NHMT - Azərbaycan Dövlət Neft Şirkətinin sosial yönümlü layihələri: faktlar və gerçəkliklər

Azərbaycan Dövlət Neft Şirkətinin sosial yönümlü layihələri: faktlar və gerçəkliklər

Azərbaycan Dövlət Neft Şirkətinin sosial yönümlü layihələri: faktlar və gerçəklikər

Ekspert: İlham Şaban

1 avqust 2008-ci il

İctimai dinləmələr üçün hazırlanmış tətqiqat

 

Mündəricat

1. Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti(ARDNŞ) haqqında məlumat

1.1. ARDNŞ-də neft hasilatı

1.2. ARDNŞ-də kadr siyasəti

2. Dövlət Neft Şirkətinin pulları hara xərclənir?

3. ARDNŞ-nin  sosialyönümlü layihələrdə iştirakı

3.1. ARDNŞ-nin sərmayə qoyduğu sosial obyektlər

4. Sosialyönümlü layihələrin neftçilərin sosial problemlərinin həllinə təsiri

4.1. Azərbaycan neftçisi bu gün nə qazanır?

4.2. Azərbaycan neftçisinin sosial problemləri

5. Neftçilərin əməyinin lazıminca qiymətləndirilməsinə mane olan amillər:

6. Təkliflər

 

 

 

1. Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti(ARDNŞ) haqqında məlumat

Brendi - SOCAR

Yarandığı tarixi – 13 sentyabr 1992-ci il

Mülkiyyət forması – 100% dövlət mülkiyyəti

Biznes strukturu – vertikal inteqrallaşdırılmış şirkət

İşlədiyi karbohidrogen yataqlarının sayı – 57 (18-i dənizdə, 39-u quruda)

Karbohidrogen hasilatı:

Neft – 7,606 mln ton (2007-ci ildə)

Qaz – 5,853 mlrd kub.metr (2007-ci ildə)

Neft emalı – 7 mln 504 min ton

İstehsal etdiyi neft məhsullarının həcmi – 6 mln 926 min ton

Gəliri – 5 mlrd 914 mln manat ($6 mlrd 957 mln – 2007-ci ilin orta kursuna əsasən)

Xərci – 5 mlrd 748,7 mln manat ($6 mlrd 763,2 mln – 2007-ci ilin orta kursuna əsasən)

Neftin maya dəyəri:

1 tonu – 57 manat 74 qəpik ($67,93)

1 bareli – 7 manat 90 qəpik ($9,31)

Qazın maya dəyəri:

1000 kub. metri – 27 manat 75 qəpik ($32,65)

İşçilərin sayı – 64 min 145 nəfər (1 yanvar 2008-ci il tarixinə)

İşçilərin orta əmək haqqı – 443 manat 64 qəpik ($521,92)

 

1.1. ARDNŞ-də neft hasilatı

Tarix: 1847-ci il - Bibiheybət, sonra Balaxanıda texnikanın tətbiqi ilə ilk neft quyuları qazılmışdır.

1901-cu il - 11,5 milyon ton həmin il ABŞ-9,1 milyon ton.

1941-ci il -  23,5 milyon ton neft hasil olunurdu.

Sonrakı illərdə ölkədə neft  hasilatı kəskin aşağı düşdü.

1966-cı il - 21,7  milyon tona çatdırıldı.

1992-93-cü il - 10 milyon ton idi.

 

Axırıncı dörd il üzrə müqayisə

 

 

İllər

2004

2005

2006

2007

 

Hasilat(mln.ton)

8976,4

8967,4

8993,6

8800,9

 

Neft yataqlarının sayı

56(38-quruda, 18 dənizdə)

56(38-quruda, 18 dənizdə)

56(38-quruda, 18 dənizdə)

57(39 quruda,18 dənizdə)

 

1.2. ARDNŞ-də kadr siyasəti

SOCAR işçilərinin sayına görə dünyanın ən böyük neft şirkətlərinə aid edilir. Maraqlısı odur ki, son illər işçilərin sayı durmadan artır. Bu da Milli neft şirkətinin gəlirlərinin dünya bazarında xammalın qiymətinin bahalaşması səbəbindən artmasına baxmayaraq onun işçilərinin əmək haqlarının adekvat şəkildə artırılmasına mane olur və təbii ki, ağır əmək şəraiti hesab edilən neftçi əməyinin lazımınca qiymətləndirilməsinə əngəl törədir. 

Demək, müasir Azərbaycanda əməklə kapital arasında bir uyğunsuzluq mövcuddur və bunun nəticəsidir ki, istehsalın ən ağır sahələrindən biri olan mədən sənayesində neftçilər faktiki olaraq öz zəhmətlərinin bəhrəsini görmürlər. SOCAR-ın 2007-ci il üzrə dərc etdirdiyi hesabata əsasən, ötən il Milli neft şirkəti üzrə orta aylıq əməkhaqqı 443,6 manat olub və il ərzində neftçilərin əmək haqlarının artımı 25% təşkil edib. Bunun neftçilərin yaşayış səviyyəsinin yüksəldilməsinə elə bir əhəmiyyəti olmayıb. Çünki inflyasiya 2007-ci ildə Azərbaycanda alternativ hesablamalara əsasən 29%-ə yaxın olub.

