NHMT - Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatı İB 2023-cü il üzrə İllik Hesabat

Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatı İB 2023-cü il üzrə İllik Hesabat

Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatı İB 2023-cü il üzrə İllik Hesabat

 

Mündəricat

 

1. Giriş

2. Qiymətləndirmə

3. Monitorinq

3.1.Neft sektorunda əmək qanunvericiliyinin və digər normativ hüquqi Aktların icra vəziyyəti

3.2.Hasilat sənayesində fəaliyyət göstərən şirkətlərin ətraf mühitə təsiri

4. Hüquqi yardım

4.1. Marifləndirmə məlumatlandırma

4.2. Məhkəmə vasitəsilə hüquqi yardım

 

Yanvar 2024 – ci il

 

1. Giriş

 

Hesabat Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatı İctimai Birliyi (NHMT İB) ekspertləri tərəfindən aparılan monitorinq, qiymətləndirmələr, ölkənin neft sektorunda çalışan işçilərin müraciətləri, şikayət ərizələri, təşkilatın aktiv üzvlərinin verdiyi yoxlanılmış məlumatlar, informasiya sorğularına verilmiş cavablar, mətbuatda dərc olunan məlumatlar, təşkilat tərəfindən aparılan məhkəmə çəkişmələri və s. əsasında hazırlanmışdır. Hesabat 2023-ci ili əhatə edir.

 

2Qiymətləndirmə

 

2.1. Təbii resurs hasilatının bölgələr üçün hansı sosial-iqtisadi üstünlükləri var? Gədəbəy, Daşkəsən və Siyəzən rayonlarının timsalında araşdırma

 

Araşdırma obyekti kimi seçilmiş rayonlardan Siyəzəndə neft və qaz, Daşkəsən və Gədəbəydə isə qiymətli metallar, daşlar və əlvan metal hasilatı mövcuddur. 2021-ci ilin nəticələrinə görə  rayonlar üzrə təbii resurs hasilatı üzrə göstəricilər aşağıdakı kimi olmuşdur:

Daha ətraflı: https://nhmt-az.org/frontend/pages/oil-income-inner.php?id=201

 

2.2. Qurudakı neft yataqlarında nə baş verir: Əməliyyat şirkətlərində mübhəm qapalılıq

Açıqlanan məlumatlar açıqlanasının 10 faizi qədər deyilsə...

Qurudakı yataqların ƏŞ-lər tərəfindən istismarının nə qədər səmərəli olduğunu əlimizdə olan bir məlumatla qiymətləndirməyə çalışaq. Belə ki, SOCAR tərəfindən açıqlanan rəsmi məlumata əsasən 2021-ci ilin 6 ayında şirkətə məxsus Azneft İB-nin istismar etdiyi quru yataqlarından 173,8 min tondan artıq neft, 51,6 milyon kubmetrdən çox qaz hasil olunub. Həmin dövrdə Birgə Müəssisə və Əməliyyat Şirkətlərinin balansındakı quru yataqlarından isə 122,8 min ton neft, təxminən 45,6 milyon kubmetr qaz çıxarılıb. Daha ətraflı:

https://nhmt-az.org/frontend/pages/oil-income-inner.php?id=191

 

2.3. Azərbaycanda dövlət maliyyə sistemində şəffaflığın durumu: mövcud vəziyyət, problemlər və həll yolları

Azərbaycanda dövlət idarəçiliyində şəffaflıq və hesabatlılıqla bağlı tələblər müxtəlif hüquqi aktlar vasitəsilə tənzimlənir. Məsələn, dövlət büdcəsinin şəffaflığı ilə bağlı hüquqi normalar “Büdcə sistemi haqqında” Qanunla  tənzimlənir.Şəffaflıq tələblərinin mövcudluğu nöqteyi-nəzərindən analiz etdikdə 2 yerdə şəffaflıq sözünə rast gəlmək olur. Qanunda (19.1-ci maddə) bildirilir ki, dövlət xəzinədarlığı dövlət maliyyəsindən istifadə sahəsində şəffaflığı təmin etmək məqsədi ilə dövlət büdcəsindən maliyyələşən bütün idarə, müəssisə və təşkilatlar üzrə maliyyə əməliyyatlarının müvafiq uçot qaydalarına uyğun uçotunu aparır. Dövlət borcu və dövlət zəmanəti ilə bağlı proseslərin qanunvericiliklə müəyyən edilmiş qaydada şəffaflığının təmin edilməsi də adıçəkilən qanunun (25.6-ci maddə) tələbləri sırasındadır.

Daha ətraflı: https://nhmt-az.org/frontend/pages/human-rights-inner.php?id=202

 

2.4. Azərbaycanda resurslara əsaslanan iqtisadi sistemin biznes mühitinə və siyasi azadlıqlıqlara təsirinin qiymətləndirilməsi

 Artıq 2000-ci illərin başlanğıcından etibarən ölkəyə neft-qaz gəlirlərinin axını başladı. 2000-2022-ci illərdə Neft Fondu vasitəsilə hökumətin mənfəət firmasında qazancı 185 milyard dollara yaxın olub. Əlavə olaraq, təxminən 50 milyard dollar isə Dövlət Neft Şirkəti və xarici neft şirkətləri vasitəsilə dövlət büdcəsinə ödənilən vergilər formasında hökumətin gəliri olub. Dövlət Neft Şirkəti vasitəsilə dövlət sektorunun qazanclarını da nəzərə alsaq, son 20 ildə Azərbaycan dövlətinin neft-qaz gəlirlərinin məbləği 250 milyard dolları ötüb.

Daha ətraflı: https://nhmt-az.org/frontend/pages/human-rights-inner.php?id=199

 

2.5. “Yaşıl şəhər” konsepsiyalarında nəqliyyat sisteminin elektrikləşdirmə hədəfləri   Qlobal trendlər və Azərbaycanda mövcud durum

Azərbaycanda bu cür strategiya hazırlamağa ehtiyacı olan şəhərlərin sayı çox məhddudur və bəlkə də indiki şəraitdə böyük Bakı coğrafiyasının (Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu) timsalında yalnız paytaxt Bakı şəhəri üçün bu mövzu aktuallıq kəsb edir. Bakı isə Avropa Şurasına üzv olan ölkələrin paytaxtları içərisində seçkili idarəetməyə malik olmayan yeganə şəhərdir. Təbii ki, inzibati və maliyyə muxtariyyəti, kollegial və iştirakçı idarəetməsi olmayan bir şəhər üçün anoloji strateji yanaşmanın işlənib hazırlanması və reallaşdırılması mümkünsüzdür.

Daha ətraflı: https://nhmt-az.org/frontend/pages/human-rights-inner.php?id=198

 

2.6.Azərbaycanda iqlim dəyişmələrinin təsirlərinin gender dinamikası

Tədqiqatlara görə, uzun müddət davam edən quraqlıq təkcə su qıtlığı və ərzaq təhlükəsizliyi kimi problemləri deyil, həm də yanğın riskinin artmasına, münaqişələrin yaranmasına, miqrasiyasının sürətlənməsinə, səhiyyə xidmətlərinə çıxışın məhdudlaşdırılmasına və yoxsulluğun artmasına səbəb olur. Bu baxımdan iqlim dəyişmələrinin Azərbaycanın da yarımquraq ərazilərində yaratdığı fəsadlar yerli əhalinin rifahı və sağlamlığı üçün ciddi təhlükə yaradır. Su ehtiyatlarının azalması nəticəsində isə ən çox təsirə məruz qalan təbəqə qadınların və uşaqların olması qaçınılmazdır. Yaranmış böhranı daha aydın izah etmək üçün ölkənin iqtisadi və ekoloji sahələrinin gender təhlilində qadınların mövqeyinə nəzər yetirək.

