NHMT - Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatı (NHMT İB) 2018-ci il üzrə İLLİK HESABAT

Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatı (NHMT İB) 2018-ci il üzrə İLLİK HESABAT

Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatı (NHMT İB) 2018-ci il üzrə İLLİK HESABAT

Bakı şəhəri, Yanvar 2019

 

Mündəricat

 

1. Giriş

2. Təşkilatın hüquqi statusu və fəaliyyəti

3. 2018-ci ildə əmək hüquqlarının təlimi və müdafiəsi

4. Neft sektorunda əmək qanunvericiliyinin və digər normativ hüquqi Aktların icra vəziyyəti

5. Beynəlxalq Əmək Təşkilatının Konvensiyalarının pozulması

6. Sosial hüquqlar

7. Neft şirkətlərinin fəaliyyətlərinin ətraf mühitə təsirləri

8. Müsbət məqamlar

9. “Neft ,insan hüquqları və şəffaflıq” Araşdırma yazıları

10. İdarə və müəssisələrdə əmək qanunvericiliyinin pozulma səbəbləri

 

1. Giriş

 

Bu hesabat: Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatı İctimai Birliyi (NHMT İB) ekspertləri tərəfindən, ölkənin neft sektorunda çalışan işçilərin  müraciətləri, şikayət ərizələri, təşkilatın aktiv üzvlərinin verdiyi yoxlanılmış məlumatlar, informasiya sorğularına verilmiş cavablar, mətbuatda dərc olunan məlumatlar, təşkilat üzvlərinin mütəmadi olaraq apardığı monitorinqlər, təşkilat tərəfindən aparılan məhkəmə çəkiş mələri əsasında hazırlamışdı. Bəzi rəsmi rəqəmlər SOCAR və BP saytında yerləşdirilən “Davamlı İnkişaf”üzrə 2017-ci ilin hesabatlarından (2018-ci il üzrə hesabata hələlik yerləşdirilməyib) götürülüb. Hesabatın tərtib olunmasında məqsəd Azərbaycanın neft sektorunda əmək və sosial hüquqlar üzrə qanunvericiliyə nə dərəcədə icra olunduğun mümkün olan dərəcədə qiymətləndirməkdi.

 

Hesabatda ölkənin neft sektorunda qanunvericiliyin icrasındakı problemlər öz əksini tapmış, həmin problemlərin yaranma səbəbləri və həlli üçün rəylər də verilmişdir. Hesabat 2018-ci ili əhatə edir.

 

Qeyd. Hesabat dövrü ərzində:

  • Cənub Qaz Dəhlizi layihəsinin təsirinə məruz qalan Şəmkir rayonu, Qaracəmilli kəndinin bir qrup icma üzvünə hüquqi yardım edilmiş, problem layihəyə kredit ayıram Beynəlxalq Maliyyə İnstitutlarının qarşısında qaldırılmış, Compliance Advisor Ombudsman (CAO) ərizə göndərilmişdir.
  • SOCAR strukturuna daxil olan Azəriqaz tərəfindən əhaliyə tədbiq olunan qeyri-qanuni cərimələrlə əlaqədar hüquqi yardım olunmuş, sosial şəbəkələr vasitəsilə məlumatlandırma, marifləndirmə işləri aparılmışdır.

 

2. Təşkilatın hüquqi statusu və fəaliyyəti

2.1. Təşkilatın missiyası

 

NHMT İB Azərbaycanın enerji sektorunda insan haqlarının qorunması, enerji sektoru ilə bağlı maliyyə axınlarından Azərbaycan cəmiyyətinin xeyrinə istifadə olunması və bu sahədə ictimai nəzarət sisteminin yaradılması uğrunda mübarizə aparır

 

2.2. Təşkilat haqqında məlumat

 

Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatı (NHMT İB) İctimai Birliyi 1996-cı ildə Azərbaycanın neft və qaz sektorunda çalışan insanların hüquqlarının müdafiəsi və ölkənin enerji sektorunda reallaşdırılan layihələr üzərində   vətəndaş cəmiyyətinin nəzarətinin bərqərar olunması məqsədi ilə neft sektorunda çalışan bir qrup mütəxəssis tərəfindən yaradılıb (Bax: www.nhmt–az.org). Yarandığı gündən NHMT İB çoxsaylı bir-biri ilə əlaqəli silsilə layihələr və proqramlar həyata keçirmiş və uğurlar əldə etmişdir. Təşkilatın əsas fəaliyyətləri və fəaliyyət istiqamətləri aşağıdakılardır:

 

 

3. 2018-cı ildə əmək hüquqlarının təlimi, işçilərin müdafiəsi, ictimaiyyətin məlumatlandırılması

 

Hesabat dövrü ərzində Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatı İctimai Birliyi tərəfindən Azərbaycan Respublikasının neft sənayesində çalışan təqribən 1293, digər sahələrdə çalışan 573 nəfər, ümumimilikdə isə 1866 nəfərə yaxın işçiyə və digər şəxslərə: əmək, sosial, iqtisadi və mülki sahədə hüquqi yardım göstərilmişdir. Bir çox hallarda vətəndaşlara hüquqi yardım telefon və internet vasitəsi ilə aparıldığından müraciət edənlərin müəyyən hissəsinin qeydiyyatını aparmaq mümkün olmamışdır. Bunlardan:

 

 

3.1. Məhkəmə çəkişmələri

 

Hesabat dövründə Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatı İctimai Birliyi tərəfindən 46 nəfər işçi və mülkiyyətçilərinin iddiaları ilə əlaqədar məhkəməyə müraciət olunmuş, Apelyasiya və Kasasiya şikayəti verilmiş, İddia, Apelyasiya və Kasasiya şikayətlərinə Etiraz hazırlanmış, 3-cü şəxs kimi iddiaçılara kömək edilmiş, icra orqanlarında yardım göstərilmiş və hüquqları  qorunmuşdur. Hüquqi yardımlar əsasən, işə bərpa, mülkiyyət hüququ, əmək haqqının ödənilməsi, əmək xəsarətinin qeydə alınması, kompensasiyaların verilməsi və sair üzrə olmuşdur.                                     

Hesabatda: Təşkilatın iştirak etdiyi və hüquqi yardım göstərdiyi məhkəmə işləri[i], ayrı -ayrı məhkəmə instansiyaları üzrə göstərilib. Buraya: Rayon və İnzibati, Apellyasiya İnstansiyası, Ali Məhkəmə və icrada olan işlər üzrə nəticələr 4 parametr üzrə göstərilib:

 

  • təmin olunan - 26 iddia
  • qismən təmin olunan - 3 iddia
  • təmin olunmayan -16
  • davam edən məhkəmə işləri - 1

 

Cəmi: 46 iddia

 

İcra edilən məhkəmə qətnamələri: 10 iddia

 

Bütün məhkəmə proseslərinin monitorinqi aparılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin, Azərbaycan Respubliksı Əmək Məcəlləsinini, Məhkəmələr və Hakimlər haqqında Azərbaycan Respublikası Qanununun və digər normativ hüquqi aktların tələblərini pozduqlarına görə 4 hakimdən Məhkəmə Hüquq Şurasına 5 şikayət olunmuşdur.

 

1. Sabunçu Rayon məhkəməsinin Hakimi İmran Burcayevdən - NHMT İB-yi tərəfindən, Arif Qəmbərovun şikayəti ilə əlaqədar.

2. Nərimanov Rayon məhkəməsinin Hakimi Kəmalə Əmirxanovadan - Mülkiyyətçi Camaləddin Ağayevin şikayəti ilə əlaqədar.

3. Bakı Apellyasiya məhkəməsinin Hakimi Etibar Nəbiyevdən - NHMT İB-yi, Ruslan Səfərovun şikayəti ilə əlaqədar

4. Nəsimi Rayon məhkəməsinin Hakimi Emin Mehtiyevdən - NHMT İB-yi, Salyan Oyl və BP - şirkətinin işçişilərinin şikayəti ilə əlaqədar - 2 dəfə

 

Monitorinq zamanı bir daha sübut olundu ki, ölkədə fəaliyyət göstərən Həmkarlar İttifaqı Təşkilatları müstəqil deyil. Belə ki,

 

- Kompleks Qazma Tikinti Trestinin Həmkarlar İttifaqı Təşkilatı (sədr Əzizov Əhmədağa) və Salyan Oyl LTD” Şirkətinin Həmkarlar İttifaqı Təşkilatı (sədr Xudiyev Əliverdi) tərəfindən, ARƏM Maddə 309. (Bu Məcəllənin tələblərinə əməl olunmasına ictimai nəzarət) və Həmkarlar İttifaqı haqqında Azərbaycan Respublikası Qanununun 11-ci maddəsi (Həmkarlar ittifaqları öz üzvlərinin əmək hüquqlarını müdafiə edir) pozularaq məhkəmə prosesi zamanı işçinin yox, işəgötürənin maraqlarından çıxış ediblər.

 

- Salyan Oyl  LTD” Şirkətinin, Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatına və 2 nəfər işçiyə qarşı: “İşgüzar nüfuzuna zərərlə əlaqədar işçilərin hər birinin 15000 manat, NHMT- nin isə 35000 man. Şirkətə təzminat ödəməsiylə bağlı İddia ərizəsində işçilərə və işçi hüququnu qoruyan NHMT qarşı iddiaçı olaraq Həmkarlar Təşkilatı sədri 3-cü şəxs kimi çıxış etmişdi.