Təkcə ötən il ərzində ARDNŞ-ın Sosial inkişaf idarəsində çalışanların sayı 1760 nəfər artıb. Müqayisə üçün onu qeyd edək ki, 2007-ci ildə Milli Neft Şirkətimizin dənizdəki tikinti əməliyyatlarının əsas aparıcısı olan Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunda işçi heyətin artımı cəmi 243 nəfər olmuşdu. Ancaq bir faktı da əlavə etmək yerinə düşərdi ki, ötən il Milli neft şirkətimizdə mühafizə xidməti əməkdaşlarının sayı isə 1399 nəfər artmışdır. Bununla belə bəzi müəssisələrdə struktur dəyişikliyi nətijəsində işçilərin sayı azalmışdır. Məsələn, Geofizika və Geologiya İdarəsində 29 nəfər, "Azərneftyağ" NEZ-də 361 nəfər, H. Əliyev ad. BNEZ-də 140 nəfər, Marketinq və İqtisadi Əməliyyatlar İdarəsində 214 nəfər azalmışdır.

Neft və neft məhsullarının istehsalı və satışı sahələrində işçilərin sayı il ərzində 744 nəfər azalıb, əvəzində sosial sahə və təhlükəsizlik sistemindəki işçilərin sayı 3159 nəfər artıb. Bu neft sənayesi üçün həddən artıq böyük bir rəqəmdir. Belə ki, hal-hazırda BP-Azərbaycan şirkətində çalışan işçilərin sayı xarici heyətlə birlikdə 1879 nəfər təşkil edir. Elə bu səbəbdən də BP-Azərbaycan şirkətində neftin maya dəyəri quyu ağzında 1 bareli üçün cəmi 2 ABŞ dollar, Milli Neft Şirkətimizdə isə bundan 4,6 dəfə çox olmuşdur. Buna səbəb isə ARDNŞ-nin prezidentinin dəyişilməsi ilə izah olununr.

2006-cı il yanvarın 1-nə SOCAR-da çalışanların ümumi sayı 58 min nəfərdən bir qədər artıq idisə, 2008-ci ilin müvafiq dövründə onların sayi 64 min nəfəri örtüb. Əvəzində Milli Neft Şirkətimizin hasilatı 2005-ci ilin yekunlarına görə 8 milyon 967 min ton idisə, 2007-ci ilin sonunda bu göstərici 7 milyon 606 min tona düşüb. Başqa sözlə, ümumi işçilərin sayının 6 min nəfərə yaxın artımı nəticəsində ARDNŞ-da neft hasilatı 1 milyon 361 min ton və ya 15%-dən çox aşağı düşüb. Görəsən, Azərbaycan hökumətində bu kimi faktlara niyə əhəmiyyət vermirlər?

Müqayisə üçün onu qeyd edək ki, 2007-ci ildə Rusiyanın dövlət şirkəti “Qazpromneft” 47 min nəfərlik personalla 32,7 milyon ton neft hasil edib. Rusiyanın ən böyük özəl şirkəti sayilan LUKoyl isə 105 min nəfərlə 97 milyon ton neft hasil edib. Rusiyanın bu neft şirkətlərində orta illik əməkhaqqı $22 mindən az olmayıb, ARDNŞ-da işçilərin illik əməkhaqqı isə $6000 ətrafında formalaşıb. Bəli, bu gün SOCAR-da əməkhaqqı respublika üzrə orta əməkhaqqından 1,5 dəfə çoxdur, ancaq günün tələbinə uyğun deyil.

SOCAR-ın rəsmi məlumatına görə, şirkət üzrə işləyən təqaüdçülərin sayı yüksək olaraq qalır (8935 nəfər) və işçilərin ümumı sayının 13,9%-ni təşkil edir. Ahılların (70 yaşdan yuxarı) sayı 01.01.08-cı il tarixinə 1840 nəfər olmuşdur (təkcə son 1 ildə ahıl işçilərin sayı 570 nədər artmışdır). 80 yaşından yuxarı 46 nəfərdir. SOCAR işçilərindən 39300 nəfərin iş stajı 20 ilə qədər, 18800 nəfərin iş stacı 20-50 il, 478 nəfərin iş stajı isə 50 ildən yuxarıdır.

 

 

 

2004(01.01.2005)

2005

(01.01.2006)

2006

(01.01.2007)

2007

(01.01.2008)

1.