Daha ətraflı: https://nhmt-az.org/frontend/pages/human-rights-inner.php?id=197

 

2.7. İqlim dəyişikliyilə mübarizədə binalar üçün enerji səmərəliliyi və bərpa olunan enerji təşəbbüsləri. Qlobal trendlər və Azərbayacanda mövcud durum

Hazırda dünyanın müxəlif dövlətlərində həm milli hökumətlər, həm də şəhərlər səviyyəsində enerji səmərəliliyi və enerjiyə qənaət 2030-cu ilə qədər enerji istehlakını azaltmaq üçün əsas yollardan biri olaraq qəbul edilir. Ən böyük qənaət potensialı binalarda mövcuddur. Böyüməkdə olan şəhərlərdə yeni binalar minimum enerji istifadəsi standartlarına əməl edən ən son texnologiya ilə layihələndirilə bilər. Müəyyən edilmiş şəhərlərdə mövcud bina fondunun modernləşdirilməsi daha çətindir. Əksər inkişaf etmiş ölkələrin binalarda aşağı enerji istifadəsinə nail olmaq üçün iddialı hədəfləri olsa da və artıq məcburi bina enerji səmərəliliyi kodları mövcud olsa da, bir çox inkişaf etməkdə olan ölkələrdə bu belə deyil. Bunlar tez-tez enerji səmərəliliyi variantları haqqında məlumat və bilik çatışmazlığından, tikinti qaydaları və standartlarının zəif icrasından və siyasətlərin həyata keçirilməsində və həyata keçirilməsində milli və yerli hökumətlər arasında  yğunsuzluqdan əziyyət çəkirlər.

Daha ətraflı: https://nhmt-az.org/frontend/pages/human-rights-inner.php?id=192

Hazırlanmış tədqiqat yazıları: Energetika Nazirliyinə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinə, İqtisadi İnkişaf Nazirliyinə, Azərbaycan Neft Fonduna, SOCAR, Ölkədə fəaliyyət göstərən diplomatik korpuslara QHT koalisiyaları, sosial şəbəkələrdə yayılmış,Təşkilatın saytında(nhmt-az.org) və Tvitter hesabında yerləşdirilmişdir.    

 

Hesabat dövrü ərzində saytın ümumi ziyarətçi sayı: 10762, ümumi səhifə baxışı sayı: 15088

         

3. Monitorinq

 

3.1. Neft sektorunda əmək qanunvericiliyinin və digər normativ hüquqi Aktların icra vəziyyəti

 

Aparılan monitorinqlər zamanı Azərbaycan Respublikası Əmək Məcəlləsinin (ARƏM) qeyd olunan maddələrinin, Nazirlər Kabinetinin qərarlarının və s.qanunvericiliklərin pozulma faktları müşahidə olundu:

 

Azərbaycan Respublikası Əmək Məcəlləsi (ARƏM)

 

Maddə 5.1. Azərbaycan Respublikasının xarici dövlətlərlə, beynəlxalq təşkilatlarla bağladığı müqavilələrində başqa hal nəzərdə tutulmayıbsa, bu Məcəllə müvafiq xarici dövlətlərin, onların fiziki və hüquqi şəxslərinin, beynəlxalq təşkilatların, eləcə də vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təsis etdikləri və qanunvericilikdə nəzərdə tutulmuş qaydada dövlət qeydiyyatına alınıb, fəaliyyət göstərən iş yerlərində heç bir şərt qoyulmadan tətbiq edilir. 

 

Maddə 172. 5. Əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir

 

Maddə 178. 1. İşçiyə aylıq əmək haqqının ödənilməməsində təqsirkar olan işəgötürən qanunvericilikdə nəzərdə tutulan qaydada müvafiq məsuliyyətə cəlb edilməlidir.

 

Müşahidə olunub:

 

1. Bahar Enerji” Əməliyyat Şirkəti[1] bir ildən artıqdır ki,işçilərin əmək haqlarını mütamadi gecikdirir. Və ƏŞ rəhbəri cənab CON Harkins buna görə məsuliyyətə cəlb olunmur.

 

2. Türkiyənin "İLK İnşaat" şirkətinin Azərbaycan filialının işçilərinin maaşlarının 3 aydır vermədiyi bildirilir. Şirkətdə çalışan 3 minə yaxın fəhlə, usta bu gün( 30.03.2023) etiraz olaraq işə çıxmayıblar. Onlar ərazidəki yolları bağlamağa cəhd ediblər . "İLK İnşaat" şirkəti SOCAR-la əməkdaşlıq edən podratçı şirkətdir. Bu şirkət uzun illərdir Azərbaycanda fəaliyyət göstərir. Etirazla bağlı şirkətdən münasibət almaq mümkün olmayıb.  İki aydan yuxarıdır ki, işçilərə əmək haqqı vermir. Əmək haqqını vaxtlı-vaxtında ala bilməyən insan necə yaşasın?

Türkiyənin "İLK İnşaat" şirkətinin Azərbaycan filialının işçilərinin maaşlarının 3 aydır vermədiyi bildirilir. Şirkətdə çalışan 3 minə yaxın fəhlə, usta bu gün etiraz olaraq işə çıxmayıblar. Onlar ərazidəki yolları bağlamağa cəhd ediblər.

 

https://www.facebook.com/profile/100004074724416/search/?q=%22%C4%B0LK%20%C4%B0n%C5%9Faat

 

https://fb.watch/jBAwGsEU3r/

 

Maddə 239 (İstehsalatda baş vermiş bədbəxt hadisədə və ya peşə xəstəliyində təqsirli (tam və ya qismən) olan işəgötürən həm işçiyə xəsarət yetirilməsi və ya sağlamlığının başqa şəkildə korlanması nəticəsində dəymiş zərərin, həm müalicə olunması üçün çəkdiyi, həm də ona müavinətlər verilməsi ilə əlaqədar çəkilən xərclərin eləcə də Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilmiş digər əlavə xərclərin əvəzini bütövlükdə ödəməlidir) pozulması müşahidə olunmuşdur.

 

Müşahidə olunub:

 

 3. Shirvan Operating Company"[2]

 

“Shirvan Operating Company" şirkətində  qazmaçı işləyən, Şirvan şəhər sakini Mahmudov İlyas 07.04.2023-cü il tarixində 2 növbəli iş zamanı qəza baş verməsi səbəbindən xəsarət alıb. Qəza zamanı İlyas Mahmudov sol əl və ayağından ciddi xəsarət alıb və nəticədə sol əlinin 2 və 3-cü barmaqları 1-ci buğumdan, sol ayağının bütün barmaqları ambutasiya olunub. Hal hazırda işəgötürən İZ Aktını dəyişmək istəyir. Əks təqdirdə heç bir köməklik göstərməyəcəklərini qeyd edirlər. İlyas Mahmudovun müalicəsi davam edir, İstehsalatda baş vermiş bədbəxt hadisədə və ya peşə xəstəliyində təqsirli (tam və ya qismən) olan işəgötürən Aleksandr Alekseeviç Anoxin tərəfindən tərəfindən isə heç bir yardım olunmur.

 

Maddə 16. Əmək münasibətlərində ayrı-seçkiliyin yolverilməzliyi

 

Hasilat sənayesində diskriminasiyanın əsas səbəblərində biri nepotizmdir (qohumbazlıq), xüsusən bu işə qəbul, əmək haqqının ödənilməsi və əmək müqaviləsinin ləğv olunması zamanı özünü göstərir. Bunun nəticəsində də çoxlu sayda işçi diskriminasiyaya məruz qalır. Bəzən işçilərin siyasi baxışlarına görə də təqib olunması müşahidə olunur. Müxalifət partiyasının üzvülüyündə olan şəxslərin peşəkarlıq və ixtisas dərəcəsindən asılı olaraq nəinki yüksək vəzifə hətta kiçik və orta rəis vəzifələrinə belə irəli çəkilməsi qeyri-mümkündür. 

