NHMT - Azərbaycanın neft sektorunda əmək, iqtisadi və sosial hüquqlar üzrə qanunvericiliyin icra vəziyyətinin qiymətləndirilməsi

Azərbaycanın neft sektorunda əmək, iqtisadi və sosial hüquqlar üzrə qanunvericiliyin icra vəziyyətinin qiymətləndirilməsi

Azərbaycanın neft sektorunda əmək, iqtisadi və sosial hüquqlar üzrə qanunvericiliyin icra vəziyyətinin qiymətləndirilməsi.

Müstəqil monitorinq hesabatı.

Bakı şəhəri, Yanvar 2015.

 

Mündəricat

1. Giriş

1.1. Məsuliyyətdən azad olma

1.2. Təşkilatın missiyası

1.3. Təşkilatın hüquqi statusu və fəaliyyəti

2. Neft sektorunda  əmək qanunvericiliyinin icra vəziyyəti

2.1. Azərbaycan Respublikasının Əmək Məcəlləsi və digər normativ hüquqi aktlar

2.2. Beynəlxalq Əmək Təşkilatının Konvensiyaları

3. Şirkətlərin ətraf mühitə təsirləri

4. Monitorinq vaxtı müşahidə olunan müsbət hallar

5. İdarə və müəssisələrdə əmək qanunvericiliyinin pozulma səbəbləri

6. İdarə və müəssisələrdə bədbəxt hadisələrin baş vermə səbəbləri

7. Əmək qanunvericiliyində olan boşluqlar

 

 

1. Giriş

 

1.1. Məsuliyyətdən azad olma

Bu hesabat Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının (NHMT) ekspertləri tərəfindən, ölkənin neft sektorunda çalışan işçilərin  müraciətləri, şikayət ərizələri, təşkilatın aktiv üzvlərinin verdiyi yoxlanılmış məlumatlar, informasiya sorğularına verilmiş cavablar, mətbuatda dərc olunan məlumatlar, təşkilat üzvlərinin mütəmadi olaraq apardığı monitorinqlər, təşkilat tərəfindən aparılan məhkəmə çəkişmələr əsasında hazırlamışdı. Hesabatın tərtib olunmasında məqsəd Azərbaycanın neft sektorunda əmək və sosial hüquqlar üzrə qanunvericiliyə nə dərəcədə icra   olunduğun mümkün olan dərəcədə qiymətləndirməkdi.

Hesabatda ölkənin neft sektorunda qanunvericiliyin icrasındakı problemlər öz əksini tapmış, həmin problemlərin həlli üçün təklif və tövsiyələr  də verilmişdi.

Hesabatın müəllifləri etiraf edirlər ki, burada verilmiş fikirlər onların  şəxsi fikirləridir və bunlar layihənin sponsorunun yeritdiyi siyasət və fikirləri əks etdirmir. Məlumatların verilməsi və təhlil zamanı edilmiş hər hansı səhv, nəyinsə nəzərdən qaçırılması və qeyri-səlis izaha görə yalnız hesabatın müəllifləri məsuliyyət daşıyır.

 

1.2. Təşkilatın missiyası

NHMT Azərbaycanın enerji sektorunda  insan haqlarının qorunması,  enerji sektoru ilə bağlı maliyyə axınlarından Azərbaycan cəmiyyətinin xeyrinə  istifadə olunması və bu sahədə ictimai nəzarət sisteminin yaradılması uğrunda mübarizə aparır.

 

1.3. Təşkilatın hüquqi statusu və fəaliyyəti

Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatı (NHMT) İctimai Birliyi 1996-cı ildə Azərbaycanın  neft və qaz sektorunda çalışan insanların hüquqlarının müdafiəsi və ölkənin enerji sektorunda reallaşdırılan layihələr üzərində   vətəndaş cəmiyyətinin nəzarətinin bərqərar olunması məqsədilə neft sektorunda çalışan bir qrup mütəxəssis tərəfindən yaradılıb ( Bax: www.nhmt–az.org). Yarandığı gündən NHMT çoxsaylı  bir-biri ilə əlaqəli  silsilə layihələr və proqramlar həyata keçirmiş və uğurlar əldə etmişdir. Təşkilatın əsas fəaliyyətləri və fəaliyyət istiqamətləri aşağıdakılardı:

  • Əmək hüququnun müdafiəsi və təlimi (http://nhmt-az.org/ts_general/eng/prj/prj1-anons-1.php )

  • Neft gəlirlərinin xərclənməsində şəffaflığın təmini edilməsi sahəsində fəaliyyətlər( http://nhmt-az.org/ts_general/eng/prj/prj2-anons-1.php)

  •  Korrupsiya əleyhinə proqrama dair fəaliyyətlər (http://nhmt-az.org/ts_general/eng/prj/prj3-anons-1.php

  • Beynəlxal Maliyyə Qurumları tərəfindən maliyyələşdirilən  layihələr üzərində ictimai nəzarət və monitorinqlərin aparılması; BMQnın Azərbaycandakı fəaliyyətinin monitorinqi (http://nhmt-az.org/ts_general/eng/prj/prj5-anons-1.php).