 

4. Neft sektorunda əmək qanunvericiliyinin icra vəziyyəti

2013-17-ci illərdə işçilərin sayının dinamikası (SOCAR) cədvəl[ii] 1

 

2013

2014

2015

2016

2017 (01.01.2018)

İşçilərin ümumi sayı

61088

54714

52104

50735

 50 424

Qadın

10928

9732

8941

8532

 8421

Kişi

50160

44982

43163

42203

 42003

Orta aylıq əmək haqqı

839

882

893

968,1

1037,30

İşə qəbul olunmuş işçilər

3655

1304

1639

 1920

 1728

İşdən azad olunan işçilər

5154

2634

7834

1350

 3425

 

Cədvəl 2

Neft hasilatı (mln.ton)

Qaz hasilatı (mln.m.3)

il

SOCAR(ƏŞ ilə birlikdə)

Azərbaycan

il

SOCAR

Azərbaycan

2012

8289

43389.8

2012

 6924.6

 26908.8

2013

8314.9

 43483.0

2013

 7140.1

 29456

2014

8320.4

42022.7

2014

 7222.8

 29617

2015

8160.5

41586.8

2015

 6871.4

 28977

2016

7522,4

41034.5

2016

 6266,8

 29367,4

2017

7427.1 .

38688,9

2017

 6089

 28597,9

2018

7542

38814

2018

 6525

 29367,1

 

4.1. Azərbaycan Respublikasının Əmək Məcəlləsi (ARƏM) və digər normativ hüquqi aktlar

 

ARƏM maddə 211 (Əməyin mühafizəsinin normativ hüquqi tənzimlənməsi)

 

Müşahidə olunmuşdur:

 

SOCAR bəzi  idarə və müəssisələrində (Neft Daşları NQÇİ, 28 May adına NQÇİ, Tağıyev adına NQÇİ, Neft Emalı zavodunda və s.). Təşkilata daxil olan müraciətlərdə qeyd olunub ki, zərərli işdə çalışan işçilərin pulsuz müalicə-profilaktik yeməklər, süd və ona bərabər tutulan məhsullarla təmin olunmasında problemlər mövcuddur. Belə ki, İşçilər yalnız südlə təmin olunsalar da bu daimi xarakter daşımır.

 

ARƏM maddə 21. 3. (Müəssisələrdə siyasi partiyaların, dini qurumların fəaliyyətinə yol verilmir)

 

Müşahidə olunmuşdur:

 

SOCAR strukturuna daxil olan idarə və müəssisələrdə.İdarələrin əksəriyyətində iqtidar partiyası olan “Yeni Azərbaycan” partiyasının özəyi var.

Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında Azərbaycan Respublikasının Qanunu (SOCAR)

 

ARƏM maddə 7.2.1. (işə qəbul, işdə irəli çəkilmək, peşə hazırlığını artırmaq, yeni ixtisasa yiyələnmək və ixtisasını artırmaq zamanı, işin keyfiyyətini qiymətləndirərkən, işdən azad edərkən cinsindən asılı olmayaraq, işçilərə eyni yanaşmaq və bərabər imkanlar yaratmaq). Müşahidələr göstərir ki, (cədvəl 3, 4) SOCAR-da çalışan qadınların sayı əvvəlki illərlə müqayisədə azalmış, kişilərin sayı isə artmışdır. Bu ümumi azalma isə sahələr üzrə qadınların sayının artması görüntüsü yaradır. Onu da qeyd edim ki,SOCAR-da çalışan on yüksək vəzifəli işçidən yalnız biri, BP-də isə 16 yüksək vəzifəli şəxsdən isə 2-si qadındır. BP-nin Azərbaycanda yüksək vəzifə tutan yerli işçilərinin sayı 2017-ci ildə 343 nəfər olub.[iii]. Onların təxminən 19%-i qadınlardır ki, əksəriyyəti quru və dəniz əməliyyatlarında, insan resursları və maliyyə sahələrində çalışır.

 

SOCAR işçilərinin cinslərə bölünməklə sayı, Cədvəl 3

          

2014                                       

2015 

2016

2017

  Kişi

44982

43163

42200

42003

 Qadın

9732 

8941 

8532

8421

Cəmi

54714

52104

50732

50424

 

SOCAR üzrə işçilərin kateqoriyalara və cinslərə bölünməklə sayı, Cədvəl 4

 

2014

2015

2016

2017

Rəhbər:

Kişi

Qadın

5981

5461

520

6045

5522

524

7012

6348

664

6240

5443

525

Texniki işçilər:

Kişi

Qadın

468

21

258

303

15

298

352

20

332

278

16

262

Mütəxəsis:

Kişi

Qadın

9398

6123

3275

7012

6217

3486

9930

6231

3699

9411

6159

3252

Fəhlə:

Kişi

Qadın

35077

30598

4479

35042

31409

4633

35420

32383

5037

34765

30385

4382

 

ARƏM maddə 45.4. pozulması. (Əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu halda,əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır.

 

Müşahidə olunub:

 

ARDNŞ-də və onun tərkibinə daxil olan əksər idarə və müəssisələrdə, eyni zamanda bu sahədə fəaliyyət göstərən: “Qarasu” ƏŞ, “Salyan Oyl”, SOCAR AQŞ müşahidə olunub. SOCAR və əksər xarici neft şirkətlərində işçilərlə müddətli əmək müqaviləsi bağlanılır. Müqavilələr çox hallarda işçinin iradəsinin əleyhinə və ya təzyiqlər yolu ilə həyata keçirilir, bu da işçinin rahatlıqla işdən azad olunmasına imkan yaradır. Azərbaycanın neft sənayesində ən böyük hüquq pozuntusu olan bu proses işçilərlə bağlanmış müddətli əmək müqaviləsinin 1, 2, 3, 6 ay və ən çoxu 1 il müddətinə bağlanması hələ də davam edir. Bunun nəticəsində hər yüzlərlə insan öz iş yerini itirir. SOCAR prezidenti cənab R.Abdullayev bu faktı təkzib etməyə çalışsa da (www.youtube.com/watch?v=AcAsbr5JLis). Şirkətin illik hesabatlarında şirkət prezidentinin söylədiklərinin əksi yazılır.

 

ARƏM Maddə 16 (diskriminasiyaya yol verilməsi) Hasilat sənayesində diskriminasiyanın əsas səbəblərində biri qohumbazlıqdır, xüsusən bu işə qəbul, əmək haqqının ödənilməsi və əmək müqaviləsinin ləğv olunması zamanı özünü göstərir. Bunun nəticəsində də çoxlu sayda işçi diskriminasiyaya məruz qalır. Bəzən işçilərin siyasi baxışlarına görə də təqib olunması müşahidə olunur. Müxalifət partiyasının üzvülüyündə olan şəxslərin peşəkarlıq və ixtisas dərəcəsindən asılı olaraq nəinki yüksək vəzifə hətta kiçik və orta rəis vəzifələrinə belə irəli çəkilməsi qeyri-mümkündür. İşə qəbulla əlaqədar tərtib olunmuş anketlərdə işçinin hansı siyasi partiyanın üzvü olması barədə xüsusi bənd var. Yerli işçilərə qarşı diskrinimasiya neft layihələrində iştirak edən bəzi xarici şirkətlərdə də müşahidə olunur.

 

Müşahidə olunub:

 

ARDNŞ-nin bütün idarə və müəssisələrində (Kompleks Qazma Trestində, Nəqliyyat İdarəsində və sair), KSA Doytaq, NOV Azərbaycan, EnerMeck şirkətində, “Schlumberger Overseas SA” şirkətində, “Karasu Opertinq Compani, Salyan Oyl Əməliyyat şirkətində və s.

Məs: KSA Deutag-Toğrul Axundov, Nov Azərbyacan şirkətindən Samir Heydərov, Kompleks Qazma Trestindən Arif Qəmbərov və sair işçilərə qarşı əmək münasibətlərində diskriminasiya hallarına yol verilmişdir.

 

ARƏM 217 (İşəgötürən istehsalatda baş verən bədbəxt hadisələrin ağırlıq dərəcəsindən asılı olmayaraq, hadisənin təhqiqatının aparılması üçün dərhal həmin hadisə baş verən günü əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarəti həyata keçirən orqana məlumat verməyə borcludur.) və 239-cu maddələrinin, İstehsalatda baş vermiş bədbəxt hadisələrin icbari sığortası haqqında AR Qanununun, AR Nazirlər Kabinetinin 27 saylı qərarının pozulması və bədbəxt hadisələrin qeydə alınmaması və kompensasiyaların ödənilməməsi.

 

Müşahidə olunub:

 

EnerMeck şirkəti, BP Eksploreyşn (Kaspian Si) Limited Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi, ARDNŞ-nin Nəqliyyat İdarəsi, Neft Daşları NQÇİ, Kompleks Qazma Trestində, AZFEN MM BP Eksploreyşn (Kaspian Si) Limited Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin işçisi Əli Cavanşirov istehsalatda baş vermiş zədə ilə əlaqədar müayinə və müalicə olunmuş, ona döş hissəsinin fəqərəarası disklərinin zədələnməsi, sağ tərəfli radiokulopatiya ilə yırtıq diaqnozu qoyulsa da, bu istehsalatda baş vermiş bədbəxt hadisə kimi qeydə alınmamışdır. Və nəticədə əmək qanunvericiliyinin tələbləri pozulmuşdur. İşçinin dəfələrlə etdiyi müraciətlərə baxmayaraq müəssisə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin nəzdində Dövlət Əmək Müfəttişliyi Xidmətinə də baş vermiş bədbəxt hadisə barədə məlumat verməmiş və hadisənin təhqiqatı aparılmaqla İZ (İstehsalat Zədəsi) formalı Akt verilməmişdir.