 

SOCAR vitse prezidentinin 03.08 tarixli,14-2/3-5-2777/2023 saylı xidməti məruzəsinə əsasən  "bir quyudan iki layın eyni vaxtda ayrı ayrılıqda istismarı texnologiyası" təşəbbüsünün tədbiqində iştirak edən mütəxəsislərin mükafatlandırılması nəzərdə tutulsa da, bu mükafat yalnız idarə, platforma rəisləri və onların müavinlərinə verilmişdir.

 

https://www.facebook.com/photo/?fbid=3230383473774112&set=pcb.3230384443774015

 

https://www.facebook.com/photo/?fbid=3230384030440723&set=pcb.3230384443774015

 

 SOCAR-ın Baş ofisinin yerləşdiyi inzibati binada çalışan 700 nəfərə yaxın işçi gündəlik keyfiyyətli və yüksək kalorili isti yeməklə təmin olunur , quruda yerləşən neft yataqlarında çalışan işçilərə[3]   verilən gündəlik çörək pulu ,(  isti yeməklə təmin olunmayan işçilər üçün) isə 3 (üç ) manatdır(1.5  USD)

 

 Maddə 21.3. (Müəssisələrdə siyasi partiyaların, dini qurumların fəaliyyətinə yol verilmir)

 

SOCAR strukturuna daxil olan idarə və müəssisələrdə, birgə müəssisələrdə və əməliyyat şirkətlərinin əksəriyyətində iqtidar partiyası olan “Yeni Azərbaycan” (YAP) partiyasının özəyi fəaliyyət göstərir.  İşçilər məcburi surətdə bu partiyaya üzv olunur. Mart ayından etibarən isə idarə və müəssisələrdə ,müəssisə rəhbərinin iştirakçılığı və rəhbərliyi ilə YAP iclas keçirib və bu iclaslarda məhz işəgötürənin  təkidi ilə YAP üzvü olan işçilərə məcburi ərizə yazdırılıb onların əmək haqqının 1%-nin YAP hesabına köçürülür.

 

Maddə 44.3. Əmək müqaviləsi iki nüsxədən az olmayaraq tərtib olunub tərəflərin imzası (möhürü) ilə təsdiq edilir və onun bir nüsxəsi işçidə, digər nüsxəsi isə işəgötürəndə saxlanılır.

 

SOCAR strukturuna daxil olan əksər idarə və müəssisələrdə Əmək Müqaviləsinin bir nüsxəsi işçiyə təqdim olunmur.

 

Maddə 45.4[4] (Əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır).  

 - SOCAR və onun tərəfdaş olduğu Əməliyyat şirkətlərində   işin daimi xarakterə malik olduğuna baxmayaraq işçilərlə müddətli əmək müqaviləsi bağlanılır. Azərbaycanın neft sənayesində ən böyük hüquq pozuntusu olan bu proses işçilərlə bağlanmış müddətli əmək müqaviləsinin   2, 3, 6 ay və ən çoxu 1 il müddətinə bağlanması hələ də davam edir. Bunun nəticəsində hər il yüzlərlə “arzuolunmaz” insan öz iş yerini itirir. Sənqaçal Terminalında iş və xidmətlərin daimi xarakterə malik olduğu əvvəlcədən bəlli olduğu halda , "SDL NOBEL" Məhdud Məsuliyyətli Cəmiyytində işə qəbul olunan və Səngəçal Terminalına göndərilən, 20-25 il təcrübəsi olan peşəkar işçilərlə 2 aylıq müddətli Əmək müqaviləsi bağlanılıb.

 

Maddə 48.6 (Əmək münasibətlərinə girən işçidən bu Məcəllədə nəzərdə tutulmamış, habelə işin (vəzifənin) xüsusiyyətlərinə uyğun gəlməyən əlavə sənədlərin tələb edilməsi qadağandır)

Smart Technologies Solutions Qapalı Səhimdar Cəmiyyəti ilə SOCAR AQŞ MMC[5]-razılaşmaya əsasən STS fəaliyyətlərinin müəyyən hissəsini və bu sahədə çalışan 22 nəfər işçini SOCAR AQŞ MMC-yə ötürür. Bu halda işçilərə bildirilir ki, qarşılıqlı ərizə əsasında (STS-dən işdənçıxma və SOCAR AQŞ-ə işə qəbul olunma) , siz adı çəkilən şirkətə eyni şərtlərlə işə qəbul ediləcəksiniz. SOCAR AQŞ işçilərin hamısına işə qəbul ərizəsi yazdırıb,onları müqavilə şərti ilə tanış etdi. Və işçilərdən ARƏM maddə 48.6 -ə zidd olaraq( Əmək münasibətlərinə girən işçidən bu Məcəllədə nəzərdə tutulmamış , habelə işin (vəzifənin) xüsusiyyətlərinə uyğun gəlməyən əlavə sənədlərin tələb edilməsi qadağandır) həmin işçilərdən "məhkumluq haqqında "arayış tələb etdi . Və işçiyə verilmiş arayışda ,onun 10 il əvvəl 2000 man məbləğində cərimə olunduğu[6]  yazıldığı üçün SOCAR AQŞ onu işə qəbul etmədi. Bu halda SOCAR AQŞ rəhbəri cənab Samir Mollayev ARƏM maddə 48.6 pozmaqla yanaşı həm də ARƏM Maddə 16. (Əmək münasibətlərində ayrı-seçkiliyin yolverilməzliyi) pozaraq işçiyə qarşı ayrı-seçkiliyə yol verdi. ,

 

Maddə 70 e-bəndi (dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda onunla bağlanmış əmək müqaviləsi ləğv edilə bilər) tələblərinin pozulması.

 

- SOCAR dövlət büdcəsindən maliyyələşmir. Lakin SOCAR və onun tərkibinə daxil olan bütün müəssisələrində, işçilərə təzyiq edilərək, yaş həddi ilə əlaqədar əmək müqaviləsinin ləğv edilməsi barədə əmək müqaviləsinə razılaşmalar əlavə edilmişdir. Halbuki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin  43.3 maddəsinə əsasən işçilərin Əmək məcəlləsində nəzərdə tutulan hüquq və güzəştləri məhdudlaşdırıla bilməz.

 

- SOCAR rəhbərliyi tərəfindən tələb olunan( tərtib olunan) heç bir qanuna əsaslanmayan qərara əsasən strukturuna daxil olan idarə və müəssisələrdə işçilərlə işəgötürən arasında bağlanmış Əmək müqaviləsinin “əmək müqaviləsinə xitam verilməsi” bölməsinə xüsusi məcburi bənd əlavə olunub. Əlavə olunan “d” bəndinə əsasən “İşçi Azərbaycan Respublikasının Qanunvericiliklə müəyyən edilmiş pensiya yaşına çatdıqda bu Əmək müqaviləsinə işəgötürən tərəfindən 1 ay müddətində xitam verilə bilər”. Və işçiyə məcburi imza atdırılır. SOCAR rəsmiləri tərəfindən ölkənin əmək qanunvericiliyin pozulmasına həmkarlar təşkilatları( ARƏM maddə 309) və Dövlət Əmək Müfəttişliyi Xidməti(DƏMX) (ARƏM maddə 15) susur.

Lakin SOCAR-ın bəzi idarələrində təqaüd yaşına çatan işçilərin təqaüdə çıxarılmasına fərdi qaydada baxılır. Belə ki, əksər işçilər 65 yaşına çatdıqda dərhal işdən azad edilir. Bəziləri isə SOCAR prezidentinin icazəsi ilə təqdimat əsasında, bəziləri isə təqdimatsız, şəxsi münasibətlərə görə 70-80( 90 yaşlı da müşahidə olunur) yaşadək işdə saxlanılır.

 

Maddə 70. c bəndi (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda)   72 a.bəndi (Aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi).

