Azərbaycan Respublikasının neft və qaz sektorunda fəaliyyət göstərən şirkətlərin ŞƏFFAFLIQ GÖSTƏRİCİLƏRİ üzrə monitorinq nəticələri
Mündəricat
1. Giriş (Azərbaycanın neft-qaz sektoru haqqında xülasə)
2. 2017-ci ildə istehsal edilmiş neft və qazın istehsal mənbələri
3. Dənizdəki yataqların işlənməsi üzrə layihələr
4. Qurudakı yataqların işlənməsi üzrə layihələr
5. 2017-ci ildə bağlanılan neft müqavilələri
6. Şirkət saytlarının monitorinqi
6.1. Nəticə
7. Mətbuatın monitorinqi
7.1. Nəticə
8. Nəticə
Monitorinqin məqsədi ölkədə fəaliyyət göstərən şirkətlərin hesabatlarının ictimaiyyətə nə dərəcədə əlçatan olduğunu, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR), ölkə ərazisində neft və qaz hasilatını həyata keçirən əməliyyat şirkətlərinin və ya bu əməliyyat şirkətlərinə daxil olan ayrı-ayrı şirkətlərin fərdi qaydada ictimaiyyətə öz fəaliyyətləri ilə bağlı hər hansı bir açıqlama verməsini aydınlaşdırmaqdır. Monitorinq təşkilatın eksperti tərəfindən aparılmışdır. Tərtib olunan hesabat internet resursların köməyi yerli yerli mətbuat və hasilat sənayesində fəaliyyət göstərən şirkətlərin saytının izlənilməsi nəticəsində tərtib olunmuşdur. Monitorinq 2017-ci il üzrə aparılmışdır.
1. Giriş (Azərbaycanın neft-qaz sektoru haqqında xülasə)
01.01.2017-ci il tarixinə Azərbaycan Respublikası ərazisində 81 neft-qaz yatağı aşkar edilmişdir. Hazırda 61 yataqdan karbohidrogen hasil edilir, 20 yataq isə bu və ya digər səbəbdən işlənməyə cəlb olunmamış və yaxud işlənməsi dayandırılmışdır.
Azərbaycan Dövlət Neft Şirkətinin rəsmi məlumatına görə, işlənmədə olan yataqlardan 38-i neft, 7-si neft-qaz, 14-ü neft-qaz-kondensat, 2-i isə qaz yatağıdır. İşlənmədə olan 42 yataq Azərbaycanın quru (o c. 15 yataq “Azneft”, 27 yataq MM və ƏŞ-ləri tərəfindən istismar olunur), 19 yataq isə dəniz (o c. 13 yataq “Azneft”, 6 yataq - MM və ƏŞ-ləri) ərazisində yerləşir.
SOCAR özünün illik hesabatında 01.01.2017-ci il tarixinə ölkə üzrə istismarda olmuş yataqlardan işlənmənin əvvəlindən (rəsmi statistika neft üzrə bunun hesabatını 1871-ci ildən, qaz üzrə 1922-ci ildən aparır) 1967,8 mln. ton neft-kondensat və 769,6 mlrd.m3 qaz hasil edildiyini göstərir. O cümlədən, quruda yerləşən yataqlardan 975,2 mln. ton neft-kondensat, 138,6 mlrd. m3 qaz, dəniz yataqlarından 992,6 mln. ton neft-kondensat, 630,9 mlrd. m3 qaz hasil edildiyi qeyd edilir.
Bu məlumatlardan çıxış edərək, Dövlət Statistika Komitəsinin 2017-ci il üzrə açıqladığı əmtəəlik neft və qaz hasilatı göstəricilərini (38 700,2 min ton neft və 18 157,9 mln m3 qaz) əlavə etməklə, 01.01.2018 tarixinə Azərbaycan üzrə istismarda olmuş yataqlardan işlənmənin əvvəlindən 2 006 500 200 ton neft və 787 757 900 000 m3 qaz hasil edilib.
2017-ci il noyabrın 8-də Azərbaycanda respublika səviyyəsində 2 milyard tonuncu neftin hasil edilməsinə həsr edilmiş mərasim keçirilib. 1 milyard tonuncu nefti Azərbaycan 1971-ci ilin martın 28-də hasil etmişdi.
Şirkətlərin özlərinin məlumatları əsasında 2017-ci ildə Azərbaycanda 38,7 mln ton əmtəəlik neft və 19,175 mlrd m3 qaz hasil edilib.
2. 2017-ci ildə istehsal edilmiş neft və qazın istehsal mənbələri
Azərbaycanda 2017-ci ildə neft və qaz hasilatı ilə 15 hüquqi şəxs fəaliyyətdə olub: bunlardan yalnız biri dövlətə məxsus olub – SOCAR. Onun hasilatçı strukturu “Azneft”in payına ötən il ölkə üzrə neft hasilatının 15,2%-i, əmtəəlik qaz hasilatının isə 28,2%-i düşüb. Müştərək müəssisələr və əməliyyat şirkətləri içərisində xüsusi paya BP Exploration (Caspian) Limited şirkəti malikdir (“Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” layihələrinin operatoru). Britaniya şirkətinin operatorluğu ilə 2017-ci ildə Azərbaycanın neftnin 81,14%-i, əmtəəlik qazının 68,6%-i, ümumi hasil edilən qazının isə 79%-i hasil edilib.