  • Gender fəaliyyəti

 

 

2. Neft sektorunda əmək qanunvericiliyinin icra vəziyyəti

Ölkənin hasilat sənayesində əmək qanunvericiliyinin pozulma halları əsasən aşağıda qeyd olunan idarə və müəssisələrdə müşahidə olunmuşdur. Məhz bunun nəticəsində yüzlərlə insanın haqqı pozulmuş, iş yerlərini itirmiş, xəsarət almış və ya faciəli surətdə həlak olmuşdur.

2014-cü il ərzində ərzində Azərbaycan Respublikasının neft sənayesində və digər sahələrdə çalışan işçilərdən 1200 nəfərə yaxın işçiyə: əmək, sosial, iqtisadi və mülki sahədə  hüquqi  yardımlar göstərilmişdi. Müraciətlər kollektiv və fərdi şəkildə olmuşdur. Bu sahədə işçilərin müraciətləri əsasən aşağıdakı sahələrdə olan əmək qanunvericiliyinin pozulması olmuşdur:

 

2.1. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin:

 

*      68-79-cu maddələrinin pozulması (Əmək Müqavilələrinə qanunsuz olaraq xitam verilməsi, ixtisar adı ilə işçilərə ərizə yazdırılma, ixtisarlar aparılarkən qanunvericiliyin tələblərinin pozulması): Neftqaztikinti tresti, Neft Daşları NQÇİ,  28 May NQÇİ, Kompleks Qazma Tresti, “Azəriqaz” İstehsalat Birliyi, və sair.

 

*      44.3-cü maddəsinin pozulması (Əmək Müqaviləsinin surətinin işçilərə təqdim edilməməsi): ARDNŞ-nin əksər müəssisələri, Maersk Driling Servises MMC  , Kompleks Qazma Işləri Trestii, Neftqaztikinti Tresti,SOCAR Cape və sair.

 

*      83-84-cü maddələrinin pozulması (Əmək Müqaviləlilərinə xitam verilərkən əmrin, istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, ödənilməli əmək haqqı və digər ödəmələrin sonuncu iş günü işçiyə verilməməsi və ya ümumiyyətlə verilməməsi): “Azəriqaz” İstehsalat Birliyi, “Azneft” İstehsalat Brliyi və sair.

 

*      217-ci maddəsinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 saylı qərarının pozulması (Əmək xəsarətinin gizlədilməsi, qeydə alınmaması): Xəzər təchizat müəssisəsi

 

*      97, 98, 99, 164, 165-ci maddələrinin pozulması (normadan artıq işə görə, gecə vaxtına görə, dəniz və susuzluq əmsalına görə əmək haqqının ödənilməməsi): Svift Encinerinq, SOCAR Cape, Maersk Driling Servises MMC və sair.

*      70.b və 77-ci maddələrinin pozulması(İşəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsasları,əmək müqaviləsinə xitam verilərkən işçilərin təminatları)

 

2012-ci ilin ikinci yarısından etibarən ARDNŞ-də struktur islahatları aparılır. Bununla əlaqədar ixtisarların aparılması zamanı bəzi idarə və müəssisələrdə qanun pozuntuları müşahidə olunur. Belə hallar daha çox Kompleks Qazma İşləri Trestində,  Azərneftyağ  zavodunda, H.Əliyev adına Neft Emalı zavodunda, Bahar ƏŞ . Azəriqaz İB, Greyt Wall Drilling Compani , Neftqazelmitədqiqatlayihə və s. müşahidə olunmuşdu

2014-cü ilin fevral ayında ARDNŞ islahatlar zamanı sərbəstləşən işçilərin işlə təminatı üçün Proqram hazırladı. Bu vaxtadək Proqrama qoşulan 134 nəfərdən 47-si işlə təmin olunmuşdu. Lakin ARDNŞ idarə və müəssisələrinə verilmiş səlahiyyət(bağban, xadimə, sürücü və s.i şçilərin)Lakin İnsan Resursları Departamentinin icazəsi olmadan işə qəbul olunması) və qohum əqrəbaya verilən xüsusi imkanlar(yuxarıdan göstəriş) Proqramın tam yerinə yetirilməsin imkan vermir. Bundan əlavə şirkətdə iş yerlərinin ixtisarı zamanı kənardan işçi qəbulu da müəyyən suallar doğurur.

 

2011-13-cü illərdə işçilərin sayının dinamikası

 

İl

İşçi sayı

İşdən azad olunan

İşə qəbul

 kişi

qadın

Rəhbər vəzifədə qadın

Rəhbər vəzifədə kişi

 

2011

77140

7855

5426

59950

17190

1

10

 

2012

66234

11556

3942

54600

11634

1

10

 

2013

61086

14556

9420

50160

10928

1

10

 

 

*      45.4. maddəsinin pozulması.(Əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu halda,əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır.