 

- SOCAR strukturuna daxil olan:

- Azneft İB 1 sayli ixtisaslaşdırmış neft-meden xususi texnika idaresinin Manafov Ramiz  bir ilə yaxın  müalicə aldıqdan sonra ona TSEK(  Tibbi Sosial Ekspert Komissiyasl) tərəfindən 2023-cü  ilin yanvar ayında 3-cü qrup əlillik  təyin olunmuşdur.Xəstəliyinin davam etməsi ilə əlaqədar ona 12.01.2022-10.01.2023-cü il tarixinədək xəstəlik vərəqəsi verilmişdir. Lakin, Azneft İB 1 sayli ixtisaslaşdırmış neft-meden xususi texnika idarəsinin rəisi Coşqun Mayılov ölkənin Əmək Məcəlləsinə zidd olaraq işçisi Manafov Ramizi  12.01.2023-cü il tarixindən işdən azad etmişdir. Bu halda işəgötürən  tərəfindən Azərbaycan Əmək Məcəlləsinin  maddə 70.c72 a.bəndi  pozulmuşdur.

 

 - Azəriqaz İB  Ağsu Regional Qaz İstismar İdarəsinin (RQİİ)  baş mühəndisi Zaur Məmmədov və Ucar XS-nin işçisi İlkin Məmmədov arasında baş verən mübahisəyə görə  İlkin maddə 70 c.əsasən işdən azad olundu. Bir qrup iş yoldaşı İlkinin işdən qeyri qanunu işdən azad olunmasına görə etiraz aksiyası keçirtdi[7].  

Ağsu RQİİ-nin rəhbəri aksiyanın keçirilməsində İlkini təqsirli bilərək, polisə şikayət edərək onu həbs etdirir. Bir sutka Ucar payon polis idarəsində saxlanıldıqdan sonra Ucar rayon məhkəməsində 10 dəqiqəlik iclas keçirilir və İlkin Məmmədova İXM-nin üç maddəsi ilə, 510(Xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə ),206 (Qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakı, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanması, əldə edilməsi, saxlanılması, daşınması və ya göndərilməsi ), 535.1(Polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə) bir ay müddətinə həbs cəzası verilir.

Onu müdafiə edib,etiraz aksiyası keçirən 10 nəfər işçiyə isə töhmət verilir.

 

22.06.2023 SOCAR Təhlükəsizlik idarəsinin 30 və 31 saylı iki ən böyük komandası 700 nəfər işçi heç bir hansı qanuna əsaslanmadan öz strukturuna daxil olan müəssisənin struktur bölməsini məcburi halda (700 işçisini) özəl müəssisəyə verməsi haqqında işçilərə şifahi məlumat verilib. İşçilər etiraz aksiyası keçirib.[8]

 

https://www.facebook.com/100004074724416/videos/pcb.3182172655261861/645083990823824

 

https://www.facebook.com/100004074724416/videos/pcb.3182172655261861/794963842224701

 

Maddə 99. İş vaxtından artıq iş

SOCAR Azəriqaz İB nin Ağsu,Göyçay,Ucar RQİİ-də bütün işçilər Nazirlər Kabinetinin qərarına əsasən bayram günləri hesab olunan 27, 28, 29 iyun günlərində məcburi ödənişsiz işə cəlb edilib.

 

Maddə 211. (Əməyin mühafizəsinin normativ hüquqi tənzimlənməsi)

 

Azneft İB məxsus dərin dəniz platformalarında zərərli iş şəraitində işləyən işçilər süd və digər qida məhsulları ilə hər gün yox,müəyyən fasilələrlə (həftədə,2-3 gündən bir və s)  təmin olunurlar

 

Maddə 207, 209,  215, 222 (Əməyin mühafizəsi sahəsində mülkiyyətçinin və işəgötürənlərin vəzifələri, Sağlam və təhlükəsiz əməyin mühafizəsi şəraitinin təmn edilməsi)

 

Hesabat dövrü ərzində ölkənin hasilat sənayesində əmək qanunvericiliyinin pozulması nəticəsində 27 işçi xəsarət alıb, 5 nəfər həlak (2 nəfər SOCAR Neftqaztikinti trestinin, 2 nəfər SOCAR Azneft İB 2 saylı İxtisasdırılmış Neft Mədən Xüsusi Texnika İdarəsinin, 1 nəfər SOCAR Petroleum Qapalı Səhimdar Cəmiyyətinin işçisi) olmuşdur[9].   

 

Xəsarət alanlardan 11 nəfər SOCAR, 8 nəfər Balaxanı ƏŞ, 1 nəfər Qarasu ƏŞ, 1 nəfər Salyanoyl ƏŞ, 1 nəfər Binəqədioyl ƏŞ, 1 nəfər Şirvanoyl ƏŞ,1 nəfər BP şirkətinin,1 nəfər  Caspian Marine Services B.V şirkətinin Azərbaycandakı filialnın, 1 nəfər Tağıyev ƏŞ, 1 nəfər Azərbaycan Neft və Qaz Sənayesi İşçilərinin  Həmkarlar İttifaqının işçisi olub.  

 

SOCAR strukturuna daxil olan idarə və müəssisələrdə işçilər vaxtaşırı xüsusi geyimlərlə təchiz olunmur.İş yerlərində,yataqxanalarda, dərin dəniz platformalarında işçilər qızdırıcı-soyutma sistemlərinin işləməməsindən əziyyət çəkirlər[10]

 

Növbə üsulu ilə işləyən işçilər, aylıq iş saatları istehsalat zəruriyyəti, hava şəraiti və s. ilə bağlı hər ay üzrə məhdud sayda normadan az və ya çox ola bilər, lakin həddən çox olması, dənizdə 21 günlük iş rejimində işlədilməsi, işçilərin iş rejiminin və istirahət rejiminin pozulması Əmək Məcəlləsinin tələblərinin pozulmasıdır. Əmək Məcəlləsinin tələblətini pozan işəgötürənlər isə ağırlıq dərəcəsindən asılı olaraq müvafiq maddi, inzibati, inzibati və ya cinayət məsuliyyətinə cəlb oluna bilər. SOCAR AQŞ-də pandemiya ilə əlaqadar dəniz özüllərində çalışan işçilərin iş qrafikində edilən müvəqqəti 21 günlük,12 saatlıq iş rejimi hələ də davam edir

 

Azərbaycan Respublikasının Əmək Məcəlləsinə 2-ci əlavə

 

Havanın temperaturu 41 dərəcə Selsidən çox olan hava şəraitində açıq havada və sərinləşdirici qurğular olmayan örtülü binalarda, otaqlarda və digər iş yerlərində bütün növ işlərin görülməsi dayandırılır və işçilərə sərinləşmək üçün imkan yaradılmaqla fasilələr verilir. Fasilələr iş vaxtına daxil edilir və bu fasilələr zamanı əmək haqqı işçilərin tarif maaşına görə ödənilir. İş dayandırıldıqda, boşdayanma vaxtının haqqı işçinin təqsiri üzündən baş verməyən boşdayanma kimi, tarif maaşının üçdə iki hissəsindən az olmayaraq ödənilir.

 

Azəriqaz İB regional Qaz İstismar İdarələrində isti havalarda qaz nəzarətçiləri məcburi ərazilərə göndərilib.

 

Balaxanı ƏŞ[11] 16.01.23 Neft mədəni

                                                   

Nəqliyyatla təminat[12]

 

Dəniz obyektlərində  vaxt metodu ilə çalışan işçiləri dəniz və hava nəqliyyatı ilə təmin olunur. İşçiləri dərin dəniz özüllərinə aparan helikopterlər və gəmilər köhnədir. 60-cı illərin istehsalı olan bu nəqliyyat vasitələrindən istifadə təhlükəlidir. Məs:

5 may- Azneft 28 May adına neft qaz çıxarma idarəsi(NQÇİ) -nin 3 saylı Dərin Dəniz Özülü( DDÖ -3) və 10 saylı Dərin Dəniz Özülünə (DDÖ 1) növbə dəyişəcək neftçiləri aparmalı olan AZE 72 markalı helikopterdə nasazlıq olub. Helikopter işçiləri yığıb aparmaq istəyəndə tüstüləyib. İşçilər başqa nəqliyyatla təmin olunmayıb.