 

ARƏM 97, 98, 99, 159, 164, 165-ci maddələrinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 avqust 2002-ci il tarixli 137 saylı “Əmək şəraiti ağır və zərərli olan işlərdə və iqlim şəraitinə görə işləmək üçün əlverişli olmayan iş yerlərində çalışan işçilərin əmək haqqının yüksək məbləğdə ödənilməsini təmin edən artımların (əmsalların) məbləğinin minimum miqdarının müəyyən edilməsi haqqında” Qərarı üzrə: (normadan artıq işə görə, gecə vaxtına görə, dəniz və susuzluq əmsalına görə əmək haqqının ödənilməməsi):

 

Müşahidə olunub:

 

“Schlumberger Overseas SA” və “Schlumberger logelco İnc” şirkətində .Belə ki,bu şirkətlərdə çalışan 25 nəfər neftçinin məhkəmə prosesi uzun müddətdir ki, davam edir. “Franks İnternational” LTD Şirkətinin Azərbaycan Respublikasındakı Filialında işləyən 13 nəfər işçi, Kameron Petrolium Eqvimpent Qrup İnk. Şirkətinin Azərbaycan Respublikasındakı Filialından 20 nəfər işçi bu sahədə hüquqlarının pozulması ilə əlaqədar Təşkilata müraciət etmiş və hüquqi yardım göstərilmişdir.

 

ARƏM 74, 94 və 171-ci maddələrinin tələblərinin pozulması “Natamam iş vaxtına görə əmək haqqının ödənilməsi)

 

Müşahidə olunub:

 

SOCAR-n “Azneft” İstehsalat Birliyinin, Nəriman Nərimanovadına NQÇİ-də. Təşkilata müraciət edən Nəhmətova Leyla Akif qızışikayət edərək bildirmişdir ki,çilingər peşəsində işləyir, himayəsində 2 azyaşlı övladı var, böyük qızı Əliyeva Ayla epillyasiya xəstəliyindən, kiçik qızı Əliyeva Dəniz isə autizm xəstəliyindən əziyyət çəkir. Övladlarımın xəstəlikləri barədə tibbi sənədləri Nəriman Nərimanovadına NQÇİ-yə təqdim etmişdir. Lakin ona Əmək Məcəlləsində nəzərdə tutulan güzəştlər tədbiq olunmayıb.

 

ARƏM 72 .f (iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi), 70-ci maddəsinin (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə) pozulması

 

Müşahidə olunub:

 

Şirvan Oyl” Əməliyyat Şirkətində İşəgötürən qeyd olunan qanunvericiliyi pozaraq 3 işçisi (Dadaşov Elxan-iş icraçısı, Qasımov İsrail-çilingər və Məmmədov Nurlan-qaynaqçı) ilə bağlanmış əmək əmək müqaviləsini ləğv edib.  

                                                    

Nazirlər  Kabinetinin 2003-cü il 9 yanvar tarixli 3 nömrəli qərarının 3.5-ci maddəsinin pozulması

 

Müşahidə olunub: SOCAR 28 May adına NQÇİ–də. Belə ki,1976-cı ildən neft sahəsində əmək fəaliyyəti ilə məşğul olan Rüstəmov Şakir Maqamed oğlu 1995-ci ildən “28 May” Neft və Qazçıxarma İdarəsində “Tornaçı” peşəsində işləmiş, Əmək funksiyalarını yerinə yetirərkən bədbəxt hadisə nəticəsində əmək xəsarəti almış və 2003-cü ildən Xəzər Rayon Zona Tibbi Sosial Ekspert Komissiyasının qərarına əsasən 2-ci qrup əmək əlil olmaqla, əmək qabliyyətini 80 faiz itirmişdir. İşçiyə Əmək xəsarəti aldığı dövrdə qüvvədə olan Azərbaycan qanuna əsasən, “İstehsalatda əmək xəsarəti ilə əlaqədar ödənilən zərərə görə aylıq ödənclərin miqdarı qanunvericiliklə müəyyən olunmuş qaydada təqsirkar müəssisədə işçilərin minimum əmək haqqı və yaxud tarif (vəzifə) maaşlarının kütləvi artımı zamanı qanunvericiliklə müəyyən olunmuş qaydada təshih(düzəliş) edilir və ödənilir. Bu halda aylıq ödənclərin miqdarının hesablanmasında götürülən orta əmək haqqı, zərərçəkənin həmin təqsirkar müəssisədə işlədiyi peşə (vəzifə) üzrə tarif maaşının kütləvi artımdan sonra iki aylıq faktiki orta əmək haqqı hesabından müəyyən edilir və göstərilən artım günündən başlayaraq ödənilir” normativ hüquqi aktı qanuni tədbiq olunmamışdır.

 

ARƏM 78.1. maddəsinin (işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşəsinin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə saxlanılır. İşçinin peşəkarlıq səviyyəsini işəgötürən müəyyən edir.) və 70. maddəsinin(İşəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsasları pozulması)

 

Müşahidə olunub:

 

BP Eksploreyşn (Kaspian Si) Limited  Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin işçisi Əli Cavanşirovla bağlanmış əmək müqaviləsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin tələbləri pozulmaqla qanuni əsaslar olmadan ləğv edilmişdir. Ə.Cavanşirov düşünür ki, BP Eksploreyşn (Kaspian Si) Limited  Şirkəti ondan aşağı göstəricilər göstərmiş və peşəkarlıq səviyyəsi dəfələrlə aşağı olan işçiləri işdə saxlayaraq, onu ixtisara salmışdır.

 

ARƏM  12-ci maddəsinin: (əmək müqaviləsinin şərtlərinə və onlarda nəzərdə tutulan öhdəliklərə əməl etmək; b) bəndinə əsasən bu Məcəllənin və əmək qanunvericiliyinə dair digər normativ hüquqi aktların tələblərini yerinə yetirmək İşəgötürənin əsas vəzifələrindən biridir), 43-cü maddəsinin: (Əmək müqaviləsi bağlanarkən, həmçinin əmək münasibətlərinə xitam verilənədək bu Məcəllə ilə işçilər üçün müəyyən edilmiş hüquq və təminatların səviyyəsi azaldıla bilməz: 4-cü hissəsinə əsasən, bu Məcəllədə başqa hal nəzərdə tutulmayıbsa, əmək müqaviləsinin şərtləri birtərəfli qaydada dəyişdirilə bilməz)

 

164-cü maddəsinin: (istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü görülən işə görə əməkhaqqı aşağıdakı kimi ödənilir: əməyin vaxtamuzd ödənilmə sistemində gündəlik tarif maaşının iki mislindən aşağı olmamaqla əməyin işəmuzd ödənilmə sistemində ikiqat işəmuzd qiymətlərindən aşağı olmamaqla; aylıq maaş alan işçilərə iş aylıq iş vaxtı norması çərçivəsində görülmüşsə, maaşdan əlavə gündəlik vəzifə maaşı məbləğindən aşağı olmamaqla, əgər iş aylıq iş vaxtı normasından artıq vaxtda görülmüşsə, maaşdan əlavə gündəlik vəzifə maaşının ikiqat məbləğindən aşağı olmamaqla. İstirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü işləmiş işçinin arzusu ilə ona əməkhaqqı əvəzinə başqa istirahət günü verilə bilər) 65-ci maddəsinin: (işçilərə iş vaxtından artıq vaxt ərzində görülən işin hər saatı üçün əmək haqqı aşağıdakı kimi ödənilir: əməyin vaxtamuzd ödənilmə sistemində saatlıq tarif (vəzifə) maaşının ikiqat məbləğindən aşağı olmamaqla; əməyin işəmuzd ödənilmə sistemində işəmuzd əmək haqqı tam ödənilməklə müvafiq dərəcəli (ixtisaslı) vaxtamuzd işçinin saatlıq tarif (vəzifə) maaşından aşağı olmamaqla əlavə haqq məbləğində. Əmək müqaviləsində, kollektiv müqavilədə iş vaxtından artıq vaxt ərzində görülən işə görə işçilərə daha yüksək məbləğdə əlavə haqqın ödənilməsi nəzərdə tutula bilər. İş vaxtından artıq işlərin əlavə istirahət günü ilə əvəz edilməsinə yol verilmir), 96-cı maddəsinin: (qeydiyyat (uçot) dövründə iş vaxtının müddəti qanunvericiliklə müəyyən olunmuş iş saatlarının sayından çox olmamaq şərti ilə iş vaxtının cəmlənmiş uçotu tətbiq edilə bilər. Bu halda qeydiyyat (uçot) dövrü bir ildən artıq, gündəlik işin (növbənin) müddəti isə 12 saatdan çox ola bilməz. İş vaxtının cəmlənmiş uçotunun tətbiqi qaydası kollektiv müqavilə ilə, müəssisədə iş vaxtının rejimini müəyyən edən qaydalarla və ya əmək müqaviləsi ilə tənzim edilir. Hər il dekabr ayının sonunadək növbəti il üçün normal iş vaxtı üzrə istehsalat təqvimi və iş vaxtının normasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir), 54-cü maddəsinin, 172-ci  maddəsinin tələbləri pozulması.

