NHMT - Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatı İB 2024-cü il üzrə İllik Hesabat

Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatı İB 2024-cü il üzrə İllik Hesabat

Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatı İB 2024-cü il üzrə İllik Hesabat

 

Mündəricat

 

1. Giriş

2. Qiymətləndirmə

2.1. Azərbaycanda dövlət satınalınmaları ilə bağlı yeni və köhnə qanunların müqayisəli analizi

2.2. Azərbaycanda “yaşıl enerji” təşəbbüslərilə bağlı görülən işlərin qiymətləndirilməsinə dair ekspert rəylərinin İcmal Hesabatı

2.3. Enerji səmərəliliyi: Milli Renovasiya Proqramı nə zaman qəbul ediləcək?

2.4. Azərbaycanda kiçik sahibkarlığın inkişafı sahəsində problemlərin qiymətləndirilməsi 

3. Monitorinq

3.1.Neft sektorunda əmək qanunvericiliyinin və digər normativ hüquqi Aktların icra vəziyyəti

3.2. Hasilat sənayesində fəaliyyət göstərən şirkətlərin ətraf mühitə  təsiri

4. Hüquqi yardım

4.1. Marifləndirmə məlumatlandırma

4.2.  Məhkəmə vasitəsilə hüquqi yardım

 

yanvar 2025 –ci il

 

1. Giriş  

 

Hesabat Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatı İctimai Birliyi (NHMT İB) ekspertləri tərəfindən aparılan monitorinq, qiymətləndirmələr, ölkənin neft sektorunda çalışan işçilərin  müraciətləri, şikayət ərizələri, təşkilatın aktiv üzvlərinin verdiyi yoxlanılmış məlumatlar, informasiya sorğularına verilmiş cavablar, mətbuatda dərc olunan məlumatlar, təşkilat tərəfindən aparılan məhkəmə çəkişmələri və s. əsasında hazırlanmışdır. Hesabat 2024-cü ili əhatə edir.  

 

 

2Qiymətləndirmə və tədqiqat

 

2.1. Azərbaycanda dövlət satınalınmaları ilə bağlı yeni və köhnə qanunların müqayisəli analizi

 

 Yeni qanunvericilyə beynəlxalq təcrübə və standartlar çərçivəsində baxış

 

 Təkcə Dövlət Neft Şirkətinin (SOCAR) təcrübəsi göstərir ki, iri dövlət müəssisələrinə satınalma sahəsində avtonom sistemin tətbiqi hüququnun verilməsi dövlət satınalmaları sahəsində şəffaflıq və hesabatlılığın təmin edilməsinə ciddi əngəl törədir. Dövlət vəsaitlərinin xərclənməsinə münasibətdə vahid qayda və prinsiplərin tətbiqi ictimai maliyyənin şəffaflığı nöqteyi-nəzər son dərəcə ciddi əhəmiyyət daşıyır.

Daha ətraflı: https://nhmt-az.org/frontend/pages/human-rights-inner.php?id=203

 

 2.2. Azərbaycanda “yaşıl enerji” təşəbbüslərilə bağlı görülən işlərin qiymətləndirilməsinə dair ekspert rəylərinin İcmal Hesabatı

 

Ən mühüm strateji sənədlər kimi bir sıra proqram və strategiyalar qəbul edilib. Azərbaycan hökumətinin “yaşıl enerji”yə keçidlə bağlı strateji hədəfləri və əsas təşəbbüsləri hazırda icra mərhələsində olan 2 sənəddə əks olunub. “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiya” sənədində enerji keçidilə bağlı təşəbbüslər daha geniş əks olunub. Strategiyada bir neçə fərqli istiqamət üzrə tədbirlər müəyyən edilib. Ən mühüm tədbirlər kimi aşağıdakı təşəbbüsləri qeyd etmək mümkündür.

Daha ətraflı:

https://nhmt-az.org/frontend/pages/human-rights-inner.php?id=209

 

2.3. Enerji səmərəliliyi: Milli Renovasiya Proqramı nə zaman qəbul ediləcək?

 

Renovasiya enerjidən qənaətli istifadə texnologiyaları tətbiq etməklə binaların təmir və ya yenidən qurulması, zədələnmiş və ya köhnəlmiş strukturların yaxşılaşdırılması prosesidir Təmir və bərpa işləri adətən həm kommersiya təyinatlı, həm də yaşayış binalarında aparılır. Dünyada binaların yüksək enerji performansı standartlarına uyğunlaşdırılması iqlim dəyişikliyinin neqativ təsirlərinin azaldılması və enerji təhlükəsizliyi potensialının yüksəldilməsilə yanaşı həmçinin yeni iş yerlərinin yaradılması, həyat keyfiyyətinin yüksəldilməsi, iqtisadi stimullaşdırma aləti də hesab edilir.

Daha ətraflı:

https://nhmt-az.org/frontend/pages/human-rights-inner.php?id=210

 

2.4. Azərbaycanda kiçik sahibkarlığın inkişafı sahəsində problemlərin qiymətləndirilməsi[1]

 

Azərbaycanda biznesin fəaliyyətilə bağlı geniş hüquqi baza mövcuddur. Bzines fəaliyyətini tənzimləyən çərçivə qanunu -  “Sahibkarlıq fəaliyyəti haqqında” Qanunla yanaşı spesifik sahə qanunları da mövcuddur.  Bu qanun sahibkarlığın formalarını və subyektlərini, sahibkarların hüquq və vəzifələrinin çərçivələrini, sahibkarlığa dövlət köməyinin formalarını müəyyən edir. Digər mühüm normativ-hüquqi aktlara, məsələn Gömrük Məcəlləsi, Vergi Məcəlləsi, biznesin kommunal xidmətlərə qoşulması ilə bağlı müxtəlif qaydalar daxildir . Bununla əlaqədar bu və ya digər məsələlərə aydınlıq gətirilməsi üçün qiymətləndirilmə aparılmışdır. Qiymətləndirmə sahibkarlardan və sahə ekspertlərindən götürülmüş müsahibələr əsasında hazırlanmışdır.  Sonda qiymətləndirmənin əsas nəticələri qeyd olunmuş və təkliflər verilmişdir

Daha ətraflı: https://nhmt-az.org/frontend/pages/human-rights-inner.php?id=211

 

Qiymətləndirmənin nəticələri  internet TV “İqtisadi forumda”da müzakirə edilmişdir.[2] Müzakirədə Sahibkarlıq və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondunun rəhbəri  Sabit Bağırov

NHMT eksperti Rövşən Ağayev,  fərdi sahibkar-biznes üzrə ekspert İlkin Qarayev iştirak etmişdir.

Daha ətraflı: https://www.youtube.com/watch?v=oU3PfCGMhlc

Hazırlanmış tədqiqat yazıları: Energetika Nazirliyinə,Ekologiya və Təbii Sərvətlər Nazirliyinə,  SOCAR, Ölkədə fəaliyyət göstərən diplomatik korpuslara QHT koalisiyaları,  sosial şəbəkələrdə yayılmış ,Təşkilatın saytında(nhmt-az.org ) və Tvitter hesabında yerləşdirilmişdir. 

 

Hesabat dövrü ərzində (yanvar 2024-dekabr 2024):

Saytın ümumi ziyarətçi sayı 6257, ümumi səhifə baxışı sayı 9737  

 

 

 

 3. Monitorinq

 

 3.1.Neft sektorunda əmək qanunvericiliyinin və digər normativ hüquqi Aktların icra vəziyyəti

 

Aparılan monitorinqlər zamanı Azərbaycan Respublikası Əmək Məcəlləsinin (ARƏM) qeyd olunan maddələrinin , Nazirlər Kabinetinin qərarlarının və s.qanunvericiliklərin pozulma faktları müşahidə olundu:

SOCAR[3] rəhbərliyi (sahə üzrə məsul (şəxs,qurum)  tərəfindən :

Azərbaycan Respublikası Əmək Məcəlləsinin (ARƏM)

 

Maddə 16[4]  (Əmək münasibətlərində ayrı-seçkiliyin yolverilməzliyi)

 Azərbaycan Respublikasıda Dövlət dili haqqında Azərbaycan Respublikası Qanununun və Azərbaycan Respublikası Konstitusiyası 21-ci maddəsi [5] pozulur. Belə ki,Azərbaycan Respublikasında qeydiyyata alınmaqla fəaliyyət göstərən:  bəzi xarici Müəssisələrdə, Filial və Nümayəndəlikdə, birgə müəssisə və əməliyyat şirkətlərində , işə qəbul prosesində, hə də əmək münasibətlərində əksər hallarda:Əmr, Əmək müqaviləsi, Protokol, Aktlar, email, vatsap və sair yazışma və sənədləşmələrdə xarici dildə və daha çox ingilis dilində aparılır (baxmayaraq ki, bu müəssisələrdə işçilərin ümumi sayının 95 faizindən çoxunu Azərbaycan dilli işçilər, 2-5 faizini isə xarici işçilər təşkil edir)  və  bununla da dillə əlaqədar ayrı seçkiliyə yol verilir 

 

Maddə 21. 3. (Müəssisələrdə siyasi partiyaların, dini qurumların fəaliyyətinə yol verilmir

 

SOCAR strukturuna daxil olan idarə və müəssisələrdə  iqtidar partiyası olan “Yeni Azərbaycan” (YAP) partiyasının özəyi fəaliyyət göstərir.  İşçilər məcburi surətdə bu partiyaya üzv olunur.  YAP üzvü olan işçilərə məcburi ərizə yazdırılıb onların əmək haqqının 1%-nin YAP hesabına köçürülür.