 

9 iyun  - AZE 69 markalı helikopter xarab oldu. Növbə dəyişən neftçilər güclə Pirallahı helikopter meydançasına çatdırılıb.

 

3 iyul  AZE-73 markalı helikopter Pirallahı helikopter meydançasına eniş edərkən əyləc partlayıb. Keçən iki ay ərzində helikopter 6 dəfə xarab olub  

 

24 iyul  AZE 69 markalı helikopter havaya qalxa bilməyib  və s.

 

Azneft  Neft Daşları NQÇİ-də işçilərin işə aparıb gətirilməsi üçün 80- cı illərin QAZ- 53, 54, 66, ZİL markalı maşınlarından istifadə olunur, maşınların təkərləri sıradan çıxıb, ehtiyat hissələri də verilmir. 

Neft Daşlarindaki avtomobil parkı çox bərbad gündədir və heç bir standartlara cavab vermir. Qaz 54 markalı maşına traktor matoru qoyulub. İşçilərin dediyinə görə bu köhnə texnikalar sənəd uzərində 5-6 dəfə yenilənib (silinib). Bu isə korrupsiyadır.

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 yanvar 2008-ci il, 14 saylı və 27 yanvar 2021-ci il 13 saylı “Ezamiyyə xərclərinin normaları haqqında“ qərarlarının  Azəriqaz İB-nin Tikinti Quraşdırma İdarəsi(TQİ), SOCAR Nəqliyyat idarəsi və Kompleks Qazma İşləri Tresti tərəfindən pozulma halları müşahidə olunmuşdur. Belə ki, qərarda qeyd olunan ezamiyyə xərcləri işçilərə tam ödənilməmişdir.

 

Qeyd: Təşkilat tərəfindən işçilərə göstərilən hüquqi yardım nəticəsində Azəriqaz və Nəqliyyat idarəsi tərəfindən qalıq ezamiyyə xərcləri işçilərə qaytarılmışdır

 

2.2. İnzibati Xətalar Məcəlləsi

 

Maddə 193. (İşçini əmək funksiyasına daxil olmayan işi (xidməti) yerinə yetirməyə məcbur etmə

Əmək müqaviləsinə xitam veriləcəyi və ya kollektiv müqavilədə müəyyən edilmiş güzəşt və imtiyazlardan məhrum ediləcəyi hədə-qorxusu ilə işçini əmək funksiyasına daxil olmayan işi (xidməti) yerinə yetirməyə məcbur etməyə görə-min manatdan iki min manatadək məbləğdə cərimə edilir.)

 

SOCAR strukturuna daxil olan əksər idarələrdə işçilərə vəzifə öhdəliklərinə aid olmayan tapşırıqlar verilir. İşini itirmək qorxusu onları bu vəzifələri yerinə yetirməyə məcbur edir.[13]

Azəriqaz İB-nin əksər RQİİ-də isə ölkənin əmək qanunvericiliyinə zidd olaraq, qaz avadanlığının təmiri və istismarı üzrə çilingərlərə onların vəzifə səlahiyyətlərinə aid olmayan əlavə tapşırıqlar verilir. Bu tapşırıqlar öhdəlik xaraterlidir. Bununla bağlı RQİİ Xidmət Sahələrində adı çəkilən işçilərə aylıq plan qoyulur,yerinə yetirilmə isə faizlə hesablanır. Planı yerinə yetirməyən işçilər müvafiq təqdimatlar əsasında cəzalanırlar. Bu da bəzən həmin işçilərin işdən azad olunması üçün bir zəmin yaradır. 

 

2.3. Vətəndaşların müraciətləri haqqında Azərbaycan Respublikasının Qanunu, Maddə 12.4. (Dövlət orqanlarının və onların vəzifəli şəxslərinin, siyasi partiyaların, həmkarlar ittifaqlarının və digər ictimai birliklərin, habelə ayrı-ayrı vətəndaşların fəaliyyətinin və ya işinin tənqid edilməsi ilə bağlı, yaxud vətəndaşın və ya digər şəxslərin hüquq və azadlıqlarının bərpası və müdafiəsi məqsədi ilə edilən müraciətə görə vətəndaşı təqib etmək qadağandır)

- Hasilat sənayesində fəaliyyət göstərən əksər idarə və müəssisələrdə işəgötürəndən şikayət edən işçilər təqib olunur, müxtəlif bəhanələrlə işdən azad olunur

 

2.4. Vətəndaşların müraciətləri haqqında Azərbaycan Respublikasının Qanunu maddə 7.1 (Vətəndaşların müraciətlərini aidiyyəti üzrə baxılmaq üçün qanunazidd hərəkətindən (hərəkətsizliyindən) şikayət edilən müraciətə baxan subyektə və ya onun vəzifəli şəxslərinə göndərmək qadağandır.)

SOCAR Azneft İB, 28 May adına NQÇİ-nin keçmiş işçisi Həsənov Həsən 3 ildir ki, pozulmuş hüquqlarının bərpası ilə əlaqədar müxtəlif instansiyalara (məhkəmələrə, ölkə başçısına, Birinci vitse prezidentə, BMT,Ombudsman,DƏMX, SOCAR,Energetika Nazirliyi, və s.) müraciət edir. Dirilərdən ədalətli araşdırma görmədikdə mərhum prezident Heydər Əliyevin məzarına da müraciət edib. Lakin zidd olaraq bütün ərizələr şikayət olunan quruma göndərilmiş və bütün orqanlara eyni standart cavab verilmişdir. Şikayət şikayətçinin iştirakı ilə müstəqil qurum tərəfindən araşdırılmamışdır.H.Həsənov işdən azad olunmaqla yanaşı 1992-ci ildən yaşadığı Çilov adasından da çıxarılıb.

Ümumiyyətlə bu qanun ölkədə işləmir.Bütün ərizə və şikayətlər məhz, şikayət olunan şəxsə yönəldilir. Bu halda işçi, işəgötürən münasibətləri daha da kəsginləşir. Və rüşvətə yol açır.

 

Korrupsiyaya qarşı mübarizə haqqında Azərbaycan Respublikasının qanunu

Maddə 7. 1. Vəzifəli şəxslərin yaxın qohumları, seçkili vəzifələr və qanunvericiliklə nəzərdə tutulan digər hallar istisna olmaqla, bilavasitə onun tabeliyində olan heç bir vəzifə tuta bilməzlər.

  

Qeyd. SOCAR və strukturlarında idarəetmədə əksər işçilər yüksək vəzifə tutan  şəxslərin qohumlarıdır

 

Vətəndaşların  müraciətləri haqqında Azərbaycan Respublikasının Qanunu[1], Azərbaycan Respublikasının Konstitutsiyası[2]

 

SOCAR strukturuna daxil olan bəzi idarə və müəssisələrdə mövcud problemlər şirkətin sahə üzrə məsulları tərəfindən həllini tapmadığı halda ölkə başçısına, yaxud başqa yuxarı instansiyalara kollektiv yaxud fərdi qaydada  ərizə ilə müraciətlər edən yaxud həmin problemi sosial şəbəkələrdə qaldıran şəxslərin fikirlərinə münasibət bildirən işçilər çalışdıqları idarənin rəhbərliyi tərəfindən ciddi təzyiqlərə məruz qalırlar. İşçinin yazdığı şikayət ərizəsi, qanunvericiliyə zidd olaraq,şikayət etdiyi orqana göndərildiyi üçün işçi ciddi təqiblərə məruz qalır. Bəzən həmin işçilər müqavilə vaxtının bitməsi bəhanəsi ilə işdən azad olunur.