ARDNŞ-də və əksər xarici neft  şirkətlərində  işçilərlə müddətli əmək müqaviləsi bağlanılır..  ( SOCAR Cape, Maersk Driling Servises MMC , Hertel, Azəriqazixracat,Magistral Neft Kəmərləri İdarəsi, Neftqazelmitədqiqatlayihə  İnstitutu və sair) Azərbaycanın neft sənayesində  ən böyük hüquq pozuntusu olan bu proses( işçilərlə bağlanmış müddətli əmək müqaviləsinin 1, 2, 3, 6 ay və ən çoxu 1 il müddətinə)   hələ də davam edir.

 

*      215,, 222, 239-cu maddələrinin və Nazirlər Kabinetinin 2000-ci il tarixli 27 saylı Qərarının pozulması (İşəgötürən tərəfindən işçilər üçün təhlükəsiz iş şəraiti yaradılmaması, sağlamlığa dəymiş ziyanın ödənilməməsi)  

 

ARDNŞ-nin bütün müəssisələrində artıq 5 ildir ki , əməyin mühafizəsi üzrə müavin vəzifəsi mövcuddur. İstehsalatda xəsarət alan və ölənlərin sayı isə azalmır.   Və hansı ki onlar təhlükəsiz əmək şəraitləri üçün birbaşa cavabdehdirlər. Bununla belə, 2014-cü il ərzində  ölkənin neft sektorunda 19 ölüm hadisəsi qeydə alınıb(bu təşkilatın ala bildiyi məlumatdır)

 

Bunlardan 3 nəfər:
1. Bahar ƏŞ-nin işçisi Kövsərov Etibar işdən çıxarıldığı və özünə iş tapa bilmədiyi üçün özün asmışdır
2. ARDNŞ-nin Neftqaztikinti trestinin işçisi Ismayıl Umudov ixtisar xəbərini eşidib ürəyi partlamışdı
3. Balaxanı ƏŞ-nin işçisi Qasımov Hafiz özünü iş yerində traktorun altına atıb 
 

Qalan 16 nəfər isə normal iş şəraiti yaradılmadığı üçün iş yerində həlak olubdur:

14-nəfər - ARDNŞ-nin-işçisi(4 nəfər - Nərimanov adına NQÇİ, 7 nəfər - Neftqaztikinti tresti, 2 nəfər - H.Z.Tağıyev adına NQÇİ,1 nəfər-Siyəzən MKQİ)

1 nəfər-Qarasu ƏŞ-nin işçisi

1 nəfər-Suraxanıoil ƏŞ-nin işçisi

 

Bu il Azneft İB-nin strukturuna daxil olan idarə və müəssisələrdi 4 qəza hadisəsi maşahidə olunub(bizim bildiyimiz)Qəzanın əsas səbəblərindən biri də SSRİ-dən qalan infrastrukturların tam köhnəlməsidir.Bəlkə də bu sahələrdə bir neçə dəfə “təmir” işləri aparılıb. Qəzalarla əlaqədar zamanı kompleks tədbirlər planı hazırlanmalı bütün şirkət üzrə estakada, meydança, platforma və digər hidrotexniki qurğulara baxış keçirtməli idilər. 

- 2014-cü ilin mart ayında Neft Daşlarında(Çvonovo 203-də) köhnə estakada uçub. 4 nəfər suya düşüb. Onlardan 3-ü çıxıb, biri həlak olub.

- 2014-cü il oktyabrın 23-də Azneft İB-nin strukturuna daxil olan N.Nərimanov adına NQÇİ-nin 441-ci meydançanın uçması nəticəsində  orada təmir işləri aparan Neftqaztikinti trestinin 4-işçisi dənizə düşərək boğulmuşdu. Həmin vaxt ərazidə 30 nəfər işçi olub.

- 2014-cü il oktyabrın sonunda Azneft İB-nin strukturuna daxil olan N.Nərimanov adına NQÇİ-də estakada meydança uçub.Xəsarət alan olmayıb

- 2014-cü il noyabrın 7-də Azneft İB-nin strukturuna daxil olan N.Nərimanov adına NQÇİ-də 2-ci mədən ərazisində 310 və 312-ci meydançalar arasında 60 metr uzunluğunda estakadanın uçması nəticəsində 5 nəfər işçi dənizə düşüb.Dənizə düşən işçilərdən 3-ü xilas olunub, 2-i həlak olub

 

Qeyd: Əmək xəsarəti alan və vəfat edən işçilərin 50 faizindən çoxu  Neftqaztikinti trestinə aiddir.

