Azərbaycanın neft sektorunda əmək, iqtisadi və sosial hüquqlar üzrə qanunvericiliyin icra vəziyyətinin qiymətləndirilməsi.
Müstəqil monitorinq hesabatı.
Bakı şəhəri, Yanvar 2014.
Mündəricat
1. Giriş
1.1 Məsuliyyətdən azad olma
1.2 Təşkilatın missiyası
1.3 Təşkilatın hüquqi statusu və fəaliyyəti
2. 2012-ci ilin kütləvi hal almış qanun pozuntuları.
3. Azərbaycan Respublikasının Əmək Məcəlləsi və digər normativ hüquqi aktlar.
4. Beynəlxalq Əmək Təşkilatının Konvensiyaları.
5. Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında Azərbaycan Respublikasının Qanunu
6. Azərbaycan Respublikasının Konstitusiyası
6.1. Azərbaycan Respublikası Konstitusiyasının 57-ci və Müraciət etmək haqqında Azərbaycan Respublikası Qanununun pozulması və müraciət etməklə əlaqədar təqiblər
6.2. Dövlət dili haqqında Azərbaycan Respublikası Qanununun 17-ci və 19-cu maddələrinin pozulması
7. Şirkətlərin ətraf mühitə təsirləri
8. ARDNŞ-də işçilərin sığortası
9. İşçilərin əmək haqqından Silahlı Qüvvələrə yardım fonduna 2 faiz qanunsuz tutulmalar
10. ARDNŞ tərəfindən mülkiyyət hüquqlarının pozulması
11. İşçilərin əmək hüquqlarını hansı qurumlar müdafiə etməlidir?
11.1. Neft sənayesində Həmkarlar İttifaqları Təşkilatı
11.2. Dövlət Əmək Müfəttişliyi Xidməti
11.3. Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatı İctimai Birliyi
11.4 Əmək problemlərinin həlli sahəsində müsbət addımlar
11.5 Rəy və təkliflər
1. Giriş
1.1. Məsuliyyətdən azad olma
Bu hesabat Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının (NHMT) ekspertləri tərəfindən, ölkənin neft sektorunda çalışan işçilərin müraciətləri, şikayət ərizələri, təşkilatın aktiv üzvlərinin verdiyi yoxlanılmış məlumatlar, informasiya sorğularına verilmiş cavablar, mətbuatda dərc olunan məlumatlar, təşkilat üzvlərinin mütəmadi olaraq apardığı monitorinqlər, təşkilat tərəfindən aparılan məhkəmə çəkişmələri əsasında hazırlanmışdır. Hesabatın tərtib olunmasında məqsəd Azərbaycanın neft sektorunda əmək və sosial hüquqlar üzrə qanunvericiliyə nə dərəcədə icra olunduğunu mümkün olan dərəcədə qiymətləndirməkdir.
Hesabatda ölkənin neft sektorunda qanunvericiliyin icrasındakı problemlər öz əksini tapmış, həmin problemlərin həlli üçün təklif və tövsiyyələr də verilmişdir.
Hesabatın müəllifləri etiraf edirlər ki, burada verilmiş fikirlər onların şəxsi fikirləridir və bunlar layihənin sponsorunun yeritdiyi siyasət və fikirləri əks etdirmir. Məlumatların verilməsi və təhlil zamanı edilmiş hər hansı səhv, nəyinsə nəzərdən qaçırılması və qeyri-səlis izaha görə yalnız hesabatın müəllifləri məsuliyyət daşıyır.
1.2. Təşkilatın missiyası
NHMT Azərbaycanın enerji sektorunda insan haqlarının qorunması, enerji sektoru ilə bağlı maliyyə axınlarından Azərbaycan cəmiyyətinin xeyrinə istifadə olunması və bu sahədə ictimai nəzarət sisteminin yaradılması uğrunda mübarizə aparır.
1.3. Təşkilatın hüquqi statusu və fəaliyyəti
Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatı (NHMT) İctimai Birliyi 1996-cı ildə Azərbaycanın neft və qaz sektorunda çalışan insanların hüquqlarının müdafiəsi və ölkənin enerji sektorunda reallaşdırılan layihələr üzərində vətəndaş cəmiyyətinin nəzarətinin bərqərar olunması məqsədilə neft sektorunda çalışan bir qrup mütəxəssis tərəfindən yaradılıb ( Bax: www.nhmt–az.org). Yarandığı gündən NHMT çoxsaylı bir-biri ilə əlaqəli silsilə layihələr və proqramlar həyata keçirmiş və uğurlar əldə etmişdir. Təşkilatın əsas fəaliyyətləri və fəaliyyət istiqamətləri aşağıdakılardı:
-
Əmək hüququnun müdafiəsi və təlimi (http://nhmt-az.org/ts_general/eng/prj/prj1-anons-1.php )
-
Neft gəlirlərinin xərclənməsində şəffaflığın təmini edilməsi sahəsində fəliayyətlər( http://nhmt-az.org/ts_general/eng/prj/prj2-anons-1.php)
-
Korrupsiya əleyhinə proqrama dair fəaliyyətlər (http://nhmt-az.org/ts_general/eng/prj/prj3-anons-1.php
-
Beynəlxal Maliyyə Qurumları tərəfindən maliyyələşdirilən layihələr üzərində ictimai nəzarət və monitorinqlərin aparılması; BMQnın Azərbaycandakı fəaliyyətinin monitorinqi (http://nhmt-az.org/ts_general/eng/prj/prj5-anons-1.php)
-
Gender fəaliyyəti
2. 2013-ci ilin kütləvi hal almış qanun pozuntuları
-
ARDNŞ-də 10 000-dən çox işçinin qanunsuz ixtisarlar yolu ilə və ya məcburi surətdə ərizə yazdırmaqla əmək müqaviləsinə xitam verilməsi
-
2013-ci ildə xarici şirkətlərdə əmək xəsarəti ilə əlaqədar aylıq ödənc alan işçilərə kütləvi artımlar tətbiq olunmayıb
-
ARDNŞ və xarici şirkətlərdə sistemli və işçilərin iradəsinin əlehinə olaraq müddətli Əmək müqavilələrinin bağlanması: 1, 2, 3, 6 ay və ya ən çoxu 1 il müddətinə
-
2013-cü ilin sonunda ARDNŞ-də struktur dəyişikliyi ilə əlaqədar işçilərin qanunsuz olaraq azad olunması
3. Azərbaycan Respublikasının əmək qanunvericiliyi
Ölkənin hasilat sənayesində əmək qanunvericiliyinin pozulma halları əsasən aşağıda qeyd olunan idarə və müəssisələrdə müşahidə olunmuşdur. Məhz bunun nəticəsində yüzlərlə insanın haqqı pozulmuş, iş yerlərini itirmiş, xəsarət almış və ya faciəli surətdə həlak olmuşdur.