 

2.6. Cinayət Məcəlləsi maddə 308 (Vəzifə səlahiyyətlərindən sui-istifadə)

Əlavədəki video və şəkillər Balaxanı ƏŞ[16]-nin ərazisində çəkilib. Ərazi SOCAR-a məxsus olan kontrakt ərazisidir Ərazidə həm işlək, həm də bağlı neft quyuları var,yaşayış üçün risqlidir. Bununla bərabər risqli ərazi uzun illər müvafiq şəxslər tərəfindən qeyri qanuni hissə-hissə əhaliyə satılmış və satılmaqda davam edir. Videoların birində(əlavə etməmişəm) ərazidə restoran tikilməsi və həmin tikintinin Balaxanı ƏŞ-nin iki vəzifəli şəxsə aid olduğu bildirilir.

Məlumatda o da qeyd olunur ki, tikinti aparılacaq ərazidə mövcud olan neft buruğu da olub. Tikintiyə başlamazdan öncə həmin buruq demontaj olunub. Tikintinin aparılması üçün müvafiq sənədlər(icazə) yoxdur.Bununla əlaqadar müxtəlif qurumlara müraciət olunub. 

 

https://www.facebook.com/100004074724416/videos/pcb.3025347847611010/483086820615914

https://www.facebook.com/100004074724416/videos/pcb.3025347847611010/886218089063954

https://www.facebook.com/100004074724416/videos/pcb.3024279411051187/867307997948872

 

3. Nəticə

Neft sektorunda əmək qanunvericiliyinin və digər normativ hüquqi Aktların icra vəziyyəti  üzrə aparılan müstəqil Monitorinq nəticələri göstərir ki, 

Ölkədə biznes və siyasi maraqlar insan hüquqlarını üstələyib.

 

 - Son on il ərzində Azərbaycanın Əmək Məcəlləsinə 300-dən yuxarı dəyişiklik olunub. Əksəri də işəgötürənin xeyrinə. Ölkə Parlamentinin 80%-i işəgötürəndir!

 

- İşçi öz hüquq və vəzifələrini kifayət qədər bilmir, əksər hallarda isə iş yerini itirmək qorxusu işçilərin şikayətetmə mexanizmindən istifadəsinə mane olur.

 

İdarə və müəssisələrdə əmək qanunvericiliyinin icrasına ictimai nəzarət etməli olan (ARƏM 309) həmkarlar təşkilatları müstəqil deyil, işəgötürənin  qeyri rəsmi strukturuna çevrilib.

 

 - İşçilərin müstəqil həmkarlar təşkilatlarının yaradılmasına işəgötürənlər tərəfindən maneçilik törədilir.Mövcud həmkarlar təşkilatının üzvülüyündən çıxmaq istəyən işçi işəgötürən tərəfindən təzyiqlərə məruz qalır.

 

 Əmək qanunvericiliyinin icrasina dövlət nəzarətini həyata keçirməli olan (ARƏM 15) Dövlət Əmək Müfəttişliyi öz funksiyasını zəif yerinə yetirir və işəgötürənlər bundan istifadə edir.

 

 Azərbaycanda ən çox pozulan məhz əmək hüquqlardır və  buna görə də bu vaxtadək  Azərbaycan Əmək Məcəlləsinin[17]  müvafiq maddələrinə əsasən bir nəfər də olsun vəzifəli şəxs cəzalanmayıb

 

Təkliflər:

Əmək Məcəlləsinə ciddi dəyişiklik olunmalıdır. Parlamentin müvafiq Komissiyalarında Əmək qanunvericiliyinə əlavə və təkliflərlə əlaqadar müzakirələr zamanı sahə üzrə peşəkar QHTmüzakirələrdə iştirak etməlidir.

 

Dövlət Əmək Müfəttişliyi Xidməti Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tərkibindən çıxarılıb, Əmək Nazirliyi yaradılmalıdır

 

İşçilərin öz müstəqil həmkarlar Təşkilatlarının yaratmasına imkan verilməlidir

 

3.2. Hasilat sənayesində fəaliyyət göstərən şirkətlərin ətraf mühitə  təsiri

 

Monitorinqlər zamanı neft hasilatı zamanı əmələ gələn lay sularının , digər mexaniki qarışıqlar və zəhərli maddələrin ( quyuların əsaslı təmiri zamanı əmələ gələn zəhərli qarışıqlar , qaz xətlərinə yığılmış mayelər və həmin xəttin donmaması üçün ona vurulan zəhərli metanol , əmtəə neftin lay sularından tam ayrılması üçün ona vurulan zəhərli alkon və s. ) neft yığım çənlərindən və digər yerlərdən birbaşa dənizə axıdıldığı müşahidə olunmuşdur. Belə ki, Neft Daşlarında[18] estakada meydançalarında   neft, qaz, su,  mexaniki qarışıqlar  neft çənlərinə yığılır  ordan da nasoslar vasitəsilə  neft yığım çənləri parkına  ötürülür Monitorinq zamanı müşahidə olundu ki. meydançada yerləşən neft yığım çənlərinin dibində yığılan çöküntü və lay sularından təmizləmək üçün, çənin alt hissəsində olan siyirtmə açılıb  həmin zərərli maddələr birbaşa dənizə axıdılıb.

Monitorinq zamanı müşahidə olunan bütün məlumatlar Sosial şəbəkələrdə yayılmış, tədbir görülməsi üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Nazirliyinə göndərilmişdir.

 

SOCAR Aneft İB Neft Daşları NQÇİ

 

4.02.2023

 

1.06.2023

 

13.06.2023

 

08 avqust 2023

 

04 oktyabr 2023

 

31 oktyabr 2023

                  

Qızıl hasilatı

 

21 iyun 2023-cü il tarixində  Azərbaycanın Gədəbəy rayonun  Söyüdlü kəndində  əhali tərəfindən etiraz aksiyası keçirilmişdir.

Səbəb Söyüdlü kəndindəki qızıl zavodundan[19] axıdılan zərərli sianid turşusunun axıdılması üçün tikilmiş süni göldür. Süni göl zərərli sularla dolduğu üçün artıq daşmaq üzrədir. Əgər yağış yağarsa və zərərli su daşarsa, dolayı olaraq Şəmkir su anbarı və Kür çayı zəhərlənəcək.

Kənd sakinlərindən əldə etdiyimiz məlumata görə, süni gölün ön və alt hissəsində heç bir beton və hidroizolyasiya olmayıb. Süni göldəki sianid turşusu həm torpağı zəhərləyir, həm də buxarlanma yolu ilə təbiəti və insanları zəhərləyir. Kənd ərazisində son illərdə müxtəlif xəstəliklər yaranır, meyvə-tərəvəz məhsulları isə artıq bitmir. Aksiyada əsasən yaşlı qadınlar iştirak etmişdir. Qadınlara qarşı polis zorakılığı tədbiq olunmuş, gözyaşardıcı vasitələrdən istifadə olunmuşdur.Kənd hal hazırda blokadadadır.10 nəfər həbs olunub.