“Azneft” İstehsalat birliyində əmək xəsarəti almış işçilərin hüquqları 2014-cü ildə də pozulmuş, kütləvi artımlar qanunvericiliklə nəzərdə tutulan qaydada bu işçilərə şamil ovunmamışdı.  2012-ci ilin mart ayının 1-dən ARDNŞ-də işçilərin əmək haqlarının kütləvi surətdə 52 faiz qalxmasına baxmayaraq, əmək xəsarəti ilə əlaqədar aylıq ödənc alan işçilərə bu artım 14 ay sonra 2013-cü ilin iyun ayından tədbiq olunmuşdu. Əmək xəsarətinə görə ödənc alan işçilər 14 ay ərzində bu ödənişləri almamışlar. Bu qanunsuzluqla əlaqədar məhkəməyə müraciət edən Neft Daşları NQÇİ-nin işçisi Əlisultan Mütəllimovun məhkəmə mübahisəsi hal hazırda Azərbaycan Respublikasının Ali məhkəməsindədəir.

Aylıq ödənclərlə bağlı Stork şirkəti ilə Asif İbrahimov, Maersk Driling Servises MMC   ilə Sərvər Kərimov arasında məhkəmə mübahisələrinə hal hazırda da baxılmaqdadır.

Xəzər təchizat müəssisəsi isə əmək xəsarəti almış Qurban Qurbanovun bədbəxt hadisə ilə əlaqədar baş vermiş bədbəxt hadisəsini gizlətmişdir və hadisə bu günə qədər də qeydə alınmamışdı.

 

İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında Azərbaycan Respublikası Qanununun, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 192 və 196 saylı Qərarlarının və  Əmək Məcəlləsinin 239-cü maddəsinin pozulması (Əmək xəsarəti ilə əlaqədar müvafiq ödənclərin ödənilməməsi): Azneft İstehsalat birliyi, Maersk şirkəti, Stork şirkəti.

ARDNŞ-dəvə xarici müəssisələrdə işçilərin tarif maaşına edilən əlavələrin ödənilməsində də qanunsuzluqlara yol verilir. Belə ki, bu əlavələr (dəniz əmsalı, susuzluğa görə, axşam və gecə pulu, zərərli işə görə və sair) qanunsuz olaraq tarif maaşının tərkibinə daxil edilir və ödənilmir. Əmək Məcəlləsinə əsasən isə bu əlavələr tarif maaşının tərkibində deyil, tarif maaşına edilən əlavələr kimi nəzərdə tutulmuşdu.

16-cı madəsinin (diskriminasiyaya yol verilməsi) pozulması:

Diskriminasiyanın əsas səbəblərində biri də qohumbazlıqdır. Bunun nəticəsində də çoxlu sayda işçi diskriminasiyaya məruz qalır. Bu hala daha çox ARDNŞ idarə və müəssisələrində, Bahar ƏŞ-də,SOCAR CAPE-də müşahidə olunub.

 İşçilərin və mülkiyyətçilərin hüquqlarının bərpası ilə əlaqədar: Azərbaycan Respublikasının Prezidentinə, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə, Azərbaycan Respublikasının Ombudsmanına, Dövlət Əmək Müfəttişliyi Xidmətinə və sair orqanlar yazılı Ərizələrlə müraciət olunmuşdu.

Qeyd: Müraciət edən işçilərdən 30 faizindən çoxu ad və soyadlarını bildirməkdən və ya qeydə alınmasında çəkinirlər. Bu işçilər şikayət etdikləri və adlarının məlum olduğu halda, müxtəlif bəhanələrlə işdən azad olunacaqlarından çəkinirlər.

*      2.2. Beynəlxalq Əmək Təşkilatının Konvensiyaları.

2.2.1. Beynəlxalq Əmək Təşkilatının "İcbari əməyin ləğv edilməsi haqqında" 105 saylı Konvensiyasını və  Əmək Məcəlləsinin 17-cü maddəsi pozulması.

3.2. 2 ildən artıqdır ki, ARDNŞ-nin bəzi idarə və müəssisələrində(“ Neftqaztikinti , H.Əliyev adına Bakı Neft Emalı zavodu, Azərneftyağ Neft Emalı zavodu və.s) mart-iyun aylarında mütəmadi olaraq   hər həftənin şənbə və bazar günləri iməcilik adı ilə məcburi olaraq işə çağırılırlar və bu zaman onların əmək haqqı qanunvericilikdə nəzərdə tutulan qaydada ikiqat ödənilmir. Işçilər bildirirlər ki, zavodda bununla əlaqədar əmək müqaviləsində nəzərdə tutulan ödənişlər də aparılmır. Bu barədə müraciət edən işçilərə isə bildirirlər ki, bu iməcilik olduğuna görə onlara heç bir əmək haqqı ödənilməyəcək. Daha çox haqqını tələb edən işçilərə isə əmək müqavilələrinə xitam veriləcəyi barədə hədə-qorxu gəlinir.

