NHMT-nın Azərbaycanın neft sektorunun müxtəlif sahələrində apardığı monitorinqlərin nəticələri, Azərbaycanda həyata keçirilən neft layihələrini reallaşdıran xarici şirkətlərdə və ARDNŞ-nin müxtəlif strukturlarında çalışan işçilərərdən daxil olan şikayət ərizələrini araşdırıarkən,Azərbaycan Respublikasının qanunlarının yalnız xarici şirkətlər tərəfindən deyil,həm də ARDNŞ tərəfindən də pozulma hallarının mövcud olduğu məlum olmuşdur. NHMT İB-nə daxil olan ərizə,şikayətlərin əsasında təşkilatın müxtəlif vaxtlarda apardığı araşdırmaların nəticəsi göstərir ki, ARDNŞ-nin rəhbərliyinin zaman - zaman dəyişdirilməsi də həmişə müəyyən kateqoriya işçilərin vəziyyətinin pisləşməsi ilə müşayət olunub və rəhbərliyin son dəfə dəyişdirlməsi də bu cəhətdən istisna təşkil etməmişdir.
Belə ki, aprel ayından başlayaraq indiyədək ARDNŞ-nin icra aparatında, Azneft İB-də, «Azərneftyağ» zavodunda,Bakı Dərin Özüllər zavodunda və şirkətin digər strukturlarında işçilərin qeyri-qanuni olaraq işdən azad edilməsi prosesi davam edir. Yeni təyin olunmuş rəhbərlər işçilərin sayının və ştatların ixtisarı adı altında, işçilərlə işəgötürən arasında bağlanmış və qanunvericiliyə zidd tərtib olunmuş əmək müqaviləsinin vaxtının qurtarması bəhanəsi ilə əmək müqaviləsinə xitam verirlər. Əslində aparılan araşdırmalar onu göstərir ki, hal-hazırda və əvvəllər yuxarıda göstərilən əsaslar ilə əmək müqaviləsinə xitam verilmiş müəssisələrdə işçilərin və ştatların sayı nəinki azaldılmış əksinə artırılmış və işdən azad olunmuş işçilərin əvəzinə yeni işçilər qəbul edilirlər. Azərbaycanın neft sənayesindəki mövcud həmkarlar ittifaqı isə bütün bü hallarda seyrçi mövqe tutur və fakktlara heç bir rəsmi münasibət bildirmir, bəzi hallarda isə bu prosesin iştirakçısına çevrilir. Belə ki , 2007-ci il yanvar ayının 8-də H.Əliyev adına Dərin Özüllər zavodunun 10-15 il myddətində bu zavodda işləyən 37 nəfər işçisinə onlarla bağlanmış əmək müqaviləsinə müqavilə müddətinin qurtardığı üçün xitam verildiyi bildirilmişdir.İşçilərin işdən azad olunmasına zavodun Həmkarlar Təşkilatı razılıq vermişdir.
Azərbaycan Respublikası Əmək Məcəlləsinin 45.4-cü maddəsinə əsasən əmək funksiyanın yerinə yetirilməsi şərtlərinə görə işin və xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda əmək müqavilələri müddəti müəyyən edilmədən-müddətsiz bağlanmalıdır.BDÖZ-nun işçilərinin yerinə yetirdikləri işlər daimi xarakter daşıyır. Bu səbəbdən onlarla əmək müqaviləsi müddətsiz bağlanmalı idi. Digər tərəfdən zavodda işlərin həcminin azalması və kütləvi ixtisarın olması barədə əsaslandırılmış əmr də yoxdur. Bu işçilər BDÖZ-da 15-20 ildən çox əmək stajına malikdirlər. İşə qəbul olunarkən onlarla işəqötürən arasında müddətsiz müqavilə bağlanmışdır. Lakin işəqötürən son 1-2 ildə müəyyən təyziqlər nəticəsində işçi ilə işəgötürən arasında bağlanmış müddətsiz əmək müqavilələrini məqsədyönlü şəkildə müddətli (bir il)əmək müqavilələri ilə əvəz etmişdir. Əmək məcəlləsinin 45.3-cü maddəsinə əsasən müddəti müəyyən edilmədən bağlanmış əmək müqaviləsi müddətli əmək müqaviləsi ilə hər iki tərəfin razılığı olmadan əvəz edilə bilməz. Bu halı o fakt sübut edir ki, işçilərdən heç biri müddətsiz əmək müqaviləsinin müddətli əmək müqaviləsi ilə əvəz edilməsi ilə əlaqədar işəqötürənə yazılı ərizə ilə müraciət etməmişdir.