 

Maddə  45.4[6] (Əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır).  

 

 SOCAR -da   işin daimi xarakterə malik olduğuna baxmayaraq işçilərlə müddətli əmək müqaviləsi bağlanılır. Azərbaycanın neft sənayesində ən böyük hüquq pozuntusu olan bu proses işçilərlə bağlanmış müddətli əmək müqaviləsinin  6 ay və ən çoxu 1 il müddətinə bağlanması hələ də davam edir. Bunun nəticəsində hər il yüzlərlə “arzuolunmaz” insan öz iş yerini itirir.

 Maddə 70 e-bəndi (dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda onunla bağlanmış əmək müqaviləsi ləğv edilə bilər). tələblərinin pozulması.

 

SOCAR, rəhbərliyi tərəfindən tələb olunan( tərtib olunan) heç bir qanuna əsaslanmayan qərara əsasən strukturuna daxil olan idarə və müəssisələrdə işçilərlə işəgötürən arasında bağlanmış Əmək müqaviləsinin “əmək müqaviləsinə xitam verilməsi” bölməsinə xüsusi məcburi bənd əlavə olunub. Əlavə olunan “d” bəndinə əsasən “İşçi Azərbaycan Respublikasının Qanunvericiliklə müəyyən edilmiş pensiya yaşına çatdıqda bu Əmək müqaviləsinə işəgötürən tərəfindən 1 ay müddətində xitam verilə bilər”. Və işçiyə məcburi imza atdırılır.  Lakin SOCAR-ın bəzi idarələrində təqaüd yaşına çatan işçilərin təqaüdə çıxarılmasına fərdi qaydada baxılır. Belə ki, əksər işçilər 65 yaşına çatdıqda dərhal işdən azad edilir. Bəziləri isə SOCAR prezidentinin icazəsi ilə təqdimat əsasında, bəziləri isə təqdimatsız, şəxsi münasibətlərə görə 70-80( 90 yaşlı da müşahidə olunur) yaşadək işdə saxlanılır.

 

Nəqliyyatla təminat[7] .

 

SOCAR işçilərini  yeni nəqliyyatla təmin etmir və məsuliyyətdən yayınır

 

  28 MAY NQÇİ  Dərin Dəniz Özüllərində (DDÖ), 1887 və 2585 saylı SDÖ- də çalışan  işçilər  iş yerlərinə helokopter vasitəsi  ilə , Neft Daşları NQCİ  Stasionar Dəniz Özüllərinə (SDÖ) , Abşeron NQCİ və Nəriman Nərimanov adına NQCİ SDÖ  kiçik gəmi vasitələri ilə  çatdırılır. Qasırğalı havada köhnə gəmilər platformalardakı gəmi yanalma meydançalarına yanaşa bilmirlər. Qeyd olunan problemlər isə işçilərin təhlükəsiz nəqliyyatla təmin olunması üçün problem yaradır və onların həyatı üçün təhlükəlidir. Nəzərə almaq lazımdır ki, DDÖ- və SDÖ-də gəmi yan alma meydançaları su səthindən 3m hündürlükdədir . Bundan əlavə qeyd olunan gəmi yanalma meydançalarıı gəmiləri yan alıb dayanması üçündür sərnişinlər üçün nəzərdə tutulmayıb.  İşçiləri dərin dəniz özüllərinə aparan helikopterlər və gəmilər köhnədir. 60-cı illərin istehsalı olan bu nəqliyyat vasitələrindən istifadə təhlükəlidir. Son illər ərzində dəfələrlə helikopterlərdə nasazlıq hiss olunub. Uçuşlar bir neçə dəfə yarımçıq saxlanılıb və məcburi eniş olunub.Yalnız ötən il 5 dəfə helikopter eniş edə bilməyib,yaxud tüstülənib və s. Problem əsasən AZE ASG Helicopter Services  məxsus 69 və,71 ,72 və 73 nömrəli helikopterlərdə müşahidə olunur. Pilotlar işçilərə məcburi enişin,helikopterin resurslarının tükəndiyi ilə əlaqələndiriblər.

Hadisə: Bu il mayın 19-da AZE 72 saylı helikopter bloklar arası uçuş keçirərkən böyük qəzadan qurtardı. Saat 11 də 8 saylı özülə eniş qalxış edib, təxminən 11:10 da .7 ci bloka  eniş edə bilməyib. Bort  mexaniki  təhlükəsizlik xəbərdarı etdi. Helikopter Pirallahıya gəlib və orda məcburi qəza enişi edib. May ayının əvvəlində bir neçə dəfə qəza vəziyyəti yaranıb.Neftçilər həyəcan keçirib.  

 

Qeyd; Problem hələ də həllini tapmayıb , sahə üzrə məsul şəxs cəzasız qalıb!   

 

Könüllü Fəaliyyət haqqında Azərbaycan Respublikası Qanunu maddə 4.4. (Kommersiya hüquqi şəxslərində könüllü fəaliyyətin həyata keçirilməsinə yol verilmir)zidd olaraq "SocarVolunteers”yaradıb.  

 

SOCAR kommersiya qurumu olduğu üçün “SocarVolunteers”  ölkə qanunvericiliyinə ziddir. Və bu həm də məcburi əməkdir!

 

"Vətəndaşların müraciətləri haqqında" Azərbaycan Respublikasının Qanunun maddə 7.13. (Vətəndaşların müraciətlərini aidiyyəti üzrə baxılmaq üçün qanunazidd hərəkətindən (hərəkətsizliyindən) şikayət edilən müraciətə baxan subyektə və ya onun vəzifəli şəxslərinə göndərmək qadağandır.) Maddə 10.1. (Vətəndaşların müraciətlərinə ən geci 15 iş günü, əlavə öyrənilmə və yoxlanılma tələb edən müraciətlərə isə ən geci 30 iş günü müddətində baxılır.)

 

Azəriqaz İB TTİ bir qrup işçisi onların ezamiyyə xərclərinin düzgün ödənilməməsi , əmək hüquqlarının pozulması ilə əlaqədar 09.10.2024-cü il tarixində Azərbaycan Respublikasının Prezidentinə,  Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə , Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili - Ombudsmana müraciət etdi. 

Nəticədə:

- işçinin(işçilərin) 09.10.2024-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili -Ombudsmana yazdığı şikayət ərizəsinə , 26 noyabr 2024-cü il tarixində ,SOCAR istetadların idarə edilməsi və biznes tərəfdaşlığı Departamentinin rəis müavini,vitse prezidentin müavini ,Departamentin rəisi vəzifəsini müvəqqəti icra edən (3 vəzifə) Mahal Mehdiyev, cavab verib  .Ölkə başçısına və müvafiq dövlət qurumlarına şikayət edən Azəriqaz İB TTİ-nin işçilərinin ərizəsi araşdırılması üçün şikayət edilən quruma göndərib  və həmin qurumun verdiyi cavab əsas götürülərək işçilər günahkar hesab olunub.

 

Azərbaycan Respublikasının Konstitutsiyası , Maddə 57. 2. (Azərbaycan Respublikası vətəndaşlarının dövlət orqanlarının və onların vəzifəli şəxslərinin, siyasi partiyaların, həmkarlar ittifaqlarının və digər ictimai birliklərin, habelə ayrı-ayrı vətəndaşların fəaliyyətini və ya işini tənqid etmək hüququ vardır. Tənqidə görə təqib qadağandır.) 

 

Yuxarı instansiyalara şikayət edən işçilər təqiblərə məruz qalıblar.  Şikayət edilən qurum(TTİ) tərəfindən şikayət ərizəsinə qol çəkmiş 18 nəfər işçidən üzür ərizəsi alınıb və şikayət ərizəsinə qol çəkmiş işçilərə mənəvi və psixoloji təzyiq göstərilib (bax: əlavə) 

    

 

Korrupsiyaya qarşı mübarizə haqqında Azərbaycan Respublikasının qanunu. Maddə 7.1 (Vəzifəli şəxslərin yaxın qohumları, seçkili vəzifələr və qanunvericiliklə nəzərdə tutulan digər hallar istisna olmaqla, bilavasitə onun tabeliyində olan heç bir vəzifə tuta bilməzlər.)