2013-cü il ərzində ərzində Azərbaycan Respublikasının neft sənayesində və digər sahələrdə çalışan işçilərdən 3500 nəfərə(2000-dək tətil edən işçilər təşkil edir) yaxın işçiyə: əmək, sosial, iqtisadi və mülki sahədə hüquqi yardımlar göstərilmişdir. Bu sahədə işçilərin müraciətləri əsasən aşağıdakı sahələrdə olan əmək qanunvericiliyinin pozulması olmuşdur:
3.1. Əmək Məcəlləsinin 68-79-cu maddələrinin pozulması (Əmək Müqavilələrinə qanunsuz olaraq xitam verilməsi, ixtisar adı ilə işçilərə ərizə yazdırılması, ixtisarlar aparılarkən qanunvericiliyin tələblərinin pozulması): Neft Daşları NQÇİ, 28 may NQÇİ, Kompleks Qazma Tresti, Abşeron Donama İdarəsi, “Azəriqaz” İstehsalat Birliyi, Bibiheybətneft NQÇİ, Stork şirkəti və sair.
3.2. Əmək Məcəlləsinin 44.3-cümaddəsinin pozulması (Əmək Müqaviləsinin surətinin işçilərə təqdim edilməməsi): ARDNŞ-nin əksər müəssisələri, Neftqazmatikinti tresti, SOKAR Keyp, Stork şirkəti və sair.
3.3. Əmək Məcəlləsinin 83 və 84-cü maddələrinin pozulması (Əmək Müqavilələrinə xitam verilərkən əmrin, istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, ödənilməli əmək haqqı və digər ödəmələrin sonuncu iş günü işçiyə verilməməsi və ya ümumiyyətlə verilməməsi): ARDNŞ, “Azəriqaz” İstehsalat Birliyi, Azərneftyağ NEZ, Abşeron Donama İdarəsi, Nəqliyyat İdarələri və sair.
3.4. Əmək Məcəlləsinin 217-ci maddəsinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 saylı qərarının pozulması (Əmək xəsarətinin gizlədilməsi, qeydə alınmaması): ARDNŞ-nin 28 May NQÇİ və N.Nərimanov adına NQÇİ, Qarasu Əməliyyat Şirkəti, “Azəriqaz” İstehsalat Birliyi və sair.
3.5. “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikası Qanununun, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 192 və 196 saylı Qərarlarının və Əmək Məcəlləsinin 239-cü maddəsinin pozulması (Əmək xəsarəti ilə əlaqədar müvafiq ödənclərin ödənilməməsi): N.Nərimanov adına NQÇİ, 28 May NQÇİ, Neft Daşları NQÇİ, “Azəriqaz” İstehsalat Birliyi, "Azərkörpü" ASC, Maersk şirkəti, Stork şirkəti və sair.
3.6. Əmək Məcəlləsinin 97, 98, 99, 164, 165-ci maddələrinin pozulması (normadan artıq işə görə, gecə vaxtına görə, dəniz və susuzluq əmsalına görə əmək haqqının ödənilməməsi): ARDNŞ-nin əksər müəssisələri, Neft Daşları NQÇİ, Bibiheybətneft NQÇİ, Nərimanneft NQÇİ, 28 May NQÇİ, SOKAR Keyp, Maersk şirkəti və sair. ARDNŞ-nin Neft Daşları Neft və Qazşıxarma İdarəsinin işçiləri bir neçə gün növbədən artıq işdə saxlanılmalarına baxmayaraq, bu günlərə görə əmək haqqlarının ödənilməməsindən şikayətlənirlər.
“Azəriqaz” İstehsalat Birliyində işçilər normadan artıq, şənbə və bazar günləri işləmələrinə baxmayaraq əmək haqqları ödənilmir.
3.7. Əmək Məcəlləsinin 154-cü maddəsinə və digər normativ hüquqi aktların pozulması. (dəniz əmsalına görə, susuzluğa görə, axşam və gecə pulu, zərərli işə görə və sair əlavələr-tarif maaşına edilən əlavələr kimi nəzərdə tutulmalıdır)
ARDNŞ-də, xüsusən dəniz özüllərində və platformalarında işləyən işçilərin tarif maaşına edilən əlavələrin ödənilməsində qanunsuzluqlara yol verilir. Belə ki, bu əlavələr (dəniz əmsalı, susuzluğa görə, axşam və gecə pulu, zərərli işə görə və sair) qanunsuz olaraq tarif maaşının tərkibinə daxil edilir və əlavə ödənişlər kimi ödənilmir.
3.8. Əmək Məcəlləsinin 16-cı madəsinin (diskriminasiyaya yol verilməsi) pozulması: SOCAR CAPE, Azərneftyağ NEZ, Neft Daşları NQÇİ, Bibiheybətneft NQÇİ, Xəzər Donama İdarəsi, BP, Maersk Şirkəti.
Diskriminasiyanın əsas səbəblərindən biri də qohumbazlıqdır. Bunun nəticəsində də çoxlu sayda işçi diskriminasiyaya məruz qalır. Misal olaraq “Azneft İB”-nin Direktoru Daşqın İsgəndərov, Neft Daşları NQÇİ-nin rəisi Qoçəli Mahmudov, Qazma Tikinti Trestinin rəisi İsgəndər Şirəliyev rəhbərlik etdikləri müəssisələrdə: ixtisar, işə qəbul və vəzifəyə təyin edərkən təhsilinə, peşəkarlığına və digər işgüzar keyfiyyətlərinə görə deyil, yaxın qohumluq və dostluq əlamətlərinə yol verməklə diskriminasiyaya yol verirlər.
http://tezadlar.az/haber-4176-Neftcilrin-sikaytlri-v-etirazlari-sngimir.html
http://tezadlar.az/haber-4426-Neft-daslarinin-YAP-indan-v-hmkarlar-komitsindn--sok-sikayt-YENILNIR.html
ARDNŞ-nin Neft Daşları NQÇİ-nin işçiləri Osmanova Anjela Həbibullayeva, Volkova Lidiya Vasilyevna, Hacızadə Zemfira Hacağa qızı: cinsinə, milliyyətinə və dilinə görə diskriminasiyaya məruz qalıblar. Qeyd olunan ayrı seçkiliklə bağlı bu işçilərə ixtisarla əlaqədar olaraq işdən azad olma barədə qanunsuz Bildirişlər verilib. Təşkilatın və işçilərin səyləri nəticəsində Osmanova Anjela Həbubullayeva və Volkova Lidiya Vasilyevna peşələrinə uyğun digər işlə təmin olunublar.
SOCAR CAPE: Bir qrup işçi ingilis dilini bilmədiklərinə və ya zəif bildiklərinə görə diskriminasiyaya məruz qalıblar, işdən kənarlaşdlrılıblar. Əmək münasibətlərində vətəndaşlığına, irqinə, dininə, milliyyətinə, dilinə, yaşayış yeri ilə bağlı olmayan digər amillərə görə işçilər arasında ayrı-seçkiliyə yol verilir. Yerli işçilərin: əmək haqqları xarici vətəndaşlardan bir neçə dəfə aşağıdır. Əcnəbilərin haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaları üçün əsas şərtlər iş yerinin tələblərinə cavab verən peşə hazırlığına və ixtisasa malik Azərbaycan Respublikası vətəndaşının iddia etmədiyi boş iş yerlərinin mövcudluğundan, məşğulluq xidməti orqanlarının işəgötürənlərin işçi qüvvəsinə olan ehtiyaclarını yerli əmək ehtiyatları hesabına təmin etmək imkanının olmamasından ibarətdir. (Əmək miqrasiyası haqqında Azərbaycan Respublikası Qanunun 4-cü maddəsi) Bu şirkətdə yerli işçilərin iddia etdiyi iş yerlərində xarici işçilər işləyirlər. Əcnəbilər haqqı ödənilən əmək fəaliyyətini həyata keçirmək üçün fərdi icazə aldıqdan sonra Azərbaycan Respublikasında işləyə bilərlər. (Əmək miqrasiyası haqqında Azərbaycan Respublikası Qanunun 4-cü maddəsi). Çox təəccüblüdür? SOCAR Cape-də şikayət ərizəsi yoxlanarkən məlum olub ki, orada çalışan 62 xaricidən yalnız 2-nin işçi kimi ölkədə çalışmaq səlahiyyəti var. Əmək müfəttişliyi bunu bilir və susur. Niyə?
