəxt hadisələrə görə hansı müəssisə rəhbəri, yaxud cavabdeh şəxslər maddi, inzibati və cinayət məsuliyyətinə cəlb olunub - cavab verilməyib.

 

3. Xahiş edirəm məlumat verilərkən işçilərin və bu hadisələrin baş verdiyi müəssisələrin adını da qeyd edəsiniz-cavab verilməyib

      

 “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanununun 24.1-ci maddəsinə görə, informasiya sorğusu ən qısa müddətdə, lakin 7 iş günündən gec olmayaraq icra edilməli idi. Lakin:

 

1. DƏMX informasiya sorğusuna 19 iş günü ərzində( 31.01.2023-cü ildə) və tam cavab verməyib.

2. Bədbəxt hadisə nəticəsində həlak olmuş və xəsarət almış işçilərin iş yeri açıqlanmayıb.

3. İş yerində xəsarət almış (24 nəfər) və həlak olmuş işçilərin sayı(3 nəfər), NHMT ekspertlərinin topladığı məlumatla (xəsarət almış işçilər 26 nəfər, həlak olmuş 2 nəfər) uyğunlaşmır.

4. İstehsalatda baş verən bədbəxt hadisələrə görə bir hansı müəssisə rəhbəri, yaxud cavabdeh şəxslərin maddi, inzibati və cinayət məsuliyyətinə cəlb olunduğu haqda məlumat açıqlanmayıb. [12]

 

Qeyd: İllik Hesabat təşkilatın saytına yerləşdirilib, sosial şəbəkələrdə ictimailəşdirildikdən sonra, DƏMX 8.02.23-cü il  tarixində  quruma göndərilmiş Sorğunun 1-ci sualına əlavə olaraq bildirdi ki: 
2022-ci il ərzində ölkənin hasilat sənayesində qanunvericiliyin pozulması nəticəsində 23 işçi xəsarət alıb, 3 nəfər həlak olmuşdur. Xəsarət alanlardan 15 nəfər SOCAR, 1 nəfər SOCAR-Petroleum QSC(Qapalı Səhmdar Cəmiyyəti), 1 nəfər Balaxanı ƏŞ, 1 nəfər Şirvan ƏŞ, 1 nəfər Binəqədi ƏŞ, 1 nəfər Turan Drilling & Engineering  MMC, 1 nəfər Umid Babek Oprerating Compani ƏŞ-nin işçisi olub. 1 nəfər Qalf Drillinng Saplay FZE şirkətinin AR filialının, 2 nəfər SOCAR işçisi iş yerində həlak olub [13].

 

Maddə 310 [14]Vətəndaşların müraciətləri haqqında Azərbaycan Respublikasının Qanunu[15] , Azərbaycan Respublikasının Konstitutsiyası [16]

 

SOCAR strukturuna daxil olan bəzi idarə və müəssisələrdə mövcud problemlər şirkətin sahə üzrə məsulları tərəfindən həllini tapmadığı halda ölkə başçısına, yaxud başqa yuxarı instansiyalara kollektiv yaxud fərdi qaydada  ərizə ilə müraciətlər edən yaxud həmin problemi sosial şəbəkələrdə qaldıran şəxslərin fikirlərinə münasibət bildirən işçilər çalışdıqları idarənin rəhbərliyi tərəfindən ciddi təzyiqlərə məruz qalırlar. İşçinin yazdığı şikayət ərizəsi, qanunvericiliyə zidd olaraq,şikayət etdiyi orqana göndərildiyi üçün işçi ciddi təqiblərə məruz qalır. Bəzən həmin işçilər müqavilə vaxtının bitməsi bəhanəsi ilə işdən azad olunur. 

 

Maddə 308 (Bu Məcəllənin tələblərinə əməl olunmasına nəzarət)309 (Bu Məcəllənin tələblərinə əməl olunmasına ictimai nəzarət )310 (Bu Məcəllə ilə müəyyən olunmuş hüquqları pozmağa görə məsuliyyət)

Ölkənin əmək qanunvericiliyini pozduqlarına görə SOCAR və onun tərəfdaşları müvafiq qurumlar tərəfindən cəzalandırılmayıb.

 

Vətəndaşların müraciətləri haqqında Azərbaycan Respublikasının Qanunu maddə 7.13 [17].