 

Müşahidə olunmuşdur:

 

Kameron Petrolium Eqvimpent Qrup İnk. Şirkətinin Azərbaycan Respublikasındakı Filialı tərəfindən işçilərin aşağıdakı hüquqları pozulur: Azərbaycan Respublikasının vətəndaşları olan 20-dək işçi, Əmək müqaviləsi bağlamaqla Kameron Petrolium Eqvimpent Qrup İnk. Şirkətinin  Azərbaycan Respublikasındakı Filialında uzun müddətdir ki, işləyirlər. Kameron Petrolium Eqvimpent Qrup İnk. Şirkətinin Azərbaycan Respublikasındakı Filialı tərəfindən işçilərə şifahi olaraq bildirilmişdir ki, 2018-ci ilin avqust ayında  onların əmək müqaviləsinə əlavə və ya dəyişiklik ediləcək.Bu dəyişikliyə əsasən, işçilər qeyd olunan tarixdən sonra əvvəlllər olduğu kimi növbə üsulu ilə işləməyəcək və normadan artıq işlədikləri artıq saatlara görə  əlavə əmək haqqı hər kvartalda yığılan 3 aylıq iş vaxtına görə hesablanacaq. Yəni, normadan artıq işə görə əlavə əmək haqqı hər aya görə deyil, hər rübə görə ödəniləcək. Əgər hər hansı bir işçinin rübün əvvəlki 2 ayında normadan artıq işə görə əmək haqqı olsa belə, bu ödənişlər 3-cü ayın sonunda 3-cü ay da nəzərə alınmaqla əvəzləşdirilməklə, ödənilməyə bilər.

 

Nazirlər Kabinetinin 25.01.2008 tarixli, 14 saylı qərarının 6-cı bəndini pozulması (dəniz bloklarında çalışan işçilərə ezamiyyə əvəzi olan 15 man məbləğində pulun ödənilməsi)

 

Müşahidə olunmuşdur:

 

Azneft İB-nin tərkibinə daxil olan 28 May və Neft Daşları NQÇİ-nin dəniz platformalarında həmin ezamiyyə əvəzi olan vəsait işçinin özünə vermir(qərarda yazılıb işçinin özünə) Həmin  vəsaitə SOCAR tərəfindən işçilərin qidalanması üçün verilən 3man. 80 qəpik məbləğində pul də əlavə edib birbaşa Xəzəriaşənin hesabına köçürülür. Məs: 28 may NQÇİ-yə məxsus 14 blokda eyni vaxtda bir gündə təqribən 1000-ə qədər işçi olur. Bu işçilərin blokda yeməklə təmin olunması üçün Xəzəriaşənin hesabına hər gün üçün adam başı 18man. 90 qəpik köçürdülür (yedin, ya yemədin, yaxud az yedin, fərq eləmir). Bu halda şirkət Xəzariaşənin hesabına 15 gün üçün 283.500 man. pul köçürdür.

 

ARƏM maddə 103 (İstirahət və nahar üçün fasilə)

 

Müşahidə olunmuşdur:

 

Azneft İB-nin Nərimanov adına NQÇi-də. Belə ki:

İşçilərin Əmək müqavilələrinə əlavələrə əsasən onların iş vaxtı saat: 09.00-dan-axşam saat 21.00-a kimidir. Qeyd olunan müddətin 1 saatı, 13.00-dan 14.00-a kimi nahar fasiləsi olmaqla istirahət vaxtıdır, pul ödənilmir.

İşçlər fasiləsiz fəaliyyət göstərən dizel və digər avadanlıqlarla işləyirlər ki, bu avadanlıqlar da fasiləsiz işləməlidirlər. Yəni, qeyd olunan 1 saat ərzində, nahar vaxtı üçün onlara fasilə verilmir, iş yerində qalmağa məcburdurlar, Əmək Məcəlləsinə əsasən, işçilər həmin saatda dincəlməli və nahar etməlidirlər, bu əsasdan da bu saata görə əmək haqqı ödənilmir, lakin işçilər həmin saatda işlədiklərindən onların bu saata görə pulları ödənilməlidir.

İşçilərin iş vaxtı saat: 09.00-dan-axşam saat 21.00-a kimidir. Lakin yuxarıda qeyd olunduğu kimi, onlar fasiləsiz fəaliyyət göstərən dizel və digər avadanlıqlarla işləyirlər, onları əvəz edən digər işçilər olmadığı üçün, iş vaxtı qurtardıqdan sonra da onlar əlavə olaraq 3-5 saat işləyirlər, lakin bu saatlara görə də onlara pul ödənilmir.

 

ARƏM maddə 4  (Bu Məcəllənin tətbiq edildiyi iş yerləri)maddə 43.3. (Əmək müqaviləsinin məzmunu), maddə 48 (Əmək müqaviləsi bağlanarkən işçinin təqdim etdiyi sənədlər) 88.1. (İşçiyə arayışların, xasiyyətnamənin verilməsi və onların başqa yerlərə göndərilməsi şərtləri), 16.1. (1. Əmək münasibətlərində vətəndaşlığına, cinsinə, irqinə, dininə, milliyyətinə, dilinə, yaşayış yerinə, əmlak vəziyyətinə, ictimai-sosial mənşəyinə, yaşına, ailə vəziyyətinə, əqidəsinə, siyasi baxışlarına, həmkarlar ittifaqlarına və ya başqa ictimai birliklərə mənsubiyyətinə, qulluq mövqeyinə, həmçinin işçinin işgüzar keyfiyyətləri, peşəkarlıq səriştəsi, əməyinin nəticələri ilə bağlı olmayan digər amillərə görə işçilər arasında hər hansı ayrı-seçkiliyə yol verilməsi, həmin amillər zəminində bilavasitə və ya dolayısı ilə imtiyazların və güzəştlərin müəyyən edilməsi, habelə hüquqlarının məhdudlaşdırılması qəti qadağandır) pozulması

 

Müşahidə olunmuşdur:

 

SOCAR- tərəfindən işə qəbulla əlaqədar hazırladığı qaydalar yuxarıda qeyd olunan normativ hüquqi aktlara ziddir. Belə ki, hər bir müəssisə, idarə və Təşkilat işə qəbul zaman Əmək Məcəlləsində qeyd olunan sənədlərdən artıq sənəd tələb edə bilməz, hətta bu daxili qaydalarda da təsbit olunsa belə, daxili qaydalar Əmək Məcəlləsinin tələblərindən yuxarı ola bilməz. Belə ki, Əmək Məcəlləsinin 43.3-cü maddəsinə əsasən, Əmək müqaviləsi bağlanarkən, həmçinin əmək münasibətlərinə xitam verilənədək bu Məcəllə ilə işçilər üçün müəyyən edilmiş hüquq və təminatların səviyyəsi azaldıla bilməz. SOCAR-da işə qəbul zamanı ərizəçidən əvvəlki iş yerindən “Müsbət xasiyyətnamə” tələb olunur və əvvəlki iş yerindən müsbət xasiyyətnamə təqdim etməyən işçi müsabiqə və müsahibəyə buraxılmır.

 

Eyni zamanda, İşçinin hər hansı bir xəta nəticəsində bir və 2 dəfə əmək intizamını pozması ona müsbət xasiyyətnamə verilməsini istisna etmir, verilməməsi isə qərəzli ola bilər və bunun nəticəsində, məsələn, neftçi 30-40 il işlədiyi sahədə işləyə bilməz. Bu isə onun əmək və ya işləmək hüquqlarının məhdudlaşdırılmasıdır.  20-40 il işləmiş və məsələn 1 gün işə gəlməmiş işçi işdən azad olunursa, bu onun pis işçi, qeyri peşəkar və ya mənfi xasiyyətnamə verilməsi üçün əsas deyildir.

Nəzərə almaq lazımdır ki, işçi əmək intizamını pozarsa intizam tənbehi alır və bunun qüvvədə olma müddəti ən çoxu 6 aydır, eyni zamanda işçi bir xətaya görə bir dəfə intizam tənbehi alırsa, həmin xətanın əvəzini ödəmiş olur, əgər həqiqətən yaxşı işçidirsə və peşəkardırsa və bir dəfə cəzalandırılbsa, ona mənfi xasiyyəthamənin verilməsi 2-ci dəfə, dəfələrlə və ya ömürlük cəzalandırılması olur. Halbuki, Əmək Məcəlləsinin 189.1-ci maddəsinə əsasən,  bir intizam xətasına görə yalnız bir intizam tənbehi verilir. Bir dəfə törədilən bir intizam xətasına görə eyni zamanda bir neçə intizam tənbehi verilə bilməz.

Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinə əsasən əmək fərdi və ictimai rifahın əsasıdır. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır.

 

Vətəndaşların müraciətləri haqqında Azərbaycan Respublikasının Qanunu. Maddə 7.13.

 

Vətəndaşların müraciətlərini aidiyyəti üzrə baxılmaq üçün qanunazidd hərəkətindən (hərəkətsizliyindən) şikayət edilən müraciətə baxan subyektə və ya onun vəzifəli şəxslərinə göndərmək qadağandır.

Müşahidə olunub: SOCAR vəzifəli şəxsindən olunan şikayətlər birbaşa rəhbərliyə göndərildiyi üçün,ərizə yazan işçiyə sonradan təzyiqlər olunur.

 

ARƏM maddə 207, 215, 217, 218, 219, 220, , 222, 223, 239-cu (İstehsalatda baş verən bədbəxt hadisələrin araşdırılması və uçota alınması qaydaları, Sağlam və təhlükəsiz əməyin mühafizəsi şəraitinin təmin edilməsi, İşəgötürən tərəfindən işçilər üçün təhlükəsiz iş şəraiti yaradılmaması, sağlamlığa dəymiş ziyanın ödənilməməsi Əməyin mühafizəsi normalarının pozulması nəticəsində işçinin səhhətinə vurulan zərərə görə, yaxud onun həlak olması ilə əlaqədar maddi məsuliyyət) və “İstehsalatda baş vermiş bədbəxt hadisələrin icbari sığortası haqqında AR Qanununun”, AR Nazirlər Kabinetinin 27 saylı qərarının pozulması.