İşçilərin sayı

 

   Qadın-

Təqaüdçülər

 

58 510:

 

17 281

 947

 

58 996

 

17 456

824

 

61 692

 

18 336

667

 

64 145

 

17 281

947

 

2

İşə qəbul olunanların sayı

4373

7437

20 500

10 940

3

İşdən azad olunanların sayı:

 

4547

 

 

-

7051

 

 

17 804

 

 

8487

 

ARDNŞ-də hər il minlərlə işçi ilə qanunsuz olaraq işdən azad olunsa da, və ARDNŞ-də rəsmi olaraq işə qəbulun qadağan olunmasına(1992 –ci ildən etibarən hər il) baxmayaraq Şirkətdə işçilərin sayı nəinki azalır, əksinə artır. Buna əsas səbəb isə ARDNŞ-də qohumluq, yerliçilik, tanışlıq və bəzi üsullarla  işə qəbul olma hallarının olmasıdır.

 

2. Dövlət Neft Şirkətinin pulları hara xərclənir?
Son illər Azərbaycanın bölgələrində müxtəlif sosial yönümlü obyektlərin tikintisi geniş vüsət alıb. Vaxtaşırı bu və ya digər rayonda müasir standartlara uyğun xəstəxana və ya məktəbin tikilməsi barədə məlumatlar yayılır. Maraqlıdır ki, dövlət büdcəsində sosial xərclər üçün geniş bir maddə ayrılsa da, rayonlarda tikilən bu obyektlərin əksəriyyəti Dövlət Neft Şirkətinin hesabına edilir. Bununla da ARDNŞ Azərbaycanda ən iri sosial sərmayələr yatıran bir quruma çevrilib.

Hazırda ARDNŞ ölkənin ən varlı kommersiya qurumudur və dünya bazarlarında neftin bahalaşması onu gündən günə daha da varlı edir. Lakin neftin ən pis xüsusiyyəti ondan ibarətdir ki, o əbədi deyil. Yəni tükənməyə meyllidir. Və ekspertlərin hesablamalarına görə, ARDNŞ-in ixtiyarında olan Azərbaycanın qurudakı yataqlarında olan neftin miqdarı elə məhz tükənməkdədir.

Hazırda ARDNŞ ölkənin ən varlı kommersiya qurumudur və dünya bazarlarında neftin bahalaşması onu gündən günə daha da varlı edir. Lakin neftin ən pis xüsusiyyəti ondan ibarətdir ki, o əbədi deyil. Yəni tükənməyə meyllidir. Və ekspertlərin hesablamalarına görə, ARDNŞ-in ixtiyarında olan Azərbaycanın qurudakı yataqlarında olan neftin miqdarı elə məhz tükənməkdədir.

Bir çox mütəxəssislər hesab edirlər ki, ARDNŞ indi xərclədiyi pulları daha səmərəli istifadə edə bilərdi. Misal üçün, son illərədk dövlət qurudakı bir çox neft yataqlarının istismarını xarici şirkətlərə verirdi. Özü də nə BP, nə “Shell”, nə də digər dünya nəhənglərinə. Bu yataqlar az tanınan Rusiya, Çin və s. şirkətlərin istismarına verilirdi. O zaman bu qərarların səbəbi kimi, dövlət və ARDNŞ-də həmin yataqların istismarı üçün tələb olunan vəsaitlərin olmaması göstərilirdi. Lakin indi pul var. Bəs onda niyə görə həmin yataqları o şirkətlərdən geriyə satın alıb, onların istismarından gələcəkdə daha çox pul qazanılmasın?

Ümumiyyətlə, ARDNŞ hasilatın pay bölgüsü üzrə son 12 ildə 28 müqavilə imzalayıb və onların heç birində layihənin operatoru, yəni rəhbəri olmağa cəhd göstərmədi. Düzdür, şirkət dənizin dərin qatlarından neft çıxarmaq üçün texnologiyalara malik deyildi. Lakin bu müqavilələrin bir çoxu artıq uzun illərdir ki, işlənən qurudakı yataqlar üzrə idi ki, həmin sahədə Azərbaycan neftçilərinin 100 ildən çox olan zəngin təcrübəsi var. Buna baxmayaraq, ARDNŞ bu yataqların istismarını bir neçə il bundan əvvəl yaranmış və beynəlxalq miqyasda heç kimə məlum olmayan şirkətlərə verdi. Və hazırda bu şirkətlər ARDNŞ-in “səxavətliliyindən” istifadə edərək, Azərbaycanın sərvəti olan neftdən lazımi qədər bəhrələnirlər.

Bununla belə, ARDNŞ daxili və xarici bazarlara kifayət qədər investisiya yatırmaq planlarına malik olduğunu bildirir. Şirkətin maliyyə məsələləri üzrə vitse-prezidenti Süleyman  Qasımov bu yaxınlarda mətbuata bildirdmişdi ki, ARDNŞ bu ilə bir milyard manata yaxın sərmayə yatırımı etməyə planlaşdırıb və bu vəsaitlərin böyük hissəsi Türkiyənin “Petkim” şirkətinin səhmlətrinin alınması üçün nəzərdə tutulub.