2.2.3. Beynəlxalq Əmək Təşkilatının Birləşmək haqqında 98 saylı Konvensiyasının pozulması

Beynəlxalq Əmək Təşkilatının Birləşmək haqqında 98 saylı Konvensiyasına və Həmkarlar İttifaqları Haqqında Azərbaycan Respublikası Qanununa əsasən işçilər, pensiyaçılar, təhsil alan şəxslər heç bir fərq qoyulmadan öz istəkləri ilə, qabaqcadan icazə almadan könüllü surətdə həmkarlar ittifaqları yaratmaq, habelə öz qanuni mənafelərini, əmək, sosial, iqtisadi hüquqlarını müdafiə etmək üçün həmkarlar ittifaqlarına daxil olmaq və həmkarlar ittifaqı fəaliyyəti ilə məşğul olmaq hüququna malikdirlər.

BP, Statoyl, Stork, SOCAR CAPE,  Maersk Driling Servises MMC, Enermek kimi şirkətlərdə işçilərin həmkarlar ittifaqlarında birləşmə hüququna süni yollarla maneələr yaradılır.

Hasilatın Pay Bölgüsü Sazişində iştirak edən Xarici neft şirkətlərində iki səbəbdən həmkarlar təşkilatı yaratmaq mümkün deyil:

  • İşçilər mövcud həmkarlar təşkilatına etibar etmir;
  • İşəgötürənlər; şirkətlərdə həmkarlar təşkilatının yaranmasının əleyhinədir və bu prosesi ciddi nəzarət altında saxlayırlar.

 

2.2.4.Əmək və məşğulluq sahəsində ayrı-seçkilik haqqında Konvensiya ( №111)

Ölkədə fəaliyyət göstərən xarici neft şirkətlərində əmək və məşğulluq sahəsində diskriminasiya halları mövcuddur ki, bu özünü həm əmək haqqının ödənilməsində (xarici vətəndaşların əmək haqqı ilə yerli işçilərin əmək haqqı arasında kəskin fərq var)həm də yüksək vəzifələrdə(rəhbər səviyyəsində)yerli işçilərin azlıq təşkil etməsində özünü büruzə verir. Məs:Son zamanlar Bahar Enerji ƏŞ-də aparılan qazma işləri müsbət nəticə vermədiyi üçün şirkətdə struktura daxil olan Qazma Şöbəsi ləğv edildi. Amma buna baxmayaraq şirkət  qazma üzrə xarici ”mütəxəssis işə qəbul etmişdir.  

Xaricdən dəvət olunan mütəxəssislərin bəzilərinin  vergidən yayınması halları da baş verir. Belə ki, bəzi şirkətlərdə yüksək əmək haqqı alan xarici mütəxəssislərin ölkəmizdə ödəniləcək vergidən yayınması üçün “şəraitdə yaradılır. Belə ki, onlarla  əmək müqavilələri 3 ay (90 gün)müddətinə bağlanır. Müəyyən müddətdən-ölkəyə çıxış-giriş etdikdən  sonra  onlarla yenidən həmi müddətə əmək müqaviləsi bağlanır. Bu mütəmadi xarakter daşıyır. Əgər ciddi yoxlanış aparılsa küllü miqdarda vergidən yayınma halları müşahidə oluna bilər. Onu da qeyd edirəm ki, ölkədə müvafiq tələblərə cavab verən yerli işçilər olduğu halda xaricdən mütəxəssislərin cəlb olunması qəti qadağandır.

 

3. Şirkətlərin ətraf mühitə təsirləri

2014-cü ildə karbohidrogen hasilatı prosesində formalaşan tullantıların ətraf mühitə atılması, yerləşdirilməsi və axıdılması ilə əlaqədar ətraf mühitin mühafizəsi haqqında qanunvericiliyin və bu sahədə qəbul olunmuş normativ-hüquqi aktların tələblərinə uyğun olaraq cari ildə ətraf mühitin mühafizəsi üzrə qanunvericiliyin tələblərinin icrası ilə bağlı  Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi  tərəfindən ARDNŞ-nin H.Z.Tağıyev adına Neft və Qazçıxarma İdarəsinə(NQÇİ) və 28 May adına NQÇİ-yə xəbərdarlıq elan olunmuş,Azneft İB-ə 20.000(iyirmi min)manat,Bibi-Heybət NQÇİ-nə 8000(səkkiz min)manat,Ə.Əmirov adına NQÇİ-ə 3500(üç min beş yüz)manat,Neftqaztikinti trestinə 10000(on min)manat,Azneft İB-nin Qaz Anbarının İstismarı İdarəsinə 3000(üç min)manat məbləğində cərimələr tətbiq olunmuş, tədbir görülməsi üçün məhkəmələrə göndərilmiş,iş məhkəmə icraatındadır.