 

https://www.facebook.com/nemet.abbasov.7/videos/690130602875023

 

https://www.facebook.com/photo?fbid=6332676213477058&set=pcb.6332662293478450

 

https://www.facebook.com/photo?fbid=6332676213477058&set=pcb.6332662293478450

 

Azərbaycanın neft-qaz hasilatı sənayesində fəaliyyət göstərən müəssisələrin ətraf mühitə vurduğu ziyana görə 2023-cü il ərzində Dövlət ekoloji Təhlükəsizlik Xidməti[20] tərəfindən: 

 

- Suraxanı  ƏŞ, Azgerneft, Balaxanı ƏŞ, Salyanoyl ƏŞ,  Heydər Əliyev adına  neft emalı zavodunun 10 saylı BTQ və  SOCAR Azneft İB Siyəzənneft  NQÇİ-nin  vəzifəli şəxsləri barəsində Azərbaycan İnzibati Xətalar Məcəlləsinin 264.1, 233.1. və 228.-ci  maddələrinə əsasən   “ İnzibati xəta haqqında protokollar tədbiq edilmiş və ümumilikdə 16 500(on altı min beş yüz) manat cərimə sanksiyası tədbiq edilmişdir 

 

 - Suraxani OİL ƏŞ, Tağıyev ƏŞ, Bahar Enerji ƏŞ və Ə.C.Əmirov adına NQÇİ tərəfindən karbohidrogen hasilatı və emalı proseslərində ətraf mühitin mühafizəsi haqqında qanunvericiliyin və bu sahədə qəbul edilmiş normativ-hüquqi aktların tələblərinin pozulması faktları aşkar edildiyindən barələrində inzibati xətanın törədilməsi ilə əlaqədar hüquqi şəxs qismində protokollar tərtib edilmiş və müvafiq qərarın qəbul edilməsi üçün aidiyyatı üzrə məhkəmə orqanlarına göndərilmişdir

-  Binəqədi Oyl ƏŞ, Heydər Əliyev adına neft emalı zavodunun 10 saylı BTQ müəssisələrində, Azneft İstehsalat Birliyi Ə.C. Əmirov adına Neft Qaz Çıxarma idarəsinin Hacıqabul rayonunda yerləşən 3 saylı və İmişli rayonunda yerləşən 4 saylı neft qaz çıxarma sahələrində aşkar olunmuş çatışmazlıqların aradan qaldırılması üçün “Ətraf mühitin mühafizəsi “haqqında Azərbaycan Respublikası qanununun71-ci maddəsinin 2-ci hissəsinin 2.6-cı bəndinin tələblərinə əsasən icrası məcburi olan müddətli “Məcburi göstəriş”lər verilmişdir.

 

4. Hüququi yardım

Hesabat dövrü (yanvar-dekabr) ərzində  Azərbaycan Respublikasının hasilat sənayesində çalışan təqribən 2500 nəfər, digər sahələrdə çalışan 500 nəfərə, ümumimilikdə isə 3000 nəfərə yaxın işçiyə və vətəndaşlara: əmək, sosial, iqtisadi və mülki sahədə  hüquqi yardım göstərilmişdir. Hüquqi yardımlar digər sahələrdə çalışan işçilərə, vətəndaşlara, o cümlədən əlillərə, pensiyaçılara, gənclərə, qadınlara və digər vətəndaşlara da göstərilmişdir.

Hüquqi yardım şifahi, telefon və internet vasitəsi ilə də aparıldığndan müraciət edənlərin müəyyən hissəsinin qeydiyyatını aparmaq mümkün olmamışdır. Eyni zamanda müraciət edənlərin bir çoxu bəzi hallarda özlərini təqdim etmək istəmirlər və ya özlərini təqdim etsələr də müəyyən səbəblərə (İşəgötürənlərdən və dövlət orqanlarından çəkindiklərinə görə) görə adlarının qeydiyyatının aparılmasını və ya açıqlanmısını istəməyiblər.

Təşkilat tərəfindən hüquqi yardımlar aşağıdakı istiqamətlərdə təşkil olunmuşdur:

 

5.1. Marifləndirmə məlumatlandırma

 

Bu fəaliyyət: Təşkilatın ofisində, marifləndirici bukletlər, İctimai qəbullar və treninqlər, İnternet TV, Təşkilatın saytı (nhmt-az.org ), telefon, internet vasitəsilə (hüquqşünas və təşkilat rəhbərinin e-mail adresi) və sosial şəbəkələr vasitəsilə reallaşdırılır.

https://www.facebook.com/nhmt.ib/

https://www.facebook.com/Neftçilərin-Hüquqlarını-Müdafiə-Təşkilatı-252293961555136

https://www.facebook.com/azer.quliyev.1656

 

5.2. Məhkəmə vasitəsilə hüquqi yardım

 

Hesabat dövründə Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatı İctimai Birliyinin hüquqi yardımı ilə  37 nəfər iddia  ərizəsi ilə  məhkəməyə müraciət etmişdir. Onlardan 13 nəfərin iddia ərizəsi təmin olunmuşdur. Apelyasiya və Kassasiya şikayəti verilmiş, İddia, Apelyasiya və Kassasiya şikayətlərinə Etiraz hazırlanmış, 3-cü şəxs kimi iddiaçılara kömək edilmiş, icra orqanlarında yardım göstərilmiş və hüquqları  qorunmuşdur.  

Məhkəmələrə edilən iddia ərizələrinin predmetləri:

İşə bərpa, maddi və mənəvi ziyanın ödənilməsi, əlilliyin müəyyən olunası, diplomun tanınması, əmək haqqının ödənilməsi, mülkiyyət hüquqnun bərpası , pensiya təyin olunması və s.

 

İddia ərizələri

 

Rayon və İnzibati məhkəmələr

 

Bakı  Apellyasiya Məhkəməsi

 

 

Azərbycan RespublikasınınAli Məhkəməsi

 

Ali Məhkəmənin Plenumu.:

 

 

Azərbycan Respublikasının Konstitusiya  Məhkəməsi

 

Cəmi

Təmin olunan iddia ərizələri

4

5

4

 

 

13

Təmin olunmayn iddia ərizələri

0

5

4

1

1

11

Davam edən  məhkəmə prosesi

9

1

2

 

1

13

Cəmi

13

11

10

1

2

37

                                                                                                                                           

Qeyd: Hesabat dövrü ərzində 2 məhkəmə hakimindən Məhkəmə Hüquq Şurasına şikayət edilib.


[1] ARDNŞ (20% paya malik) və “Bahar Enerji Limited” (80% paya malik) arasında bağlanmış 22 dekabr 2009-cu il tarixli Saziş və 27.04.2010-cu il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Xəzər dənizinin Azərbaycan sektorunda Bahar yatağının və Qum-dəniz yatağının daxil olduğu blokun kəşfiyyatı, bərpası, işlənməsi” hasilatın pay bölgüsü Sazişi əsasında 01.10.2010-cu il tarixdən fəaliyyət göstərir. Bu müqavilə üzrə ARDNŞ tərəfdaşı kimi Virgin adalarında qeydiyyatdan keçmiş Bahar Energy Ltd şirkəti çıxış edir. Bahar Enerji -nin təsisçisi Greenfields Petroleum Corporation isə Kayman adalarında qeydiyyatdan keçib.Benefisiar sahibi haqqında məlumat verilmir.İşçilər şikayət etsələr də şirkət barəsində bu vaxtadək heç bir cəza tədbiri tədbiq olunmayır.  

[2] Qeyd;Global Energy Azerbaijan Group (“GEA”) Azərbaycanda quruda neft hasilatıyla məşğul olan ən böyük xarici şirkət sayılır. GEA Azərbaycanda 5 Hasilatın Pay Bölgüsü (PSA) sazişinin operatorudur. Həmin sazişlər bu şirkətlər vasitəsilə idarə olunur- Absheron Operating Company, Binagadi Oil Company, Karasu Operating Company, Neftechala Operating Company və Shirvan Operating Company. GEA Vircin adalarının Britaniyaya aid hissəsində qeydə alınmış GCM Global Energy, Plc şirkətinin filialıdır. Əvvəllər bu şirkət “Russneft”in offşor törəmə şirkəti kimi fəaliyyət göstərib. Sonradan isə adını dəyişərək “Global Energy” şirkətinə çevrilib. Global Energy-nin işlədiyi neft yataqlarından 10-u Abşeron yarımadasında, qalanları Kür vadisində yerləşir. Şirkətin Bakı filialın rəhbəri Rusiya vətəndaşı İqor Kirdodadır. Global Energy-nin sahibi isə çeçen əsilli Rusiyalı sahibkar Mixail Safarbekoviç Qutseriyevdir.