3. Dənizdəki yataqların işlənməsi üzrə layihələr
N |
Müqavilənin imzalanma tarixi |
Layihədəki iştirakçı şirkətlər |
Şirkətlərin layihədə payları |
1 |
20.09.1994 |
Azəri-Çıraq-Günəşli |
|
|
|
BP Exploration (Caspian) Limited |
30,37% |
|
|
Azerbaijan (AÇG) Limited |
25,0% |
|
|
Chevron Khazar, Ltd |
9,57% |
|
|
Inpex Southwest Caspian Sea, Ltd. |
9,31% |
|
|
Statoil Apsheron A.S. |
7,27% |
|
|
Exxon Azerbaijan Limited |
6,79% |
|
|
Turkiye Petrolleri Anonim Ortaqlığı |
5,73% |
|
|
Itochu Oil Exploration (Azerbaijan) Inc. |
3,65% |
|
|
ONGC Videsh Limited |
2,31% |
2 |
04.06.1996 |
Şahdəniz |
|
|
|
BP Exploration (Caspian) Limited |
28,8% |
|
|
Turkey Petroleum Overseas Company Ltd |
19,0% |
|
|
Petronas Azerbaijan Shah Deniz S.A.R.L |
15,0% |
|
|
Azerbaijan (Shah Deniz) Limited |
10,0% |
|
|
LUKoil Overseas Shah Deniz |
10,0% |
|
|
Naftiran İntertrade Co (NICO) Limited |
10,0% |
|
|
SGC Upstream MMC |
6,7% |
3 |
22.12.2009 |
Bahar Qum Dəniz |
|
|
|
Bahar Energy Limited |
80,0% |
|
|
SOCAR-ın Ortaq Şirkəti |
20,0% |
4. Qurudakı yataqların işlənməsi üzrə layihələr:
Sıra N-si |
Müqavilənin imzalanma tarixi |
Layihədəki iştirakçı şirkətlər |
Şirkətlərin layihədə payları |
1 |
06.05.2011 |
Balaxanı, Sabunçu, Ramana və Kürdəxanı |
|
|
|
UGE-LANCER PTE.LTD |
75,0% |
|
|
SOCAR-ın Ortaq Şirkəti |
25,0% |
2 |
22.12.2009 |
Kürovdağ |
|
|
|
Shirvan Investments Limited |
80,0% |
|
|
SOCAR-ın Ortaq Şirkəti |
20,0% |
3 |
15.12.1998 |
Kürsəngi və Qarabağlı |
|
|
|
Salyan Neft MMC |
50,0% |
|
|
CNPC |
25,0% |
|
|
Fortunate Assets Limited |
25,0% |
4 |
12.09.2000 |
Mişovdağ və Kəlaməddin |
|
|
|
Karasu Development Company |
85,0% |
|
|
Əli-Bayramlı Neft MMC |
15,0% |
5 |
03.02.2009 |
Neftçala |
|
|
|
Neftchala İnvestments Limited |
80,0% |
|
|
SOCAR-ın Ortaq Şirkəti |
20,0% |
6 |
16.08.2005 |
Suraxanı |
|
|
|
Novatis Oil F.Z.E. |
75,0% |
|
|
SOCAR-ın Ortaq Neft Şirkəti |
25,0% |
7 |
29.09.2004 |
Binəqədi, Girməki, Çaxnaqlar, sulutəpə, Masazır, Fatmayı, Şabandağ və Sianşor |
|
|
|
Azen Oil Company B.V. |
75,0% |
|
|
SOCAR-ın Ortaq Neft Şirkəti |
25,0% |
8 |
03.11.2006 |
Zığ Hövsan |
|
|
|
Absheron İnvestment Limited |
75,0% |
|
|
SOCAR-ın Ortaq Neft Şirkəti |
25,0 |
9 |
02.06.1998 |
Cənub-qərbi “Qobustan” bloku |
|
|
|
Commonwealth Gobustan |
80,0% |
|
|
Qobustan Neft MMC |
20,0% |
10 |
16.03.2016 |
Muradxanlı, Cəfərli və Zərdab neft yataqlarının daxil olduğu blok |
|
|
|
Zenit Aran Oil Company Limited |
80,0% |
|
|
SOCAR-ın Ortaq Neft Şirkəti |
20,0% |
11 |
1994 |
“Ramanı” yatağı (“Azgerneft” Birgə Müəssissi) |
|
|
|
Union Grand Enerji PTE Ltd |
60% |
|
|
SOCAR |
40% |
5. 2017-ci ildə bağlanılan neft müqavilələri
2017-ci ildə hasilat üzrə 2 müqavilə imzalanıb:
- Xəzər dənizinin Azərbaycan sektorunda “Ümid” yatağının və “Babək” perspektiv strukturunun daxil olduğu dəniz blokunun kəşfiyyatı və işlənməsi haqqında” Risk Xidmət Sazişi yanvarın 12-də SOCAR ilə “SOCAR Umid Oil&Gaz Ltd.” şirkəti arasında imzalanıb. Sazişə, həmçinin adı çəkilən dəniz blokunun kəşfiyyatı və işlənməsi üzrə neft-qaz əməliyyatlarının aparılması haqqında “SOCAR Umid Oil&Gaz Ltd.” şirkəti ilə “Umid, Babek Exploration&Production” şirkəti arasında bağlanmış Müqavilə əlavə olunur.
- Sentyabrın 14-də “Azəri-Çıraq-Günəşli”(AÇG) AÇG yataqlar blokunun işlənməsi üzrə Hasilatın Pay Bölgüsü sazişinin (PSA) 2050-ci ilə qədər uzadılmasını nəzərdə tutan saziş imzalanıb.
