7 sentyabr 2006-cı il
NHMT-nın Azərbaycanda həyata keçirilən neft layihələrinin reallaşdırılmasında iştirak edən şirkətlərdə insan hüquqlarının vəziyyətinin öyrənilməsi ilə əlaqədar apardığı monitorinqlərin nəticələri,təşkilat ekspertləri tərəfindən hazırlanmış tətqiqat materialları və nəhayət təşkilata müraciət edən 100-lərlə yerli işçinin yazdığı şikayət ərizələri sübut edir ki,ölkənin neft sektorunda insan hüquqlarının pozulması faktları hələ də müşahidə edilməkdədir:
Belə ki,Çin Respublikasının Great Wall Drilling Companinin Azərbaycandakı Nümayəndəliyinin direktoru cənab Yüen Bao Lyan Azərbaycan qanunlarını və Beynəlxalq Əmək Təşkilatının konvensiyalarını tanımaq istəmir.
Şirkət podratçı qismində Salyanoyl şirkətində qazma işlərini yerinə yetirir.Şirkətin 88№li buruğunda işləyən 40 yerli işçi,məzuniyyət hüququndan məhrumdurlar.Bundan əlavə:
• İşçilərin xəstəlikləri ilə əlaqədar təqdim etdikləri xəstəlik vərəqəsi ödənilmir;
• İşçilər üçün sağlam iş şəraiti yaradılmır
• Xüsusi geyimlər keyfiyyətsizdir və iş şəraitinə uyğun deyil
• Yerli işçilər üçün olan yeməkxanada yeməklər keyfiyyətsizdir
• İşlərin əmək haqqından müxtəlif bəhanələrlə 17-20 dollar məbləğindən pul tutulur
• İşçilərlə əmək müqaviləsi bağlanmayıb(işçidə əmək müqaviləsi yoxdur)
• İşçilər əmək haqqı alarkən iki cədvələ qol çəkirlər
Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatı:
• Great Wall Drilling Companinin Azərbaycandakı Nümayəndəliyinin direktoru cənab Yü en Bao Lyandan Azərbaycan Respublikasının qanunlarına vəBeynəlxalq Əmək Təşkilatının Konvensiyalarına hörmətlə yanaşmağı tələb edir;
• Müvafiq Dövlət Qurumlarından (Vergilər Nazirliyi,Əmək və Sosial Müdafiə Nazirliyi,Həmkarlar Təşkilatları Konfederasiyası və s) yuxarıda göstərilən faktlara xüsusi diqqət yetirməyi və müəyyən tədbirlər görməyi xaiş edir
Təşkilatın rəhbəri:
Mirvari Qəhramanlı
Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının BƏYANATI
MÜƏLLİF:
Mirvari Qəhramanlı
At:
29 sentyabr 15