 

Şirkətin idarəedici komanda yenilənsə də, nepotizm davam edir. Ümumi işçi sayının təqribən 10%-nin qohumluq əlaqələri var. Nepotizmin ziyanı ondadır ki, insan yeni vəzifəyə öz peşəkar qabiliyyətlərinə uyğun olaraq deyil, peşəkar seçim olmadan və çox halda ümumiyyətlə yaxşı mütəxəssis olmadığı halda təyin olunur. 

 Maddə 207, 209, 215, 222 (Əməyin mühafizəsi sahəsində mülkiyyətçinin və işəgötürənlərin vəzifələri, Sağlam və təhlükəsiz əməyin mühafizəsi şəraitinin təmn edilməsi)

 Hesabat dövrü ərzində təşkilat üzvülərinin topladığı məlumata əsasən, 2024-ci il ərzində ölkənin hasilat sənayesində qanunvericiliyin pozulması nəticəsində 20 işçi xəsarət alıb, 3 nəfər işçi(Bir nəfər 28 May NQÇİ-nin  4 saylı Dərin Dəniz Özülünün,  bir nəfər Kompleks Qazma İşləri Trestinin,bir nəfər Azəriqaz İB -nin işçisi)  həlak olmuşdur.   

Qeyd: Bununla əlaqədar üçün Dövlət Əmək Müfəttişliyi Xidmətinə sorğu göndərilmişdir 

Lakin DƏMX tərəfindən “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanununun müvafiq maddələri pozulmuşdur.Belə ki,

İnformasiya əldə etmək haqqında Azərbaycan Respublikasının qanununun 9- cu maddəsinə əsasən, Dövlət Əmək Müfəttişliyi Xidməti informasiya sahibidir. İnformasiya sorğusu ən qısa müddətdə, lakin 7 iş günündən gec olmayaraq icra edilməli idi. Lakin DƏMX informasiya sorğusuna 27 iş günü ərzində cavab verib. 21.12.2024-cü ildə göndərilən sorğuya 23.01.2025-ci ildə cavab verilmişdir.

2. Müfəttişlik tərəfindən bədbəxt hadisənin baş verdiyi müəssisənin adı ,bunun nəticəsində nəticəsində əmək xəsarəti almış (sağlamlığını itirmiş), həlak olmuş və peşə xəstəliyinə tutulmuş işçilərin ad və soyadı gizlədilib. Suala tam cavab verməyib.

4. İstehsalatda baş verən bədbəxt hadisələrə görə bir hansı müəssisə rəhbəri, yaxud cavabdeh şəxslərin maddi, inzibati və cinayət məsuliyyətinə cəlb olunduğu haqda məlumat  da açıqlanmayıb[8] .  

 

SOCAR strukturuna daxil olan idarə və müəssisələr

 

 Azneft İB

 

28 May adına Neft Qaz Çıxarma  İdarəsinin(NQÇİ) sahə üzrə məsul şəxsləri tərəfindən:

 

 İdarənin 5 saylı özülünün Quyuların Əsalı Təmiri Sexində (QƏTS)

Maddə 207. (Əməyin mühafizəsi normalarını və qaydalarını müəyyən edən qanunvericilik), Maddə 209. ( Əməyin mühafizəsinin əsas prinsipləri ) , Maddə 215. (Əməyin mühafizəsi sahəsində mülkiyyətçinin və işəgötürənlərin vəzifələri) , Maddə 16. (Əmək münasibətlərində ayrı-seçkiliyin yolverilməzliyi) pozulduğu müşahidə olunub.   

 

Belə ki:

 

Açıq  havada tempuratur 35-38 dərəcə, işçilərin istirahət otağında 40-45 dərəcə, Platformada, sexlərdə isə 50-dərəcəyədək stilik olmasına baxmayaraq işçilər kondinsionerlərlə təmin olunmayıb. Kondinsioner yalnız rəisin otağındadır.

 

Artıq 3 ilə yaxındır bu proses SOCAR strukturuna daxil olan bir çox iş yerlərində təsadüf edilir.

 

  Возможно, это изображение водонагреватель  Нет описания фото.  Возможно, это изображение осветительное оборудование и спальня

 

 Qeyd: Problem NHMT tərəfindən sosial şəbəkələrdə yayıldıqdan sonra neftçilərin iş,istirahət və yataq otaqları kondinsionerlə təmin olundu.

 

  ARƏM Maddə 9 (Əmək müqaviləsi üzrə işçinin əsas hüquqları) , Maddə 89. (Tam iş vaxtı və onun müddəti), Maddə 90. (Həftəlik tam iş vaxtının müəyyən edilməsi), Maddə 207. (Əməyin mühafizəsi normalarını və qaydalarını müəyyən edən qanunvericilik), Maddə 209. (Əməyin mühafizəsinin əsas prinsipləri), Maddə 215. (Əməyin mühafizəsi sahəsində mülkiyyətçinin və işəgötürənlərin vəzifələri) , Maddə 222. (Sağlam və təhlükəsiz əməyin mühafizəsi şəraitinin təmin edilməsi) pozulub. Belə ki,

 

Özüldə stasionar kranda işləyən operatorlar təşkilata müraciət edib bildirib ki: Kran operatorlari 12 saat əvəzinə 16 bəzən 18 saat işləməli olurlar, çünki bloklarda 2  kran operatoru əvəzinə 1 nəfər 15 gün ərzində gecə gündüz işləyir. İşçi götürmək əvəzinə insanları istismar edirlər , gündüz işləyən  kran operatoru axsam da işləməli olur ,  işəgötürənin  düşüncəsinə görə isə 1 nəfər kifayətdir və eyirlər ki ,boş olanda get dincəl , nə vaxt kran lazım oldu gel işlə. Növbə ərzində (15 gün ərzində) elə olur ki, işçilər bir neçə blokda gedib işləməli olurlar.

 

Maddə 222. (Sağlam və təhlükəsiz əməyin mühafizəsi şəraitinin təmin edilməsi) pozulmasi nəticəsində  2.09 tarixində  28 May NQÇİ-nin  4 saylı Dərin Dəniz Özülündə yanğın qeydə alınıb. Hadisə nəticəsində 1960-  cı il təvəllüdlü, "Azneft" İB-nin 1 saylı İxtisaslaşdırılmış Neft-Mədən xüsusi texnika İdarəsinin əməkdaşı İslamov Rafiq İsa oğlu həyatını itirib

 

Neft Daşları Neft Qaz Çıxarma İdarəsi(NQÇİ) 

 

 18-87 saylı özülündə Maddə 215. (Əməyin mühafizəsi sahəsində mülkiyyətçinin və işəgötürənlərin vəzifələri), Maddə 222. (Sağlam və təhlükəsiz əməyin mühafizəsi şəraitinin təmin edilməsi) pozulması müşahidə olunub.  

 

 İstirahət otağı olan ümumi zal (25-30 kv m), fəhlələrin əlindən alınıb qeyri-qanuni yaşayış otağı kimi istifadə olunur. İşçilərin işdən sonra istirahəti , televizora baxması üçün nəzərdə tutulmuş yaşamaq üçün nəzərdə tutulmayan,sanitar normalara uyğun olmayan otağa,  10 nəfər işçi yerləşdiriblər. Özüldəki yaşayış bloku işçi sayına görə nəzərdə tutulmasına baxmayaraq, otaqların səhv bölüşdürülməsi nəticəsində ( vəzifəsi olanlar özlərinə ayrı otaqlarda xüsusi şərait yaradıblar) fəhlələrə yer çatmır.  Otaqlarda geyim,başqa ləvazımat üçün şkaflar olmadığından insanlar çox əziyyət çəkir. 

 

Şəkil 1  İşçilərin istirahət otağı

 

 

şəkil 2 mövcud vəziyyət 

  

 

Qeyd 

Problem NHMT İB tərəfindən sosial şəbəkədə ictimailəşdirildikdən sonra işçilərin problemi həllini tapdı (şəkil 2)  

     

SOCAR Nəqliyyat idarəsinin 2 saylı Departamenti  tərəfindən Azərbaycan Respublikasının Əmək Məcəlləsini 164-cü maddəsini( işçi bayram və istirahət günlərində işlədilərsə bu halda həmin günlər üçün ona ikiqat əmək haqqı ödənilməlidir) və Nazirlər Kabinetinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 yanvar 2021-ci il 13 saylı qərarlarını pozmaqda davam edir və hələ də cəzasız qalıb. 

