NHMT - İnsan Hüquqlarının Müdafiəsi üzrə Milli Fəaliyyət Planından irəli gələn öhdəliklərin sistemli analizi(auditi) və aidiyyatı olan orqanlara ilkin rəylərin verilməsi layihəsi üzrə YEKUN HESABAT

İnsan Hüquqlarının Müdafiəsi üzrə Milli Fəaliyyət Planından irəli gələn öhdəliklərin sistemli analizi(auditi) və aidiyyatı olan orqanlara ilkin rəylərin verilməsi layihəsi üzrə YEKUN HESABAT

Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatı

İnsan Hüquqlarının Müdafiəsi üzrə Milli Fəaliyyət Planından irəli gələn öhdəliklərin sistemli analizi(auditi) və aidiyyatı olan orqanlara ilkin rəylərin verilməsi  layihəsi üzrə YEKUN HESABAT

Layihənin əlaqələndiricisi: Mirvari Qəhramanlı

Layihə üzrə audit qrupu: Azər Quliyev, Nailə Balayeva, Həbil Süleymanov

Maliyyə dəstəyi: Böyük Britaniya səfirliyi

 

Bakı 2008-ci il

 

Məsuliyyətdən azad olma

Bu hesabat monitorinqi aparılan tərəfin fəaliyyəti ilə bağlı müxtəlif məlumatların əldə olunması, sənədlərin öyrənilməsi və təhlil edilməsi, müsahibələr və sorğuların aparılması nəticəsində əldə edilmiş tapıntılara əsaslanır. Hesabatın müəllifləri etiraf edirlər ki, burada verilmiş fikirlər onların  şəxsi fikirləridir və bunlar layihənin sponsoru  Böyük Britaniyanın ölkəmizdəki səfirliyinin və ya əlaqədar təşkilatları təmsil edən üzvlərin yeritdikləri siyasət və fikirləri əks etdirmir. Məlumatların verilməsi və təhlil zamanı edilmiş hər hansı səhv, nəyinsə nəzərdən qaçırılması və qeyri-səlis izaha görə yalnız hesabatın müəllifləri məsuliyyət daşıyır.

 

Mündəricat

 

1.Ön söz və təşəkkürlər

2.İcra xülasəsi

3. Auditin icrası

 

4. GİRİŞ

 

1.1. Layihənin məqsədləri

1.2. Layihənin həcmi, diqqət yetirilən məsələlər və həyata keçirilmə mümkünlüyü

 1.4 Audit olunan tərəfə dair məlumat və layihənin vacibliyinin əsaslandırılması

 

5. METODOLOGİYA

 

2.1.  Audit  zamanı istifadə edilən metodlar

2.2.  Audit proqramı

2.3.  Auditlə əlaqədar istifadə olunan sənədlər

2.4.  Görüşlər, sənədlərin öyrənilməsi, müsahibələr

2.5. Audit zamanı qarşıya çıxan problemlər

 

 

6.   MÜSAHİBƏLƏR,  AUDİT ZAMANI AŞKAR EDİLƏN MƏSƏLƏLƏR VƏ ONLARIN TƏHLİLİ

 

6.1.  İnsan hüquqları  sahəsində tədris, marifləndirmə,  elmi – analitik və əməkdaşlıq  tədbirlərinin qiymətləndirilməsi

6.2.Ali və orta təhsil müəssisələrində oxuyan şagirdlərdən və bu müəssisələrin çalışan işçilərdən müsahibələr

6.3. Ayrı-ayrı Dövlət  qurumları tərəfindən İnsan Hüquqlarının Müdafiəsi üzrə Milli Fəaliyyət Planından irəli gələn öhdəliklərin( insan hüquqları  sahəsində tədris, marifləndirmə)  auditi zamanı aşkar edilən məsələlərin təhlili

 

 

 

7.QƏNAƏTLƏR

 

8. TÖVSİYƏLƏR

 

 

 

 

ÖN SÖZ VƏ TƏŞƏKKÜRLƏR

 

Azərbaycan Avropa Şurasına qəbul edilərkən götürdüyü öhdəliklər ölkədə insan hüquqlarının müdafiəsinə doğru yönəlmişdir.Bununla əlaqədar  ölkədə insan hüquqlarının müdəfiəsi  üzrə  müsbət bir addım atılmış, ölkə prezidenti tərəfindən İnsan Hüquqlarının Müdafiəsi üzrə Milli Fəaliyyət Planı (İHMÜMFP) həyata keçirilməsi üçün sərəncam(28 dekabr 2006-cı il) verilmiş və onun  reallaşdırılmasına başlanmışdır. Bu plannın yerinə yetirilməsi üçün cavabdeh qurumlar və onların vəzifələri müəyyən edilmiş, plan üzrə tədbirlərin həyata keçirilməsi müddətləri təsdiq edilmişdir.   

Lakin hökumət qurumlarının İHMÜMFP  üzrə qəbul edilmiş vəzifələrin yerinə yetirilməsi işində əldə etdiyi nəticələr, qarşılaşdığı problemlər, keçirilməsi nəzərdə tutulan tədbirlər haqqında ictimaiyyətin   məlumatlandırılması kifayət qədər deyildir. Milli Fəaliyyət Planının yenrinə yetirlməsi  prosesində vətəndaş cəmiyyətinin fəal iştirakı zəruridir. Vətəndaş Cəmiyyətinin iştirakı isə İHMÜMFP yerinə yetirilməsində ictimai nəzarətin təşkilidir.Bunun üçün QHT-lərin apardığı monitorinq,audit  böyuk önəm kəsb edir. Onu da qeyd etmək lazımdır ki,insan hüquqlarının müdafiəsi sahəsində marifləndirmə böyük əhəmiyyətə malikdir. Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatı  İctimai Birliyi  tərəfindən  Milli Fəaliyyət Planının  «İnsan hüquqları sahəsində tədris, marifləndirmə, elmi-analitik və əməkdaşlıq tədbirləri (5-ci istiqamət, 32-48-ci maddələr)» bölməsini yerinə yetirilməsinin monitorinqi də bu istiqamətdə əhəmiyyətli bir addımdır və bu həm də bu proqramı həyata keçirəcək dövlət qurumlarının  fəaliyyətlərinin daha şəffaf və açıq olmasını təmin etmiş olacaq  .Odur ki, layihənin  audit qrupu bu fəaliyyətin həyata keçirilməsinə köməklik göstərən təşkilatlara və insanlara, İnsan hüquqları üzrə müvəkkil (ombudsman) xanım Elmira Süleymanovaya minnətdarlığını  bildirir.

 

 Layihə komandası  adından layihənin reallaşmasında göstərdiyi maliyyə dəstəyinə görə  Böyük Britaniyanın ölkəmizdəki səfirliyinə öz dərin təşəkkürümüzü bildiririk.

 

 

 

 

İCRA XÜLASƏSİ

 

Bu hesabat  Böyük Britaniyanın ölkəmizdəki səfirliyinin   maliyyə dəstəyi ilə həyata keçirilən  İnsan Hüquqlarının Müdafiəsi üzrə Milli Fəaliyyət Planından irəli gələn öhdəliklərin sistemli analizi(auditi) və aidiyyatı olan orqanlara ilkin rəylərin verilməsi “layihəsi üzrə aparılan monitorinq  zamanı əldə edilən məlumatlara əsaslanır. Layihənin məqsədi İnsan Hüquqlarının Müdafiəsi üzrə Milli Fəaliyyət Planından irəli gələn öhdəliklərin:   « İnsan hüquqları sahəsində tədris, marifləndirmə, elmi-analitik və əməkdaşlıq tədbirləri( 5-ci istiqamət, 32-48-ci maddələr)»bölməsinin  yerinə yetirilməsi  fəaliyyəti üzrə   sistemli analizi(auditi) və aidiyyatı olan orqanlara ilkin rəy və təkliflərin verilməsidir 

 

 Audit 2008-ci ilin   fevral- avqust ayları ərzində yerinə yetirilmişdir.

 

 Audit  zamanı  audit qrupu aşağıdakı məsələlərə diqqət yetirmiş və qiymətləndirmişdir:

  •  İHMÜMFP « İnsan hüquqları sahəsində tədris,marifləndirmə,elmi-analitik və əməkdaşlıq tədbirləri  ilə bağlı sənədlərinin əldə edilməsini və onların öyrənilməsi
  • 5-ci istiqamət üzrə məsul qurumların vəzifə və öhdəliklər, bu öhdəliklərin yerinə ytirilməsi üçün həyata keçirilən proqram və tədbirlər planının öyrənilməsi
  •   İHMÜMFP-nın  reallaşdırılması nəzərdə tutulmuş dövlət qurumları ilə görüşlərin  təşkili
  • Məsul qurumların İHÜMFP üzrə öhdəliklər ilə bağlı fəaliyyət proqramının və icra etmənin araşdırılması.
  • İHÜMFP həyata keçirilməsinə vətəndaş cəmiyyəti qurumları (qeyri-hökumət təşkilatlarının) cəlb edilməsinin  araşdırılması.
  • İHÜMFP yerinə yetirliməsi üzrə müşahidə və analizlərin ümumiləşdirilməsi, nəticələrin qiymətləndirilməsi, uyğunsuzluqların qeydə alanması, tövsiyyələrin hazırlanması
  • Hesabatın hazırlanması,  auditi aparılan müvafiq qurumlara təqdim edilməsi, müzakirə edilməsi, razılaşdırılması, və  təqdim edilməsi

 

 

4. Auditin icrası

 

1. GİRİŞ

4.1. Layihənin məqsədi

İHMÜMFP  üzrə qəbul edilmiş vəzifələrin yerinə yetirilməsi işində əldə etdiyi nəticələr, qarşılaşdığı problemlər, keçirilməsi nəzərdə tutulan tədbirlər haqqında ictimaiyyətin   məlumatlandırılması 

Son məqsəd:

İnsan Hüquqlarının Müdafiəsi üzrə Milli Fəaliyyət Planından irəli gələn öhdəliklərin:

  « İnsan hüquqları sahəsində tədris, marifləndirmə, elmi-analitik və əməkdaşlıq tədbirləri( 5-ci istiqamət, 32-48-ci maddələr)»bölməsinin  yerinə yetirilməsi  fəaliyyəti üzrə   sistemli analizi(auditi) və aidiyyatı olan orqanlara ilkin rəy və təkliflərin verilməsi 

 

Birbaşa məqsəd:

 Milli Fəaliyyət Planının yenrinə yetirlməsi  prosesində vətəndaş cəmiyyətinin fəal iştirakının  zəruridir. Vətəndaş Cəmiyyətinin iştirakı isə İHMÜMFP yerinə yetirilməsində ictimai nəzarətin təşkilidir. 

 

4.2. Layihənin həcmi, diqqət yetirilən məsələlər və həyata keçirilmə mümkünlüyü

          

İnsan Hüquqlarının Müdafiəsi üzrə Milli Fəaliyyət Planından(İHMÜMFP) irəli gələn öhdəliklərin:

  « İnsan hüquqları sahəsində tədris, marifləndirmə, elmi-analitik və əməkdaşlıq tədbirləri( 5-ci istiqamət, 32-48-ci maddələr)»bölməsinin  yerinə yetirilməsi  fəaliyyəti üzrə   sistemli analizi(auditi) və aidiyyatı olan orqanlara ilkin rəy və təkliflərin verilməsi layihəsi 2008-ci ilin yanvar-sentyabr ayları ərzində yerinə yetirilmişdir

 

Layihə çərçivəsində aparılan  auditin  həcmi aşağıdakı sahələri əhatə etmişdir:

 

  • İHMÜMFP  -nın yerinə yetirilməsi üçün cavabdeh qurumlar və onların vəzifələri müəyyən edilmişdir,  
  • İHMÜMFP yerinə yetirilməsi üzrə işçi qrupunun  rəhbəri İnsan hüquqları üzrə müvəkkil (ombudsman) xanım Elmira Süleymanova ilə görüş keçirilmişdir
  •  İHMÜMFP  -nın yerinə yetirilməsi üçün cavabdeh   qurumların nümayəndələri ilə əlaqə saxlanılmış və görüşlər keçirilmiş,informasiya sorğuları göndərilmişdir
  • Layihə başlananda mətbuatda informasiya verilmişdir
  • Layihə sona çatdıqdan sonra audit olunan tərəfin nümayəndələrinin ,QHT və mətbuat nümayəndələrinin iştirakı ilə ictimai dinləmələr keçirilmişdir
  • İctimai dinləmələr vaxtı olunan təklif və tövsiyyələr ,layihənin  komandası tərəfindən hazırlanan təklif və tövsiyyələrə əlavə olunmuşdur

 

 Audit zamanı işçi qrupu aşağıdakı məsələlərə diqqət yetirmiş və qiymətləndirmişdir:

 

  1. İHMÜMFP  - həyata keçirlməsi üzrə məlumatların toplanması
  2.  İHMÜMFP –nın yerinə yetirilməsi üçün məsuliyyət daşıyan dövlət qurumlarının qurumdaxili fəaliyyət planın tərtib olunması haqqında məlumat
  3. İnformasiya sorğularının göndərilməsi
  4. Sorğu və müsahibələrin təşkili
  5. Sorğulara verilmiş cavablar əsasında müsahibələrin alınması
  6. Dövrü mətbuat və televiziya proqramlarının izlənməsi
  7. İcarçı quramların ienternet səhifəlirinin müşahidəsi

 

4.3. Layihə Bakı şəhərində həyata keçirilmişdir

 

4.4.  Audit olunan tərəflərə dair məlumat və layihənin vacibliyinin əsaslandırılması

 

Azərbaycan Respublikasında İnsan Hüquqlarının Müdafiəsi üzrə Milli Fəaliyyət Planı (İNMÜMFP)  AR Prezidentinin 28 dekabr 2006-ci il sərəncamı ilə qəbul edilmişdir. Bu planın qəbul edilməsi ilə Dövlət insan hüquqlarının müadfiəsinin təşkil edilməsi sahəsində niyyətlərini açıqlamış və əsas istiqamətləri müəyənləşdirmişdir. Belə ki bu sənədlə Dövlətin insan hüquqlarıının müdafiəsi səhəsində  siyasəti və  strategiyası müəyyən edilir.

 

Planın qəbul edilməsində əsas məqsəd  ümumilikdə cəmiyyətin və ayrıcı olaraq  hər bir fərdin fundamental hüquq və azadlıqlarına hörmət vərdişlərinin aşılanması, insan hüquqlarıı sahəsində maarifçidliyin artırılması və bu hüquqların pozulmasına qarşı mübarizə və və dözümsüzlüyün təşviq edilməsidir. Konseptual cəhətdən  çox mühüm olan bu sənəd aşğıdakı fəaliyyət istiqamətəlrini  müyəyyənlşdirmişdir.

 

  1. Nomativ- hüquqi bazanın təkmilləşdirlməsi sahəsində fəaliyyət
  2. İnsan hüquqları sahəsində fəaliyyət göstərən beynəlxalq təşkilatlar ilə əməkdaşlıq
  3. Əhalinin müxtəlif qurumlarının hüquqlarının müdafiəsinin gücləndirilməsi sahəsində tədbirlər
  4. Dövlət orqanlarının fəaliyyətinin insan hüquqlarının təmini baxımından təkmilləşdirilməsi sahəsində tədbirlər
  5. İnsan hüquqları sahəsində tədris-maarifləndirmə, elmi-analitik və əməkdaşlıq tədbirləri

 

Planda həyata keçirilməsi nəzərdə tutulan tədbirlər, onların həyata  keçirilməsi üçün məsul qurumlar, icraçılar,  tərəfdaşlar və  eyni zamanda tədbirlərin icra  müddətləri də müəyyən  edilmişdir.

Bu bir reallıqdır ki, bəzən dövlət tərəfindən qəbul edilmiş mühüm dövlət proqarmıları və fəaliyyət planları, işlək icra mexanizmləri olmadığından yarımçıq həyata keçirilir. Artıq belə bir prinsip formalaşmışdır ki ,cəmiyyətin həyatı üçün mühüm olan hər bir proqramların müvfəffəqiyyt qazanması üçün ona vətəndaş cəmiyyəti tərəfindən ictimai dəstək verilməlidir. Bu dəstək əsasən proqramın reallaşdırlmasında iştirak, onun təbliği, ictimai qiymətləndirmə, monitoriq və s. ibarət ola bilər. Bu prinsipi əsas tutaraq   Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatı İctimai Birliyi, Böyük Britaniya səfirliyinin maliyyə dəstəyi ilə ölkədə  insan hüquqlarının müdafəsinin təmin edilməsi istiqamətində çox mühüm sənəd olan MFP üzrə tədbirlərin həyata keçirilməsi səviyyəsini müəyyənləşdirmək üçün  bu monitorinq layihəsini həyata keçirimişdir.  

 

5. Metodolgiya

 

Həyata keçirilən layihə MFP-üzrə bütün tədbirlərin  necə həyata keçirlməsini qiymətləndirmək məqsədini qarşıya qoymamışdır.  İctimai  auditin əsas vəzifəsi MFP-nın yerinə yetirlməsi zamanı  yaranmış problemləri və  müsbət  meylləri qeyd etməkdən ibarət olmuşdur. Laiyhənin həyata keçirlməsi üçün aşağıdakı metod və alətlərdən istifadə olunmuşdur.

 

 1.MFP- həyata keçirlməsi üzrə məlumatların toplanması

 2.İnformasiya sorğularının göndərilməsi

 3.Sorğu və müsahibələrin təşkili

 4.Dövrü mətbuat və televiziya proqramlarının izlənməsi

 5.İcarçı qurumların internet səhifəlirinin müşahidəsi

 

Monitorinqin aparılması bu sahədə bilik və qabiliyyətlərə və ölkədə insan hüquqlarının vəziyyətinə dair alternativ fikirlərə malik espertlər cəlb edilmişdir.

 

5. 1.  Audit zamanı istifadə edilən metodlar

 

 Audit zamanı aşağıdakı metodlardan istifadə edilmişdir. 