6. Şirkət saytlarının monitorinqi
Şirkətlər öz fəaliyyətlərini Hasilatın Pay Bölgüsü Sazişləri (HPBS) çərçivələrində həyata keçirirlər. Sazişlər Azərbaycan parlamentində təsdiq olunmuş və Azərbaycan Prezidenti tərəfindən imzalandıqdan və SOCAR-la müvafiq sənədləşmə prosedurları həyata keçirdikdən sonra qüvvəyə minib və müqavilə ilə də dövlətin maraqlarının qorunması SOCAR-a həvalə olunub, Monitorinq zamanı aşağıdakı sahələrə xüsüsi diqqət yetirilmişdir:
1. Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) və ölkə ərazisində neft və qaz hasilatını həyata keçirən əməliyyat şirkətlərinin və ya bu əməliyyat şirkətlərinə daxil olan ayrı-ayrı şirkətlərin fərdi qaydada ictimaiyyətə öz fəaliyyətləri ilə bağlı hər hansı bir açıqlamanın verməsi;
2. Azəbaycanda fəaliyyət göstərən hasilatçı şirkətlərin (dövlət, əməliyyat şirkətləri və birgə müəssisələrin) saytlarının olub-olmaması;
3. Bu saytların məzmun baxımından istifadəçi üçün nə qədər əhəmiyyətli informasiyalarla təmin edilməsi idi.
Hasilatçı şirkətlərin saytlarının olub-olmaması nə dərəcədə əhəmiyyətlidir ?
- Sayt layihəni icra edən şirkətin VİZİT KARTI rolunda çıxış edir. Cəmiyyətə və bazardakı digər oyunçulara (rəqiblərə) TANITIMIN ən optimal yoludur.
- Sayt müasir dövrdə şirkətlərlə cəmiyyət arasında qarşılıqlı İNAM yaradan bir körpü rolunda çıxış edir ki, məhz bu platforma vasitəsilə şirkət özünün fəaliyyəti haqda vacib xəbərləri və rüblük-illik hesabatlarını paylaşır, onu arxiv şəklində çeşidləyib saxlayır və hər kəsdə hansı bir inamsızlıq yarananda məhz onlara elektron olaraq ünvanlayaraq məsələləri çözmək ümkanı qazanır.
- Sayt ŞƏFFAFLIQ göstəricisidir. Yəni məsələ şirkətin hansısa təşkilat və ya qurum tərkibində olaraq onun prinsipləri çərçivəsində hansısa məlumatları açıqlamasından və bunu əldə tutaraq özünü reklam etməsindən getmir. Əgər şirkətin məqsədi hansısa layihənin icrasında uzunmüddətli iştirakdan gedirsə və bu zaman onun fəaliyyəti təkcə hökumətlə bağlanan sazişlə deyil, həmçinin ictimai maraqlara bu və ya digər şəkildə birbaşa toxunursa, onda şirkətin GƏLƏCƏYƏ BAXIŞI (vizionu) məhz özünün icra etdiyi layihə nəticəsində ödədiyi vergilərin həcmi, həyata keçirdiyi sosial layihələrin həcmi, toplam olaraq ödədiyi vergilər, hasilat göstəriciləri haqda müfəssəl məlumatları açıqlamağa yönəlməlidir.
Monitorinq zamanı sadə bir metoddan istifadə edilib: əvvəlcə hasilatçı şirkətlər müəyyənləşdirilib, sonra isə onların və ya onlara rəhbərlik edən (operatorların) şirkətlərin saytlarının monitorinqi həyata keçirilib.
1. Azəri-Çıraq-Günəşli (operatoru BP Exploration (Caspian) Limited)
Layihə ayrıca sayta malik deyil (məsələn, Qazaxıstanın xarici tərəfdaşları ilə həyata keçirdiyi ən iri layihəsi “Kaşağan” ayrıca sayta malikdir - https://www.kbv.kz və istifadəçilərə üç dildə təklif edilir: qazax, ingilis və rus. Eyni sözləri Qazaxıstanın qurudakı ən böyük layihəsi “Tengiz” neft yatağının işlənməsi haqda da demək olar - http://www.tengizchevroil.com) və BP şirkətinin qlobal korporotiv saytında yer alıb: https://www.bp.com/az_az/caspian/operationsprojects/ACG.html - Azərbaycan dilində.
https://www.bp.com/en_az/caspian/operationsprojects/ACG.html - İngilis dilində.
Bu saytda təkcə AÇG layihəsi deyil, BP-nin Azərbaycandakı bütün layihələri ilə bağlı, o cümlədən kəşfiyyat, boru kəmərləri, terminalları haqda təfsilatlı məlumat almaq olar.
Saytda o cümlədən vizual materiallar (foto və video) yerləşdirilib. Həmçinin “Ətraf mühit və sosial sənədlərə dair materiallar”, əməliyyat şirkətinin biznes fəaliyyətinə dair məlumatlar (hər ilin rübləri üzrə ayrı-ayrılıqda) və 1994-cü ilin 20 sentyabrında imzalanmış “Əsrin müqaviləsinin” Azərbaycan və rus dillərində olan 226 səhifəlik versiyası da yerləşdirilib:
https://www.bp.com/content/dam/bp-country/az_az/PDFs/legalagreements/PSAs/ACG-psa-aze.pdf
Saytda həmçinin ayrıca bölümdə “Azəri-Çıraq-Günəşli” layihəsinin 1994-cü ildən bu günə kimi tarixçəsini əks etdirən xüsusi xronoloji bölüm var:
https://www.bp.com/az_az/caspian/operationsprojects/ACG/projecthistory.html
Onun əhəmiyyəti ondan ibarətdir ki, illər üzrə AÇG-nin əldə etdiyi hər bir nailiyyət (məsələn, ilk milyard barel neftin hasilatı, iki milyard barel neftin hasilatı, həmin həcmlərin nə zaman ixracı və sair) burada dəqiq tarixi ilə öz əksini tapıb.