 

SOCAR Azneft İB , 28 May adına NQÇİ-nin keçmiş işçisi Həsənov Həsən 3ildir ki, pozulmuş hüquqlarının bərpası ilə əlaqədar müxtəlif instansiyalara (məhkəmələrə, ölkə başçısına, Birinci vitse prezidentə, BMT,Ombudsman,DƏMX, SOCAR,Energetika Nazirliyi, və s.) müraciət edir. Dirilərdən ədalətli araşdırma görmədikdə mərhum prezident Heydər Əliyevin məzarına da müraciət edib. Lakin zidd olaraq bütün ərizələr şikayət olunan quruma göndərilmiş, və bütün orqanlara eyni standart cavab verilmişdir. Şikayət şikayətçinin iştirakı ilə müstəqil qurum tərəfindən araşdırılmamışdır.H.Həsənov işdən azad olunmaqla yanaşı 1992-ci ildən yaşadığı Çilov adasından da çıxarılıb.

 

Korrupsiyaya qarşı mübarizə haqqında Azərbaycan Respublikasının qanunu

 

Maddə 7. 1. Vəzifəli şəxslərin yaxın qohumları, seçkili vəzifələr və qanunvericiliklə nəzərdə tutulan digər hallar istisna olmaqla, bilavasitə onun tabeliyində olan heç bir vəzifə tuta bilməzlər.

   

Qeyd. SOCAR strukturlarında idarəetmədə əksər işçilər yüksək vəzifə tutan şəxslərin qohumlarıdır.

 

Nəqliyyatla təminat

 

Dəniz platformalarında çalışan işçiləri işə aparıb gətirən  helikopter təminatındakı problem hələ də həllini tapmayıb. Avqust ayında yenə işçiləri qırağa çıxaran helikopterdə nasazlıq yaranmışdı. Platfaormadan qalxmağa hazırlaşan vertalyot məcburi eniş etmişdi.

İşçilərin dediyinə görə helikopterlər köhnədir və onların iş resursu tükənib. Buna görə də uçuş zamanı mühərrik və diğər hissələrində problemlər yaranır. Pilotlar işçilərə məcburi enişin,helikopterin resurslarının tükəndiyi ilə əlaqələndiriblər.

MI8 markalı helikopter SWHS HELICOPTER SERVICES şirkətinə məxsusdur. SOCAR dəniz obyektlərində( platforma,özüllər və s) çalışan 20-21 nəfər neftçi işə bu helikopterlərlə aparılıb gətirilir. İşçilər son zamanlar havada uçuş zamanı helikopter mühərrikində nasazlıq yaranması halını müşühidə ediblər. İşçilərin dediyinə görə helikopterlər köhnədir və onların iş resursu tükənib. Buna görə də uçuş zamanı mühərrik və diğər hissələrində problemlər yaranır . Problem əsasən AZE 69 və,71 və 73 nömrəli helikopterlərdə müşahidə olunub.  

 

  

  

 Gəmi ilə təminat 

 

- SOCAR Kompleks Qazma İşləri Trestinin işçiləri 11.08.2022 tarixində saat 15:30 Pirallahı limanına çağrılıb. Orda axşam saat 21.00-dək gözləyəndən sonra işçilər, 11-ci körpüdən 1966-ci ildə inşa olunmuş PSK 28 – lə gecə saat 03 radələrində Neft Daşlarının limanına çatıb. Bir saata qədər də orda limanda gəminin içərisində gözlədikdən sonra, axşam saat 9-da gəmiyə minən neftçilər 15 saatdan sonra iş yerinə çatıb.

 

 - 17 noyabr səhər Çilov adasina növbə dəyişməyə gedən SOCAR 28 May adına NQÇİ-nin işçiləri gecə saat 3-ə qədər Zığ gəmi limanında gəmi gözlədikdən sonra, onlara xəbər verilib ki, gəmi xarab olub. İşçilər səhərədək Zığ limanında saxlanıldıqdan sonra onları, Pirallahı qəsəbəsində yerləşən helikopter meydanşasına göndəriblər. Axşamadək helikopter meydançasında qalan neftçilər yenidən Zığ gəmi limanına yola salınıb. 17 noyabr səhər Zığ gəmi limanına gələn neftçilər yalnız 18 noyabr gecə saat 12.00-də gəmi ilə Çilov adasına göndərilib.

Qeyd: Sahə üzrə məsul şəxs cəzalanmayıb!!

 

- Neftçiləri Neft Daşlarına aparıb gətirən Q.Qarayev gəmisində işçilərlə bərabər işçilərə iaşə xidməti göstərən Xəzəriaşənin mallarının da yüklənməsi davam edir.Belə ki, neftçilər hər dəfə Neft Daşlarına gedəndə və qayıdanda iki saata yaxın gözləməlidirlər ki, Xəzəriaşənin malları gəmiyə yüklənsin. Belə ki, sahildən saat 8- də çıxmalı olan gəmi , Xəzəriaşə malları yukləndikdən sonra ,saat 10 da çıxır Neftçilər işə gəminin içərisində gözləmək məcburiyyətində qalırlar.