  • Məlumatların toplanması

 

 Audit aparılan dövlət qurumları haqqında informasiya toplanmışdır

 

  •  Audit obyektlərinin araşdırılması

 

 Audit aparılan dövlət qurumlarının fəaliyyət planın icrası ilə əlaqədar qurumdaxili proqrama malik olmaları haqqında informasiya toplanmışdır

 

  • İzləmə

 

Qrup üzvləri tətqiqat aparıblar.Mətbuatda gedən informasiyalardan, mövcud ,qanunvericilikdən istifadə edilmişdir

Orta  və ali məktəbdə təhsil alan tələbə və şagirdlər  ilə ,müəllimlər ,təqaüdçülər və qaçqınlar ilə İNMÜMFP  haqqında intervyülər aparılıb. Audit zamanı 200-ə qədər insandan müsahibə götürülmüşdür

 

5.2.  Auditin proqramı

 

 Auditin aparılması üçün ilk növbədə iş planı hazırlanmışdır ki, bu da aşağıdakı məsələləri əhatə etmişdir:

 

  • Audit aparmaq üçün   qrupun  yaradılması 
  • Audit aparmaq üçün  dövlət qurumlarının müəyyənləşdirilməsi
  • Metodologiyanın hazırlanması
  • Audit qrupu üzvlərinə təlimlərin keçirilməsi
  • Öyrəniləcək sənədlərin və məlumatların  müəyyənləşdirilməsi
  • İnsan Hüquqlarının Müdafiəsi üzrə Milli Fəaliyyət Planından irəli gələn öhdəliklərin  yerinə yetirilmə səviyyəsini  qiymətləndirmək üçün müvafiq şəxslərlə görüşlərin təşkili
  • Müsahibələrin alınması
  • Toplanmış məlumatların təhlili
  • Audit hesabatının hazırlanması
  • Təklif və tövsiyyələrin hazırlanması
  • İctimai dinləmələrin keçirilməsi
  • Təklif və tövsiyyələrin maraqlı tərəflərə təqdim olunması

 

5.3.  Auditlə əlaqədar istifadə olunan sənədlər

 

 Audit zamanı işçi qrupu aşağıda qeyd olunan sənədləri öyrənmiş və müəyyən qənaətə gəlmək üçün onlara əsaslanmışdır:

  • Azərbaycan Respublikasında İnsan Hüquqlarının Müdafiəsi üzrə Milli Fəaliyyət Planının təsdiq edilməsi haqqında   Azərbaycan Respublikası Prezidentinin sərəncamı     (28 dekabr 2006-cı il)
  • Azərbaycan Respublikasında İnsan Hüquqlarının Müdafiəsi üzrə Milli Fəaliyyət Planı (İNMÜMFP)

 

  • Azərbaycan Respublikasında İnsan Hüquqlarının Müdafiəsi üzrə Milli Fəaliyyət Planının (İNMÜMFP) icrasına məsul qurumlar tərəfindən  audit qrupuna təqdim edilmiş intervyülər və rəsmi cavablar
  • İnsan Hüquqları üzrə Müvəkkilin (ombudsman) Azərbaycan Respublikasında İnsan Hüquqlarının Müdafiəsi üzrə Milli Fəaliyyət  Planının yerinə yetirilməsi üzrə hesabat(2007-ci il üzrə)

 

 

5. 4.  Görüşlər, sənədlərin öyrənilməsi,  müsahibələrin aparılması

 

Layihənin məqsədələrinə nail olunması üçün  audit zamanı  dövlət qurumları ilə görüşlər keçirilmiş və Azərbaycan Respublikasında İnsan Hüquqlarının Müdafiəsi üzrə Milli Fəaliyyət  Planının “İnsan hüquqları  sahəsində tədris, marifləndirmə,  elmi – analitik və əməkdaşlıq tədbirləri”(əlavə 1) ilə əlaqədar informasiya sorğuları göndərilmişdir;

  1. 1. Təhsil Nazirliyi,
  2. 2. İnsan Hüquqları üzrə Müvəkkil (ombudsman)  
  3. 3. Mədəniyyət və Turizm Nazirliyi,
  4. 4. Daxili Işlər Nazirliyi,
  5. 5. Ədliyyə Nazirliyi,
  6. 6. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi,
  7. 7. Müdafiə Nazirliyi,
  8. 8. Səhiyyə Nazirliyi,
  9. 9. Qaçqınların və məcburi köçkünlərin, Işləri üzrə Dövlət Komitəsi
  10. 10. Dini Qurumlarla iş üzrə Dövlət Komitəsi
  11. 11. Ekologiya və Təbii Sərvətlər Nazirliyi
  12. 12. Xarici Işlər nazirliyi,
  13. 13. Ailə, Qadın və Uşaq Problemləri Üzrə Dövlət Komitəsi
  14. 14. Dövlət  Qullugu İdarəetmə Şurası yanında Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyası
  15. 15. Baş Prokurorluq
  16. 16. Vəkillər Kollegiyası
  17. 17. Gənclər və İdman Nazirliyi
  18. 18. Mətbuat  şuras
  19. 19. Milli Televiziya və Radio şuras
  20. 20. Rabitə və Informasiya Texnologiyaları Nazirliy

  

                                                                                                      Əlavə 1

 

V.İnsan hüquqları  sahəsində tədris, marifləndirmə,  elmi – analitik və əməkdaşlıq  tədbirləri

 

 

 

32

BMT –  nin Baş  Məclisi tərəfindən  bəyan edilmiş  “İnsan hüquqları sahəsində maarifləndirmə” və insan  Hüquqları   sahəsində təhsil», YUNESCO – nun “ Davamlı inkişaf naminə təhsil” onilliklərinə uyğun insan hüquqları  üzrə tədris vəsaitlərinin hazırlanması

2007 - 2008

Təhsil Nazirliyi, insan Hüquqları üzrə Müvəkkil (ombudsman), Milli Elmlər Akademiyasının İnsan Hüquqları üzrə Elmi Tədqiqat İnstitutu

33

Orta və Ali  məktəblərdə insan hüquqlarının tədrisinə diqqətin artırılması, bu məqsədlə tədris proqramlarının təkmilləşdirilməsi

2007 - 2008

 Nazirlər Kabineti, Təhsil Nazirliyi

34

 Məktəblilər və tələbələr üçün insan hüquqlarına dair olimpiadalarının, müsabiqələrin keçirilməsi, insan hüquqlarının tətbiqinə dair bədii sərgilərin, festivalların və digər tədbirlərin keçirilməsi

Mütamadi

Nazirlər Kabineti, Təhsil Nazirliyi, Gənclər və İdman  Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi

35

İnsan Hüquqları ilə bağlı dərs vəsaitlərinin və  ədəbiyyatların hazırlanması və nəşri

2007 - 2008

Nazirlər Kabineti, Təhsil Nazirliyi, Milli Elmlər Akademiyasının İnsan Hüquqları üzrə Elmi Tədqiqat İnstitutu

36

İnsan Hüquqları tədrisinin adi və interaktiv üsullarla həyata keçirilməsi, bu prosesdə xüsusi metodikanın hazırlanması

2007 - 2008

Təhsil Nazirliyi, insan Hüquqları üzrə Müvəkkil (ombudsman) apparatı, Milli Elmlər Akademiyasının İnsan Hüquqları üzrə Elmi Tədqiqat İnstitutu

37

 Təhsil və elm Ocaqlarında  insan hüquqları və azadlıqları problemlərinə dair elmi – tədqiqat işlərinin aparılması

Mütamadi

Təhsil Nazirliyi, Milli Elmlər Akademiyası

38

 YUNESKO – nun “ Təhsil hamı üçün” prinsipinin  təbliği, hüquqi maarifləndirmə işinin genişləndirilməsi və insan  hüquq və azadlıqlarının daha səmərəli müdafiəsi məqsədilə insan hüquqlarının müxtəlif kateqoriyalar üzrə ( mülki, siyasi, iqtisadi, sosial və mədəni hüquqlar) əhalinin müxtəlif qrupları ( qadınlar, uşaqlar, gənclər. Älillər, ahıllar, qaçqın və məcburi köçkünlər, məhkumlar, hərbi  qulluqçular, narkomaniya və HİV / AİDS – ə  yoluxmuş insanlar) üçün həmin  qrupp və yerli icmaların köməyindən istifadə etməklə hüquqi maarifləndirmə sahəsində müəllimlərin, məruzəçilərin, təlimatçıların hazırlanması

2007  - 2008

 Daxili İşlər Nazirliyi, Ädliyyə Nazirliyi, Təhsil Nazirliyi, Ämək və Ähalinin Sosial Müdafiəsi Nazirliyi, Gənclər və İdman Nazirliyi, Müdafiə Nazirliyi, Səhiyyə Nazirliyi, Qaçqınların və məccburi köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, Dini Qurumlarla iş üzrə Dövlət Komitəsi və aidiyyəti orqanlar

39

 Əhalinin hüquq  düşuncəsinin və hüquq mədəniyyətinin inkişaf etdirilməsi, ayrı – seçkiliyin qadağan edilməsi, sülh və dözümlük mədəniyyətinin təbliği məqsədilə Azərbaycan  Respublikasının şəhər və rayonlarında maarifləndirmə tədbirlərinin keçirilməsi

Mütəmadi

Nazirlər Kabineti, Prezidentin İcra Apparatı, Ədliyyə Nazirliyi, İnsan  Hüquqları üzrə Müvəkkil ( Ombudsman), Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Dini  Qurumla iş üzrə Dövlət Komitəsi  və aidiyyət orqanlar

40

Hüquqi  maarifləndirmə məqsədilə müxtəlif çap məhsulların -  kitabların, buketlərin, bülletenlərin hazırlanması, plakatların nəşr edilməsi və əhali arasında işinin təşkili

2007

 Təhsil Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İnsan Hüquqları üzrə Müvəkkil ( ombudsman), Milli Elmlər Akademiyasının İnsan  Hüquqları üzrə  Elmi – Tədqiqat İnstitutu

41

 İnsan  hüquqları üzrə  ixtisaslaşan dövlət qurumların əməkdaşlarının mütəmadi olaraq bu  sahədə beynəlxalq təcrübənin öyrənilməsi prosesinə cəlb edilməsi və  mənimsənilmiş müsbət  təcrübənin yayılması

 Mütəmadi

 Prezident İcra Apparatı, xarici İşlər nazirliyi, Daxili İşlər nazirliyi, Ädliyyə Nazirliyi, Təhsil nazirliyi, Ämək Və Ähalinin Sosial Müdafiəsi Nazirliyi, Prokurorluq Orqanları, İnsan Hüquqları üzrə Müvəkkil ( ombudsman), Qaçqınlar və məcburi Köçkünlərin İşləri üzrə Dövlət  komitəsi, Ailə, Qadın və Uşaq Problemləri Üzrə Dövlət Komitəsi, Dinni Qurumlarla iş üzrə  Dövlət Komitəsi, Dövlət  Qulluğu idarəetmə Şurası yanında Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyası və aidiyyəti orqanlar

42

 İnsan Hüquq  və azadlıqlarına mühüm təhlükə yaradan təcavüz, terrorçuluq, korrupsiyaya, insan alverikimi cinayətlərin qarşısının alınması, mədəniyyətlərarası dialoqun və dinləarası əməkdaşlığın gücləndirilməsi mövzularında beynəlxalq tədbirlərin ( dəyirmi massa, seminar, konfrans və s.) həyata keçirilməsi

2007 - 2010

 Nazirlər  Kabineti, Prezidentin İcra  apparatı, xarici İşlər nazirliyi, Daxili İşlər nazirliyi, İnsan hüquqları üzrə müvəkkil  (Ombudsman)

43

 İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent  hüququnun Azərbaycan dilinə tərcümə edilməsi

Mütamadi

İnsan  hüquqları üzrə Avropa məhkəməsi yanında Azərbaycan  Respublikasının  səlahiyyətli nümayəndəsi və aidiyyəti orqanlar

44

 İnsan Hüquqları sahəsində beynəlxalq sənədlərin, xüsusilə İnsan Hüquqlarına dair Avropa Konvensiyasının  dövlət qulluqçular, məhkəmə, prokurorluq, polis orqanlarının əməkdaşları, Ombudsman Aparatının və regional mərkəzinin  işləri, bələdiyyə üzvləri, vəkillər və hüquq sahəsində ixtisaslaşan ali təhsil  müəssisələrinin  müəllimləri tərəfindən, öyrənilməsinin təşkil olunması, müvafiq təhsil müəssisələrinin  ədəbiyyat fondunun  zənginləşdirilməsi

2007 - 2008

 Nazirlər  Kabineti, Daxili  İşlər Nazirliyi, Ädliyyə nazirliyi, Təhsil  Nazirliyyi, Baş Prokurorluq, İnsan  Hüquqları üzrə Müvəkkil ( ombudsman), Vəkillər Kollegiyası

45

 İnsan hüquqları sahəsində ixtisaslamış  Milli  və  beynəlxalq  elmi -  tədqiqat və tədris  müəssisələri ilə əməkdaşlığın təkmilləşdirilməsi

 Mütəmadi

 Ədliyyə Nazirliyi,  Xarici İşlər  Nazirliyi, Təhsil Nazirliyi, Milli Elmlər Akademiyasının İnsan Hüquqları üzrə Elmi – Tədqiqat İnstitutu

46

 İnsan hüquqları üzrə ixtisaslamış kitabxananın yaradılmvsı

2007

Nazirlər Kabineti, Təhsil Nazirliyi, Mədəniyyət və türizm Nazirliyi, Milli Elmlər Akademiyasının İnsan  hüquqları üzrə Elmi – tədqiqat institutu

47

 Kütləvi İnformasiya vasitələrində insan  hüquqları sahəsində məsələlərin geniş işıqlandırılması, bu məqsədlə televiziya və radio saatlarının  təşkili, qazetlərdə hüquq güşəsinin yaradılması. KİV nümayəndələri üçün insan hüquqları sahəsində maarifləndirmə tədbirlərini həyata keçirilməsi

 Mütəmadi

Nazirlər Kabineti, Prezidentin İcra Apparatı, Mətbuat  şurası, Milli Televiziya və Radio şurası

48

 İnsan  hüquqları üzrə  ixtisaslaşan dövlət  qurumlarının insan  hüquqlarının  müdafiəsi sahəsində həyata  keçirilən islahatlar, onların nəticələri əks etdirən İnternet  səhifələrinin yaradılması

2007 - 2008

 Prezidentin İcra Apparatı,  Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, İnsan Hüquqları üzrə  müvəkkil ( Ombudsman)

 

 

 

6.    AUDİT  ZAMANI AŞKAR EDİLƏN MƏSƏLƏLƏR VƏ ONLARIN TƏHLİLİ(Əlavə 2)

 

 

7.QƏNAƏTLƏR/UYĞUNSUZLUQ:

 

 

İHMÜMFP-nın “İnsan hüquqları  sahəsində tədris, marifləndirmə,  elmi – analitik və əməkdaşlıq  tədbirləri”qismən yerinə yetirilib.Yəni:

  • İHMÜMFP-n V bəndinin yerinə yetirilməsi üçün məsuliyyət daşıyan qurumlar həmin öhdəlikləri qismən yerinə yetiriblər.Tədbirlərin yerinə yetirilməsi ilə əlaqədar işçi qrupuna təqdim olunmuş hesabatlar səthidir. Auditi aparılan  20qurumdan yalnız ikisi(Ədliyyə Nazirliyi və Baş Prokurorluq) İHMÜMFP-nın  icrası üçün proqrama malikdir.
  • Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2006-cı il tarixli səərəncamının 5-ci bəndi(Milli Fəaliyyət Planında göstərilən icra orqanlarına tapşırılsın ki,Milli Fəaliyyət Planının həyata keçirilməsinə yerli qeyri-hökumət təşkilatlarını cəlb etsinlər) yalnız insan Hüquqları üzrə Müvəkkil (ombudsman) aparatı tərəfindən yerinə yetirilib
  • HMÜMFP-nın “İnsan hüquqları  sahəsində tədris, marifləndirmə,  elmi – analitik və əməkdaşlıq  tədbirləri”-nin reallaşdırılmasında Təhsil Nazirliyi daha passiv mövqe nümayiş etdirib.Təhsil nazirliyi ,işçi qrupu tərəfindən nazirliyə ünvanlanmış informasiya sorğuya xeyli vaxt keçdikdən sonra çavab vermişdir.Naizrlikdə HMÜMFP-nın  yerinə yetirilməsinə məsul  şəxsi müəyyənlişdirmək mümkün olmadı.
  • Təhsil müəssisələrinin əksəriyyətində HMÜMFP    haqqında məlumatlar yoxdur. Orta məktəb proqramlarında nə əsas fənn kimi nə də ki, fakultativ məşğələ proqramlarına MFP üzrə dərs və məşğələ saatları salınmamışdır. Məktəblərin bəzilərində təqdim edilən vəsaitlər isə əasasən insanın biloji varlıq kimi inkişafından bəhs edir və həm də bu vəsaitlər MFP qəbul edilməmişdən əvvəl hazırlanmışdır.Təhsil nazirliiynin cavab məktubunda  Orta və Ali  məktəblərdə insan hüquqların tədrisinə diqqətin artırılması, bu məqsədlə tədris proqramlarının təkmilləşdirilməsinə dair heç bir məlumat təqdim edilməmişdir. Müsahibə aparılan orta məktəb müəlimləri insan hüquqlarının müdafiəsi uzrə proqramların mövcudluğundan və onların təkmilləşdirlməsindən xəbərsiz olduqlarını qeyd etmişlər. Müsahiblərdə iştirak edən müəllimlər bu sahadə biliklərini artırmaq üçün kurslarda, seminar və treninqlərdə iştirak etmədiklərini qeyd edirdilər. Sorğu və müsahibə aparılan Bakı şəhərinin ali və orta təhsil müəssisələri , müəllimlər, tələbələr, şağıirdlər , insan hüquqların tətbiqinə dair bədii sərgilərin, festivalların və digər tədbirlərin keçirilməsinə dəvət almadıqlarını və ümumiyyətlə bu cür tədbirlərdə iştirak etmədiklərini qeyd edirlər.Təəssüflə qeyd edirik ki, audit aparılan orta ümumtəhsil məktəblərində insan hüquqları ilə bağlı nəşrlərə rast gəlmədik. Verilən bütün cavablar “yox” oldu. Aydın məsələdir ki, nəşr təqdim olunmayan, maddi-texniki bazasında insan hüquqları ilə əlaqədar kitablar olmayan tədris ocağında insan hüquqları ilə bağlı tədrisin aparılmasından sohbət belə gedə bilməz.
  • Eyni zamanda, onu da vurğulamağı vacib hesab edirik ki, cəmiyyətimiz üçün bu gün kifayət qədər vacib, əhəmiyyətli olan “İnsan hüquqları  sahəsində tədris, marifləndirmə”-yə   nəzarət yox səviyyəsindədir. Dövlət başçısının imzaladığı sərəncam, Nazirlər Kabinetinə ,Təhsil Nazirliyinə və başqa məsul qurumlara verilən tapşırıqlar, bir sıra müvafiq qurumların üzərinə qoyulan konkret öhdəliklərin əksəriyyəti kağız üzərində qalıb.  Audit üzrə işçi qrupu bu qənaətə gəldi ki,, İnsan Hüquqlarının Müdafiəsi Üzrə Milli Fəaliyyət Planında əks olunan  tədbirlərin əksəriyyəti yerinə yetirilmir.