Qeyd olunanlarla yanaşı ,aşkar edilmiş nöqsanların aradan qaldırılması üçün ARDNŞ-nin “Neft Kəmərlər İdarəsi”,Geofizika və Geologiya İdarəsi,”H,Z,Tagöyev adına NQÇİ,Qafqaz Trans Servis”MMC,”SOCAR AQŞ”,”Petroleum Servise Grup”Şirkəti,”Caspian Drilling Compani”LTD,”Suraxanı Oil Compani”,”Azgerneft” MMC,Ə.Əmirov adına NQÇİ”,”Binəqədi Oil Compani”,”Azərneftyağ”NEZ,”Muradxanlı”İNM,”Kompleks Qazma İşləri”tresti,”SOCAR-Ümid”MMC,”Azəriqaz”İB,Balaxanı Operating Compani LTD,Qaz İxracı İdarəsi və Nərimanov adına NQÇİ –yə icrası məcburi olan 24 “məcburi göstəriş”verilmişdir

 

4.Monitorinq vaxtı müşahidə olunan müsbət   hallar

 2014-cü ildə NHMT problemlərin həllinin dialoqlar vasitəsilə həllində bəzi şirkətlərlə əməkdaşlığı yüksək qiymətlənirdi:

4.1. ARDNŞ-nin İnsan Resursları Departamentində:

 - il ərzində  şirkətdə aparılan struktur dəyişikliyi, şirkət strukturuna daxil olan idarə və müəssisələrdən NHMT-ə daxil olan ərizə və şikayətlərə bağlı birgə müzakirəsi olunmuşdu.  

-İşçilərin peşə qabiliyyətlərinin qiymətləndirilməsi üçün  keçirilən test imtahanlarını gözləmə zalında quraşdırılmış xüsusi monitorlar vasitəsilə canlı izləmək, eləcə də şəffaflıq və aşkarlıq şəraitində keçirilən müsahibələrdə müşahidəçi qismində iştirak etmək istəyən şəxslərə və QHT-rə bütün imkanlar yaradılır.

-Fevral ayında Şirkətdə aparılan struktur islahatları ilə əlaqədar sərbəstləşən işçilərin işlə təminatı məqsədilə hazırlanmış proqramın QHT-lə birlikdə müzakirəsi aparılmışdı

Yanvar ayında ARDNŞ tərəfindən tərəfindən ilin yekunların həsr olunmuş müzakirələrə QHT-də iştirak etmişdir

4.2.BOS ŞELF MMC rəhbərliyi və Həmkarlar İttifaqları Təşkilatı ilə daimi dialoqlar qurulmuşdur. Şirkətdə NHMT tərəfindən  işçilər(rəhbərlik, mühəndis texniki və fəhlələr)arasında sorğu keçirilmiş, təklif və tövsiyələr hazırlamışdı .Sorğu nəticələri şirkət rəhbərliyinə təqdim olunmuşdu

4.3. Balaxanı ƏŞ vaxtilə ARDNŞ-də güzəştli kooperativ mənzil növbəsinə dayanan 18 nəfər işçisinin mənzil problemini həll etmişdir.

 

 5. İdarə və müəssisələrdə əmək qanunveiciliyinin pozulma səbəbləri:

  • İşçilərin öz hüquqlarını  bilməməsi və işəgötürənin bundan istifadəsi.
  • Əmək qanunvericiliyini pozan vəzifəli şəxslərin  maddi, intizam, inzibati və cinayət məsuliyyətə cəlb olunmaması.
  • Əmək qanunvericiliyini mütəmadi pozan vəzifəli şəxslər barədə ictimai rəyin formalaşdırılmaması.
  • İşçilərin əmək hüquqları sahəsində maarifləndirilməməsi.

 

  • İşçilərdə əmək hüquqlarının məhkəmə vasitəsi ilə bərpa olunmasın inamın olmaması.
  • Həmkarlar Təşkilatlarının işəgötürəndən asılı olması
  • AƏM –nin idarə və müəssisələrdə icrasına dövlət nəzarətini həyata keçirən Dövlət Əmək Müfəttişliyinin səlahiyyətlərinin məhdudlaşdırılması
  • Əmək qanunvericiliyinə dəyişik və əlavələr edilərkən bu sahədə fəaliyyət göstərən QHT –rin təkliflərinin nəzərə alınmaması və müvafiq komissiyaların fəaliyyətinə cəlb olunmaması

 

 

6.  İdarə və müəssisələrdə bədbəxt hadisələrin baş vermə səbəbələri.

İşçilərin təhlükəsiz və sağlam şəraitdə işləmək hüququ Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsində, Azərbaycan Respublikasının Əmək Məcəlləsində, Avropa Sosial Xartiyasının təsdiq edilməsi barədə Azərbaycan Respublikası Qanununda, Azərbaycan RespublikasıNazirlər Kabinetinin  Qərarlarında və digər normtiv hüquq aktlarla təsbit edilir.

 

Azərbaycan Respublikasının Əmək Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xatalar Məcəlləsində və Azərbaycan Respublikasının Cinayət Məcəlləsində İşçilərin təhlükəsiz və sağlam şəraitdə işləmək hüququnu pozan müəssisə və təşkilat rəhbərlərinə qarşı: maddi, intizam, inzibati və cinayət məsuliyyəti nəzərdə tutulur.