 

İşçilərin təhlükəsiz və sağlam şəraitdə işləmək hüququ Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsində, Azərbaycan Respublikasının Əmək Məcəlləsində, Avropa Sosial Xartiyasının təsdiq edilməsi barədə Azərbaycan Respublikası Qanununda, Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarlarında və digər normativ hüquq aktlarla təsbit edilir. Lakin işçilər üçün sağlam iş şəraitinin yaradılmaması, qoruyucu vasitələrlə təmin olunmaması, zərərli iş şəraitində çalışan işçilərin vaxtlı vaxtında süd və süd məhsulları ilə təmin olunmaması nəticəsində iş yerlərində çoxlu sayda işçi xəsarət alır, həlak olur və sağlamlıqlarını itirirlər. (bax. cədvəl 5,6,7)

 

2019-cu ilin yanvar ayında Neft Daşlarının 2 saylı mədəninin yeni təmir olunmuş 1926 saylı meydançasında yeni istifadəyə verilmiş 50 atm-lik yüksək təzyiqli qaz xətti partlayıb yanğın baş verib.
Xəsarət alan olmayıb, Yanğın söndürülüb. Yanğının səbəbi isə qaz xəttinin çəkilişində təzə boru əvəzində işlənmiş boruların istifadə olunması olub.

 

https://www.facebook.com/nhmt.ib/videos/1652284524917356/

 

2019-cu il Yanvarın 18-də SOCAR strukturuna daxil olan Neft Daşları NQÇİ-nin 2-ci mədəninin 1645 saylı meydançasına gedən yol uçub dənizə düşüb. Belə ki, meydança 4-5 il əvvəl təmir olunsa da meydançaya gedən yol təmir olunmamışdı. Təşkilata daxil olan məlumata görə estakada uçanda təzə çəkilmiş (köhnə borulardan) xətləri də qırıb özü ilə dənizə apardığı üçün 7 quyu bağlanıb. Nəticədə gündəlik 40-70 ton neft itgisi olub. Dənizə ekoloji ziyan da dəyib. Borularda olan təqribən 80 tona yaxın neft dənizə axıb.

  

2010-2018-cı il ərzində ölkənin hasilat sənayesində həlak olan işçilərin sayı. Həlak olanların 80%-i SOCAR işçiləridir  

Qeyd: 2018-ci ildə ölüm hadisəsi yalnız SOCAR-da müşahidə olunmuşdur.

 

cədvəl 5

İllər

2010

2011

2012

2013

2014

2015

2016

2017

2018

Say

10

23

13

6

19

37

22

8

4

 

Cədvəl 6

Müəssisənin adı

Tarix

Həlak olanın adı,soyadı

1

SOCAR Neftqaztikinti Tresti,6 saylı Tikinti Quraşdırma Bölümü

03.04.2018

Ramazanov Faiz Səlim oğlu

2

SOCAR,Qaz İxracı İdarəsi,Abşeron Magistral Qaz Kəmərləri İdarəsi

01.06.2018

Abbasov Ramin Qabil oğlu

3

SOCAR Azneft İB,Tağıyev adına NQÇİ

02.09.2018

Əliyev Əsəd Şamayıl oğlu

4

SOCAR Nəqliyyat İdarəsinin 3 saylı Texnoloji Nəqliyyar Departamenti

14.08.2018

Qoşayev Duman Alı oğlu

 

2018-ci ildə neft sənayesində 19 nəfər işçi iş yerində xəsarət almışdır. Onlardan bir nəfər qeydə alınmayıb. İstehsalatda baş verən bədbəxt hadisələrin əksəriyyəti müəyyən səbəblərdən (işəgötürən tərəfindən edilən təzyiqlər, hədə qorxu, işçilərin hüquqi savadlarının az olması və gələcək nəticələri barədə məlumatsız olması və sair) ictimaiyyətdən və dövlət orqanlarından gizlədilməklə qeydə alınmır. Bu da işçinin bir müddət sonra əmək qabiliyyətinin itirməsi, bəzən isə əlilliklə nəticələnir. Bəzi hallarda peşə xəstəliyinə tutulmuş və bunun nəticəsində əlil olmuş işçilər kompensasiyalarını ala bilmirlər.

 

Cədvəl 7

S/s

Müəssisənin adı

Hadisənin baş verdiyi tarix

Zərərçəkənin adı,soyadı,atasının adı

 qeyd

1.

SOCAR,Azneft İB,Neft Daşları NQÇİ

 10.02.18

Bayramov Kamil Famil oğlu

 

2

Apşeron ƏŞ,Azərbaycandakı filialı

16.02.2018
  

İsmayılov İzzət Canəli oğlu

 

3

BP Eksploreyşn (Kaspian Si) Limited Şirkəti

04.04.2018

Cavanşirov Əli

Qeydə alınmayıb

4

Neftçala ƏŞ

 19.02.18

 Sadıqov Mirkazım Əziz oğlu

 

5

SOCAR,Nəqliyyat İdarəsi,4 saylı Texnoloji Nəqliyyat Departament

25.02.2018

Fərmanov Şamo Məmmədrza oğlu

 

6

SOCAR Kompleks Qazma İşləri Tresti

09.06.2018

İbrahimov Əliqardaş İsmayıl oğlu

 

7

Azəriqaz İB,Təmir Tikinti İdarəsi

13.03.18

Bayramov Natiq Fərəməz oğlu

 

8

SOCAR Kompleks Qazma İşləri Trest

07.04.18

Əhmədov Asif Babaş oğlu

 

9.

SOCAR H.Əliyev adına Neft Emalı zavodu

16.04.18

Məmmədov Mehman Abbas oğlu

 

10

SOCAR Kompleks Qazma İşləri Trest

23.04.2018

Camalov Rəhman Pəbir oğlu

 

11

SOCAR Neftqaztikinti trestinin 4 saylı Tikinti quraşdırma bölümü

06.05.2018

Mirələmov Adil Suanverdi oğlu

 

12

Binəqədi Oyl Kompani

06.08.2018

Muradov Şahin Əli oğlu

 

13

SOCAR H.Əliyev adına Neft Emalı zavodu

18.08.2018

Əliyev Rasim Bəbəş oğlu

 

14

SOCAR Azneft İB,Ə.Əmirov adına NQÇİ

11.10.2018

Süleymanov Elçin Əsgər oğlu

 

15

SOCAR,Geofizika və geologiya İdarəsi

13.02.18

Ələkbərzadə İmran Qalamirzə oğlu

 

16

Karasu   Operating Compani

13.07.2018

Mürşüdov Kamil Bayram oğlu

 

17

Azəriqaz İb Təmir Tikinti İdarəsi

24.10.2018

Sadıqov Səbuhu Ələsgər oğlu

 

18

SOCAR Azneft İB,Dalğıc xidməti

04.12.2018

Xasiyev Cavid Yusif oğlu

 

 

Ölüm hadisələrinin, işçilərin iş yerlərində xəsarət almalarının əsas səbəblərindən biri də, hidrotexniki qurğuların zamanında təmir olunmaması (yaxud sadəcə pul silinməsi), dəniz obyektlərində əlahiddə özüllərin pis vəziyyətdə olmasıdır.

 

5. Beynəlxalq Əmək Təşkilatının Konvensiyalarının pozulması:

5.1. Birləşmək haqqında 98 saylı Konvensiyasının pozulması

 

Beynəlxalq Əmək Təşkilatının Birləşmək haqqında 98 saylı Konvensiyasına və Həmkarlar İttifaqları Haqqında Azərbaycan Respublikası Qanununa əsasən işçilər, pensiyaçılar, təhsil alan şəxslər heç bir fərq qoyulmadan öz istəkləri ilə, qabaqcadan icazə almadan könüllü surətdə həmkarlar ittifaqları yaratmaq, habelə öz qanuni mənafelərini, əmək, sosial, iqtisadi hüquqlarını müdafiə etmək üçün həmkarlar ittifaqlarına daxil olmaq və həmkarlar ittifaqı fəaliyyəti ilə məşğul olmaq hüququna malikdirlər.[1] Həmkarlar İttifaqları Haqqında Azərbaycan Respublikası Qanununa əsasən 7 nəfərdən ibarət işçilər Həmkarlar Təşkilatını yarada bilərlər. Azərbaycanda fəaliyyət göstərən müəssisələrin 90 faizindən çoxunda, o cümlədən də Azəri–Çıraq–Günəşli(AÇG) yataqlarının tammiqyaslı işlənməsi üzrə operataor təşkilat olan BP Azərbaycan şirkətinin tərəfdaşlarının əksəriyyətində Həmkarlar Təşkilatı fəaliyyət göstərmir.