ARDNŞ-nin Azərneftyağ Neft Emalı Zavodu: İsmayılova Ülkər. Əmək haqqı onunla eyni vəzifədə işləyən və eyni funksiyaları yerinə yetirən işçilərin əmək haqqlarından azdır.
Neftqaztikinti Tresti, Zakir Hüseynova qarşı diskriminasiya hallarına yol verir.
3.9. Azərbaycam Əmək Məcəlləsinin 45.4. maddəsinin pozulması.(Əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu halda,əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır.
Bu gün Azərbaycanın neft sektorunda fəaliyyət göstərən müəssisələrin 90 faizində, əsasən də ARDNŞ-də işin daimi xarakterdə olmasına baxmayaraq 1, 2, 3, 6 ay və 1 il müddətinə olmaqla müddətli əmək müqavilələri bağlanılır. Bu isə arzuolunmaz işçilərdən yaxa qurtarmaq üçün ən asan vasitədir. Bu hallar “Azneft” İstehsalat Birliyi, “Azəriqaz” İstehsalat Birliyi, SOKAR_CAPE, Azəriqazişracat, Suraxanı Oyl şirkətiində daha çox müşahidə olunur. Məhz bu qanunsuzluğun nəticəsində hər il yüzlərlə insan işsiz qalır.
3.10. Əmək Məcəlləsinin 215, 217, 222, 239-cu maddələrinin və Nazirlər Kabinetinin 2000-ci il tarixli 27 saylı Qərarının pozulması (İşəgötürən tərəfindən işçilər üçün təhlükəsiz iş şəraiti yaradılmaması, əmək xəsarətinin qeydə alınmaması və sağlamlığa dəymiş ziyanın ödənilməməsi)
2013-ci ildə əməyin mühafizə qaydalarının pozulması nəticəsində neft sektorunda 50-dən çox bədbəxt hadisə baş vermişdir. Bu Təşkilata məlum olan və ya mətbuat vasitəsi ilə əldə olunan faktlardər. Reallıqda isə bu rəqəmlər daha çoxdur. Bədbəxt hadisələrin çox hissəsi müəssisələr tərəfindən gizlədilir və ya qeydə alınmır. 2013-cü ildə Azərbaycanın Neft sektorunda həlak olmuş işçilərin sayı – 6 nəfər olmuşdur. Onlardan biri Qarasu OİL ƏŞ-nin işçisidir.(bəyanət əlavə olunur)
“Karasu OİL”-un “Mişovdağ” İstehsal sahəsində dörd gün öncə baş vermiş avtomobil qəzası ağır fəsadlar vermişdir. Qəza nəticəsində avtobusdakı 20 nəfərdən 17-si müxtəlif dərəcəli xəsarət almışdır. Onlardan ikisi dünyasını i Mişovdağ sərt enişli, yoxuşlu dağlıq ərazidir və burada maşın və texnikanın sazlığına xüsusi diqqət ayrılmalıdır. Qəza göstərdi ki azərbaycanın qanunlarına tabe olmayan şirkətin rəhbərliyi neftçilərə aşağı maaş verməklə yanaşı iş yerində onların həyatlarının, sağlamlıqlarının təhlükəsizliyinə də biganədir. Araşdırma zamanı məlum oldu ki, qəzaya uğramış maşın 1973-75-ci illərdə istehsal olunmuş QAZ-53 markalı avtobusdur. İstismar müddəti çoxdan başa çatmış avtobusun sonuncu dəfə nə vaxt əsaslı təmir olunduğu bilinmir. Neftçilər əsasən bu tipli avtobuslarla işə aparılıb gətirilirlər. Şirkətin avtomobil parkında parkdan çıxıb işə gedən maşınlar texniki baxışdan, sürücülər tibbi müayinədən keçmirlər. Avtobuslara təmir üçün ehtiyat hissələri ayrılmır.
Qarasu ƏŞ-nin işçiləri bu avtobusda qəzaya uğramışdılar(Sovetlər vaxtından qalan avtobus)
İş yerində vəfat etmiş işçilərin ailə üzvlərinə və qohumlarına hüquqi yardım göstərilib. Bu işçilərin ailə üzvləri və ya qohumları cavabdeh müəssisələrdən müxtəlif səbəblərdən çəkinir, qohumlarının pozulmuş hüquqlarının bərpa olunması üçün əksər hallarda məhkəməyə müraciət etmək istəmirlər.
2013-ci ildə Azərbaycanın Neft sektorunda əmək xəsarəti almış işçilərin sayı - 33 nəfər olmuşdur.
Əmək xəsarəti almış və ya peşə xəstəliyinə tutulmuş işçilərə kütləvi artımın tədbiq edilməsi ilə əlaqədar ARDNŞ, Maersk Şirkəti və RCB (Riqblast) Şirkətinə qarşı Qaradağ, Nəsimi, Səbail Rayon və Bakı Apellyasiya məhkəmələrində, məhkəmə mübahisələri davam edir.
http://www.youtube.com/watch?v=4Ge8uTd1j2o (işə gedən fəhlələr)
3.11. Əmək Məcəlləsinin 21-ci maddəsinin 3-cü bəndinin pozulması. (İdarə və müəssisələırdə siyasi partiyaların,dini qurumların fəaliyyətinə yol verilmir)
ARDNŞ və onun strukturuna daxil olan idarə və müəssisələrdə iqtidar partiyasına (Yeni Azərbaycan partiyası (YAP) üzvlük məcburidir və hər müəssisədə (Siyasi partiyalar haqqında qanuna zidd olaraq) YAP-nın özəyi fəaliyyət göstərir. İşə qəbul olunan işçılər siyasi mənsubiyyətlərini işə qəbulla əlaqədar anketində məcburi olaraq göstərməlidir. Müxalif partiya üzvləri ya öz siyasi mənsubiyyətini gizli saxlayır, ya da onu müxtəlif bəhanələrlə işə qəbul etmirlər
4. Beynəlxalq Əmək Təşkilatının Konvensiyaları
4.1. Beynəlxalq Əmək Təşkilatının "İcbari əməyin ləğv edilməsi haqqında" 105 saylı Konvensiyasını və Əmək Məcəlləsinin 154-cü maddəsi pozulması
2 ildən artıqdır ki, “Azərneftyanacaq ”Azəriqaz, Neft Emalı Zavodunun işçiləri, mütamadi olaraq (iş günü olmayan hər həftənin şənbə və bazar günləri) iməclik (könüllü) adı ilə qanunsuz olaraq işə çağırılırlar və bu zaman onların əmək haqqı qanunvericilikdə nəzərdə tutulan qaydada ikiqat ödənilmir. Işçilər bildirirlər ki, zavodda bununla əlaqədar əmək müqaviləsində nəzərdə tutulan ödənişlər də aparılmır. Bu barədə müraciət edən işçilərə isə bildirirlər ki, bu iməcilik olduğuna görə onlara heç bir əmək haqqı ödənilməyəcək. Daha çox haqqını tələb edən işçilərə isə əmək müqavilələrinə xitam veriləcəyi barədə hədə-qorxu gəlinir.