 

Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinə və Azərbaycan Respublikası Əmək Məcəlləsinin 207-ci əsasən: İşçilərin təhlükəsiz və sağlam şəraitdə işləmək hüququ vardır.

 

Hər il əmək fəaliyyəti ilə məşğul olan yüzlərlə işçi,  iş yerlərində bədbəxt hadisə və ya peşə xəstəliyi nəticəsində sağlamlığını və əmək qabiliyyətini itirilir və ya bu hadisələr nəticəsində həyatı ilə vidalaşmalı olur. İş yerlərində bədbəxt hadisənin baş vermə səbəbləri aşağıdakılardır:

 

İşçilərə qanunvericiliklə nəzərdə tutulan qaydada təhlükəsiz və sağlam iş şəraiti yaradılmamasına görə müəssisə rəhbərlərinin məsuliyyətə cəlb olunmaması. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 215, 217, 222, 239-cu maddələrinin və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2000-ci il tarixli 27 saylı Qərarının pozulması nəticəsində, İşəgötürənlər tərəfindən işçilər üçün təhlükəsiz iş şəraiti yaradılmaması, əmək xəsarətinin qeydə alınmaması və sağlamlığa dəymiş ziyanın əvəzinin  ödənilməməsi ilə əlaqədar cavabdeh şəxslərin maddi, intizam, inzibati və cinayət məsuliyyətə cəlb olunmaması. Praktikada belə hallara nadir hallarda rast gəlinir ki, əməyin mühafizə qaydalarını pozmuş müəssisə rəhbərləri məsuliyyətə cəlb olunsunlar.

 

İşəgötürənlər tərəfindən: təhlükəsiz və sağlam iş şəraiti ilə əlaqədar əmək kollektivi və ya Həmkarlar İttifaqları Təşkilatları ilə müvafiq məsləhətləşmələrin aparılmaması.

 

Təhlükəsiz və sağlam iş şəraitinə dövlət nəzarətinin həyata keçirən Dövlət Əmək Müfəttişliyi Xidmətinin nəzarətinin zəif olması və ya ümumiyyətlə olmaması. Dövlət Əmək Müfəttişliyi Xidməti işçilər üçün təhlükəsiz və sağlam iş şəraiti yaratmayan müəssisə rəhbərlərinin müvafiq məsuliyyətə cəlb olunması üçün müvafiq tədbirləri görməməsi. Praktikada belə hallara nadir hallarda rast gəlinir ki, əməyin mühafizə qaydalarını pozmuş müəssisə rəhbərləri Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən məsuliyyətə cəlb olunsunlar.

 

Təhlükəsiz və sağlam iş şəraitinə ictimai nəzarəti həyata keçirən Həmkarlar İttifaqının ictimai nəzarətinin zəif olması və ya ümumiyyətlə olmaması. Xarici ölkələrdən fərqli olaraq fəaliyyət göstərən Həmkarlar təşkilatları, digər sahələrdə olduğu kimi əməyin mühafizəsi sahəsində müstəqil fəaliyyət göstərə bilmirlər, bu sahəyə ictimai nəzarət yoxdur, belə hadisələrin qarşısını almaq üçün real qüvvəyə və səlahiyyətə malik deyillər.

 

Müəssisənin mülkiyyətçisi və ya işəgötürəni tərəfindən:

  • Əmək fəaliyyəti ilə məşğul olan işçilərin, iş yerlərində əməyin mühafizəsi normalarına və qaydalarına əməl etməmələri,  əməyin mühafizəsi üzrə standartların, normaların və qaydaların bütün tələblərinə əməl edilməməsi,
  • Binaların, qurğuların, texnoloji proseslərin və avadanlığın təhlükəsizliyinə riayət edilməməsi,
  • Bilavasitə iş yerlərinin sağlam sanitariya-gigiyena şəraitinin və əməyin mühafizəsinin qüvvədə olan normativlərə uyğunlaşdırılmaması, işçilərə lazımi sanitariya-məişət və müalicə-profilaktik xidmətinin təşkil edilməməsi,
  • Əmək şəraiti zərərli, ağır olan və yeraltı işlərdə çalışan işçilərə pulsuz müalicəvi profilaktiki yeməklər, süd və ona bərabər tutulan digər məhsulların verilməməsi,
  •  Normal əmək və istirahət rejiminə riayət edilməməsi,
  • İşçilərə müəyyən edilmiş müddətlərdə və tələb olunan çeşidlərdə pulsuz xüsusi geyim, xüsusi ayaqqabı və digər fərdi mühafizə vasitələrinin verilməməsi,
  • İşçilərin əməyin mühafizəsi normaları və qaydaları üzrə təhsilinin, təlimatlandırılmasının, biliklərinin yoxlanılmasının təşkil edilməməsi və əməyin mühafizəsinin təbliğ edilməməsi,
  • Kollektiv müqaviləyə əməyin mühafizəsi üzrə qaydaların daxil edilməməsi və onlarda nəzərdə tutulmuş öhdəliklərin yerinə yetirilməməsi,
  • Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi müddətdə və formada əməyin mühafizəsi, əmək şəraiti və onların qüvvədə olan normalara uyğunlaşdırılması üçün görülən tədbirlərin nəticələri haqqında statistik hesabatın verilməməsi.