Neft Daşlarından yola düşdükdə isə Xəzəriaşə konteynerləri bosalmayanadək gəmi yola düşə bilməz. Yenə də evə getməli olan Neftçilər gəmidə gözləmək məcburiyyətində qalırlar.

 

Şəkildə gəmidə görünən içi ərzaqla dolu və su qablari yerləşdirilmiş Xəzəriaşəyə məxsus dəmir konteynerlərdir

Bir 3 nəfər və su kütləsi şəkili ola bilər 

 

Nəticə

 

- Neft sektorunda əmək qanunvericiliyinin və digər normativ hüquqi Aktların icra vəziyyəti üzrə aparılan Monitorinq nəticələri göstərir ki,  

 

- Ölkədə biznes və siyasi maraqlar insan hüquqlarını üstələyib.

 

- Azərbaycanda ən çox pozulan məhz əmək hüquqlardır və buna görə də bu vaxtadək bir nəfər də olsun vəzifəli şəxs cəzalanmayıb.  

 

- Son on il ərzində Azərbaycanın Əmək Məcəlləsinə 300-dən yuxarı dəyişiklik olunub. Əksəri də işəgötürənin xeyrinə. Ölkə Parlamentinin 80%-i işəgötürəndir!

 

- İşçi öz hüquq və vəzifələrini kifayət qədər bilmir, əksər hallarda isə iş yerini itirmək qorxusu işçilərin şikayətetmə mexanizmindən istifadəsinə mane olur.

 

- İşçilərin müstəqil həmkarlar təşkilatlarının yaradılmasına işəgötürənlər tərəfindən maneçilik törədilir. Mövcud həmkarlar təşkilatının üzvülüyündən çıxmaq istəyən işçi işəgötürən tərəfindən təzyiqlərə məruz qalır.

 

Neft və Qaz Sənayesi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi:

 

- Həmkarlar İttifaqı haqqında qanunun 11-ci maddəsini[18] pozaraq SOCAR  işçilərinin kütləvi ixtisarına razılıq verib.

- Əmək Məcəlləsində nəzərdə tutulmayan imtahan, test, müsahibə və müsabiqələrin keçirilməsinə, bu səbəbdən işçilərin işdən azad edilməsinə, aşağı vəzifəyə keçirilməsinə, aşağı maaşlı işə keçirilməsinə etiraz etməyib.

- SOCAR-da rəhbər işçilərə və vəzifəli şəxslərin əmək haqqlarına əlavələr edilməsinə, lakin bu əlavələrin fəhlə və qulluqçulara şamil edilməsi barədə diskriminasiya halların və digər qanun pozuntularına etiraz etməmiş, işçilərin əmək hüquqlarını qorumamışdır.

- Əmək qanunvericiliyinin icrasina dövlət nəzarətini həyata keçirməli olan(ARƏM 15) Dövlət Əmək Müfəttişliyi öz funksiyasını zəif yerinə yetirir və işəgötürənlər bundan istifadə edir.

- Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi, Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə pensiya Təyinat İdarəsi də hesabat dövründə işçilərin əmək və güzəştli şərtlərlə əmək pensiyası hüquqnu pozmuş, əsassız və qanunsuz imtina səbəbləri ilə işçilərər pensiya təyin etməmişdir[19].

 

Təkliflər:

 

Əmək Məcəlləsinə ciddi dəyişiklik olunmalıdır. Parlamentin müvafiq Komissiyalarında Əmək qanunvericiliyinə əlavə və təkliflərlə əlaqadar müzakirələr olanda sahə üzrə peşəkar QHT müzakirələrdə iştirak etməlidir.

 

Dövlət Əmək Müfəttişliyi Xidməti Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tərkibindən çıxarılıb, Əmək Nazirliyi yaradılmalıdır.

 

İşçilərin öz müstəqil həmkarlar Təşkilatlarının yaratmasına imkan verilməlidir.