 

Hasilatın Pay Bölgüsü Sazişində iştirak edən Xarici neft şirkətlərində iki səbəbdən həmkarlar təşkilatı yaratmaq mümkün deyil:

  • İşçilər mövcud həmkarlar təşkilatına etibar etmir
  • İşəgötürənlər şirkətlərdə həmkarlar təşkilatının yaranmasının əleyhinədir və bu prosesi ciddi nəzarət altında saxlayırlar

 

5.2. Əmək və məşğulluq sahəsində ayrı-seçkilik haqqında Konvensiya (№111)

 

Ölkədə fəaliyyət göstərən xarici neft şirkətlərində əmək və məşğulluq sahəsində diskriminasiya halları mövcuddur ki, bu özünü həm əmək haqqının ödənilməsində (xarici vətəndaşların əmək haqqı ilə yerli işçilərin əmək haqqı arasında kəskin fərq var) həm də yüksək vəzifələrdə (rəhbər səviyyəsində) yerli işçilərin azlıq təşkil etməsində özünü büruzə verir. Məs: BP Azərbaycan şirkətinin rəhbərliyinin 16 vəzifəli şəxsindən yalnız 5-i azərbaycanlıdır

 

2013-2017-ci ildə SOCAR-ın əməyin mühafizəsi xərcləri

 

cədvəl 8

Əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə xərclər (min.man)

    2013

      2014

      2015

2016

2017

Əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə, o cümlədən:

32069

22789

21665

22 018

19903

Əmək şəraitinin yaxşılaşdırılması üzrə nomenklatur tədbirlərə

22340

16481

15956

14 367

15166

Xüsusi geyim, xüsusi ayaqqabı və digər fərdi mühafizə vasitələrinə

 8001

4625

3964

6 401

3537

Süd təchizatına

1312

1216

1332

1 042

907,7

Digər xərclərə

417

467

413

208

292,3

 

Qeyd: İşəgötürənin yuxarıda qeyd olunan hüquq pozuntularına məruz qalmış insanlara NHMT hüquqşünası tərəfindən hüquqi yardımlar olunmuşdur.

 

5. İşçilərin sosial problemləri

 

SOCAR öz sosial xərclərinə heç vaxt aydınlıq gətirmir. Belə ki, 2017-ci il maliyyə hesabatında SOCAR sosial xərcləri 125 milyon göstərsə də, İllik hesabatında açıqlama aşağıdakı kimi izah edilir:

Yardımın əhatə dairəsi

Məbləğ min.man. (2017)

idman

 10 473 003                     

Maliyyə Assosiyaları və həmkarlar təşkilatları

2  508 172                        

Təhsil

4  292 677                           

Mədəniyyət və incəsənət

2 104 826                                     

Səhiyyə

12252                                

Fərdlərə göstərilən maddi yardımlar

568929

Cəmi

19 959 859

 

6.1. İçməli su ilə təminat

 

- 28 May, Neft Daşları NQÇİ-nin bəzi yataqxanalarındakı otaqlarada olan hamamxanalara (hər otağa aid hamamxana var) isti su elektrik qızdırıcılarında (Ariston qurğusunda) qızdırılaraq verilir. İşçilər tərəfindən verilən məlumata görə həmin su qızdırıcıların əksəriyyəti tez tez sıradan çıxır. İşçilər qeyd edirlər ki, soyuq havada əl-üz yumaq, dişləri təmizləmək, üz qırxmaq, çimmək əsl problemə çevrilib. Onu da qeyd edim ki, yataqxanalara verilən su (o cümlədən Ariston qurğusun), OSMOS (dəniz suyunu təmizləyib istifadə üçün yararlı hala salan aparat) qurğusunda təmizlənib yenidən istifadəyə verilən dəniz suyudur. Ariston qurğusunun OSMOS suyundan sıradan çıxması da güman olunsa da, bu rəsmi versiya deyil.

 

- Neft Daşlarından çalışan işçilər içməli suyun tərkibindən narazılıq edirlər. İçməli su gəmi ilə platformalara gətirilir və xüsusi çənlərdə saxlanılır. Çənlər vaxtaşırı təmizlənmir.

 

6.2. İş şəraiti

 

İşçilərin təhlükəsiz və sağlam şəraitdə işləmək hüququ Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsində, Azərbaycan Respublikasının Əmək Məcəlləsində, Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarlarında və digər normativ hüquq aktlarla təsbit edilir. 
Aneft İB strukturuna daxil olan NQÇİ-in dəniz özüllərində çalışan işçilərin iş şəraiti pis vəziyyətdədir:

  • İşçilər hər dəfə işə gedəndə bir həftəlik çörək və ərzaq alıb aparırır. Apardıqları çörək 5 gündən sonra xarab olur (rəhbərlik onlara təklif edir ki, özüldə çörəyi özünüz bişirin ! ?) o cümlədən də ərzaq da korlanır.
  • Budkalar (işçilərin istirahəti üçün nəzərdə tutulmuş yer) sovet vaxtından qalmadır. İşçilər dəmirdən qaynaq vasitəsilə istifadələri üçün hamam və tualet yığıblar.

 

 

6.3. Dənizdə fəaliyyət göstərən Neft Daşları NQÇİ-də işçilər yeməyin və çörəyin keyfiyyətsiz və bahalı olmasından şikayət edirlər. İşçilər yaşayan yataqxanada mətbəx olduğu halda həmin mətbəxlər bağlanmış, işçilər “Xəzəriaşə” MMC-ə məxsus yeməkxanadan istifadə etməyə məcbur edilir. Təşkilatımıza daxil olan məlumata görə, Dekabrın 18-də Azneft İB, 28 May adına NQÇİ-nin 8 saylı DDÖ(Dərin Dəniz Özülündə) çalışan işçilərin kütləvi zəhərlənməsi baş verib. Zəhərlənmə 20-ə yaxın işçidə müşahidə olunub.

Oktyabr ayında Xəzəriaşəyə məxsus çörək sexində bişirilən çörəyin içindən qurd çıxmışdı.

 

6.4. İşçilərin mənzillə təminatı

 

- SOCAR üzrə hal-hazırda 3328 nəfər işçi mənzil növbəsindədir. Dövlət Neft Şirkəti öz işçiləri üçün kooperativ binalar tikir, məqsəd bu olub ki, evsiz neftçilər güzəştli şərtlərlə mənzillə təmin edilsin. Lakin təşkilatımıza daxil olan şikayət ərizələrini araşdırarkən məlum olub ki: (www.meydan.tv/az/site/news/19250/) neftçilər aldadılıblar. Yəni mənzillərin real sahəsi müqavilədə göstərilən sahədən azdır. Tikinti şirkəti mənzillərin ödəniləcək sahəsinə, eyvanın, divarların oturacaqlarının, blokun, hətta liftin sahəsini də əlavə edib. Məs: mənzillərə Neftçi MTK-tərəfindən verilən sənəddə sahəsi 100 kv-m kimi göstərilən mənzil özəlləşdirilərkən ƏMDK-nin təqdim etdiyi sənəddə məlum olur ki, həmin mənzil 75 kv-metrdir (25 m2. fərq) Demək olar ki, bütün mənzillərə verilən sənədlərdə 20-25kv.m. fərq var. Bu isə Əmlak Məsələri Üzrə Dövlət Komitəsinin (ƏMDK) mütəxəssisləri tərəfindən mənzillər ölçülən zaman məlum olub, və həmin qurum tərəfindən verilən çıxarışda(kupçada) göstərilib. Qeyri yaşayış sahəsinə görə neftçidən ödəniş tələbi isə ölkənin Mənzil Məcəlləsinin və Mülki Məcəllənin tələblərinə ziddir. Qeyd olunan problemlərlə əlaqədar NHMT tərəfindən SOCAR vitse prezident cənab Bədəl Bədəlova məktubla müraciət etsə də, şirkət rəsmisi məktuba cavab verməmişdir. Problemlər isə davam edir.

 

6.5. Nəqliyyatla təminat

 

Xəzərdə suyun çəkilməsi və farvaterdə olan dərinliklərin gəmilərin suya oturumuna uyğun olmadığı üçün 21.09.2018-ci il tarixindən “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) “Azneft” İB-nə xidmət göstərən sərnişin gəmiləri “Damba” körpüsünə yan ala bilmirlər. Suyun çəkilməsi nəticəsində sərnişin gəmilərinin “Damba” körpüsündə saya oturmaması üçün hazırda körpü ətrafında dibdərinləşdirmə işləri həyata keçirilir. Dibdərinləşdirmə işləri yekunlaşdıqdan sonra yenidən sərnişin gəmiləri vasitəsilə Damba-Çilov, Damba-Neft Daşları, Çilov-Damba və Neft Daşları-Damba səfərləri davam etdiriləcək. Hazırda isə adı çəkilən istiqamətlər üzrə səfərlər müvəqqəti olaraq Dübəndi körpüsündən həyata keçirilir. Qeyd olunanarla əlaqədar neftçilər 6 aydır ki, böyük çətinliklərlə işə gedib gəlirlər. Belə ki, bir az külək olanda, gəmilər Dübəndidən də işləmir. İşçilər böyük məsafəni yenidən evə qayıtmalı olur. İşəgötürənlər problemi aradan qaldırmaq üçün alternativ variant

 

7. Neft şirkətlərinin ətraf mühitə təsirləri

 

NHMT ekspertlərinin “Neft layihələrinin ətraf sosial mühitə təsiri” ilə əlaqədar risqə məruz qalan ərazilərdə apardığ monitorinq və qiymətləndirmələr (nhmt-az.org/frontend/pages/oil-income-inner.php?id=147) təsdiq edir ki, hasilat zamanı ətraf mühit ciddi təsirlərə məruz qalır. Bu zaman həm ölkə qanunvericiliyi, həm də ölkənin qoşulduğu müxtəlif Konvensiyyalar pozulur. Təşkilatın sosial şəbəkələrdə Ekologiya və Təbii Sərvətlər Nazirliyinə yönləndilən mövcud problemlər (SOCAR Neft Emalı zavodunun ətraf mühitə vurduğu ziyan):

 

07 noyabr 2018-ci il tarixində Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Neft Emalı Zavodundan havaya atılmalar ilə bağlı daxil olan məlumat əsasında Nazirliyin əməkdaşları tərəfindən yerində monitorinq keçirilib, atmosfer havasından nümunələr götürülüb və araşdırma aparılıb.