4.2. Beynəlxalq Əmək Təşkilatının Birləşmək haqqında 98 saylı Konvensiyasının pozulması
Beynəlxalq Əmək Təşkilatının Birləşmək haqqında 98 saylı Konvensiyasına və Həmkarlar İttifaqları Haqqında Azərbaycan Respublikası Qanununa əsasən işçilər, pensiyaçılar, təhsil alan şəxslər heç bir fərq qoyulmadan öz istəkləri ilə, qabaqcadan icazə almadan könüllü surətdə həmkarlar ittifaqları yaratmaq, habelə öz qanuni mənafelərini, əmək, sosial, iqtisadi hüquqlarını müdafiə etmək üçün həmkarlar ittifaqlarına daxil olmaq və həmkarlar ittifaqı fəaliyyəti ilə məşğul olmaq hüququna malikdirlər.
BP, Statoyl, Stork, SOCAR CAPE, Maersk, Enermek kimi şirkətlərdə işçilərin həmkarlar ittifaqlarında birləşmə hüququna süni yollarla manelər yaradılır.
Hasilatın Pay Bölgüsü Sazişində iştirak edən Xarici neft şirkətlərində iki səbəbdən həmkarlar təşkilatı yaratmaq mümkün deyil:
-
İşçilər mövcud həmkarlar təşkilatına etibar etmir;
-
İşəgötürənlər; şirkətlərdə həmkarlar təşkilatının yaranmasının əleyhinədir və bu prosesi ciddi nəzarət altında saxlayırlar.
Məs: “Karasu OİL” yaranandan müdriyyət adı çəkilən şirkətdə həmkarlar təşkilatı yaradılmasına imkan verməmişdi. Sıravi neftçilər buna bir neçə dəfə cəhd etsələr də onların mübarizəsi uğursuzluqla nəticələnirdi – rəhbərlik təşkilatçı-fəalların bir qismini işdən çıxarmaqla, digərlərini nisbətən yüksək maaşlı işə keçirməklə, kiçik vəzifə verməklə mütəşəkkilliyi pozur, narazı elektoratı sakitləşdrərək istəyinə nail olurdu.
Oktyabrın 3-də “Mişovdağ” yatağı ərazisində baş vermiş avtomobil qəzası “Karasu OCL”-da həmkarlar təşkilatı yaradılması məsələsini yenidın gündəmə gətirib. Sıravi neftçilər bu dəfə qərarlarında israrlıq nümayiş etdirməkdədirlər. Artıq Təşəbbüs Qrupu yaradılıb və 100-ə yaxın neftçi dəstək məzmunlu ərizə ilə Təşəbbüs Qrupuna müraciət edib. Yaxın günlərdə təsis yığıncağının keçirilməsi planlaşdırılır.
“Karasu OCL”-ın vitse-prezidenti İslam Ovçiyev bildirir ki, müdriyyət şirkətdə həmkarlar təşkilatı yaradılmasına maneçilik törətməyəcək.
4.3.Əmək və məşğulluq sahəsində ayrı-seçkilik haqqında Konvensiya ( №111)
Ölkədə fəaliyyət göstərən xarici neft şirkətlərində əmək və məşğulluq sahəsində diskrinimasiya halları mövcudur ki,bu özünü həm əmək haqqının ödənilməsində(xarici vətəndaşların əmək haqqı ilə yerli işçilərin şmək haqqı arasında kəskin fərq var)həm də yüksək vəzifələrdə(rəhbər səviyyəsində)yerli işçilərin olmamasinda özünü birüzə verir.
5. Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında Azərbaycan Respublikasının Qanunu
2.0.5. seksual qısnama—əmək və ya xidmət münasibətlərində olan şəxsi alçaldan və təhqir edən, başqa cinsə və ya seksual yönümə mənsubiyyətdən irəli gələn və fiziki hərəkətlərdə (toxunma, əllə vurma), ədəbsiz sözlərdə, jestlərdə, hədələrdə, ləkələyici təkliflərdə və ya dəvətlərdə təzahür edən əxlaqsız davranış.
Cinsi təhriklə əlaqədar 7 qadın təşkilata müraciət etmişdir.(Neft Daşları NQÇİ, Xəzər Donama İdarəsi, İnformatika Texnologiyaları və Rabitə İdarəsi).NHMT-nin bununla əlaqədar çoxsaylı müraciətləri əsasında Avqustun 2-də ARDNŞ prezidentinin tapşırığı ilə şirkətin İnsan Resursları Departamentində GHT-rin ,Departement işçilərinin iştirakı ilə geniş müzakirə aparıldı.Müzakirə Neft Daşlarında baş verən problemlərə həsr olunmuşdu.İclas Neft Daşlarında cinsi təhrikə məruz qalan qadınların iştirakı ilə keçirildi.NHMT sədr(mən) və Qadınlar baş verən hadisələr haqqında GHT-rə geniş informasiya verdilər.Müzakirə ARDNŞnin mətbuat xidməti tərəfindən lentə alindı.Çəkiliş bütün müzakirə boyu aparıldı. Hazırlanmış material şirkətin prezidentinə təqdim olunduqdan sonra qadınların pozulmuş hüquqları bərpa olundu(müsbət nəticə)
6. Azərbaycan Respublikasının Konstitussiyasının müvafiq maddələrinin pozulması
6.1. Azərbaycan Respublikası Konstitusiyasının 57-ci və Müraciət etmək haqqında Azərbaycan Respublikası Qanununun pozulması və müraciət etməklə əlaqədar təqiblər. 2013-cü ildə əmək hüquqlarının bərpası ilə əlaqədar dövlət orqanlarına və məhkəməyə müraciət edən işçilər müraciətə görə müxtəlif vasitələrlə təqib olunmuşlar. Bu hallar daha çox Maersk şirkətində, STORK və Enermek, Suraxanıoildə, ARDNŞ-də baş vermişdir.
6.2. Dövlət dili haqqında Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinin pozulması. (Azərbaycan Respublikasının dövlət hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının, hüquqi şəxslərin, onların nümayəndəliklərinin və filiallarının, idarələrin adları Azərbaycan dilinin normalarına uyğun olaraq yazılır. Göstərilən təsisatların adını əks etdirən lövhələr, blanklar, möhürlər və kargüzarlıqla bağlı rəsmi xarakterli bütün digər ləvazimatlar dövlət dilində tərtib olunur).