 

3.2. Hasilat sənayesində fəaliyyət göstərən şirkətlərin ətraf mühitə təsiri

 

Monitorinqlər zamanı:

 

- Neft hasilatı zamanı əmələ gələn lay sularının, digər mexaniki qarışıqlar və zəhərli maddələrin (quyuların əsaslı təmiri zamanı əmələ gələn zəhərli qarışıqlar, qaz xətlərinə yığılmış mayelər və həmin xəttin donmaması üçün ona vurulan zəhərli metanol, əmtəə neftin lay sularından tam ayrılması üçün ona vurulan zəhərli alkon və s.) neft yığım çənlərindən və digər yerlərdən birbaşa dənizə axıdıldığı müşahidə olunmuşdur. Belə ki, Neft Daşlarında estakada meydançalarında neft, qaz, su, mexaniki qarışıqlar neft çənlərinə yığılır ordan da nasoslar vasitəsilə neft yığım çənləri parkına ötürülür. Monitorinq zamanı müşahidə olundu ki. meydançada yerləşən neft yığım çənlərinin dibində yığılan çöküntü və lay sularından təmizləmək üçün, çənin alt hissəsində olan siyirtmə açılıb həmin zərərli maddələr birbaşa dənizə axıdılması;

- Neft Emalı Zavodu neft emalı proseslərində, formalaşan tullantıların ətraf mühitə atılması nəticəsində havanı çirkləndirdirməklə həmin ərazidə yaşayan insanların sağlamlığına ziyan vurması;

- Balaxanı ƏŞ fəaliyyət göstərdiyi risqli ərazilərdə qeyri qanuni yaşayış evlərinin tikilməsi və s.müşahidə olunub. Monitorinq zamanı müşahidə olunan bütün məlumatlar Sosial şəbəkələrdə yayılmış, tədbir görülməsi üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Nazirliyinə göndərilmişdir.

 

SOCAR, Azneft İB Neft Daşları. Daxil olan məlumatda həm də qeyd olunur ki Neft Daşlarında fəaliyyət göstərən bütün sahələr tullantılarını dənizə axıdırlar.Küləkli gün olmayanda isə dənizin üzəri sanki mazut gölünü xatırladır. Əksər şəkillər neft yığım çənlərinin ətrafında çəkilib.

 

1.04.2022

  C:\Users\hp\Desktop\276162490_2779794475499683_2474791150147794821_n.jpg C:\Users\hp\Desktop\277792595_2779793265499804_4812021577354242307_n.jpg C:\Users\hp\Desktop\277796008_2779793055499825_7836933026420480058_n.jpg

 

28.04

C:\Users\hp\Desktop\279017245_2803045346507929_6781307708905947623_n.jpg C:\Users\hp\Desktop\279371131_2803045416507922_2131069365647975461_n.jpg C:\Users\hp\Desktop\279085893_2803046046507859_7626401942152176422_n.jpg

 

3.05.2022

C:\Users\hp\Desktop\278756424_2807392466073217_6544730233487932930_n.jpg C:\Users\hp\Desktop\279117304_2807392539406543_2884077939165787864_n.jpg

 

27.05

C:\Users\hp\Desktop\284208945_2829650503847413_1156330508145242135_n.jpg

 

24.06.2022 Neft Daşları, sürücülər qalan yataqxananın arxası. Sürücü yazır: Lay sularını açıq dənizə acıb buraxdıqları ucun qəribə qoxu gəlir otaqda qoxudan yata bilmirik.

 

 C:\Users\hp\Desktop\289831185_2854374244708372_2968493565771970336_n.jpg C:\Users\hp\Desktop\290168725_2854378438041286_3242972415841727107_n.jpg

 

14.07.2022

C:\Users\hp\Desktop\293872286_2872174496261680_6179222947753589999_n.jpg

 

14.08.2022

C:\Users\hp\Desktop\299292464_2897910480354748_3426159445759438621_n.jpg

 

12.09

Bir su kütləsi şəkili ola bilər Bir su kütləsi şəkili ola bilər

 

25.11

 

 

29.12

Bir su kütləsi şəkili ola bilər Bir su kütləsi şəkili ola bilər

 

27.07.2022

Balıqçı qayıqları yenə Neft Daşlarında,Strateji əhəmiyyətli obyektlərə balıqçı qayıqları buraxılır Şəkildə gördüyünüz balıqçı qayıqları mütamadi olaraq SOCAR-ın strateji əhəmiyyətli obyekti olan Neft Daşlarının ərazisindədir. Balıqçı qayıqlarının əraziyə daxil olması təhlükəlidir və qanuna ziddir.

