
İnsan Hüquqları və Biznes sahəsində Mükafatı Fondu (Human Rights and Business Award Foundation)
Cenevrə, 29 Noyabr 2022
Bu gün fondumuz Birləşmiş Millətlər Təşkilatının Biznes və İnsan Hüquqları üzrə illik Forumunda Azərbaycanda fəaliyyət göstərən Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatı İctimai Birliyini (NHMT İB) 2022-ci il üzrə İnsan Hüquqları və Biznes sahəsində Mükafatın qalibi elan edir. “İnsan hüquqları müdafiəçilərinin biznesin insan hüquqlarına təsirləri ilə bağlı görkəmli işlərini” qiymətləndirən mükafat 50,000 ABŞ dolları məbləğində təyin olunub. 2022-ci il mükafatı Birləşmiş Millətlər Təşkilatı Forumunun hüquq müdafiəçiləri sessiyasında və NHMT-nin təsisçisi və sədri Mirvari Qəhrəmanlı, həmçinin Fil Blumer (Phil Bloomer) və Ella Skaybenkonun iştirak etdiyi qısa videoda elan edilib. Videoya Azərbaycan, rus və ingilis dillərində baxa bilərsiniz.