[3] Quruda yerləşən neft və qazçıxarma sahələrində çalışan neftçilərin taarif maaşı 400 manatdır

[4] Bu maddəyə “əlavə və dəyişikliklərin” olunması ilə əlaqadar NHMT tərəfindən Parlamentə və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət olunub.NHMT “Təklifi” nazirliyin parlamentə verdiyi Təkliflər paketinə salınsa da Parlament təklifin qəbulunu ləngidir.Ona görə ki,Parlamenti 80%-i işəgötürəndir.

[5]   SOCAR AQŞ-( yaranma tarixi 2008, tərəflər və iştirak payları :SOCAR-13.38% , Nobel Oil Ltd., - 73.77% , Abşeron Qazma MMC -12.85% )

[6]  İşçi 2014-cü ildə cərimələnib, məbləğ ödənilib və müddət bitdiyindən cəza qüvvədən düşüb .

[7] Azərbaycan Konstitutsiyasına əsasən vətəndaşların etiraz aksiyası və ARƏM maddə 271-272 əsasən işçilərin tətil etmək hüququ var.

[8] Problem təşkilatımız tərəfindən işctimailəşdirildikdən ,  işçilərə hüquqi yardım olunduqdan sonra  işçilərin başqa özəl müəssisəyə köçürülmə proses dayandırıldı.

[9] Əsas: DƏMX-nin 23.01.2024-cü il tarixli,3-17-5/2-3846/2014 saylı məktubu

[10] Qeyd: NHMT İB mütamadi tələblərindən,sosial şəbəkədə mövzunun ictimailəşdirilməsindən sonra dəniz platformalarının əksərində yeni soyuducu-qızdırıcı kondinsionerlər quraşdırılıb

[11] Balaxanı-Sabunçu-Ramana və Kürdəxanı Neft Yataqlarının Olduğu Blokun Bərpası, İşlənməsi və Hasilatın Pay Bölgüsü Haqqında Saziş - UGE-LANCER PTE, Ltd-nin Azərbaycan Respublikasındakı Nümayəndəliyi və SOCAR-ın Ortaq Neft Şirkəti - Balakhani Operating Company Limited 

[12] Qəzalar haqqında SOCAR rəhbərliyi məlumatlı olsalar da tədbir görülməyib.

[13] . İXM-nin bu maddəsi Azəriqazın bütün strukturları tərəfindən pozulur.

[14] Maddə 12.4. Dövlət orqanlarının və onların vəzifəli şəxslərinin, siyasi partiyaların, həmkarlar ittifaqlarının və digər ictimai birliklərin, habelə ayrı-ayrı vətəndaşların fəaliyyətinin və ya işinin tənqid edilməsi ilə bağlı, yaxud vətəndaşın və ya digər şəxslərin hüquq və azadlıqlarının bərpası və müdafiəsi məqsədi ilə edilən müraciətə görə vətəndaşı təqib etmək qadağandır

 

 

 


[1] Maddə 12.4. Dövlət orqanlarının və onların vəzifəli şəxslərinin, siyasi partiyaların, həmkarlar ittifaqlarının və digər ictimai birliklərin, habelə ayrı-ayrı vətəndaşların fəaliyyətinin və ya işinin tənqid edilməsi ilə bağlı, yaxud vətəndaşın və ya digər şəxslərin hüquq və azadlıqlarının bərpası və müdafiəsi məqsədi ilə edilən müraciətə görə vətəndaşı təqib etmək qadağandır

[2] Maddə 57. Müraciət etmək hüququI.Azərbaycan Respublikası vətəndaşlarının dövlət orqanlarına şəxsən müraciət etmək, habelə fərdi və kollektiv yazılı müraciətlər göndərmək hüququ vardır. 

 

 

[15] Maddə 57. Müraciət etmək hüququI.Azərbaycan Respublikası vətəndaşlarının dövlət orqanlarına şəxsən müraciət etmək, habelə fərdi və kollektiv yazılı müraciətlər göndərmək hüququ vardır. 

[16] .(2010-cu ilin iyun ayında (SOCAR), SOCAR-ın “Ortaq Neft Şirkəti” (ONŞ) və Sinqapurun “UQE-Lancer PTI. Ltd” şirkəti arasında Hasilatın Pay Bölgüsü haqqında” Saziş (UQE-Lancer PTİ Ltd - 75%, SOCAR ONŞ - 25%) bağlanıb.)

[17] Maddə 308 (Bu Məcəllənin tələblərinə əməl olunmasına nəzarət , 310 (Bu Məcəllə ilə müəyyən olunmuş hüquqları pozmağa görə məsuliyyət) , Maddə 311. (Əmək qanunvericiliyini pozmağa görə intizam məsuliyyəti) ,  Maddə 312. (Əmək qanunvericiliyini pozmağa görə inzibati məsuliyyət), Maddə 313. (Əmək qanunvericiliyini pozmağa görə cinayət məsuliyyəti), ,İnzibati Xətalar Məcəlləsinin Maddə 193. (İşçini əmək funksiyasına daxil olmayan işi (xidməti) yerinə yetirməyə məcbur etmə Əmək müqaviləsinə xitam veriləcəyi və ya kollektiv müqavilədə müəyyən edilmiş güzəşt və imtiyazlardan məhrum ediləcəyi hədə-qorxusu ilə işçini əmək funksiyasına daxil olmayan işi (xidməti) yerinə yetirməyə məcbur etməyə görə-min manatdan iki min manatadək məbləğdə cərimə edilir.)

[18]  Neft Daşları dünyanın ilk neft platformasıdır. Neft Daşları şəhər tipli qəsəbədir və Bakının Pirallahı rayonunun ərazisinə daxildir. Xəzər dənizi səthindən azca görünən "Qara qayaların" ətrafında tikilmişdir. Abşeron yarımadasından 42 km cənub-şərqdə yerləşən bu qəsəbə dənizin dibinə bərkidilmiş metal dirəklərin üstündəki estakadalar üzərində dəniz səthindən bir neçə metr hündürlükdə tikilmişdir.

“Neft Daşları” paytaxt Bakıdan 90 km aralıda yerləşir. “Neft Daşları”nın bu ərazidə yaranmasına səbəb isə quyu olub. 1949-cu ilin iyul ayında qazılan quyudan 1100 metr dərinlikdə ilk dəfə neft fontan vurub. Elə ondan sonra da burada “Neft Daşları” yaranıb. Neft Daşları Ginnesin Rekordlar Kitabına adı ən birinci dəniz neft platforması kimi düşmüşdür . https://az.wikipedia.org/wiki/Neft_Da%C5%9Flar%C4%B1

 

[19] Gədəbəydəki qızıl mədənini işlədən Azerbaijan International Mining Company/Azərbaycan Beynəlxalq Mədən şirkətidir. Böyük Britaniyanın Anglo Asian şirkətinə aiddir. London birjalarında qeydiyyatı olan şirkətin İran əsilli Reza Vaziriyə aid olduğu bildirilir 

Azadlıq Radiosunun 2012-ci ildəki araşdırması isə Azerbaijan International Mineral Resources Operating Company/Azərbaycan Beynəlxalq Təbii Resursların İşlənməsi Şirkəti ilə bağlı idi. AİMROC 4 offşor şirkətin konsorsiumu ilə yaradılmışdı. Bu konsorsiumun payçılarından ikisinin Globex (11faiz), Londex (45 faiz) prezident ailəsinə məxsus olduğu sənədlərlə sübuta yetirilmişdi. 2016-cı ilin mayında Azərbaycan hökuməti   AİMROC-un paylarını aldı. Prezidentin sərəncamı ilə AzərGold yaradıldı və AİMROC-un işlətməli olduğu yataqlar AzərGolda verildi.

 

[20] Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin  3-14-17/2-016/2024  saylı, 19.01.2024 tarixli məktubu