 

 

 

 

8.Təklif  və tövsiyyələr:

 

İHMÜMFP(V.İnsan hüquqları  sahəsində tədris, marifləndirmə,  elmi – analitik və əməkdaşlıq  tədbirləri)-nın  icrasına nəzarət edən  İşçi qrupundan;

  •  Bu öhdəliklərin icrasına məsul olan dövlət qurumlardan   reallaşdırılan tədbirlərin kağız üzərində yox, faktiki reallaşdırılması üçün məsuliyyət tələb etsinlər  
  • Marifləndirmənin QHT-lər tərəfindən daha peşəkar həyata keçirilməsinə nəzərə alaraq Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2006-cı il tarixli səərəncamının 5-ci bəndinin(Milli Fəaliyyət Planında göstərilən icra orqanlarına tapşırılsın ki,Milli Fəaliyyət Planının həyata keçirilməsinə yerli qeyri-hökumət təşkilatlarını cəlb etsinlər)  reallaşdırılmasında yardımçı olsun
  • Prezident yanında Qeri-Hökumət Təşkilatlarına Dbvlət Dəstəyi Şurasından  ölkədə  İnsan hüquqları  sahəsində tədris, marifləndirməni gücləndirmək üçün QHT-lər üçün ayrılacaq qrant proqramında İHMÜMFP(V.İnsan hüquqları  sahəsində tədris, marifləndirmə,  elmi – analitik və əməkdaşlıq  tədbirləri)- öz əksini tapsın
  • Parlament  və Prezident aparatına “Sosial sifariş haqqında qanunun” qəbul edilməsi üçün müraciətin hazırlanması

 

                                                                                                                                                                                  Əlavə 2

6. MÜ ŞAHİ DƏLƏR,  AUDİT  ZAMANI AŞKAR EDİLƏN MƏSƏLƏLƏR VƏ ONLARIN TƏHLİLİ

 

1.Təhsil Nazirliyi

 

Təhsil Nazirliyi İHMÜMFP-nın  icrası üçün proqrama malik deyil

 

 

  

                     Tədbiröhdəlik

 İntervyü, və müşahidələr   

İşçi qrupunun rəyi, tapıntılar,(qənaət və uyğunsuzluqlar)            

 BMT –  nin Baş  Məclisi tərəfindən  bəyan edilmiş  “Insan hüquqları sahəsində maarifləndirmə” və insan  Hüquqları   sahəsində təhsil», YUNESCO – nun  “Davamlı inkişaf naminə təhsil” onilliklərinə uygun insan hüquqları  üzrə tədris vəsaitlərinin hazırlanması

 

2007-ci ildə “Davamlı insan inkişafının əsasları” adlı dərs vəsaiti nəşr olunmuşdur

 Orta ümumtəhsil məktəblərində insan hüquqları ilə bağlı tədrisin aparılması, insan hüquqlarına həsr olunmuş məsələləri özündə əks etdirən tədris vəsaitlərinin məktəblərin maddi-texniki bazasına daxil olmasını araşdırmaq üşün Bakı şəhərində fəaliyyət göstərən  21 orta ümumtəhsil məktəbdə  audit aparılıb.  Auditin tərkib hissəsi olan  şifahi sorğular əvvəlcə məktəblilər, sonra isə müəllimlər arasında aparılıb. 

Araşdırmalar Bakı şəhərinin Xətai, Nərimanov, Səbail, Yasamal və Nəsimi və Nizami rayonlarında gəaliyyət göstərən orta ümumtəhsil məktəblərində aparılıb.

Məktəb şagirdləri ilə aparılan sorğularda insan hüquqları ilə bağlı dərslərin, fakultətiv məşğələnin aparılması araşdırma predmeti olub. Məktəbli respondentlərin kateqoriyası müxtəlif orta məktəblərdə 4, 5, 6, 7, 8, 9 və 10-cu sinif şagirdlərini əhatə edib. Daha sonra müəllimlərlə şifahi sorğular aparılıb. 

Növbəti mərhələdə orta məktəblərdə tədris vəsaitlərinin olması aydınlaşdırılıb.

Araşdırmalar Nərimanov rayonunun 47 saylı, Xətai rayonunun 116, 245  ,   56  ,269  ,58  ,194  165  ,27  , Nizami rayonunun 214 ,32  ,272  ,Səbail rayonunun 41, 23   134 ,   132, 49 ,51, 162 saylı,Yasamal rayonunun 173 saylı və Nəsimi rayonunun 133 saylı orta məktəblərində aparılıb. Qeyd edək ki, müraciət edilən məktəblilər insan hüquqlarına aid dərslərin, fakultətiv məşğələlərin, oyunların, sərgilərin,proqramların keçirilmədiyini bildiriblər. Ayrıca olaraq ünvanlanan sualın cavabı olaraq isə bildiriblər ki, insan hüquqlarına aid olan hər hansı tədris vəsaiti onlara təqdim olunmayıb. Bu səbəbdən də məktəblilər insan hüquqları ilə bağlı məsələlərin daxil edildiyi hər hansı metodiki vəsaitlərin orta məktəblərdə mövcud olması haqqında tam məlumatsızdırlar.

Orta məktəb müəllimləri ilə aparılan araşdırmada da analoji vəziyyətlə rastlaşdıq. Belə ki, müəllimlər də insan hüquqlarını əks etdirəcək tədris vəsaitləri ilə tanış deyillər. Onlar tədris vəsaiti olaraq nəzərdə tutulan və birbaşa məktəblilərlə dərslərdə və fakultətiv məşğələlərdə istifadə olunacaq bu nəşrlər haqqında hər hansı məlumata malik deyillər. 

 

Mənfi  qənaət

 

Orta və Ali  məktəblərdə insan hüquqların tədrisinə diqqətin artırılması, bu məqsədlə tədris proqramlarının təkmilləşdirilməsi

 

Ümumtəhsil məktəblərinin 10-cu sinfi  üçün hazırlanmış “İnsan inkişafı”fakultətiv kursa dair tədris vəsaiti Təhsil Nazirliyi tərəfindən çap edilmiş və bütün ümumtəhsil məktəblərində tədris olunur

 Audit zamanı bu kitablar təqdim olunmadı

Təhsil nazirliiynin cavab məktubunda  Orta və Ali  məktəblərdə insan hüquqların tədrisinə diqqətin artırılması, bu məqsədlə tədris proqramlarının təkmilləşdirilməsinə dair heç bir məlumat təqdim edilməmişdir. Müsahibə aparılan orta məktəb müəlimləri insan hüquqlarının müdafiəsi uzrə proqramların mövcudluğundan və onların təkmilləşdirlməsində xəbərsiz olduqlarını qeyd etmişlər. Müsahiblərdə iştirak edən müəllimlər bu sahadə biliklərini artırmaq üçün kurslarda seminar və treninqlərdə iştirak etmədiklərini qeyd edirdilər.

 

 

Mənfi  qənaət

 Məktəblilər və tələbələr üçün insan hüquqlarına dair olimpiadalarının, müsabiqələrin keçirilməsi, insan hüquqların tətbiqinə dair bədii sərgilərin, festivalların və digər tədbirlərin keçirilməsi

 

Təhsil Nazirliyi ilə birgə Amerika Hüquqşünaslar Assosiasyası Mərkəzi Avropa və Avrasiyada Hüquq təşəbbüsü(ABA/CEELİ)təşkilatı tərəfindən Uşaqların hüquqlarının qorunması və vətəndaşlıq hisslərinin formalaşdırılması istiqamətində respublikanın 35-dən çox ümumtəhsil məktəbinin 111,1V,V!! Və V!!! Sinif şagirdlərinin iştirakı ilə “Canlı hüquq”proqramı həyata keçirilmişdir

Avropa və Avrasiyada Hüquq təşəbbüsü(ABA/CEELİ)təşkilatı tərəfindən təşkilatımıza verilən məlumata görə canlı hüquq proqramında 2006-2007-ci tədris ilində  22 orta məktəb iştirak edib.Onlardan 12 –si Bakıda,3-ü Sumqayıtda,3-ü Gəncədə,2-si Mincəçevirdə,2-si Lənkaran məktəblərində keçirilmişdir

 

Müsbət qənaət

 

Sorğu və müsahibə aparılan Bakı şəhərinin ali və orta təhsil müəssisələri , müəllimlər, tələbələr, şağıirdlər , insan hüquqların tətbiqinə dair bədii sərgilərin, festivalların və digər tədbirlərin keçirilməsinə dəvət almadıqlarını və ümumiyyətlə bu cür tədbirlərdə iştirak etmədiklərini qeyd edirlər.

Mənfi qənaət

 Insan Hüquqları ilə baglı dərs vəsaitlərinin və  ədəbiyyatların hazırlanması və nəşri

 

 

Öhdəlik yerinə yetirilməyib

 

Mənfi qənaət

 Insan Hüquqları tədrisinin adi və interaktiv üsullarla həyata keçirilməsi, bu prosesdə xüsusi metodikanın hazırlanması

 

 

Öhdəlik yerinə yetirilməyib

 

Mənfi qənaət

 Ali Təhsil və elm Ocaqlarında  insan hüquqları və azadlıqları problemlərinə dair elmi – tədqiqat işlərinin aparılması

 

 

Bakı Dövlət Universitetinin hüquq fakultəsində aparılmış elmi-tətqiqat işlərinəticəsində “Azərbaycanda hüquqi dövlət quruculuğu,əsl insan haqları və azadlıqlarının təmini məsələləri” adlı monoqrafiya çap olunmuşdur

Öhdəlik yerinə yetirilməyib

 

Mənfi qənaət

 YUNESKO – nun « Təhsil hamı üçün» prinsipinin  təbligi, hüquqi maarifləndirmə işinin genişləndirilməsi və insan  hüquq və azadlıqlarının daha səmərəli müdafiəsi məqsədilə insan hüquqlarının müxtəlif kateqoriyalar üzrə ( mülki, siyasi, iqtisadi, sosial və mədəni hüquqlar) əhalinin müxtəlif qrupları ( qadınlar, uşaqlar, gənclər. Əlillər, ahıllar, qaçqın və məcburi köçkünlər, məhkumlar, hərbi  qulluqçular, narkomaniya və HIV / AIDS – ə  yoluxmuş insanlar) üçün həmin  qrupp və yerli icmaların köməyindən istifadə etməklə hüquqi maarifləndirmə sahəsində müəllimlərin, məruzəçilərin, təlimatçıların hazırlanması

 

 

 

Hüquqi  maarifləndirmə məqsədilə müxtəlif çap məhsulların -  kitabların, buketlərin, bülletenlərin hazırlanması, plakatların nəşr edilməsi və əhali arasında işinin təşkili

 

 

 

Insan  hüquqları üzrə  ixtisaslaşan dövlət qurumları əməkdaşlarının mütəmadi olaraq bu  sahədə beynəlxalq təcrübənin öyrənilməsi prosesinə cəlb edilməsi və  mənimsənilmiş müsbət  təcrübənin yayılması

 

                          _

 

Insan Hüquqları sahəsində beynəlxalq sənədlərin, xüsusilə Insan Hüquqlarına dair Avropa Konvensiyasının  dövlət qulluqçular, məhkəmə, prokurorluq, polis orqanlarının əməkdaşları, Ombudsman Aparatının və regional mərkəzinin  işləri, bələdiyyə üzvləri, vəkillər və hüquq sahəsində ixtisaslaşan ali təhsil  müəssisələrinin  müəllimləri tərəfindən, öyrənilməsinin təşkil olunması, müvafiq təhsil müəssisələrinin  ədəbiyyat fondunun  zənginləşdirilməsi

 

 

 

Insan hüquqları sahəsində ixtisaslamış  Milli  və  beynəlxalq  elmi -  tədqiqat və tədris  müəssisələri ilə əməkdaşlıgın təkmilləşdirilməsi

 

 

 

 

 

 

                                                                              2. Mədəniyyət və Turizm Nazirliyi,

 

                                                                            Mədəniyyət və Turizm Nazirliyi  İHMÜMFP-nın  icrası üçün proqrama malik deyil

 

 

 

  Tədbiröhdəlik

 İntervyü, və müşahidələr   

 İşçi qrupunun rəyi, tapıntılar,(qənaət və uyğunsuzluqlar)    

Məktəblilər və tələbələr üçün insan hüquqlarına dair  olimpiadaların, müsabiqələrin keçirilməsi,  insan hüquqlarının tətbiqinə dair bədii sərgilərin, festivalların və digər tədbirlərin keçirilməsi.

 

 

 İki həftəlik araşdırmalardan sonra  ümumi şəkildə bildirdi ki, “sərgilər keçirilir, olimpiadalarla isə Təhsil Nazirliyi məşquldur”. 

 

 

  Nazirlyinin mətbuat xidmətinin rəhbəri İntiqam Hümbətov müvafiq sorğunun onlara aidiyyatı olduğundan təəcübləndi (?!). Nazirlik təmsilçisi onlar qarşısında müxtəlif olimpiadaların ( 1-ci öhdəlik) keçirilməsi öhdəliyinin həqiqətən sərəncamda əks olunduğuna əvvəlcə şübhə ilə yanaşdı. Lakin iki həftəlik araşdırmalardan sonra  ümumi şəkildə bildirdi ki, “sərgilər keçirilir, olimpiadalarla isə Təhsil Nazirliyi məşquldur”. Mətbuat xidmətinin rəhbəri bu cür sərgi, festival və olimpiadaların nə zaman, harada və kimlərin iştirakı ilə keçirldiyinə dair suallara cavab verə bilmədi.  O yalnız bildirdi ki, belə tədbirlərin çoxunun keçirlməsi “hələ planlaşdırılır”.

Mənfi  qənaət

İnsan hüquqları üzrə ixtisaslaşmış kitabxananın yaradılması

 

 

 Bildirildi ki, sərəncamdan sonra Cəfər Cabbalı adına kitabxana nəzdində hüquqi-informasiya mərkəzi yaradılıb. Mərkəzin kompyuterləşdirildiyi deyilir. Bildirildiyinə görə, insanlar burada həm çap ədəbiyyatından, həm də internet-resurslardan bəhrələnə bilirlər.Bundan savayı hüquqi-informasiya mərkəzlərinin rayonlarda da açıldığı bildirildi. O cümlədən, Goranboy, Salyan və digər rayonlarda.

 

Qeyd edilməldir ki, direktoru Tair Sadıqov olan və N. Nərimanov 203 ünvanında yerləşən hüquqi-informasiya mərkəzi artıq bir ildən çoxdur ki, fəaliyyət göstərir. Lakin bu mərkəzə müraciət edənlərin bir o qədərdə çox olmadığı deyilir. Bu isə onunla izah olunur ki, vətəndaşların çoxunda belə bir mərkəzin fəaliyyəti barədə məlumat yoxdur.

Mərkəzin yaradılması - müsbət  qənaət

Mərkəz haqqında məlumatsızlıq  -mənfi qənaət

 

3. Daxili Işlər Nazirliyi

Daxili Işlər Nazirliyi İHMÜMFP-nın icrası üçün proqrama malik deyil

 

 

  Tədbiröhdəlik

 İntervyü, və müşahidələr   

  İşçi qrupunun rəyi, tapıntılar,(qənaət və uyğunsuzluqlar)   

YUNESKO-nun “Təhsil hamı üçün” prinsipinin təbliqi, hüquqi maarifləndirmə işinin genişləndirilməsi və insan hüquq və azadlıqlarının daha səmərəli müdafiəsi məqsədi ilə insan hüquqlarının müxtəlif kateqoriyalar üzrə (mülki, siyasi,iqtisadi sosial və mədəni hüquqlar) əhalinin müxtəlif qrupları (qadın, uşaqlar, gənclər, əlillər, ahıllar, qaçqın və məcburu  köçkünlər, məhkumlar, hərbi qulluqçular, narkomaniya və HİV/AİDS-ə yoluxmuş insanlar) üçün həmin qrup və yerli icmaların köməyindən istifadə etməklə hüquqi maarifləndirmə sahəsində müəllimlərin, məruzəçilərin, təlimatçıların hazırlanması.