6.2. Dövlət dili haqqında Azərbaycan Respublikası Qanununun 19-cu maddəsi. (Dövlət dili haqqında Azərbaycan Respublikası qanununu pozan hüquqi, fiziki və vəzifəli şəxslər Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar). Qeyd olunan qanunların pozulması aşağıdakı şirkətlərdə müşahidə olunub:
Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (ARDNŞ) abreviaturası ingilis dilində yazılir. Yəni, ARDNŞ əvəzinə SOCAR yazılır. Bunu ARDNŞ prezidentinin və məsul işçilərinin çıxışlarında, mətbuatla görüşlərində, hətta ARDNŞ-nin veb səhifəsində də müşahuidə etmək olar .Veb səhifədən misal:
"Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) Azərbaycan ərazisindəki neft və qaz yataqlarının axtarışı, kəşfiyyatı və işlənməsi, neftin, qazın və qaz kondensatının hasilatı, emalı və nəqli, neft və neft-kimya məhsullarının, qazın daxili və xarici bazarlarda satışı, habelə ölkə ərazisində sənayenin və əhalinin təbii qazla təchizatı ilə məşğul olur. SOCAR-ın tərkibində hüquqi şəxs statusuna malik 3 istehsalat birliyi, 2 neft, 1 qaz emalı zavodu, Neft Donanması, Dərin Özüllər Zavodu, 2 trest, 1 institut daxil olmaqla 22 struktur bölməsi var.”
- ARDNŞ işçilərinin xidməti vəsiqələrində ARDNŞ deyil, SOCAR yazılır.
- ARDNŞ-nin strukturuna daxil olan inzibati binaların qarşısında ARDNŞ deyil, SOCAR yazılır.
- Xarici şirkətlərdə ingilis dilini bilməyən işçilərə qarşı dillə əlaqədar diskriminasiya hallarına yol verilir və Azərbaycan dilli işçilərin bilik və peşəkarlığından asılı olmayaraq işə qəbulunda bununla əlaqədar problem yaranır.
- Xarici şirkətlərdə əmək müqaviləsi istisna olunmaqla, gərgüzarlıq və sənədləşmə işləri Azərbaycan dilində deyil, ingilis dilində aparılır.
- Xarici şirkətlərdə: əsas və birinci dil ingilis dili, rus dili isə ikinci dil hesab edilir.
7. Şirkətlərin ətraf mühitə təsirləri
2013-cü ildə karbohidrogen hasilatı prosesində formalaşan tullantıların ətraf mühitə atılması, yerləşdirilməsi və axıdılması ilə əlaqədar ətraf mühitin mühafizəsi haqqında qanunvericiliyin və bu sahədə qəbul olunmuş normativ-hüquqi aktların tələblərinə uyğun olaraq cari ildə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin müəssisələrinə 93394,0 (doxsan üç min üç yüz doxsan dörd) manat, “Bue Caspian” Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinə 10000,0 (on min manat), “Petrolium Servis” Şirkətinə 4000,0 (dörd min) manat, “Sokar AQŞ”-yə 2395 (iki min üç yüz doxsan beş) manat, “AzFEN” Birgə müəssisəsinə 2500 ( iki min beş yüz) manat, “Boş Chelf” Şirkətinə 2872,0 (iki min səkkiz yüz yetimiş iki) manat, “Qobustan Operatinq Kompani” LTD-yə 5000 (beş min) manat, “Caspian Vireline Services” LTD-yə 4000 manat məbləğində maliyyə vəsaiti tətbiq edilmişdir.
Xəzər dənizinin Azərbaycan sektorunda Azəri, Çıraq yataqlarının, Günəşli yatağının dərinlikdə yerləşən hissəsinin və Şahdəniz yatağının birgə işlənməsi və karbohidrogen hasilatının pay bölgüsü haqqında Sazişin operatoru olan “BP” Azərbaycan şirkətindən ətraf mühitə atılan tullantılarla bağlı 627000 (altı yüz iyirmi yeddi min) manat məbləğində maliyyə vəsaiti tətbiq olunmuşdur.
2013-cü il ərzində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin karbohidrogen hasilatını və emalını həyata keçirən yuxarıda adları qeyd olunan müəssisələrə, aşkar olunan çatışmazlıqların aradan qaldırılması üçün icrası məcburi olan “Məcburi göstəriş” lər tətbiq edilmişdir.
http://www.youtube.com/watch?v=QJt-zEttNw4&feature=player_embedded
ARDNŞ-ə məxsus “Bulla-Dəniz” yatağında 90-cı platformada qazma zamanı baş verən yanğın nəticəsində ətraf mühitə ciddi ziyan dəymişdir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi isə nədənsə susdu. (Bununla əlaqədar NHMT ekspertinin rəyi əlavə olunur.)
denizhttp://www.mediaforum.az/az/print/2012/10/17/Professor-Gec%C9%99l%C9%99r-havaya-z%C9%99h%C9%99rli-madd%C9%99l%C9%99r-burax%C4%B1l%C4%B1r-121819300c06.html
8. ARDNŞ-də işçilərin sığortası
ARDNŞ-də iş yerində bədbəxt hadisələrdən vəfat etmiş işçilərin ailə üzvlərinə birdəfəlik sığorta pulu verilmir. Yalnız faydalanan şəxslər (18 yaşına catmamış və ya əmək qabliyyəti olmayan ailə üzvü istisna olmaqla) olduqda verilir. Digər ailə üzvlərinə birdəfəlik sığrta ödənişləri verilmir. (Bədbəxt hadisələrdən və peşə xəstəliklərindən işçilərin icbari sığortası haqqında Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən yalnız faydalanan şəxslərə).
Bu Qanunun 16-cı maddəsinə əsasən faydalanan şəxslərə aşağıdakı sığorta ödənişləri verilə bilər: aylıq sığorta ödənişi; birdəfəlik sığorta ödənişi; əlavə sığorta ödənişi. Birdəfəlik sığorta ödənişi aşağıdakı hallarda verilir: sığorta hadisəsi nəticəsində zərər çəkmiş sığorta olunana əlillik növbəti müayinə müddəti göstərilmədən təyin edildikdə. Bu gün əmək xəsarəti almış işçilərə TSEK-lər tərəfindən 95 faiz işçilərə, əlillik qrupu 1 illik olmaqla, 10 il müddətində müvəqqəti olaraq təyin edilir. Yalnız 10 ildən sonra onlara daimi əlillik dərəcəsi təyin edilir. Bu isə: həm təqsirkar müəssislərə, həm də sığorta şirkətlərinə birdəfəlik ödənişləri ödəməməsinə imkan verir. 10 ildən sonra isə (təqsirkar müəssisənin, sığorta şirkətinin ləğv edilməsi, borca düşməsi və sair səbəblərdən) birdəfəlik ödənişlərin alınması real görünmür. Bu əsasdan da Təşkilat hesab edir ki, bu ödənişlər işçiyə TSEK tərəfindən əlillik qrupunun müddətli bə ya müddətsiz olmasından asılı olmayaraq, əlillik təyin olunduğu vaxt ödənilməlidir
ARDNŞ-də sığorta olunan və təşkilata müraciət edən işçilər bildirirlər ki, onlar müraciət etdikləri müayinə və müalicənin əksəriyyəti üzrə sığortalanmadığını bildirirlər. Yalnız məhdud sayda müayinə və xəstəliklər bu sığortada nəzərdə tutulub.
9. İşçilərin əmək haqqında Silahlı Qüvvələrə yardım fonduna 2 faiz qanunsuz tutulmalar.