 

1. İşçilər Azərbaycan Respublikasının rayonlarına ezam olunublar və bunu təsdiq edən sənəd olduğu halda onlara hər hansı səbəb göstərmədən hər gün üçün ezamiyyə pulu və gediş gəliş xərcləri ödənilməyib

 

Ezamiyyəyə göndərilmiş işçilər üçün hər ay 5 günlük ezamiyyə (1-5 günlər) vərəqələri (1.05-4.05 ; 6.05-10.05;. 13.05.-17.05; 20.05-24.05 ; 27.05-31.05) verib onların şənbə-bazar günləri yaşadığı əraziyə qayıtmaları üçün nəqliyyat xərcləri ödəməmiş, yaxud nəqliyyatla təmin edilməyib və işçilərin dediyinə görə  həmin günlər ezam olunduqları rayonu tərk etməyə onlara icazə verilməyib 

2.Əmək Məcəlləsinin 164-cü maddəsində qeyd olunur ki, işçi bayram və istirahət günlərində də işlədilərsə bu halda həmin günlər üçün ona ikiqat əmək haqqı ödənilməlidir. İşçilərə verilmiş  ezamiyyə vərəqələri təsdiq edir ki, işəgötürən işçiləri bayram günləri (9.05 və 28.05.,yəni həftənin 2-ci və 4-cü günləri) də işlədib onlara həmin günlər üçün ikiqat ödəniş  etməyib.

 

 SOCAR Təhlükəsizlik İdarəsi rəhbərliyi tərəfindən ölkənin Əmək Məcəlləsinin 70, 71, 77,78, 7980-cı maddələrinin pozulub.

 

İdarə tərəfindən işçilərin "Ştatların ixtisarı və işçilərin sayının azaldılması" əsası ilə biliklərinin yoxlanılması və əmək müqaviləsinin ləğv edilməsi barədə 23.04.2024-cü ik tarixlı qərar verilmişdir. Həmin qərara əsasən işçilər qeyri-qanuni test imtahanlarına cəlb olunublar. 

 Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatı İctimai Birliyi Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərinin pozulması hesab edib. Belə ki: 

 

1. "Ştatların ixtisarı və işçilərin sayının azaldılması" əsası ilə işçilərlə bağlanmış əmək müqaviləsinin ləğvi Azərbaycan Respublikası Əmək Məcəlləsinin  maddə 70 (İşəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsasları), maddə71 (Əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilərkən görülən tədbirlər ), maddə77 (Əmək müqaviləsinə xitam verilərkən işçilərin təminatları),78 (,İşçilərin ixtisarı zamanı işdə saxlanmağa üstünlüyü olan şəxslər), maddə 79 (Əmək müqaviləsinin ləğv olunması qadağan edilən işçilər və hallar)maddə 80 (Əmək müqaviləsinin işəgötürən tərəfindən ləğvi zamanı razılaşmalari) ilə tənzimlənir. 

 

2. Bu zaman İşçilərin peşəkarlığının müəyyən edilməsi qaydaları konkret olaraq Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 78.-ci maddəsi ilə müəyyən edilir. 

 

3. Müvafiq hallarda işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşəsinin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə saxlanılır. 

 

4. İşçilər Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmayan hər hansı bir test imtahanlarında cəlb oluna bilməzlər və onların qiymətləndirilməsi test imtahanları ilə deyil, əmək münasibətlərində olduqları müddətdə əmək naliyyətlərinə və peşəkarlıqlarına görə qiymətləndirilməlidir. Bu hal yalnız Məcəllənin 65-ci maddəsi ilə tənzimlənə bilər.

 

Azərbaycan Respublikası Əmək Məcəlləsinin 65-ci maddəsinə əsasən: İşçilərin peşəkarlıq səviyyəsinin yoxlanılması, ixtisasına, sənətinə müvafiq olaraq onların tutduğu vəzifəyə (peşəyə) uyğun olduğunu aşkara çıxarmaq məqsədi ilə bu Məcəllənin 66-cı maddəsində göstərilən işçilər istisna olunmaqla qalan bütün işçilərin attestasiyası keçirilə bilər. Attestasiya komissiyasının üzvləri tərəfindən işçiyə yalnız tutduğu vəzifəyə (peşəyə), əmək funksiyasına, ixtisasına (peşəsinə) dair, yerinə yetirdiyi işlər və onların nəticələri barədə, habelə tutduğu vəzifəyə (peşəyə) uyğunluğunu müəyyən etmək üçün zəruri olan əmək müqaviləsi ilə müəyyən edilmiş hüquqları, vəzifələri dairəsinə aid olan məsələlərlə əlaqədar suallar verilə bilər. Attestasiya 3(üç) ildən bir keçirilir. Bununla əlaqədar işçilər etiraz aksiyası keçiriblər

 

 https://www.facebook.com/nhmt.ib/videos/418831797644435                 

 

https://www.facebook.com/nhmt.ib/videos/418831797644435

 

Возможно, это изображение отрывной талон, светокопия и текст

 

Qeyd: Problem NHMT tərəfindən sosial şəbəkələrdə yayıldıqdan sonra həllini tapdı.

 

SOCAR Azəriqaz  İB  

 

Hasilat sənayesində diskriminasiyanın əsas səbəblərində biri nepotizmdir (qohumbazlıq), xüsusən bu işə qəbul, əmək haqqının ödənilməsi və əmək müqaviləsinin ləğv olunması zamanı özünü göstərir. Bunun nəticəsində də çoxlu sayda işçi diskriminasiyaya məruz qalır. Bəzən işçilərin siyasi baxışlarına görə də təqib olunması müşahidə olunur. Müxalifət partiyasının üzvülüyündə olan şəxslərin peşəkarlıq və ixtisas dərəcəsindən asılı olaraq nəinki yüksək vəzifə hətta kiçik və orta rəis vəzifələrinə belə irəli çəkilməsi qeyri-mümkündür. 

 

 Azəriqaz İB-n eyni şöbədə işləyən iki işçisi (biri qadın olmaqla ) tarif maaşının dərəcəsini aryirilması üçün SOCAR İRD təşkil etdiyi imtahanda iştirak edib. İkisi də eyni balı toplayıb(20 bal). İmtahanda iştirak edənlərdən biri( qadın) həmin şöbədə 20 il, o biri şəxs(kişi) həmin şöbədə 4 ay (ümumilikdə Azəriqazdakı iş stajı 17 il) çalışır. Nəticədə xanımın yox, o biri işçinin(kişinin) tarif dərəcəsi artırılıb. Xanımın niyə, hansı kriteriyalar əsas götürülüb sualına izahlı,əsaslandırılmış cavab verilməyib.  

 

İşçi Xalidə Səlimovanın hüquqları pozulmuş. Xanıma qarşı ayrı-seçkilik (Maddə 16. Əmək münasibətlərində ayrı-seçkiliyin yolverilməzliyi) tədbiq olunmuşdur.

 

Azəriqaz  İB  Ağsu ,Biləsuvar və Lənkaran Regionan Qaz İstismarı İdarələri(RQİİ) ARƏM maddə 45. 5. (Müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir) pozulması nəticəsində 100-dən yuxarı insan işsiz qalıb.

Belə ki, Dövlət Məşğulluq Agentliyindən göndərilmiş işçilərlər 8-9 il müddətində işçilərlə bir aylıq müvəqqəti müqavilə bağlayaraq(hər ay artırmaq şərtilə), uzun müddətdən sonra onlarla bağlanmış müqavilə uzadılmayıb. İşçilərin uzun müddət (Hər ay Müqavilə vaxtı uzadılmaqla, 8 ildən yuxarı) bu vəzifələrdə çalışması onu sübut edir ki,bu vəzifə daimi xarakterli olub .

 

 Возможно, это изображение отрывной талон, светокопия и текст

 

Azəriqaz İB Təmir Tikinti İdarəsi  (TTİ) tərəfindən  Maddə 215. (Əməyin mühafizəsi sahəsində mülkiyyətçinin və işəgötürənlərin vəzifələri), Maddə 222. (Sağlam və təhlükəsiz əməyin mühafizəsi şəraitinin təmin edilməsi) pozulması müşahidə olunub. Belə ki:

 

 Azərbaycanın Yardımlı rayonunda işçilər 76mm diametrli 24 metr uzunluğunda qaz çəkilişi üçün nəzərdə tutulan boru uzaq məsafəyə əllə daşıyır.

- Yol üstü keçid arkaların əllə qaldırılması zamanı texnikadan yox,əl əməyindən istifadə olunub.

- Azərbaycanın Ağdaş rayonunda 108 diyametirli borunu Arkalari 4.50 m dayaqlarin hundurluyu 5 metir hündürlüyündə əlnən qaldirilır

 

https://www.facebook.com/100004074724416/videos/pcb.3412723658873425/802334878468247

 

https://www.facebook.com/100004074724416/videos/pcb.3412723658873425/1952863235175395

 

İşçilər vaxtaşırı əlcəklə təmin olunmadığından əlcəkləri öz vəsaiti hesabına alır. Işçilərin iş ərazisinə daşınması üçün nəqillayat vasitəsi normal bölünmür.