 

Araşdırma zamanı Neft Emalı Zavodunun 3 saylı istehsalat sahəsinin 31 nömrəli Katalitik Riforminq qurğusunun sobasında texnoloji prosesin pozulması nəticəsində atmosferə atılmalar qeydə alınıb.

 07 noyabr 2018-ci il tarixində Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Neft  Emalı Zavodundan havaya atılmalarla bağlı daxil olan məlumat (məlumat NHMT tərəfindən verilib)əsasında ətraf ərazidən götürülən nümunələrin üzərində aparılan analizlərin nəticələri məlum olub. Nəticələrə görə qaz birləşmələrinin sanitar normadan artıq olduğu müəyyən edilib.

Faktla bağlı Neft Emalı Zavodunun hüquqi şəxs qismində  məsuliyyətə cəlb edilməsi üçün sənədlər məhkəməyə göndərilib. Zavodun 3 saylı istehsalat sahəsinin 31 nömrəli Katalitik Riforminq qurğusunun sobasında texnoloji prosesin pozulması nəticəsində atmosferə zərərli atılmalara görə isə cavabdeh olan sahə rəisi Fərhad Fiqarov barəsində protokol tərtib edilib və o, vəzifəli şəxs qismində İnzibati Xətalar Məcəlləsinə əsasən 4000 manat məbləğində cərimə olunub. 

Baş vermiş qəzanın səbəblərinin araşdırılması, gələcəkdə belə hallara yol verilməməsi, eləcə də texnoloji prosesin pozulmasında təqsirli olan digər şəxslərin müəyyənləşdirilib məsuliyyətə cəlb edilmələri üçün Neft  Emalı Zavoduna icrası məcburi olan “məcburi göstəriş” verilib.

İnzibati qaydada cərimə tətbiq olunmuşdur

 

 S/N

 Müəssisənin adı

Cərimənin miqdarı

İXM maddəsi

Tarixi

1

“SOCAR”-ın H.Əliyev adına NEZ

2500

233.1

16.02.2018

2

“SOCAR”-ın H.Əliyev adına NEZ sahə rəisi

3500

237.2

17.05.2018

3

“SOCAR”-ın H.Əliyev adına NEZ 2 saylı istehsalat rəisi

3500

237.2

17.05.2018

5.

Xəzər Dəniz Nəqliyyat Donanması

4000

233.1, 264.0.1, 239

21.09.2018

6.

Bakı Beynəlxalq Dəniz Ticarət limanı

2500

239,  264.0.1

21.09.2018

7.

“SOCAR”-ın H.Əliyev adına NEZ

3500

233.1

21.09.2018

8.

“SOCAR”-ın H.Əliyev adına NEZ

3500

233.1

19.11.2018

 

Məhkəmə iddiası qaldırılmışdır

S/N

 Müəssisələrin adı

İXM maddəsi

Protokolun nömrəsi

Tarixi

1

“SOCAR”-ın H.Əliyev adına NEZ

233.1

MN  0300092

07.11.2018

2

“SOCAR”-ın H.Əliyev adına NEZ

233.1, 237.2, 264.0.1

MN  0299784

12.05.2018

 

Ətraf mühiti çirkləndirdiklərinə görə aşağıda qeyd olunan müəssisələrə icrası məcburi olan “Məcburi göstərişlər” tətbiq olunmuşdur

     

S/N

Müəssisə

Sferası

1.

"SOCAR"-ın Nəqliyyat İdarəsinə

Tullantı

2.

"SOCAR"-ın Kompleks Qazma işləri tresti

Tullantı

3.

"SOCAR"-ın Neft kəmərləri  İdarəsinə

Tullantı

4.

"SOCAR"-ın Neft qaz tikinti tresti

Tullantı

5.

"SOCAR"-ınQaz ixrac idarəsi

Tullantı

6.

"SOCAR"-ın qaz emalı Zavodu

Tullantı

7.

"SOCAR"-ın Kapital Qoyuluşları İdarəsi

Tullantı

8.

"Suraxanı Oil Comp" Arzu Sarıbalayev

Tullantı

9.

"AzGerneft" MMC baş direktoru Çingiz İsayev

Çirkab su

10.

"Bahar enerji Operaiting Company"

Çirkab su

11.

Azneft İB H.Z.Tağıyev Adına NQÇİ

Tullantı

12.

Aneft İB Siyəzən neft

Tullantı

13.

"Şirvan - Operating  Company"

Tullantı

14.

Abşeron Neft NQÇ

Lay Suyu

15.

Azneft İB

Tulluntı

16.

Azneft İB Ə.Əmirov Adına NQÇİ

Lay Suyu

17.

Azneft İB N.Nərimanov Adına NQÇİ

Tulluntı

18.

H.Əliyev adına NEZ E.İsmayılov

Hava

19.

"SOCAR"-ın Dəniz Nəqliyyat Donanması Çingiz Cəfərov

Tullantı

20.

"Neftçala Operatinq  Company" LTD

Tullantı

21.

"SALYAN Oyl Limited"  San Lianjanga

Tullantı

 

8. “Neft,insan hüquqları və şəffaflıq” Araşdırma yazıları:

8.1. SOCAR strukturuna daxil olan Azəriqaz İB-nin (qazpaylayıcı) əhalinin (istehlakçı) qazla təminatında olan problemlərin araşdırılması Azəriqaz tərəfindən “Qaz təchizatı haqqında” Azərbaycan respublikasının qanununu, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı qərarının bir neçə maddəsi pozulur. Bundan əlavə 16 dekabr 2017-ci ildə SOCAR vitse prezidenti Rəhman Qurbanovun təsdiq etdiyi “Sayğacla ölçülməyən qaz həcmlərinin hesabatının aparılmasına dair; Metodiki tövsiyyələrə əsasən Azəriqaz tərəfindən hazırlanmış qaydaların 4-cü bəndindəki qeyri qanuni düzəliş (SOCAR tövsiyyələrinin 1.4.1 bəndində abonentə cərimə tətbiq olunarkən dəymiş ziyanın 90 gün ərzində sərf olunan qaz həcmi miqdarında nəzərdə tutulur, Ə.Hacıyev tərəfindən hazırlanan qaydalarda, bu 180 günlə əvəz olunub) nəticəsində abonentlərə tədbiq olunan cərimə ikiqat artırılıb. Daha ətraflı;

http://nhmt-az.org/frontend/pages/actual-inner.php?id=152

 

8.2. “Azərbaycanın ixrac boru kəmərlərinin fəaliyyətində və neft tranzitinin nəqlində şəffaflıq məsələlərininin araşdırılmasına dair” HESABAT

Boruların statistikasına dair Azərbaycanda maraqlı bir hadisə 2016-cı ilin aprelində baş verib.

Bu tarixə qədər Dövlət Gömrük Komitəsi özünün aylıq “Xarici ticarətin vəziyyəti haqqında arayış” hesabatlarında hər bir ixrac boru kəməri üzrə SAYĞAC göstəriciləri əsasında REAL ixrac həcmlərini ictimaiyyətə açıqlayardı. Buna görə fikir yürütmək olardı ki, hasil edilmiş və tranzitlə keçən karbohidrogenlər nə qədər olmuş və orta dünya qiymətləri əsasında nə qədər ölkə qazanc əldə etmək imkanına malikdir. Yəni təqribi də olsa hesablama aparmaq imkanı vardı ortada...

Ümumiyyətlə Dövlət Gömrük Komitəsinin “Bəyan edilmiş həcmlər və qiymətlər “ reallığı əks etdirmir

Daha ətraflı aşağıdakı linkdə:

http://nhmt-az.org/frontend/pages/oil-income-inner.php?id=160

 

8.3. Dövlət büdcəsi və Neft Fondu arasında münasibətlərin effektivliyinin qiymətləndirilməsi

 

Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) vəsaitlərinin strukturunu izləmək ictimaiyyət üçün problem deyil. İl ərzində daxil olan vəsaitlərin həcmi, daxilolma mənbələri, xərclərinin həcmi, onun dövlət büdcəsinə ayrılan hissəsi, ARDNF-nin birbaşa öz xəttilə xərcləmlərinin həcmi ictimaiyyət üçün açıq məlumatlardır. Lakin bəzi suallara sonadək cavab tapmaq çətindir. Məsələn, Fonddan dövlət büdcəsinə transferlərin ayrılması niyə məqsədli deyil və konkret proqram və tədbirlərin maliyyələşdirilməsinə yönəldilmir? Ayrılan vəsaitlərin effektivliyini və nəticəliliyini qiymətləndirmək üçün mexanizmlər mövcuddurmu? ARDNF-dən dövlət büdcəsinə vəsaitin ayrılması, köçürmələrin məbləğinin müəyyən olunması ilə bağlı hüquqi müddəa və normalar varmı? Daha ətraflı aşağıdakı linkdə:

http://nhmt-az.org/frontend/pages/oil-income-inner.php?id=162

 

8.4. Azərbaycan Respublikasının Enerji sektorunda islahatlara dair Təkliflər

http://nhmt-az.org/frontend/pages/actual-inner.php?id=151

 

9. Monitorinq zamanı müşahidə olunan müsbət hal

 

- BP-Azerbaijan" şirkətində İşçi işlədikdən sonra məzuniyyətinə hər sonrakı ilə 1 gün artırılır, ancaq bu müddət 5 günlə məhdudlaşır. Hamilə qadınlarla bağlı xüsusi paket mövcuddur: 6 ay tam əmək haqqı alırlar. Şirkət işçiləri təhsillə bağlı, ev şəraitinin yaxşılaşdırılması ilə əlaqədar kredit götürə bilər və bunun ödənməsində şirkət müəyyən yük faizlərini özərinə götürə bilir ("işçinin ixtisas dərəcəsinə müvafiq" - BP Global üzrə işçinin dəyəri 11 ballıq şkala üzrə qiymətləndirilir.