2013-cü ildə də hər ay, ARDNŞ-də çalışan bütün işçilərin əmək haqqından 2% tutulmaqla Silahlı Qüvvələrə yardım fonduna köçürülüb. İşçilərə bu tutulmaların müvəqqəti olduğu bildirilmişdi. Ancaq 2009-cu ildən etibarən 4 il keçməsinə baxmayaraq bu tutulma daimi bir hala çevrilib. Yəni, artıq məcburi vergiyə çevrilib.
Bu tutulmalar ARDNŞ-nin və Neft və Qaz sənayesi İşçilərinin Respublika həmkarlar İttifaqı Komitəsinin Əmr-Qərarı əsasında həyata keçirilib və bu zaman Azərbaycan Respublikasının qanunvericiliyi ARDNŞ və NQSİ RHİK tərəfindən pozulub. Belə ki, əmək haqqından tutulmalar işçilər tərəfindən qol çəkilmiş ümumi siyahı əsasında tutulur. Heç bir işçinin onun əmək haqqından tutulma üçün Ərizəsi yoxdur. İşə yeni qəbul olunana işçinin də razılığı alınmadan əmək haqqından 2% tutulur.
Azərbaycan Respublikasının Vergi Məcəlləsinə, Sosial sığorta haqqında Azərbaycan Respublikasının Qanununa, Həmkarlar İttifaqları haqqında Azərbaycan Respublikasının Qanununa, İctimai birliklər haqqında Azərbaycan Respublikasının Qanununa və digər qanunvericilik sisteminə əsasən İşəgötürən tərəfindən işçilərin əmək haqqından və gəlirlərindən gəlir vergisinin və məcburi dövlət sosial sığortasının tutulması məcburi (işçinin razılığı və ya yazılı Ərizəsi olmadan), digər hallarda isə hər hansı bir fonda, İctimai birliklərə, o cümlədən də həmkarlar itifaqlarına olan tutulmalar isə könüllü və işçilərin yazılı Ərizəsi əsasında həyata keçirilməlidir.
ARDNŞ işçilərindən Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatı İctimai Birliyinə bu tutulmalarla bağlı çoxlu müraciətlər olur. İşçilər bunun nə qədər qanunvericiliyə uyğun olmasını soruşurlar. Bu tutulmadan imtina etmək istəyən işçi isə işəgötürən tərəfindən təhdidlətə məruz qalır.
10. ARDNŞ tərəfindən mülkiyyət hüquqlarının pozulması.
ARDNŞ: 2013-cü ildə də ARDNŞ tərəfindən vətəndaşların evlərinin sökülməsi davam etmişdir. Bu sahədə daha çox Sulutəpə və Binəqədi ərazilərində yaşayan vətəndaşlar əziyyət çəkmişlər. Bu günə qədər ARDNŞ tərəfindən qaldırılmış iddialar əsasında 20 000 nəfərə yaxın vətəndaşın evlərinin məhkəmə qaydasında sökülməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarları qəbul edilib. Məhkəmə qərarları istənilən vaxt icra edilərsə, bu vətəndaşlar yaşayış sahələrindən məhrum edilə bilər.
11. İşçi hüquqlarını hansı qurumlar müdafiə etməlidir?
11.1 Əmək Məcəlləsinin tələblərinə əməl olunmasına ictimai nəzarət müvafiq həmkarlar ittifaqı orqanları tərəfindən həyata keçirməlidir. (Azərbaycan Respublikası Əmək Məcəlləsinin 309-cu maddəsi).
Lakin Azərbaycanın neft sənayesindəki müəssisələrin tərkibində yaradılan Həmkarlar Təşkilatı müstəqil fəaliyyət göstərmək imkanından məhrumdurlar, bu Təşkilatlar qanunvericiliklə nəzərdə tutulan qaydada müstəqil hüquqi şəxslər kimi deyil, Neft və Qaz sənayesi işçilərinin Respublika Həmkarlar Komitəsi Komitəsinin filialları kimi fəaliyyət göstərirlər. 2013-cü il ərzində Neft və Qaz Sənayesi İşçiləri Respublika Həmkarlar İttifaqı Komitəsi və yerli təşkilatlar tərəfindən ARDNŞ-nin heç bir əmr və ya qərarına, əmək haqqının azaldılması və ya qanunsuz ixtisarların aparılmasına etiraz edilməmişdir. Halbuki, bu sahədə kifayət qədər əmək qanunvericiliyinin pozulması hallarına yol verilmişdir.
Həmkarlar İttifaqları haqqında Qanuna və Əmək Məcəlləsinin 80-cı maddəsinə əsasən bu Təşkilat həmkarlar ittifaqının üzvü olan işçinin qanuni maraqlarını müdafiə etməli və özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. Lakin bu Təşkilatın Razılığı bütün hallarda formal xarakter daşıyır, bütün hallarda işəgötürənin qərarını təsdiq xarakteri daşıyır, İdarə Heyətinin iclası keçirilmədən və orada işçinin iştirakı olmadan, işçinin xeyrinə heç bir araşdırma aparmadan, təşkilat sədrinin təkbaşına qəbul etdiyi qərar (kollegial orqan olmasına baxmayaraq) əsasında qəbul edilir.
ARDNŞ rəhbərliyi tərəfindən Azərbaycan Respublikasının «Həmkarlar İttifaqı Haqqında» Qanunun 11–ci maddəsi mütamadi olaraq pozulur, yəni, müdüriyyətin təşəbbüsü ilə struktur bölməsinin ləğv edilməsi və iş yerlərinin ixtisarı zamanı Həmkarlar İttifaqı ən azı 3 ay qabaq xəbərdar edilməmiş və işçilərin mənafelərinin qorunması barədə Həmkarlar İttifaqı ilə danışıqlar aparılmamışdır.
Məhz Həmkarlar təşkilatlarının razılığı ilə ARDNŞ-nin idarə və müəssisələrində işləyən bütün işçilərin əmək haqlarından 2%-i məbləğində pul tutularaq “Silahlı qüvvələrə yardım fonduna” köçürülür. Bu fond haqqında heç bir informasiya verilmir
Həmkarlar Təşkilatları tərəfindən Azərbaycan Respublikasının «Həmkarlar İttifaqı Haqqında» Qanunu pozulur. Həmkarlar Təşkilatlarına üzvlük məcburidir. Belə ki, ARDNŞ-yə qəbul olan hər bir şəxs, heç bir ərizə vermədən HT-nın üzvü olur və onun əmək haqqından 1-2% üzvlük haqqı tutulur.
Həmkarlar İttifaqlarına seçkilərin keçirilməsi zamanı müdiriyyətin və Respublika Həmkarlar İttifaqının müdaxiləsi nəticəsində üzvlərin deyil, bu orqanların təklif etdiyi şəxs “seçilir. Azərbaycan Respublikasının «Həmkarlar İttifaqı Haqqında» Qanununa zidd olaraq işəgötürənin də əmək haqqından üzvlük haqqı tutulur.