Boruların korroziyadan qorunması üçün aparılan proses(rəngləmə) texnologiyaya uyğun deyil.Bu da gələcəkdə boruların karroziyaya uğraması nəticəsində qaz sızmasına səbəb ola bilər 

Qaz xətlərinin beton örtüyü çox bərbad haldadır. Qaz xəttinə 50 sm.qalınlığında beton örtük əvəzinə 10 sm.beton örtük vurulub.  

 

     

 

https://www.facebook.com/100004074724416/videos/pcb.3412723658873425/802334878468247

https://www.facebook.com/100004074724416/videos/pcb.3412723658873425/1952863235175395

https://www.facebook.com/100004074724416/videos/pcb.3559894120823044/1320230412717422

https://www.facebook.com/100004074724416/videos/pcb.3559894120823044/2792209047602206

https://www.facebook.com/100028038286510/videos/592703819898117

https://www.facebook.com/nhmt.ib/videos/1222916525660854

https://www.facebook.com/100004074724416/videos/pcb.3603622189783570/1079527976917307

 

Neftqaz Elmi Tədqiqat İnstitutu[9]

 

Maddə 207 (Əməyin mühafizəsi normalarını və qaydalarını müəyyən edən qanunvericilik) ,

Maddə  215 (Əməyin mühafizəsi sahəsində mülkiyyətçinin və işəgötürənlərin vəzifələri)   pozulması nəticəsində    

İnstitutun işçisi Ağarəhimov İbrahim İlqar oğlu 28.10.2024-cü il tarixində işlədiyi SOCAR, Neftqazelmitədqiqat”İnstitutunun Suraxanı Eksperimental təcrübə sınaq işləri bazasında yüksək cəryanlı xətdə baş vermiş hadisə nəticədə həlak olmuşdur. 

 

SOCAR Petrolium[10] QSC:

 

Qurumda  Maddə 9 (Əmək müqaviləsi üzrə işçinin əsas hüquqları), Maddə 89. (Tam iş vaxtı və onun müddəti), Maddə 90. 3. (Altıgünlük iş həftəsində həftəlik norma 40 saat olduqda gündəlik iş vaxtının müddəti 7 saatdan, həftəlik norma 36 saat olduqda gündəlik iş vaxtının müddəti 6 saatdan və həftəlik norma 24 saat olduqda gündəlik iş vaxtının müddəti 4 saatdan çox ola bilməz.)  Maddə 96.1  (Qeydiyyat (uçot) dövründə iş vaxtının müddəti qanunvericiliklə müəyyən olunmuş iş saatlarının sayından çox olmamaq şərti ilə iş vaxtının cəmlənmiş uçotu tətbiq edilə bilər. Bu halda qeydiyyat (uçot) dövrü bir ildən artıq, gündəlik işin (növbənin) müddəti isə 12 saatdan çox ola bilməz.), Maddə  165.1 ( İşçilərə iş vaxtından artıq vaxt ərzində görülən işin hər saatı üçün əmək haqqı ikiqat məbləğdə ödənilir).  Maddə 207. (Əməyin mühafizəsi normalarını və qaydalarını müəyyən edən qanunvericilik), Maddə 209 (Əməyin mühafizəsinin əsas prinsipləri), Maddə 215. (Əməyin mühafizəsi sahəsində mülkiyyətçinin və işəgötürənlərin vəzifələri), Maddə 222. (Sağlam və təhlükəsiz əməyin mühafizəsi şəraitinin təmin edilməsi) pozulduğu müşahidə  olunub.

Belə ki:  Azərbaycanın 8 rayon ərazisində (Füzuli, Cəbrayıl, Laçın , Kəlbəcər, Şuşa, Xankəndi, Ağdam, Hadrut) fəaliyyət göstərən yanacaq doldurma məntəqəsində çalışan işçlərin verdiyi məlumata görə, 

onlar 15 gün ərzində  (gecə-gündüz) həmin məntəqədə tək işləyirlər.  Bu da işəgötürən tərəfindən əmək qanunvericiliyinin kobud surətdə pozulmasıdır.

Qeyd: Ölkənin Əmək Məcəlləsini pozduğuna görə SOCAR Petrolium sahə üzrə məsul şəxs  ARƏM maddə 310 (Bu Məcəllə ilə müəyyən olunmuş hüquqları pozmağa görə məsuliyyət) əsasən cəzalanmalıdır.

 

Kompleks Qazma İşləri Tresti

 

Maddə 222. (Sağlam və təhlükəsiz əməyin mühafizəsi şəraitinin təmin edilməsi

Maddə 209. (işçilərin xüsusi geyim və ayaqqabı, digər fərdi mühafizə vasitələri ilə, müalicə-profilaktik yeməklə və digər vasitələrlə pulsuz təmin edilməsi;) pozulub

 

Dekabr ayında Qərbi Abşeron 20 nomreli platformasında  20-gündən artıq növbə dəyişikliyi olunmayan işçilər ərzaqla da təmin olunmayıb. Səbəbi 70-ci illərin istehsalı olan köhnə gəmilərin platformaya yanaşa bilməməsidir. İşçilərin dediyinə görə artıq bir ildən ildən çoxdur ki KQİT işçilərə xüsusi geyim verilmir.  

 

Geofizika və Geologiya idarəsi

 

İnzibati Xətalar Məcəlləsi Maddə 193. İşçini əmək funksiyasına daxil olmayan işi (xidməti) yerinə yetirməyə məcbur etmə

 

- Əmək müqaviləsinə xitam veriləcəyi və ya kollektiv müqavilədə müəyyən edilmiş güzəşt və imtiyazlardan məhrum ediləcəyi hədə-qorxusu ilə işçini əmək funksiyasına daxil olmayan işi (xidməti) yerinə yetirməyə məcbur etməyə görə-min manatdan iki min manatadək məbləğdə cərimə edilir.

 

- Əmək müqaviləsinə xitam veriləcəyi və ya kollektiv müqavilədə müəyyən edilmiş güzəşt və imtiyazlardan məhrum ediləcəyi hədə-qorxusu ilə işçini əmək funksiyasına daxil olmayan işi (xidməti) yerinə yetirməyə məcbur etməyə görə-min manatdan iki min manatadək məbləğdə cərimə edilir.

 

   Geofizika və Geologiya idarəsinin rəhbərliyi sentyabirda  15 günlük ev istirahətində olan işçiləri hədə qorxu mesajları (əlavə olunub) ilə  onların əmək funksiyasına daxil olmayan     işə göndəriblər.   Həm də heç bir nəqliyyat vasitəsi ilə təmin etmədən,  Güzdək qəsəbəsinə göndərilib. 

 

    

 

Əməliyyat Şirkətləri və Bigə müəssisələrdə

 

Maddə 5.1. Azərbaycan Respublikasının xarici dövlətlərlə, beynəlxalq təşkilatlarla bağladığı müqavilələrində başqa hal nəzərdə tutulmayıbsa, bu Məcəllə müvafiq xarici dövlətlərin, onların fiziki və hüquqi şəxslərinin, beynəlxalq təşkilatların, eləcə də vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təsis etdikləri və qanunvericilikdə nəzərdə tutulmuş qaydada dövlət qeydiyyatına alınıb, fəaliyyət göstərən iş yerlərində heç bir şərt qoyulmadan tətbiq edilir.   

 

 Bahar Enerji[11] Əməliyyat şirkəti tərəfindən 

 Azərbaycan Əmək Məcəlləsinin tələblərinə[12] zidd olaraq çoxlu sayda işçi (fəhlə, usta, çilingar, qaytnaqçı ) ilə Xidməti Müqavilə bağlaması müşahidə olunub

 

Maddə 9. (Əmək müqaviləsi üzrə işçinin əsas hüquqlarıMaddə 12.( İşəgötürənin əsas vəzifələri və məsuliyyəti) Maddə 172. (Əmək haqqının verilməsi müddətləri), Maddə 178.( Əməyin ödənilməsinin təminatları), pozulma halları müşahidə olunub. 

 

İşçilər aylıq əmək haqqını ay ərzində 2-3 dəfəyə verilir, sağlam iş şəraiti ilə təmin olunmur,işəgötürən öz vəzifə öhdəliklərini yerinə yetirmir və s.  Bahar ƏŞ işçisi Əsmətov Əli Naib oğlu çalışdığı şirkətdə "Əmək hüquqlarının bərpa olunması" üçün AR Prezident cənab İlham Əliyevə, AR Baş naziri cənab Əli Əsədova, Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri cənab Sahil Babayevə, Dövlət Neft Şirkətinin Prezidenti cənab Rövşən Nəcəfə müraciət etmişdir. (ərizə əlavədə)

Qeyd olunan orqanlar tərəfindən ərizəçinin müraciəti araşdırılmamışdır.