 

Bildirildiyinə görə, son illər ərzində “Polis və İnsan hüquqları”, “Qanunun aliliyinin möhkəmləndirilməsi üzrə əməkdaşlıq”, “ İnsan hüquqlarına riayət edilməsi mədəniyyəti” adlı proqramlar çərçivəsində keçirilmiş 10-a yaxın seminarda 500-dən artıq DİN əməkdaşı iştirak edib. Bundan  başqa hər il Bakıda və respublikanın şəhər və rayonlarında 2-3 seminarın keçirildiyi iddia olunur. Daxili İşlər Nazirliyi mətbuat xidmətinin məlumatına görə,  2008-ci ildə 3 belə tədbirin keçirlməsi nəzərdə tutulmuş və “İğtişaş zamanı insan hüquqlarının qorunması” mövzusunda ilk seminar mayın 20-22-də Şəkidə baş tutub. Həmçinin bildirilir ki, ötən illər ATƏT, AŞPA və BMT-nin xətti ilə təşkil olunmuş 100-dən çox forum, seminar, treninq və təlimə DİN-in 2000-dən çox əməkdaşı qatılıb. Nazirliyin eyni zamanda insan alverinə qarşı planları da həyata keçirilir. Bu planı təsbit edən xüsusi proqram və milli koordinator da ( nazir müavini Vilayət Eyvazov) var. 2006-cı ilin oktyabrında Amerika səfrilyi, ATƏT və Beynəlxalq Miqrasiya Təşkilatının iştirakı ilə açılmış beynəlxalq standartlara uyğun Sığınacaq həftənin bütün günləri 24 saat ərzində ödənişsiz xidmət göstərən ”152” və ”562-21-12” nömrəli ”Qaynar xətt” telefonları bu növ cinayətlərin qurbanlarına tibbi, psixoloji, hüquqi və digər yardımlar göstərir.

 

 

DİN insan hüquqlarının maarifləndirlməsi sahəsində tədbirlərinin effektivliyinə gəlincə, burada fərqli mənzərə açılır. Belə ki, DİN mərkəzi aparatında mayor rütbəsində çalışan və anonimliyinin qorunmasını istəyən əməkdaşı deyir ki, son illər nə o, nə də ki, tanıdığı digər həmkarları insan hüquqlarına dair heç bir seminar və terninqlərdə iştirak etməyiblər. Bununla belə etiraf olundu ki, bu cür tədbirlər bəzən keçirilir, amma çox az sayda polis nəfərini əhatə edir və formal xarakter daşıyır. Bu cür seminarlarda tədris olunanların sonradan real həyatda tətbiqi isə  tələb olunmur. Məhz buna gərə, maarifləndirmə tədbirlərinin effektivliyi daha çox nəzəri təsir bağışlayır, nəinki praktiki.

insan hüquqları sahəsindən məsul müəllim və təlimatçıların hazırlanması öhdəliyinə DİN-dən verilən məlumatdan belə anlaşıldı ki, bu günə kimi bu iş icra olunmayıb. Deyilənə görə, hüquqi maarifləndirmə ilə nazirlyin hüquqşünasları ”ara-sıra məşqul olur”.

Mənfi  qənaət

 

 

Hüqui marifləndirmə isə  əsasən yerli və beynəlxalq QHT-lər tərəfindən aparılır ki,DİN-nin bu sahədəki əməkdaşlıq fəaliyyəti müsbət hal kimi qeyd olunur

 

 

Insan hüquqlar üzrə ixtisaslaşan dövlət qurumlarının əməkdaşlarının mütəmadi olaraq  bu sahədə beynəlxalq təcrübənin öyrənilməsi prosesinə cəlb edilməsi və mənimsənilmiş müsbət təcrübənin yayılması

 

 

Polis əməkdaşlarının mütəmadi olaraq  bu sahədə beynəlxalq təcrübənin öyrənilməsi prosesinə cəlb edilməsi və mənimsənilmiş müsbət təcrübənin yayılmasına dair öhdəliyə gəlincə, bildirildi ki, ATƏT-in Baki ofisi polisə yardım proqramını həyata keçirir. 2003-cü ildən bəri  ATƏT-in mərkəzi aparatındakı Polis üzrə Strateji Bölmə tərəfindən reallaşdırılması əlaqələndirlən bu proqram polisin demokratik normalara uyğynlaşdırılması məramını daşyır. Buna misal kimi bu ilin 30 iyun tarixində Şirvanda ( keçmiş Əli Bayramlı) Açıq Polis Günü adlı ( Open Police Day) tədbirinin keçirilməsi qeyd olundu. Bu cür tədbir Mingəçevirdə də baş tutub və bunun məqsədi sırvai vətəndaşların polsin işi ilə tanış olmaq və polisə ictimai etibarın dərəcəsini artırmaqdır. ATƏT-in polis üzrə ekspertləri Andras Hugyik və Əbdülqadir Yaşar yerli polis nəfərləri üçün təşkil olunmuş treninqlər aparmışlar.

Cari ilin fevralında isə Mərdəkandakı Polis Akademiyasında DİN və ATƏT rəhəbrliyinin iştirakı ilə yeni tədris binasının açılışı olmuşdu. Burada eyni zamanda 1200 nəfər treyninq keçə bilər.

 

Bütün bu tədbirlərin keçirilməsi faktı ATƏT-in Bakı ofisi tərəfindən təstiq olundu və müsbət  qənaət

İnsan hüquqları sahəsində beynəlxalq sənədlərin, xüsusislə İnsan Hüquqlarına dair Avropa Konvensiyasının dövlət qulluqçuları, məhkəmə, prokurorluq, polis orqanları əməkdaşları, Ombudsman aparatının, regional mərkəzin işləri, bələdiyyə üzvləri, vəkillər və hüquq sahəsində ixtisaslaşan ali təhsil müəssisələrinin müəllimləri tərəfindən öyrənilməsinin təşkil olunması, müvafiq təhsil müəssisələrinin ədəbiyyat fondunun zənginləşdirilməsi.

 

 

DİN-in  ədəbiyyat fondunun zənginləşdirilməsi barədə öhdəliyə gəlincə, bildirildi ki, son iki öldə nazirliyin kitabxanasına ATƏT insan hüquqları, polis və cəmiyyət rubrikalarına aid  2 mindən çox kitab bağışlayıb.

 

 

Müsbət  qənaət

 

4. Ədliyyə Nazirliyi

Ədliyyə  Nazirliyi   İHMÜMFP-nın  icrası üçün proqrama malikdir 

 

 

 Tədbiröhdəlik

                     İntervyü, və müşahidələr   

İşçi qrupunun rəyi, tapıntılar (qənaət və uyğunsuzluqlar)   

Əhalinin hüquq düşüncəsinin və hüquq mədəniyyətinin  inkişaf  etdirilməsi, ayrı-seçkiliyin qadağan  edilməsi , sülh və dözümlülük  mədəniyyətinin  təbliği məqsədilə Azərbaycan Respublikasının  şəhər  və rayonlarında maarifləndirmə  tədbirlərinin keçirilməsi

 

 

Bu məqsədlə departament  Nazirliyin mətbu orqanları olan “Qanunçuluq”,  “Ədliyyə”, “ Cəmiyyət  və cəza” nəşrlərində daim normativ  aktları çap edir.  Bu iş maarifləndirmə məqsədilə aparılır.  Həmin sənədlər Nazirliyin  internet-saytına da  yerləşdirilir.

Bundan  başqa   Ədliyyə akademiyasında təhsil alan gənc hüquqşünaslara   tədris kursları keçirilir.  Nazirliyin əməkdaşları insan haqları ilə bağlı mövzud normativ sənədləri əhaliyə çatdırmaq üçün mütəmadi mətbuat və telviziya və radioda çıxışlar edir.

Milli fəaliyyət planı çərçivəsində nazirliyin regional şöbələri ilə də daim  iş aparılır.

 

 Milli fəaliyyət  proqramının  həyata keçirilməsi  idarələr və baş idarə, insan haqları və ictimai əlaqələr idarəsi  tərəfindən arayışlar  hazırlanır , Xarici İşlər Nazirliyi,  Milli məclis və ombusman aparatına  göndərilir.  Nazirliyin kollegiyasında  Milli fəaliyyət planı ilə bağlı  görülən işlər müzakirə edilir.

 

 

Bildirildiyinə görə , əhalinin onlar üçün qanunvericilikdə nəzərdə tutulmuş  hüquqları ilə tanış etmək üçün nazirliyin rəhbərliyi tərəfindən İctimai Əlaqələr deapartamentinə  İnsan hüququları üzrə Milli fəaliyyət proqramı çərçivəsində daim işləmək  tapşırılıb.

Deyilənləri yoxlayarkən həqiqətən də insan haqları ilə bağlı  normativ aktların  nazirliyin veb-saytına yerləşdirilməsi və mütəmadi Ədliyyə Nazirliyinini mətbu orqanlarında çapı barədə məlumatlar  təsdiqləndi.(Müsbət  qənaət

  Amma əhalinin  heç də hamısı  (xüsusilə bölgə əhalisi)  internetdən istifadə etmədiyindən   və  nazirliyin mətbu orqanlarına abunə olmadığından  bu sənədlərlə  tanış ola bilmir. Əhalinin  daha çox baxdığı televiaiya proqramlarında isə  belə verilişlərə az rast gəlinir.  Populyar qəzetlərdə də Ədliyyə Nazirliyi əməkdaşlarının məqalə və çıxışları monitorinq zamanı  aşkarlanmadı.

(Mənfi  qənaət

 Ədliyyə Nazirliyini regional şöbələrinin əməkdaşları ilə söhbətdən , həqiqətən də onların  nazirlik  tərəfindən müəyyən ədəbiyyatla  təmin edildiyi  bilindi. Amma bu kitablar   regional şöbənin  əməkdaşları tərəfindən oxunmur, çoxlarının o kitablardan heç xəbəri yoxdur. Sadəcə bu ədəbiyyat  idarələrin şkaflarında saxlanılır.

Mənfi  qənaət

İnsan hüquqları  üzrə  ixtisaslaşan  dövlət qurumlarının  əməkdaşlarının  mütəmadi olaraq bu sahədə beynəlxalq təcrübənin  öyrənilməsi  prosesinə  cəlb edilməsi və  və mənimsənilmiş  müsbət təcrübənin  yayılması.

 

                      _

 _

İnsan hüquq və azadlıqlarına  mühüm  təhlükə  yaradan təcavüz, terrorçuluq, korrupsiya, insan alveri kimi cinayətlərin qarşısının  alınması, mədəniyytələrarası  dialoqun  və dinlərarası  əməkdaşlığın  gücləndirilməsi  mövzularında beynəlxalq  tədbirlərin  (dəyirmi masa, seminar, konfrans və s ) keçirilməsi, bu prosesdə xüsusi  metodikanın hazırlanması

 

Milli fəaliyyət planı çərçivəsində korrupsiya  ilə mübarizə məqsədilə  seminar və konfrasların təşkil olunub .  Bunlardan biri 2008-ci il martın 30-31 –də BMT-nin   antikorrupsiya  korporasiyası ilə birgə keçirilib.  Avropa otelində təşkil olunan həmin tədbirdə  azərbaycanlıların  1918-ci il martın 31-də ermənilər tərəfindən soyqırıma məruz qalmaları  məsələsi xarici qonaqların diqqəinə çatdırılıb.

 

Təşkil olunan  konfrans və seminarların sayı da arzuolunan qədər deyil və orada danışılanlar əsasən  əhalinin əsas təbəqələrinə çatdırılmır.  Bu da işin aparıcı KİV-lərin jurnalistlərli ilə düzgün qurulmamasının nəticəsidir.

 

Mənfi  qənaət

 İnsan hüquqları sahəsində  beynəlxalq  sənədlərin, xüsusilə  İnsan Hüquqlarına dair  Avropa Konvensiyasının  dövlət  qulluqçuları , məhkəmə , prokurorluq , polis orqanlarının əməkdaşları, ombusman aparatının və regional mərkəzlərinin işçiləri , bələdiyyə üzvləri, vəkillər və hüquq  sahəsində ixtisaslaşan  ali təhsil müəssisələrinni  müəllimləri tərəfindən , öyrənilməsinin təşkil olunması, müvafiq təhsil  müəssisələrinin  ədəbiyyat  fondunun  zənginləşdirilməsi.

 

İnsan alveri ilə  bağlı  seminar və konfransların keçirilməsi  prezident sərəncamında nəzərdə tutulsa da   , bu işi əsasən  Daxili İşlər Nazirliyi və Milli Təhlükəsizlik Nazirliyi apardığından Ədliyyə Nazirliyi  bu istiqamətdə normativ aktlarının hazırlanması ilə məşğul olub. 

 

 

    Müsbət  qənaət

İnsan hüquqları  sahəsində ixtisaslaşmış  milli və beynəlxalq  elmi-tədqiqat və tədris  müəssisələri  ilə əməkdaşlığın təkmilləşdirilməsi.

 

                _

 _

İnsan hüquqları  üzrə  ixtisaslaşmış  kitabxananın yaradılması.

 

Prezident sərəncamı ilə nazirliyə  kitabxanaların yaradılması da tapşırlıb. Amma  bildirildi ki,Ədliyyə Nazirliyi kitabxana yarada bilməz. Buna baxmayaraq nazirlik  insan hüquqları üzrə sənədlər toplusu  hazırlayıb və Ədliyyə akademiyasının  kitabxanasına verib. 

 

Müsbət  qənaət

 

5. Müdafiə Nazirliyi

Müdafiə Nazirliyi  İHMÜMFP-nın  icrası üçün proqrama malik deyil

 

 

  Tədbiröhdəlik

                               İntervyü, və müşahidələr   

İşçi qrupunun rəyi tapıntılar (qənaət və uyğunsuzluqlar) 

YUNESKO-nun “Təhsil hamı üçün” prinsipinin təbliqi, hüqiqu maarifləndirmə işinin genişləndirilməsi və insan hüquq və azadlıqlarının daha səmərəli müdafiəsi məqsədi ilə insan hüquqlarının müxtəlif kateqoriyalar üzrə (mülki, siyasi, iqtisadi, sosial və mədəni hüquqlar) əhalinin müxtəlif qrupları (qadın, uşaqlar, gənclər, əlillər, ahıllar, qaçqın və məcburu  köçkünlər, məhkumlar, hərbi qulluqçular, narkomaniya və HİV/AİDS-ə yoluxmuş insanlar) üçün həmin qrup və yerli icmaların köməyindən istifadə etməklə hüquqi maarifləndirmə sahəsində müəllimlərin, məruzəçilərin, təlimatçıların hazırlanması.

 

  Müdafiə Nazirlyinə aid hərbi hissələrdə həftədə bir dəfə humanitar və beynəlxalq hüquqdan hərbi qullquçulara dərslər keçirilir. Maarifləndirici xarakter daşıyan dərslərə əsasən sıravi heyətin cəlb edildiyi bildirilir. Təlimatcı və məruzəçi qismində isə – bölmə komandirləri çıxış edir. Ali təhsilli olan həmin bölmə komandirləri bitirdikləri ali hərbi təhsil müəssisələrində hüquq sahəsindən də təhsil alıblar. Dərslər tutulmuş plan-qrafik əsasında həyata kecirilir. Hüquq maarifləndirmə tədbirləri hərbi qarnizon komandanlığı səviyyəsində tənzimlənir. Bu günə kimi davam edən dərslərin mövzuları – insan hüquqları və beynəlxalq hüquqdur.

Habelə bildirildi ki, Azərbaycan hərbçiləri NATO ilə “Sülh naminə tərəfdaşlıq” proqramı çərçivəsində də hüquq, o cümlədən insan hüquqları sahəsindən, treninq keçirlər. Əsasən zabit heyətinin iştirak etdiyi bu treninqlər İsveçrənin Spies (11-13 mart 2008) Türkiyənin Ankara ( 14-16 noyabr 2007), Litvanın Vilnüs( 2-8 dekabr 2007) və Xorvatiyanln Split şəhərlərində ( mart 2008) baş tutub. Bu günə kimi bu treninqlərdə ümumilikdə 70-dən çox Azərbaycanlı zabit iştirak edib. Sonradan onlardan bəzilərinin Kosovo, İraq və Əfqanıstandakı sülhməramlı əməliyyatlarda iştirak etdiyi deyilir.

 

 

İşçi qrupu  Silahlı Qüvvələrə Vətəndaş Nəzarəti Mərkəzinin rəhbəri Ələkbər Məmmədovdan insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət planının icrasının vəziyyəti ilə baqlı intervyü götürdü.O tam fərqli   fikirdədir. Onun sözlərində görə, silahlı qüvvələrdə insan hüquqları sahəsindən mühazirələr “görüntü xarakteri daşıyır”. Onun sözlərinə görə, hüquqi treninqlər daha çox paytaxdakı hərbi hissələrdə, özü də əsasən beynəlxalq təbirlərdə iştirakı gözlənilən ( misal üşün NATO-unun seminarları) zabitlər üçün keçirlir. Əyalətdə qulluq edən hərbçilərin isə ( bu isə ordunun əksər hissəsidir) bu kimi treniqlərdən xəbəri yoxdur. Elə məhz bunun dolayısı nəticəsidir ki, sıravi hərbi qulluqçulara qarşı törədilən zorakılıq və hüquqlarının pozulması vüsət alıb. “ Əksər hərbiçilər insan hüquqlarından tam bixəbərdir və onlara bu sahədən dərs və ya təlimin keçirildiyini demək – gülüncdür”, 

İnsan hüquları sahəsində treniqlərə ordu şəxsi  heyətinin çox cüzii bir hisəsinin cəlb edildiyni  deyən Məmmədov bildidir ki, silahlı  qüvvələrə təzə çağırılmış vətəndaşların hüquqlaırnın qorunması sahəsində açınacaqlı vəziyyət müşahidə olunur. Elə son bir neçə ildə Silahlı Qüvvələrə Vətəndaş Nəzarəti Mərkəzinə əsgərlərin hüquqlarının pozulmasına ( döyülməsi, qətli,mənəvi işgəncə və s.) dair onlarla şikayətlər daxil olub. Bu pozuntulaırn çoxunun əyalətdə yerləşən hərbi hissələrdə ( Naxçıvan, Qusar, Qazax və s.) baş verdiyi deyilir. Bütün bunları nəzərə alan Ələkbər Məmədov orduda insan hüquqlarından maarifləndirici tədbirlərin keçirildiyi haqda iddiaları “yersiz və istehza doğuran hal” adlandırdı.