11.2. Dövlət Əmək Müfəttişliyi Xidməti
Əmək Məcəlləsinin 15-ci maddəsinə əsasən Dövlət Əmək Müfəttişliyi Xidməti-əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqandır və öz səlahiyyəti çərçivəsində əmək qanunvericiliyinin pozulmasında təqsirkar şəxslərdən yol verdikləri hüquq pozuntularının aradan qaldırılmasını tələb etmək, onları Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən olunmuş hallarda və qaydada inzibati məsuliyyətə cəlb etmək və digər məsuliyyətə cəlb olunması üçün müvafiq orqanlar qarşısında məsələ qaldırmaq hüququna malikdir. 2013-cü ildə Dövlət Əmək Müfəttişliyi Xidməti bu sahədə olan vəzifələrini yerinə yetirməmişdir:
İşçilərin müraciətlərinə əksər hallarda formal cavab verilir, heç bir araşdırma aparılmır, araşdırma və ya yoxlama aparıldıqda isə işəgötürənlərin xeyrinə qanunsuz qərarlar qəbul edilir, bəzi hallarda isə onların məhkəmə orqanlarına müraciət etməsi məsləhət görülür. (Məsələn: SOCAR CAPE şirkətinin işçisi İ. Hüseynova verilən cavab). Halbuki, Müfəttişlik işçinin müraciətini təmin etmək üçün qanunvericilikdə nəzərdə tutulan qaydada addımlar atmalı və ya qanunsuz olduğu halda əsaslandırılmış cavab verməlidir. İşçilərin müraciətləri əsasında heç bir İşəgötürənin qərarı ləğv edilməmiş, İnzibati Xətalar Məcəlləsi ilə müəyyən olunmuş hallarda və qaydada inzibati məsuliyyətə cəlb edilməmişdir.
ARDNŞ-də və digər xarici şirkətlərdə işçilərlə kütləvi surətdə müddətli Əmək müqavilələrinin bağlanmasına baxmayaraq Dövlət Əmək Müfəttişliyi Xidməti müvafiq addımlar atmır.
Bu xidmət tərəfindən İşəgötürənlərin xeyrinə qanunsuz qərarların qəbul etməsi faktı, yaxud qeyd olunan hallara qarşı göz yumması, işəgötürənlərə qanunsuzluqlar etmələrinə əlavə stimul verir; Belə ki, idarə və müəssisələrdə; müddətli əmək müqaviləsinin bağlanması, təqaüd yaşına çatmış işçilərə qarşı diskriminasiya hallarına yol verilir; müəssisələrdə qanunsuz olaraq işçilərin sayı və ya ştatları ixtisar edilir; əmək haqqı sahəsində ayrı seçkiliyə yol verilir və sair.
11.3. Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatı
Yuxarıda qeyd olunduğu kimi NHMT İB 2013-cü il ərzində Azərbaycan Respublikasının neft sənayesində 3500 nəfərə və digər sahələrdə çalışan 200 nəfərə yaxın işçiyə: əmək, sosial, iqtisadi və mülki sahədə hüquqi yardımlar göstərilmişdir.
Hüquqi yardımlar aşağıdakı istiqamətlərdə təşkil olunmuşdur:
11.3.1.İşçilərin maarifləndirilməsi yolu
2013-cü ildə AR Əmək Məcəlləsinin bir sıra maddələri haqqında maarifləndirici buklet hazırlanıb və işçilər arasında paylanıb. Təşkilatın müəssisələr üzrə koordinatorlarına əmək qanunvericiliyi sahəsində təlimlər keçirilib.
- Təşkilatın veb səhifəsi vasitəsilə Online Hüquqi məsləhətxanası(http://nhmt-az.org/ts_general/azl/faq/faq-anons-1.php) təşkil olunmuşdur.
- Təşkilatın fb səhifəsi vasitəsilə təşkilata ünvanlanan suallara cavab verilmişdir(http://www.facebook.com/pages/Neftçilərin-Hüquqlarını-Müdafiə-Təşkilatı/252293961555136)Bu səhifələrdən yalnız neftçilər deyil, hər bir şəxs bəhrələnə bilir
11.3.2. Online hüquq məsləhətxanası: Təşkilata internet vasitəsilə gün ərzində 5-6 sual daxil olur və bu suallara təşkilatın hüquqşünası tərəfindən cavab hazırlanıb saytda yerləşdirilir. (http://www.nhmt-az.org/ts_general/azl/faq/faq-anons-1.php).
On-line və fb vasitəsilə hüquqi yardım alanların sayı-130 nəfər
Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatı İctimai Birliyi yalnız neftçilərin və ya öz üzvlərinin hüquqlarını deyil, təşkilata müraciət edən hər bir şəxsin mülkiyyət, əmək, iqtisadi və sosial hüquqlarını müdafiə etmişdir.
11.3. Məhkəmə çəkişmələri
Hesabat dövrü ərzində NHMT məhkəmə vasitəsilə də işçilərin hüquqlarını müdafiə etmişdir. Belə ki, təşkilatın hüquqşünası müxtəlif məhkəmə instansiyalarında 81 iddia ərizəsi üzrə işçiləri müdafiə edilmişdir. Hesabat dövrü ərzində:
1-ci instansiya məhkəmələrində. (Rayon və İnzibati – İqtisad məhkəmələrində) - 49 iddia
-
Təmin olunan iddialar: 12
-
Qismən təmin olunan iddialar: 5
-
Təmin olunmayan iddialar: 10
-
Davam edən məhkəmə prosesləri: 22
Bakı, Gəncə və Şirvan Apellyasiya Məhkəmələrində - 13 iddia
-
Təmin olunan iddialar: 6
-
Qismən təmin olunan iddialar: 2
-
Təmin olunmayan iddialar: 4
-
Davam edən məhkəmə prosesləri: 1
Azərbaycan Respublikasının Ali məhkəməsində:19 iddia
-
Təmin olunan iddialar: 16
-
Qismən təmin olunan iddialar: 1
-
Təmin olunmayan iddialar: 2
Cəmi: 81 iddia
İcra şöbələrində:
- İcra edilib: 16 məhkəmə qərarı.
- İcra edilməyib, icra işləri davam edir: 3 məhkəmə qərarı.
Məhkəmə Hüquq Şurasına göndərilən şikayətlər
- Qucayev Hacıməhəmməd Mikayıl oğlu: Bakı şəhər Yasamal rayon Hakim Mətanət Hacıyevanın intizam məsuliyyətinə cəlb edilməsi barədə.
- Qucayeva Xalidə Lətif qızı: Bakı şəhər Yasamal rayon Hakim Mətanət Hacıyevanın intizam məsuliyyətinə cəlb edilməsi barədə
- Vəzirov Bayram Lətif oğlu: Bakı şəhər Yasamal rayon Hakim Mətanət Hacıyevanın intizam məsuliyyətinə cəlb edilməsi barədə
Qeyd: Davam edən məhkəmə prosesləri daha çox Azərsu ASC-nə qarşı olan işlərdir ki, məhkəmə və cavabdeh təşkilatın nümayəndələri müxtəlif əsassız bəhanələrlə bu mülki işlərin uzun zaman davam etməsində maraqlıdırlar.
Azərbaycan Beynəlxalq Mədən Əməliyyat Şirkəti. Gədəbəy rayonu.