C:\Users\hp\Desktop\295702963_2883534628459000_4012406589183379028_n.jpg

 

15.04.2022  SOCAR H.Əliyev adına neft emalı zavodu

 

Neft Emalı Zavodu neft emalı proseslərində, formalaşan tullantıların ətraf mühitə atılması nəticəsində havanı çirkləndirdirməklə ətraf mühitin mühafizəsi haqqında qanunvericiliyi pozduğu üçün ETSN tərəfindən yalnız son üç il ərzində 90.187 man (doxsan min 187 man), məbləğində cərimə olunmuşdur.

Qeyd: Zavod əhalinin kompakt yaşadığı ərazidə yerləşdiyindən, tək havanı yox, insan orqanizmini də çirkləndirir.

 

C:\Users\hp\Desktop\278453719_2792185144260616_5965161830908529193_n.jpg

 

15.06.2022

Rusiyanın Lukoyil şirkəti "Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikasının qanunun 78-ci maddəsini (Ətraf mühitin mühafizəsi haqqında qanunvericiliyin pozulmasına görə məsuliyyət) pozub. Belə ki, cari ilin İyun ayının 9-da saat 17:20 radələrində birinci doldurucu (stoyakda) maşının üçüncü bölməsi doldurularkən yanacaq daşıb. Bu halda ətraf mühitin mühafizəsi haqqında qanunvericiliyin pozulmasında təqsirkar olan hüquqi və fiziki şəxslər, o cümlədən vəzifəli şəxslər Azərbaycan Respublikasının Mülki, İnzibati Xətalar və Cinayət məcəllələrində nəzərdə tutulmuş hallarda məsuliyyət daşıyırlar. Ekoloji hüquq pozuntusu, özü cinayətdir. İndiki halda isə bu pozuntunu çəkən( video əlavədə), bu haqda vəzifəli şəxsə məlumat verən işçilər cəzalanıb işə buraxılmırlar. Səbəb isə işçinin işdə telefondan istifadəsi olub(??)

 

Azərbaycanda ətraf mühitin qorunmasının başlıca prinsiplərindən biri də ətraf mühitin qorunması sahəsində ictimai və vətəndaş nəzarətinin olmamasıdır. (Ətraf mühitin mühafizəsi haqqında “Azərbaycan Respublikasının qanunun Maddə 73) Təəssüflər olsun ki, indiki halda işçinin cəzalandırılması bu prinsipə də ziddir. Ətraflı: https://youtu.be/_VGOpy9bmIs

 

20.12. Balaxanı ƏŞ

 

https://www.facebook.com/100004074724416/videos/pcb.3025347847611010/483086820615914

https://www.facebook.com/100004074724416/videos/pcb.3025347847611010/886218089063954

https://www.facebook.com/100004074724416/videos/pcb.3024279411051187/867307997948872

 

Əlavədəki video və şəkillər Balaxanı ƏŞ-nin ərazisində çəkilib. Ərazi SOCAR-a məxsus olan kontrakt ərazisidir. (2010-cu ilin iyun ayında (SOCAR), SOCAR-ın “Ortaq Neft Şirkəti” (ONŞ) və Sinqapurun “UQE-Lancer PTI. Ltd” şirkəti arasında Hasilatın Pay Bölgüsü haqqında” Saziş (UQE-Lancer PTİ Ltd - 75%, SOCAR ONŞ - 25%) bağlanıb.) Ərazidə həm işlək, həm də bağlı neft quyuları var,yaşayış üçün risqlidir. Bununla bərabər risqli ərazi uzun illər müvafiq şəxslər tərəfindən qeyri qanuni hissə-hissə əhaliyə satılmış və satılmaqda davam edir. Videoların birində (əlavə etməmişəm) ərazidə restoran tikilməsi və həmin tikintinin Balaxanı ƏŞ-nin iki vəzifəli şəxsə aid olduğu bildirilir.

 

Məlumatda o da qeyd olunur ki, tikinti aparılacaq ərazidə mövcud olan neft buruğu da olub. Tikintiyə başlamazdan öncə həmin buruq demontaj olunub.

 

Monitorinq zamanı müşahidə olunan bütün məlumatlar Sosial şəbəkələrdə yayılmış, tədbir görülməsi üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Nazirliyinə göndərilmişdir.

 

2022-ci ildə karbohidrogen hasilatı və emalı proseslərində ətraf mühitin mühafizəsi haqqında qanunvericiliyin və bu sahədə qəbul olunmuş normativ-hüquqi aktların tələblərinin pozulması, formalaşan tullantıların ətraf mühitə atılması, axıdılması və yerləşdirilməsi ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992-ci il 03 mart tarixli 122 nömrəli Qərarı ilə təsdiq edilmiş “Təbii ehtiyatlara görə haqq və təbii mühitə atılan zərərli maddələrə görə ödəmələr alınması və bu ödəmələrdən istifadə Qaydaları”na əsasən SOCAR-ın  neft qaz hasilatı strukturlarına  və əməliyyat şirkətlərinə ümumilikdə 622 642 (altı yüz iyirmi iki min altı yüz qırx iki) manat məbləğində ödəmə tətbiq edilmişdir.