2017-ci ilin hasilat göstəricilərini cari ilin 16 fevral tarixində açıqlanıb:
https://www.bp.com/az_az/caspian/press/businessupdates/2017-year-end--results1.html
2. Şahdəniz (operatoru BP Exploration (Caspian) Limited)
Layihə yuxarıda qeyd edildiyi kimi ayrıca sayta malik deyil və BP şirkətinin qlobal korporotiv saytında yer alıb:
https://www.bp.com/az_az/caspian/operationsprojects/Shahdeniz.html - Azərbaycan dilində.
https://www.bp.com/en_az/caspian/operationsprojects/Shahdeniz.html - İngilis dilində.
Burada da materialların təqdimatının quruluşu AÇG-də olduğu kimidir, sadəcə Şahdəni və Şahdəniz-2 layihələri ayrıca əksini tapıb.
2017-ci ilin hasilat göstəricilərini cari ilin 16 fevral tarixində açıqlanıb:
https://www.bp.com/az_az/caspian/press/businessupdates/2017-year-end--results1.html
3. SOCAR
Saytı var (www.socar.az) və hazırkı versiyasının cari ildə 10 yaşı tamam olur.
Sayt kifayət qədər materiallarla, hesabatlarla zəngindir. Saytda şirkətin strukturu, onun rəhbərliyi, şirkətə daxil olan qurumlar, alyanslar, birgə müəssisələr, quruda və dənizdə hasilatın pay bölgüsü üzrə bağlanmış sazişlər, ayrıca statistik bölüm və sair xeyli materiallar tapmaq mümkündür.
Bununla belə saytın çatışmayan cəhəti onun mürəkkəbliyidir. İnformasiyanın zənginliyi burada məlumatların tapılması və zəruri məlumatların əldə edilməsini bir xeyli halda mürəkkəbləşdirib. Ona görə də saytın özünün spesifik oxucuları əmələ gəlib.
Sayt neçə illərdir ölkə üzrə oxunaqlıq reytinqinə görə ilk “yüzlükdə” qərarlaşa belə bilib. Ancaq bunun səbəbi iki faktorla bağlı imiş:
a) saytın xəbər bölümü 2017-nin noyabr ayına qədər Azərbaycanda fəaliyyət şirkətlər içərisində ən zəngin arxivə malik olub. Bizim apardığımız monitorinq göstərdi ki, SOCAR-ın mətbuat xidməti hər ay orta hesabla təqribən 30-35 xəbər yayırmış. SOCAR-ın saytı ölkə KİV-lərinin “iqtisadi xəbər” bölümündə əsas resurs bazası kimi çıxış etdiyindən ona müraciətlər gün ərzində stabil olaraq orta səviyyədə qalırdı.
b) Belə ki, http://careers.socar.az/VacancyList səhifəsində “Karyera” bölümündə SOCAR-a işə qəbulla bağlı müraciətlər və “Vakansiyalar” haqda məlumatlar var. Və hər gün bu bölümə yüzlərlə insan müraciət edir. Çünki SOCAR-a işə qəbul artıq yalnız elektron ərizə vasitəsilə sayt üzərindən həyata keçirilir.
2017-ci ilə dair hasilat göstəriciləri cari il yanvarın 18-də açıqlayıb:
http://www.socar.az/socar/az/home/
4. Salyan Oil Əməliyyat Şirkəti (“Kürsəngi” və “Qarabağlı” yataqları), operator – CNPC
Əməliyyat şirkətinin saytı yoxdur. Amma bir-neçə il əvvəl www.salyanoilgas.com ünvanlı ingilis və rus dilində fəaliyyət göstərən sayt mövcud idi. Operatorun saytında isə Azərbaycandakı layihələrlə bağlı hər hansı məlumat yoxdur.
http://www.cnpc.com.cn/en/Azerbaijan/country_index.shtml
Сальянская нефть добыла около 162 тыс. Тонн нефти с месторождений Курсанги и Гарабаглы в 2017 году. Около 445 тонн нефти в сутки производится на месторождениях Курсанги и Гарабаглы.
www.azernews.az/oil_and_gas/128471.html
Ancaq Salyan Oil Əməliyyat Şirkəti üzrə müqavilə öhdlikləri haqda hər hansı bir məlumat verilmir. Bu baxımdan çox çətindir o suala “hə” və “yox” tipində cavab verəsən ki, 1998-ci ildə imzalanmış müqavilə şərtlərinə görəhazırda HPBS Azərbaycanın maraqlarına cavab verir ya yox. Çünki məsələ heç də müqavilədə göstərildiyi kimi hasilatın ilk dövründə 1,5 dəfə artırılması öhdəliyinə əməl olunub olunmamasına baxışla məhdudlaşa bilməz, müqavilə sahəsində həm pik dövrü arxada qalıb, həm də obyektiv səbəblərdən hasilatın azalması prosesi gedir, ancaq bunun hansı mərhələdə olmasını SOCAR ictimaiyyətə məlumat verməlidir.
5. Qobustan Əməliyyat Şirkəti (“Cənub-Qərbi Qobustan” yatağı) – operator: Commonwealth Gobustan şirkəti
Əməliyyat şirkətinin saytı yoxdur. Operatorun saytında da Azərbaycandakı layihələrlə bağlı hər hansı məlumat yoxdur.
- Oil şirkəti 2012-ci ilin yanvarında sənaye yağları və metalların maye ilə emalı üzrə aparıcı Amerika şirkəti Wallover Oil tərəfindən alınıb. Ancaq indiyə qədər SOCAR-ın rəsmi saytında səhmdarların dəyişməsi haqda nəinki heç bir məlumat yoxdur, hətta 1999-cu ildə ARCO şirkəti tərəfindən alınan Union Texas şirkətinin adı (sonra isə BP tərəfindən udulmağa məruz qalınan və Britaniya şirkəti qurudakı layihədən imtina etdiyindən bütün pay Commonwealth Oil şirkətinə keçib) yenə də səhmdarlar sırasındadır.