 

Mənfi   qənaət

 

6. Səhiyyə Nazirliyi

Səhiyyə Nazirliyi  İHMÜMFP-nın  icrası üçün proqrama malik deyil

 

 

 Tədbiröhdəlik

 İntervyü, və müşahidələr   

İşçi qrupunun rəyi,   .                     tapıntılar (qənaət və uyğunsuzluqlar) 

YUNESKO-nun  “təhsil hamı üçün” prinsipinin təbliği, hüquqi maarifləndirmə işinin genişləndirilməsi  və insan hüquq və azadlıqlarının  daha səmərəli  müdafiəsi məqsədilə  insan hüquqlarının  müxtəlif kateqoriyalar üzrə (mülki, siyasi, iqtisadi, gənclər, əlillər , ahıllar, qaçqın  və məcburi  köşkünlər, məhkumlar, hərbi qulluqçular, narkomaniya  və HİV/AİDS-ə  yoluxmuş insanlar)  üçün həmin  qrup və yerli icmaların  köməyindən  istifadə  etməklə  hüquqi maarifləndirmə sahəsində müəllimlərin , məruzəçilərin, təlimatçıların hazırlanması.

 

Səhiyyə Nazirliyindən bildirildiyinə görə, yuxarıda göstərilən öhdəliklər çərçivəsində nazirliyə əsasən narkomaniya  və HİV/AİDS-ə  yoluxmuş insanlar arasında  hüquqi maarifləndirmə işinin  aparılması nəzərdə tutulub.  Bu iş əsasən Narkoloji dispanser və    Respublika QİCS-lə mübarizə mərkəzi aparıb.   Müxtəlif  seminarların və konfransların təşkili işinə üçüncü sektor təmsilçilərinin  nümayəndələri də cəlb olunublar.

 

  Respublika QİCS-lə mübarizə mərkəzi hər il  Ümumdünya QİCS-lə mübarizə günündə   geniş konfranslar təşkil edir, televiziya , radio və mətbua orqanlarında  çıxışlar edilir. Bundan başqa QİCS təhlükəsi və ondan qorunma məqsədilə plakatlar  çap edilərək bütün poliklinikalara   vurulub.  Nazirliyin işçiləri tərəfindən orta məktəblərin yuxarı sinif  şagirdlərinə bununla bağlı mühazirələr oxunub.

 O cümlədən televiziyada  QİCS-dən  qorunma barədə məlumatlar verən videoroliklər nümayiş etdirilib. 

Nazirlikdən verilən məlumata görə, aparılan  maarifləndirmə işlərinin nəticəsidir ki,  Azərbaycan QİCS-ə   yoluxma səviyyəsi  aşağı olan  ölkələr siyahısına daxildir  Amma bununla belə son illər  bir çox ölkələrdə olduğu kimi , burada da QİCS-ə  yoluxmuş insanlarının sayının  artması müşahidə olunur.  Belə ki, 2008-ci ilin 6 ayı ərzində AZərbaycanda 193 yeni  QİÇS-ə yoluxma  faktı aşkar olunaraq  qeydiyyata alınmışdır.  Onlardan 189-u Azərbaycan vətəndaşı, 4 nəfəri  əcnəbidir.  Qeydiyyata  alınmış  189   Azərbaycan vətəndaşından  149-u kişi , 40-ı qadındır.  Son  6 ay ərzində   QİCS mərhələsinə keçən  Azərbaycan vətəndaşlarının sayı 21 nəfər , dünyasını dəyişmişlərun sayı isə 25 nəfər olmuşdur. 

QİÇS-ə yoluxmuş kişilərin  əksəriyyəti  Rusiyada mövsümi işə yollananalar   və əsasən bölgə vətəndaşları   olduğundan  Respublika QİCS-lə mübarizə mərkəzi xüsusilə bölgələrdə öz işini fəallaşdırmış , rayon səhiyyə təşkilatlarında müxtəlif konfrans və seminarlar keçirilmişdir.

Narkomaniya  mövzusunda da o cümlədən  müxtəlif plakatlar çap olunmuş metro stansiyalarında, poliklinikalarda və əhalinin başqa gur olduğu yerlərə vurulmuşdur.

Bundan başqa bütün bu məlumatlar nazirliyin internet saytında yerləşdirilmişdir.

 

Nazirliyin təqdim etdiyi məlumatalr əsaslnda aparılan araşdırma  nazirliyin bu sahədə gördüyü işin qənaətbəxş olması barədə nəticə çıxarmağa imkan verir. Bununla yanaşı maarifləndirmə işlərinin artırılması və xüsusilə də küçələrdə ictimai reklamın , həmçinin QİCS və narkomaniya təhlükəsi barədə  şitlərin vurulması  daha yaxşı olardı. Belə ki, küçələrdə bu kimi reklam şitlərinə az rast gəlinir. Metro stansiyalarında izə bu plakatlar digərlərindən az olduğundan demək olar ki, itib-batır.  Nazirliyin mətbu orqanlarında mütəmadi  bu mövzuya yer verilsə də onların oxucusu az olduğundan  bir o qədər də səmərəli olmur. Nazirliyin  tele-radio kanallarda  və  populyar mətbu orqanlarında  QİÇS və narkomaniya ilə  mübarizə ilə bağlı geniş  kompaniya keçirməsinə ehtiyac var.

Müsbət  qənaət

 Məktəblərdə  maarifləndirmə işi aparılsa  da bu istiqamətdə   fəaliyyətin artırılmasına ehtiyac var.

 Bölgə xanımları arasında apardığımız sorğular isə  onların ümumiyyətlə QİÇS-dən  qorunma yolları barədə məlumatsız olmalarını deməyə əsas verir.  Bilənlər isə  biliklərini digər xanımlara bildirməkdən utandıqlarının deyirlər.  Nazirlik bölgələrdə maarifləndirmə işini  genişləndirərsə bu stereotiplər də sınmış olar.

  Vətəndaş Cəmiyyəti təmsilşilərinin bu işə cəlb olunması səviyyəsi də arzuolunan deyil. Araşdırma göstəriri ki,   bu istiqamətdəki təmsilşilər  əsasən öz təşəbbüsləri və ya  xarici qrant hesabına    özbaşına həyata kecirir. Ücüncü sektorla nazirliyin bərabər  tədbirlər keçirməsi daha effektli ola bilərdi.

Mənfi  qənaət

 

7. Ekologiya və Təbii Sərvətlər Nazirliyi

Ekologiya və Təbii Sərvətlər Nazirliyi  İHMÜMFP-nın  icrası üçün proqrama malik deyil

 

 

 Tədbiröhdəlik

 İntervyü, və müşahidələr   

İşçi qrupunun rəyi ,  tapıntılar (qənaət və uyğunsuzluqlar)   

Hüquqi  maarifləndirmə məqsədilə müxtəlif çap məhsulların -  kitabların, buketlərin, bülletenlərin hazırlanması, plakatların nəşr edilməsi və əhali arasında işinin təşkili.      

 

 Verilən məlumata görə,  “Azərbaycan Respublikasında İnsan haqlarının  müdafiəsi üzrə  Milli Fəaliyyət Planı”nın  40-ci bəndinə uyğun olaraq , insan haqlarına dair tədris, maarifləndirmə  elmi-analitik əməkdaşlıq tədbirləri görülüb. Bu sahədə müəyyən kitablar, broşurlər, roliklər, plakatlar hazırlanıb. Roliklər telekanallarda göstərilib. Beynəlxalq ekoloji tədbirlər  keçirilib. Bura  Yer günü, Beynəlxalq dəniz günü, ətraf mühitin mühafizəsi, biomüxtəliflik günü , dəniz məməlilərini müdafiəsi günü ilə bağlı   tədbirlər keçirilib.  Tədbirlərdə qeyri-hökumət təşkilatları nümayəndələri ilə əmək kollektivləri,  təhsil müəssisələrində tədbirlər keçirilib, dəəyirmi masalar təşkil olunub.  Burada da insanların ekoloji maarifləndirilməsi tədbirləri  keçirilibdir ki,  vətəndaşlar bu sahədə görülən uişlər və mövcud problemlər barədə məlumatlı olsunlar.

Hansı məktəb və kollektivlərdə keçirilməsi barədə  suala cavabında    Bakı dövlət Universiteti, Texniki Universitet,  Neft Akademiyası  v orta məktıblərdə keçirilib. Sumqayıt Litsey, 203 saylı, 64 saylı məktəbdə keçirilib. Bunlar Təhsil Nazirliyinin məktəbdən kənar işlər üzrə müəssisəi ilə birgə tədbir sayılıb.  64 və 203 saylı məktəblərdə yaşıllıqların qorunması, sağlam ətraf mühit   sağlamlıq deməkdir  mövzularında söhbətlər aparılıb. Cap olunan kitab, broşürlərin  adları və tirajına gəlincə isə   bildirildi ki,   nazirlik əsasən bukletlərin çapına önəm verib.    Neçə adda bukletin buraxıldığını deyilməsə də nazirlik rəsmisi söylədi ki, onların hər biri 1000 nüsxədən çox tirajla buraxılıb və tədirlərdə paylanıb. Buraxdığınız bukletləri adi vətəndaş necə əldə edə bilər?  sualına cavabında isə   bildiilrdi ki, bu bukletləri adi vətəndaşlar  nazirliyin Biomüxtəlifliyin qorunması və artırılması departamentindən əldə edə bilərlər

  Nazirliyin   www.ecogov.az saytının olduğunu və daim təzələndiyini bildirildi. Həmin saytda Milli fəaliyyət planı çərçivəsində görülən işlər barədə ayrıca rubrika varmı sualına cavabında nazirlik rəsmisi bildirdi ki, bunlar bötüvlükdə  Nazirliyin gördüyü işlərdir və ümumi məlumatlar şəklində saytda öz əksini tapıb.

 Hansı kitablar çap olunub sualına cavabında isə    yalnız bir kitabın adı  çəkilə bildi   “Azərbayacn təbiəti dünyanın incisidir”.

  Həmçinin 500-1000 tiraj olmaq şərti iləmüxtəlif maarifləndirici plakatların çap olunduğunu da dedi.  Bu plakatlar əsasən   respublikanın dövlət idarələrində, qeyri hökumət təşkilatalrında, müəssisələrdə ramkalara keçirilərək divarlara vurulub.  Məktəblərdə bu plakatlar  ekologi bilgilərin verildiyi siniflərdə vurulub və  maarifləndimə  məqsədilə istifadə edilir.

Həmin məktəblərin rəhbərliyi belə  görüşün keçirildiyini bildirsələr də bir qism şagirdlər arasında keçirdiyimiz  anonim sorğunun  nəticələrinə əsasən deyə bilərəm ki, həmin tədbirlər barədə onların əksəriyyəti  məlumatsız  olduqlarınnı, məlumatlı olanlar isə  tədbirdə danışılan məsələlərə maraq göstərmədikləri və heç bir informasiyanın yadlarında qalmadıqlarını dedilər.

 

Mənfi  qənaət

 

Bununla əlaqədar  bir sıravi vətəndaşı nazirliyə yolladıq və o bulleten almaq istəyini  nazirliyin qapısında oturan polisə  bildirəndə polis müxtəlif bəhanələr gətirməklə nəinki vətəndaşı nazirliyə buraxmadı hətta bu barədə departamentə məlumat belə vermək istəmədi

 

Mənfi  qənaət

Amma Bakının 132, 134, 167  məktəblərində belə plakatlara rast gəlmədik.  Qeyri hökumət təşkilatalrı  nümayəndələri isə belə plakatları  həqiqətən də nazirlikdən aldıqlarının və şkaflarında  saxladıqlarının bildirdilər. 

 

Mənfi  qənaət

 

8. Xarici Işlər nazirliyi,

Xarici Işlər Nazirliyi  İHMÜMFP-nın  icrası üçün proqrama malik deyil

 

 Tədbiröhdəlik

 İntervyü, və müşahidələr   

 İşçi qrupunun rəyi,   tapıntılar (qənaət və uyğunsuzluqlar)

Insan hüquqlar üzrə ixtisaslaşan dövlət qurumları əməkdaşlarının mütəmadi olaraq  bu sahədə beynəlxalq təcrübənin öyrənilməsi prosesinə cəlb edilməsi və mənimsənilmiş müsbət təcrübənin yayılması.

 

Bildirildiyinə görə, ötən il XİN-in 4 əməkdaşı  BMT Baş Assambleyasının iclası çərçivəsində insan hüquqaları, sosial və humanitar məsələlərə dair 3-cü komitənin  Nyu-Yorkda baş tutmuş 1 aylıq sessiyasına qatılmışlar.  Komitənin Cenverədə (İsveçrə) keçirilmiş sessiyalarına XİN-n bir qrup işçisi 6 dəfə  ezam olunub.  XİN işçiləri habelə 2007-ci ilin aprel ayının 16-19 tarixləri arasında Avropa Şurasının Starsburqda  keçirdiyi və insan hüquqları standartlarına həsr olunmuş seminarda iştirak etmişlər.

 İslam Konfransı Təşkilatı XİN rəhəbrlərinin martın əvvəli Seneqalda keçirlən sammitində Azərbaycan tərəfi insan haqları üzrə baş komissar vəzifəsinin təsis edilməsi və İKT baş katibinin sivilizasiyalararası dialoq üzrə xüsusi nümayəndəsinin təyin olunması təşəbbüsü ilə çıxış edib. Müvafiq təşəbbüs toplantının yekun kommunikesində əks olunub. Bu təşəbbüsə İKT-nin gələn il Misirdə keçirləcək iclasında baxılacaq.

 

 

Tədbirlərin keçirilməsi müsbət hal kimi qeyd olunur

Bununla belə sadalanan tədbirlərdə əldə edilmiş təcrübənin hansı formada digər nazirlik işçiləri arasında yayılması qeyri-müəyyən qaldı.

Mənfi qənaət

İnsan hüquq və azadlıqlarına mühüm təhlükə yaradan təcavüz, terrorçuluq, korrupsiya, insan alveri kimi cinayətlərin qarşısının alınması, mədəniyyətlərarası dialoqun və  dinlərarası əməkdaşlığın  gücləndirilməsi mövzularında beynəlxalq tədbirlərin (seminar, dəyirmi masa, konfrans və s.) həyata keçirilməsi.

 

2007 aprelin 26-28 tarixlərində Bakıda Azərbaycanın İslam Konfransı Təşkilatında sədrliyi cərcivəsində XİN və İKT-in birgə təşkilatçılığı ilə “Tolerantlıq və qarşılıqlı anlaşmanın inkişafında KİV-lərin rolu” mövzusunda  konfransı keçrilmişdi. Konfransda BMT, İKT, Avropa İttifaqı, Avropa Şurası,  Afrika Birliyi, YUNESKO və bir çox media qurumlarının təmsilçiləri iştirak etmişlər. Konfransadakı dinləmələrdə dinlərarası dialoqlda və dini tolerantlığın təşviqində medianın rolu, hökümət və vətəndaş cəmiyyəti arasında əlaqələr, beynəlxal terrorculuq və sairə mövzular ətrafında fakir mübadiləsi aparılıb. Tədbirə Azərbaycan XİN-in  əksər idarələrinin əməkdaşları qatılıb.

22-23 oktyabr 2007-ci ildə Bakıda İslam Konfransı Təşkilatı hüquq-mühafizə oqranları rəhbərlərinin konfarnsına hazırlıq üzrə ekspert görüşü keçirilib. Qəbul edilmiş yekun sənəddə 2009-cu ilin  birinci yarısında zirvə toplantının Bakıda keçiriləcəyi təstiq edilib.

Azərbaycan Xarici İşlər Nazirliyi  bu il  iyun 10-11  Heydər Əliyev fondu, YUNESCO, İSESCO-nun təçəbbüsü ilə keçiriləcək ”Mədəniyyətlərarası dialoqda qadınların rolu” mövzusunda beynəlxalq konfransın hazırlıq işlərinə cəlb olunub. Konfarnsada insan alveri ilə müştərək mübarizə məsləsi əsas mövzulardandır.

 

Müsbət  qənaət

İnsan hüquqları sahəsində ixtisaslaşmış milli və beynəlxalq elmi-tətqiqat və tədris müəssisələri ilə əməkdaşlığın təkmilləşdirilməsi.

 

 

Milli Fəaliyyət Planı çərçivəsində Xarici İşlər Nazirliyinin  Milli Elmlər Akademiyası insan hüquqları institutu və İsveçin Valenberq adına beynəlxalq insan hüqqqları institutu ilə əməkdaşlıq etdiyi deyilir .  Azərbaycan XİN-in 2 nəfər əməkdaşı İsveçin Valenberq adına beynəlxalq insan hüquqqları institutunun cari ilin fevralında 2 həftəlik kurslarında  iştirak edib. XİN Diplomatik Akademiyası ABŞ və Rusiyanın  tədris müəssisələri ilə əməkdaşlıq edir.

 

Bu öhdəliyin icrası ilə baqlı digər misal və nümunələr göstərilmədi.

 

 

 

 

 

9. Gənclər və İdman Nazirliyi,

Gənclər və İdman  Nazirliyi  İHMÜMFP-nın  icrası üçün proqrama malik deyil

 

 

 Tədbiröhdəlik

                              İntervyü, və müşahidələr   

 İşçi qrupunun rəyi,   tapıntılar (qənaət və uyğunsuzluqlar)

Məktəblilər və tələbələr üçün insan hüquqlarına dair olimpiadalarının, müsabiqələrin keçirilməsi, insan hüquqların tətbiqinə dair bədii sərgilərin, festivalların və digər tədbirlərin keçirilməsi

 

 

  Verilən məlumatda nazirliyin milli fəaliyyət proqramı çərçivəsində  gördüyü iş  3  hissəyə ayrılıb.  Birinici  hissəyə   2007-ci ildə görülən işlər, ikinici   hissəyə  - 2008-ci ilin birinci rübündə görülən işlər, üçüncü  hissəyə -  2008-ci ilin sonunadək görülməsi planlaşdırılan işlər daxil edilib.