 

Eyni zamanda Dövlət Ekoloji Təhlükəsizlik Xidməti və onun funksional tabeliyində olan reqional ekologiya və təbii sərvətlər idarələri tərəfindən aparılan araşdırmalar zamanı həmin idarələrə aşkar olunmuş çatışmazlıqların aradan qaldırılması üçün icrası məcburi olan müddətli “Məcburi göstəriş”lər verilmişdir.

 

Bununla yanaşı, “Suraxanı OİL Operation Company S.A.” şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi, SOCAR-n Neft Kəmərləri  və Abşeronneft  neft qaz çıxarma idarələri barəsində,“ hüquqi şəxs qismində inzibati xətanın törədilməsi ilə əlaqədar inzibati xəta haqqında protokollar tərtib edilmiş, müvafiq qərarın qəbul edilməsi üçün aidiyyəti üzrə məhkəmə orqanlarına göndərilmişdir. 

 

Həmçinin “Neft Daşları” NQÇİ-nin, “Neftqaztikinti” Trestinin 3 saylı Tikinti Quraşdırma Bölümünün rəisləri və “Heydər Əliyev” adına Neft Emalı Zavodunun 10 saylı İstehsalat Bölümünün rəis müavini barəsində vəzifəli şəxs qismində inzibati xəta haqqında protokol tərtib edilmiş və inzibati tənbeh vermə haqqında qərara əsasən cərimə olunmuşdur.

 

4. Hüququi yardım

 

Hesabat dövrü (yanvar-dekabr) ərzində Azərbaycan Respublikasının neft sənayesində çalışan təqribən 2500, digər sahələrdə çalışan 500 nəfər, ümumimilikdə isə 3000 nəfərə yaxın işçiyə və vətəndaşlara: əmək, sosial, iqtisadi və mülki sahədə  hüquqi yardım göstərilmişdir. Hüquqi yardımlar digər sahələrdə çalışan işçilərə, vətəndaşlara, o cümlədən əlillərə, pensiyaçılara, gənclərə, qadınlara və digər vətəndaşlara da göstərilmişdir.

Hüquqi yardım şifahi, telefon və internet vasitəsi ilə də aparıldığndan müraciət edənlərin müəyyən hissəsinin qeydiyyatını aparmaq mümkün olmamışdır. Eyni zamanda müraciət edənlərin bir çoxu bəzi hallarda özlərini təqdim etmək istəmirlər və ya özlərini təqdim etsələr də müəyyən səbəblərə (İşəgötürənlərdən və dövlət orqanlarından çəkindiklərinə görə) görə adlarının qeydiyyatının aparılmasını və ya açıqlanmısını istəməyiblər.

Təşkilat tərəfindən hüquqi yardımlar aşağıdakı istiqamətlərdə təşkil olunmuşdur:

 

4.1. Marifləndirmə  məlumatlandırma

 

Bu fəaliyyət: Təşkilatın ofisində, marifləndirici bukletlər, İctimai qəbullar və treninqlər, İnternet TV, Təşkilatın saytı(nhmt-az.org), Telefon, internet vasitəsilə (hüquqşünas və təşkilat rəhbərinin e-mail adresi) və sosial şəbəkələr vasitəsilə reallaşdırılır.

 

https://www.facebook.com/nhmt.ib

https://www.facebook.com/Neftçilərin-Hüquqlarını-Müdafiə-Təşkilatı-252293961555136

https://www.facebook.com/azer.quliyev.1656

 

Məhkəmə vasitəsilə hüquqi yardım

 

Hesabat dövründə Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatı İctimai Birliyi tərəfindən 45 iddia ərizəsi ilə məhkəməyə müraciət olunmuş, Apelyasiya və Kassasiya şikayəti verilmiş, İddia, Apelyasiya və Kassasiya şikayətlərinə Etiraz hazırlanmış, 3-cü şəxs kimi iddiaçılara kömək edilmiş, icra orqanlarında yardım göstərilmiş və hüquqları qorunmuşdur. Hüquqi yardımlar əsasən, işə bərpa, mülkiyyət hüququ, əmək haqqının ödənilməsi, əmək xəsarətinin qeydə alınması, kompensasiyaların verilməsi və sair üzrə olmuşdur.