Bununla belə, təcrübə göstərir ki, ARDNŞ hətta maliyyə yatırımları edəndə belə, bu işlərdə də kiminləsə bölüşməyə üstünlük verir. Özü də bir çox hallarda bu, Azərbaycanın daxilində yaranan o qədər də böyük olmayan şirkətlərdir. Şirkət hətta ölkədaxili əməliyyatların əksəriyyətini vasitəçi şirkətlərin köməyi ilə həyata keçirir. Təbii ki, buna görə həmin şikətlərə küllü miqdarda pul ödənilir. Yoxsa ölkənin ən varlı qurumunda tutaq ki, aldığı hansısa xarici səhmləri idarə etməyə və yaxüd özünə məxsus terminalları idarə etmək üçün potensial və bacarıq yoxdur?

ARDNŞ rəsmiləri bildirirlər ki, ötən ildən başlayaraq, şirkət Azərbaycanın qaz tələbatını ödəmək üçün böyük qaz proqramını həyata keçirməyə başlayıb. ARDNŞ-nin vitse prezidenti Süleyman Qasımovun bildirdiyinə görə, bu layihə çərçivəsində yeni quyular qazılıb, kəmərlər çəkilib və kompressor stansiyası tikilib ki, bu işlərə də xeyli sərmayə yatırılıb.   Süleyman Qasımovun dediyinə görə, bu ildən etibarən ARDNŞ “Ümid” qaz yatağının istismarına başlayacaq və oraya da xeyli vəsait yatırılacaq.

Maraqlıdır ki, bu sərmayələri etmək üçün ARDNŞ bir neçə bankdan kreditlər alıb. Bu kreditlər arasında müxtəlif Avropa banklarından alınmış 300 milyon dollar da var. Bu kreditləri isə faizlə qaytarmaq lazım olacaq. Belə olan bir halda şirkət öz xərclərinə diqqətlə yanaşmalıdır. Biz isə onun pullarının qeyri-kommersiya məqsədlərilə sağa-sola səpələndiyini görürük. Əslində ARDNŞ hər bir normal şirkət kimi bir neçə ilə planlaşdırılmış sərmayə proqramına malik olmalıdır.Yəni;

- Bu işlər pərakəndə görülə bilməz. Hazırda biz görürük ki, ARDNŞ gah prezidentin sərəncamı, gah Nazirlər Kabinetinin qərarı, gah da hansısa fondun, nazirliyin və ya Naxçıvan Muxtar Respublikası hökümətinin xahişi əsasında sosial sərmayələr həyata keçirir. Şirkətin özünün sosial sərmayə proqramı, həmin proqramın aydın məqsədi olmalıdır. Belə ki, əgər şirkət xəstəxana tikir və sonra onu saxlayırsa, bəs onda Səhiyyə Nazirliyi nəyə lazımdır? Eyni sözləri ARDNŞ-in tiktiyi məktəblər və Təhsil Nazirliyi barəsində də demək olar.

    Mütəxəssislər hesab edirlər ki, öz gələcəyi naminə ARDNŞ hazırda qazandığı vəsaitləri sənaye obyektlərinin tikintisinə yatırmalıdır. Axı Azərbaycan neft ölkəsi olmasına baxmayaraq, burada heç olmasa regional səviyyəli nefti hasil və ya emal edən şirkət yoxdur. Düzdür bu yaxınlarda ARDNŞ prezidenti Rövnəq Abdullayev bəyan etmişdi ki, şirkət neft emalı zavodu tikmək niyyətindədir. Lakin bu, Türkiyədə, şirkətin almağa planlaşdırdığı “Petkim” şirkəti nəzdində olacaq.

    Hazırda ARDNŞ böyük pullar qazanır və onun xərclədiyi vəsaitlər o qədər də gözə görünmür. Lakin qısa müddətdən sonra ölkəmizdə neft hasilatı aşağı düşməyə başlayacaq və onda artıq hamı hər manatı hesablamalı olacaq. Və kim bilir – bəlkə onda hansısa vacib bir layihə üçün məhz indi xərclənən milyardlar çatışmayacaq...

   

 3. ARDNŞ-nin  sosialyönümlü layihələrdə iştirakı

Şəkil 1.

 

 

 
- ARDNŞ-in ölkəmizdəki humanitar proqramlarda iştirak edir

 

- ARDNŞ "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı üzrə Dövlət Proqramı (2004-2008-ci illər)"nın icrasında da yaxından iştirak edir.