   

 

SOCAR AQŞ[13] işçilərin əmək haqqı mütamadi (15-20 gün)  gecikdirilir,  işçilərə bu haqda heç bir izahat verilmir. Bundan əlavə SOCAR AQŞ dəniz özüllərində çalışan işçilərini hələ də 21 günlük iş qrafiki( pandemeya zamanında olduğu kimi) ilə işlətməkdə davam edir.! 

 

Bu halda; Növbə üsulu ilə işləyən işçilər , aylıq iş saatları istehsalat zəruriyyəti, hava şəraiti və s. ilə bağlı hər ay üzrə məhdud sayda normadan az və ya çox ola bilər, lakin həddən çox olması, dənizdə 21 günlük iş rejimində işlədilməsi, işçilərin iş rejiminin və istirahət rejiminin pozulması Əmək Məcəlləsinin tələblərinin pozulmasıdır.

Bununla da şirkət tərəfindən Maddə 172. 5. (Əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir.) pozulduğu üçün ,o,işçiyə hər gecikdirildiyi gün 

üçün əlavə ödənc etməlidir. İşəgötürən maliyyə vəziyyətindən asılı olmayaraq işçiyə onun gördüyü işin müqabilində müəyyən edilmiş əmək haqqını bu Məcəllənin 172-ci maddəsi ilə müəyyən edilmiş müddətlərdə ödəməyə borcludur. 

 

SOCAR AQŞ MMC ARƏM maddə 48.6 ( Əmək münasibətlərinə girən işçidən bu Məcəllədə nəzərdə tutulmamış  habelə işin (vəzifənin) xüsusiyyətlərinə uyğun gəlməyən əlavə sənədlərin tələb edilməsi qadağandır ) və Maddə 48.1 ( Əmək müqaviləsi bağlanarkən işçi əmək kitabçası, habelə şəxsiyyətini təsdiq edən sənədi təqdim edir. )  zidd olaraq işçilərdən əlavə sənəd tələb etmişdir.

 

Smart Technologies Solutions Qapalı Səhimdar Cəmiyyəti (STS) ilə SOCAR AQŞ MMC-razılaşmaya əsasən STS fəaliyyətlərinin müəyyən hissəsini və bu sahədə çalışan 22 nəfər işçini SOCAR AQŞ MMC-yə yönəldir. Bu halda işçilərə bildirilir ki, qarşılıqlı ərizə əsasında (STS-dən işdənçıxma və SOCAR AQŞ-ə işə qəbul olunma), siz adı çəkilən şirkətə eyni şərtlərlə işə qəbul ediləcəksiniz. SOCAR AQŞ işçilərin hamısına işə qəbul ərizəsi yazdırıb,onları müqavilə şərti ilə tanış etdi. Və onlardan əlavə olaraq "məhkumluq haqqında" arayış tələb etdi. Və işçilərdən birinə verilmiş arayışda ,onun 10 il əvvəl 2000 man məbləğində cərimə olunduğu yazıldığı üçün SOCAR AQŞ onu işə qəbul etmədi. Bu halda SOCAR AQŞ ARƏM maddə 48.1 və  48.6 pozmaqla yanaşı həm də ARƏM Maddə 16. (Əmək münasibətlərində ayrı-seçkiliyin yolverilməzliyi) pozaraq işçiyə qarşı ayrı-seçkiliyə yol verib.   

      

 SOCAR Polymer şirkəti

 

İyulun 10-da "SOCAR Polymer" şirkətinin Sumqayıtda yerləşən zavodunda kütləvi zəhərlənmə olub. 

Kütləvi zəhərlənmə ilə bağlı məlumatlar 1 gün sonra yayılıb, rəsmi qurumlar hadisənin "SOCAR Polymer" şirkətində baş verdiyini gizlədirlər.

                     

SOCAR CAPE Məhdud  Məsuliyyətli  Cəmiyyəti:

 

ARƏM maddə 62 (qanunsuz işdən kənarlaşdırma), 70 və 71-ci maddə, (işçilərin sayının azaldılması və qanunsuz ixtisarlar) 

Son dövrlərdə neft sahəsində fəaliyyət göstərən SOCAR-Cape Məhdud Məsuliyyətli Cəmiyyətində işçilərin əmək hüquqlarının pozulması ilə əlaqədar Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatına mütəmadi şikayətlər daxil olur. Müəssisədə, iş həcminin azalması və əmək şəraitinin dəyişməsi bəhanəsi ilə qanunsuz olaraq işçinin əmək haqlarının azaldılması və əmək müqavilələrinə xitam verilməsi halları baş verir.  

 

Olerni MMM[14]

 

ARƏM maddə 172.5. (Əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir) pozulub. 

İşçilərin verdiyi məlumata görə 6 aydır ki, şirkət dəniz özülündə çalışan işçilərin əmək haqqını ödəmir. Gecikmənin səbəbini isə SOCAR Kompleks Qazma İşləri Trestinin şirkətə olan borcunu ödəməməsi ilə izah edilir.  Bu  halda qurum ölkənin əmək qanunvericiliyini pozduğu üçün ARƏM Maddə 178. 1. (İşçiyə aylıq əmək haqqının ödənilməməsində təqsirkar olan işəgötürən qanunvericilikdə nəzərdə tutulan qaydada müvafiq məsuliyyətə cəlb edilməlidir) cəzalanmalıdır

 

Nəticə

                 

Neft sektorunda əmək qanunvericiliyinin və digər normativ hüquqi Aktların icra vəziyyəti  üzrə aparılan müstəqil  Monitorinq nəticələri göstərir ki,    

Ölkədə biznes və siyasi maraqlar insan hüquqlarını üstələyib.

 

- Son on beş il ərzində Azərbaycanın Əmək Məcəlləsinə 350-dən yuxarı dəyişiklik olunub.Əksəri də işəgötürənin xeyrinə. Ölkə Parlamentinin 80%-i işəgötürəndir!

 

- İşçi öz hüquq və vəzifələrini kifayət qədər bilmir,  əksər hallarda isə iş yerini itirmək qorxusu  işçilərin şikayətetmə mexanizmindən istifadəsinə mane olur.

 

- İdarə və müəssisələrdə əmək qanunvericiliyinin icrasına ictimai nəzarət etməli olan(ARƏM 309) həmkarlar təşkilatları müstəqil deyil, işəgötürənin  qeyri rəsmi strukturuna çevrilib. İşçilərin müstəqil həmkarlar təşkilatlarının yaradılmasına işəgötürənlər tərəfindən maneçilik törədilir. Mövcud  həmkarlar təşkilatının üzvülüyündən çıxmaq istəyən işçi işəgötürən tərəfindən təzyiqlərə məruz qalır.

 

- Əmək qanunvericiliyinin icrasina dövlət nəzarətini həyata keçirməli olan ( ARƏM 15)[15] Dövlət Əmək Müfəttişliyi öz funksiyasını zəif yerinə yetirir və işəgötürənlər bundan istifadə edir.   Ölkənin əmək qanunvericiliyini mütamadi olaraq pozan   SOCAR və onun tərəfdaşlarına cəza tədbiq olunmur

 

Əmək qanunvericiliyini pozduğu üçün hansısa bir işəgötürənin Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən cəzalandırıldığını müşahidə edilməyib.  

 

Təşkilatımızın uzun müddətli ( 30 ilə yaxın) fəaliyyəti zamanı (nhmt-az.org) apardığı monitorinq və qiymətləndirmələr,İllik Hesabatlar sübut edir ki, zaman zaman ölkənin Əmək qanunvericiliyini mütamadi pozan və həmin qanun pozuntuları nəticəsində işsizliyə, şağlamlığa vurulan ziyana, bəzən ölüm hadisələrinə də səbəb olan əməllər törədən vəzifəli şəxsə (şəxslərə) aşağıda qeyd olunan maddələrin tədbiq olunduğu müşahidə olunmayıb. Bəzi hallarda isə belə şəxslərin daha yüksək vəzifəyə irəli çəkilməyi müşahidə olunub. Məhz buna görə də ölkənin hasilat sənayesində işçi hüquqlarının pozulması davam edir :

 

Maddə 310. Bu Məcəllə ilə müəyyən olunmuş hüquqları pozmağa görə məsuliyyət

Maddə 311. Əmək qanunvericiliyini pozmağa görə intizam məsuliyyəti

Maddə 312. Əmək qanunvericiliyini pozmağa görə inzibati məsuliyyət 

Maddə 313. Əmək qanunvericiliyini pozmağa görə cinayət məsuliyyəti

 

Azərbaycan Respublikasının  Əmək və Mülki Məcəlləsində nəzərdə tutulan qaydada - maddi məsuliyyətə,

Azərbaycan Respublikasının  İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulan qaydada - inzibati məsuliyyətə,

Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulan qaydada - cinayət məsuliyyətinə cəlb olunmamasıdır.