6. Global Energy Azerbaijan Group (“GEA”)
Global Energy Azerbaijan Group (“GEA”) Azərbaycanda quruda neft hasilatıyla məşğul olan ən böyük xarici şirkət sayılır. GEA Azərbaycanda 5 Hasilatın Pay Bölgüsü (PSA) sazişinin operatorudur. Həmin sazişlər bu şirkətlər vasitəsilə idarə olunur - Absheron Operating Company, Binagadi Oil Company, Karasu Operating Company, Neftechala Operating Company və Shirvan Operating Company. Global Energy-nin işlədiyi neft yataqlarından 10-u Abşeron yarımadasında, qalanları Kür vadisində yerləşir.
|
YATAQLAR |
ƏLAVƏ MƏLUMATLAR |
LAYİHƏLƏRİN OPERATORLARI |
1. Karasu Operating Company (KOC) |
“Kəlaməddin” və “Mişovdağ” |
12 sentyabr 2000-ci ildə imzalanıb. Parlament həmin ilin 25 oktyabrında təsdiqləyib. Prezident sərəncamı ilə 5 noyabr 2000-ci ildə qüvvəyə minib. |
Global Energy |
2. Kura Valley Company (KVC) |
“Padar” |
27 aprel 1999-cu ildə imzalanıb. Parlament 25 iyun 2000-ci ildə təsdiq edib. Prezident sərəncamı ilə 25 iyul 2000-ci ildə qüvvəyə minib. |
Global Energy |
3.Binagadi oil Operating Company |
“Binəqədi”, Qırmakı”, “Çaxnaqlar”, “Sulutəpə”, “Masazır”, “Fatmai”, “Şabandağ” və “Sianşor” |
18 iyun 2004-cü ildə imzalanıb. Parlament 29 aprel 2005-ci ildə təsdiqləyib. Prezident sərəncamı ilə həmin ilin 19 mayında qüvvəyə minib.
|
Global Energy |
4. Shirvan oil Operating Company |
“Kürovdağ” |
3 fevral 2009-cu ildə imzalanıb. Parlament 22 mayl 2009-ci ildə təsdiqləyib |
Global Energy |
5. Neftchala İnvestment Ltd. |
“Neftçala”, “Xıllı”, “Durovdağ” və “Bazanan” |
3 fevral 2009-cu ildə imzalanıb. Parlament 22 may 2009-ci ildə təsdiqləyib.
|
Global Energy |
http://www.azadliq.org/content/article/24097894.html
Hələ 2009-cu ildə Mədən Sənayesində Şəffaflıq Koalisiyası bəyanat yayaraq Azərbaycan Dövlət Neft Şirkətinin həmin il mayın 22-də gizli müqavilələr imzalamasından narahatlıq bildirmişdi. Həmin müqavilələr "Kürovdağ", eləcə də “Neftçala”, “Xıllı”, “Durovdağ” və “Bazanan” yataqlarının işlənməsi üzrə imzalanmışdı. Kürovdağ Şirvan Oil Operating Company, digər saziş isə Neftçala İnvestment Ltd. ilə bağlanmışdı. Bu müqavilələrin həmin ilin fevral 3-də ARDNŞ-ın qərargahında imzalandığı üzə çıxmışdı. İctimaiyyətə danışıqlar barədə informasiya verilməmişdi.
Özəlliklə, həmin sazişlərin şərtlərinin əvvəlki HPB sazişlərindən fərqlənməsi vətəndaş cəmiyyətinin narazılığına səbəb olmuşdu. Belə ki, müqavilələrə görə, Global Energy həmin yataqlardan əldə olunan gəlirin 80%-ni əldə edir.
Bəzi biznes kataloqlarında Global Energy (GEA)-nin saytı gea.az kimi göstərilsə də, bu sayt açılmır. Global Energy Azerbaijan Ltd.-nin ictimaiyyət (KİV) və qeyri-hökumət təşkilatları üçün dərc etdiyi hər hansı hesabata rast gəlmədik.
7. Neftçala Əməliyat Şirkəti (“Neftçala” yatağı) – operator: Neftchala İnvestments Limited şirkəti (Global Energy)
Əməliyyat şirkətinin saytı yoxdur. Operatorun saytında da (Russneft) Azərbaycandakı layihələrlə bağlı hər hansı məlumat yoxdur.
www.russneft.ru/serach/?qtext=Азербайджан&srch1794mode=full
8. Şirvan Əməliyyat Şirkəti (“Kürovdağ” yatağı) – operator Shirvan Investments Limited (Global Energy)
Əməliyyat şirkətinin saytı yoxdur. Operatorun saytında da (Russneft) Azərbaycandakı layihələrlə bağlı hər hansı məlumat yoxdur.
www.russneft.ru/serach/?qtext=Азербайджан&srch1794mode=full
9. Binəqədi Oil Əməliyyat Şirkəti (“Binəqədi” yataqlar bloku) – operator Azen Oil Company B.V. (Global Energy)
Əməliyyat şirkətinin saytı yoxdur. Operatorun saytında da Azərbaycandakı layihələrlə bağlı hər hansı məlumat yoxdur.
www.russneft.ru/serach/?qtext=Азербайджан&srch1794mode=full
10. Qarasu Əməliyyat Şirkəti (“Kəlaməddin” və “Mişovdağ” yataqları) - operator Karasu Development Company (Global Energy).