 Birinci hissəyə adi olaraq aşağıdalı tədbirlərin keçirildiyini  bildirildi:

- Nazirlik tərəfindən Avropa gənclər proqramı  çərçivəsində “İmkanlar və perspektivlər “ mövzusunda bölgələrdə seminarlar keçirilib. Seminarlarda Gənclərin Avropa Şurası və  Avropa Birliyinn proqramları və gənclər strukturları barədə məlumatlar verilib. İnsan  haqları ilə bağlı  təlim məşğələlər  təşkil olunubdur. Təlim məşqələlərdə zorakılıq, sosial istisna, irqçilik dözümsüzlük  kimi insan ləyaqətini alcaldan hallara qarşı  cavab  vasitələrinin  tapılması  məsələlərinə toxunulib.

-  Avropa qitəsi üzrə insan hüquuqlarını təşviq edən fəallar ,təlimçilər, və gənclər təşkilatı  şəbəkəsi qurulub və inkişaf etdirilir.

 

 

Bununla yanaşı nazirlik tərəfindən seminarların keçirildikləri dəqiqi  tarix və  yer  barədə  dəqiq məlumat verilmədi.

 

Mənfi  qənaət

YUNESKO – nun « Təhsil hamı üçün» prinsipinin  təbliği, hüquqi maarifləndirmə işinin genişləndirilməsi və insan  hüquq və azadlıqlarının daha səmərəli müdafiəsi məqsədilə insan hüquqlarının müxtəlif kateqoriyalar üzrə ( mülki, siyasi, iqtisadi, sosial və mədəni hüquqlar) əhalinin müxtəlif qrupları ( qadınlar, uşaqlar, gənclər. Älillər, ahıllar, qaçqın və məcburi köçkünlər, məhkumlar, hərbi  qulluqçular, narkomaniya və HİV / AİDS – ə  yoluxmuş insanlar) üçün həmin  qrupp və yerli icmaların                         

 

 

2007-ci ildə  Nazirliyin maliyyə dəstəyi ilə Avropa şurasının  gənclər və idman  direktroluğu tərəfindən  insan hüquqlarının  tədrisi üzrə gənclər   proqramı çərçivəsində hazırlanmış “Kompas”  adlı tədris  vəsaiti  tərcümə edilib və  nəşr olunub.

-  Avropa insan hüquqları məhkəməsi üzrə  GHT hüquqçünasları üçün  təlim məşğələ  toplantısı keçirilib.  Seminar “Gənc hüquqşünaslar birliyində”  təşkil olunub.

 -Yenə də həmin təşkilat tərəfindən nazirliyin dəstəyi ilə  İnsan hüquqları üzrə qış və yay məktəblərini təşkil edilib

-İnsan  hüquqlarının  tədrisi üzrə Milli təlim kyrsları təşkil olunub. Bu layihə Gənlərin  inkişafı ictimai birliyi tərəfindən təşkil olunub.

-“Gənclər hərəkətdə”  Avropa İnsan haqları və azadlıqlarının müdafiəsi haqqında konvensiya və insan hüquqlarnın Avropa məhkləməsində müdafiəsi barədə informasiyanın geniş yayılması məqsədilə  Azərbaycanın müxtəlif bölgələrindən təşviqatçı  həmyaşıdların hazırlanması  layihəsi reallaşdırılıb.   Bu  layihəni  Gənc insan hüququ müdadiəçiləri ictimai birliyini təşkil edib.

-Əlilər üçün yay istirahət düşərgəsi  təşkiçl olunub.

-Qaçqın olan  yaradıcı gənclərin yaradıcı yay müsabiqələri keçirilibdir.

-2008-ci ilin fevraından  narkomanlığın profilaktikası məqsədilə rayon, şəhər gənclər təşkilatları , gənclər və idman idarələrinin və gənclrin QHT təmsilçiləri üçün  treninqlər  keçirilib.

 - Gənclərin vətənpərvərlik tərbiyəsi üçün “Breyn rinq “ yarışları təşkil olunub.

 - Sosial müdafiəyə ehtiyacı olan uşaqlar üçün  Novruz şənliyi keçirilib.

-   “İnsan alveri və zorakılıqla mübarizə hər birimizin işidir”  devizi altında Qarabağ, cənub ,  Gəncəbasar və Şəki- Zaqatalada   zonalarında təşviqat kompaniyalarınını keçirilməsi nəzərdə tutulub.

- Avropa birliyinin Gənclər  fəaliyyətdə proqramında  xarici ölkələrlə gənclər   mübadiləsinin təşkil olunması ilə bağlı milli fəaliyyət planıınn hazırlanması nəzərdə tutulub.

 -“ Hər kəs fərqli, hər kəs bərabər “ ümumavropa  kompaniyasının davamı ilə bağlı tədbirlər planını hazırlanması planlaşdırılır. 

 -Uşaq və gənclərin hüquqlarına dair müsabiqə, sərgi , konfrans , dəyirmi masa , festival və iclasların keçirilməsi planlaşdırılır.

 - Qaçqın, məcburi köçkün və  aztəminatlı ailələrdən olan gənclərlə bağlı tədbirlərin keçirilməsi nəzərdə tuitulub.

 

Bu vəsaitin əldə etmək üçün BDU kitabxanasına,  CƏfər Cabbarlı adına Gənclər kitabxanasına, habelə Texniki universitetin kitabxanasına müraciət etdik . Amma həmin kitab barədə kitabxanaçılar məlumatlı olmadıqlarını sölədilər.

 

Mənfi qənaət

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Adı çəkilən layihələr əhəmiyyətli sayılsa da onların əksəriyyəti seyriyyəçilik xarakteri daşıyır ,yəni QHT-lər tərəfindən keçirilib və Milli fəaliyyət proqramı çərçivəsində  nazirlik qarşısında qoyulan  tələblərə aid edilə bilməz.

 

Mənfi qənaət

 

 

10. Dini Qurumlarla iş üzrə Dövlət Komitəsi

Dini Qurumlarla iş üzrə Dövlət Komitəsi  İHMÜMFP-nın  icrası üçün proqrama malik deyil

 

 

  Tədbiröhdəlik

 İntervyü, və müşahidələr   

İşçi qrupunun rəyi,   tapıntılar (qənaət və uyğunsuzluqlar)

YUNESKO-nun “Təhsil hamı üçün” prinsipinin təbliqi, hüquqi maarifləndirmə işinin genişləndirilməsi və insan hüquq və azadlıqlarının daha səmərəli müdafiəsi məqsədi ilə insan hüquqlarının müxtəlif kateqoriyalar üzrə (mülki, siyasi,iqtisadi, sosial və mədəni hüquqlar) əhalinin müxtəlif qrupları (qadın, uşaqlar, gənclər, əlillər, ahıllar, qaçqın və məcburu  köçkünlər, məhkumlar, hərbi qulluqçular, narkomaniya və HİV/AİDS-ə yoluxmuş insanlar) üçün həmin qrup və yerli icmaların köməyindən istifadə etməklə hüquqi maarifləndirmə sahəsində müəllimlərin, məruzəçilərin, təlimatçıların hazırlanması.

 

 

 

Bildirildiyinə görə, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi bu istiqamətdə özünün ayrıca fəaliyyət planına malik olmasada, 6 aydan bir üzərinə düşən öhdəliklərlə baqlı daxili hesabat hazırlayır. Bu sənəddə komitənin üzərinə düşən öhdəliklərin icrası istiqamətində işlər əks olunur. Belə ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ombudsman aparatı ilə birlikdə “ölkənin hər rayonunda dini və hüquqi sahədə maairflədirməyə dair” ötən ilin yanvarından iyul ayına kimi  2 seminar və treninq keçirdiyi bildirilir.  Seminar və treninqlər 16 mövzu əsasında, o cümlədən  “Dövlət və din”, “Qeyri-ənənəvi təriqətlər”, “Heydər Əliyev və milli-mənəvi dəyərlər” (!?) mövzusunda keçirilib. Bu formatda seminarların mart ayından etibarən yenidən başladığı bildirilir. Bu dəfə isə seminarların əsas mövzusu “Dindarlar seçici kimi” mövzusu ilə keçirilir. Komitədən verilən məlumata görə, tədbirin iştirakçıları qismində yalnız dindarlar deyil, habelə icra hakimiyyəti, DİN nümayəndələri, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi rayon şöbələrinin işçiləri, məktəb direktor və müəllimləri, bələdiyyə və qəsəbə nümayəndələri, aparıcı dini  icmaların nümayəndələri də çıxış edir.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin hüquqi maarifləndirmə sahəsində təlimatçı və məruzəçi hazırlamasına gəlincə, bu işin qismən Komitənin hüquq və qeydiyyat şöbəsinə həvalə olunduğu bildirildi. Bununla belə ayrıca personal kimi təlimatçılar hazırlanmır. Onların işi eyni zamanda tanınmış şəxslərə tapşırılır. Misal üçün, ötən ilin oktyabr ayında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Mətbuat Şurası ilə birgə dini mövzuda yazan jurnalistlər üçün seminar keçirib. Tədbirdə tanınmış jurnalist və İTV Yayım Şurasının üzvü Jahangir Məmmədli  mühazirəçi qismində iştirak edib.

Bundan savayı, keçən ilin noyabrında  Ədliyyə Nazirliyi ilə qarşlıqlı razılıq əsasında ölkənin cəzaçəkmə müəssisələrində seminar-treninqlər keçirilib. Bildirildiyinə görə, bu cür seminarlar hər bir həbsxanda  iki dəfə baş tutub.  Bakı Dövlət Universiteti ilahiyyat fakultəsinin müəllimlərinin də iştirak etdiyi bu seminarlar cari ilin noyabrında bitəcək. Bu seminarların məramı dustaqları dini ibadət azadlığı və insan hüquqlarının əsasları sahəsində maarifləndirməkdir.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi  öz əməkdaşları üçün ötən ilin iyul ayından başlamış daxili treninqlər də keçirir. Bu treninqlərdə mühazirəçi qismində Qafqaz Müsəlmanları Ruhani İdarəsinin sədri Allahşükür Paşazadə, MSK sədri Məzahir Pənahov, YAP-dan Əli Əhmədov, Ombudsman Elmira Süleymanova, ilahiyyatşünas Vasim Məmmədəliyev, İslam İnstitutunun rektoru Hacı Sabirin iştirak etdiyi deyilir.

Müxtəlif mövzulu seminarların cari ildə habelə Qax, Şəki və Qobustanda baş tutduğu bildirilir.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Müsbət qənaət

Əhalinin hüquq düşüncəsinin   və hüquqi mədəniyyətinin inkişaf etdirilməsi, ayrı-seçkiliyin qadağan edilməsi, sülh və dözümlük mədəniyyətinin təbliqi məqsədi ilə Azərbaycan respublikasının şəhər və rayonlarında maarifləndirmə tədbirlərinin keçirilməsi.

 

 

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi 16 noyabr - Ümumdünya Tolerantlıq günüdə hər il “Tolerantlıq örnəyi - Azərbaycan” mövzusunda tədbir keçirir. Yerli dini icmalar, dinşünas və alimlərin iştirtak etdiyi bu tədbirdə ölkədə dözümlülük mədəniyyətinin təbliqi və dinlərarasi anlaşmanın gücləndirilməsi əsas müzakirə obyekti olur.

Ötən ilin 3-4 aprel tarixində “Heydər Əlieyev və dini siyasət” adlı beynəlxalq konfrans baş tutub. Konfransda “Din və insan hüquqları”, “İslam və demokratiya” mövzularında məruzələr dinlənilib. Konfransdakı müzakirə və yekunlar sonradan 3 dilə (Azərbaycan, rus, ingilis) çevrilərək  kitab şəklində yayılıb.

Bildirldiyinə görə, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi “Din və dövlət” jurnalında bütün bu məsələlərı işıq landırır.  Müxtəlif səpkili mövzuları həm qurum əməkdaşları və dindarlar, həm də BDU-un ilahiyyat fakultəsinin müəllim-tələbə heyəti işıqlandırır.

 

Lakin adıçəkilən nəşrin bir neçə buraxılışına nəzər yetirdikdə burada insan hüquqları deyil, əsasən dini mövzuların işıqlandırıldığnın şahidi olmaq mümkündür.

Mənfi  qənaət

Insan hüquqları üzrə ixtisaslaşan dövlət qurumlarının əməkdaşlarının mütəmadi olaraq bu sahədə beynəlxalq təcrübənin öyrənilməsi prosesinə cəlb edilməsi və mənimsənilmiş müsbət təcrübənin yayılması

 

 

Bu öhdəliyin icrası ilə baqlı yalnız ötən ilin aprelində keçirilmiş “Heydər Əliyev və dini siyasət” mövzusundakı konfrans qeyd olundu. 20 ölkə nümayəndəsi, habelə İslam Konfransı Təşkilatı, BMT və digər beynəlxalq qurumların təmsilçilərinin iştirak etdiyi konfransda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tam əksər əməkdaşları qatılıblar. Tədbirdə dövlət və din münasibətləri, habelə dövlətin dindən ayrılması prosesinin Avropa və Asiya təcrübələri nəzərdən keçirilib. Amma komitə işçilərinin beynəlxalq təcrübə ilə tanışlığının digər nümunələri qeyd olunmadı.

 

Lakin Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin İnsan hüquqları sahəsində tədris və maarifləndirmə tədbirlərinə nəzər yetirdikdə icra olunan tədbirlərin insan hüquqları deyil, daha çox dini maarifləndirmə səciyyəsi daşıdığı təsiri bağışlayır. Son iki ildə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin qeyd olunan tədbirlərin bəzilərində (“Dövlət və din”, “Qeyri-ənənəvi təqirətlər”, “Heydər Əliyev və milli-mənəvi dəyərlər”)  iştirak etmiş jurnalistlərin  sözlərinə görə, bu tədbirlər əsasən dini-profilaktiki xarakter daşımış və orada insan hüquqları mövzusu az qisimdə işıqlandırılmışdı.

Mənfi qənaət

 

 

11. Qaçqınların və məcburi köçkünlərin, Işləri üzrə Dövlət Komitəsi

Qaçqınların və məcburi köçkünlərin, Işləri üzrə Dövlət Komitəsi İHMÜMFP-nın  icrası üçün proqrama malik deyil

 

 

   Tədbiröhdəlik

 İntervyü, və müşahidələr   

İşçi qrupunun rəyi, tapıntılar (qənaət və uyğunsuzluqlar)

YUNESKO-nun “Təhsil hamı üçün” prinsipinin təbliqi, hüquq maarifləndirmə işinin genişləndirilməsi və insan hüquq və azadlıqlarının daha səmərəli müdafiəsi məqsədilə insan hüquqlarının müxtəlif kateqoriyaları üzrə ( mülki, siyasi, iqtisadi, sosial və mədəni hüquqlar)  əhalinin müxtəlif qrupları (qadınlar, uşaqlar, gənclər, əlillər, ahıllar, qaçqın və məcburi köçkünlər, məhkumlar, hərbu qulluqçular, narkomaniya və HİV/ AİDS-ə yoluxmuş insanlar) üçün  həmin qrup və yerli icmaların  köməyindən istifadə etməklə hüquqi maarifləndirmə sahəsində müəllimlərin, məruzəçilərin, təlimatçıların hazırlanması.

 

Bu öhdəliyin icrasının vəziyyəti ilə baqlı 

Verilən məlumata görə, Qaçqınların və Məcbri Köçkünlərin işləri üzrə Dövlət Komitəsi  Milli Fəaliyyət Planı çərçivəsində  insan hüquqları üzrə təlimatçı və müəllimlərin hazırlanması ilə məşqul olmur. Bu günə kimi bu istiamətdə işlərin aparılması üçün nə vəsait ayrılıb, nə də ayrıca ştat. Qurum yalnız  Ombudsman aparatı ilə birlikdə “qaçqın və məcburi köçkünlər arasında izahat işləri aparır”. Bu izahat işləri qaçqınların pozulmuş hüquqlarına, xüsusən onların əmlaklarına dəymiş zərərə aiddir.  Bununla əlaqədar Komitə rayon icra hakimiyyətləri ilə birlikdə müvafiq sənədlər  toplayır. Gələcəkdə bu sənədləri İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə təqdim etmək nəzərdə tutulur.  Bildirildiyinə, görə qaçqın və məcburi köçkünlərin mülkiyyət hüququnun bərpası istiqamətində izahat və maarifləndirmə işləri  - komitənin əsas xəttidir.

Hazırda Qaçqınların və Məcbri Köçkünlərin işləri üzrə Dövlət Komitəsi  Ombudsman aparatı ilə bərabər “Təhsil hamı üçün” prinsipi çərçivəsində “qarşılıqlı fəaliyyət planı” üzərində iş aparır. Qəsəbələrdə  təbliqatı işlər üçün plan tutulur.  Bildirildiyinə görə, Ombusdman aparatı nəzdində işçi qrup mövcuddur və hazırda Komitə nümayəndəsi  qurumda fəaliyyət göstərir. İşçi qrupunun üzvləri mütəmadı olaraq paytaxt və bölgələrdə qaçqın və məcburi köçkünlərlə görüşdüyü  və onları narahat edən məsələlərə aydınlıq gətirməyə çalışdıqları deyilir. İzahat-maarifləndirmə işləri eyni zamanda Qaçqınalrın və Məcbri Köçkünlərin işləri üzrə Dövlət Komitəsinin “qaynar xətti” vasitəsi ilə aparıldığı vurğulandı.