 

İddia

Rayon və ərazi inzibati

Apellyasiya məhkəməsi

Ali Məhkəmə

Cəmi

Təmin olunan

11

4

 5

5

Təmin olunmayan

8

2

4

19

Davam edən

3

 6

2

 13

Cəmi

22

12

11

 45

 

NHMT İB ekspert qrupu


[1] ARDNŞ (20%paya malik) və “Bahar Enerji Limited” (80% paya malik) arasında bağlanmış 22 dekabr 2009-cu il tarixli Saziş və 27.04.2010-cu il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Xəzər dənizinin Azərbaycan sektorunda Bahar yatağının və Qum-dəniz yatağının daxil olduğu blokun kəşfiyyatı, bərpası, işlənməsi” hasilatın pay bölgüsü Sazişi əsasında 01.10.2010-cu il tarixdən fəaliyyət göstərir. Bu müqavilə üzrə ARDNŞ tərəfdaşı kimi Virgin adalarında qeydiyyatdan keçmiş Bahar Energy Ltd şirkəti çıxış edir. Bahar Enerji -nin təsisçisi Greenfields Petroleum Corporation isə Kayman adalarında qeydiyyatdan keçib.

 

[2] Əmək haqqı (aylıq tarif maaşı, əlavələr və mükafatlar) təyin edilərkən, o cümlədən digər əmək münasibətlərində vətəndaşlığına, cinsinə, irqinə, dininə, milliyyətinə, dilinə, yaşayış yerinə, əmlak vəziyyətinə, ictimai-sosial mənşəyinə, yaşına, ailə vəziyyətinə, əqidəsinə, siyasi baxışlarına, həmkarlar ittifaqlarına və ya başqa ictimai birliklərə mənsubiyyətinə, qulluq mövqeyinə, həmçinin işçinin işgüzar keyfiyyətləri, peşəkarlıq səriştəsi, əməyinin nəticələri ilə bağlı olmayan digər amillərə görə işçilər arasında hər hansı ayrı-seçkiliyə yol verilməsi, həmin amillər zəminində bilavasitə və ya dolayısı ilə imtiyazların və güzəştlərin təyin edilməsi qadağandır.

 

[3] Azərbaycan Respublikasının Korrupsiya haqqında Qanunu, maddı 7.1. Vəzifəli şəxslərin yaxın qohumları, seçkili vəzifələr və qanunvericiliklə nəzərdə tutulan digər hallar istisna olmaqla, bilavasitə onun tabeliyində olan heç bir vəzifə tuta bilməzlər. 7.2. Bu Qanunun 7.1-ci maddəsinin tələblərini pozan şəxslər həmin tələblərin pozulması müəyyən edildikdən sonra 30 gün müddətində həmin pozuntunu könüllü olaraq aradan qaldırmadıqları halda tabeliyi istisna edən başqa vəzifəyə keçirilməli, bu mümkün olmadıqda isə həmin şəxslərdən biri tutduğu vəzifədən azad olunmalıdır.

 

[4] İşçi Azərbaycan Respublikasının Qanunvericiliklə müəyyən edilmiş pensiya yaşına çatdıqda bu Əmək müqaviləsinə işəgötürən tərəfindən 1 ay müddətində xitam verilə bilər”.

 

[5] Təşkilatın rəy və təklifləri sosial mediada,mətbu orqanlarında,internet TV vasitəsilə ictimailəşdirildikdən sonra əmrin icrası dayandırılmışdır.Müşahidə davam edir.

 

[6] Bu maddəyə “əlavə və dəyişikliklərin” olunması ilə əlaqadar NHMT tərəfindən Parlamentə və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət olunub.NHMT “Təklifi” nazirliyin parlamentə verdiyi Təkliflər paketinə salınsa da Parlament təklifin qəbulunu ləngidir. Ona görə ki, Parlamenti 80%-i işəgötürəndir.

 

[7] NHMT problemi, mətbuat, sosial şəbəkələr vasitəsilə ictimailəşdirməsi nəticəsində bir çox idarə və müəssisələrdə test imtahanları saxlanılıb.

 

[8] NHMT ölkənin əmək qanunvericiliyini pozduğu üçün SOCAR Qaz İxracı idarəsini məhkəməyə verib.

 

[9] Ölkədə çoxlu sayda Catering (iaşə xidməti) şirkətlərin olmasına rəğmən, SOCAR heç bir tender elan etmədən işçilərinə iaşə xidməti göstərilməsi üçün Xəzəriaşə MMC ilə müqavilə bağlayıb.