2013-cü ildə Təşkilat tərəfindən Mülki iş üzrə İddiaçı Azərbaycan Beynəlxalq Mədən Əməliyyat Şirkətinin: Gədəbəy Rayon Aqrar İslahat Komissiyasına, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Gədəbəy Rayon Şöbəsinə və Arıqdam kəndinin 18 nəfər mülkiyyətçisinə qarşı olan məhkəmə işlərində mülkiyyətçilərə hüquqi yardım göstərilmişdir. Mülkiyyətçilərin hüquqları qüsmən də olsa təmin edilib. 11 nəfər mülkiyyətiçinin şikayəti Avropa İnsan Hüquqları məhkəməsinə göndərilmişdir. 200 nəfərə aid olan torpaq sahəsinin Azərbaycan Beynəlxalq Mədən Əməliyyat Şirkətinə verilməsi, bu ölçüdə mülkiyyətçilərə digər torpaq sahələrinin verilməsi barədə 2008-ci ildə qanuni qüvvəyə minmiş məhkəmə qərarı olmasına baxmayaraq, qərar icra edilməyib və mülkiyyətçilərə yeni torpaq sahələri verilməyib. Bu icra işi ilə əlaqədar müliyyətçilərə hüquqi yardım göstərilir.
12. Əmək problemlərinin həlli sahəsində müsbət addımlar
Sosial dialoq
2013-cü ildə ARDNŞ-nin İnsan Resursları Departamentinin və BOS ŞELF MMC-nin fəaliyyəti təşkilat tərəfindən müsbət qymətləndirilib.
ARDNŞ-nin İnsan Resursları Departamenti. ARDNŞ-də işə qəbul bu Şirkətin strukturuna daxil olan İnsan Resursları Departamenti tərəfindən həyata keçirilir.Təşkilata müraciət edən işçilərin bir çoxunun problemləri (işəqəbul, işdən azad olma, dərəcələrin artırılması, əmək haqqı, başqa işə keçirmə və sair) İnsan Resursları Departamenti ilə müzakirə və araşdırmadan sonra öz müsbət həllini tapmışdır. Neft Daşları NQÇİ-də qadınlara qarşı yol verilən diskriminasiya halları və cinsi qısnama ,bunun nəticəsində zərərçəkənlərin işdən azad olunması problemi ilə əlaqədar İnsan Resursları Departamentindən birgə müzakirələr aparıldıqdan sonra problem müsbət həllini tapmışdır. Təşkilat hesab edir ki, əmək mübahisələrinin dialoq və danışıqlar yolu ilə həll edilməsi müsbət addımdır.
BOS ŞELF MMC və Həmkarlar İttifaqları Təşkilatı.
2013-cü ilin əvvəllərində Şirkət işçiləri əmək şəraiti, diskriminasiya, əmək haqqı, məzuniyyət günləri, tibbi sığorta və sair tələblərlərlə etiraz aksiyası keçirtmişdi. Tətildə 2500-dək işçi iştirak edirdi. Mövcud problemlə əlaqədar BOS ŞELF MMC-nin rəhbərliyinin, Həmkarlar İttifaqları Təşkilatının, Neftçilərin hüquqlarını Müdafiə təşkilatı İctimai Birliyinin birgə görüşü keçirilmiş,mövcud vəziyyət araşdırılmış,tədbirlər planı müəyyən edilmişdir. İl ərzində işçilərin tibbi sığrtası təmin edilmiş, əmək və yemək şəraiti yaxşılaşdırılmış, məzuniyyətlərin qanunvericiliklə nəzərdə tutulmuş qaydada verilməsi təmin edilmiş, əmək haqqları artmış, diskriminasiya halları aradan qaldırılmışdır. Əməkdaşlıq davam edir.
Bundan əlavə NHMT Balaxanı ƏŞ, BP, AZFEN şirkətləri ilə də əməkdaşlığa nail olmuş və bir çox problemləri dialoq yolu ilə həllinə nail olmuşdur.
13. Rəy və Təkliflər
13.1. Əmək qanunvericiliyinin pozulmasına səbəəbləri
13.1.2. İşçilərin öz hüquqlarını bilməməsi və işəgötürənin bundan istifadəsi
13.1.2. Məhkəmə Hakimlərinin və vəzifəli şəxslərin Əmək qanunvericiliyinə, 2-ci ya əhəmiyyəti olmayan normativ hüquqi aktlar kimi baxması
13.1.3. Əmək qanunvericiliyini pozan vəzifəli şəxslərin maddi, intizam, inzibati və cinayət məsuliyyətə cəlb olunması
13.1.4. Əmək qanunvericiliyini mütamadi pozan vəzifəli şəxslər barədə mətbuatda və digər kütləvi informasiya vasitələrində məlumatların verilməsi
13.1.5. Vəzifəli şəxslərin maraqlı olmasına şərait yaradan halların aradan qaldırılmaması
13.1.6. Əmək qanunvericiliyində formallığın aradan qaldırılmaması. (məsələn: işdən azad edilmə barədə olan əmrin olması, bu əmrin qanuni olmasını təsdiq etmir)
13.1.7. İşçilərin əmək hüquqları sahəsində maarifləndirilməməsi
13.1.8. İşçilərə marifləndirmə sahəsində treninqlərin keçirilməməsi
13.1.9. İşçilərə əmək hüquqlarının məhkəmə vasitəsi ilə bərpa olunmasına inamın yaradılması
13.1.10. Həmkarlar Təşkilatlarının işəgötürəndən asılı olması
13.1.11. AƏM – nin idərə və müəssisələrdə icrasına nəzarət edən Əmək Müfəttişliyinin səlahiyyətlərinin məhdudlaşdırılması
13.1.12. Əmək qanunvericiliyində olan boşluqlar
Çox təəsüflər olsun ki, təşkilatımız tərəfindən dəfələrlə təklif olunduğuna baxmayaraq, MM-də Əmək Məcəlləsinə “Əlavə və dəyişikliklər “hazırlanarkən bu sahədə praktiki təcrübəsi olan QHT-lərin nümayəndələri işçi qrupuna dəvət olunmurlar. MM-də təmsil olunan millət vəkillərinin əksəriyyəti isə işəgötürənlər olduğundan qanunda olan boşluqlar işçinin ziyanınadır. Düşünürük ki, aşağıdakı bəzi maddələrə yenidən baxılmalıdır:
- Əmək Məcəlləsinin 45-ci maddəsinin 4-cü hissəsi. (bu maddə imkan verir ki, işəgötürənlər işçi ilə müvəqqəti müqavilə bağlasın.yəni”. Əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır.)
- Əmək Məcəlləsinin 16-cı maddəsi
- Azərbaycan Respublikası Əmək Məcəlləsinin 114-cü maddəsinin 2-ci bəndi
- Əmək Məcəlləsinin 114-cü maddəsinin 6-cı bəndi
- “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikası Qanunu
Maddə 5. Faydalanan şəxslər
Maddə 16. Sığorta ödənişi
- Əmək miqrasiyası haqqında Azərbaycan Respublikası Qanununun 4-cü maddəsi
- Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1997-ci il 19 avqust tarixli 93 nömrəli qərarı ilə təsdiq edilmiş Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamənin 4.5-ci maddəsi
- Avropa Sosial Xartiyasının təsdiq edilməsi barədə Azərbaycan Respublikası Qanunu
Təşkilatın rəhbəri: Mirvari Qəhramanlı
Hüquqşünas: Azər Quliyev