Mətbuat üçün açıqlama. 26 aprel 2007-ci il.
Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatı İctimai Birliyi (NHMT İB) və Azad İqtisadiyyat Mərkəzi ARDNF-dan maliyyələşən Samur-Abşeron suvarma sisteminin yenidənqurulması layihəsinin monitorinqini apararkən Taxtakörpü su anbarının tikilməsi ilə əlaqədar köçürülməyi planlaşdırılan Üzümlü kəndinin (Qarabağlar) sakinləri monitorinq qrupuna ərizə ilə müraciət ediblər. Ərizə araşdırılarkən məlum oldu ki;
• Taxtakörpü su anbarının tikilməsi ilə əlaqədar Üzümlü kənd (Qarabağlar) əhalisinin koçürülməsi zamanı onlara dəyimiş ziyan düz hesablanmayıb və bununla əlaqədar onlar pozulmuş hüquqlarının bərpası ilə əlaqədar Respublikanın 10-dan yuxarı müxtəlif qurumlarına müraciət edib.
• Müraciət etdikləri qurumlardan biri də Meliorasiya və Su Təsərrüfatı Səhmdar Cəmiyyətidir. Şikayətçilər 10 aprel 2006-ci il tarixdə Meliorasiya və Su Təsərrüfatı Səhmdar Cəmiyyətin sədri cənab Əhməd Əhmədzadəyə müraciət edərək bildiriblər ki, köçürülmə ilə əlaqədar onlara məxsus evlərə və pay torpaqlarına qoyulan qiymət çox ədalətsizdir (4.000-12.000 manat arasında) və bu pula Dəvəçi rayon ərazisində ev və torpaq sahəsi almaq qeyri-mümkündür. Şikayətlərinə cavab almayan ərizəçilər 13 fevral 2007 tarixində Meliorasiya və Su Təsərrüfatı Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadənin qəbuluna ğediblər. Şikayətçiləri Səhmdar Cəmiyyətin rəis müavini Rəsul Paşaev qəbul edib. Qəbul vaxtı məlum olub ki, şikayətçilər heç bir sənədə qol çəkmədikləri halda onların imzaları ilə bəzi sənədlər mövcuddur. Ərizəçilərin iştirakı ilə araşdırma aparılarkən məlum olub ki, şikayətçilərin əvəzinə çəkilmiş qollar saxtadır və onlara məxsus deyil (R.PAşayev şikayətçilərə əlavə kağıza qol çəkdirib və imzaları tutuşdurub).
Bununla əlaqədar kənd sakinləri Azərbaycan Respublikasının Baş Prokuroru cənab Zakir
Qaralova da şikayət məktubu ünvanlayıblar.
• Kənd əhlinə məxsus olan pay torpaqlarına verilmiş torpaq aktı 2006-cı ildə bələdiyyələr tərəfindən yığılıb. Sakinlər ondan dövlət aktını tələb etdikdə aktların Torpaq Komitəsinin sədri Qərib Məmmədovda olduğu bildirilib.
• Kənd əhalisi ilə Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti (AMST ASC) arasında bağlanmış alqı-satqı müqaviləsi yoxdur (kənd sakinləri heç bir müqaviləyə imza atmadıqlarını bildirirlər,12 nəfərə gecə şam işığında hansısa sənədə qol çəkdiriblər və izah olunub ki,həmin sənəddə yazılıb ki, onlar su anbarının tikintisinə etiraz etmirlər, sənəddə nə yazıldığını isə oxuya bilməyiblər, çünki latını bilmirlər)
• Köçürülməyə məruz qalan insanlara dəymiş ziyana görə verilmiş kompensasiya çox aşağıdır və bu pula Dəvəçi rayonunda yaşayış üçün ev, yaxud torpaq sahəsi almaq qeyr-mümkündür. Hal-hazırda bu rayon ərazisində evlərin qiyməti 35.000 - 40.000 manat arasında, torpağın 1 sotu isə 600-700 manat civarındadır.
• Şikayətçilər dəymiş ziyana görə onlara ayrılmış kompensasiyanın düzgün hesablanmadığını düşünürlər (çünki ayrılmış pulların hesablama qaydası onlara təqdim edilməyib)
• Torpaq kənd əhalisindən geri alınarkən Azərbaycan Torpaq Məcəlləsinin 70.2 və 71.3 maddələri pozulub
• Verilən kompensasiya torpaq və əmlakla əlaqədar bazar qiymətlərinə uyğun deyil
• AMST ASC –dən aldığımız məlumata əsasən Su anbarının sahəsinə düşən yaşayış evlərinin , həyətyanı sahələrin, meyvə ağaclarının və pay torpaqlarının alınması üçün hesablanmış kompensasiyanın cəmi məbləği - 711071,44 man.
• Kənd sakinlərin tərəfindən bizə təqdim etdiyi siyahıya əsasən, 26-nəfər kənd sakininə yalnız evə və ağaclara dəymiş ziyana görə kompensasiya təyin olunub, 2 nəfər şəxsə isə onların adına özəlləşdirilmiş kənd məktəb binasına görə (???) (Məmmədov Ehtibar 4300 man. və Təhməzova Sənəm- 4 800 man) ödənilib. Siyahıya əsasən kompensasiyanın ümumi məbləği - 28.775.000 manat təşkil edir. Təqdim olunmuş siyahiyə əsasən və kənd sakinlərinin qeyd etdiyinə görə eyni sahəyə malik olan evlərə fərqli kompensasiya verilib. Məs: Məmədova Ərkinaza-22.000 man. kompensasiya verilib (deyildiyinə görə bələdiyyə sədrinin qohumudur)
• Torpaq sahələrinin geri alınmasında vətəndaşlara dəyən ziyan Azərbaycan Republikası Nazirlər Kabinetinin 23.07.1998-ci il tarixli 110 saylı qərarı ilə təsdiq edilmiş Əsasnaməyə müvafiq olaraq rayonlar və yarımrayonlar üzrə keyfiyyət qruplarına dörə Kadastır qiymətinə uyğun hesablanıb (bu müddət ərzində isə qiymət 10-15 dəfə artıb)
• Mülkiyyətçilərə məxsus yaşayış evləri, təsərrüfat tikililəri və meyvə ağacları isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 iyun 1999-cu il tarixli 110 saylı qərarı ilə təsdiq edilmiş göstəricilərə görə qiymətləndirilmişdir.
29.03.06-cı il tarixində AMST ASC tərəfindən şikayətçilərə verilmiş cavabda isə bildirilir; Taxtakörpü su anbarı dövlət əhəmiyyətli bir tikinti olduğuna və büdcə vəsaiti ilə tikildiyinə görə sizə dəyən ziyanın bazar qiymətləri ilə ödənilməsi mümkün deyil.
Neftdən gələn gəlirdən isə əhali belə bəhrələnir. Hal hazırda 145 nəfər kənd əhalisi bomj vəziyyətindədir.
Layihənin kordinatoru:
Mirvari Qəhramanlı
Neft gəlirləri yoxsulluğun aradan qaldırılmasına xidmət etmir
MÜƏLLİF:
Mirvari Qəhramanlı
At:
29 sentyabr 15