 

Əməyin mühafizəsi üzrə mütəxəssislərin hazırlanmaması və ya bu mütəxəssislərin kifayət qədər savadlı və məsuliyyətli olmaması.

 

İşəgötürənlər tərəfindən əməyin mühafizəsi ilə əlaqədar müvafiq bukletlərin hazırlanmaması, treninq, seminar və digər maarifləndirmə tədbirlərinin keçirilməməsi və ya formal olaraq keçirilməsi.

 

İşəgötürənlər tərəfindən işçilərin onlarla bağlanmış vəzifə və ya peşənin əmək funksiyasına daxil olmayan digər vəzifə və ya peşələrdə qanunsuz olaraq işlədilməsi.

 

İş vaxtında, o cümlədən ağır, zərərli və insan həyatı üçün zərərli olan iş yerlərində işçilərin Azərbaycan Respublikasının Əmək Məcəlləsində təsbit olunmuş normadan artıq işlədilməsi.

 

İşçilərin istirahət hüququnun, o cümlədən məzuniyyət hüququnun pozulması və ya məhdudlaçdırılmasış

 

İşçilərə aşağı və yuxarı temperatur və şiddətli külək şəraitində açıq havada, habelə ilin soyuq vaxtlarında qızdırılmayan qapalı binalarda işləyərkən onlara qızınmaq üçün fasilələrin verilməməsi və ya işlərin dayandırılmaması.

 

Yuxarıda qeyd olunan və Azərbaycan Respublikasının əmək qanunvericiliyində təsbit olunan hüquq normalarının pozulması istehsalatda, əmək fəaliyyəti ilə məşğul olan yüzlərlə işçinin,  iş yerlərində bədbəxt hadisə və ya peşə xəstəliyi nəticəsində sağlamlığının və əmək qabliyyətinin itirilməsi və ya həyatlarının itirilməsi ilə nəticələnir. Bunlarla bərabər bu hadisələrin baş verməsində əsas səbəblərdən biri və daha çox vacib olanı işçilər üçün təhlükəsiz iş şəraitinin yaradılmaması, əmək xəsarətinin qeydə alınmaması və sağlamlığa dəymiş ziyanın əvəzinin ödənilməməsi ilə əlaqədar cavabdeh şəxslərin maddi, intizam, inzibati və cinayət məsuliyyətə cəlb olunmamasıdır

 

7. Əmək qanunvericiliyində olan boşluqlar

Çox təəssüflər olsun ki, təşkilatımız tərəfindən dəfələrlə təklif olunduğun baxmayaraq, MM-də Əmək Məcəlləsinə “Əlavə və dəyişikliklər “hazırlanarkən bu sahədə praktiki təcrübəsi olan QHT-lərin nümayəndələri  işçi qrupuna dəvət olunmurlar. MM-də təmsil olunan millət vəkillərinin əksəriyyəti isə işəgötürənlər olduğunda qanunların qəbulu zamanı olan boşluqlar  isə işçinin ziyanınadır. Düşünürük ki, aşağıdakı bəzi maddələrə yenidən baxınmalıdır:

-Əmək Məcəlləsinin 45-ci maddəsinin 4-cü hissəsi. (bu maddə imkan verir ki, işəgötürənlər işçi ilə müvəqqəti müqavilə bağlasın.yəni”. Əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlamalıdır.)

- Əmək Məcəlləsinin 16-cı maddəsi.(Əmək münasibətlərində ayrı-seçkiliyin yol verilməzliyi)

- Azərbaycan Respublikası Əmək Məcəlləsinin 114-cü maddəsinin (İşçilərin məzuniyyət hüququ) 2-ci və 3-cü bənd  

- İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında Azərbaycan Respublikası Qanunu.

 Maddə 5. Faydalanan şəxslər.

 Maddə 16. Sığorta ödənişi.

- Əmək Miqrasiyası haqqında Azərbaycan Respublikası Qanununun 4-cü maddəsi.

- Azərbaycan Respublikası  Nazirlər Kabinetinin 1997-ci il 19 avqust tarixli  93 nömrəli qərarı ilə təsdiq edilmiş Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamənin 4.5-ci maddəsi.

- Avropa Sosial Xartiyasının təsdiq edilməsi barədə Azərbaycan Respublikası  Qanunu.

 

Təşkilatın rəhbəri: Mirvari Qəhrəmanlı

Hüquqşünas: Azər Quliyev