Əməliyyat şirkətinin saytı yoxdur. Operatorun saytında da Azərbaycandakı layihələrlə bağlı hər hansı məlumat yoxdur.
www.russneft.ru/serach/?qtext=Азербайджан&srch1794mode=full
11. Abşeron İnvesments Əməliyyat Şirkəti (“Zığ” və “Hövsan” yataqları) – operator Absheron İnvestment Limited (Global Energy)
www.russneft.ru/serach/?qtext=Азербайджан&srch1794mode=full
Əməliyyat şirkətinin saytı yoxdur. Operatorun saytında da Azərbaycandakı layihələrlə bağlı hər hansı məlumat yoxdur.
www.russneft.ru/serach/?qtext=Азербайджан&srch1794mode=full
12. Bahar Enerji Əməliyyat Şirkəti (“Bahar” və “Qum dəniz” yataqları) – operator Bahar Energy Limited
Bahar Energy Ltd. “Bahar” və “Qum adası” yataqları üzrə pay bölgüsü (HPB) müqaviləsini 2009-cu il dekabrın 22-də imzalayıb. ARDNŞ-ın müqavilədə payı 20%, Bahar Energy Ltd.-nin isə 80%-dir. Müqavilə 2010-cu il, aprelin 27-də Milli Məclisdə təsdiqlənib. Sənəd 25 illiyə imzalanıb, 5 il də uzadıla bilər. İnvestisiya proqramı ilkin olaraq 1 milyard dollar dəyərindədir. Kontrakt ərazisində qaz ehtiyatları 25 milyard kubmetr həcmindədir. İnvestisiyanın hamısını Bahar Energy yatıracaq.
“Azneft” İstehsalat Birliyinin “Qum adası” Neft və Qazçıxarma İdarəsi 01 oktyabr 2010-cu il tarixdən ləğv edilib və bu müəssisə yeni mülkiyyətçi kimi “Bahar Enerji” Əməliyyat Şirkətinin idarəçiliyinə verilib. Bu şirkət azad iqtisadi zona olan Dubayda – Cəbəl Əli (Birləşmiş Ərəb Əmirlikləri) qeydə alınmışdır. Bahar Energy Ltd şirkəti eyni zamanda müqavilənin idarə olunması üzrə operatordur. Layihənin xarici iştirakçısı eyni zamanda Azərbaycan tərəfinə laiyhənin təsdiq edilməsindən sonra $2 mln, yataqda işlərə başlayarkən $1mln, hasilatın 2008-ci il səviyyəsinə görə 1,5 dəfə artırılmasına görə isə $2 mln. Bonus ödəməyi öhdəsinə götürmüşdü.
Bahar Energy Ltd şirkətinin təsiiçiləri Baghlan Group, Greenfield İnternational və RAFI Oil. ofşor kompaniyalardır. Onlar Dubay_Cebel Əli azad iqtisadi zonasında qeydə alınmışdır. Hal hazırda ƏŞ-nin operatoru Greenfield İnternational şirkətidir və digər şirkətlərin payı tamamilə onun tərəfindən satın alınmışdır. “Greenfields Petrolium” şirkəti Amerika Birləşmiş Ştatlarında – Hyuston ştatında yaradılıb. Şirkətin veb-saytında bildirilir ki, “Greenfields Petrolium” əsasən Azərbaycan Respublikasında təsdiqlənmiş neft və qaz ehtiyatlarının işlənməsi məqsədilə yaradılmış gənc neft və qaz şirkətidir. Əməliyyat şirkətinin saytı yoxdur. Operatorun saytında isə (Greenfields Petroleum) Azərbaycandakı layihələrlə bağlı məlumatlar yerləşdirilib:
www.greenfields-petroleum.com/Operations/the-bahar-project
Müqavilə sahəsində 2017-ci ilin hasilat göstəricilərini 13 aprel 2018-ci ildə bu resursda yerləşdirilən məlumat vasitəsilə açıqlamışlar:
http://www.greenfields-petroleum.com/uploads/GNF_Q4_2014_Press%20Release_V9_041318_Final.pdf
13. Suraxanı Oil Əməliyyat şirkəti (“Suraxanı” yataqlar bloku) – operator Novatis Oil F.Z.E.
Əməliyyat şirkətinin saytı yoxdur. Operatorun saytında Azərbaycandakı layihələrlə bağlı ümumi məlumat yerləşdirilib.
www.ugepte.com/index.php?page=page&MasterPageID=2&ID=63
Müqavilə sahəsi haqda, müqavilənin təfərrüatları ilə bağlı ətraflı məlumatlar verilsə də, ancaq hasilat göstəriciləri 2013-cü idən sonra yenilənməyib. Məsələn, saytda qeyd olunurdu ki, 2004-cü ildə 250 ton hasilat əvəzinə 2013-cü ildə bu göstərici 573 ton təşkil edib.
14. Balaxanı Əməliyyat şirkəti (“Balaxanı” yataqlar bloku) – operator UGE-LANCER PTE.LTD.
Əməliyyat şirkətinin saytı yoxdur. Operatorun saytında Azərbaycandakı layihələrlə bağlı ümumi məlumat yerləşdirilib.
http://www.ugepte.com/index.php?page=page&MasterPageID=2&ID=62
Müqavilə sahəsi haqda, müqavilənin təfərrüatları ilə bağlı ətraflı məlumatlar verilsə də, ancaq hasilat göstəriciləri 2013-cü idən sonra yenilənməyib.
Məsələn, saytda qeyd olunurdu ki, 2009-cu ldə 572 ton hasilat əvəvzinə 858 ton göstəriciyə nail olunub.