 

- ARDNŞ ölkədə idmanın inkafına yardım edir

 

- ARDNŞ Bakı şəhərinin qəsəbələrinin sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair tədbirlər Prqramında iştirak edir(27.02.2006-cı il,1338-nömrəli qərar)

 

3.1.ARDNŞ-nin sərmayə qoyduğu sosial obyektlər

  • SOCAR-da sosial sahəyə cavabdeh olan vitse-prezident postu var.
  • Sosial layihələrə ayrılan vəsait ildən ilə artır.
  • SOCAR həmçinin ümumrespublika əhəmiyyətli sosial layihələr də həyata keçirir.
  • Belə masştablı layihələrə baxmayaraq nə KİV nümayəndələri, nə də ictimaiyyətlə xüsusi görüşlər keçirməyib. Və proqramın reallaşdırılması qeyri-şəffafdır.
  • SOCAR-ın saytında sosial sahə ilı bağlı mılumatlar 2006-cı ilə aiddir.
  • SOCAR sosial proqramlara ayırdığı maliyyə vəsaitini öz illik hesabatlarında göstərmir

 

ARDNŞ Azərbaycan Respublikası Dövlət komissiyasının qərarı ilə 1998-ci ildən başlayaraq Bərdə rayonu ərazisində yerləşən "Qızıl Ay" çadır şəhərciyində yerləşmiş 6 min nəfərə yaxın məcburi köçkünə qayğı göstərilməsi, texniki və qida yardımları edilməsini həyata keçirib. Bundan əlavə ARDNŞ-in struktur bölmələrinin balansında olan, əsasən Bakı şəhərində yerləşən inzibati binalarda, yataqxanalarda, istirahət ocaqlarında və s. obyektlərdə yerləşmiş 15 min nəfərə yaxın məcburi köçkünlərə də qayğı göstərilir. Onların yerləşdiyi binaların saxlanmasına ildə 1,2 milyon manata yaxın maliyyə vəsaiti xərclənir. ARDNŞ "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı üzrə Dövlət Proqramı (2004-2008-ci illər)"nın icrasında da yaxından iştirak edir. Buna misal olaraq, yuxarıda qeyd edilən obyektlərin inşasından əlavə, Siyəzən şəhərində gün ərzində 150 xəstəyə xidmət göstərən poliklinikanın, 68 çarpayılıq cərrahiyyə və doğum şöbələrinin, habelə, Neftçala rayonu Yeniqışlaq kəndindəki orta məktəbin tikintisini, Neftçala şəhər stadionunun təmirini, Salyan rayonu Arxarası kənd orta məktəbinin tikintisini, Təzəkənd, Kürsəngi və Kolanı kənd orta məktəblərinin təmirini, rayonlararası "Şorsulu" psixoloji dispanserinin təmirini, Qarabağlı kəndində mədəniyyət sarayınin tikintisini və s. göstərmək olar.Həmin tikintilərə nə qədər maliyyə vəsaiti  sərf olunduğu haqda ARDNŞ ictimaiyyətə açıqlamalar vermir.NHMT-nın ARDNŞ-ə göndərdiyi sorğu haqqında yalnız aşağıdakı məlumatları əldə etmək mümkün olmuşdur.

2007-2008-ci ildə zərbaycan Respublikası Dövlət Neft Şirkətinin vəsaiti hesabına inşa edilmiş və inşa edilən obyektlər:

 

s/n

Sosial obyektin adı

Tikintinin ümumi sahəsi (kv.m.)

Obyektin ümumi dəyəri (min manat)

Tikintinin başa çatma tarixi

Balakən rayonu

1

235 çarpayılıq Mərkəzi xəstəxana

20 024

29 400

Avqust 2008-ci il

2

İtitala kəndi 450 şagirdlik orta məktəb

2 463

1658,3

Aprel

2008-ci il

3

İtitala kənd mədəniyyət evi və tibb məntəqəsi

567

475,6

İ rüb

2008-ci il

4

Rayon kitabxanası

532

334,3

İİ rüb

2008-ci il

Zaqatala rayonu

5

Müalicə-diaqnostika Mərkəzi

7 176

9 875,4

Aprel

2008-ci il

6

500 şagirdlik litsey

2 750

1 945,4

İİ rüb

2008-ci il

Qusar rayonu

7

Aşağı Ləyər kəndi 320 şagirdlik orta məktəb

2 198

1200

İİ rüb

2008-ci il

8

Şuvaşal kəndi 200 şagirdlik orta məktəb

1 606

900

İİ rüb

2008-ci il

9

Qusar şəhər 6 saylı 1176 şagirdlik orta məktəbin əsaslı təmiri

-

-

Noyabr 2007-ci ildə təhvil verilib

10

Qalaçıq kəndi 320 şagirdlik orta məktəb

1 650

1 200

İİİ rüb

2008-ci il

11

Lənkəran Müalicə Diaqnostika Mərkəzi

5 842

4 300

17.06.2006

12

Şirvan Müalicə Diaqnostika Mərkəzi

6 644

7 393,3

Dekabr 2007-ci il

13

Qəbələ Müalicə Diaqnostika Mərkəzi

7 705

7 800

Mart

2008-ci il

14

Qazax Müalicə Diaqnostika Mərkəzi

7 400,9

11 290,6

Aprel

2008-ci il

15

Gəncə Müalicə Diaqnostika Mərkəzi

11 069

13 250

Aprel

2008-ci il

16

Bərdə Müalicə Diaqnostika Mərkəzi

12 340

13 856

İyun

2008-ci il

17

Quba Müalicə Diaqnostika Mərkəzi

8 025

9 350

İyun

2008-ci il

18

Cəlilabad Müalicə Diaqnostika Mərkəzi

5 500

9 356

Dekabr 2008-ci il

19

Şamaxı Müalicə Diaqnostika Mərkəzi

7 000

9 356

Dekabr 2008-ci il

20

Yevlax rayonu 235 çarpayılıq Mərkəzi Xəstəxana

15 000

20 470

Oktyabr 2009-cu il

21

Xanlar rayonu 800 şagirdlik orta məktəb

8 274

4 937,2

2007-ci ildə təhvil verilib

22

Ağsu rayonu Çiyni kəndində 320 şagirdlik orta məktəb

1 905

1 000

İV rüb

2008-ci il

Cəmi

135 670,9

159 348,1

 