 

 Təkliflər:

 

- Əmək Məcəlləsinə ciddi dəyişiklik olunmalıdır. Parlamentin müvafiq Komissiyalarında Əmək qanunvericiliyinə əlavə və təkliflərlə əlaqadar müzakirələr zamanı sahə üzrə peşəkar QHTmüzakirələrdə iştirak etməlidir.

- Dövlət Əmək Müfəttişliyi Xidməti Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tərkibindən çıxarılıb, Əmək Nazirliyi yaradılmalıdır

- İşçilərin öz müstəqil həmkarlar Təşkilatlarının yaratmasına imkan verilməlidir

 

3.2. Hasilat sənayesində fəaliyyət göstərən şirkətlərin ətraf mühitə  təsiri

 

BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29 gələn il Azərbaycanda keçiriləcək. Bununla əlaqədar ölkədə ekoloji çirklənməsini azaldılmasına çiddi diqqət yetirilir. Monitorinqlər zamanı neft hasilatı zamanı əmələ gələn lay sularının, digər mexaniki qarışıqlar və zəhərli maddələrin ( quyuların əsaslı təmiri zamanı əmələ gələn zəhərli qarışıqlar, qaz xətlərinə yığılmış mayelər və həmin xəttin donmaması üçün ona vurulan zəhərli metanol , əmtəə neftin lay sularından tam ayrılması üçün ona vurulan zəhərli alkon və s. ) neft yığım çənlərindən və digər yerlərdən birbaşa dənizə axıdıldığı müşahidə olunmamışdır.   Bununla belə  SOCAR Bakı Neft Emalı Zavodu neft emalı proseslərində  mütamadi olaraq əhalinin kompakt yaşadığı ərazidə yerləşdiyindən,tək havaya zərərli atqıların atıldığı, Günəşli neft yatağında  isə dəniz suyunun çirkləndirilməsi (şəkil 2 və video), Xəzər sahilində çimərliklərdə ( Buzovna və Zağulba) kanalizasiya sularının dənizə axıdıldığı müşahidə olunmuşdur (mənbə https://turan.az/az/sosial-sahe/kanalizasiya-su-techizati-ve-qeyri-leqal-borular-781497

 

Şəkil 1

 

 

şəkil 2

 

şəkil 3

 Buzovna ərazisində Xəzərə axıdılan çirkab suları(video)

https://www.youtube.com/watch?v=kF72ZPD_Eec&t=75s

 

 Qeyd: Zavod əhalinin kompakt yaşadığı ərazidə yerləşdiyindən, tək havanı yox,insan orqanizmini də çirkləndirir 

                                                                                       

Şəklil 1

    

 

Şəkil 2 

 

9 noyabr

 

               

Monitorinq zamanı müşahidə olunan bütün məlumatlar Sosial şəbəkələrdə yayılmış, tədbir görülməsi üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Nazirliyinə göndərilmişdir.

 

Regional ekologiya və təbii sərvətlər idarələri tərəfindən  2024-cü il ərzində aparılmış araşdırmalar zamanı ətraf mühitin mühafizəsi sahəsində qanunvericiliyin tələblərinin pozulması  faktları ilə bağlı Heydər Əliyev adına  Neft  Emalı zavodu, Salyan Oil Limited ,Suraxanı Oil Company,Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin Azneft İstehsalat Birliyinin Əli Əmirov adına  Neft-Qaz çıxarma idarəsi və Kompleks Qazma İşləri Tresti barəsində hüquqi şəxs qismində “İnzibati  Xəta”  haqqında Protokollar tərtib olunmuş və  müvafiq  qərar qəbul olunması üçün  aidiyyatı üzrə rayon məhkəmələrinə göndərilmişdir. Məhkəmələr  tərəfindən adları  qeyd olunan müəssisələrin  ümumilikdə 64 500 man.məbləğində cərimə olunması barədə qərarlar qəbul olunmuşdur.[16] Bundan əlavə ətraf mühitə atılan tullantı suların  tərkibində zərərli maddələrin miqdarının yol verilən miqdardan çox olmasına görə   “Siyəzənneft” NQÇİ barəsində hüquqi şəxs  qismində protokol tərtib olunmuş və qərar qəbul olunması üçün toplanmış sənədlər  Siyəzən rayon məhkəməsinə göndərilmişdir.

 

Neftechala Operating Company LTD şirkətinin mədən ərazisində formalaşan   tullantı suların  zərərsizləşdirmədən rayonun inzibati ərazisindən keçən Baş Milli-Muğan kollektoruna axıdılması faktı  ilə bağlı Şirkət barəsində hüquqi şəxs qismində Protokol tərtib edilmiş və qərar qəbul ediməsi üçün toplanmış sənədlər  Neftçala rayon məhkəməsinə göndərilmişdir.Sözügedən şirkətlərdə aşkar olunmuş çatışmamazlıqların aradan qaldırılması üçün “Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikasının  qanununun 71-ci maddəsinə əsasən “Ekoloji tələb” verilmiş və icrası nəzarətə götürülmüşdür. 

                                                            

 4. Hüququi yardım

 

Hesabat dövrü (yanvar-dekabr) ərzində  Azərbaycan Respublikasının hasilat sənayesində çalışan təqribən 2500 nəfər, digər sahələrdə çalışan 500 nəfərə, ümumimilikdə isə 3000 nəfərə yaxın işçiyə və vətəndaşlara: əmək, sosial, iqtisadi və mülki sahədə  hüquqi yardım göstərilmişdir. Hüquqi yardımlar digər sahələrdə çalışan işçilərə, vətəndaşlara, o cümlədən əlillərə, pensiyaçılara, gənclərə, qadınlara və digər vətəndaşlara da göstərilmişdir 

 

 4.1. Marifləndirmə  məlumatlandırma

 

 Bu fəaliyyət: Təşkilatın ofisində, marifləndirici bukletlər, İctimai qəbullar və treninqlər, İnternet TV, Təşkilatın saytı (nhmt-az.org ), telefon, internet vasitəsilə (hüquqşünas və təşkilat rəhbərinin e-mail adresi) və sosial şəbəkələr vasitəsilə reallaşdırılır.

Bir çox hallarda vətəndaşlara hüquqi yardım telefon və internet vasitəsi ilə aparıldığından müraciət edənlərin müəyyən hissəsinin qeydiyyatını aparmaq mümkün olmamışdır.[17] Hüquqi yardımlar təlimlər , ictimai qəbullar , marifləndirmə , məlumatlandırma  və s. vasitəsilə olunmuşdur.

 

 Hesabat dövrü ərzində Bakıda, təşkilatın ofisində gündəlik hüquqi yardım təşkil olunub.  Ölkənin  altı regionunda  təlimlər təşkil olunub. Təlim və ictimai qəbullar peşəkar hüquqşünaslar tərəfindən aparılmışdır.  Təlimlərin əsas mövzusu əmək,sosial-iqtisadi sahələr üzrə qanunvericilik olub. 

Daha çox insanın , hüquqi yardımdan aydalanması üçün aşağıdakı imkanlardan da istifadə olunmuşdur:

 

- Təşkilatın saytı vasitəsilə.(nhmt-az.org)

 

- Telefon internet vasitəsilə (hüquqşünas və təşkilat rəhbərinin e-mail adresi)

 

- Sosial şəbəkələr vasitəsilə təşkilata ünvanlanan suallara cavab verilmişdir, ölkənin əmək qanunvericiliyi haqqında izahlı məlumatlandırılma aparılmışdır. Bu səhifələrdən yalnız neftçilər deyil,  çoxlu sayda insan bəhrələnə bilir:

 

Təşkilatın FB səhifəsi https://www.facebook.com/profile.php?id=100064825655336

Təşkilat hüquqşünasının FB səhifəsi; https://www.facebook.com/azer.quliyev.1656 

Təşkilat rəhbərinin FB səhifəsi: https://www.facebook.com/nhmt.ib/ 

 

 4.2 . Məhkəmə vasitəsilə hüquqi yardım 

 

Təşkilat tərəfindən: nümayəndə kimi təmsil olunmaqla Məhkəmə və Mediasiyada: Üçüncü şəxs, iddiaçı və cavabdehin nümayəndəsi kimi təmsil olunmaqla İddia ərizələri, Şikayətlər, Vəsatətlər, Etirazlar, Apellyasiya və Kassasiya şikayətlərinin və sair sənədlərin tərtibində göstərilmiş və hüquqi məsləhətlər verilmişdir.   

 

Hesabat dövründə Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatı İctimai Birliyinin hüquqi yardımı ilə 34 iddia  ərizəsi ilə   məhkəməyə müraciət  etmişdir. Onlardan  25  nəfərin iddia ərizəsi təmin olunmuşdur. Apelyasiya və Kassasiya şikayəti verilmiş, İddia, Apelyasiya və Kassasiya şikayətlərinə Etiraz hazırlanmış, 3-cü şəxs kimi iddiaçılara kömək edilmiş, icra orqanlarında yardım göstərilmiş və hüquqları  qorunmuşdur.  