15. AzGerneft Birgə Müəsisəsi (“Ramanı” yatağı)
Birgə müəsisənin saytı yoxdur. Operatorun saytında da Azərbaycandakı layihələrlə bağlı ümumi sadəcə məlumat var.
http://www.ugepte.com/index.php?page=page&MasterPageID=2&ID=16
16. Muradxanlı Əməliyyat Şirkəti (“Muradxanlı” bloku) – operator: Zenith Aran Oil Company Limited.
Əməliyyat şirkətinin saytı yoxdur. Operatorun saytında isə Azərbaycandakı layihələrlə bağlı kifayət qədər məlumat yerləşdirilib. Məlumatlar ancaq ingilis dilindədir.
https://www.zenithenergy.ca/operations/azerbaijan/
Nəticə
2017-ci ildə Azərbaycanın neft-qaz sənayesində hasilatla məşğul olmuş 1 iri dövlət, 1 birgə müəssisə və 13 əməliyyat şirkətlərindən 5-də həm hasilat göstəriciləri, həm də layihələrlə bağlı məlumat tapmaq mümükündür, 3-də layihələrlə bağlı ümumi məlumat verilib, 7 layihənin isə saytı yoxdur. Yəni, ümumilikdə saytı olmayan şirkətlətin göstəriciləri 46,7% təşkil edir. Saytlarında 2017-ci illə bağlı hasilat göstəriciləri olmayan şirkətlərin göstəriciləri isə 66,7% olub.
Ümumiyyətlə, hər bir şirkət HPBŞ-ni Azərbaycan tərəfi ilə imzalayarkən öhdəlik götürür və bu öhdəliklər də kommersiya sirri daşımır və müqavilələr parlamentdə təsdiq edilərkən onlar maddə-maddə millət vəkilləri üçün göstərilib. Ortalama olaraq onu göstərmək olar ki, qurudakı yataqlar üzrə şirkətlərin müqavilə öhdəliyi, hasilatı müqavilə imzalanan dövrlə müqayisədə 3 il müddətində ən azı 1,5 dəfə artırmaq, işçi sayını azaltmamaq və s. daxildir. Yəni bu minimal müqavilə öhdəliyi olur. Lakin bu müqavilələr ictimaiyyət üçün əlçatan olmadığından şirkətlərin müqavilə öhdəliyinə əməl edib etməməsi sual altındadır. Nəzərə alsaq ki, Əməliyyat şirkətləri yaranması həm də çoxlu sayda insanın işsiz qalması ilə də müşayət olunur. Əməliyyat şirkəti bəyan edə bilər ki, mən bunu SOCAR-a açıqlayıram və onun mənə qarşı heç bir iddiası yoxdursa, deməli müqavilə öhdəlikləri yerinə yetrilir. Ancaq burada ictimaiyyətdə əməliyyat şirkətinə və onun operatoruna qarşı belə bir haqlı şübhə yaranmış olar:
- SOCAR-la anlaşa bilirsinizsə, nədən cəmiyyətlə anlaşmadan çəkinirsiniz?
- Cəmiyyət Sizdən kommersiya məlumatları istəmir, kommersiya-təsərrüfat fəaliyyətinin aparıldığı maliyyə qaynaqlarını açmağı da tələb etmir. İstədiyi odur ki, digər sivil ölkələrdəki kimi hər rübdə bir dəfə olmaqla:
- Nə qədər neft və qaz hasil edilməsini
- Hasil edilən karbohidrogenlərin ixrac həcmini
- Nəhayət, nə qədər Azərbaycan Respublikasında vergi ödədiyinizi açıqlayasınız
- Müqavilə öhdəliyi nə dərəcədə yerinə yetirilir
Əgər bu kimi sadə informasiyaları hasilatçı şirkət bölüşmürsə, demək onun fəaliyyətində ya qaranlıq məqamlar var, ya da həmin şirkətə yerli hökumət arasında bir sövdələşmə mövcuddur ki, heç bir məlumatları açıqlama – nə lazımdırsa, biz özümüz ictimaiyyətlə həll edərik. Ən azından bunu məntiq belə deyir.
7. Mətbuatın monitorinqi
Monitoriq zamanı əsasən rəsmi dövlət mətbuatında müşahidələr aparılmışdır. Yerli mətbuatda Azərbaycanda hasilatla məşğul olan şirkətlərin 2017-ci ildəki faəliyyətləri ilə bağlı ictimayyətə verilən açıqlamaları:
1. SOCAR
SOCAR keçən il neft və neft məhsullarının ticarət dövriyyəsinin həcmini 108 milyon tona çatdırıb
https://azertag.az/xeber/1137591
SOCAR tərəfdaş şirkətlərlə birgə ötən il 177 quyu istismara verib
https://azertag.az/xeber/1137589
SOCAR ötən il beynəlxalq ticarət həcmini 2 dəfədən çox artırıb
https://azertag.az/xeber/1137580
2. BP Exploration (Caspian) Limited
"Tərəfdaşlarımızla birgə layihələrə 69 mlrd. dollardan çox sərmayə qoymuşuq"
3. Salyan Oil
Azerbaijan’s Salyan Oil company reveals volume of investments for 2018
https://www.azernews.az/oil_and_gas/128471.html
Burda söhbət 2018-ci ildə əməliyyat şirkətinin edəcəyi investisiylardan getsə də, materialın içərisində 2017-ci ildə şirkətin hasilat göstəriciləri də açılıb.