 2008-ci il üçün planlaşdırılan (layihələndirilən) işlər

23

 Müalicə Diaqnostika Mərkəzi

 

 

 

24

Tovuz Müalicə Diaqnostika Mərkəzi

 

 

 

 

Bakı Müalicə Diaqnostika Mərkəzi

 

 

 

 

Füzuli rayonunda Tibb Mərkəzinin tikintisi Müalicə Diaqnostika Mərkəzi

 

 

 

           

 

4. Sosialyönümlü layihələrin neftçilərin sosial problemlərinin həllinə təsiri

 

4.1. Azərbaycan neftçisi bu gün nə qazanır?

 

           

 

2007-ci ilin nəticələrinə görə orta əməkhaqqı 443 manat 64 qəpik olub.bu Azərbaycan üzrə orta göstəricidən 2,4 dəfə çoxdur.2007-ci ildə SOCAR üzrə əməkhaqları 25% artıb.2007-ci ildə rəsmi statistikaya görə inflyasiya 19%, alternativ hesablamalara görə 28,9% olub.Neftçi əməyi ağır peşələrə aid edilir. Bu, XXI əsrdə də belədir. Ona görə də neftçi əməyinin qiymətləndirilməsinə görə sosial ədalətin səviyyəsini müəyyənləşdirmək olar.

 

• XX əsrin əvvəllərində Bakı mədənlərində işləyən neftçi fəhlələr ayda 8-10 manat, ixtisaslı fəhlələr 11-15 manat, mühəndislər isə 25 manatdan çox əməkhaqqı alırdılar. Müqayisə üçün onu qeyd edək ki, həmin dövrdə 1 quzunun bazarda qiyməti 2 manat, qoyun 3-4 manat, inək isə 10 manat idi.

 

  • 80-ci illər Sovet Azərbaycanında dəniz neftçiləri ayda 400-600 manat qazana bilirdilər. Dənizdə çalışanlar 100% Bakıda ailə yataqxanasında 1 otaqlı mənzillə təmin olunur və gələcəkdə yeni mənzil almaq hüququ əldə edirdilər. Həmin dövrdə 1 kq ətin qiyməti 2 manat, kərə yağı 3,6 manat, 0,5 litrlik mineral su 7 qəpik, şəhər nəqliyyatında gediş haqqı isə 5 qəpik idi. 80-ci illərin “kartoçka” dövründə neftçilər 2 dəfə çox ərzaq almaq hüququna malik idilər.

 

  • Bu günün neftçisi artıq orta hesabla 500 manata qədər məvacib alır. Bazarda ət və yağın 1 kg-ı 8 manat, mineral su 40 qəpik, şəhər nəqliyyatında gediş 20 qəpikdir. 1 otaqlı mənzilin kirayəsi 200-300 manat, 1 otaqlı mənzilin bazar qiyməti isə 40-50 min manatdır.

 

  • Dünya bazarlarında qiymətlər 2000-ci ildən durmadan artır. Son 8 ildə neftin 1 barelinin qiyməti 9 dəfə artıb. Azərbaycanda da istehlak səbəti də dəfələrlə artıb. Bahalaşma 2007-ci ildən daha da sürətlənib.

           Azərbaycan neftçisi “Həmkarlara” ümidli deyil və anlayır ki, sosial problemlərinin yükünü özü çəkməlidir

 

4.2. Azərbaycan neftçisinin sosial problemləri

ARDNŞ Azərbaycanın bütün rayonlarında sosial sərmayələr hayata keçirir.Ancaq şirkətin işçiləri isə:

  • İşçilərin təhlükəsiz iş şəraiti ilə təmini

Şəkil 2.

 

Respublika miqyaslı sosial layihələr həyata keçirən ARDNŞ öz işçilərini normal iş şəraiti və xüsusi geyimlərlə təchtiz edə bilmir. 2007-ci il üçün Əməyin təhlükəsizliyi və sağlam iş şəraiti üçün 18,8 milyon manatpul ayrılmışdır.

