NHMT - Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatı | İnsan hüquqları müdafiəsi NHMT -

Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının BƏYANATI

7 sentyabr 2006-cı il NHMT-nın Azərbaycanda həyata keçirilən neft layihələrinin reallaşdırılmasında iştirak edən şirkətlərdə insan hüquqlarının vəziyyətinin öyrənilməsi ilə əlaqədar apardığı monitorinqlərin nəticələri,təşkilat ekspertləri tərəfindən hazırlanmış tətqiqat materialları və nəhayət təşkilata müraciət edən 100-lərlə yerli işçinin yazdığı şikayət ərizələri sübut edir ki,ölkənin neft sektorunda insan hüquqlarının pozulması faktları hələ də müşahidə edilməkdədir: Belə ki,Çin Respublikasının Great Wall Drilling Companinin Azərbaycandakı Nümayəndəliyinin direktoru cənab Yüen Bao Lyan Azərbaycan qanunlarını və Beynəlxalq Əmək Təşkilatının konvensiyalarını tanımaq istəmir. Şirkət podratçı qismində Salyanoyl şirkətində qazma işlərini yerinə yetirir.Şirkətin 88№li buruğunda işləyən 40 yerli işçi,məzuniyyət hüququndan məhrumdurlar.Bundan əlavə: • İşçilərin xəstəlikləri ilə əlaqədar təqdim etdikləri xəstəlik vərəqəsi ödənilmir; • İşçilər üçün sağlam iş şəraiti yaradılmır • Xüsusi geyimlər keyfiyyətsizdir və iş şəraitinə uyğun deyil • Yerli işçilər üçün olan yeməkxanada yeməklər keyfiyyətsizdir • İşlərin əmək haqqından müxtəlif bəhanələrlə 17-20 dollar məbləğindən pul tutulur • İşçilərlə əmək müqaviləsi bağlanmayıb(işçidə əmək müqaviləsi yoxdur) • İşçilər əmək haqqı alarkən iki cədvələ qol çəkirlər Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatı: • Great Wall Drilling Companinin Azərbaycandakı Nümayəndəliyinin direktoru cənab Yü en Bao Lyandan Azərbaycan Respublikasının qanunlarına vəBeynəlxalq Əmək Təşkilatının Konvensiyalarına hörmətlə yanaşmağı tələb edir; • Müvafiq Dövlət Qurumlarından (Vergilər Nazirliyi,

2007-ci il üçün Azərbaycanın neft sektorunda insan hüquqlarının vəziyyəti

Mətbuat üçün açıqlama NHMT İB- neftçilərə pulsuz hüquqi yardımlar edir. Məhkəmə proseslərinin monitorinqini aparır, proses zamanı hakimlər tərəfindən edilən hüquq pozuntuları və baş verən korrupsiya halları haqqında ölkə və beynəlxalq ictimaiyyətinə və müvafiq dövlət qurumlarına açıqlamalar verir. İnsan hüquqları o cümlədən sosail-iqtisadi və əmək huquqlarına riayət olunması haqqında alternativ hesabatların hazırlanmasında iştiak edir 2007-ci il ərzində Azərbaycan Respublikasının neft sənayesində çalışan işçilər bir çox sahələrdə öz əmək hüquqlarının bərpası ilə əlaqədar NHMT-nə müraciət etmiş və müxtəlif hüquqi yardımlar almışlar. Bu müddətdə təşkilatın ofisində yalnız telefon vasitəsilə və şifahi izahatlarla 400 nəfərə yaxın işçiyə(ARDNŞ,PCH, SVİFT Encinerinq» LTD ,SDL,KENTEK MqDermott, Çin Milli Karataj Şirkəti , Riqblast və s.) sosial,iqtisadi və əmək hüquqlarının bərpası ilə əlaqədar hüquqi yardımlar göstərilmişdir. 2007-ci il ərzində edilən təşkilata daxil olan şikayətlərin sayı-;- 900 -nəfər İşçilərin hüquqlarının pozulma səbəbləri və problemləri • İşəcgtürənlərin Azərbaycan Əmək Məcəlləsinin 44.3 , 45.4 və 47-cimaddələrini pozması (ARDNŞ və xarici şirkətlər tərəfindən) • İşçilərin öz huquqlarını,

Azərbaycanın neft sektorunda insan hüquqlarının vəziyyəti

Mətbuat üçün açıqlama 13 aprel 2007-ci il NHMT İB təşkilata müraciət edən insanlara hüquqi yardım edir, məhkəməyə müraciət üçün iddia ərizəsi yazmaqda onlara kömək edir. Məhkəmə proseslərinin monitorinqini aparır ,proses zamanı hakimlər tərəfindən edilən hüquq pozuntuları və baş verən korrupsiya halları haqqında ölkə və beynəlxalq ictimaiyyətinə və müvafiq dövlət qurumlarına açıqlamalar verir.Məhkəmə Hüquq Şurasına məktub ünvanlayır.2006-cı ildə Məhkəmə Hüquq Şurasına Səbayel rayon məhkəməsinin hakimləri Alim Namazov,Firuzə Ağasıyeva və Yusif Kərimov barəsində şikayət məktubu ünvanlamışdı.(Təəssüflər olsun ki, məktuba heç bir reaksiya verilmədi) Bu işlər layihə əsasında həyata keçirilmir . Təşkilat bunu öz daxili imkanları hesabına reallaşdırır 2006-cı il və 2007-ci ilin I rübündə Azərbaycan Respublikasının neft sənayesində çalışan işçilər bir çox sahələrdə öz əmək hüquqlarının bərpası ilə əlaqədar NHMT-nə müraciət etmiş və müxtəlif hüquqi yardımlar almışlar. Bu müddətdə təşkilatın ofisində yalnız telefon vasitəsilə və şifahi izahatlarla 300 nəfərə yaxın işçiyə(ARDNŞ,PCH, PCL,KENTEK MqDermott,ASFEN və s.) sosial,iqtisadi və əmək hüquqlarının bərpası ilə əlaqədar hüquqi yardımlar göstərilmişdir. 2006-cı il və 2007-ci ilin 1 rübü ərzində edilən şikayətlərin sayı-;-830 İşçilərin hüquqlarının pozulma səbəbləri və problemləri • İşəcgtürənlərin Azərbaycan Əmək Məcəlləsinin 45.4-cü bəndini pozması (ARDNŞ və xarici şirkətlər tərəfindən) • İşçilərin öz huquqlarını,
1...5678910