4. “Muradxanlı” bloku
Канадская компания назвала объемы добычи азербайджанской нефти
www.trend.az/business/energy/2862910.html
5. Bahar Gum Deniz - Məlumat dərc edilməyib
6. Kürsəngi və Qarabağlı - Məlumat dərc edilməyib
7. Kürovdağ - Məlumat dərc edilməyib
8. “Ramanı” yatağı - Məlumat dərc edilməyib
9. “Neftçala” yatağı - Məlumat dərc edilməyib
10. “Zığ” və “Hövsan” yataqları - Məlumat dərc edilməyib
11. “Kəlaməddin” və “Mişovdağ” yataqları - Məlumat dərc edilməyib
12. “Balaxanı” yataqlar bloku - Məlumat dərc edilməyib
13. “Suraxanı” yataqlar bloku - Məlumat dərc edilməyib
14. “Cənub-Qərbi Qobustan” yatağı - Məlumat dərc edilməyib
15. “Binəqədi” yataqlar bloku - Məlumat dərc edilməyib
7.1. Nəticə
- 15 hasilat şirkətindən 2017-cü ilin yekunlarına dair sırf hasilatla bağlı cəmi 4 şirkət cari ildə eyni zamanda mətbuatda öz fəaliyyətləri ilə bağlı ictimaiyyətə açıqlama veriblər.
- Şirkətlər get-gedə cəmiyyətdən uzaqlaşmaq siyasəti yürüdürlər, yəni onlar KİV üçün “əlçatmaz” olublar. Nəticədə canlı dialoq rejimi çərçivəli mövzu ilə əvəz olunur, bu isə ona gətirib çıxarır ki, məmur bildiyini vermir, cəmiyyət isə istədiyini ala bilməkdən kənarda qalır.
8. Ümumi Nəticə
8.1. Ümumi mənzərə ondan ibarətdir ki, şəffaflıq məsələləri ildən ilə dərinləşmək əvəzinə bəzi məqamlarda yerində sayır, digər məqamlarda isə geriləyir.
8.2. Ölkədə bağlanmış 36 neft kontraktından yalnız 5-i (Şah Dəniz Hasilatın Pay Bölgüsü Sazişi, Azəri, Çıraq yataqları və Günəşli yatağının dərin sulu hissəsi, "Şəfəq-Asiman" perspektiv strukturu, Gədəbəy, Qoşa, Ordubad qrupu, Söyüdlü, Qızılbulaq və Vejnəli perspektiv qızıl filiz yataqları, Cənub-Qərbi Qobustanın 3 bloku, "Zığ" və "Hövsan" neft yataqlаrının daxil оlduğu blok) ictimaiyyət üçün açıqdır.(http://www.eiti.az/index.php/az/senedler/sazishler)
8.4. Azərbaycanda neft və qaz layihələrinə cəlb olunmuş 23 xarici şirkətdən 7-nin əvvəlki fəaliyyəti haqqında ictimaiyyət heç bir məlumata malik deyil.
8.4. Azərbaycan 2003-cü ildən EİTİ – “Hasilat Sənayesində Beynəlxalq Şəffaflıq Təşəbbüsünə” qoşulmaqla, bu sahədə ilk hesabatı dərc etməklə dünyadakı digər ölkələrə sanki “əlcək” atdı və sonrakı proseslər onu göstərdi ki, rəsmi Bakının şəffafflıq enerjisi elə zamandan “ödədiyinlə-aldığını açıqla” prinsipindən uzağa getməməyə tuşlanıbmış. Çünki hökumət get-gedə bu şəffaflığı dərinləşdirmək meylində bulunmadı, əksinə elə “şirkətlər nə verir, mən də onu açıqlayıram” əməliyyatının könülsüz davam etdirilməsi ilə yadda qaldı. Ancaq müşahidələr onu göstərdi ki, get-gedə əvvəllər ictimaiyyət üçün açıq olan məlumatlar da ortadan yığışdırılmağa başladı. Məsələn, SOCAR 2017-ci ilin noyabrından özünün informasiya siyasətində apardığı islahatlardan sonra onun ay ərzində ictimaiyyətə çatdırdığı xəbərlərin sayı 5-9-a qədər azalıb (ötən il 30-35 olurdu). Bundan başqa ictimaiyyətə çatdırılan informasiyaların keyfiyyətində də xeyli dəyişikliklər baş verib: artıq Marketinq və İqtisadiyyat İdarəsi tərəfindən təqdim edilən neftin və neft məhsullarının aylıq qiymətləri “arzuolunmaz məlumatlar” sırasına daxil edilib, neftin boru kəmərləri və marşrutlar üzrə daşınmasına dair məlumatlar da SOCAR-ın aylıq xəbərlərindən çıxarılıb. Digər tərəfdən SOCAR-ın hasilat strukturu olan “Azneft” İstehsalat Birliyinin istehsalat göstəricilərini əldə etmək müşkül bir məsələyə çevrilib. Əvvəllər isə bunlar sadəcə “Azneft”in saytında olardı, indi isə hasilatçı qurumun saytı belə bağlanıb.
8.5. Əgər neft və qaz hasilatı bazarı varsa və bu bazarın oyunçuları da bəllidirlərsə, onda hər bir oyunçunun bazardakı PAYININ dəqiqliklə ictimaiyyətə təqdimatından hökumət niyə narahatçılıq keçirir? Hətta hazırda davam etdirdiyi Hasilat Sənayesində Şəffaflıq Üzrə Ümumiləşdirilmiş HESABAT-da belə əməliyyat şirkətləri üzrə hasilat göstəriciləri dərc edilmir, əvəzində regionlar üzrə hasilat açıqlanır ki, bu da hansısa məsələdə elə bir əhəmiyyət kəsb etmir.
8.6. Bu baxımdan nəticəni yuvarlaşlaqdırsaq, ictimaiyyətə açıqlanan informasiyada “şəffaflıq faizi” təqribən 25% ətrafında olar
NHMT İB-nin ekspert qrupu