Bundan:

Əmək şəraitinin yaxşılaşdırılması üçün-8,4 milyon manat

Xüsusi geyim,ayaqqabı və fərdi mühafizə üçün -9,5 milyon manat

Müalicə proflaktika yeməyi vəSüd məhsulları üçün-0,7 milyon manat   

 ARDNŞ-də əmək xəsarati ilə əlaqədar bədbəxt hadisələrin müvafiq dövlət orqnlarından gizlədilməsi, əmək xəsarətinin müvafiq qydada rəsmiləşdirilməməsi, əmək xəsarəti almış işçilərə və ya onların ailə üzvlərinə müvafiq müavintların ödənilməməsi, əmək xəsarəti ilə əlaqədar ödənclər alan işçilərə tibbi xidmətlə əlaqədar müavinatların qanunla nəzərdə tutulan qaydada ödənilməməsi faktları mövcuddur. ARDNŞ-də 2007-ci ildə 7,2008-ci ildə isə 2 ölüm hadisəsi olmuşdur.

 

  • susi geyimlərlə təchizat

İşçilərin təchiz olduğu xüsusi geyimlər işlədikləri ağır iş şəraitinə uyğun deyil, keyfiyytsizdir. Tez sıradan çıxdığı üçün işçilər öz şəxsi paltar və ayaqqabılarından istifadə edir ki, bu da işçilərin sağlamlığına ciddi təsir göstərir. Bir çox hallarda isə sifariş verilmiş və alınmış xüsusi geyim formaları işçilərin ölçüləri ilə düz gəlmir. İş şəraitinin ağır olması və işçilər üçün sağlam iş şəraitinin yaradılmaması tez-tez işçilərin əmək xəsarəti almasına səbəb olur. Əmək xəsarati ilə əlaqədar bədbəxt hadisələrin müvafiq dövlət orqnlarından gizlədilməsi, əmək xəsarətinin müvafiq qydada rəsmiləşdirilməməsi, əmək xəsarəti almış işçilərə və ya onların ailə üzvlərinə müvafiq müavintların ödənilməməsi, faktları mövcuddur.

 

  • İstirahət otaqları  

İstirahət otağı sanitariya gigiyena normalarını cavab vermir. İstirahət otağı ilə yemək otağı eynidir. növbədən çıxmış işçilər dincələ bilmir(əlahiddə özüllər). İş, istirahət və yemək otağını əvəz edən otaq müvafiq məişət avdanlığı ilə təchiz olunmur. Əksər özüllərdə mövcud avadanlıqların çoxu işçilər tərəfindən alınır (İnventarlaşdırılma aparılsa faktlar öz təsdiqini tapa bilər). Bəzi idarə və müəssisələrə məxsus istehsalat sahələrində işçilər üçün sanitar qovşaqların olmaması yaxud da olduqca pis vəziyyətdə olması faktları da müşahidə olunur.

 

Şəkil 3.

 

Neftçilər işdən sonra bu duş otağında yuyunurlar(şəkil 3,4)

Şəkil 4

 

Şəkil 5. Neftçilərin iş və istirahıt otağı

 

  • İşçilərin nəqliyyatla təmin olunması

ARDNŞ-in balansında 5500 nəqliyyat vasitəsi var ki, bunların da 70%-nin normativ istismar müddəti bitib

Hazırda ARDNŞ-in struktur bölmələrinin müəssisə və təşkilatlarının balansında 5500 ədəd müxtəlif markalı avtonəqliyyat və xüsusi texnika vasitələri vardır. Onlardan 4381 avtonəqliyyat, 1119 xüsusi texnika vasitələridir. Belə ki, avtonəqliyyat və xüsusi texnika vasitələrinin 70%-dən çox normativ istismar müddətinin bitdiyinə baxmayaraq, aparılan texniki və təşkilatı tədbirlərin nəticəsində avtonəqliyyat və xüsusi texnika vasitələrinin parkdan istifadə əmsalı ARDNŞ üzrə 0,65 olmuşdur.

Son 1 ildə normativ istismar müddəti bitmiş və bərpası iqtisadi jəhətdən əlverişli olmayan 282 ədəd avtonəqliyyat və xüsusi texnika vasitəsi balansdan silinmiş və onların əvəzinə 412 ədəd yeni avtonəqliyyat və xüsusi texnika vasitəsi alınmışdır. 01.01.08-ci il tarixinə 631 avtonəqliyyat və xüsusi texnika vasitəsi müxtəlif səbəblərdən (təmir, ehtiyat hissələrinin gözlənilməsi və s.) istismar edilməmişdir. Bu sahədə 2006-ci ilin sonuna 5655 nəfər çalışırdı.

 

ARDNŞ-nin müəssisə və təşkilatlarında çalışan işçilərin iş yerlərinə aparılıb gətirilməsi üçün 30 ədəd iri, 15 ədəd kiçik tutumlu avtobuslar alınmışdır; Bu avtobuslar hasilat sənayesində işləyən işçilərə yox, təhlükəsizlik və sosial sahədə çalışan məmurlara xidməti maşın kimi verilmişdir.