 

Lakin yoxlama zamanı məlum oldu ki, bu təmas xətti o qədər də effektiv işləmir.. Belə ki, “qaynar xətt”( 431-66-88, hüquqi məsələlər üzrə  məsləhət) vasitəsilə əsasən qaçqınları narahat edən sosial problemlərə aydınlıq gətirmək mümkün olur. Amma “qaynar xəttlə” insan hüquqları sahəsinə aid maarifəndirici məlumat almaq qəliz iş təsiri bağışladı. Qaçqınların və Məcbri Köçkünlərin işləri üzrə Dövlət Komitəsi əməkdaşlarının bəzilərinin Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət planından və onun məzmunundan ümumiyyətlə xəbərləri yoxdur. Qacqınlar arasında maairfləndirici işlərin habelə Komitənin internet-saytı(http://www.refugees-idps-committee.gov.az/) vasitəsilə aparıldığı bildirildi. Amma saytla tanış olub yoxladıqda bunun şahidi olmaq mümkün olmadı.Həm də qaçqının internetdən istifadəsi o qədər də mümkünlü iş deyil .Komitənin maarifləndirmə işləri ilə  ayrıca məşqul olan personalı da yoxdur. “Təlimatçı və müəllim hazırlanması bizim fəaliyyət sahəmizə aid deyil”,- 

 

Mənfi  qənaət

İnsan hüquqları üzrə ixtisaslaşan dövlət qurumları əməkdaşlarının  mütəmadi olaraq bu sahədə beynəlxalq təcrübənin öyrənilməsi prosesinə cəlb edilməsi və mənimsənilmiş müsbət təcrübənin yayılması.

 

 

 

Qaçqınalrın və Məcbri Köçkünlərin işləri üzrə Dövlət Komitəsinin işçiləri əsasən Ombudsman aparatının xətti ilə mövzuaya dair  müxtəlif seminar və treninqlərdə iştirak etdiyi bildirilir. Bu mənada yalnız ötən il payızında Gülüstan sarayında Ombudsman aparatının təşəbbüsü ilə baş tutmuş insan hüquqlarının müdafiəsi ilə baqlı icra vəziyyətinə həsr olnmuş konfrans misal kimi çəkilir. Ombudsman nəzdindəki müştərək işçi qrup çərçivəsində fəaliyyət vasitəsilə də insan hüquqlarına aid məsələlər öyrənilir. 

 

Komitə əməkdaşlarının bu sahəyə cəlbinin digər misalları qeyd edilmədi.

Mənfi qənaət

 

12. Qadın və Uşaq Problemləri Üzrə Dövlət Komitəsi

Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi  İHMÜMFP-nın  icrası üçün proqrama malik deyil 

 

        Tədbiröhdəlik

 İntervyü, və müşahidələr   

İşçi qrupunun rəyi, tapıntılar (qənaət və uyğunsuzluqlar)

YUNESKO-nun “Təhsil hamı üçün” prinsipinin təbliqi, hüquqi maarifləndirmə işinin genişləndirilməsi və insan hüquq və azadlıqlarının daha səmərəli müdafiəsi məqsədi ilə insan hüquqlarının müxtəlif kateqoriyalar üzrə (mülki, siyasi,iqtisadi, sosial və mədəni hüquqlar) əhalinin müxtəlif qrupları (qadın, uşaqlar, gənclər, əlillər, ahıllar, qaçqın və məcburu  köçkünlər, məhkumlar, hərbi qulluqçular, narkomaniya və HİV/AİDS-ə yoluxmuş insanlar) üçün həmin qrup və yerli icmaların köməyindən istifadə etməklə hüquqi maarifləndirmə sahəsində müəllimlərin, məruzəçilərin, təlimatçıların hazırlanması.

 

Bildirildiyinə görə cari ilin 10-11 iyununda Bakıda YUNESKO, Heydər Əliyev fondu, habelə Ailə, Qadın və Uşaq Problemləri üzrə  Dövlət Komitəsinin təşkilatçılığı ilə “Mədəniyyətlərarası dialoqda qadınların rolunun genişləndirlməsi”  mövzusunda beynəlxalq forum keçirilib. Forumda iştirak edən nufuzlu xarici qonaqlar arasında İSESKO-nun baş direktoru  Əbdüləziz əl Tüveycri, YUNESCO-nun baş katibi Koitiro Matsuura, Polşa prezidentinin xanımı Mariya Kaçinski, Türkiyə baş nazirinin xanımı Əminə Ərdoğan  və digərləri qatılmışlar. Beynəlxalq toplantıda gələcək nəsillərin hüquqları, sivilizasiyalar arasında əməkdaşlıq, təhsil, media və əyləncə məsələləri, BMT-nin İnkişaf proqramı, gender problemi ətrafında müzakirlər aparıldı. Konfransda “Münaqişə və insan sivilizasiyalarının birliyi”, “Qadınlara ehtiram- həyata ehtiram”, “ Milli şüur insanların qloballaşmanın tərkibinə çevrilməsinə qarşı müdafiə vasitəsi kimi”, “Qərb və Şərq – biz bir-birimizi necə görürük” kimi mövzularda məruzələr dinlənilmişdi. YUNESKO-nun “Təhsil hamı üçün” prinsipinin təbliqi Bakı konfransında əsas mövzulardan biri olduğu deyildi. Belə ki, tədbir iştirakçıları əhalinin yoxsul təbəqələri üçün təhsil imkanlarının genişləndirilməsi yollarını müzakirə etdilər.

 

 

Ailə, Qadın və Uşaq Problemləri üzrə  Dövlət Komitəsinin hüquqi maarifləndirmə sahəsində müəllimlərin, məruzəçilərin, təlimatçıların hazırlanması öhdəliyinə gəlincə, bu sahədə bu günə kimi konkret işin görülmədiyi bəlli oldu. Belə ki, komitə hələ məruzəçi və təlimatçıları hazırlmaq üzrə “plan tutur”.

 

 

 

Mənfi qənaət

Əhalinin hüquq düşüncəsinin   və hüquqi mədəniyyətinin inkişaf etdirilməsi, ayrı-seçkiliyin qadağan edilməsi, sülh və dözümlük mədəniyyətinin təbliqi məqsədi ilə Azərbaycan respublikasının şəhər və rayonlarında maarifləndirmə tədbirlərinin keçirilməsi.

 

Bundan savayı 2008-ci il yanvarın 16-da Heydər Əliyev Fondu, BMT-nin Əhali Fondu və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi arasında «XXI əsrdə qadınlara qarşı zorakılıq əleyhinə» birgə layihəyə dair sənədlərin imzalanma mərasiminin keçirildiyi bildirildi. Bildirldiyinə görə, 20 ay müddətində həyata keçirilməsi nəzərdə tutulan layihə Azərbaycanın bütün ərazisini əhatə edir. Bakı şəhəri, Lənkəran, Gəncə və Naxçıvan MR bölgələri layihənin icrası üçün mərkəz regionla  seçilib.
Layihənin əsas məqsədi əhalinin maarifləndirilməsi, qadın və uşaqların məişət zorakılığından müdafiə olunması, ənənəvi Azərbaycan ailəsinə zidd olan stereotiplərin aradan qaldırılması, erkən nikahların qarşısının alınması və ailədə baş verən zorakılılığın uşaqlara təsir etməsinə yol verilməməsidir.

 

Əhalinin hüquq düşüncəsinin   və hüquqi mədəniyyətinin inkişaf etdirilməsi, ayrı-seçkiliyin qadağan edilməsi, sülh və dözümlük mədəniyyətinin təbliqi məqsədi ilə Azərbaycanın şəhər və rayonlarında maarifləndirmə tədbirlərinin keçirilməsi öhdəliyinə gəlincə, komitədən rayonlarda nə zaman, harada və hansı tədbirlərin keçirilməsi barədə dəqiq cavab verə bilmədilər. Bu sahədə işin əsasən Bakıda 10-11 iyununda YUNESKO, Heydər Əliyev fondunun təşkilatçılığı ilə baş tutan beynəlxqlq konfransda həyata keçirildiyi bildirildi.

 

Insan hüquqları üzrə ixtisaslaşan dövlət qurumlarının əməkdaşlarının mütəmadi olaraq  bu sahədə beynəlxalq təcrübənin öyrənilməsi prosesinə cəlb edilməsi və mənimsənilmiş müsbət təcrübənin yayılması

 

 

Komitə  əməkdaşlarının mütəmadi olaraq  bu sahədə beynəlxalq təcrübənin öyrənilməsi prosesinə cəlb edilməsi və mənimsənilmiş müsbət təcrübənin yayılması öhdəliyinə gəlincə, burada yenədə 10-11 iyun tarixindəki beynəlxaql konfrans qeyd olundu. Həmin tədbirdə komitə içşçilərinin əksəriyyətinin iştirak etdiyi bildirildi. Bundan savayı 2008-ci il yanvarın 16-da Heydər Əliyev Fondu, BMT-nin Əhali Fondu və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi arasında «XXI əsrdə qadınlara qarşı zorakılıq əleyhinə» birgə layihəyə dair sənədlərin imzalanma mərasiminin keçirildiyi bildirildi. Bildirldiyinə görə, 20 ay müddətində həyata keçirilməsi nəzərdə tutulan layihə Azərbaycanın bütün ərazisini əhatə edir. Bakı şəhəri, Lənkəran, Gəncə və Naxçıvan MR bölgələri layihənin icrası üçün mərkəz regionla  seçilib.
Layihənin əsas məqsədi əhalinin maarifləndirilməsi, qadın və uşaqların məişət zorakılığından müdafiə olunması, ənənəvi Azərbaycan ailəsinə zidd olan stereotiplərin aradan qaldırılması, erkən nikahların qarşısının alınması və ailədə baş verən zorakılılığın uşaqlara təsir etməsinə yol verilməməsidir.

 

 

 

13. Baş Prokurorluq

Baş Prokurorluq İHMÜMFP-nın  icrası üçün proqrama malikdir 

 

   Tədbir öhdəlik

 

 İntervyü, və müşahidələr   

 İşçi qrupunun rəyi, tapıntılar,(qənaət və uyğunsuzluqlar)

Insan hüquqları üzrə ixtisaslaşan dövlət qurumları əməkdaşlarının mütəmadi olaraq  bu sahədə beynəlxalq təcrübənin öyrənilməsi prosesinə cəlb edilməsi və mənimsənilmiş müsbət təcrübənin yayılması

 

 

Bildirildiyənə görə, 26-27 aprel 2007-ci il tarixlərində Avropa Şurası tərəfindən “Prokurorlar üçün təlimlər layihəsi” çərçivəsində Baş prokurorluğun tədris mərkəzində seminar keşirirlib. Seminarda Avropa İnsan Hüquqları Konvesnsiyası ilə baqlı təlim kuslarına ərazi prokurorluqlarının əməkdaşları cəlb edilmişlər. Bundan savayı,  baş prokurorluq əməkdaşları Avropa Şurası Parlament Assambleyası və İnsan Hüquqları üzrə Avropa Məhkəməsində 2007-ci ilin sentyabr-oktyabr aylarında tədris turunda olublar.  Baş prokurorluğun ümumilikdə 11 nəfərin iştirak etdiyi tədris turunun məqsədi Avropa İnsan hüquqları konvensiyası və Avropa Məhkəməsinin iş təcrübəsi ilə tanış olmaq olub. Bu kimi təcrübələrin indi də davam etdiyi deyilir.

2008-ci ilin aprel ayının 1-də Bakıda korrupsiyaya qarşı mübarizə üzrə təcrübə mübadiləsinə həsr olunmuş beynəlxalq konfrans keçirirlib. Çin,  Böyük Britaniya, Hindistan, Pakistan, İtaliya, Ukrayna  və digər ölkə təmsilçilərinin qatıldığı konfransda korrupsiya ilə mübarizədə təcrübə mübadiləsi aparılıb. Konfransda habelə korrupsiya ilə mübarizəyə cəmiyyətin bu və ya digər təbəqələrinin cəlbi yolları müzakirə edilib. Bildirildiyinə görə, bütün bu tədbirlərdə toplanan təcrübə sonradan mühazirə yolu ilə prokurorluq və hüquq-mühafizə orqanlarında çalışan şəxslərə çatdırılıb.  Bundan savayı prokurorluğun nəşri olan  “Azərbaycan prokurorluğu” jurnalında prokurorluq işçiləri  mövzuyla baqlı fikir mübadiləsi aparırlar.

18-19 iyun 2007-ci il tarixində QUAM təşkilatının zirvə toplantısı çərçivəsində Bakıda Ukrayna və Gürcüstan Baş prokurorluqlarının nümayndə heyətlərinin iştirakı ilə ”Qitələri bir araya gətirək” adlı tədbir keçirirlmişdi. Bundan savayı, 9-11 oktyabr 2006-cı ildə Avstriyada BMT-nin Transmilli mütəşəkkil cinayətkarlıqla mübarizəyə dair konfransında Azərbaycan baş prokurorluğunun beynəlxalq əlaqələr idarəsinin əməkdaşları da iştirak etmişlər.  Ümumlikdə 8 nəfərin qatıldığı bu tədbirlərdə digər məsələlərlə yanaşı insan hüquqlarının qorunmasında dövlətlərarası əməkdaşlıq imkanlarının müzakirə mövzusu olduğu deyilir.

 

Müsbət  qənaət

İnsan hüquqları sahəsində beynəlxalq sənədlərin, xüsusislə İnsan hüquqlarına dair Avropa Konvensiyasının dövlət qulluqçuları, məhkəmə, prokurorluq, polis orqanları əməkdaşları, Ombudsman aparatının, regional mərkəzin işləri, bələdiyyə üzvləri, vəkillər və hüquq sahəsində ixtisaslaşan ali təhsil müəssisələrinin müəllimləri tərəfindən öyrənilməsinin təşkil olunması, müvafiq təhsil müəssisələrinin ədəbiyyat fondunun zənginləşdirilməsi.

 

 

Bildirildiyinə görə, Azərbaycan 2001-ci ildən Avropa konvensiyasına qoşulub. Bu sənəd çərçivəsində bir sıra tədbirlər həyata keçirilib  .Verilən məlumata görə, hazırda baş prokuroluqda İki kitabxana var - tədris mərkəzində və  hüquqi təminat şöbəsində. Baş prokurorluğun ədəbiyyat fondunun əsasən Avropa Şurası və Rusiya baş prokurorluğunun müvafiq fondları hesabına zənginləşdirildiyi deyilir. Belə ki, Azərbaycan baş prokurorluğu AŞPA-nın aylıq hüquq bulletenlərinə, habelə Moskvada nəşr edilən hüquqi ədəbiyyata abunədir.

 

Lakin beynəlxalq ekspertlər Azərbaycan baş prokurorluğun insan hüquqlarının maarifləndirilməsi tədbirlərinə və ümumiyyətlə insan hüquqlarının qorunması sahəsində işlərinə  tənqidi yanaşırlar. Belə ki,  ATƏT-in media azadlığı üzrə nümayəndəsi Mikloş Harasti apreldə BBC-yə verdiyi eksklüziv müsahibədə baş prokurorluq işçilərinin ayrı-ayrı vətəndaşlardan ifadə almaq praktikasından vahiməyə gəldiyini bildrimişdi. Onun sözlərtinə görə, prokurorluq işçiləri siyasi sifariş əsasında bəzi mətbuat işçilərini ( Aqil Xəlil, Qənimət Zahid, Mirzə Sakit) “saxta və qurama işə cəlb etmişlər”. Baş prokuror Zakir Qaralovla görüşündə bu saxta işlərə son qoymağı tələb etdiyini deyən ATƏT təmsilçisi Qalarovun özünü “qeyri-səmimi apardığını”bildirdi. Aqil Xəlilin anası ilə görüşən Harasti baş prokurorluğun müstəntiqi Əli Quliyevin onları şantaj etdiyini dedi. Belə ki, müstəntiq Xəlilin anasından oqlunun öz yoldaşı tərəfindən bıçaqlandığını etiraf etməyi tələb etmiş, əks–halda onun mavi olduğu haqda telereportajların yayımlanacağı ilə hədələmişdi. Harastinin qənaətincə, insan hüquq və azadlıqlarını qorumalı olan prokurorluğun belə əməlləri kommunizm dövrünün mühitini xatırladır və bunlara son qoyulmalıdır.

ATƏT təmsilçisi düşünür ki, Azərbaycan baş prokurorluğun qurama işləri hazırlaması insan hüquqlarına dair Avropa konvensiyasına və digər fundamantal beynəlxalq sənədlərə daban-dabana ziddir. “ Mən Azərbaycan rəsmilərindən tələb etdim ki, bu cür saxtakarlığa yol vermiş baş prokurorluğun əməkdaşları dərhal məsuliyyətə cəlb edilsin”,- deyə Harasti bəyan edib.

Mənfi  qənaət

 

14. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi İHMÜMFP-nın  icrası üçün proqrama malik deyil

 

            Tədbiröhdəlik

 İntervyü, və müşahidələr   

İşçi qrupunun rəyi, tapıntılar (qənaət və uyğunsuzluqlar)

YUNESKO – nun « Təhsil hamı üçün» prinsipinin  təbligi, hüquqi maarifləndirmə işinin genişləndirilməsi və insan  hüquq və azadlıqlarının daha səmərəli müdafiəsi məqsədilə insan hüquqlarının müxtəlif kateqoriyalar üzrə ( mülki, siyasi, iqtisadi, sosial və mədəni hüquqlar) əhalinin müxtəlif qrupları ( qadınlar, uşaqlar, gənclər. Əlillər, ahıllar, qaçqın və məcburi köçkünlər, məhkumlar, hərbi  qulluqçular, narkomaniya və HIV / AIDS – ə  yoluxmuş insanlar) üçün həmin  qrupp və yerli icmaların köməyindən istifadə etməklə hüquqi maarifləndirmə sahəsində müəllimlərin, məruzəçilərin, təlimatçıların hazırlanması

 

BMT-nin İnsan hüquqları üzrə Ali Komissarlığı,ATƏT,Avropa Şurası və digər ixtisasdırılmış qurumların təşkilatçılığı ilə keçirilən tədbirlərdə insan hüquqları üzrə ixtisaslaşan və beynəlxalq təcrübənin öyrənilməsi prosesinə cəlb edilən nazirliyin əlil,tənha və ahıllara sosial xidmətin təşkili şöbəsinin müdiri Azad Tağızadənin və Beynəlxalq əməkdaşlıq sosial müdafiəsi   zona şöbələrinin mütəxəsisləri,internat evləri və Pansionatların direktorları və uşaq evlərinin tərbiyəçiləri üçün cari ilin iyun ayında təşkil olunmuş ixtisasartırma proqramına YUNESKO-nun “Təhsil hamı üçün” prinsipləri haqqında iki saatlıq mühazirələr daxil edilmiş və hesabat dövründə 84 nəfər bu kurslardı iştirak etmişdir

Öhdəlik yerinə yetirilməmişdir

Mənfi qənaət

Insan hüquqları üzrə ixtisaslaşan dövlət qurumlarının əməkdaşlarının mütəmadi olaraq  bu sahədə beynəlxalq təcrübənin öyrənilməsi prosesinə cəlb edilməsi və mənimsənilmiş müsbət təcrübənin yayılması

 

 

Öhdəlik yerinə yetirilməmişdir

Mənfi qənaət

 

15. Mətbuat  şurası,

Mətbuat Şurası İHMÜMFP-nın  icrası üçün proqrama malik deyil

 

    Tədbiröhdəlik

 İntervyü, və müşahidələr   

İşçi qrupunun rəyi, tapıntılar (qənaət və uyğunsuzluqlar)

Kütləvi İnformasiya vasitələrində insan  hüquqları sahəsində məsələlərin geniş işıqlandırılması, bu məqsədlə televiziya və radio saatlarının  təşkili, qazetlərdə hüquq güşəsinin yaradılması. KİV nümayəndələri üçün insan hüquqları sahəsində maarifləndirmə tədbirlərini həyata keçirilməsi

Milli fəaliyyət planına  əsasən  Mətbuat şurası tərəfindən  qəzetlərdə  hüquq güşələri yaradılmalı idi.