 

 Məhkəmələrə müraciət edilən iddia ərizələrinin predmetləri: 

 

 İşə bərpa, maddi və mənəvi ziyanın ödənilməsi, əlilliyin müəyyən olunası, diplomun tanınması, əmək haqqının ödənilməsi, mülkiyyət hüquqnun bərpası , pensiya təyin olunması və s. 

 

İddia

ərizələri

 

Rayon və İnzibati məhkəmələr

 

Bakı  Apellyasiya Məhkəməsi

 

Azərbycan RespublikasınınAli Məhkəməsi

 

Azərbycan Respublikasının Konstitusiya  Məhkəməsi

 

  Cəmi

Təmin     olunan iddia ərizələri

  10  ərizə

  5ərizə 

      7 ərizə 

 

  23 ərizə 

Təmin olunmayn iddia ərizələri

  7 ərizə 

  1 ərizə 

  8 ərizə 

Davam edən  məhkəmə prosesi

  8 ərizə

    4  ərizə 

      1 ərizə 

 

  13 ərizə 

Cəmi

25 ərizə 

10 ərizə 

8 ərizə 

1 ərizə 

34 ərizə 

                                                                                                                                            

 Məhkəmə qərarlarının İcrası

  1. İcra olunub: 7 nəfər

  2. İcra olunmayan: 1nəfər

Mediasiya təşkilatlarında: Mediasiya Ərizəsi və Mediasiya təkliflərinin verilməsi: işçilərə sənədlərin tərtibində hüquqi yardım göstərilmiş, nümayəndə kimi təmsil olunmuş və hüquqi məsləhətlər verilmişdir-11 nəfər.

NHMT İB Ekspert qrupu


  • [1] Sorğunun nəticələri sosial şəbəkələrdə, təşkilatın saytında, X hesabında yayılmış,ölkədə fəaliyyət göstərən diplomatik korpuslara, müvafiq dövlət qurumlarına göndərilmişdir
  • [2] İnternet TV-də olan müzakirələr youtube kanalında yerləşdirilmiş, sosial şəbəkələrdə, təşkilatın X hesabında yayılmış, müvafiq dövlət qurumlarına və  Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə - KOBİA göndərilmişdir.
  • [3] Qeyd olunan qanun pozuntuları birbaşa  SOCAR rəhbərliyinin tapşırığı əsasında reallaşdırılır.
  • [4] Azərbaycanda bir çox xarici şirkətlər, eyni zamanda birgə müəssisə və əməliyyat şirkətləri, o cümlədən SOCAR tərəfindən  sənədlərin hazırlanması ( əmr və əmək müqavilələri hüquqi Aktlar və s. ) və tərtibi  zamanı peşə və vəzifə adlarının yazılışı zamanı dövlət dilində olan söz və terminlərdən istifadə olunmur, Nəticədə isə işçi güzəştli şərtlərlə əmək pensiyasına çıxmaq hüququnu itirir və ya problemlər yaradır, işçi məhkəməyə müraciət edir.
  • [5] Azərbaycan Respublikası Konstitusiyasının 21-ci maddəsinə əsasən: Azərbaycan Respublikasının dövlət dili Azərbaycan dilidir. AR-da qeydə alınmış, fəaliyyət göstərən: Müəssisələrdə, Filiallarda və ya Nümayəndəlikdə, Birgə müəssisələrdə və Əməliyyat şirkətlərində bütün gargüzarlııq və s.sənədləşmələr Azərbaycan Respublikası Dövlət dilində aparılmalıdır.
  • [6] Bu maddəyə “əlavə və dəyişikliklərin” olunması ilə əlaqadar NHMT tərəfindən Parlamentə və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət olunub.NHMT “Təklifi” nazirliyin parlamentə verdiyi Təkliflər paketinə salınsa da Parlament təklifin qəbulunu ləngidir. Ona görə ki, Parlamenti 80%-i işəgötürəndir.
  • [7] Problemin həlli üçün FROG-9 Addendum qurğusunun alınması üçün vəsait xərclənsə də , tədbiqi effekt vermədi FROG-9 Addendum qurğusunu Azneft İB Dəniz obyeklərində quraşdırmışdır təssüflər olsunki bu günkü günə qədər istifadə olunmamış və effekt verməmişdir. Nəqliyyatla( köhnə gəmilərin və texniki cəhətdən nasaz vertalyoyların təzəsi ilə əvəz olunmasına) təminata məsul SOCAR-dır.
  • [8] ARƏM Maddə 15. Əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqan Dövlət Əmək Müfəttişliyi Xidmətidir. Əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqan səlahiyyəti çərçivəsində əmək qanunvericiliyinin pozulmasında təqsirkar şəxslərdən yol verdikləri hüquq pozuntularının aradan qaldırılmasını tələb etmək, onları Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən olunmuş hallarda və qaydada inzibati məsuliyyətə cəlb etmək və digər məsuliyyətə cəlb olunması üçün müvafiq orqanlar qarşısında məsələ qaldırmaq hüququna malikdir.
  • [9] Baş vermiş hadisənin ədalətli araşdırılması üçün doğmaları Azərbaycan Respublikasının baş prokuroru cənab Kamran Əliyevə və Azərbaycan Respublikası Prezidentinin köməkçisi cənab Fuad Ələsgərova müraciət etmişdir.
  • [10] SOCAR PETROLEUM” QSC   Azərbaycan ərazisində neft məhsullarının alqı-satqısının təşkil edilməsi və çoxsahəli nəqliyyat infrastrukturuna, beynəlxalq standartlara uyğun, keyfiyyətli təchizat xidmətinin həyata keçirilməsi məqsədilə 15.09.2008-ci ildə təsis edilmiş və “SOCAR” brendi ilə kommersiya fəaliyyətinə başlamışdır.
  • [11] “Bahar Enerji” Əməliyyat Şirkəti: ARDNŞ ( 20%paya malik) və “Bahar Enerji Limited” (80% paya malik)arasında bağlanmış 22 dekabr 2009-cu il tarixli Saziş və 27.04.2010-cu il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Xəzər dənizinin Azərbaycan sektorunda Bahar yatağının və Qum-dəniz yatağının daxil olduğu blokun kəşfiyyatı, bərpası, işlənməsi” hasilatın pay bölgüsü Sazişi əsasında 01.10.2010-cu il tarixdən fəaliyyət göstərir. Bu müqavilə üzrə ARDNŞ tərəfdaşı kimi Virgin adalarında qeydiyyatdan keçmiş Bahar Energy Ltd şirkəti çıxış edir. Bahar Enerji -nin təsisçisi Greenfields Petroleum Corporation isə Kayman adalarında qeydiyyatdan keçib.
  • [12]  Azərbaycan Respublikasının Əmək Məcəlləsinin tələblərinə əsasən əmək münasibətlərinə daxil olan bütün işçilərlə bu Məcəllədə nəzərdə tutulan qaydada Əmək müqaviləsi bağlanmalıdır. İşçilərlə mülki hüquqi bağladıqda, onlar Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulan güzəşt və təminatlardan istifadə edə bilmirlər. Bu da işçinin ziyanına olmaqla,   bir çox təminatlar almaq hüququndan məhrum edir.Əmək münasibətlərinin mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsi qadağandır. 
  • [13] “SOCAR AQŞ” MMC 2007-ci ildə qazma və quyu xidmətləri göstərən birgə müəssisə kimi təsis edilib. Tərəflər və iştiral payları :SOCAR-13.38% , Nobel Oil Ltd., - 73.77% , Abşeron Qazma MMC -12.85% ).
  • [14]  NHMT İB Problemi  sosial şəbkələrdə paylaşdıqdan  sonra işçilərin əmək haqqı ödənildi. «Olerni» MMM 1997-ci ildə təsis edilmiş əsas fəaliyyəti kranların, neft-qaz separatorların, yanğın təhlükəsizliyi sisteminə aid olan köpükqarışdırıcıların istehsalı texniki xidməti və təmirini həyata keçirməkdən ibarətdir. “Olerni” şirkəti SOCAR-ın neft-qaz sənayesi obyektlərində kranların quraşdırılması,istismarı və təmirini sifarişçinin tələblərinə əsasən aparır.
  • [15]  Əsas:Hər il təşkilatımızın Dövlət Əmək Müfəttişliyinə göndərilmiş informasiya sorğusunun cavabı.
  • [16]  Əsas: Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin NHMT İB-nin informasiya sorğusuna verdiyi 29.12.2024 tarixli cavabı.
  • [17] Faktiki olaraq hüquqi yardım göstərilən şəxslər daha çoxdur. Müraciət edənlərdən çox hissəsi qorxudan və ya digər səbəblərdən adlarını bildirmək istəmirlər, bildirdikdə isə açıqlanmasını istəmirlər.