 

[10] Hesabatda qeyd olunan məlumatlar, faktiki olaraq istehsalatda baş verən bədbəxt hadisələrdən azdır, belə ki, bir çox hallarda işəgötürənlər və ya işçilər baş vermiş bədbəxt hadisələri müxtəlif yollarla qeydə almırlar və ya gizlədirlər.

 

[11] ARƏM Maddə 15. Əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqan Dövlət Əmək Müfəttişliyi Xidmətidir (https://www.sosial.gov.az/D%C6%8FMXstruktura)

 

[12] Əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqan səlahiyyəti çərçivəsində əmək qanunvericiliyinin pozulmasında təqsirkar şəxslərdən yol verdikləri hüquq pozuntularının aradan qaldırılmasını tələb etmək, onları Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən olunmuş hallarda və qaydada inzibati məsuliyyətə cəlb etmək və digər məsuliyyətə cəlb olunması üçün müvafiq orqanlar qarşısında məsələ qaldırmaq hüququna malikdir.

 

[13] Hesabatda qeyd olunan məlumatlar, faktiki olaraq istehsalatda baş verən bədbəxt hadisələrdən azdır, belə ki, bir çox hallarda işəgötürənlər və ya işçilər baş vermiş bədbəxt hadisələri müxtəlif yollarla qeydə almırlar və ya gizlədirlər.

 

[14] İstər işçilər, istərsə işəgötürənlər, istərsə də başqa şəxslər bu Məcəllə ilə və əmək qanunvericiliyi sisteminə daxil olan digər normativ hüquqi aktlarla müəyyən olunmuş hüquqları pozmağa, onları hər hansı şərtlə və ya qaydada məhdudlaşdırmağa, habelə bu hüquqlardan sui-istifadə etməyə, əmək müqaviləsi ilə müəyyən edilmiş öhdəlikləri, vəzifə funksiyasını yerinə yetirməməyə görə qanunvericiliklə müəyyən edilmiş qaydada maddi, intizam, inzibati və cinayət məsuliyyəti daşıyırlar.

 

[15] Maddə 12.4. Dövlət orqanlarının və onların vəzifəli şəxslərinin, siyasi partiyaların, həmkarlar ittifaqlarının və digər ictimai birliklərin, habelə ayrı-ayrı vətəndaşların fəaliyyətinin və ya işinin tənqid edilməsi ilə bağlı, yaxud vətəndaşın və ya digər şəxslərin hüquq və azadlıqlarının bərpası və müdafiəsi məqsədi ilə edilən müraciətə görə vətəndaşı təqib etmək qadağandır.

 

[16] Maddə 57. Müraciət etmək hüququI. Azərbaycan Respublikası vətəndaşlarının dövlət orqanlarına şəxsən müraciət etmək, habelə fərdi və kollektiv yazılı müraciətlər göndərmək hüququ vardır.

 

[17] Vətəndaşların müraciətlərini aidiyyəti üzrə baxılmaq üçün qanunazidd hərəkətindən (hərəkətsizliyindən) şikayət edilən müraciətə baxan subyektə və ya onun vəzifəli şəxslərinə göndərmək qadağandır.

 

[18] İşəgötürənin təşəbbüsü ilə müəssisənin və ya onun struktur bölmələrinin ləğv edilməsi istehsalın tamamilə və ya qismən dayandırılmasına, iş yerlərinin ixtisarına və ya əmək şəraitinin pisləşməsinə səbəb ola bilərsə, müvafiq Həmkarlar ittifaqlarını azı üç ay qabaqcadan xəbərdar etmək və işçilərin hüquqlarının və mənafelərinin gözlənilməsi barədə onlarla danışıqlar aparmaqla həyata keçirilir.

 

[19] Hesabat dövründə dövlət qurumunun bu qanunsuz fəaliyyəti ilə əlaqədar məhkəməyə müraciət edilmiş və 2 nəfər işçinin hüquqlarə məhkəmə vasitəsi ilə bərpa olunmuşdur.

 

Neft Daşları dünyanın ilk neft platformasıdır. Neft Daşları şəhər qəsəbəsidir. Abşeron yarımadasından 42 km cənub-şərqdə yerləşən bu qəsəbə dəniz səviyyəsindən bir neçə metr hündürlükdə dənizin dibinə bərkidilmiş metal dirəklər üzərində dayaqlar üzərində salınmışdır. Neft Daşlarında 10-a yaxın idarə var və 4000-ə yaxın insan vaxtında işləyir.