Əmək Məcəlləsinin 47-ci maddəsinə əsasən əmək funksiyasının xüsusiyyətlərinə,onun şərtlərinə, müddətinə görə işlərin(xidmətlərin)daimi xarakter daşımadığı hallarda-işçinin əmək qabliyyətinin müvəqqəti itirməsi,ezamiyyətdə,məzuniyyətdə olması səbəbindən onun başqa işçi tərəfindən əvəz edilməsi,mövsümü işlərdə,qısa müddətli təmir-tikinti işlərində və s.hallarda bağlanıla bilər. İşdən azad olunmuş işçilər isə uzun müddət zavoda işləmiş və onların yerinə yetirdikləri əmək funksiyaları Əmək Məcəlləsində qöstərilən halların heç birinə uyğun gəlmir. Əmək Məcəlləsinin 43.3-cü maddəsinə görə əmək müqaviləsi bağlanılarkən işçilərin Əmək məcəlləsi ilə müəyyən edilmiş hüquq və təminatları azaldıla bilməz. İşçilərlə məcburi qaydada əmək müqaviləsinin şərtlərini təyzyiq,hədə və qorxu ilə dəyişdirdiyinə qörə işəqötürən müəssisənin rəhbərliyi Əmək Məcəlləsinin 12.2-ci maddəsinə nəzərdə tutulan qaydada məsuliyyət daşıyır.
Lakin təəssüflər olsun ki, işçilərin hüquqlarını pozan işəgötürənlərə qarşı bu vaxtadək Azərbaycan Əmək Məcəlləsinin 310 (Bu Məcəllə ilə müəyyən olunmuş hüquqları pozmağa görə məsuliyyət) 311 (Əmək qanunvericiliyini pozmağa görə intizam məsuliyyəti, 312 (Əmək Məcəlləsini pozmağa görə inzibati məsuliyyət) 313 (Əmək qanunvericiliyini pozmağa görə cinayət məsuliyyəti) maddələrinin tətbiq olunmaması ölkədə sosial-iqtisadi,əmək hüquqlarının pozulma hallarının artmasına səbəb olmuşdur.
ARDNŞ –nin müxtəlif strukturlarında mövcud olan Həmkarlar İttifaqı Təşkilatları və Neft və Qaz Sənayesi işçilərinin Həmkarlar İttifaqı Respublika Komitəsi isə AƏM-nin ,309-cu maddəsini və Həmkarlar İttifaqı haqqında AR qanunu ilə onlara həvalə olunmuş - işçilərin sosial-iqtisadi və əmək hüquqlarının qorunması üzrə vəzifələrini yerinə yetirmir və yaranmış mübahisələr zamanı bütün hallarda işçilərin deyil qanunsuz qəar qəbul edən işəgötürənlərin tərəfini saxlayır.
Bütün qeyd olunanları əsas götürərək NHMT;
• ARDNŞ-də keçirilən və çoxlu sayda qanun pozuntusu ilə müşahidə olunan «kadr islahatlarından»narahat olaraq bu «özününküləşdirmə» əməliyyatını pisləyir,
• ARDNŞ rəhbərlərini Azərbaycan Respublikasının qanunlarına hörmətlə yanaşmağı,şirkətin bütün strukturlarında qanunun aliyliyini təmin etməyə ,günahkarları cəzalandırmağa çağırır.
• Müvafiq Dövlət Qurumlarından (,Əmək və Sosial Müdafiə Nazirliyi nəzdindəki Dövlət Əmək Müfəttişliyi,Həmkarlar Təşkilatları Konfederasiyası və s) yuxarıda göstərilən faktlara xüsusi diqqət yetirməyi və müəyyən tədbirlər görməyi xaiş edir.
Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının sədri:
Mirvari Qəhramanlı
ARDNŞ Azərbaycan qanunlarına məhəl qoymur. BƏYANAT
MÜƏLLİF:
Mirvari Qəhramanlı
At:
29 sentyabr 15