Verilən məlumata görə,   Mətbuat Şurası  bütün qəzetlərə  Milli fəaliyət planı çərçivəsində    insan haqları ilə  bağlı güşələr yartmağı tövsiyyə edib.  Hətta belə məqalə müəlliflərinin adına onların fəaliyyətiin Mətbuat Şurası  tərəfindən  yüksək qiymətləndirilməsi ilə bağlı məktublar da ünvanlanııb, təşəkkürlər bildirilibdir.

 Rəhim Hüseynzadınin verdiyi məlumata görə,  respublika  qəzteləri   insan haqlarının işıqlandırılması baxımından  iki qrupa bölünüb.  Birinci qrupa dövlət qəzetləri daxildir ki, onlarda  köhnə ənənəyə uyğun olaraq insan haqları ilə bağlı güşələr daim fəaliyyət göstərir.

Rəhim Hüseynzadənin  verdiyi məlumata görə,  Mətbuat Şurasınını əsas işi  ikinci qrup qəzetlərə, yəni müstəqillik dövründə yaranan qəzetlərə   yönəldlib. Mətbuat Şurası bu qəztelərdən Təzadlar, Reytinq kimi  mətbu orqanlarında  Mətbuat Şurasının tövsiyyəsi ilə  insan haqları ilə bağlı məqalələr  dərc edilib.

 Rəhim Hüseynzadə  həmçinin    əksər mətbu orqanların   məişətlə bağlı  problemlərin işıqlandırılmasına meylli olduğunu   və Mətbuat Şurasının  insan haqları ilə bağlı yazılar çap eləmək barədə tövsiyələrinə ürəksiz yanaşdıqlarının  vurğladı.

Bütövlükdə isə Rəhim  Hüseynzadənin sözlərinə görə,  Mətbuat Şurasının tövsiyyəsi ilə  60-70 qəzetdə insan haqları ilə bağlı materiallar dərc edilib.  

Rəhim Hüseynzadə həmçinin bildirdi ki,  Zerkalo, Azadlıq, Exo kimi qəzetlərdə  insan haqlarını işıqlandırılması ilə  bağlı artıq məktəb formalaşıb. Odur ki, onlara tövsiyələr yönəldilməyib.

Milli fəaliyyət planına əsasən  Mətbuat Şurası qarşısında qoyulan tələblərdən biri də insan haqları ilə bağlı seminarların  təşkili olub.

Bununla bağlı Rəhim Hüseynzadə bildirdi ki, mətbuat şurasının hüquq  komissiyası  var və  onun xətti ilə mütəmadi  tədbirlər keçirilib.  Dəyirmi masaların təşkilinə xüsusi  üztünlük verilir. Dəyirmi masalara mütəxəssislər  dəvət olunub və mətbuat təmsilçilərinin iştirakı ilə  müzakirələr aparılıb. Bu müzakirələrin nəticələri iştirak edən jurnalistlər tərəfindən onların çalışdıqları KİV-lərdə  çap olunub.

 

Dinii qurumlarla iş üzrə Dövlət Komitəsi,  Təhsil Nazirliyi ilə belə dəyirmi masalar keçirilib.  PKK və terrorla bağlı tematik  dəyirmi masalar təşkil olunub.

Rəhim Hüseynzadə həmçinin  Mətbuat Şurasınnı jurnalistlərin hüquqlarının müdafiəsi ilə bağlı  mütəmadi iş aparıb.  Jurnalsitlərin fəaliyyyəti ilə bağlı monitorinq qrupu yaradılıb və  onlarla  hüququ pozulmuş  jurnalistlərə yardım edilib.

 

Amma  dövlət qəzetlərini monitorinqi  göstərir ki,  bu mətbu orqanlarında daha çox rəsmi xronikaya yer verilir  və insan haqları ilə bağlı  məlumatlar ya verilmir və yaxud   rəsmi tərəfə  uyğun şəkildə  işıqlandırılır.

Bü güşələrin  yaradılması ilə   Mətbuat Şurası tərəfindən görülən iş hər il davam etdirilirmi ? sualına Rəhim Hüseynzadə  bəli cavabını verdi. Amma  aparılan araşdırma əsasında bəlli oldu ki,  adı çəkilən qəzetlərdə çap olunan insan haqları ilə bağlı yazılar mütəmadi rubrikalar altında  həyata keçirilmir. Daha çox gündəlik  hadisələrlə bağlı olur və redaksiyanın öz təşəbbüsü ilə çap etdirilir.

Mənfi qənaət

 

 

 

 

 

 

 

 

 

 

 

 

16. Dövlət  Qullugu idarəetmə Şurası yanında Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyası

 

 Tədbir/öhdəlik

İntervyü, və müşahidələr   

İşçi qrupunun rəyi, tapıntılar (qənaət və uyğunsuzluqlar)

Insan  hüquqları üzrə  ixtisaslaşan dövlət qurumların əməkdaşlarının mütəmadi olaraq bu  sahədə beynəlxalq təcrübənin öyrənilməsi prosesinə cəlb edilməsi və  mənimsənilmiş müsbət  təcrübənin yayılması

 

Komissiyaya müraciət edilərkən sayta baxmaq məsləhət görüldü.Saytda İHMÜMFP əlaqədar heç bir informasiyaya rast gəlinmədi.

Mənfi qənaət

 

 

17. Vəkillər Kollegiyası

 

Tədbir/öhdəlik

                              İntervyü, və müşahidələr

İşçi qrupunun rəyi, tapıntılar (qənaət və uyğunsuzluqlar)

Insan Hüquqları sahəsində beynəlxalq sənədlərin, xüsusilə Insan Hüquqlarına dair Avropa Konvensiyasının  dövlət qulluqçular, məhkəmə, prokurorluq, polis orqanlarının əməkdaşları, Ombudsman Aparatının və regional mərkəzinin  işləri, bələdiyyə üzvləri, vəkillər və hüquq sahəsində ixtisaslaşan ali təhsil  müəssisələrinin  müəllimləri tərəfindən, öyrənilməsinin təşkil olunması, müvafiq təhsil müəssisələrinin  ədəbiyyat fondunun  zənginləşdirilməsi

 

Vəkillər Kollegiyasına informasiya sorğusu göndərildi. Lakin kollegiyanın sədri Azər Tağıyev informasiya sorğusuna cavab vermədi.Bununla da həm “İnformasiya   əldə etmək haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsini,həm də  “Azərbaycan Respublikasında İHMÜMFP təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin sərəncamının 5-ci bəndi” pozulmuşdur

Mənfi qənaət

 

                                                                              

18. Milli Televiziya və Radio şurası

                                              

Tədbir/öhdəlik

                    İntervyü, və müşahidələr

İşçi qrupunun rəyi, tapıntılar (qənaət və uyğunsuzluqlar)

Kütləvi Informasiya vasitələrində insan  hüquqları sahəsində məsələlərin geniş işıqlandırılması, bu məqsədlə televiziya və radio saatlarının  təşkili, qazetlərdə hüquq güşəsinin yaradılması. KIV nümayəndələri üçün insan hüquqları sahəsində maarifləndirmə tədbirlərini həyata keçirilməsi

 

 

Milli Televiziya və Radio şurası yalnız televiziya və radio yayımı sahəsində dövlət siyasətini həyata keçirir. Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2006-cı il tarixli 1880 saylı Sərəncamı ilə təsdiq edilmiş  İHMÜMFP –nın  47-ci bəndindən irəli gələn vəzifələrə uyğun olaraq Milli Televiziya və Radio Şurası tərəfindən ölkədə fəaliyyət göstərən televiziya və radio yayımçılarının proqram siyasətində insan hüquqları sahəsində məsələlərin geniş işıqlandırılması,bu məqsədlə xüsusi televiziya və radio saatlarının təşkili,habelə vaxtaşırı olaraq kütləvi informasiya vasitələri nümayəndələri üçün insan hüquqları sahəsində marifləndirici tədbirlərin həyata keçirilməsinə dair yayımçılara müvafiq tövsiyyələr verilmişdir.Teleradio yayımçılarındın “İctimai televiziya və Radio Yayımları Şirkəti”bu sahədə görülmüş işlər barədə hesabatı Milli Televiziya və Radio Şurasına təqdim etmişdir.

 

“İctimai televiziya və Radio Yayımları Şirkəti”tərəfindən 21.01.2007-29.04.2008-ci il ərzində  insan hüquqları sahəsində 57 marifləndirici tədbirlər həyata keçirilib

Müsbət qənaət

Lakin ölkəmizdə fəaliyyət göstərən televiziya yayımçılarının insan hüquqlarının pozulmasına(təhqir) dair də faktlar mövcuddur.Xüsusən jurnalistlərə qarşı(məsöAqil Xəlil)

 

Mənfi qənaət

 

19. Rabitə və Informasiya Texnologiyaları Nazirliyi

Nazirlik İHMÜMFP-nın  icrası üçün proqrama malik deyil

 

Tədbir/öhdəlik

                          İntervyü, və müşahidələr

İşçi qrupunun rəyi, tapıntılar (qənaət və uyğunsuzluqlar)

İnsan  hüquqları üzrə  ixtisaslaşan dövlət  qurumlarının insan  hüquqlarının  müdafiəsi sahəsində həyata  keçirilən islahatlar, onların nəticələri əks etdirən İnternet  səhifələrinin yaradılması

 

Verilən məlumata görə,  “Azərbaycan Respublikasında İnsan haqlarının  müdafiəsi üzrə  Milli Fəaliyyət Planı”nın  48-ci bəndinə uyğun olaraq , insan hüquqları üzrə ixtisaslaşan  və internet saytının yaradılması, saxlanılması və mühafizəsi  ilə əlaqədar Rabitə və İformasiya Texnologiyaları Nazirliyinə müraciət  edən  aşağıdakı  dövlət qurumlarına veb səhifələr hazırlanıb.

2007-ci il üzrə :

1.  Azərbaycan Respublikasını  İnsan Hüquqları üzrə Müvəkkilinin  (Ombusman) veb saytı;

2. Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri  üzrə Dövlət Komitəsinin  veb saytı.

 Bundan əlavə , vətəndaşların informasiya əldə  etmək hüquqlarını təmin etmək məqsədilə Goranboy və   Bakının Səbail  rayon icra hakimiyyətləriin, Dövlət  Baytarlıq Xidmətinin, Heydər Əliyev adına Litseyin və Beynəlxalq İnformasiya  Texnologiyaları  Universitetinin veb saytları işlənmişdir.

2008-ci ilin  birinci rübü:

1. Şəmkir və Qobustan rayon icra hakimiyyətlərinin veb-saytları;

2. Sumqayıt  bələdiyyəsinin veb-saytı;

3.  Bakı Baş  Səhiyyə İdarəsinin veb-saytı;

4.Azərbaycan Milli Elmlər Akademiyasının  İqtisadiyyat İnstitutunun veb-saytı;

5.  Qarabağ abidələri haqqında portal.

Bundan əlavə “Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planı”nın  veb-saytının  və “Xocalı soyqırımı”  portalının hazırlanması üzrə işlər davam edir.

“AZərbaycan Resbuplikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planı”nın 48-ci bəndinə uyğun olaraq , insan hüquqları  üzrə ixtisaslaşan  dövlət qurumlarına  gələcəkdə də lazımi texniki köməklik (veb-saytların yaradılması, saxlanılması və mühafizəsi) göstəriləcəkdir.

 

Nazirlik yalnız saytların hazırlanması ilə məşğul olur və onların  işləməsi isə artıq saytların hazırlanmasının  arzulayan qurumların öz işidir.   Yaradılan saytlardan yalnız  İnsan haqları üzrə Müvəkkilin veb saytı işləyir və orada ancaq  aparatın fəaliyyyəti barədə məlumat yerləşdirilib.(aprel ayınnın informasiyası)

Rabitə və İnformasiya texnologiyaları nazirliyiin hazırladığı digər saytlar  və portallar işləmir.

Nə üçün veb-saytlar məhz  yuxarıda göstərilən təşkilatlar üçün hazırlanıb sualına cavabında isə nazirlikdən bildirdilər ki,  ancaq   onlara müarciət edən təşkilatlar üçün  saytlar hazırlayırlar.

 

.Mənfi qənaət

 

 

20. Azərbaycan  Milli Elmlər Akademiyası

Azərbaycan  Milli Elmlər Akademiyası İHMÜMFP-nın  icrası üçün proqrama malik deyil

 

Tədbir/öhdəlik

                     İntervyü, və müşahidələr

İşçi qrupunun rəyi, tapıntılar (qənaət və uyğunsuzluqlar)

Ali təhsil  və elm ocaqlarında insan hüquqları  və azadlıqları  problemlərinə  dair elmi-tədqiqat işlərinin aparılması

 

Bildirildiyinə görə ,  Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət planının icrası barədə Azərbaycan dövlət başçısının fərmanından sonra MEA-da insan hüquqları ilə bağlı 4 dissertasiya    müdafiə edilib. Bunlar müəllifi Talıbova Könül Vaqif qızı olan “İnsan hüquqlarının müdafiəsinin hüquqi və institusional mexanizmi” , Yılmaz Reha Ali oğlunun -  “Müasir şəraitdə insan hüquqlarının təminatında Ombudsmanın rolu; Azərbaycan Reshublikası timsalında”, Abdullayev Mehdi Kamal oğlunun – “Cinayət prosesində insan hüquqlarının müdafiəsi: Avropa şurasının standartları və Azərbaycan Respublikasının qanunvericiliyi”, Hüseynova Səbinə Eldar qızı – “İnsan hüquqları üzrə Avropa məhkəməsi qərarlarının milli hüquq sistemlərində implementasiyası” elmi tədqiqatlarıdır.

Hər 4 tədqiqat  elmlər namizədi elmi dərəcəsini almaq üçün işlənib.

 

 Elmi əsərlərə gəlincə isə  Azərbayacn Prezidenti aparatının rəhbəri, akademik  Ramiz Mehdiyevin “Demokratiya yolunda: irs haqqında düşünərkən” kitabı misal gətirildi.

 

 Azərbaycan Milli Elmlər akademiyasından alınan məlumata görə, insan haqları ilə bağlı bütövlükdə akademiya aparatının gördüyü işlər bir o qədər də geniş deyil. Buna səbəb Elmlər Akademiyası tərkibində İnsan haqları institutunun fəaliyyət göstərməsi və əsas  elmi-tədqiqat işlərinin  həmin  elm ocağı tərəfindən  işlənməsidir. Bununla yanaşı MEA-da  bu qurumun rəyasət heyətində daim milli fəaliyyət planının  icrası ilə  bağlı MEA-nın İnsan haqları institutunun  gördüyü işlər müzakirə olunur.

 

 

Verilən məlumatların təhlili göstərir ki, MEA əslində prezidentin fərmanına  bütövlükdə laqeyd münasibət göstərib. 2 ildə ortaya yalnız 4 tədqiqat əsəri qoyulub ki, onlar da öz  mövzusuna görə,  milli fəaliyyət planında irəli sürülən məqsədlərə uyğun deyil.    MEA-nın   saytından aldığımız məlumata görə, Heydər Əliyev, Zərifə Əliyeva, İlham Əliyevlə bağlı  bir xeyli monoqrafiyanın çap olunduğu halda  insan haqları ilə bağlı cəmi 1 kitaba rast gəlinir.    MEA əməkdaşlarının  mövzu ilə bağlı yerli mətbuatda çıxışlarına da rast gəlinmir.  Gətilirlən dəlillər  MEA-nın insan hüquqları üzrə  milli fəaliyyət planının icrası ilə əlaqədar gördüyü iş qənaətbəxş deyil.  Qurumun mətbuat xidməti rəhbəri  və elmi katibin  ümumiyyətlə bu plandan  xəbəri yox idi. Bu da  milli fəaliyyət planında   verilən  tapşırıqların mütəmadi rəyasət heyətində müzakirə edilməsi barədə səsləndirilən fikirləri şübhə altına almağa  əsas verir.

 

Digər tərəfdən prezident tərəfindən  strukturunda   İnsan haqları üzrə İnstitutun  olduğu  MEA    Milli fəaliyyət planı ilə bağlı ayrıca  tapşırıqlar verməsi də  qəribə görünür.  Belə ki,  planın  maarifləndirməni nəzərdə tutan 5 –ci fəslində  adı çəkilən   instituta  6 , MEA-nın özünə  isə 1 tapşırıq verilib.  Bu tapşırıqlar  üst-üstə düşdüyündən  onlaırn icrasına MEA  fikir verməməsini  obyektiv səbəb adlandırmaq olar.