İşçilərin iş yerinə aparılıb gətirilməsi zaman üç növ nəqliyyəat vasitəsindən istifadə olunur:

Hava nəqliyyatı-vertalyotla (bu  nəqliyyat vasitəsindən yalnız vəzifəli şəxslər istifadə edir);

Lakin bu halda:

Vertalyotlar olduqca köhnədir;

İnsanlara vertallyota millyməmişdən vertallyota qabaq təhlükəsizliklə əlaqədar heç bir  təlimat İnsanlara vertalyota verilmir;

Uçuş zamanı sərnişinlər xilasedici vasitələrlə təmin olunmur

Dəniz mədənlərinin ərzaqla bəzi hallarda avadanlıqlarla təmin olunmasında bu vertalyotlardan istifadə olunur, bu halda insanlar, ət, tərəvəz və qeyri məhsullar eyni vertalyotda yola salınır.

Dəniz nəqliyyatı:

Gəmilər köhnədir,hava küləkli və qasırğalı olanda işə gedə bilməyən neftçilərin sonradan dənizə yola salınmasında problemlər yaranır,işçilər vaxtlı vaxtında bir-birini əvəz edə bilmirlər(bu gəmilərin işə çıxma vaxtı yoxlanılsa məlum olar ki  onlara hər gün iş günü kimi qeyd olunur,küləkli havada da,qasırğalıda da) Əlavə gəmiyə və onların yol vərəsinin yoxlanmasına ehtiyac var. Gəmilərin sərnişinləri üçün nəzərdə tutulmuş xilasedici vasitələrlə təminat aşağı səviyyədədir.

Quru nəqliyyatı(avtobuslar)

Bu avtobusların əksəriyyəti 60-70 – ci illərdə alınmış avtobuslardır. İşçilər işə yerlərinə çatıınca çox əziyyət çəkirlər.

 

Şəkil 6. Neftçilərin nəqliyyatla təmini

  

 

  • İşçilərin içməli su ilə təchizatı(ARDNŞ).

            Ümumiyyətlə bu problemə yanaşma daha qlobal olmalıdır. Çünki, sualtı neft və qaz kəmərlərinin çəkilişi üzrə xüsusiləşmiş idarə və kadrlara malik olan ARDNŞ bu vaxtadək dəniz platformalarına (məsələn.Neft Daşları) sualtı su kəmərinin çəkilişini reallaşdırmayıb. Bu isə iri dəniz platformaları, əlahiddə dəniz özülləri və estakadalarında işləyən işçilərin su ilə təchizatında həm problemlər yaradır, onların sağlamlığı üçün təhlükə yaradır, həm də şirkət üçün baha başa gəlir. Uzun illərdir ki, adı çəkilən qurğuları içməli su ilə təmin edən gəmilərin su çənləri, nə də həmin qurğularda olan su çənləri vaxtlı vaxtında təmizlənib dizinfeksiya edilmir, gəmi ilə gətirilən və qurgulardakı çənlərdəki suların tərkibi xüsusi labaratoriya şəraitində yoxlanmır. Hal-hazırda istifadə olunan çənlər isə artıq 30-40 ildir istifadə olunur. Bu da müxtəlif xəstəlik mənbələrinə çevrilməklə işçilərin sağlamlığına təsir edir.

  

5. Neftçilərin əməyinin lazımınca qiymətləndirilməsinə və işçilərin sosial-iqtisadi problemlərinin həllinə mane olan amillər:

  •  ARDNŞ-də qeyri-profil sahələrdə iş yerlərinin artması
  •  ARDNŞ-də işçilırin sayının həddən artıq olması
  •  ARDNŞ-nın respublika miqyaslı sosial yönümlü layihələrdə iştirakı və sair 

 

6. İctimai dinləmədə səslənən və ekspert tərəfindən verilən təkliflərin müqayisəsindən sonra müvafiq qurumlara aşağıdakı təqdim ediləcək təklif və tövsiyyələr daha məqsədəuyğun hesab edilmişdir;

  

1) Respublika miqyaslıı sosialyönümlü layihələrin icrası ilə əlaqədar hökumət öz siyasətində müəyyən dəyişiklik etməlidir,yəni bu layihələr ARDNŞ gəlirləri hesabına və ARDNŞ tərəfindən yox,dövlət proqramı çərçivəsində ,müvafiq qurumlar tərəfindən reallaşdırılmalıdır

2) ARDNŞ –in  Respublika ərazisində reallaşdırdığı sosialyönümlü layihələr, yalnız şirkətin fəaliyyət göstərdiyi ərazilərdə(yəni şirkətin fəaliyyəti nəticəsində riskə məruz qalan ərazilərdə) və şirkət tərəfindən hazırlanmış sosial sərmayələr proqramı çərçivəsində reallaşdırılmalıdır

3) ARDNŞ-nin strukturunun bazar iqtisadiyyatına uyğun şəkildə dəyişdirilməsi, qeyri-profil strukturların Şirkətin tərkibindən çıxarılması və səhmdar cəmiyyətləri şəklində özəlləşdirilməlidir     

4) ARDNŞ-nin fəaliyyətinə vətəndaş nəzarəti gücləndirilməlidir