 

-BP-nin “OpenTalk” (açıq söhbət) qlobal yardım xətti həm əməkdaşların, həm də üçüncü tərəflərin narahatlıq doğuran məsələləri qaldırması üçün məxfi vasitədir. Müstəqil bir şirkət tərəfindən idarə olunan bu yardım xətti həftənin hər günü, gündüz və gecə istənilən vaxt işləyir və 75-dən artıq dildə zəngləri qəbul edir. “OpenTalk” vasitəsilə qaldırılan məsələlər qiymətləndirilmənin aparılması və müvafiq olduqda, tədbirlərin görülməsi üçün təqdim edilir. 2017-ci ildə Azərbaycanda, Gürcüstanda və Türkiyədə baş vermiş hadisələrlə bağlı “OpenTalk” yardım xəttinə 55 müraciət olunub.

 

-2011-ci ilin avqust ayından etibarən ARDNŞ-də rüşvətlə işə qəbul (rəhbər vəzifələr istisna olunmaqla, bu vəzifələrə təyinatda hələ də vəzifə səlahiyyətindən istifadə, qohumbazlıq müşahidə olunur) olunmalar azalmışdır. Buna səbəb ARDNŞ-nin nəzdində İnsan Resursları Departamentinin yaradılmasıdır. Bununla da ARDNŞ və onun tabeçiliyindəki bütün strukturlarda insan resurslarının idarə edilməsi prosesləri vahid siyasət əsasında həyata keçirilir. Vətəndaşlar ARDNŞ-ə işə qəbul prosesi və qaydaları barədə, habelə şirkətdə ixtisas və peşələrə uyğun açılan vakansiyalar haqqında məlumatı ARDNŞ-nin veb-səhifəsinin (www.socar.az) vakansiyalar bölməsindən ala bilər. Qurum Vətəndaş Cəmiyyəti ilə əməkdaşlıq edir.

 

10. İdarə və müəssisələrdə əmək qanunveiciliyinin pozulma səbəbləri

 

- İşçilərin öz hüquq və vəzifələrini kifayət qədər bilməməsi və işəgötürənlərin bundan istifadəsi

- Əmək qanunvericiliyini pozan vəzifəli şəxslərin maddi, intizam, inzibati və cinayət məsuliyyətə cəlb olunmaması

- İşçilərin əmək hüquqları sahəsində maarifləndirilməməsi

- İdarə və müəssisələrdə əmək qanunvericiliyinin icrasına dövlət nəzarətini həyata keçirən Dövlət Əmək Müfəttişliyi Xidmətinin öz vəzifə səlahiyyətlərini həyata keçirtməklə, İşəgötürənləri inzibati məsuliyyətə cəlb etməməsi(Azərbaycan Respublikasının Əmək Məcəlləs Maddə 15)

- Əmək qanunvericiliyinin icrasına ictimai nəzarət etməli olan (ARƏM maddə 309) Həmkarlar Təşkilatlarının işəgötürəndən asılı olması

 

Belə ki, İşçilərin Əmək hüquqularının qorunmasında Həmkalar ittifaqlarının rolu yox dərəcəsindədir.

Ölkədə mövcud olan Həmkarlar İttifaqı Təşkilatları müstəqil deyil, işçilərin əmək hüquqlarını deyil, İşəgötürənin mənafeyindən çıxış edir, demək olar ki, işəgötürənin qeyri rəsmi strukturuna çevrilib (nhmt-az.org/frontend/pages/human-rights-inner.php?id=133)

 

Bəzi xarici şirkətlər istisna olmaqla demək olar ki, bütün müəssisələrdə Həmkarlar ittifaqları mövcuddur və iradəsindən asılı olmayaraq bütün işçilər Həmkarlar İttifaqlarının üzvü hesab edilir. Həmkarlar ittifqları üzvülüyinddən imtina edən işçilər isə daim təzyiq altında olur. Həmkarlar ittifaqları saxlanması üçün işcilərin əmək haqqından 1-2% məcburi üzvülük haqqı tutulur.

Bir çox hallarda HT-nın işəgötürənlə birlikdə tərtib olunmuş Əmr-Qərarlar, Kollektiv Müqaviləyə daxil olunmuş bəndlər işçinin ziyanına olur. Məs:

 

- ARDNŞ və Azərbaycan Neft və Qaz Sənayesi işçilərinin Həmkarlar İttifaqı Respublika Komitəsinin 22 aprel 2009-cu il tarixli 57/06-19-ə nömrəli Əmr-Qərarın 4-cü bəndinə edilən dəyişiklik Azərbaycan Respublikasının Konstitusiyasına, Əmək Məcəlləsinə və digər normativ hüquqlara ziddir (http://nhmt-az.org/frontend/pages/actual-inner.php?id=121)

 

- Salyan Oyl  LTD” şirkətinin HT-nın razılığı ilə hazırlanmış Kollektiv Müqavilənin 7.4. bəndi (Təqaüd yaşına çatmış işçilər işdən azad olunsun) ölkənin Əmək qanunvericiliyi və Konstitutsiyasına ziddir.

 

Həmkarlar İttifaqı haqqında Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən, Həmkarlar ittifaqları öz üzvlərinin əmək hüquqlarını müdafiə edir. Lakin bəzi məhkəmə prosesləri bunun əksini sübut edir. Məs:

 

- Kompleks Qazma Tikinti Trestinin işçisi Arif Qəmbərovun işəgötürənə qarşı iddiasına məhkəmə baxışı zamanı Hİ Təşkilatını sədr müavini işəgötürən tərəfindən çıxış edib.

 

- “Salyan Oyl LTD” Şirkətinin həmkarlar Təşkilatının sədri 4 nəfər işçinin mülki iş üzrə cavabdeh, “Salyan Oyl  LTD”  Şirkətinə qarşı: “Əmək müqaviləsinə xitam verilməsi barədə Əmrin ləğv edilməsi, işə bərpa, məcburi işburaxmaya görə əmək haqqının, maddi və mənəvi ziyanın əvəzinin ödənilməsi barədə” İddia ərizəsi üzrə məhkəmə prosesində də hüquqlarını qorumalı olduğu işçiləri deyil, qanunları pozmaqla onları işdən azad etmiş İşəgötürəni müdafiə edir.

 

Əmək qanunvericiliyinə dəyişik və əlavələr edilərkən bu sahədə fəaliyyət göstərən QHT–rin təkliflərinin nəzərə alınmaması.


[1] nhmt-az.org/frontend/pages/human-rights-inner.php?id=133


[i] Qeyd: Burada olan məhkəmə işlərinin ümumi sayı, ayrı-ayrı məhkəmə instansiyalarında olan məhkəmə işlərinin sayından azdır. Belə ki, elə məhkəmə işləri və ya işçilər və mülkiyyətçilər vardır ki, onların işləri 1 və ya 2 məhkəmə instansiyasında, eləcədə 3-4 məhkəmə instansiyasında və ya icra mərhələsində də yardım göstərilib. Hesabatda olan işlər üzrə elə işçilər vardır ki, bir işçiyə ayrı-ayrı iddia tələbləri üzrə 2 və 3 məhkəmə işlərində hüquqi yardım göstərilib.

 

Məsələn: Arif Qəmbərova müxtəlif iddia tələbləri üzrə 3 iş üzrə Rayon, Apellyasiya və Ali məhkəmədə, Aslan Aslanova müxtəlif iddia tələbləri üzrə 3 iş üzrə, Zəkayət Zeynalova və Mehmarə Əhmədovaya müxtəlif iddia tələbləri üzrə 2 iş üzrə Rayon və Apellyasiya məhkəmələrində, Camələddin Ağayev 2 iş üzrə Rayon və Apellyasiya məhkəmələrində və sair şəxslərə hüquqi yardımlar göstərilir.

 

Eyni zamanda elə məhkəmə işləri var ki, əvvəlki hesabatlarda da göstərilib, bunun da əsas səbəbi ondan ibarətdir ki, bu gün məhkəmələrdə mülki işlərə qanunla nəzərdə tutulan qaydada 1-3 ay müddətində baxılıb qərar qəbul edilməli olduğu halda, 1-5 il müddətinə baxılıb qərar qəbul edilməyən məhkəmə işləri də vardır. Hesabatda elə işlər var də ki, bu işlər məhkəmə süründürməçiliyinə görə 1-5 il müddətində baxılıb.

 

Məsələn, “Schlumberger Overseas SA” şirkətinə, “Schlumberger logelco İnc” şirkətinə, “SOCAR-AQŞ” şirkətinə, “Azərsu” SC və sair məhkəmə işləri. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 172-ci maddəsinə əsasən, Ərizə məhkəməyə daxil olduğu vaxtdan sonra 3 aydan gec olmayan müddətdə işə baxılmalı və həmin işin həllinə dair qətnamə və ya qərar da çıxarılmalıdır. İşə bərpa, aliment tutulması, dövlət orqanlarının, ictimai birliklərin, vəzifəli şəxslərin qərarlarının, hərəkətlərinin (və ya hərəkətsizliklərinin) düzgün olmaması barədə işlərə 1 ay müddətində baxılır və həll edilir.

 

[ii]  Cədvəl 1,2,3,4,8-də qeyd olunan rəqəmlər SOCAR-n 2017-ci il üzrə Davamlı İnkişaf hesabatından götürülüb.

[iii] BP şirkətinin 2017-ci il üzrə Azərbaycanda Davamlı İnkişaf üzrə hesabatından götürülüb.